Ardını oxu...
Qadının həyatını xilas etmək mümkün olmayıb

Gəncədə gənc qadın dəm qazından boğularaq ölüb. AYNA.AZ-ın "Report"a istinadən məlumatına görə, 1999-cu il təvəllüdlü Məmmədova Zərəngiz dəm qazından zəhərlənib.

O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 
 
 
Ardını oxu...
Paytaxt yollarında qarın təmizlənməsi üçün xadimələrdən, süpürgəçilərdən istifadə edilir. Bu faktları şəhərin müxtəlif ərazilərində görmək mümkündür. Əsasən də qadınların iş istismarına cəlb edilməsi diqqəti cəlb edir. Onların arasında orta və yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Bu da əmək hüquqlarının pozulması və onların qul kimi işlədilməsi deməkdir. Çünki yolların qardan təmizlənməsi üçün xüsusi texnika və avadanlıq alınıb. İşin hüququ tərəfi ilə yanaşı mənəvi aspekti də var - qadınları qarda-çovğunda küçədə işlətmək, qar təmizlətmək ayıbdır. Lakin bunu edənlər rayon icra hakimiyyətləridir.

Anaxeber.info son bir neçə gün ərzində bu mənzərənin Bakının hansı rayonlarında müşahidə edildiyini dəqiqləşdirib. Müşahidələrə görə, paytaxtın Nərimanov, Sabunçu, Suraxanı, Nizami rayonlarında qadınların qar təmizləmək işlərinə cəlb olunması hallarına, rast gəlinib. Eyni vəziyyət Yasamal, Binəqədi rayonlarında da qeydə alınıb. Bu rayonların icra başçıları, "JEK" müdirləri, vəzifəli şəxsləri isə həmin saatlarda isti kabinetlərdə, ya da qarlı havanın ləzzətini çıxarmaq üçün restoranlarda olublar.


Anaxeber.info
 
Ardını oxu...
Azərbaycanda estetik əməliyyat etdirənlərin sayı artsa da, heç də hamısı uğurlu nəticə vermir. Son vaxtlar bu tipli şikayətlərin sayı artmaqdadır.

Xəbər verdiyimizi kimi Səhiyyə nazirliyi və hüquq-mühafizə orqanları saxta lisenziya əldə etmiş plastik cərrahlarla bağlı araşdırma aparır və artıq bir neçə cərrahın lisenziyası ləğv edilib.

Bu əməllərinin qurbanları isə artmaqdadır. XALQ.AZ xəbər verir ki,belə qurbanlardan biri də Bakı sakini, Gunay Məmmədovadır.
Ardını oxu...
G. Məmmədovanı “Medaura” klinikası baş həkimi plastik cərrah Nigar Məhəmmədova əməliyyat edib.
Ardını oxu...
Buna əgər plastik əməliyyat demək olarsa.
Ardını oxu...
Pasiyentin bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb. Şikayətçi bildirir ki, nəfəs almaqda çətinlik çəkir, dost- tanış, qouhumlar belə artıq məni tanımır, çünki üzüm tamimilə dəyişib ancaq səsimdən tanıyırlar.
Ardını oxu...
Şikayətçi bildirir ki, Nigar Məhhəmmədova və köməkçisi Yaqub məni aldatdılar bu hala saldılar. Mənə 1 saatlıq korreksiya əməliyyatı deyib, 4 saat narkozdan saxlayıb əməliyyat ediblər. Bir ay ərzində məni iki dəfə əməliyyata salıblar, mənə deyilmədən həyati əhəmiyyətli orqanlarıma müdaxilə (qabırğama) müdaxilə olunub. Bu günə qədər cərrahiyə əməliyyatı yeri sağalmayıb, yaramdan irin axır deyə G. Məmmədova bildirib.
Ardını oxu...
Belə uğursuz əməliyyatın icracısı isə ”Medaura” klinikasında Nigar Məhəmmədova baş həkim kimi fəaliyyət göstərir, pasiyentlər qəbul edir,əməliyyatlar həyata keçirir.
Ardını oxu...
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına şikayət olunub araşdırma aparılır.
Ardını oxu...
Şikayətlə bağlı ”Medaura” klinikası ilə əlaqə yaratmaq mümkün olmadı. Nigar Məhəmmədovanın açıqlamasını dərc etməyə hazırıq.

Həmin fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Qeyd edək ki, “MedAura” klinikasının qanuni təmsilçisi və direktoru Zeynallı Nihat Yusif oğludur.
Ardını oxu...
 
 
 
Ardını oxu...
İctimai TV-nin aparıcısı Nərmin Knyaz şəxsi həyatı ilə bağlı açıqlama verib.

O, instaqramda paylaşdığı postda evli olub, ayrıldığını yazıb:

"5 ay evli olmuşam. Boşanmışam. Cəmiyyətin qınağından bəzən bunu deyəndə hiss etdirməsəm də içimdə utanıram. Bunun üzərində hələ də işləyirəm..

Evli olduğum münasibətimdə emosional və fiziki şiddət görmüşəm".

/milli.az
 
Ardını oxu...
Uçsuz bucaksız okyanusun ortasında 19 yaşında hamile bir kadın olduğunu ve isyancı bir mürettebatla yüzleştiğini hayal et. Bu bir film sahnesi değil, 19. yüzyılda Amerikan ticaret gemisine komuta eden ilk kadın Mary Ann Brown Patten'ın inanılmaz gerçek hikayesi. Onun cesareti ve kararlılığı, bir kişinin en aşırı zorluklar karşısında neler başarabileceğinin bir kanıtıdır.
Mary Ann 6 Nisan 1837'de Chelsea, Massachusetts'te doğdu. Küçük yaştan itibaren alışılmadık bir merak ve güç gösterdi. 1853'te 16 yaşında Joshua Adams Patten, hızı ve zarafeti ile tanınan Neptune's Car kırpıcısının genç kaptanı Joshua Adams ile evlendi.
1856'da Mary Ann hayatını sonsuza dek değiştirecek bir yolculuğa çıktı. New York'tan San Francisco'ya giden Neptune's Car'da kocası Joshua ciddi şekilde tüberküloz hastalığına yakalandı ve onu etkisiz hale getirdi. Birinci subay da hastalandı ve ikinci subay tecrübesizken Mary Ann okyanusun ortasında geminin komutasını devraldı.
56 gün boyunca Mary Ann Neptune's Car'da fırtınalar ve tehlikeler arasında yelken açtı, bir isyan girişimiyle yüzleşti ve tüm olasılıklara meydan okudu. Seyrüsefer bilgisi ve cesareti mürettebatı güvende tuttu ve gemiyi San Francisco'daki limana getirdi. Mary Ann, kararlılığı ve yetenekleri ile erkeklerin egemen olduğu bir dünyada bir kadının başarılı bir şekilde liderlik edebileceğini kanıtladı.
San Fransisco'ya geldiğinde yaptığı kahramanlık ile övünse de dönemin toplumu donanmada liderlik görevine bir kadını kabul etmeye hazır değildi. Mary Ann 17 Mart 1861'de 23 yaşında öldü. Ancak mirası cesaretin ve kararlılığın bir sembolü olarak devam ediyor.
Nurten Öner
TEREF
 
Ardını oxu...
Bakıda özünü psixoloq kimi təqdim edən Əfsanə Qasımlı adlı şəxs “şəfalanma” seansı keçirib. Seans zamanı “xəstələr”dən bəziləri əsə-əsə, bəziləri isə yerə yıxılaraq ağlayıb. İddia edilir ki, bu yolla bütün acılar ortaya çıxır və travmalarını xatırlayaraq şəfa tapırlar.

Əfsanə Qasımlı bir müddət öncə “Azerina” adı ilə məşhurlaşıb. Onun haqqında dələduzluq ittihamları yayılıb. Belə ki, İnstaqramda “Life coach” kimi fəaliyyət göstərən Azerina adlı xanımın insanları aldadaraq, pullarını mənimsədiyi iddia edilib və Feysbukda “Şəbəkə” səhifəsi dələduzluqda ittiham olunan Azerinanı ifşa edib.

“Şəbəkə”nin yazdığı mətndə deyilir:

“Bu gənc qadın, deyilənə görə, fırıldaqçılıqla məşğuldur. İnstaqramda Azerina adı ilə tanınır. Adi, ucuz pul kisələrini “dua oxumuşam, çoxlu pul qazanacaqsınız” adı ilə 400-500 AZN-ə satır. Sonra da camaatı inandırmaq üçün feyk profillər açıb (və ya açdırıb) özünə təriflər yazdırır. Adamın 400 mindən çox izləyicisi var. Müraciətlərə meneceri cavab verir. Özünü uzman astroloq kimi təqdim edir. Şüarı da belədir: “Xəyallarınızı reallarınız edirəm”. Deyilənə görə, bu qadının toruna düşmüş xeyli zərərçəkən var. Paylaşırıq ki, xəbəriniz olsun”.

Xatırladaq ki, Azerinanın dələduzluğu haqqında ilk dəfə bloger Aynur Qurbanqızı məlumat yayıb. O bildirib ki, Azerina insanları ağlasığmaz yalanlarla aldadır:

“Araşdırdım məlum oldu ki, hamısı pulla tutulmuş profillərdir. Bunu tək mən yox, siz özünüz də baxsanız görərsiz ki, eyni mesajlar kopyalanıb, “spam” kimi bütün statuslara atılır və eyni profillər tərəfindən edilir. Sonra onunla işləyən adamın yaxını ilə danışdım, deyir, bu saxta reklam mesajlar üçün xüsusi şirkətə pul ödəyir və status paylaşılanda hamısı spam kimi bu tip şərhlər atmağa başlayır. Və bizim kimi sadə adam da baxır şərhə ki, bu qədər adam yazıbsa, yəqin düz olar, seansına gedib 300-500 manat ödəyir”./yenisabah.az

Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Avropada davamlı sülhü yalnız Avropa təmin edə bilər.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

XİN başçısı Rusiya və ABŞ arasında keçirilən müzakirələrə Avropanın dəvət edilməməsini tənqid edib, Avropa İttifaqının Rusiyaya qarşı 16-cı sanksiyalar paketini məmnuniyyətlə qarşıladığını bildirib.

Ukraynaya hərbi yardım mövzusunda sualları cavablandıran XİN rəhbəri Avropanın HHM sistemlərinin, PUA-ların alınması üçün milyard avroluq yardım paketi hazırladığını qeyd edib.

“Lakin Avropa İttifaqı olaraq burada dayanmamalıyıq. İkitərəfli səviyyədə Ukraynaya dəstəyimizi artıracağıq və bunun üçün büdcədə düzəlişlər etməliyik, istəsək də, istəməsək də”, – Berbok deyib./globalinfo.az
 
Ardını oxu...
Şəkidə gənc ana doğuşdan sonra həyatını itirib.

Şəki Regional Perinatal Mərkəzində Zunud kənd sakini 27 yaşlı Nigar Kərəm qızı Qarayevanın doğuşdan bir gün sonra vəziyyəti pisləşib və boğulmadan dünyasını dəyişib.

Zunud kənd sakini Nigar Qarayeva bir neçə il əvvəl Tural Nəsibovla ailə qurub və bu onların hər ikisinin ikinci evliliyidir. Yeni doğulan körpə mərhumun üçüncü övladı imiş...

Gənc qadının doğuşdan bir gün sonra ölməsi ailədə şübhələr yaradıb.

Mərhumun həyat yoldaşı deyir ki, biz Nigarı sağlam şəkildə Perinatal Mərkəzə təhvil vermişik. Əvvəldən də anasının iştirakı ilə gənc qadını tibbi müayinədən keçiriblər. Doğuş uğurla keçib. Hətta ailə üzvləri yenidən ana olmuş Nigarla görüşüb, hal-əhval tutublar. Lakin bu görüşdən az keçməmiş ailəyə qara xəbər gəlib.

Ətraflı Bizim.Media-nın videosüjetində:

 
 
 

 

Ardını oxu...
  

Müğənni Sevda Yahyayevanın 20 il əvvəl başına gələn xoşagəlməz hadisənin üstü açılıb. 

Bu haqda sənətçinin həmkarı Pərviz Mahmudov “Afaqla 10lar” verilişinə müsahibəsində danışıb.

Mahmudov Yahyayevanın göz yaşlarına səbəb olan həmin olayı belə nəql edib:

“20 il əvvəl məkanların birində Sevdanın həmkarları tərəfindən təkləndiyini gördüm. Sevda çox uğurlu olduğu üçün onu təkləmişdilər. Otağa daxil oldum və Sevdanın möhkəm ağladığını gördüm. Həmin an orada səs-küy salıb, onu müdafiə etdim. O gün bu gün mən Sevda ilə dostam”.

Sevda Pərvizin danışdığı bu hadisəni yadına sala bilmədiyini söyləyib:

“Qətiyyən bu hadisəni xatırlamıram. Nə vaxt olub yadıma düşmür. Pərviz “Yeni ulduz 1”də mən isə “Yeni ulduz 2” yarışmasında olmuşam. Mən onun yazdığı ilk mahnısını oxudum. Mən onun o mahnısını oxuduğum üçün Pərviz uğur qazanıb. O da deyir ki, sən də mahnımı oxudun, uğur gətirdi. Bu məsələni Pərvizlə görüşəndə soruşacağam”.      (olay)

 
 
 

  
Ardını oxu...
Müğənni Qumral tanınmış simaların göstəril üçün yaşadıqlarını və xoşbəxt olmadıqlarını bildirib.

TEREF shownews.az saytına istinadən xəbər verir ki, "Tarixin bir günü" verilişində qonaq olan sənətçi əlavə edib ki, xoşbəxtlik hüzurdur:

"Tətilə gedərkən hər şeyi çəkib paylaşırlar. Özü də bunu professional şəkildə edirlər. Bu çox çətin işdir. Bu sadəcə göstəriş üçündür".

 

Dünyapress TV

Xəbər lenti