Martın 25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusnun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

 
 
 
 

Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. 

Sarkazm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin məsələ ilə bağlı yaydığı son açıqlama diqqət çəkir.

Məsələ burasındadır ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Yəni, artıq iş xəbərdarlıqdan keçib. Bunun nəticəsi kimi, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Bu isə həmin yollara Azərbaycan ordusunun nəzarət etməsi deməkdir.

Ardını oxu...
Ermənistan baş naziri Nikol Paşinyan hökumətin 23 mart tarixli iclasında çıxışı zamanı növbəti absurd tezislər səsləndirib.

Paşinyanın özünü şir kimi hiss etməsinə səbəb isə ehtimal ki, Ermənistanda olan Avropa İttifaqı missiyası, Qərbdən gələn fərdi dəstək səsləri və yaxınlaşan qondarma “demokratiya sammiti” olub.

Bu barədə “Caliber”in “YouTube” kanalının təqdim etdiyi videosüjetdə bildirilib.

Paşinyan yenidən Azərbaycana qarşı ittihamlar irəli sürüb və Azərbaycanın guya qaz təchizatını dayandırdığını iddia edib. Bu arada qaçaqmalçılıq yolu ilə əldə edilən və mənşəyi məlum olmayan bu qaz Ermənistandan Azərbaycanın Qarabağ regionlarına nəql olunur.

Lakin görünür, Paşinyan Beynəlxalq Məhkəmənin bununla bağlı qərarının mətni ilə tanış deyil. Belə ki, qərarın 64-cü bəndində deyilir ki, Ermənistan tərəfi Azərbaycanın Qarabağ sakinlərinin qaz təchizatını dayandırması ilə bağlı hər hansı sübut təqdim etməyib.

Daha ətraflı videosüjetdə:

 
 
 
Ardını oxu...
Akar Şoyqu ilə telefon söhbətində Qarabağ ətrafındakı vəziyyəti də müzakirə edib. Ankaranın təşəbbüsü ilə baş tutan telefon zəngində Qarabağla bağlı nələrin müzakirə edildiyini təxmin etmək mümkündür:
1. Qarabağda qanunsuz erməni silahlı dəstələrin çıxarılması;
2. Rusiya sülhməramlılarının müşahiyəti ilə Ermənistandan silah-sursatın daşınmasının qarşısının alınması;
Ankara Bakının bu istəklərini, həm də buna qarşı atılacaq addımları Moskvaya çatdırır. Akarın zəngi həm də Bakının atmağa hazırlaşdığı addımlardan öncə Rusiyaya Azərbaycanın yanındayıq demək, bununla mümkün təzyiqlərin qarşısını almaq məqsədi də daşıya bilər.
Bunun fonunda keçmiş Ağdərə rayonu ərazisində qanunsuz erməni silahlı dəstələrinə məxsus postda silah-sursat və hərbi texnikanı sıradan çıxaran, canlı qüvvənin xəsarət alması ilə nəticələnən yanğının baş verməsi də diqqət çəkir.

Asif Nərimanlı - DİA.AZ
Ardını oxu...
Azərnaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin bölmələri tərəfindən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus təminat maşınlarının müşayiət edilməsi növbəti dəfə müşahidə olunub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli URAL və üzərində yanacaq çəni olan KamAZ avtomobilinin, ümumilikdə beş hərbi nəqliyyat vasitəsinin kolonda hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Bir daha bildiririk ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu qəbuledilməzdir.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını labüd edir.

 
Ardını oxu...
Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə bildirib ki, son günlər Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni azlığının yaşadığı ərazilərdə ciddi proseslər müşahidə olunur.

“Müşahidələrimiz onu göstərir ki, Qarabağda qalmaqda olan qeyri-qanuni silahlı dəstələrin mövqeləri hərbi meyarlara uyğun gücləndirilir”, - deyə F.İsazadə qeyd edib.
Ətraflı verilişi təqdim edirik:

 
Ardını oxu...

Paşinyan arzuolunmaz həmvətənlərinin və dostlarının Ermənistana girişinə qadağa qoyulması istiqamətində yorulmaz fəaliyyətini şərh etdi. Və cənab Paşinyan ənənəsi üzrə yalan danışdı. Belə çıxır ki, “onlar”, yəni biz İrəvana etdiklərimizin 1%-ni Rusiyaya qarşı etsəydik, vətənimizin yaxınlığına belə gələ bilməzdik.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst siyasətçi Konstantin Zatulin Paşinyanın onları ölkəyə buraxılmama səbəbləri haqda sözlərinə cavab olaraq deyib.

“Mən nə erməni, nə də Ermənistan vətəndaşıyam. Və heç vaxt olmamışam. Lakin otuz ildən artıq ictimai, siyasi və parlament fəaliyyətim dövründə tarixi yaddaşa sadiqliyin, rus və erməni xalqları arasında dostluğun, Ermənistanın özü tərəfindən tanınmayan "dqr"ə (Xankəndidəki separatçı rejimə - red.) dəstəyin tərəfdarı olmuşam. Məsələn, 1995-ci ildə Osmanlı İmperiyasında erməni xalqının “soyqırımının” Rusiyada tanınması haqqında qətnamənin müəllifi olmuşam. Yaxud 2018-ci ildə Rusiya-Ermənistan Lazarev Klubunu yaradıb və 2021-ci ildə Qarabağ əhalisinin (Qarabağdakı ermənilərin demək istəyir – red.) koronavirusa qarşı peyvənd olunmasını təşkil etmişəm və s.

Ermənistanda çoxlu dostum var, amma Baş nazirin dediyinə görə, mən yanlış insanlarla dostam. Yeri gəlmişkən, keçən il qadağadan sonra o, Ermənistan Respublikasının hazırkı səfirini mənə lazım olanlarla “dostluğa məcbur etmək” ümidi ilə yanıma göndərmişdi. Yazıq səfir! Amma Paşinyanın “bəzilərinə”, yəni həm də mənə iddiaları hamısı bir növ cəfəngiyyatdır. Guya “bəziləri”, yəni mən də daxil olmaqla, Ermənistan hökumətindən dəhlizlə bağlı verdiyi vədləri yerinə yetirməyi tələb etmişik.

Aydınlıq gətirirəm. Keçən il Paşinyanın təbliğatçılarının yalanları ilə zombiləşən bir jurnalist mənə telefonla sual verdi: “Rusiya niyə Ermənistandan Azərbaycana Zəngəzur dəhlizinin verilməsini tələb edir?” Dedim ki, məsələ ümumiyyətlə Rusiyada deyil, Moskvaya Türkiyə ilə Azərbaycan arasında heç bir dəhliz lazım deyil. Ermənistanın indiki hökumətinin bəzi vədlərində, xüsusən də Azərbaycanla imzalanmış protokolda "kommunikasiyaların açılması" öz əksini tapıb. Yəni dəhliz haqqında bizə müraciət etməyin. Hamısı budur" , - o bildirib.

Zatulin qeyd edib ki, bu əsasda Ermənistan hökumətindən onun ərazisindən dəhliz açmağı tələb etdiyimi iddia etmək üçün ya axmaq, ya da Paşinyan olmalısan:

“Görünür, mən Paşinyan üçün Korotçenkoya bərabər bir adamam. Paşinyanın məni bəyənməməsinin əsl səbəbi başqalarını bəyənməmə səbəbi ilə eynidir. Nikol hesab edir ki, Ermənistan odur! Xatırladım ki, Nikol bir dəfə bəyan etdi ki, “Dağlıq Qarabağ Ermənistandır. Və nöqtə" Nəticədə nələr oldu?”

Ardını oxu...
Ermənistan müdafiə naziri Suren Papikyan dünən - martın 15-də Müdafiə Nazirliyi bölmələrinin komandanlığı tərəfindən “Artsax Respublikası” ifadəsinin işlədilməsini qadağan edib.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda səhər saatlarında "Hraparak" nəşri məlumat yayıb.

Nazirin hərbi hissələrə göndərdiyi yazılı sərəncamda deyilir:

“Leksikondan “Artsax Respublikası” ifadəsini çıxarmaq, yalnız “Dağlıq Qarabağ” birləşməsindən istifadə etmək lazımdır".

Xatırladaq ki, S.Papikyan Nikol Paşinyanın hakimiyyəti dövründə qısa müddə baş nazirin müavini vəzifəsini tutduqdan sonra 15 noyabr 2021-ci ildə Ermənistanın müdafiə naziri təyin edilib.
 
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan martın 14-də İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, sülh sazişiylə bağlı Bakıya göndərdikləri təkliflərə cavab alıblar.

Paşinyan Bakının cavabında sülh sazişinin imzalanması üçün irəliləyiş olduğunu desə də əlavəsini unutmayıb: “Daha çox irəlilədikcə fundamental problemlərin sayı artır”.

Nikol Paşinyan “fundamental problemlər” dedikdə nələri nəzərdə tutub?

Birincisi, Paşinyan Bakıdan aldığı cavabdan bu qənaətə gəlib ki, Azərbaycan sülh sazişi vasitəsilə Ermənistana qarşı ərazi iddialarını reallaşdırmaq istəyir. Yəqin Paşinyan Azərbaycanın Qərbi Zəngəzurun məşkunlaşdırılmasıyla bağlı siyasətini nəzərə tutub. O bunu Ermənistana qarşı ərazi iddiası kimi qəbul edir. Halbuki, söhbət ərazi iddiasından deyil, azərbaycanlıların qovulduqları yerlərə qayıtmaq hüququndan gedir. Qarabağda ermənilər yaşayacaqlarsa, Qərbi Zəngəzurda da azərbaycanlıların yaşaması təmin olunmalıdır. Paşinyan bu ədalətli modelin əleyhinədr.

İkincisi, Nikol Paşinyan hesab edir ki, Azərbaycan Ermənistanla sülh sazişi vasitəsilə “dağlıq Qarabağda etnik təmizləmə mandatı” əldə etmək istəyir. Yəni Paşinyan demək istəyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Qarabağda ermənilərin kütləvi köçü həyata keçiriləcək və bu halda İrəvan buna mane ola bilməyəcək. Paşinyan bu zaman “genosid” ifadəsini işlədib. Realıqda Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olması şərti mövcuddur.
Ətraflı

Üçüncüsü, Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalayacağı halda bunun yerinə yetiriləcəyinə dair təminat tələb edib, bunsuz sənədin işlək olmayacağını bildirib və misal olaraq Azərbaycanın 2020-ci ilin 10 noyabr bəyanatına əks olaraq yolun “bağlandığını” göstərib. Paşinyan sülh sazişinə beynəlxalq təminat istəyir. Belə bir təminat Azərbaycanın maraqlarına zidd deyil, sadəcə Ermənistanla sülh sazişi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından fərqli olacaq.

Dördüncüsü, Nikol Paşinyan Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin İrəvan üçün ilkin əhəmiyyət daşıdığını vurğulayıb. Belə çıxır ki, Paşinyan sənəddə Qarabağla bağlı müddəanın əks olunması fikrindən imtina etməyib. Bu Azərbaycanın maraqlarına ziddir.

Beləliklə, İkinci Qarabağ müharibəsi Nikol Paşinyana dərs olmayıb. Paşinyan sülh sazişini imzalamağa hazır deyil, vaxtı uzatmağa çalışır. Ancaq Ermənistanın baş naziri vaxtı uzadarkən bölgədə müharibə risqinin artdığını da etiraf edib.

“Atlas” Araşdırmalar Mərkəzi
 
Ardını oxu...
“2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası ilə bağlı Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Çərçivə Sənədinin 2023-cü il üzrə icrası üçün Birgə İş Planları müzakirə edilərək təsdiqlənib və maliyyə ili üçün büdcə prosesi və strateji istiqamətlər müəyyən olunub.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini və sayca 5-ci olan Çərçivə Sənədinin icrası nəticəsində BMT-Azərbaycan əlaqələrinin tərəfdaşlıq mərhələsinə yüksəldiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030-cu il” Gündəliyinə qoşulduqdan sonra ölkədə qəbul olunan 40-dan çox dövlət proqramı, strategiya və fəaliyyət planı Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) inteqrasiya edilib və hazırda da layihələrin uyğunlaşdırılması prosesi davam etdirilir.

BMT-nin ölkə üzrə rezident əlaqələndiricisi Vladanka Andreyeva ölkəmizlə bir sıra sahələr üzrə səmərəli əməkdaşlığı diqqətə çatdırıb, qurumun işğaldan azad olunmuş ərazilərimizin bərpasında, xüsusilə minatəmizləmə fəaliyyətində Azərbaycan Hökumətinə dəstəyinin davam edəcəyini qeyd edib, ölkəmizin DİM-lərin həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb.

Tədbir çərçivəsində sənədin icrası üzrə 5 istiqamətdə Nəticə qruplarının həmsədrləri tərəfindən 2022-ci ilin yekunları və 2023-cü ilin prioritet istiqamətlər üzrə təqdimatlar edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Çərçivə Sənədi Təşkilatın ölkəmizdə fəaliyyətinin planlaşdırılmasında və icrasında mühüm alət olmaqla, 2021-2025-ci illər üçün Azərbaycan Hökuməti və BMT-nin Ölkə üzrə İdarə Heyəti arasında əməkdaşlığa dair strateji istiqamətləri müəyyən edir. Çərçivə Sənədinin icrası üzrə Hökumət və BMT-nin ixtisaslaşmış qurumlarının ölkəmizdə fəaliyyət göstərən nümayəndələrindən ibarət Hökumət-BMT Birgə İstiqamətləndirici Komitə və Sənədin prioritet sahələri üzrə 5 istiqamətdə nəticə qrupları formalaşdırılıb.
 

Dünyapress TV

Xəbər lenti