Ardını oxu...
Təzə tərəvəzlərin, quru meyvələrin və bitki çaylarının müntəzəm istehlakı hipertoniya ilə mübarizəyə kömək edə bilər.

Bu barədə Rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Qinzburq bildirib.

Onun sözlərinə görə, təzyiqi oynayanlar və hipertoniyadan əziyyət çəkən insanlar qida rasionuna maqnezium və kaliumla zəngin qidalar daxil etməli, həddindən artıq duzlu yeməklərdən isə uzaq durmalıdırlar.

“İlk növbədə bitki çaylarına, quru meyvələrə, həmçinin bütün təzə mövsümi giləmeyvə və meyvələrə diqqət yetirilməlidir. Bu, o demək deyil ki, yedinizsə təzyiq dərhal düşəcək, xeyr. Ancaq bu qidalar mütəmadi istehlak edilsə, çox duzlu yeməkdən çəkinilsə hipertoniyanı idarə etmək və tutmaların öhdəsindən gəlmək daha asan olar”, - deyə həkim bildirib.

Qinzburq belə insanlara tez-tez göyərti, xüsusən şüyüd və cəfəri yeməyi tövsiyə edib.

“Bütün yarpaqlı göyərtilər “K” vitamini ilə zəngindir, həmçinin mülayim sidikqovucu təsirə malikdir ki, bu da qan damarlarına yükü azaldır. Çin kələmi, ispanaq, bütün bunlar hipertoniya xəstələrinə vacibdir”, - deyə Qinzburq sözlərini yekunlaşdırıb.

Mənbə: Gazeta.ru
 
Ardını oxu...
Həkimlər indi koronavirus infeksiyasına yoluxma hallarının artmasından deyil, COVID-19-un qrip və ya adenovirusla mümkün birləşməsindən qorxurlar.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Tibb Akademiyasının Davamlı Peşəkar Təhsil Virusologiya kafedrasının müdiri Yelena Malinnikova bildirib. O vurğulayıb ki, bu gün səhiyyə sistemini narahat edən məsələ koronavirusa yoluxma hallarının artması deyil, qarışıq infeksiyaların - COVID-19 və qrip və ya adenovirus və koronavirusun birləşməsinin meydana çıxa bilməsi təhlükəsidir. Mütəxəssisin sözlərinə görə, belə xəstəliklərin qarşısını almağın əsas yolu peyvənddir. "COVID-19-a qarşı gücləndirici peyvənd çox yaxşı nəticələr verir və xəstəliyə dözməyi asanlaşdırır, bəzi hallarda isə, insan bu virusa, hətta yoluxmur",-deyə Malinnikova vurğulayıb.

İnfeksionist əlavə edib ki, hələ may ayında koronavirusa yoluxma hallarının artacağı proqnozlaşdırılmışdı. "Hazırda yeni koronavirus faktiki olaraq hər gün mutasiyaya uğrayır, buna görə də bu virusa yoluxanlar xəstəliyi yüngül keçirirlər",-deyə həkim izah edib. Xatırladaq ki, Hamaley adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq bir müddət əvvəl bildirmişdi ki, "Omikron"un yeni variantlarından qoruyacaq vaksin "Sputnik V" ilə eyni platformada yaradılıb.

Sevinc Tapdıqqızı
 
Ardını oxu...
Rusiya Federasiyasının Dağıstan Respublikasında ictimai yerlərdə maska ​​rejiminə qayıtmaq tövsiyə edilib.

Bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.

“Dağıstandakı operativ qərargah insanların sıx olduğu yerlərdə maska ​​rejiminin tətbiqini tövsiyə edib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl Primorsk vilayətinin hakimiyyəti maska ​​rejimini qismən qaytarmaq qərarına gəlib.

Mənbə: RT
 
 
 
Ardını oxu...
ABŞ-ın məşhur "Johnson & Johnson" firması 2023-cü ildə uşaq pudralarının satışını dayandıracağını elan edib.

Bakupost.az xarici mediaya istinadən bildirir ki, həmin pudraların tərkibində xərçəngə səbəb olan maddələrin olması ittihamları ilə dəfələrlə məhkəməyə verilən şirkət bu addımı atmağa məcbur olub.
Məlumata görə, şirkət bundan sonra qarğıdalı nişastasından hazırlanan yeni uşaq pudraları istehsal edəcək.
Xatırladaq ki, "Johnson & Johnson"un istehsal etdiyi pudraların qadınlarda yumurtalıq xərçənginə səbəb olduğu 2018-ci ildə öz təsdiqini tapıb. Buna görə şirkətin 22 qadına 4,7 milyard dollar təzminat ödəməsinə qərar verilib.
 
 
 
Ardını oxu...
Avstraliya hökuməti 2020-ci ildə ölkə üçün hazırlanan COVID-19 izləmə proqramını ləğv edib.

Bu barədə ölkənin səhiyyə və yaşlılara qayğı naziri Mark Batler bildirib.

Onun sözlərinə görə, əvvəlki Avstraliya hökumətinin 21 milyon Avstraliya dollarından çox (təxminən 25 milyon manatdan çox) xərclədiyi bahalı və səmərəsiz “COVIDSafe” tətbiqini silmək üçün tədbirlər görür.

Qeyd edək ki, tətbiqin virus daşıyıcılarına yaxın olan insanlara yoluxma təhlükəsi barədə tez bir zamanda xəbərdarlıq etməsi planlaşdırılırdı. Bunun yoluxmanın yayılmasının qarşısını əhəmiyyətli dərəcədə almağa kömək edəcəyi düşünülürdü. Mobil cihaza yüklənən proqram fasiləsiz işləməli, yaxınlıqdakı qadcetləri fonda aşkar etməli və əlaqə tarixçəsini qeyd etməli idi.

Qurum rəhbəri vurğulayıb ki, Avstraliya hakimiyyəti tərəfindən 2020-ci il 26 aprel tarixində tətbiqin işə salınmasından bu günədək onun köməyi ilə yalnız iki COVID-19 hadisəsi və yoluxanlarla yaxın əlaqədə olan 17 nəfər aşkar edilib.

“2020-ci ilin aprelindən 2022-ci ilin may ayına qədər 7,9 milyondan çox istifadəçi tətbiqdən istifadə edib, lakin onlardan 800-dən azının məlumatı “Cloud” yaddaşına yükləyib”, - deyə o əlavə edib.
Ardını oxu...
Mənbə: TASS
 
Ardını oxu...
“Gözdə batma və quruluq kompüter ekranı qarşısında işləyən insanlar arasında daha çox yayılıb. Pasiyentlərdən ən çox bununla bağlı şikayətlər daxil olur”.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova nazirliyin rəsmi “Instagram” hesabındakı canlı yayımda danışıb.

Həkim bildirib ki, biz ekrana baxdığımız zaman gözümüzü normadan az qırpırıq:

“Bu hal bir müddət sonra sözügedən xəstəliyə səbəb olur. Qarşısını almaq üçün nəmləndirici damlalardan istifadə edin və gözünüzü tez-tez qırpmağa çalışın.

Əgər işiniz ekran arxasında deyilsə və gözdə batma, quruluq kimi şikayətiniz varsa, o zaman mütləq şəkildə mütəxəssisə müraciət edin.
pressklub
 
 

Ardını oxu...
Son günlər COVİD-19-a yoluxmada dinamika müşahidə olunur. Bu da haqlı olaraq əhali arasında təşviş yaradır. İnsanlar yenidən qapanmaya gediləcəyindən, cəza tədbirlərinin yenidən sərtləşdiriləcəyindən çox narahatdır. Təbii ki, bu cür narahatçılıq və təşvişlər insanları mənfi enrji ilə yükləyir və hətta bir çoxlarını təvişə salır.

Məsələ ilə bağlı tanınmış həkim Aydın Əliyevlə əlaqə saxladıq. O, narahatçılığa heç bir əsas olmadığını bildirdi:

“Hal-hazırda bizim ölkəmizdə “COVİD-19 pandemiyası yoxdur. Bizim ölkəmiz üçün bu pandemiya bitib. TƏBİB gündəlik yoluxma sayını göstərir.

Biz TƏBİB-ə də təklif göndərmişdik ki, artıq bu sayı göstərməyə ehtiyac yoxdur. Artıq karonavirus mutasiyaya uğradığından yoluxanlar xəstəliyi çox yüngül formada keçirir. Biz onlarla xəstənin döş qəfəsinin kompüter tomaqrafiyası və rentgen müayinələrini görmüşük.
Heç birində ağ ciyər zədələnməsi aşkarlanmayıb. Bu xəstəlik artıq bizim bildiyimiz qrip kimi adi formada keçir. Ağırlaşma demək olar ki, yoxdur. İstisna hallarda əvvəldən hansısa xəstəlikdən əziyyət çəkən insanlar yoluxmanı nisbətən ağır keçirdirlər. Bu da təbii haldır”.

Aydın Əliyev təhlükənin arxada qaldığını onunla əsaslandırdı ki, bizim əhalinin böyük əksəriyyəti 3 doza peyvəndi qəbul edib:

“İndiyə qədər təqribən 3 milyon civarında insan bu xəstəliyə yoluxub, sağalıbdır. Beləcə, insanlar təbii immunitet əldə ediblər. Düzdür rəsmi statistika bunun bir milyon olduğunu göstərir. Amma hamımız bilirik ki, ən azından 3 milyondan artıq insan bu xəstəliyə yoluxub. Artıq əhalimizdə kollektiv immunitet formalaşıb. Ən vacibi isə koronavirus mutasiyaya uğrayaraq öldürücülük qabiliyyətini sıfırlayıb. Və yoluxan şəxslərdə ağır keçirmə qorxusu yoxdur”.

Həkim onu da vurğulayıb ki, bu məsələ bizim üçün artıq qeyr-aktualdır:

“Bundan hansısa bir maska geyinmək, qapanmaya getmək məqsədi ilə istifadə etmək yolverilməzdir, absurddur.
Hansısa sərt tədbirlərin görülməsi və insanlara cərimələrin tətbiqi qətiyyən yolverilməzdir. Hazırda ölkəmizdə statistika aparsaq su çiçəyi və digər yoluxucu xəstəliyə yoluxma daha çoxdur, nəinki koronavirusa” - deyərək Aydın Əliyev fikirlərini yekunlaşdırıb.

 
 

Ardını oxu...
Stress hormonu kortizolun səviyyəsini azaltmaq üçün kifayət qədər yatmaq və axşam yeməyində karbohidratlar yemək lazımdır.

Cebhe.info xəbər verir ki, bunu terapevt, dietoloq Olqa Luşnikova deyib. O əmindir ki, əsas stress hormonu olan kortizolun artıq olması bir çox xəstəliklərin, o cümlədən şəkərli diabetin səbəbkarı hesab olunur. Ancaq bu hormon bədənin normal fəaliyyəti üçün lazımdır.

Dietoloq bildirib ki, səhər tezdən kortizol səviyyəsi yüksəlir, ondan sonra isə qlükoza səviyyəsi yüksəlir və beyin “oyanır”:

“Kəskin stress vəziyyətində kortizol qana qlükoza, amin turşuları və lipidlərin tədarükünü tez bir zamanda səfərbər etməyə və iltihabı yatırmağa kömək edir. Bu proses təkamül yolu ilə mükəmməlləşdi, insana ekstremal vəziyyətlərdə sağ qalmağa imkan verdi".

Ekspert qeyd edib ki, əgər stress xroniki hal alırsa və kortizol səviyyəsi daim yüksəkdirsə, bu, bir çox sağlamlıq problemlərinə səbəb olur. Məsələn, 2-ci tip diabetin inkişaf riskini artırır, xüsusilə bel bölgəsində çəki artımına kömək edir, həmçinin vazokonstriksiyaya və arterial hipertoniyanı inkişafı etdirir.

Bundan əlavə, yüksək kortizol səviyyələri beynin yaddaşdan məsul olan hissəsi olan hipokampusun funksiyasını boğur və bununla da öyrənmə qabiliyyətini pozur və əsəbiliyi artırır.

Stress hormonunun səviyyəsini necə azaltmaq olar?

Kortizol səviyyəsini normallaşdırmaq üçün mütəxəssis ilk növbədə normal yuxu rejiminə əməl etməyə çağırıb:

“İdeal vaxt budur- 23:00-dan əvvəl yatın və 07:00-dan əvvəl qalxın! Sağlam yuxu artıq kortizolla mübarizə aparmağın ən təsirli üsullarından biridir”.

Kortizol səviyyəsinin artması ilə karbohidratların əlaqəsi istisna edilə bilməz:

“Buna görə də bütün taxıllı dənli bitkilər, çörək, bərk buğda makaronları, tərəvəzlər, meyvələr, giləmeyvə və paxlalılar baxımından müəyyən pəhriz olmalıdır. Axşam yeməyində kompleks karbohidratların bir hissəsini yeməyi məsləhət görərdim. Fikrimcə, bu, hormon səviyyəsini nəzarət altında saxlamağa kömək edəcək”.

Mütəxəssis həmçinin idmanla məşğul olmaq üçün düzgün vaxt seçərək daha tez-tez idman etməyi məsləhət görüb. O, intensiv məşqləri yalnız səhər saatlarına tövsiyə edib:

“Çünki onlar kortizol istehsalı ilə müşayiət olunur. Axşamlar yoqa, plates və ya uzanmağa üstünlük verin. Vitaminlər qəbul etmək eyni dərəcədə vacibdir, məsələn, maqnezium, sink, xrom, Omeqa-3 yağ turşuları, B vitaminləri”

“Payız fəslində havaların soyuması nəticəsində yoluxma sayında artım ola bilər. Yoluxanların sayı həddən çox artarsa, xəstəxanalara yerləşdirilənlərin də sayı çoxala bilər. Bu, baş verərsə, bizim səhiyyə sistemimiz yüklənəcək”.

Bu sözləri Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov ATV-yə açıqlamasında bildirib.

O, istista etməyib ki, ölkədə müəyyən karantin tədbirləri həyata keçirilə bilər.

 

 

Ardını oxu...
“Mənim dərim tünd, dərim qalındır, ağcaqanadlar məni dişləmir və ya qan qrupum 0-dır, məni çox dişləyir”. Bu kimi ifadələri hər yay tez-tez eşidirik. ABŞ-da aparılan yeni bir araşdırma ağcaqanadların bəzi insanları niyə daha çox dişlədiyinin səbəbini izah edir.

Niyə ağcaqanadlar bəzi insanları daha çox dişləyir, bəzilərinə isə toxunmur?

Ümumiyyətlə, ağcaqanadların bəzi qan qruplarını, açıq dərililəri, dərisi daha nazik olanları daha çox dişlədiyi barədə ümumi fikir var. Bunlardan bəziləri təcrübəyə, bəziləri isə araşdırmaya əsaslanan şərhlərdir. Yeni araşdırmaya əsasən, ağcaqanadların sevdiyi müəyyən qoxular var ki, onları müəyyən insanlara daha çox cəlb edir.

ABŞ-ın Mayami Beynəlxalq Universitetində bir qrup tədqiqatçı tərəfindən aparılan araşdırmaya görə, indol, nonanol, oktenol və laktik turşu kimi molekulların ağcaqanadların diqqətini çəkən qoxular yaratdığı müəyyən edilib.

Türkiyənin Akdeniz Universitetinin professoru Hüseyn Çətin yalnız dişi ağcaqanadların ac olduqları zaman qan içməyə ehtiyac duyduğunu, insan dəri rənginin ağcaqanadlar üçün cəlbedici bir xüsusiyyət göstərmədiyini bildirib. O, xüsusilə bədən istiliyi yüksək olan uşaqlar, hamilə qadınlar və müəyyən hormonal pozğunluqları olan insanların ağcaqanadların daha çox hücumuna məruz qala biləcəyini ifadə edib.

Ağcaqanadlar təkcə insanların qanını sormur. Xüsusilə quşların bədən temperaturu insanlardan bir qədər yüksək olduğu üçün bir çox ağcaqanadlar quşlara da üstünlük verir. Buna görə də quşların daşıdığı bəzi viruslar insanlara yoluxa bilər.

Normal şəraitdə yalnız dişi ağcaqanadların insanların qanını sorduğunu, bu mümkün olmadıqda isə dişi və erkək ağcaqanadların bitki şirəsi ilə qidalandığını ifadə edən Çətin, ağcaqanadların karbohidrat ehtiyaclarını bitki şirəsi ilə qarşıladığını, buna görə də bəzi bitki özlərinin ağcaqanadlar üzərində cazibədar xüsusiyyətlərə sahib ola biləcəyini ifadə etdi.

NİYƏ İNSANLARI DİŞLƏYİRLƏR?

Sivrisinekler neden bazı insanları daha fazla ısırıyor

Türkiyəli professor ağcaqanadların çox təhlükəli həşaratlar olduğunu, araşdırmaların hər il təxminən bir milyon insanın ağcaqanadlarla ötürülən xəstəliklərdən öldüyünü, malyariya, sarı qızdırma, Qərbi Nil qızdırması, Zika və Denge kimi xəstəliklərin də ağcaqanadların daşıdığı xəstəliklər nəticəsində yayıldığını bildirib.

Bəs, bu qədər böyük əhəmiyyət kəsb edən və hər il bir milyona yaxın insanın ölümünə səbəb olan bu canlılar niyə bizə üstünlük verirlər?

Çətin insanların tənəffüs zamanı buraxdığı karbon qazını ağcaqanadların uzaqdan təsbit edə bildiyini ifadə edərək, digər səbəbləri belə sıralayıb:

“Nəfəs alarkən havaya ötürdüyümüz müxtəlif qazlar ağcaqanadlar üçün cəlbedici ola bilər. Ağcaqanadların gecələr qulağımızın ətrafında çıxardığı vızıltının səbəbi onların burnumuzdan və ağzımızdan çıxan karbon qazına meyl etməsidir”.

İSTİLİK ONLARI DAHA ÇOX ÇƏKİR

Ağcaqanadların insana meylinə təsir edən digər amillərdən birinin bədən istiliyinin olduğunu vurğulayan Çətin, insan bədən istiliyinin ağcaqanadlar tərəfindən hiss edildiyi zaman onların xüsusilə qan damarlarının sıx olduğu isti bölgələrə meyl etdiklərini ifadə edib.

Ümumiyyətlə, ağcaqanadların mürəkkəb gözləri var və onların ətrafında hərəkət edən canlıları görə bilirlər. Təxminən on metr məsafədən orqanizmləri görən bu həşəratlar siz hərəkət etdiyiniz zaman siluetinizi hiss edir və sizə tərəf yönəlir.

Ağcaqanadların ən çox sevdiyi şeylərdən birinin rütubət olduğunu ifadə edən mütəxəssislər, tərləyən insanların ağcaqanadlar tərəfindən daha çox seçildiyini, tərimizdəki müxtəlif maddələrin onları özünə çəkdiyini, buna görə də ağcaqanadların həddindən artıq tərləyən insanlara üstünlük verdiyini bildirir.

“İÇKİ İÇİRƏM, MƏNİ DİŞLƏMƏZ”

Spirtli içki qəbul edərkən ağcaqanadların onu dişləmədiyini iddia edən bir çox insan var. Amma professor Hüseyn Çətin bunun doğru olmadığını bildirib. O əlavə edib ki, əksinə, elmi araşdırmaya əsasən, pivədən istifadə edən adamı ağcaqanad daha çox dişləyir.

Ağcaqanadların insanları sancmaq üçün istifadə etdiyi iynə çox davamlı bir quruluşa malikdir. Belə ki, ağzı ilə dərimizdə bu iynənin keçə biləcəyi bir deşik açır və iynə dərinin altından keçərək damara keçir və qanı onun həzm sisteminə köçürür. Əgər qalın dəriniz varsa, təbii ki, ağcaqanad üçün bu dəriniz deşmək daha çətin olur, ona görə də onlar açıq rəngli və daha az qalın olan dərilərə üstünlük verirlər.

Bəzi araşdırmaların ağcaqanadların tünd paltar geyinən insanlara daha çox hücum etdiyini təsdiqlədiyini ifadə edən Çətin bildirib ki, bunun əsas səbəbi onların görmə qabiliyyətinin çox yaxşı inkişaf etməməsi və insanların siluetlərinə uyğun hərəkət etmələridir. Bu səbəblə tünd rəngli paltarların ağcaqanadların daha çox dişləməsinə səbəb ola biləcəyini ifadə edən mütəxəssis, metabolizmi yüksək olan insanların da daha çox karbon qazı çıxardıqları üçün ağcaqanadların diqqət mərkəzində olduqlarını vurğulayıb.

YAŞIL, BƏNÖVŞƏYİ, MAVİ VƏ AĞ RƏNG…

Sivrisinekler neden bazı insanları daha fazla ısırıyor

Tibb eksperti Aynur Eren Topkaya isə deyir ki, araşdırmalara görə, ağcaqanadlar yaşıl, bənövşəyi, mavi və ağ rəngin soyuq çalarlarına məhəl qoymurlar: “Bundan əlavə, bəzi rənglər daha cəlbedici görünür. Bu rənglər narıncı, qırmızı və qaradır. Bu rənglərin əksəriyyəti işığın uzun dalğa uzunluqlarına uyğun gəlir. İnsan dərisinin qırmızı və narıncı diapazonda və uzun dalğa uzunluqlarında yerləşdiyi üçün ağcaqanadlar üçün cəlbedici olur. Buna görə də paltar seçimində yaşıl, bənövşəyi, mavi və ağ rənglərin seçilməsi ağcaqanadları uzaqlaşdırmaq üçün yaxşı bir üsul ola bilər”.

Qeyd edək ki, 2019-cu ildə Yaponiya Zərərvericilərlə Mübarizə İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırma ağcaqanadların "0" qan qrupu olan insanları "A" qan qrupu ilə müqayisədə dişləmə ehtimalının iki dəfə çox olduğunu ortaya qoydu.

Topkaya, ağcaqanadların insan bədəninin müəyyən hissələrinə, xüsusilə də topuq kimi nahiyələrə daha çox maraq göstərdiyini və bu vəziyyətin bakterial floranın daha çox cəmləşdiyi bədən hissələrimizə maraqdan qaynaqlandığını ifadə edib. Bu nəticə həm də bu bölgədəki bakteriyaların metabolizması nəticəsində əmələ gətirdikləri metabolik maddələrlə əlaqələndirilir:

“Biz bilirik ki, bəzi viral, parazitar və bakterial xəstəliklərin mikrob agentləri ağcaqanadlar vasitəsilə ötürülə bilər. Xüsusilə allergiyası olan insanlarda ağcaqanad dişləmələrinin daha narahatedici ölçülərə çatması mümkündür”.

Topkaya tez-tez sabun və su ilə duş almaqla həm tər qoxusunu azalda, həm də dərimizdə flora bakteriyalarının kolonizasiyasını tənzimləyə biləcəyimizi və bu vəziyyətdə ağcaqanad dişləmələri üçün təbii olaraq daha az riskli ola biləcəyimizi söyləyir.

Topkaya, xüsusilə yay aylarında və axşam saatlarında dözülməz hala gələn ağcaqanad dişləmələri nəticəsində yaranan qaşınma, kiçik şişlik və qızartıların səbəbinin əslində immunitet sisteminin bir reaksiyası olduğunu, dişləmədən sonra ağcaqanadın buraxdığı ifrazat nəticəsində bədənin yanma və qaşınmaya reaksiya verdiyini ifadə edib. O, çətin də olsa qaşımamağa çalışmağın vacib olduğunu, çünki cızılmanın həmin nahiyədə infeksiyaya səbəb ola biləcəyini bildirib. Xüsusilə çirkli dırnaqlarla qanaxma nöqtəsinə qədər qaşımağın dəri infeksiyasına yol aça biləcəyini söyləyib.

Topkaya deyir ki, ağcaqanad dişlədiyi hissəni sabun və su ilə yumaq və qaşınmanı azalda bilən tropik kremlərdən istifadə etmək daha yaxşı olar.

Dərimiz bizi yalnız xarici mühitdən qorumur, həm də bir çox maddə istehsal edərək fabrik kimi işləyir. Dərinin istehsal etdiyi steroidlər, sidik turşusu, ammonium, laktik turşu kimi maddələr ağcaqanadların cazibə mərkəzinə çevrilir. Bu maddələrin istehsalı qadından kişiyə, artıq çəkidən arıqlığa qədər dəyişdiyi üçün dişləmə nisbətlərində fərqlər ola bilər.

Sedef BATI,

Hurriyyet.com.tr

Tərcümə etdi: Qafqaz.media
 

Dünyapress TV

Xəbər lenti