Əmrullayev bu faktı əgər araşdırsa...
Baş verən dəhşətli cinayət olayının canlı şahidindən eşitdiklərimiz bizi sözün həqiqi mənasında dəhşətə gətirdi. Söhbət hadisənin uzaq seyriçisindən, necə deyərlər 4-cü, yaxud 5-ci əldən gələn informasiyadan getmir, bir başa baş verənlərin mərkəzindən gələn informasiyadan gedir...
Sözün qısası, baş verənlər əməlli-başlı detektiv mövzudur. Amma təəssüf ki, bu mövzunu hüquq-mühafizə orqanları obyektiv olaraq araşdırmaq istəmir.
Sözün qısası, hadisə Nəsimi və Abşeron rayonu ərazisində baş verir. Belə ki, Nəsimi rayonunda şəhid Rövşən Nəsirovun adını daşıyan 111 nömrəli tam orta məktəbin müəllimi Şahvələdova Aynur Mahmud qızı, 2017-ci ildə sinif rəhbəri olduğu Şəhriyar adlı şagirdin anası Təranə Kəlbəliyevaya zəng edərək bildirir ki, Şəhriyar sinif yoldaşı ilə dalaşıb və onun polisə düşməməsi üçün 500 manat pul verməlidir. Və beləcə böyük bir cinayət əməli bundan sonra başlayır. Həyat yoldaşı rəhmətə gedən Təranə Kəlbəliyeva evdə söz-söhbət yaranmasın deyə, sinif rəhbəri Aynur Şahvələdovadan xahiş edir ki, pulu ödəsin və sonra borcu qaytaracaq.
Elə həmin gün axşam Aynur Şahvələdova zəng edərək valideynə deyir ki, bu məsələni 700 manata həll edib və bu pul ona çatmalıdır. Bu pulu tapıb qaytara bilmədiyinə görə valideynlə Aynur Şahvələdova belə razılığa gəliblər ki, yaxınlıqda yerləşən Seyid adlı şəxsin ərzaq mağazasından müəllimə həmin məbləğdə nisyə ərzaq alsın.
Beləcə, sinif rəhbərinin toruna düşən Təranə Kəlbəliyeva hər ay Seyiddən təxminən 1200 manatlıq bazarlıq edərək Aynur Şahvələdovanın evinə göndərir. Və hər dəfə “bazarlığı” evin qarşısında Aynurun “eynəkli” oğlu qarşılayır.
Təsəvvür edirsiniz, hər həftə 300-400 manat dəyərində bazarlıq… Gülməli olmasın, heç nazirin evinə bu qədər bazarlıq getmir. Baxdığımız videoda Seyid və onun həyat yoldaşı deyir ki, hər həftə 200 kənd yumurtası, 10 kiloqram kərə yağ, 20 litir süd, 4-5 ədəd bahalı xəşəm balığı, qatıq, süzmə, pamidor, xiyar, təzə kənd toyuğu, 3-4 hinduşka, kampot, mürəbbə, təzə tort, və daha nələr…
Görəsən, Aynur Şahvələdovanın xırda 3 nəfərlik ailəsi bu boyda bazarlığı bir həftədə necə həzm edə bilərdi..?
Bax, əsas sual da budur…
Deməli, dul qadın Təranə Kəlbəliyevanı toruna keçirən sinif rəhbəri onun hər həftə gətirdiyi 300-400 manatlıq bazarlığı məktəbdə müəllimlərə satmaqla, bir hissəsini məktəbin direktoru Jalə Hacıyevaya pay verməklə məşğul olub. Bəli, məktəb direktoru Jalə Hacıyeva və sinif rəhbəri Aynur Şahvələdova məktəbi sözün həqiqi mənasında kolxoz bazarına çeviriblər. Və beləcə bir neçə ildir davam edən bazarlığa görə, Təranə Kəlbiyevanın dükançı Seyidə 5400 manat borcu yaranıb. Bəs məsələnin üstü necə açılıb..?
Deməli, Təranə Kəlbiyevanın doğmalarından birinin evindən böyük məbləğdə qızıl zinət əşyaları yoxa çıxıb. Və məlum olub ki, qızılı Təranə Kəlbiyeva Seyidə olan borcunu silmək üçün hissə-hissə satıb. Daha doğrusu, sinif rəhbəri Aynur Şahvələdovanın neçə ildir davam edən bazarlıqlarının borcunu ödəmək üçün... Baxdığımız videolarda Aynurun həyat yoldaşı İlqar deyir ki, bu bazarlıq 2 ildir ki, davam edirdi. Amma əslində 4 ildir... İlqar öz şəxsi söhbətində Təranənin yaxınlarına deyir ki, onsuz da gec-tez Aynur həbs olunacaq, xahiş edirəm mənimlə və oğlumla işiniz olmasın. Danışıqlar prosesində Aynurun qardaşı Müqabil də iştirak edir.
Onu da qeyd edək ki, Aynur Şahvələdova guya ona təhdidlər olması barəsində Binəqədi polis idarəsinin 7-ci bölməsinə şikayət edib. Araşdırma zamanı hadisənin Abşeron rayonu ərazisində baş verməsi səbəbindən iş Abşeron polisinə göndərilib. Hətta seyr etdiyimiz videolarda Aynurun həyat yoldaşının və qardaşının 5400 manatı Seyidə və onun həyat yoldaşına qaytarması da var. Əgər ortada heç bir cinayət əməli yoxdursa, niyə Aynurun yaxınları 5400 manatı qaytarır..?
Sözün qısası, hər cürə detektiv, kriminal olayların şahidi olmuşuq. Amma məktəb direktoru, sinif rəhbərinin belə bir cinayət əməli törətməsinin ilk dəfədir ki, şahidi oluruq. Ən dəhşətlisi odur ki, məktəb direktoru Jalə Hacıyeva sinif rəhbəri Aynur Şahvələdovanın tərəfini saxlayır. Birincisi, ona görə ki, hər həftə bazarlıqdan onun da payı olub. İkincisi, direktor 8 min manat alaraq Aynuru özünə müavin qoydurmaq istəyib. Və indi plan pozulub.
Görəsən, Jalə Hacıyeva kimi məktəb direktorunun arxasında kimlər dayanır..? Və ən əsası görəsən, hər həftə Seyiddən alınan yumurtadan, kərə yağdan, balıqdan, hinduşkadan və s cənab təhsil naziri Emin Əmrullayevə nə qədər pay çatıb..?
Mövzunu gündəmdə saxlayacağıq. Bizi izləyin.
P.S. Qəribədə olsa 111 saylı məktəbin direktoru Jalə Hacıyeva ilə Təranə Kəlbalıyevanın oğlunun sinif rəhbəri Aynur Şahvələdova deyəsən Təranə Kərbalayevanı şantaj edirlər.
Bu yazıdan sonra, istintaqçılar yəqin ki, məsələni dəqiqliklə araşdıracaq və hansısa baş vermiş cinayət hadisəsinin üstünü açacaqlar. Jalə Hacıyeva və Aynur Şahvələdova bilməlidirlər ki, cinayəti bilib gizlətmək özü cinayət hesab olunur.
 //Sabahnews.az//

Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti