"Gənc Tamaşaçılar Teatrının direktoru müharibədə iştirak etsəm də mənə iş verməyib" -
"Gənc Tamaşaçılar Teatrının direktoru müharibədə iştirak etsəm də mənə iş verməyib"
“Müharibədən qayıdandan sonra 4-5 ay psixologiyamı toparlamaq üçün çox əziyyətlər çəkdim. O dönəmdə də heç bir yerdə çalışmırdım. Nə öz sahəmdə, nə də digər sahələrdə. Yanvar ayından sonra qərara gəldim ki, öz sahəm üzrə fəaliyyətimi davam etdirim. Mənim ilk müraciət etmək istədiyim teatr Gənc Tamaşaçılar Teatrı oldu. Niyə görə?! Oranın kollektivində tanıdığım dostlarım var idi, onlarla birlikdə çalışmaq istəyirdim. Bu həm mənim psixologiyamın toparlanmağına kömək edəcəkdi, həm də öz işimlə, bitirdiyim ixtisasla məşğul olacaqdım”

TEREF.AZ xəbər verir ki, bunu Moderator.az-a aktyor, Qarabağ müharibəsi veteranı Cavidan Kəsəmənli deyib. O, daha sonra Gənc Tamaşaçılar Teatrına nə qədər müraciət etsə də, müraciətlərinin cavabsız qaldığını bildirib.

“Bu teatra ilk müraciətim təxminən yanvar ayının ortalarında oldu. Teatrın direktoru Naidə İsmayılzadənin nömrəsini tapmışdım, müraciət etdim. Dedilər ki, “hə, gəlin görüşək”. Siz təsəvvür edin ki, mən həmin teatra 4 dəfə gedib-gəldim. İndi sual verə bilərsiniz ki, müraciət bir dəfə olur, niyə 4 dəfə gedib-gəlmisiniz?! Mənə konkret tarix deyilmişdi ki, “filan vaxtda gələrsiniz”. Mən yola çıxmışam ki, gedim görüşüm, görüş vaxtına 5-10 dəqiqə qalmış mənə zəng edib deyirlər ki, “rəhbərimiz Naidə İsmayılzadə işdə deyil”. Daha sonra dedilər ki, “filan vaxt gəl”! O gün də görüşə 5-10 dəqiqə qalmış dedilər ki, “başqa vaxt gələrsiniz”. Bu vəziyyət daha sonra bir dəfə də təkrarlandı. Müharibə iştirakçısının görüşünə gəlməməyin özü böyük bir qəbahətdir. 4-cü dəfə nəhayət ki, direktor işdə idi. Oturub danışdıq. Dedi ki, “biz istərdik sizinlə əməkdaşlıq edək, təəssüflər olsun ki, bizdə yer yoxdur, ştatımızda yer olanda özümüz sizə müraciət edəcəyik”. Onlarla normal sağollaşdım, heç bir problem yaratmadım, hansı ki, mən burada haqlı tərəf idim. Üstündən bir az keçdi. Gənc Tamaşaçılar Teatrının işə iki aktyor qəbul etdiyini öyrəndim. Bu dəqiq məlumatdır. Hansı ki, mənə deyilmişdi ki, “hal-hazırda ştatda boş yer yoxdur, sizə teatrımızda aktyor kimi iş verə bilmərik”. Onların işə götürdüyü həmin oğlanlar nə təhsil səviyyəsi üzrə məndən üstündürlər, nə də istedad cəhətdən! İkisi də bakalavr bitirmiş, hərbi xidmətdən yayınmış aktyor dostlarımızdır. Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə onları işə götürüb, məni bir bəhanə ilə geri göndərdi. Gənc Tamaşaçılar Teatrı mənim çox qəlbimi qırdı! Mən bilirəm ki, onlar istəsəydilər bunu edə bilərdilər. Mənim kifayət qədər o teatrda çalışmağa haqqım var axı! Niyə bəhanə edirsiniz?! Ən azından gedib Mədəniyyət Nazirliyinə müraciət edə bilərdiniz, yer olmasaydı belə bir nəfərlik ştat açıb, məni o ştata qəbul edə bilərdiniz! Əgər o müraciət olsaydı bilirəm ki, məni işlə təmin edəcəkdilər. Yerin olmamağı sadəcə olaraq bir bəhanə idi. Mən bilirəm ki, teatrlara Mədəniyyət Nazirliyi tərəfindən Qarabağ veteranları və qazilərinin işlə bağlı göstərişi var. Bu göstəriş verildiyi halda məni qapıdan göndərirlərsə, bu artıq vəzifədən sui-istifadədir. Bunun başqa bir açıqlaması yoxdur. Bir neçə yerə müraciət etsəm də mənim şikayətlərimə, müraciətlərimə baxılmadığına görə, onlardan heç bir müsbət cavab ala bilmədiyim üçün indi məcbur oldum ki, bunu mətbuatda işıqlandırım. Görünür ki, bəzi qurumları Qarabağ veteranlarının, qazilərinin problemləri maraqlandırmır. Mənim sənətə sevgim sonsuzdur, öz sənətimi sevirəm. Bu qədər tərs məqamlara, haqsızlıqlara, məni teatr mühitindən uzaqlaşdırmaq istəyən insanlara baxmayaraq mən hələ də sənətimdə var olmaq, nələrəsə nail olmaq istəyirəm. Ümumiyyətlə Azərbaycan incəsənətinə töhfə vermək istəyirəm. Amma təəssüflər olsun ki, bunların qarşısını alan, problem çıxaran insanlar var. Mənim tələbim odur ki, bu insanları mədəniyyət sahəsindən uzaqlaşdırsınlar. Və yaxud da hansısa tədbirlər görülsün, onlar işlərini obyektiv görsünlər. Nəzərə alsınlar ki, mən bu torpağın azadlığı uğrunda döyüşmüşəm. Ondan əlavə, mən kənar ixtisas üzrə özümə iş tələb etmirəm! Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı aktyoru fakültəsinin həm bakalavr, həm magistr pilləsini bitirmiş bir tələbə kimi haqqım olan teatrda işlə təmin olunmağıma dəstək olan insanlar yoxdur! Nəinki dəstək olmaq, hətta bunun qarşısını alan məlum şəxs var! Çox istərdim ki, bu məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılsın! Buna da kifayət qədər haqqımın olduğunu düşünürəm və sona qədər də mən bu tələbimi edəcəyəm. Çünki mənə qarşı çox ciddi haqsızlıq var və bunun hər hansısa bir nəticəsi olmalıdır. Dediyim hər bir sözümün də arxasındayam, çünki mən həqiqətləri sizə danışdım” deyə müsahibimiz bildirib.

Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq!

Onu da qeyd edək ki, Cavidan Kəsəmənli böyük şairimiz Nüsrət Kəsəmənlinin nəvəsidir.
 
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti