Gənclərin İŞ PROBLEMİ...
Hər il 30 mindən artıq gənc ali təhsilini başa vuraraq, əmək bazarına qoşulmağa can atır. Bəzi gənclər üçün karyera magistr təhsilindən sonra başlayır. Amma tam ali təhsil Azərbaycanda iş-güc sahibi olmaq üçün əsas deyil. İşə qəbul olmağın ayrıca şərtləri, qaydaları var, əgər gənc dövlət qulluğunda çalışmaq istəyirsə, onun üçün hər şeyin sıfırdan başladığını demək olar.

Dövlət qulluğuna aid olan bütün vəzifələrə qəbul əvvəlcə imtahan, sonra şifahi müsahibə yolu ilə həyata keçirilir.

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Test imtahanları ödənişlidir. Tarif Şurasının qərarına görə:

AA vəzifə qrupu üzrə – 110 AZN

AB vəzifə qrupu üzrə – 100 AZN

AC vəzifə qrupu üzrə – 90 AZN

BA vəzifə qrupu üzrə – 80 AZN

BB vəzifə qrupu üzrə – 70 AZN ödəniş etmək nəzərdə tutulub.

Test imtahanlarının nəticələri vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal mərkəz tərəfindən müəyyən edilir.

Test imtahanı:

Məntiq – 30 sual.

Qanunvericilik – 40 sual

İnformatika – 15 sual

Azərbaycan dili – 15 sual

Ümumilikdə 100 sual olur. Bir sual bir bal ilə qiymətləndirilir. Səhv düzü aparmır. Bütün qruplarda və kateqoriyalarda bu fənlər üzrə test imtahanı təşkil edilir.

İmtahandan müvəffəqiyyətlə keçən şəxslərə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq sertifikat verilir. Sertifikatların qüvvədə olma müddəti 5 ildir.

Sertifikatı əldə etmiş şəxs müsahibədə iştirak etmək hüququ əldə edir. Daha sonra vakant inzibati vəzifələr elanına baş vurub təyin olunan vaxtda müsabiqədə iştirak edir.

Dövlət Qulluğuna qəbul 2 kateqoriyadan ibarətdir.

A kateqoriyası (inzibati rəhbər vəzifələr)

A kateqoriyası qurumlarda olan rəhbər vəzifələr və sektor müdiri vəzifələridir. Bu qrupa sənəd verib hazırlaşmaq istəyənlər ən azı 3 il iş təcrübəsinə sahib olmalıdır. A kateqoriyasına hazırlaşmaq üçün vətəndaş (kişi) hərbi vəzifədə olmalıdır. Məhkumluq həyatı yaşamamalıdır.

B kateqoriyası inzibati vəzifələr üzrə keçirilir. B kateqoriyası özü 2 qrupa bölünür; BA və BB alt qrupları.

BA kateqoriyasının keçid balı 85 baldır. Ən yüksək bal 120 baldır. BA kateqoriyasında 100 testdən 80 testi qapalı tipli, 20 test isə açıq tipli suallardan ibarətdir.

BB kateqoriyasının keçid balı 65 baldır. Ən yüksək bal 100 baldır. 100 testdən hamısı qapalı tiplidir.

Ali məktəbin verdiyi biliklərlə test imtahanını uğurla başa vurmaq mümkün deyil. Ona görə, gənc dövlət qulluğuna hazırlıq kurslarına baş vurmalıdır. Burada 6 ay-1 il çəkən hazırlıq 4-5 min manata başa gəlir. Bu rəqəm kurslara, müəllimlərə, peşələrə uyğun dəyişə bilər.

Bu mərhələni uğurla başa vurmaq da karyeranın ilk pilləsinə ayaq qoymaq üçün yetərli deyil. Şifahi müsahibədə subyektiv amillər ön plandadır, obrazlı desək, imtahan verən şəxsin taleyi xeyli dərəcədə imtahan götürən mütəxəssislərin rəyindən asılı olur. Bir çox hallarda gənclərin ümidləri bu mərhələdə qırılır.

Deputat Etibar Əliyev belə hallardan birini belə təsvir edib:

“Tanıdığım çox zəhmətkeş bir bənna var. Oğlu 4 dəfə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi Ədliyyə orqanlarına qulluğa qəbul imtahanlarında yüksək nəticə toplayıb. Ədliyyə Nazirliyinin müsahibə komissiyası 4 dəfədir ki, bu gəncin ümidlərini puç edir. Biz, Milli Məclisdə dəfələrlə çıxışlarımızda müsahibə mərhələsinin götürülməsini təklif etmişik. Müsahibə mərhələsi çox vaxt DİM-in imtahanlarını şübhə altına alır. Əvəzsiz bənna, gözəl insanın mədəni və əxlaqlı oğlunu çox pessimist gördüm. Gənc yorulub və bir daha imtahanlarda iştirak etməyəcəyini mənə söylədi. Haqlıdır, 4 dəfə keçirilən imtahanlarda sahəsinə aid suallara cavab verib keçid balını toplayan bir gəncə müsahibədə hansı suallar verilə bilər? Özü də bu gənc Bakını yox, Azərbaycanın rayonlarından birində işləməyi seçir…”

Reyhan Rəsulova isə bildirir ki, oğlunu AZAL 4 dəfə müsahibəyə çağırıb, ingilis dili, rus dili, ixtisası diplom işinə qədər sorğu-sual ediblər. “2 iş təklif etdilər, biri üçün ümumiyyətlə təhsil olmasa da olar, o biri də tam fərqli iş – logistika! Xülasə, 1 həftədən sonra zəng edib soruşdular: sizin AZAL-da və ya “Silk Way”də qohumunuz işləyir?! Vəssalam….sonra da atdılar gözləmə rejiminə”, – R.Rəsulova bildirir.

Nə qədər qəribə olsa da, şifahi müsabiqədən uğurlu keçmək də iş sahibi olmaq anlamına gəlmir. Çünki vakansiya elan etmiş dövlət qurumunun həmin şəxsi işə-qəbul edib-etməyəcəyi məlum deyil. Bu, həmin qurumun müstəsna səlahiyyətinə daxildir. Praktikada isə adətən dövlət orqanları özlərinin “məsləhət” bildiyi şəxsləri işə qəbul edilər. Test imtahanından, müsahibədən əvvəl həmin kadrlar işə alınır, təcrübəçi, yaxud, kiçik işlərdə çalışır. Son nəticədə dövlət qulluğu imtahanına, müsabiqəyə yönəldilir və dərhal işə qəbul edilir. Həmin vəzifələrə digər çoxsaylı iddiaçılar isə “ehtiyat kadr” bankına göndərilir. Onların sənədlərini qaldırıb işə dəvət etmək isə nadir hadisə ola bilər. Bəzən dövlət qurumlarının “ehtiyatında” onlarla kadr olduğu halda vakansiyalar elan edib, özlərinə uyğun şəxsləri işə qəbul edirlər.

Bir məqamı da vurğulamaq lazımdır, bütün mərhələləri keçən şəxslərin şəxsi işi, ailəsi, qohumluq münasibətləri də müvafiq qurumlara sorğu verməklə diqqətlə yoxlanır. Əgər onların özü, yaxud qohumları sosial şəbəkələrdə hakimiyyətin “xoşuna gəlməyən” bircə ifadə yaxıb, şəkil paylaşıbsa, dərhal arzuolunmaz hesab edilir. Müxalifət partiyalarının üzvləri ilə qohumluq əlaqələri olanları isə ümumiyyətlə, dövlət qulluğuna qəbul olunmur.

Deputat Etibar Əliyev hesab edir ki, DİM imtahanlarında yüksək bal toplayanları vakant yerlərə uyğun olaraq sıralama ilə yerləşGənclərin İŞ PROBLEMİ...

Deputat Etibar Əliyev hesab edir ki, DİM imtahanlarında yüksək bal toplayanları vakant yerlərə uyğun olaraq sıralama ilə yerləşdirmək lazımdır. “İşçinin gələcəkdə özünü doğruldub-doğrultmaması başqa məsələdir. Qurumlarda işçinin fəaliyyətini izləyən şöbələr fəaliyyət göstərir və təcrübə onu göstərir ki, onlar heç nəyi nəzarətdən qaçırmırlar”, – o əlavə edib.

Beləliklə, ali təhsilli bir gənc üçün karyera qurmaq olduqca çətin, ağrılı məsələdir. Onların başqa seçimi də yoxdur. Normal sistemlərdə gənclər, partiyalardan, vətəndaş cəmiyyəti institutlarında təmsil olunmaqla dövlətin, cəmiyyətin həyatında iştirak etmək imkanı qazanırlar. Bu zaman məmur, parlament, bələdiyyə üzvü, bürokrat olmaq olduqca asandır. Nə test imtahanlarına ehtiyac var, nə də müsahibələrə…

Azərbaycanda isə hətta hakim Yeni Azərbaycan Partiyasının üzvü olmaq, hansısa strukturlarında təmsil olunma heç bir perspektiv vəd etmir. Son illər aparılan təyinatlarda seçilən kadrların bu partiyanın üzvü olub-olmamasına əhəmiyyət verilmir. Ölkədə sürətli, parlaq karyeraya sahib olan gənclərin əksəriyyəti özəl biznesdən gətirilir. Onların bir çoxu ömründə bir gün dövlət vəzifəsi tutmasalar da, ən yüksək siyasi postlar etibar olunur. Məsələ burasındadır ki, parlaq siyasi perspektiv vəd edən biznes strukturlarında çalışmaq da hər adama nəsib olmur. Necə deyərlər, gərək burda da bəxtin gətirə...
Pressklub.azdirmək lazımdır. “İşçinin gələcəkdə özünü doğruldub-doğrultmaması başqa məsələdir. Qurumlarda işçinin fəaliyyətini izləyən şöbələr fəaliyyət göstərir və təcrübə onu göstərir ki, onlar heç nəyi nəzarətdən qaçırmırlar”, – o əlavə edib.

Beləliklə, ali təhsilli bir gənc üçün karyera qurmaq olduqca çətin, ağrılı məsələdir. Onların başqa seçimi də yoxdur. Normal sistemlərdə gənclər, partiyalardan, vətəndaş cəmiyyəti institutlarında təmsil olunmaqla dövlətin, cəmiyyətin həyatında iştirak etmək imkanı qazanırlar. Bu zaman məmur, parlament, bələdiyyə üzvü, bürokrat olmaq olduqca asandır. Nə test imtahanlarına ehtiyac var, nə də müsahibələrə…

Azərbaycanda isə hətta hakim Yeni Azərbaycan Partiyasının üzvü olmaq, hansısa strukturlarında təmsil olunma heç bir perspektiv vəd etmir. Son illər aparılan təyinatlarda seçilən kadrların bu partiyanın üzvü olub-olmamasına əhəmiyyət verilmir. Ölkədə sürətli, parlaq karyeraya sahib olan gənclərin əksəriyyəti özəl biznesdən gətirilir. Onların bir çoxu ömründə bir gün dövlət vəzifəsi tutmasalar da, ən yüksək siyasi postlar etibar olunur. Məsələ burasındadır ki, parlaq siyasi perspektiv vəd edən biznes strukturlarında çalışmaq da hər adama nəsib olmur. Necə deyərlər, gərək burda da bəxtin gətirə...
Pressklub.az

Bölmənin digər xəbərləri

17 İyun 2025 Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
17 İyun 2025 Lombard KREDİTLƏRİ: Asan çıxış, ağır nəticələr
16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?

Dünyapress TV

Xəbər lenti