Ardını oxu...
Müharibə illərində Dövlət Müdafiə Komitəsində partizan dəstələrinin fəaliyyəti tez-tez müzakirə olunub.
Belə müzakirələrdə bu könüllü dəstələrin fəaliyyətini yüksək qiymətləndirənlər də olub, narazı qalanlar da.
1942-ci ilin may ayında isə partizanların Bryansk ətrafında keçirdikləri əməliyyat yüksəkçinliləri sözün əsl mənasında təəccübləndirib.
Ardını oxu...
Həmin əməliyyat zamanı Mixail Dukanın başçılıq etdiyi partizan dəstəsi bir neçə kənd və qəsəbəni mühasirəyə alan almanların “Quş nəğməsi” dəstəsinə güclü zərbələr endirərək minlərlə dinc sakini mühasirədən çıxarıb. Əməliyyat zamanı təkcə Duka 243 alman əsgər və zabitini məhv edib, onların şəxsiyyətini təsdiq edən sənədləri Dövlət Müdafiə Komitəsinə göndərib.
Bu uğurlu əməliyyatdan sonra Stalin Moskvada partizan dəstələrinin rəhbərləri ilə görüş keçirilməsini planlaşdırıb.
Sentyabr ayının 1-nə nəzərdə tutulmuş görüşə qədər Stalin partizan dəstələrinin başçılarının tərcümeyi-halları ilə tanış olub.
O cümlədən Mixail Dukanın da şəxsi işi sovet liderinin masasının üstünə qoyulub.
Sentyabrın 1-də axşam saat 9-da başlayan görüş gecə 1-in yarısına qədər davam edib. Görüşün sonunda Stalin dəstə başçılarına hələ bir neçə gün də Moskvada qalmalarını tapşırıb. Sentyabrın 4-də onları yenidən Kremlə dəvət ediblər.
Həmin gün Stalin partizanlara konkret tapşırıqlarını verib və onları mükafatlandırıb. Mükafatlardan Dukaya da pay düşüb. Sıravi partizana mayor rütbəsi və Sovet İttifaqı qəhrəmanı adı verilib.
Partizanlar yenidən cəbhəyə qayıdıblar.
İki gün sonra Duka almanların anbar və yaşayış üçün istifadə etdikləri 51 vaqonu partladıb. Bu partlayışla Vermaxt qoşunlarının keçirəcəkləri böyük bir hərbi əməliyyat təxirə düşüb.
Sentyabrın 16-da Duka yenidən Moskvaya çağırılıb. Partizanı Stalinin qəbuluna aparıblar.
O, kabinetə daxil olanda Ali Baş Komandana hərbi qaydada məruzə edib:
- Mayor Duka əmrinizlə gəlib.
Stalin bu məruzəni təbəssümlə qarşılayıb:
- Siz artıq generalsınız. Mayor rütbəsi sizin üçün çox azdır. Amma biz general rütbəsini sizə bir şərtlə veririk. Canınızla qoruduğunuz vətəndən bir daha oğurluq etməyin.
General rütbəsi və Stalinin sözləri Duka üçün gözlənilməz olub.
Stalin oğurluq məsələsinə toxunanda qəhrəman partizana nəyi xatırlatmaq istəyib?
1909-cu ildə Ukraynanın Vinnitasa vilayətinin Selişe kəndində anadan olan Duka orta təhsilini bitirdikdən sonra dəmirçi işləyib. Daha sonra texniki peşə məktəbində təhsil alıb, təyinatla Podolsk Mexanika Zavoduna göndərilib.
1931-ci ildə orduya çağırılan Duka həqiqi hərbi xidmətini başa vurduqdan sonra starşina kimi orduda qalıb və Bryanskda yerləşən aviasiya briqadasında xidmətini davam etdirib.
Bu hissədə o, əşya və ərzaq anbarında, yardımçı təsərrüfatda xidmət edib. Briqada rəhbərliyi Dukanı ciddi hərbçi kimi qəbul etməyib. Starşina hətta bir neçə dəfə anbarlardan oğurluğuna görə ciddi cəzalandırılıb.
1937-ci ildə isə o, “NKVD”nin apardığı yoxlamalarda ələ keçib, vəzifədən sui-istifadədə, dövlət əmlakını mənimsəmədə ittiham olunub. Bir il həbsxana həyatı yaşadıqdan sonra Dukanı azadlığa buraxıblar. Amma onun yenidən orduya qayıtması mümkün olmayıb. Məhz Stalin də Dukayla görüşdə oğurluq məsələsini həmin hadisələrə görə xatırladıb.
Azadlığa çıxdıqdan sonra Duka Bryanskda qalıb, ət kombinatında işə düzəlib. Sovet-alman müharibəsi başlayanda o, hərbi komissarlığa müraciət edərək könüllü cəbhəyə göndərilməsini xahiş edib. Bir müddət təxliyə məsələlərinə cəlb olunduqdan sonra Duka səfərbərlik işləri və partizan dəstələrinin təşkil olunması ilə məşğul olub.
Bryansk bölgəsində partizan hərəkatının yaradıcılarından biri sayılan Duka qısa müddətdə törətdiyi diversiyalarla ad çıxarıb.
Duka Vermaxt qoşunlarının işğal etdikləri Ukrayna və Belarusiya ərazilərindəki komandanları üçün böyük təhlükəyə çevrilib. Onun ələ keçirilməsi üçün böyük pullar vəd edilib.
Ukraynalı qəhrəmanı isə heç nə qorxutmayıb. Onun döyüş yolları Berlinə qədər davam edib. Məhz Berlinin rəmzi açarını da Duka ələ keçirib.
24 iyun 1945-ci ildə Moskvada keçirilən qələbə paradında Duka Qırmızı meydandan əlində Berlinin rəmzi açarı ilə keçib.
Müharibədən sonra Duka xidmətini Almaniyada davam etdirib, Leypsiq şəhərinin hərbi komendantı olub. 1948-ci ildə SSRİ-yə qayıdan general Frunze adına Hərbi Akademiyda kurslar keçib, Odessa Hərbi Dairəsinin komandan müavini vəzifəsinə təyinat alıb, general-leytenant rütbəsini daşıyıb.
Duka istefaya çıxdıqdan sonra Odessada yaşayıb. O, 1976-cı ildə, 67 yaşında vəfat edib.
General Vinnitsada anadan olsa da, ömrünün son illərini Odessada yaşasa da, ölümündən əvvəl müharibə illərini keçirdiyi Bryanskda dəfn edilməsini vəsiyyət edib.
 
Ardını oxu...
Türkiyə və İran yaxın dövrdə yeni bir geosiyasi mübarizəyə başlayacaq.

Bu barədə “Nəşnl İnterest” (Nİ) nəşri yazıb.

Nəşrin milli təhlükəsizlik üzrə departamentinin redaktoru, ABŞ hökumətinin müxtəlif qurumlarına xarici siyasətlə bağlı tövsiyələr verən Brandon Vayxert Konqresdəki respublikaçılar arasında Türkiyə-İran qarşıdurması ilə bağlı iddiaların müzakirə edildiyini qeyd edib.

İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər. Amerikalı siyasətçilər hesab edirlər ki, Türkiyə İraqda İranın təsir zonasını kəşfiyyat bacarıqları ilə azaldacaq və bu, qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalını yeni toqquşma meydanına çevirə bilər. ABŞ-da bu mübarizənin qalibinin Türkiyə olacağı proqnozlaşdırılır.

Konqres kulislərindəki müzakirələr Türkyənin Suriya və İraqda İranın əsas geostrateji rəqibinə çevrildiyi yönündədir.

“Türkiyə son günlər Suriya hakimiyyətinin də dəstəyi ilə şimaldakı kürdləri (PYD/YPG terrorçuları-red) sıxışdırmağa çalışır, bu istiqamətdə hərbi əməliyyatları intensivləşdirib. İran bölgədəki kürd qruplaşmalarına dəstək vermir, çünki özü də kürd problemi ilə üz-üzədir. Lakin Tehran Türkiyənin bölgədəki hərbi əməliyyatlarının kürd qruplaşmalarla məhdudlaşmayacağını, İraqda İranın dəstəklədiyi şiə milis qruplarının da hədəfə çevriləcəyini anlayır”, – nəşr yazır.

Nəşr mənbələrinə istinadən qeyd edir ki, İraq Türkiyənin dəstəklədiyi qruplarla İranın dəstəklədiyi qruplar arasında qaynar münaqişə ocağına çevrilmək üzrədir.

Konqres üzvərini hazırladığı hesabatlarda bir məqama xüsusilə diqqət çəkilir: “Son 20 ildə MİT İran masasını tamamilə dəyişdirdi. İran və Türkiyə arasında əməkdaşlıq bəyanatlarına baxmayaraq, arxa fonda geosiyasi rəqabət var. Türkiyə İraqdakı gücünü genişləndirməklə Tehranı 1979-2003-cü illəri əhatə edən “ölkə sərhədlərindən kənara çıxmamaq” konseptinə qayıtmağa məcbur etmək istəyir. Lakin Türkiyə və İran arasındakı qarşıdurma Yaxın Şərqdə hələ heç kimin qalib olmadığı İraqda şiddətlənərsə, Ankara qalib olacaq. Türkiyə İran daxilindəki müxalifləri belə dəstəkləyərək, Tehran rejimini çökdürməyə çalışacaq. Qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalında geosiyasi tarazlığı Türkiyə-İran qarşıdurması müəyyən edəcək”./publika.az
 
Ardını oxu...
 

Azərbaycanın Pakistandan aldığı qırıcı təyyarələr İrəvanın da həyəcanına səbəb olub.

Musavat.com AzTv-yə istinadən xəbər verir ki, erməni mediası Pakistandan Azərbaycana JF-17 qırıcılarının ilk partiyasının gətirilməsi barədə həyəcanlı xəbərlər tirajlayır.

Qeyd olunur ki, sözügedən qırıcılar 8 fərqli tipli raket daşıya bilir, müasir radar və müdafiə sisteminə sahibdir.

Ətraflı AzTV-nin sujetində

Ardını oxu...
Rusiya Ukraynada Avropanın sülhməramlılarının yerləşdirilməsi ideyasına qarşı çıxıb.

Məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov "Krasnoy zvezde”-yə müsahibəsində deyib ki, Avropada Ukraynada sülhməramlıların yerləşdirilməsi barədə müzakirələr həyasızlıqdır və Kiyevi Rusiyaya qarşı müharibəyə təhrik etməkdir.

Sergey Lavrov bildirib ki, Qərbdə avropalı sülhməramlıların yerləşdiriləcəyi ərazilərin və həmin ərazilərdə rus dilinin taleyinin necə olacağına aydınlıq gətirə bilməzlər: “Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi Rusiya üçün münaqişənin ilkin səbəbinin aradan qalxmaması demək olacaq”.
S.S Nə əkərsən onuda biçərsən! Azərbaycanda Rusiya " sülhməramlılarının" yerləşdirilməsi həyasızlık deyildi?
 
Ardını oxu...
Ukraynanın təhlükəsizlik zəmanətinı ehtiyacı var

Avropa Komissiyasının ( AK) prezidenti Ursula von der Leyen London Sammitindəki müzakirələri “yaxşı və səmimi" adlandırıb.

Məlumata görə, AK prezidenti Ukraynanın “hərtərəfli təhlükəsizlik zəmanətlərinə” ehtiyacı olduğunu deyib.

Avropanı yenidən silahlandırmaq çağırışı

"Təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik"
deyən von der Leyen bildirib ki, Avropa Komissiyası martın 6-da Avropa Şurasında bununla bağlı plan təklif edəcək.

"Həqiqətən də birlikdə addım atmalıyıq.Hazırda uzun müddət ərzində müdafiə investisiyalarının artırılması çox vacibdir. Bu, Avropa Birliyinin təhlükəsizliyi üçündür və bizə yaşadığımız geostrateji mühitdə ən pisə hazırlaşmaq, və buna görə də müdafiəni gücləndirmək lazımdır” deyə, AK prezidenti bildirir.
 
Ardını oxu...
Sırski Trampla mübahisədən sonra ordunun Zelenskini dəstəklədiyini bildirib
Ukrayna Silahlı Qüvvələri ABŞ lideri Donald Trampla Vaşinqtonda mübahisə etdikdən sonra Prezident Volodimir Zelenskinin tərəfində qalır.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski özünün teleqram kanalında yazıb.
“Silahlı Qüvvələr Ukraynanın, xalqın, Ali Baş Komandanın yanındadır. Bizim gücümüz birlikdədir. Biz Qələbəni yaxınlaşdıraraq işğalçını məhv etməyə davam edirik.
Yaşasın Ukrayna!”, – Sırski yazıb.
TEREF
 
Ardını oxu...
Türkiyə Ukraynaya silahlı kontingent göndərmək üçün Avropa ölkələrinin təşəbbüsünə açıqdır.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

“Məlumatlı mənbələrə görə, NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya sahib olan Türkiyə Ukraynadakı sülhməramlı qüvvələr üçün əsgər verməyə hazırdır”, – nəşr yazır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə məsələni müzakirə etdiyi bildirilir.
 
Ardını oxu...
Ukrayna Prezidenti Vladimir Zelenski general-mayor Andrey Qnatovu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən azad edib.

Bu barədə Zelenski sərəncam imzalayıb.

Qeyd edək ki, 2024-cü il iyunun 24-də Zelenski general-leytenant Yuri Sodolun Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırılması barədə qərar vermiş, yerinə Qnatov təyin edilmişdi. \\Axar.Az
 
Ardını oxu...
"Ukrayna prezidenti Volodimir Zelenskinin NATO-ya qoşulma prosesinin uzanacağı təqdirdə Rusiya təcavüzündən müdafiə olunmaq üçün ölkəyə nüvə silahı verilməli olduğu barədə bəyanatları ciddi deyil".

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Breitbart News”a müsahibəsində deyib.

“Heç kəsin bunu onlardan ciddi təklif hesab etdiyini düşünmürəm. Onların nüvə silahı ilə təchiz olunmasının problemin həlli olduğunu da düşünmürəm. Düşünmürəm ki, bu, real tələbdir. Bizə daha çox yox, daha az nüvə silahı olan ölkələr lazımdır”, - o deyib.

Rubio həmçinin bildirib ki, ABŞ və Rusiyanın birgə işləmək imkanları var.
 
Ardını oxu...
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Quliyev Şirxan Söhrab oğlunun ölüm faktı əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilmiş, eləcə də digər hərəkətlər icra edilmişdir.
APA xəbər verir ki, bu haqda hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.
 

Dünyapress TV

Xəbər lenti