Ardını oxu...
Paytaxtın Babək prospekti 31H, Rich Plaza ünvanda yerləşən “NANT» MMC-nin baş direktoru Nazim Qasımovdur. Şirniyyat məhsullarının distribyutor şirkəti kimi tanınan “NANT” məşhur «KONTI», «Chipita», «7Days», «Chipicao», «Fineti», «Rot-Front», «Krasnıy Oktyabr», «Babayevskiy», “Sladkoe sozvuçiye” və “Zolotaya liliya” və başqa populyar brendlər olan qənnadı məhsullarının ölkədaxili satışı ilə məşğuldur. “NANT” MMC əsasən Rusiya istehsalı olan “Vizit” , “Alenka” , “Mişka kosalapıy” , “Krasnaya şapoçka” , “Osenniy vals” və “Mişka kosalapıy medovıy qrilyaj” və digər konfetləri Dağıstandan alıb Azərbaycana gətirir və ölkəmizdəki “Araz”, “Rahat” supermarketlər, “Bazarstore” və digər mağazalar şəbəkəsində satdırır.

Amma son dövrlər Rusiya – Ukrayna müharibəsi ilə əlaqədar Rusiyanın qənnadı fabriklərinin şirniyyat məhsulları bahalaşmışdır. Rusiyanın «Permskaya» qənnadı fabrikinin baş direktoru Boris Şvaytserin sözlərinə görə baş verən ümumi iqtisadi vəziyyət səbəbindən qiymətlər ən azı 15% artmışdır: «Bu, ilk növbədə, valyuta məzənnəsinin artması ilə əlaqədardır. İstifadə etdiyimiz və xaricdə istehsal olunan xammalın dəyəri rubla deyil, avroya bağlanır. Həmçinin, 40% bahalaşan qəndə də xərclərimiz artıb. Bundan əlavə, banklar kreditlər üzrə faiz dərəcələrini əhəmiyyətli dərəcədə artırıblar», — Şvaytser qeyd edib.

Təbii ki, bu vəziyyət Rusiya qənnadı məhsullarının ixrac edildiyi Azərbaycandan olan distübutorlarının, o cümlədən “NANT” şirkətinin də fəaliyyətinə mənfi təsir edib. Bununla belə şirkət öz internet resurslarında bir çox Rusiya məhsullarına faiz endirimləri tətbiq etdiyini paylaşır. Belə olan halda haqlı sual meydana çıxır: Bahalaşan məhsulları alıb ucuz satmaq şirkətə necə sərf edir?

İlk növbədə ağıla gələn fikir budur ki, “NANT” şirkətinin köhnə, vaxtı keçmiş qənnadı məhsullarını satdığı barədə yayılan informasiyalar doğrudur. Bundan başqa, bildirilir ki, şirniyyat məhsullarının daşınması və əsas müştəriyə çatdırılması zamanı bir sıra qaydalara əməl olunmur. Yükləmə üçün təhciz edilmiş avtomobilin soyutma və havalandırma sistemləri normal deyil, standartlara uyğun işləmir. Yük bölməsinin daxili sahəsi kənar qoxulardan təmizlənmir, sanitar-gigiyenik qaydalara riayət edilmir. Çatdırılmanın bütün mərhələsində müəyyən edilmiş temperatur və rütubət səviyyəsi saxlanılmır.

Hələ bir neçə il əvvəl Rusiyanın Sibir regionundakı “Sladunitsa” şirniyyat şirkətinin “Qarabağ” adı daşıyan konfetlər istehsal etdiyi barədə xəbər yayıldı. “Sladunitsa” ASC-nin baş direktoru Yuliya Şestakova, marketinq xidmətinin rəhbəri Anastasiya Perminova xəbəri təsdiqləmişdilər. Perminova şirkətin sahiblərinin Qazaxıstan vətəndaşı olan etnik ruslardan ibarət olduğunu və “Sladunitsa” şirkətinin rəhbərliyində erməni, yaxud azərbaycanlı şəxslərin çalışmadığını demişdi. Ancaq çox təəssüflər olsun ki, Nazim Qasımovun Rusiyadan Azərbaycana “Qarabağ” konfetləri gətirməyə vətənpərvərliyi çatmadı. Səbəb bəllidir: Sibir Dağıstandan çox uzaqdır!

Deryaz.az
 
 
 
Ardını oxu...
Əslən Kürdəmirdən olan Dəyanət adlı şəxsin və onun Qəbələli şərikinin rəhbərlik etdikləri “Uzun Ömür İvanovka” MMC-nin süd məhsulları təbii deyil və onların İsmayıllı rayonunun məşhur İvanovka kəndi və kolxozu ilə heç bir əlaqəsi yoxdur. Burada istehsal olunan məhsulların heç biri təbii deyil, quru süddən hazırlanır. Yağlar da kərə deyil, “Azərsun” holdiunqinin istehsal etdiyi bitki mənşəlidir. Məhsulun markalanmasında “İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulmasından başqa, məlumat yayılıb ki, MMC-nin satışa çıxarılan bəzi məhsullarının üzərindəki istehsal vaxtı məhsulun istehsal edildiyi günə uyğun olaraq yox, satışa çıxarıldığı günə uyğun olaraq yazılır. Bununla da saxta məhsulu alan alıcı çox ciddi problemlərlə qarşılaşır. Bir sözlə sağlamlığını təhlükə altına atır.

Redaksiyamıza daxil olan məlumata görə, MMC-yə məxsus Zabrat qəsəbəsində Maqsud adlı şəxsin işlətdiyi süd məhsulları istehsalı sexində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri pozulur, sanitar-gigiyena normalarına tam əməl olunmur, mənşəyi məlum olmayan xammallardan istifadə edilir, emal prosesinə qəbul edilən xammal və yarımfabrikatların təhlükəsizlik və keyfiyyət göstəriciləri yoxlanılmır.

Həmçinin bildirilir ki, müəssisədə məhsulun saxlanma müddətinin artırılması məqsədilə insanın həyat və sağlamlığına təhlükə yarada konservantlardan gözəyarı şəkildə istifadə olunur, sexdə temperatur və rütubət rejiminin tənzimlənməsinə nəzarət düzgün həyata keçirilmir, soyuducu kameralarda mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanılır.

Bu yerdə Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sualı yada düşür: “Ovuc boyda” İvanovka bütün Azərbaycanı süd məhsulları ilə təmin edir?”

Deryaz.az
 
Ardını oxu...
Naxçıvanda törədilən daha bir sensasion cinayətin izi ilə…
Naxçıvanda Talıbov rejimi süqut edəndən sonra, heç bir məhkəmə qərarı olmadan və bir manat da olsun kompensasiya ödənilmədən mülkiyyətləri yağmalanan vətəndaşlardan çoxlu sayda şikayət məktubları alırıq.
Azinforum.az saytı olaraq, bacardığımız qədər onların ictimailəşməsinə nail oluruq. Bu məzmunda olan şikayətlərin sırasında xüsusilə diqqət çəkənləri Bakıdan Naxçıvan əsilli iş adamlarının oğurlanaraq MR-ə aparılıb, orada işgəncəyə məruz qalmalarına dair faktları göstərə bilərik. “Flaminqo” olayı, Faiq Rzayev adlı sabiq gömrükçünün başına gətirilən hadisələrlə bağlı ictimailəşdirdiyimiz materialları bu qəbildən saya bilərik.
Azinforum.az-a eyni ssenari üzrə təqiblərə məruz qalaraq, mülkiyyətləri əlindən alınan İsgəndər Cabbarov adlı daha bir sahibkar müraciət edib. O, Şərurda hamının yaxşı tanıdığı “Qaqaş” ləqəbli idmançı Rasim Cabbarovun, kinqboks üzrə dəfələrlə dünya çempionu olmuş Güloğlan Cabbarovun böyük qardaşlarıdır.
İsgəndər Cabbarov bildirir ki, 2007-ci ilin fevral ayında o, Naxçıvan Daxili İşlər Nazirliyində məsul vəzifədə işləmiş ( sonradan Şərur rayonunda polis rəisi olan- red) Mamed Hüseynov adlı şəxs tərəfindən güya barəsində olan hansısa şikayətlə bağlı MR-ə dəvət edilib. Aeroportdan enən kimi onun qoluna qandal vuraraq, Böyükdüzdəki müvəqqəti saxlanma təcridxanasına aparıblar.
Ona və şəriklərinə bir neçə gün olmazın işgəncələrini veriblər. Hətta onları 20 dərəcə şaxtada lüt şəkildə huşlarını itirənə kimi açıq havada saxlayırmışlar. İşgəncə prosesinə adı bütün bənzər proseslərdə hallanan Qasım adlı yüksək rütbəli polis, müvəqqəti saxlanma yerinə rəhbərlik edən İlham, onun bir neçə əməkdaşı və Mamed Hüseynov iştirak ediblər.
Bu cür işgəncəyə tap gətirə bilməyən İsgəndər Cabbarov və onun Hacı Qasım adlı şəriki sonda onlardan tələb olunan 700 min dollar pulu Mamed Hüseynova ödəyərək canlarını qurtarmaq qərarına gəlirlər. Zərəçəkən deyir ki, tələb olunan puldan cəmi 5 min dollar çatmadığı səbəbindən onların azad edilməsini pul tam düzələnə kimi bir neçə saat ləngidiblər.
Həmin pulun düzəldilməsi prosesində də, “Flaminqo” olayına bənzər ssenari olub. Sahibkarlara məcbur ediblər ki, Bakının Bakıxanov qəsəbəsində olan dəyəri 1 milyon 200 min dollarlıq mağazanı cəmi 300 minə onların öz adamlarına satsınlar. Hazırda həmin yerdə “Apelsin” adlı market fəaliyyət göstərir.
Sahibkarıara tutulan divan bununla da bitməyib. Onların mülkiyyətinə aid olan məşhur “Qaqaşxana” restoranı, onun ətrafındakı yanacaqdoldurma məntəqəsi yerlə - yeksan edilir, içindəki avadanlıqlar və onminlərlə ton yanacaq götürülür. İş adamlarına məxsus Zeyvə-Düdəngə kəndindəki böyük ferma da onları əllərindən alınaraq, Naxçıvandakı hakim ailəyə yaxın adamların nəzarətinə verilir.
Bütün bu cinayət əməllərinin araşdırılması istəyi ilə bağlı zərərçəkmiş iş adamları bütün əlaqədar qurumlara şikayət ediblər. Onlar dəymiş ziyanın ödənilməsini və bu cinayəti törədinlərin qanunamüvafiq qaydada cəzalanmasını tələb edirlər.
Məhəmmədəli QƏRİBLİ,
Azinforum.az

 
Ardını oxu...
Zaman-zaman "DogruXeber.az" informasiya portalında müxtəlif rayonlarda kənd təsərrüfatı təyinatlı örüş sahələrinin müxtəlif şəxslərin müxtəlif yollarla mənimsədiyi barəsində məlumatlar yayımlanıb.

Şamaxı rayon Böyük Xınıslı kəndində 10 hektara yaxın örüş sahəsini keçmiş bələdiyyə sədrinin oğlu Elxan Quliyevin mənimsədiyi, Goranboy rayonunun Qarasüleymanlı kəndində 21 hektar örüş sahəsini Yaşa Namazovun mənimsədiyi və sair barəsində yayımlanan məlumatlara göründüyü qədərilə, istər yerli bələdiyyə, istər yerli İcra Hakimiyyəti, istərsə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müdaxilə etmədi.

Şamaxıda məlum qanunsuzluğa göz yuman qurumlar hardan təlimatlanırlar ? - VİDEO

"Kəndin 21 hektar örüş sahəsi mənimsənilib" - Rayon rəhbərliyi hara baxır ?

Qeyd edək ki, vətəndaş müraciəti əsasında, bu kimi məlumatlara daha birini əlavə etmək məcburiyyətindəyik.

Belə ki, "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramı efirdə olduğu zaman, Mehrab İsrafilov adlı YouTube istifadəçisi kanala müraciət edib.

Vətəndaş müraciətində bildirir ki, "Göyçay rayon Qaraxıdır kəndində bələdiyyə sədri örüş sahəsini mənimsəyib. Bu barədə də hara müraciət etmişiksə, cavabsız qalıb".

P.S: Mehrab İsrafilovun narazılığı ilə bağlı qarşı tərəf olaraq, açıqlama almaq üçün Göyçay rayon Şəkər bələdiyyəsinin sədri Qurban İbrahimov ilə telefon əlaqəsi saxladıq.

Qurban İbrahimov bildirdi ki, "Bu söhbət artıq 5 ildir davam edir. Məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılıb.
Sözügedən ərazi bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və hazırda orda Tut bağı salınıb.

Kəndin 40 hektar başqa örüş sahəsi var və sakinlərin tam istifadəsindədir."

DogruXeber.az
Jalə Əsədova
Ardını oxu...
Qırmızı Körpü keçid məntəqəsindən Gürcüstana qaçaq yolla 5 kilo qızıl keçirmək istəyən yük maşını və sürücüsünün saxlanıldığı bildirilir. Qızıl, avtomobilin kabinəsindəki döşəyin içərisində gizlədilibmiş. Sürücünün ifadəsi alındıqdan sonra məlum olub ki, az əvvəl, hərəsində 5 kilo qızıl olan iki başqa yük maşını gömrük məntəqəsindən Gürcüstan tərəfə keçə bilib. Sərhədçilərin müdaxiləsindən sonra, həmin yük maşınları sürücüləri ilə birlikdə Azərbaycan tərəfinə təhvil verilib. Hadisə ilə bağlı cinayət işinin açıldığı, hər 3 sürücünün həbs olunduğu bildirilir. DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a həbs olunan sürücülərdən birinin yaxın qohumu məlumat verib. Onun sözlərinə görə, həmin qızılların Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova aid olduğu bildirilir:
" Bu iş, Vasif Talıbova yaxın, adını çəkmək istəmədiyim yük daşıma şirkətlərinin biri ilə görülüb. Həmin şirkətin rəhbəri və qızılı daşıyan sürücülər də naxçıvanlıdır. Hadisə bir neçə gün öncə baş verib. Deyilənə görə, bu birinci deyilmiş və indiyə kimi xeyli qızıl Gürcüstana keçirilib. Qızılı Gürcüstanda təhvil alan Vasif Talıbovun adamlarından biridir və onun hadisədən sonra qaçıb, aradan çıxdığı bildirilir. Yazıq sürücüləri inandırıblar ki, bu məsələ yuxarılara razılaşdırılıb. Bu səbəbdən, onlar qızılı keçirməyə razılaşıb. Hər dəfəsində onlara 200 manat söz veriblər. Yəni, 5 kilo qızılı keçirmək üçün cəmi iki yüz manat. Sürücülərin telefon danışığı izlənilib və onlar ələ keçiblər. İşin sonu necə olacaq, bilmirik".
Məsələyə münasibət öyrənmək üçün Qırmızı Körpü keçid məntəqəsi ilə əlaqə qurmaq mümkün olmayıb.
 
Ardını oxu...
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin cinayət işi ilə bağlı məhkəmə araşdırması başlayır.

APA Zahid Niftəliyevin cinayət işi ilə bağlı bəzi məlumatlar əldə edib.
İttihama görə, Zahid Niftəliyev N saylı hərbi hissədə gizir kimi xidmət edən Elsevər Niftəliyevlə əlbir olaraq ayrı-ayrı hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ordu sıralarından ehtiyata buraxılmasını təşkil və təmin etməyə görə onlardan müxtəlif məbləğlərdə rüşvət alıb.

Zahid Niftəliyev görəcəyi işlərdə onlara Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun köməklik edəcəyini deyib.
Qeyd olunub ki, onunla Nəcməddin Sadıkov arasında dostluq münasibətləri 1-ci Qarabağ müharibəsi zamanı yaranıb. Onlar birlikdə xidmət edib, sonralar isə yaxın dost olublar. Nəcməddin Sadıkov Baş qərargah rəisi olduqdan sonra Zahid Niftəliyevi nazirliyin bütün rəhbər işçilərinə yaxın dostu kimi təqdim ediyi, Zahid Niftəliyevin sözünün onun sözü olduğunu elan etdiyi bildirilir.

Zahid Niftəliyev bir neçə hərbçidən ümumilikdə 40 min manat rüşvət almaqda ittiham olunur.

Bundan başqa, Zahid Niftəliyev 2018-ci ildə N saylı hərbi hissənin beş nəfər hərbi qulluqçusunu qanunsuz olaraq Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən evində fəhlə kimi işlədib.
Hərbi qulluqçular 15 gün ərzində hər gün səhər saat 08.00-dan axşam saat 20.00 kimi, heç bir ödəniş almadan fərdi yaşayış evinin qarşısındakı həyətyanı sahənin betonlanmasını və mozaika daşları ilə döşənməsini həyata keçiriblər.

Qeyd olunan əməllərə görə, Zahid Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 341.1 ( rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Hərbi Məhkəmənin qərarı ilə Zahid Niftəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Zahid Niftəliyev verilmiş ittihamlarla özünü təqsirli bilməyib.

Cinayət işi araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Zahid Niftəliyev Müdafiə nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunur. O, "Şlyapa Zahid” kimi tanınır.
 
Ardını oxu...
Teref.az yazır ki, saytımızda müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən "Ziyəddin Əliyevin Avstriyada 3.6 milyon avroluq biznesi aşkar edildi - SƏNƏDLƏR..." başlıqlı yazı vermişdik.
Xəbərin dərcindən sonra Azpromo şirkəti açıqlama yayaraq yazıda adı çəkilən Ramin Şükürovun AZPROMO-nun Avstriyadakı təmsilçisi olmadığını qeyd etmişdi.

Teref.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli Azpromo-nun açıqlamasına münasibət bildirib.

"Qubanın icra başçısı Ziyəddin Əliyevlə bağlı son yazım ilə əlaqədar AZPROMO-nun ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, yazıda adı çəkilən Ramin Şükürov adlı şəxs AZPROMO-nun Avstriyadakı təmsilçisi deyil və ümumiyyətlə AZPROMO-nun xaricdə heç bir təmsilçisi yoxdur. İlyarım əvvəl AZPROMO fond statusundan agentlik statusuna keçdikdən sonra bütün təmsilçiliklər ləğv edilib. Məlumat üçün bildirim ki, Ramin Şükürovun AZPROMO-nu (fond kimi qeyd olunur) təmsil etməsi barədə məlumat onun Linkedin səhifəsində əksini tapıb. Orada qeyd olunur ki, Ramin Şükürov 2014-cü ildən Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Fondunun Avstriyadakı nümayəndəsidir".
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bura Bakının 20 Yanvar dairəsidir. Adətən axşam və səhər saatlarında dairədə nəqliyyat sıxlığı yaşanır.

Həllini tapmayan problemdən həm sürücülər, həm də sərnişinlər təngə gəldiklərini söyləyirlər.

“Xırdalandan şəhərə olan 15 dəqiqəlik yolu mən bir saata gəlirəm. Əziyyət çəkirik, çətindir. Hökumət istəsəydi bu problemi çoxdan həll edirdi.

Ona görə manatlıq taksilər də 2 manatdan işləyir. Yol açıq olsun, biz də qiyməti qaldırmayaq”,- deyə 20 Yanvar dairəsində taksi sürücüsü gileylənir.

“Saatlarla marşrut gözləyirik burda. Vaxtlı-vaxtında işə çata bilmirik. Enerjimiz tıxacda tükənir. Axşam iş bitəndə adam evi getmək istəmir. Körpü tikiləndə gözləyirdik ki, irəli düşərik, amma geri düşdük”, -avtobus gözləyən başqa bir vətəndaş isə belə deyir.

2007-ci ildən başlayaraq 20 Yanvar dairəsində nəqliyyat infrastrukturunun qurulması üçün layihələr gerçəkləşdirilib.

Məsələn, Prezident İlham Əliyevin tapşırığı ilə tikilən ilk körpünün təkcə smeta dəyəri 24,1 milyon manat olub.

Eyni zamanda Tbilisi prospektində tunel də inşa edilib, uzunluğu 332 m, hündürlüyü 5,5 metrdir. Ümumilikdə körpü və tunelin tikintisinə 31,5 milyon manat xərclənib.

Tikinti işləri yekunlaşdıqdan sonra dövlət agentlikləri körpünün uğurla sınaqdan çıxdığını yazırdı.

Ancaq 2011-ci ildə Dövlət Yol Polisinin nəqliyyatın hərəkətinin təşkili şöbəsinin rəis müavini, polkovnik-leytenant Tofiq Hacıyev “20 yanvar” körpüsünün o qədər də uğurlu olmadığını dolayısı ilə etiraf etdi. O bildirdi ki, “20 yanvar” körpüsünə əlavə olaraq yeni tunelin tikilməsi planlaşdırılır.

Nəqliyyat eksperti Elməddin Muradlı uğursuzluğun səbəbini belə izah edir:

“Çox güman ki, bu layihə hansısa kabinetdə qəbul olundu. Çıxıb araşdırma, hesabalma aparmadılar. Biz o vaxt düşündük ki, bu körpü hər şeyi həll edəcək. Amma etmədi. Bu körpünün ötürücülük gücü yoxdur. Bütün nəqliyyat vasitələri gəlib tuneldə ilişib qalır”.

Sözügedən ərazi Bakı Nəqliyyat Agentliyinin də diqqətindən kənar qalmayıb.

2017-ci ildə Agentlik 20 Yanvar dairəsi ilə bağlı uğurlu layihə həyata keçirdiyini elan edib.

Altı istiqamətdə gerçəkləşdirilən bu layihənin məqsədi bir sıra küçələri genişləndirilmək, Moskva və Tbilisi prospektində hərəkət edən nəqliyyat vasitələrini müxtəlif istiqamətlərə yönləndirmək idi.

Bir il sonra Avtomobil Yolları Dövlət Agentliyi nəqliyyat sıxlığını aradan qaldırmaq üçün növbəti layihəyə Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başladı.

Bu dəfə də Şamaxinka deyilən tuneldən başlayaraq dörd zolaqlı avtomobil yolu genişləndirilib. Sıxlığı azaltmaq üçün 130 metrlik piyada keçidi çəkilib. Bundan başqa ərazidə olan ekologiya postu sökülüb, bir az arxada yenisi tikilib.

Urbanist Elşən İsmayıl deyir ki, yolu genişləndirmək də problemi həll etmir:

“Məsələn, 20 Yanvar küçəsindən, Yasamaldan gələn nəqliyyat axını var. Nizamsız parklanma, dayanacaq problemi var. 2017-ci ildə Bakı Nəqliyyat Agentliyi layihə keçirdi, amma onun bir hissəsi icra olundu. Bəzi yerlərdə svetoforlar qoyuldu. Amma o layihə də yarımçıq qaldı”.

Urbanist söyləyir ki, parklanma və nizamsız ictimai nəqliyyat tənzimlənsə və ərazidə olan iri obyektlər sökülsə, sıxlığın azaldılması mümkündür:

“Sumqayıt qatarları qismən fəaliyyət göstərir. Amma onların sayı kifayət qədər deyil. Manatlıq taksilər isə ona görə var ki, ictimai nəqliyyat qənaətbəxş deyil. Bu səbəbdən insanların ictimai nəqliyyata üz tutması prioritet olmalıdır.

Eyni zamanda ərazidə tikilmiş bir neçə böyük ticarət mərkəzi sıxlığın artmasına şərait yaradır, insanlar bura girmək üçün parkinq edirlər. Adətən, belə böyük yol qovşaqlarında parkinq olmamalıdır, hərəkət axını daimi olmalıdır”.

Sözügedən ərazidə davamlı olaraq layihələrin icrası bir məsələni qabardır. Görəsən, bu layihələr icra edilməzdən qabaq sözügedən ərazidə hər hansı araşdırma aparılmışdımı? Buraya insan axını, nəqliyyatın hərəkəti hesaba qatılmışdımı?

Toplum TV bu sualı Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Nəqliyyat Agentliyi (BNA), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) və Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ünvanlayıb.

BNA, DİN və Bakı Şəhər İcra Hakimiyyətindən deyilib ki, bu suallar onların fəaliyyət sahəsinə aid deyil.

Bakı Nəqliyyat Agentliyi isə araşdırma ilə bağlı ünvanlanan suala cavab verməyib. Agentlikdən yalnız o bildirilib ki, günün müəyyən vaxtlarında “20 Yanvar” metro stansiyası ətrafından şəhərin müxtəlif istiqamətlərinə 27 sayda marşurut fəaliyyət göstərir. Sözügedən marşrutlarla gün ərzində təxminən 340 mindən çox sərnişin daşınır.

Cavabdan görünən odur ki, BNA sadəcə faktı konstatasiya etməklə kifayətlənib, ərazidəki nəqliyyat sıxlığını söyləməklə işini bitmiş sayıb, problemdən çıxış yolu kimi hansı işlərin görülüb-görülməməsi haqqında heç nə deməyib.

Bakı Şəhərinin Baş Planında isə 2040-cı ilə qədər “Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində yeni layihələrin icrası nəzərdə tutulub. Amma bəzi ekspertlər bunun da problemi köklü şəkildə həll edəcəyinə şübhə edirlər.

“Baş planda 20 Yanvar dairəsində söküntü və yaxud da tikinti ilə bağlı hər hansı layihə nəzərdə tutulmayıb. Sadəcə olaraq, dairənin yükünü azaltmaq üçün 20 Yanvara alternativ yollar, girişlər salınacaq. Amma bu yüngülləşdirici tədbirdir və düşünmürəm ki, planda göstərilənlər problemi həll etsin”, - urbanist Elşən İsmayıl belə deyir.

Üstəlik Bakı Şəhərinin Baş Planında 2040-cı ilə qədər yeni layihənin gerçəkləşdiriləcəyi qeyd olunur. Hazırda 2023-cü ildir.

Toplum TV

Ardını oxu...
Naxçıvan prokurorluğu, "Naxçıvan Dəmir Yolları" MMC-nin vəzifəli şəxslərinə qarşı dövlət vəsaitini mənimsəmə maddəsi ilə cinayət işi açılması ilə bağlı məlumat yayıb. Lakin, açıqlamada söhbətin konkret olaraq, hansı cinayətlərdən getdiyi ilə bağlı məlumat verilmir.
TEREF.AZ yazır ki, MMC-də çalışan bir qrup əməkdaşının "Gündəlik Naxçıvan"a verdiyi məlumata görə, artıq, qurumun rəhbəri Mahir Əliyev də cinayət işinə cəlb olunub. Onun vəzifə saxtakarlığı, dövlət vəsaitini mənimsəmə və başqa saxtakarlıqlara günahlandırıldığı bildirilir. Əməkdaşlardan M. Babayev deyir ki, M. Əliyev həm də işçilərin maaşlarını mənimsəməkdə günahlandırılır:
“Yoxlamalar zamanı küllü miqdarda yeyinti aşkarlanıb. Onlardan biri də maaşların mənimsənilməsidir. M. Əliyev bir neçə il əvvəl işçilərinə ixtisar olunduqlarını bildirərək, maaş kartlarını əlindən almışdı. Onları təhdid edərək, işdən çıxmaqla bağlı ərizə yazdırmışdı. İndi məlum olur ki, onlar rəsmən işdən çıxarılmayıblar. Mahir müəllim onların maaşını hər ay karata köçürərək mənimsəyib. Bu çür maaş kartlarının sayı 500-dən artıqdır"
Yoxlamalar zamanı, MMC-sədrinin istifadəyə yaralı vaqonları gizlətdiyi, bir müddət sonra isə, onları satdığı ortaya çıxıb:
"MMC sədri 10-larla istifadəyə yararlı vaqonları öncə oğurlayaraq gizlədib, bir müddət sonra isə, doğradaraq, satdırıb".
Əvvəllər dəmir yolu idarəsində işləyən Qurbanəli Məmmədov da kart oyununun qurbanı olduğunu deyir:
"2019-cu ildə onu idarəyə çağıraraq ixtisara düşdüyümü bildirirdilər və kartını əlimdən aldılar. Aidiyyəti qurumlara şikayətm etsə də nəticəsi olmadı. Əksinə, şikayət etdiyim üçün məni dəmir yol polisinə çağırdılar. Rəis qəbul edərək təhdid etdi. Dedi ki, şikayətimi davam etdirsəm həbs olunacağam. Bildirdi ki, dəmir yolu bağlı olduğu üçün ziyanla işləyir. Bu səbəbdən işçilər ixtisar olunur. Sonradan öyrəndim ki, bizi işdən çıxarsalar da maaş kartlarımız aktiv qalıb və hər ay pul köçürülüb. Şəxsən mənim kartıma hər ay 450 manat köçürülüb. Mahir müəllim bu pulları mənimsəyirmiş."
İşçilər bildirir ki, MMac sədrinin yaxın günlərdə həbs olunacağı gözlənilir.
 

Dünyapress TV

Xəbər lenti