Ardını oxu...
Göyçay rayonun sakini Aydın Həsənov bildirir ki, o, aztəminatlı ailədir və həyat yoldaşı isə xəstədir. DİA.AZ bildirir ki, maddi gəlirləri az olduğundan üç ildir ki, dövlət məşğul agentliyinin mərkəzi Aran regional filialına müraciət edib və özünə məşğulluq proqramı çərçivəsində xırda buynuzlu mal-qara almaq üçün qeydiyyata düşsədə, indiyənədək o, özünə məşğulluğa cəlb edilməyib.
Çətin şəraitdə yaşayan vətəndaş son çarə olaraq ölkə başçısı İlham Əliyevə müraciət edərək köməklik göstərilməsini xahiş edir.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..
Ardını oxu...
2023-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, 2023-cü ilin yanvar-iyul aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 925,3 manat olub.

Qeyd olunub ki, əməkhaqqı neft-qaz sektorunda 3571,2 manat, qeyri neft-qaz sektorunda 874,7 manat təşkil edib:
“Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 889,3 manat, özəl müəssisələrdə isə 964,9 manat olmuşdur”.
2023-cü ilin yanvar-iyul aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:
Ardını oxu...
 

Ardını oxu...
Ötən ilin yanvarında ölkədə fəaliyyət göstərən bütün uşaq bağçaları Elm və Təhsil Nazirliyinin (ETN) balansına verildi. Bununla da 10 il öncə Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinin balansına keçən uşaq bağçaları yenidən Nazirliyə qaytarıldı.

Məktəbəqədər tədris müəssisələri ETN-in balansına keçdikdən sonra isə qeyri-ixtisas tərbiyəçi-müəllimlərin vəzifə dərəcələrinin dərəcələrinin və maaşlarının azaldılması ilə bağlı qərar qəbul olundu. Bu qərar ictimaiyyət tərəfindən kəskin etirazla qarşılandı və nəticədə qeyri-ixtisasların dərəcələri və əməkhaqları təkrar bərpa olundu. Amma...

Təkcə Bakı şəhəri üzrə! Təsəvvür edirsiniz? Azalma qərarı bütün ölkəyə şamil edilir, bərpa qərar sadəcə paytaxta. Absurd deyilmi?

Bundan xəbər tutan Sumqayıt, Abşeron və digər bölgələrdə çalışan bağça işçilərinin etirazları genişlənir. Elə bu məqamda daha bir absurda şahid oluruq. Belə ki, etirazını bildirən, ETN-ə və digər qurumlara şikayətlər ünvanlayan tərbiyəçi-müəllimlərin dərəcə və maaşları bərpa olunsa da, proses fərdi xarakter alıb və heç də hamıya şamil edilməyib...!

Teref.az bildirir ki, baş verənləri AYNA-ya şərh edən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, məktəbəqədər tədris müəssisələrində müəllim və tərbiyəçilərin kütləvi şəkildə işdən çıxarılması və ya əmək haqqının ödəniş dərəcəsinin azaldılması yolverilməzdir: “Məlumdur ki, uşaq bağçaları uzun müddət Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərib. Sonradan yerli icra hakimiyyətlərinin balansına keçsə də, yenidən Elm və Təhsil Nazirliyinə qaytarılıb. Məktəbəqədər tədris müəssisələri Nazirliyin balasında keçəndən sonra müəllimlərin işə qəbulu, habelə təhsil proqramı Elm və Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilir”.

“Nazirlikdən bildirirlər ki, uşaq bağçalarında qeyri-ixtisasdan olan fərqli peşə sahibləri, bu sahədə diplomu olmayan şəxslər fəaliyyət göstərirlər. Bəli, haqlıdırlar. Ancaq adama sual verərlər ki, bu qədər müəllim və tərbiyəçi hansı əsaslarla məktəbəqədər tədris müəssisələrinə cəlb olunub? Bu gün xeyli sayda qeyri-ixtisas olan müəllim və tərbiyəçilər bağçalarda çalışırlar”, - deyə həmsöhbətimiz bildirib.

Əfəndi birmənalı hesab edir ki, həmin şəxsləri kənarda qoymaq və ya məvaciblərini azaltmaq olmaz: “Qiymətləndirmə meyarları peşəkar olmalıdır. Deyək ki, müvafiq sahədə təhsilləri yoxdur. Lakin uzun müddətdir bu sahədə çalışırlar. Yəni, müəyyən təcrübə qazanıblar. Təcrübə və şəxsi bacarıqlar mütləq nəzərə alınmalıdır. O ki qaldı məvaciblərin tutulması və dərəcələrin aşağı salınması məsələsinə, bu, əsassız addımdır və hətta məhkəmə predmeti də ola bilər. Bu məsələdə ayrıseçkilik isə qətiyyən yolverilməzdir. Hesab edirəm ki, hüququ pozulan tərbiyəçi-müəllimlər aiddiyyəti qurumlara müraciət etməli, onlara qarşı əsassız münasibətə etirazlarını bildirməlidirlər. Elm və Təhsil Nazirliyinin borcudur ki, ədaləti bərpa etsin və baş verən ayrıseçkilik hallarına son qoysun”.

Teref.az -ın məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov da AYNA-ya şərhində deyib ki, eyni əmək qarşılığında bərabər ödəniş qaydası var: “Bu, respublikamızın ana qanununda - Konstitusiyada təsbit olunub. Deməli, mübahisə predmeti və mövzusu ola bilməz. Əgər Azərbaycan hökuməti hesab edirsə ki, uyğun olmayan peşə sahibləri məktəbəqədər tədris müəssisələrində çalışırlar, o zaman onları uyğun peşə istiqamətləri üzrə işlə təmin etməlidir”.

“Əmək qanunvericiliyinin tələbinə əsasən, işçilərin əmək haqqı və dərəcəsi kiminsə istəyi ilə azaldıla bilməz. Bu kimi addımlar atanda qanuna və qanunvericiliə istinad edilməlidir. Vətəndaşın hüququ var ki, məhkəmkəyə müraciət etsin və qanunla öz hüququnu bərpa etsin”, - deyə mütəxəssis bildirib.

Sonradan ETN-in qərarını dəyişdiyini, qeyri-ixtisas işçilərin ödəniş dərəcələrini bərpa etdiyini xatırladan müsahibimiz bunu doğru qərar sayır, lakin: “Bu prosesin bütün müəllim və tərbiyəçilərə şamil olunmaması, ayrıseçkiliyə yol verilməsi vətəndaşın əmək hüquqlarının pozulması deməkdir. Buna qətiyyən yol vermək olmaz”.

“Unutmaq lazım deyil ki, əmək münasibətləri qanunla tənzimlənir. Qanun qarşısında hamı bərabərdir və qanunun tələbləri yerinə yetirilməlidir. Xüsusən dövlət qurumlarının haqqı yoxdur ki, qanunun tələblərini pozsun. Bu, çox pis bir presedentdir. Hesab edirəm ki, məktəbəqədər tədris müəssisələrində çalşan bütün müəllim və tərbiyəçilərin ödəniş dərəcələri artırılmalıdır”, - deyə Məmmədov fikrini tamamlayıb.
 
 
 
Ardını oxu...
Azəriqaz İstehsalat Birliyi TTİ əzbərləyin ,yadda saxlayın☝️
Bir faktı da yaddan çıxarmaq olmaz ki, bu münasibətlərdə ilk olaraq hansı mövqe nəzərə alınması və müəyyən edilməsi aydınlaşdırılmalıdlr. Nəzərə alınmalıdır ki:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 saylı qərarı - işçilərin ezamiyyə xərcləri barədə münasibətiləri tənzimləyir. Bu münasibətlər həm qeyd olunan Qərara, eyni zamanda daha çox əmək münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə aiddir, ezamiyyə xərclərinin hesablanması və ödənilməsi isə Vergi Məcəlləsinə əsasən deyil, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 saylı qərarı ilə tənzim olunur.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı da nəzərdı tutur ki, mehmanxana xərcləri təqdim edilmədiyi halda belə işçiyə gündəlik ezamiyyə xərci 100 faiz ödənilməlidir. Qərar hər hansı bir səbəbdən: vergi ilə əlaqədar, müəssisənin xərcə düşməyi və digər səbəblərdən işçiyə ezamiyyə xərclərinin 50 faiz məbləğdə verilməsini nəzərdə tutmur. Yəni, birmənalı olaraq bu ezamiyyə xərcləri 100 faiz məbləğdə ödənilməlidir.
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi isə: Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
4. Yəni, Azərbaycan Respublikasının Vergi Məcəlləsi-işçilərə ödənilən ezamiyyə xərclərinin məbləğini müəyyən etmir, bu münasibətlərdən yaranan vergi münasibətilərini tənzim edir. Belə ki, qeyd olunan bu faktı Vergi Məcəlləsinin aşağıdakı maddəsi də təsdiq edir.
5. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.4-ce maddəsi: Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.
6. Yuxarıda göstərilənlər də təsdiq edir ki, bu münasibətlərdən biri: ezamiyyə xərclərinin normasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 saylı qərarına və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, digəri isə vergi münasibətlərini tənzimləyən - Vergi Məcəlləsinə aiddir.
7. İşçilər isə ezamiyyə xərclərini yuxarıda göstərilən qaydada və məbləğdə almalıdırlar, bu onların hüququdur, müəssisədaxili problemlər və ya müəssisənin vergi problemləri işçilərin bu hüququnu məhdudlaşdırmır.
Azər Quliyev.
 
Ardını oxu...
Yas mərasimlərində yemək israfı cəmiyyəti həmişə narahat edib. Bununla bağlı müzakirələr hətta parlament iclaslarına yol açıb. Azərbaycan kəndlərindən birində məsələni kökündən həll etmək qərarına gəliblər. Burada yas mərasimlərində ehsan verilməsi ənənəsini ləğv ediblər.

Bizimyol.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində gözlənilməz qərar qəbul edilib. Kənd ağsaqqalları 3, 7, 40 və il ehsanlarının verilməsinin dayandırılması qərarına gəliblər. Bu haqda Mahmudkəndin sosial media hesablarında yazılıb. Bildirilir ki, bundan sonra kənddəki yas mərasimlərində ehsan verilməyəcək. Əlbəttə, vəfat edən şəxsin yaxınlarına baş çəkmək olar. Amma qərarı pozmaq istəyənlər məqsədinə çatmayacaq. Çünki mərasimdə heç kim iştirak etməyəcək.

Elanda beləcə də yazılıb: Elan kənd ağsaqallarının adından paylaşılıb. Lakin yazıda kənd əhalisinin ortaq qərar verdiyi qeyd olunub.

Mahmudkəndin əhalisini 4 min nəfərdən çoxdur. Yetərincə böyük kənddən söhbət gedir. Görünür, ehsan zamanı israfa yol verilməsi kənd camaatını bezdirib. Buna görə də radikal addım atmaq qərarına gəliblər. Rəylər göstərir ki, çoxluq qərarla razıdır. Bunun əleyhinə çıxanlar da var. Amma ümumi fikir belədir ki, indiki sosial şərtlərlə ehsan verilməsi düz deyil.
 
Ardını oxu...
Tənbəlliyə qalib gəlməyin, maaşdan daha çox pul qazanmağın yolu var və bu, o qədər də çətin deyil.

Cebhe.info xəbər verir ki, psixoloq və terapevt Daria Başkatova öz “Telegram” kanalında bunun mümkünlüyünü açıqlayıb. O, psixodinamik terapiyadan istifadə etməyi məsləhət görüb:

“Hər şeydən əvvəl, təcrübəni yerinə yetirmək üçün vəziyyətinizi özünüzə vicdanla təsvir etməlisiniz. Məsələn, məndə laqeydlik var, aylardır heç nə etmək istəmirəm, nəyisə dəyişməkdən qorxuram, özümə daim yazığım gəlir, melanxolik yaşayıram və maaşdan maaşa qədər pulum olur”.

Psixoloq bundan sonra güzgüdə özünüzə baxaraq eyni şeyləri söyləməyi məsləhət görüb:

“Gözlərinizi yumun və beş il keçdiyini təsəvvür edin. Fikirlərinizi və davranışlarınızı dəyişməmisiniz. Sən indi hardasan? Özünü necə hiss edirsən? Həyatınızda nələr baş verir? Həyata münasibətiniz necədir?Bu suallar özünüzə verin. Bundan sonra kağız və qələm götürməli və istədiyinizə nail olmaq üçün konkret addımlar yazmalısınız. Niyyəti hərəkətlə möhkəmləndirmək üçün məşqdən dərhal sonra bəzi kiçik addımlar atmaq vacibdi”,-deyə o, uğur qazanmağın yolunu göstərib.
Ardını oxu...
Dünya ölkələrində adətən dövlət universitetlərində təhsil haqları özəl təhsil ocaqları ilə müqayisədə xeyli aşağı olsa da, Azərbaycanda mənzərə fərqlidir.

Ölkəmizdə dövlət ali təhsil müəssisələrində qiymətlər özəl universitetlərdən nəinki aşağıdır, bir çox hallarda, hətta yüksəkdir.

Maraqlıdır, dövlət universitetlərində təhsil haqları necə müəyyən olunur? Qiymətlərin yüksək olması təhsilin keyfiyyətinin göstəricisidirmi?

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərovanın sözlərinə görə, bu məsələdə müəllimin əməyi, ixtisasın perspektivliliyi, laboratoriyalarda tələbələrin istifadə etdiyi materiallar və başqa amillər nəzərə alınır.

Azərbaycan Tibb Universitetinin Tədris Departamentinin müdiri Kamandar Yaqubov qeyd edib ki, universitetin müxtəlif ixtisaslarına tələbələrin qəbul planının hazırlanması və təhsil haqqının müəyyənləşdirilməsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Elə Bakı Dövlət Universitetindən də bildirilib ki, ali təhsil müəssisəsində təhsil haqlarını Elm və Təhsil Nazirliyi müəyyən edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə deyilənlərlə razılaşmır. Ödənişi Nazirlər Kabineti və Tarif Şurasının qərarları əsasında universitetlərin özlərinin müəyyən etdiyini deyir.

Həmçinin Bakı Slavyan Universitetindən bildirilib ki, ödənişli ixtisaslar üzrə təhsil haqqının məbləği ixtisasdan asılı olaraq mövcud qanunvericiliyə uyğunlaşdırılır.

Ekspertlər isə təhsil haqlarının keyfiyyətə uyğun olmadığı fikrindədirlər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 

Ardını oxu...
Şirvan şəhər sakini Hacıyev Ceyhun Vidadi oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, pensiyasını qanunsuz yerə kəsiblər:

"Mən, Hacıyev Ceyhun Vidadi oğlu, yazaraq sizdən və səlahiyyətli şəxslərdən kömək istəyirəm.

Özüm köhnə hərbçi olmuşam. Xəstəliklə əlaqədar pensiyaya çıxmışam. Pensiyam hal-hazırda dayandırılıb.

2 dəfə ailə həyatı qurmuşam, birinci ailəm dağılıb, hər ay aliment vermək məcburiyyətindəyəm. İndiki ailəmdən də 2 uşağım var.

Mənə həbs qərarı verilib, pensiyam kəsilib, mən alimenti ödəyə bilmirəm. Fəhləlik edib çörək pulu qazanıram, amma həm ailəmin dolanışığı, həm aliment ödəmək üçün çatdıra bilmirəm.

Pensiyamın bərpası üçün hər yerə müraciət etmişəm, lakin cavab yoxdur".
 
Ardını oxu...
Azərbaycanda pensiyaçıların sayı azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında Azərbaycanda pensiyaçıların sayı illik müqayisədə 5,4 faiz azalaraq 1096,6 min nəfər olub.

Pensiyaçıların sayı niyə azalır?
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, azalmanın səbəblərindən biri pensiya yaşının artırılmasıdır:
"Əvvəl Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq".
O qeyd edib ki, pensiya yaşının 65-ə qaldırılması ölkəmizdə vətəndaşın pensiyaya çıxma hüququnu pisləşdirib: "Məsələn, Almaniya və İtaliyada da pensiya yaşı 65-dir. Amma Almaniyada gözlənilən ömür uzunluğu 82 yaş, İtaliyada isə 83 yaşdır. Azərbaycanda isə ötən il doğulan insanlarda gözlənilən ömür uzunluğu 76 yaşdır. Azalma həm də o deməkdir ki, pensiyaçılar daha sürətlə vəfat edirlər. Bu, mənfi haldır. İnkişaf etmiş ölkələrdə isə əhali uzun ömür sürür".
Ekspert bildirib ki, azalmanın digər səbəbi saxta və əsassız pensiya işlərinin ləğv edilməsidir: "Bu sahədə şəffaflaşma və həmçinin qaydaların sərtləşdirilməsi həyata keçirilib. Bu da nəticədə pensiyaçıların sayının azalmasına gətirib çıxardıb. Nəzarəti artırmaqla saxta əlilliyin qarşısını almaq müsbət addımdır".
"İqtisadi baxımdan isə əhalinin strukturunda pensiyaçıların sayı nə qədər az olsa, bir o qədər də dövlətin yükü azalır" - deyə ekspert əlavə edib.

"Pensiyaçıların sayı yenidən stabilləşə bilər"
Azərbaycan parlamentinin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda pensiyaçıların sayının azalması yaşa görə pensiya alanların sayı ilə bağlı deyil: "Rəsmi statistika da göstərir ki, yaşa görə pensiya alanların sayında artım müşahidə olunub. Belə ki, bu ilin ilk yarısında illik müqayisədə yaşa görə pensiya alanların sayı 0,4 faiz artıb. Azərbaycanda pensiyaçıların sayının azalmasının əsas səbəbi əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanların sayının aşağı düşməsidir".
Deputat qeyd edib ki, əlilliyə görə pensiya alanların azalması birbaşa yenidən qiymətləndirmə zamanı əlillik alan vətəndaşlarımızın sayının azalması ilə bağlıdır: "Bu istiqamətdə həm yenidən qiymətləndirmə mexanizminin tətbiq olunması həm də şəffaflığın gücləndirilməsi pensiyaçıların sayına birbaşa təsir göstərib. Ona görə də pensiyaçıların azalması birbaşa yaşa görə pensiya alanlarla bağlı deyil".
Deputatın fikrincə, xüsusən də əlilliyin yenidən qiymətləndirilməsi dövrünün başa çatması nəticədə pensiyaçıların sayının yenidən stabilləşməsinə gətirib çıxardacaq. Əsas hədəf də ondan ibarətdir ki, yaşa görə pensiya alanların sayında artım tendensiyasını qoruyub saxlamaq mümkün olsun.

Sorğumuza nazirlikdən verilən cavab
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycanda sosial təminat növləri üzrə ödənişlə təmin olunanların dairəsi azalmayıb, əksinə, daha da genişlənib:
"Buna misal olaraq, müavinət və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı son 5 ildə 57,3 faiz və ya 310 min nəfər artaraq 850 min nəfərə çatıb. O cümlədən, bu dövrdə Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayında 6,2 dəfə artım baş verib. Digər tərəfdən, son illər humanist yanaşmalar əsasında aparılan islahatlar pensiya təminatı proqramının daha da genişlənməsinə, vətəndaşların bu proqrama daha asan çıxışına imkan verib. Həmçinin son illər qanunvericilikdə humanist dəyişikliklər edilərək daha erkən dövrdə yaşa görə pensiya hüququ yaranan şəxslərin sırası daha da genişləndirilib".
Nazirlikdən bildirilib ki, pensiyaçıların sayında müəyyən azalma isə əlillik müddəti bitən şəxslərin bir qisminin əlillik müddətinin uzadılması üçün təkrar müraciət etməməsi, habelə əlillik müddətinin uzadılması üçün edilmiş müraciətlər üzrə şəffaf qiymətləndirmə zamanı bir sıra şəxslərin artıq reabilitasiya olunduqlarının müəyyən edilməsi və bu səbəbdən pensiya sistemini tərk etməsi ilə bağlıdır.
"Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2,6 milyon şəxs sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir" - deyə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Orta aylıq pensiya 435 manat olub
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,6 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ötən ilin iyulun 1-i ilə müqayisədə əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalıb, yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb.
Bu ilin birinci yarısında təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435 manat təşkil edib və orta aylıq əmək haqqının 47,2 faizinə bərabər olub.
"Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Əmək pensiyasının növləri
Xatırladaq ki, Azərbaycanda əmək pensiyasının 3 növü var - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası.
Qanunvericiliyə əsasən, müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

Dünyapress TV

Xəbər lenti