Ardını oxu...
İsrail və HƏMAS arasında uzun müddətdir gözlənilən atəşkəs İsrailin baş naziri Benyamin Netanyahunun HƏMAS-ın bazar günü azad ediləcək üç girovun adını təqdim etmədiyi təqdirdə atəşkəsin başlamayacağını deməsi ilə təxminən üç saat gecikdikdən sonra qüvvəyə minib.

“Baş nazir İsrail Müdafiə Qüvvələrinə göstəriş verib ki, səhər saat 8:30-da qüvvəyə minməsi planlaşdırılan atəşkəs İsrail HƏMAS-ın təmin etməyi üzərinə götürdüyü azad edilən girovların siyahısını almayana qədər başlamayacaq”, Netanyahunun ofisi bazar günü bildirib.

HƏMAS sonda girovların adlarını açıqlayıb və İsrail atəşkəsin saat 11:15-də başlayacağını bildirib.

HƏMAS adların təqdim edilməsində gecikməni “texniki” səbəblərlə əlaqələndirərək, keçən həftə elan edilmiş atəşkəs razılaşmasına sadiqliyini bir daha təsdiqlədiyini əlavə edib.

“Birinci partiyada buraxılacaq şəxslərin adlarının verilməsində gecikmə texniki səbəblərlə bağlıdır”, qrupun bəyanatında deyilir.

İsrailin Nazirlər Kabinetinin atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanı təsdiqləməsi üçün səs verdikdən sonra vasitəçi ölkə olan Qətər şənbə günü atəşkəsin bazar günü səhər yerli vaxtla saat 8:30-da başlayacağını bildirib.

Şənbə günü səhər saatlarına kimi altı saatdan çox davam edən görüşdən sonra İsrail hökuməti mühasirədə olan Qəzzada HƏMAS ilə 15 aylıq müharibəyə daimi son qoya biləcək razılaşmanı təsdiqləyib.

“Hökumət girovların qaytarılması üçün razılaşmanı təsdiqləyib. Girovların azad edilməsi üçün razılaşma bazar günü qüvvəyə minəcək”, Netanyahunun ofisinin bəyanatında deyilir.

Baş nazirin ofisi razılaşmanın “müharibənin məqsədlərinə nail olmağı dəstəklədiyini” bildirib.

Qəzzada müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı 1200-ə yaxın insanın ölümü ilə nəticələnmiş və 250-yə yaxın insanın girovu götürüldüyü ilə terror hücumu ilə başlayıb. Həmin girovlardan 100 nəfərdən az hissəsinin HƏMAS-ın nəzarətində qaldığı, təxminən üçdə birinin öldüyü güman edilir.

Qəzza rəsmiləri İsrailin bundan sonra başladığı hərbi əməliyyatları zamanı əksəriyyəti qadın və uşaq olmaqla 47 minə yaxın fələstinlinin həlak olduğunu bildiriblər. İsrail sübut təqdim etmədən İsrail ölənlərin sayına öldürülən minlərlə HƏMAS militantının daxil olduğunu bildirir.

Atəşkəs döyüşlərdə üç həftəlik fasilə və onlarla israilli girovun və yüzlərlə fələstinli məhbusun azad edilməsi ilə başlayacaq.

İsrail və HƏMAS arasında aylardır danışıqlarda vasitəçilik edən ABŞ, Qətər və Misir atəşkəs razılaşmasının əldə edildiyini çərşənbə günü elan edib.
 
Ardını oxu...
Fələstinin HƏMAS hərəkatı cümə günləri vasitəçilərə Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində radikalların şənbə günləri azad etməyi planlaşdırdığı girovların siyahısını təqdim edəcək.

“Report” xəbər verir ki, bu barədə “N12” telekanalı İsrail mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Qəzza zolağında atəşkəsin birinci mərhələsi Bakı vaxtı ilə yanvarın 19-da saat 13:15-də HƏMAS hərəkatının bu gün azad ediləcək girovların adlarını vasitəçilərə vaxtında çatdıra bilməməsi səbəbindən üçsaatlıq gecikmədən sonra başlayıb. HƏMAS anlaşma çərçivəsində buraxılacaq ilk üç girovun adlar siyahısını 18 saat gecikmə ilə təqdim edib.

KİV-də yayılan məlumata görə, HƏMAS öz növbəsində İsrailin bu gün razılaşma çərçivəsində azad etməli olduğu 90 məhbusun siyahısını gözləyir. Razılaşmaya əsasən, bir İsrail girovunun azad edilməsi müqabilində 30 fələstinli azad edilməlidir.
 
Ardını oxu...
İsrail hələ də HƏMAS hərəkatının azad etməli olduğu girovların siyahısını almayıb. Bu siyahı olmadan Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz.

Demokrat.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Razılaşdırıldığı kimi azad ediləcək girovların siyahısını almayana qədər [Qəzza] razılaşması ilə irəliləməyəcəyik. İsrail razılaşmanın pozulmasına dözməyəcək. Tam məsuliyyət HƏMAS-ın üzərinə düşür", - deyə Netanyahu bildirib.
 
Ardını oxu...
Ukrayna döyüşçüləri cəbhənin Liman istiqamətində uğurlu əks-hücuma keçiblər.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Xortitsa əməliyyat-strateji qrupunun nümayəndəsi Viktor Trequbov məlumat yayıb.

O bildirib ki, Ukrayna ordusu ruslara həm canlı qüvvə və texnika itikisi yaşadır, həm də ələ keçirilən Ukrayna əraziləri geri alınır.

Trequbov digər detalları açıqlamayıb, yalnız Ukrayna qüvvələrinin aktiv müdafiədə olduğunu təsdiqləyib.
 
Ardını oxu...
Ordu sıralarında kifayət qədər dinə bağlı olan, ibadətinin zamanını keçirməməyə çalışan insanlar var. Bu şəxslər normal həyatda dinin tələb etdiyi bütün şərtləri daim yerinə yetirməyə çalışır. Məsələn; biz tez-tez mağazada, yolda və s. yerlərdə namaz qılan insanlarla qarşılaşırıq və yaxud Ramazan ayında sübh tezdən oyanıb, oruclu olmaq bu insanlar üçün önəmlidir, dinin qanunudur.

Bəs ordu sıralarında bu kimi şəxslər necə ibadət edə bilir?

Orduda dini ibadətlər üçün şərait varmı?
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ordusunda dini azadlığa hörmət olunur və qorunur.

"Hərbi xidmətə gələn dini rituallarını axsatmaq istəməyən əsgərlər üçün bütün prosedurları həyata keçirmək üçün də müvafiq şərait yaradılır. Dini Qurumlar İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin bölmələrindəki nümayəndələrlə mütəmadi görüşlər keçirilir, dini maarifləndirmə ilə aparılır.

Vətənpərvərlik duyğusunun dinlə bağlantısı var. Vətənpərvərlik ruhunun formalaşmasında, dövlətə bağlılıqda dinin böyük rolu var. Hərbi xidmətdə olan dindarlara hər bir şərait yaradılır. Namaz qılmaq üçün, ibadət üçün otaqları var"-deyən Şair Ramaldanov qeyd edib ki, orduda bununla bağlı problem yoxdur, heç kimə heç bir qadağa qoyulmayıb, hər kəs öz dini rituallarını həyata keçirə bilir, namaz qılır, oruc da tutur və orduda kifayət qədər dini təbliğat da var.
 
Ardını oxu...
  

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "SƏHƏR XƏBƏR" verilişi təqdim olunub.

Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı təhlükəsizlik üzrə erməni ekspert Ayk Nahapetyanın ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanması və Amerika qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsini şərh etməsindən danışıb. 

Ətraflı videoda: 

 
 
 
Ardını oxu...
  

ABŞ Rusiya və Çində yaxşı qorunan hədəflərə qarşı nüvə silahı hazırlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NUSA) rəhbəri Cil Hrubi məlumat verib.

Qeyd olunub ki, həmin hədəflərə qarşı nüvə başlığına malik ballistik olmayan raketlər hazırlanır.

“Rusiya və Çində baş verən son hadisələr onu göstərir ki, daha çox məsələ barədə düşünməliyik”, - o bildirib


Ardını oxu...
  

Ordumuz dünya ordularının reytinq siyahısında irəlidə

Dünya ölkələrinin hərbi gücünü əks etdirən “Global Firepower” reytinqi yenilənib. Reytinqdə hərbi hissələrin sayından və maliyyə vəziyyətindən tutmuş maddi-texniki imkanlara və coğrafiyaya kimi kateqoriyalar üzrə hər bir ölkə üçün 60-dan çox amil nəzərə alınıb.

2025-ci ildə ilk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreya daxil olub.

Azərbaycan siyahıda 60-cı yeri tutub. Ermənistan 91-ci, Gürcüstan 94-cü yerdədir. Türkiyə reytinqdə 9-cu yeri tutub, İran isə 16-cı yerdədir.

Türk dünyası ölkələrindən Qazaxıstan 57-ci, Özbəkistan 58-ci, Türkmənistan 77-ci, Qırğızıstan 105-ci yerdədir. 

Ardını oxu...

 Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 145 ölkənin sırasında Azərbaycan Ordusunun 60-cı yerə sahiblənməsi çox yaxşı nəticədir. Əsas məsələ budur ki, Azərbaycan Ordusu gün-gündən güclənir. Bunu müxtəlif digər reytinq hesabatları da təsdiqləyir: “2020-ci ildəki 44 günlük müharibədə Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti ordumuzu 20-ci əsrin müasir orduları sırasına yüksəltdi. Dünyanın bir sıra hərbi məktəblərində Azərbaycan Ordusunun 44 günlük müharibədəki taktikası, əməliyyatları öyrədilir, nümunə kimi göstərilir. Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə keçidi müharibədən sonra daha da sürətləndirildi. Diqqət edirsinizsə, açıqlanan reytinq siyahısında Türkiyə ordusu dünya üzrə 9-cu yerdədir. Bu, çox böyük nəticədir. Deməli, Azərbaycan Ordusu dünyanın ən güclü 9-cu ordusu modelinə keçir. Azərbaycan Ordusunda komando briqadaları yaradılıb və onların sayı artırılmaqda davam edir. İşğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr qurulub. Bütün bu və digər addımlar nəticəsində hərbi hissələrimizin sayında və keyfiyyətində yüksəliş olub. Reytinqin yüksəlməsində bu amillər də öz sözünü deyir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yeni il təbrikində də bəyan etdi ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq, müdafiə büdcəsi bu il daha da artırılıb. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikaları alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib.

Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.

Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib". 

Ekspert qeyd etdi ki, Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Azərbaycanın müdafiə sənayesi inkişaf edir, bir çox silahları, mərmiləri özümüz istehsal edirik. PUA-lar istehsal edirik. Biz başqa ölkələrin ordularına da silah-sursat satırıq: “Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində  silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının və müdafiə təyinatlı məmulatların həcmi çox ciddi şəkildə artıb. Ən mühüm amil isə odur ki, Azərbaycan dövləti artıq istehsal etdiyi silahları xaricə ixrac edir. Artıq 10-dan çox ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. 

Müdafiə sənayemizin davamlı olaraq böyüməsi ilə ölkəmiz xarici ölkələrin silah-sursat asılılığından azad olur. Bu, ölkə üçün çox önəmli amildir. Azərbaycan MDB məkanında dörd ölkədən biridir ki, onun müasir tələblərə cavab verən  müdafiə sənayesi mövcuddur. Eyni zamanda qürurverici haldır ki, bu gün ölkəmiz ən müasir silahların ixracatçısıdır. Prezident İlham Əliyev iclasların birində bu barədə deyib ki, bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib".

Polkovnik sonda vurğuladı ki, şübhəsiz, yaxın gələcəkdə Azərbaycan Ordusu reytinq siyahısında daha da irəliləyəcək.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Ardını oxu...
Almaniya yanvar ayının sonuna qədər Ukrayna sərhədinə yaxın yerləşən Jeşuv şəhərində "Patriot" zenit-raket komplekslərini yerləşdirəcək.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanı "Strana.ua" nəşrinə bildirib.

“Yanvar ayında şəxsən Jeşuva gedəcəyəm ki, həmin ay orada "Patriot" müdafiə sistemlərinin işə başladığını təmin edim”,– deyə almaniyalı nazir qeyd edib.

Pistorius vurğulayıb ki, Jeşuv Kiyevə yardım göstərilməsi üçün mühüm logistik mərkəz rolunu oynayır.

Dünyapress TV

Xəbər lenti