Ardını oxu...
Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Naxçıvanda keçiriləcək “Sarsılmaz Qardaşlıq” təlimində iştirak etmək üçün Azərbaycana yola düşüb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb.

Bildirilir ki, Həsrət körpüsündə bayraq mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, "Sarsılmaz Qardaşlıq" adlı kompüter dəstəkli komanda-qərargah təlimi təlim 12–19 iyun tarixləri arasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçiriləcək.
Ardını oxu...
İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində humanitar yardım məntəqəsini atəşə tutması nəticəsində 11 nəfər ölüb, 125 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Fələstinin "Al-Aqsa" telekanalı məlumat yayıb.

May ayında İsrail hakimiyyəti hərbi əməliyyatların əhəmiyyətli dərəcədə artması fonunda Qəzza zolağının sakinlərinə humanitar yardımın çatdırılması üçün yeni planı elan edib. Plana əsasən, yardım üzvləri əvvəllər humanitar ləvazimatları talamaqda ittiham edilən HƏMAS hərəkatının mövcudluğundan təmizlənmiş ərazilərə paylanır.

HƏMAS isə bildirib ki, İsrailin Qəzza zolağında humanitar yardımın paylanması üçün yaratdığı mexanizm iflasa uğrayıb və “mülki əhalini təhlükəyə atan tələyə” çevrilib.
 
Ardını oxu...
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi Kirill Budanov Rusiya tərəfinin əsir və cəsədlərin mübadiləsi ilə bağlı razılaşdırılmış mexanizmləri pozaraq, informasiya manipulyasiyası ilə prosesin şərtlərini birtərəfli qaydada diktə etməyə çalışdığını bəyan edib.

APA-nın xəbərinə görə, Kirill Budanov bu barədə “Telegram”-da paylaşım edib.

“İstanbulda əldə olunan razılaşmalara dəqiqliklə əməl edirik. Kimin nə vaxt və hansı formada dəyişdiriləcəyini heç kim təkbaşına müəyyən edə bilməz. Hazırlıq prosesi davam edir və bu sahədə təzyiqlərə və manipulyasiyalara yol verilə bilməz”, – deyə Budanov qeyd edib.

O, həmçinin bəzi Rusiya təbliğatçılarının insan faciələri üzərindən spekulyasiya etdiyini və həmin faciələrin əsas səbəbkarının elə Rusiya tərəfi olduğunu vurğulayıb.

Kirill Budanov əlavə edib ki, Koordinasiya Qərargahı Rusiya ilə İstanbulda aparılan danışıqlar əsasında razılaşdırılmış mexanizmə uyğun olaraq əsir mübadiləsinin təşkili üzərində işi davam etdirir.

Qeyd edək ki, iyunun 2-də İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri münaqişənin həlli ilə bağlı sənədlər mübadiləsi aparıb və hərbi əsirlərin azad edilməsi barədə razılığa gəliblər.
Ardını oxu...
Biz Bayden administrasiyası ilə “Şahed”lərlə mübarizə aparmaq üçün Ukraynaya 20 min raket tədarükü barədə razılığa gəldik, lakin indi ABŞ həmin raketləri Yaxın Şərqə göndərmək qərarına gəlib.
APA xəbər verir ki, bu barədə Ukrayna Pezidenti Volodimir Zelenski "ABC News"-a müsahibəsində bildirib.

Volodimir Zelenski deyib ki, Ukrayna “Şahed” tipli hücum pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün 20 min raket alacağını gözləyirdi.

Onun sözlərinə görə, bu raketlərin Ukraynaya təhvil verilməsi ilə bağlı qərar Co Baydenin prezidentliyi dövründə verilib, lakin indi Donald Trampın prezidentliyi dövründə bu raketlər Yaxın Şərqə göndərilib.

“Biz ABŞ-ın əvvəlki administrasiyası ilə razılaşdıq ki, “Şahidlər”lə mübarizə aparmaq üçün Ukraynaya 20 min raket tədarük etsin. Bu, ucuz və xüsusi texnologiya idi. Biz onlara güvənirdik. Lakin ABŞ indi bu raketləri Yaxın Şərqə göndərmək qərarına gəlib. Bu gün səhər müdafiə nazirim mənə dedi ki, ABŞ raketləri Yaxın Şərqə göndərib", - Ukrayna Prezidenti vurğulayıb.

Volodimir Zelenski eyni zamanda ABŞ-ın yardımı olmadan Rusiyanın qələbə şansının yüksək olduğunu qeyd edib: “ABŞ yardımı olmasa, Rusiyanın qələbə şansı daha yüksəkdir və Ukrayna ağır itkilər verəcək”.
 

 

Ardını oxu...
 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın ölkəsinə Hava Hücumundan Müdafiə (HHM) sistemləri satmaqdan belə imtina etdiyini bildirib.

Musavat.com bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

“Biz Ukraynanın HHM imkanlarını artırmaq üçün çalışırıq. ABŞ-dan müsbət və konkret siqnallara ehtiyacımız var. Biz bu günə qədər ABŞ-a təqdim etdiyimiz HHM sistemlərinin alınması təklifinə cavab gözləyirik. Konkret cavablar istəyirik, sadəcə sözlər yox”, – deyə Zelenski vurğulayıb.

Musavat.com


Ardını oxu...
  

Birləşmiş Ştatlar hesab edir ki, Rusiyanın “Hörümçək toru” əməliyyatına cavabı hələ bitməyib.

Musavat.com xəbər verir ki, məlumatı Reuters Amerika rəsmilərinə istinadən yayıb. Bildirilir ki, Vaşinqtona görə, Moskva çox güman ki, raket və dron zərbələri də daxil ola biləcək genişmiqyaslı çoxşaxəli hücuma hazırlaşır.

Bir məmurun fikrincə, cavab asimmetrik olacaq - yəni onun məqsədləri və xarakteri Ukraynanın hərəkətlərinə güzgü cavabı olmayacaq. Başqa bir amerikalı məmur bildirib ki, zərbə yaxın günlərdə həyata keçirilə bilər, lakin dəqiq vaxt məlum deyil.

İyunun 6-da Rusiya Kiyevi irimiqyaslı atəşə tutub və Rusiya Müdafiə Nazirliyi bunu “Ukrayna terror aktlarına” cavab adlandırıb. Lakin ABŞ hesab edir ki, bu, daha böyük kampaniyanın yalnız başlanğıcıdır.

Qərb diplomatları ehtimal edirlər ki, gələcək zərbələr Ukraynadakı simvolik hədəflərə, məsələn, hökumət binalarına və ya Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) obyektlərinə yönələ bilər.

"Bu, böyük, qəddar, amansız hücum olar. Amma ukraynalılar cəsur xalqdır", - diplomatlardan biri deyib.

Carnegie Endowment eksperti Maykl Kofman Rusiyanın eskalasiya imkanlarının məhdud olduğunu qeyd etsə də, SBU-nun qərargahına və ya müdafiə zavodlarına hücumların ehtimal olunacağını proqnozlaşdırır. Kofman deyir: “Yəqin ki, onlar SBU-nun qərargahını və ya digər regional kəşfiyyat binalarını vurmağa cəhd edəcəklər... Bir sözlə, Rusiyanın artıq etdiyi – və son bir ayda etməyə çalışdığı – hücumlarını əhəmiyyətli dərəcədə artırmaq imkanları kifayət qədər məhduddur”.

Musavat.com

Ardını oxu...
İyun ayının 5-də, cümə axşamı günü günorta saatlarında Rusiya işğalçı qüvvələri Xerson Vilayət Dövlət Administrasiyasının binasına təkrar aviazərbə endirib.
Bizimyol.info xəbər verir ki, saat 15:26-da Hərbi Administrasiyanın rəhbəri Oleksandr Prokudin özünün Telegram kanalında Rusiya hərbi təyyarəsinin vilayətin ərazisinə daxil olduğu barədə xəbərdarlıq edib. Qısa müddət sonra o, şəhərə ən azı iki idarə olunan aviasiya bombasının atıldığını bildirib: "Ruslar Xerson Vilayət Dövlət Administrasiyasının binasını məhv etdilər. Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir", - deyə o qeyd edib

Ukrayna mətbuatının verdiyi məlumata görə, bu gün səhər saatlarında yerli hakimiyyət Xersonun kütləvi atəşə tutulduğunu bəyan edib. Məlumdur ki, Rusiya ordusu hücum zamanı dörd idarə olunan aviasiya bombasından istifadə edib.

Hücum nəticəsində yaşayış binaları ziyan görüb: onlardan birində bütün giriş hissəsi dağılıb, digərlərində isə pəncərələr sınıb.

Vilayət administrasiyasının binası da ciddi dağıntılara məruz qalıb. Prokudin hücum nəticəsində 68 və 74 yaşlı iki kişinin yaralandığını bildirib.

Qeyd edək ki, Rusiya Xerson və ətraf əraziləri sistematik şəkildə terrora məruz qoyur – pilotsuz uçuş aparatları, artilleriya və digər silahlardan istifadə etməklə mülki əhali arasında çoxsaylı itkilərə və infrastrukturun dağıdılmasına səbəb olur.
 
Ardını oxu...
“Yandex Maps” Rusiyanın hərbi-sənaye kompleksinə aid obyektləri xəritədən silməklə onların yerini təsdiqləmiş olub.

Musavat.com xəbər verir ki, bu barədə rusiyalı istifadəçilər və media məlumat yayıb. Məsələn, Moskva şəhərində yerləşən “Avanqard” maşınqayırma zavodu artıq “Yandex” xəritəsində görünmür. Halbuki, həmin obyekt Google Maps xidmətində açıq şəkildə göstərilir.

Ekspertlər hesab edirlər ki, bu cür “bulanıqlaşdırma” (blurring) cəhdləri əks təsir yaradır – çünki konkret olaraq hansı obyektin hərbi əhəmiyyət daşıdığı bu üsulla birbaşa təsdiqlənmiş olur. Nəticədə “Yandex” bu məlumatları gizlətmək əvəzinə, təsdiq etmiş kimi görünür.

Məsələ sosial şəbəkələrdə və təhlükəsizlik dairələrində ciddi müzakirələrə səbəb olub.
 
Ardını oxu...
Rusiya lideri Ukraynanın itkiləri və işğal olunmuş əraziləri ilə öyünüb, Ukraynanın Rusiyanın hərbi logistikasına zərbələr endirməsinə qəzəblənib.

Tribunainfo.az xəbər verir ki, Putin Ukrayna Prezidenti Vladimir Zelenskinin cəbhədə 30 günlük atəşkəs və şəxsi görüş təklifini rədd edib. O, bu bəyanatı hökumət iclasında verib.

O, xüsusilə iddia edib ki, guya Ukrayna hakimiyyəti “bütün təmas xətti boyunca geri çəkilərək böyük itkilər fonunda terror aktları təşkil etməyə keçib”. Bu kontekstdə Putin Bryansk və Kursk vilayətlərindəki körpülərin partladılmasını qeyd edib. Rusiya hüquq-mühafizə orqanları bu hadisələri bəzən terror aktı adlandırıb, sonra bu bəyanatları geri götürüb, sonra yenidən terror kimi qiymətləndiriblər.

“Belə şəraitdə bu cür görüşlər necə baş tuta bilər? Nədən danışmaq olar? Kim terrora üstünlük verənlərlə danışıqlar aparır? Terrorçularla danışıqlar aparan yoxdur”, – deyə ölkə-terrorçunun diktatoru bildirib.

30 günlük atəşkəsdən imtinasını izah edən Putin bildirib ki, bu fasilə “rejimin Qərb silahları ilə silahlandırılması, zorakı səfərbərliyin davam etdirilməsi və yeni terror aktlarının hazırlanması üçün istifadə olunacaq”.

Qeyd edək ki, Ukraynanı terrorçuluqda ittiham edən Putin yalnız Rusiya ilə cəbhəyə yaxın bölgələrdəki körpülərlə bağlı insidentlərə istinad edib, lakin Rusiya Müdafiə Nazirliyinin daha əvvəl terror aktı adlandırdığı hava limanlarına endirilən zərbələrə toxunmayıb.

Rusiya ilə sülh danışıqları

UNIAN-ın yazdığına görə, daha əvvəl Vladimir Zelenski bildirmişdi ki, Ukrayna Rusiya ilə azı liderlərin şəxsi görüşü baş tutana qədər atəşkəs təklif edib. O, həmçinin əminliyini ifadə edib ki, ruslar atəşkəsə hazır deyillər.

Eyni zamanda, Rusiya tərəfinin sülh şərtləri ilə bağlı təqdim etdiyi memorandumun mətnini şərh edən Zelenski onu “ultimatum” adlandırıb və bunun ciddi qəbul edilməyəcəyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti