"Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
DogruXeber.az: - "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar və neqativ tendensiyalara bağı redaksiyamıza mraciət daxi oub.

Müraciəti olduğu kimi təqdim edirik:

"Bildirirəm ki, "Yeni Klinika"nın yeni rəhbərliyi təyin olunduqdan sonra müəssisədə ciddi idarəetmə problemləri yaranmış və bu, həm işçi heyətinə, həm də xəstələrə mənfi təsir göstərmişdir. Aşağıda sadalanan hallar müəssisədə hökm sürən qanunsuzluqlar və neqativ tendensiyalar haqqında məlumat vermək məqsədi daşıyır.

Peşəkar olmayan kadr siyasəti və pasiyentlərə qarşı kobud münasibət
Yeni baş həkim tərəfindən qeyri-peşəkar kadr heyəti formalaşdırılmışdır. Bu səbəbdən xəstələr həkimlərin davranışı və müalicə prosesindəki ciddi nöqsanlardan şikayətlənirlər. Xəstələrin bildirdiyinə görə, bəzi həkimlər onlarla kobud rəftar edir və düzgün müalicə təyin etmir. Əməliyyatdan sonra isə bəzi həkimlər xəstələrdən müxtəlif bəhanələrlə əlavə ödəniş tələb edirlər.

Əməkhaqqı gecikmələri və işçilərin hüquqlarının pozulması
Klinikanın əməkdaşları əməkhaqqı ödənişlərini vaxtında ala bilmirlər. Məsələn, fevral ayının əməkhaqqısı 5 mart tarixində ödənilməli olduğu halda, yalnız 13 mart tarixində verilmişdir. Əməkhaqqının gecikdirilməsi ilə bağlı rəhbərlik tərəfindən heç bir izahat və əvvəlcədən xəbərdarlıq olunmamışdır. Maliyyə şöbəsinin rəhbəri həmin dövrdə əməkdaşlarla əlaqədən qaçmış, suallara cavab verməmişdir. Həmin vəziyyət mütəmadi olaraq davam edir.

Klinikada qeyri-ciddi idarəetmə yanaşması
Baş həkim işçi heyətinin problemləri ilə maraqlanmaq əvəzinə, klinikanın ehtiyaclarına uyğun olmayan tədbirlərin təşkili ilə məşğuldur. O, lazımsız tədbirlər təşkil etməyi prioritet hesab edir və bu tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Hətta rəhbərliyə klinikada kino festivalı keçirilməsi təklif olunsa, bunun da dəstəklənəcəyini düşünmək olar.

Həmkarlar İttifaqının qeyri-şəffaf fəaliyyəti
Klinikanın Həmkarlar İttifaqının sədri işçilərə məxsus sanatoriya və istirahət putyovkalarını yalnız öz yaxınlarına paylayır. 24 dekabr tarixində keçirilmiş Yeni İl tədbiri üçün klinikanın 400-ə yaxın əməkdaşından hər birindən 100 AZN məcburi şəkildə toplanmış, lakin tədbirdə təqdim olunan yemək və xidmətlərin dəyəri toplanmış məbləğə uyğun olmamışdır. Bununla yanaşı, tədbiri təşkil edən şöbə əməkdaşları və rəhbər şəxslər klinikanın vəsaiti hesabına orada ödənişsiz iştirak etmişlər. Bu hal onların xoşuna gəlmiş və mart ayında Novruz Bayramının keçirilməsi üçün hər işçidən vəsait yığmaq planları olmasına baxmayaraq, işçilərin narazılığı və 12 gün qeyri-uş günləri olduğu üçün bu planı həyata keçirə bilməmişdilər.

Şübhəli maliyyə əməliyyatları və vəzifədən sui-istifadə halları
• Daha əvvəl "EGE Hospital"da fəaliyyət göstərmiş bir qeyri-peşəkar şəxs klinikamızda Təchizat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və qısa müddət ərzində özünə bahalı avtomobil almış və öz ad gününü şəhərin bahalı restoranlarından birində keçirmişdir. • Satınalma şöbəsinin müdiri də yeni baş həkimin təyinindən sonra bahalı avtomobil əldə etmişdir. • SƏTTƏM şöbəsinin müdiri isə iş qrafikinə əməl etmir, işə yalnız bir-iki saatlıq gəlir və gedir. Lakin buna baxmayaraq, rəhbərlik tərəfindən heç bir nəzarət və tədbir görülmür.

Klinikada təhlükəsizlik və psixoloji təzyiqlər
Baş həkim klinika ərazisində yalnız mühafizəçilərin müşayiəti ilə hərəkət edir ki, bu da müəssisədə qeyri-sağlam və qorxu atmosferi yaradır. Eyni zamanda, aldığımız məlumatlara əsasən, bəzi işçilər məlum olmayan şərtlər əsasında işə qəbul edilirlər.

Nəzarətsizlik və sistemsizlik
TƏBİB tərəfindən yuxarıda qeyd edilən və digər məlum olmayan hallar üzərində heç bir nəzarət aparılmır. Klinika daxilində baş verən neqativ və qanunsuz halların qarşısının alınması üçün heç bir tədbir görülmür. Bildiyimizə görə, klinikada başqa qanunsuz hallar da mövcuddur, lakin onları tam şəkildə açıqlamaq mümkün olmur. Xahiş edirik ki, bu müraciət aidiyyəti qurumlara çatdırılsın və məsələyə operativ şəkildə müdaxilə edilsin. Qanunsuzluqlara qarşı ciddi tədbirlər görülməli və bu cür hallara son qoyulmalıdır. Bu yaxınlarda Respublikanın digər bir Endokrinologiya Mərkəzində iki həkimə cinayət işi açılıb. Niyə bəs Yeni Klinikada baş verən qanunsuzluqlara nə hüquq-mühafizə orqanları, nə Əmək Müfəttişliyi, nədə ki TƏBİB-in rəhbərliyi maraqlanmır? "//paytaxt.org

Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti