Ardını oxu...
Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin ifşası ilə bağlı ötən gün yayımlanan qalmaqallı siyahıdan sonra Azərbaycan siyasi elitasının “boz kardinal”ı sayılan Ramiz Mehdiyevin ətrafındakı şəxslər haqqında da artıq “təmizləmə”nin başladığı qeyd olunur. Bu şəxslərdən biri də Abşeron rayonunun icra hakimi vəzifəsində çalışan Abdin Fərzəliyevdir.

“Yeni Çağ”ın əldə etdiyi məlumata görə, Abdin Fərzəliyev də yaxın zamanda istefaya göndəriləcək. Günü bu günə qədər Rusiyanın Həştərxan şəhərində geniş biznes şəbəkəsinə malik olan, böyük maliyyə imkanlarına sahib bu şəxs uzun illərdir ki, yüksək vəzifədə qalmağı bacarıb. Lakin son hadisələr göstərir ki, onun siyasi dayaqları artıq ciddi şəkildə sarsılıb.

A. Fərzəliyev uzun müddət Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş prezident köməkçisi Əli Həsənovun yaxın adamı kimi tanınıb. Yeni Azərbaycan Partiyasında (YAP) Əli Həsənovun müavini kimi fəaliyyət göstərməsi və Partiyalararası əlaqələr və dialoq komissiyasında sədr müavini olması da onun hakimiyyət daxilində mövqeyinin güclü olmasına işarə edirdi.

Bununla yanaşı, onun Həştərxanda müxtəlif biznes sahələrinə nəzarət etdiyi, 35 milyon manatlıq otel biznesinə malik olduğu iddia edilir. Uzun illər ərzində formalaşan bu əlaqələr və biznes maraqları Fərzəliyevin vəzifədə qalmasına kömək etsə də, indi vəziyyət tamamilə dəyişib. Son dövrlər Mehdiyev-Həsənov tandeminin siyasi arenadan tamamilə uzaqlaşdırılması, xüsusilə Ramiz Mehdiyevin artıq iqtidar komandasında “arzuedilməz şəxs” elan olunması Abdin Fərzəliyev üçün də ciddi təhlükələr yaradıb.

Məhz bu səbəbdən, Abdin Fərzəliyevin də vəzifəsini itirəcəyi qeyd olunur. Abdin Fərzəliyev haqqında yayılan ən ciddi iddialardan biri onun Avropada Azərbaycan əleyhinə fəaliyyət göstərən müxalif qruplara maliyyə dəstəyi verməsi ilə bağlıdır.

Qeyd edək ki, Abdin Fərzəliyev siyasi karyerası boyu müxtəlif qalmaqallarla gündəmə gəlib. Onun Heydər Əliyevin 90 illiyi münasibətilə salınmış parkın sonradan obyekt tikmək üçün sökülməsinə icazə verməsi geniş ictimaiyyət tərəfindən tənqid olunub. Bundan əlavə, Gülər Əhmədova – Ramiz Mehdiyev – Elşad Abdullayev qalmaqalı zamanı da adı müxtəlif hallarda çəkilib. Mətbuatın iddialarına görə, o dövrdə Ramiz Mehdiyev öz ailə kassası hesab edilən Fərzəliyevi qorumaq üçün ictimai rəyə münasibətlərin pozulması görüntüsünü yaratmaq istəyib. Lakin qalmaqal səngiyəndən sonra onların yenidən birlikdə hərəkət etdiyi üzə çıxıb.

Son hadisələr isə göstərir ki, Abdin Fərzəliyevin siyasi dayaqları tamamilə zəifləyib və onun vəzifədə qalması getdikcə çətinləşir. Ölkədə aparılan kadr islahatları fonunda onun da yaxın zamanda postunu tərk edəcəyi istisna edilmir. Bu prosesin necə nəticələnəcəyi isə qarşıdakı günlərdə daha da aydınlaşacaq.

Məsələni diqqətdə saxlayacağıq…
Ardını oxu...
"Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma hallarına görə İnzibatı Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslərin 2 min manatdan 3 min manata qədər, vəzifəli şəxslərin 5 min manatdan 10 min manata qədər, hüquqi şəxslərin 20 min manatdan 30 min manata qədər cərimə edilməsini nəzərdə tutur". Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilmiş cavabda bildirilib.
Qeyd edək ki, bəzi plastik cərrahların lisenziyasının ləğv olunmasından sonra stomatologiya sahəsində də qanunsuz fəaliyyət göstərənlərin olduğu barədə məlumatlar yayılır. Hətta bu tip şikayətləri edənlərin çoxu elə stomatoloqlardır. Onlar bildirir ki, dəfələrlə diplomsuz diş həkimləri tərəfindən zərərçəkmiş şəxslər müəyyən ağırlaşmalarla onlara müracət edirlər.
Diş texniklərinin diş həkimi işləməsinijn qarşısı alımalıdır!
Uzun illər Türkiyədə çalışmış stomatoloq Fuad Nağızadə öz sosial şəbəkə hesabında saxta stomatoloqlar barədə paylaşım edib. Həkim bildirib ki, diş həkimliyi təhsili olmayan və ya diş texnikliyini oxuyub "diş həkimi"kimi işləyənlərin qarşısı qəti sürətdə alınmalıdır.
F.Nağızadə Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, bu gün şou biznesdə məşhurların bir çoxunun dişlərini düzəldən həkimlərin diplomu yoxdur. Həkim bildirib ki, saxta həkim fəaliyyəti göstərən şəxslər Türkiyədə həbs olunur və onların işlədiyi yer bağlanır.
"Diş texnikləri işin görünən tərəfini bilirlər. Onlar insan anatomiyasını və fiziologiyasını bilmirlər. Böyrək çatışmazlığı xəstəsi diş müalicəsi üçün müraciət etdikdə onu öz nefroloquna yönləndirib konsultasiya alınmalıdır. Çünki, həkim iki gün əvvəldən xəstəyə antibiotik təyin edir. Şəkər xəstələrinə implant qoymazdan öncə xəstənin analizlərinin cavablarına baxılmalıdır. Əgər 3 aylıq qan şəkər ortalaması 7-dən yüksəkdirsə, belə şəxslərə implant əks göstəriş ola bilər. Ona görə pasiyent endokrinoloquna yönləndirilib ilk növbədə şəkəri normaya salınmalıdır. Bəzi texniklər kanal müalicəsi etmədən ştift qoyurlar. Amma halbuki, dişin tac hissəsi olmadıqda ştift qoymazdan əvvəl kanal müalicəsi aparılmalıdır. Nəticədə pasiyentlər ağırlaşmalarla bizə üz tuturlar", - deyə F.Nağızadə bildirib.

Müsahibimiz deyir ki, stomatoloq kimi fəaliyyət göstərən şəxslərin bütün xəstəliklərdən xəbəri olmalıdır və müayinədən öncə mütləq bütün xəstələrdən anamnez (yəni xəstəlik tarixi və özü haqqında ümumi məlumat) alınmalıdır. Ona uyğun müalicə edilib edilməyəcəyi və ya istifadə olunacaq dərmanlar təyin olunmalıdır.

Saxta stomatoloqların siyahısı
Qeyd edək ki, *instaqram sosial şəbəkəsində hətta "saxta_stomatoloq1" adlı səhifədə çoxlu sayda stomatoloqun "saxta" olduğu barədə guya ifşaedici məlumatlar da dərc edilib.
Onları hansı cəza gözləyir?
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada verilən diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olan şəxsləri isə 400 manatdan 600 manatadək maliyyə sanksiyası gözləyir:
""Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan, fiziki şəxs olaraq, qanunvericiliklə müəyyən olunan qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər. Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz. Diplomsuz və ya diplomu təsdiq edilməyən stomatoloqların fəaliyyət göstərməsi ilə bağlı vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı İnzibati Xəta Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur".
Diş həkiminə gedəndə diplomunu tələb edin!
Qurumdan bildirilib ki, mövcud stomatoloq fəaliyyəti ilə məşğul olan şəxslərin heç də hamısı, dövlət qeydiyyatından keçməyiblər və yaxud onların sənədləri uyğun olmadığı üçün Dövlət Səhiyyə Sistemi tərəfindən qəbul olunmur:
"Lakin buna baxmayaraq, qeyri qanuni fəaliyyət göstərənlər var. Xüsusilə də regionlarda. Yuxarıda qeyd etdiyimiz kimi, vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında, aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilir və barələrində qanunamüvafiq tədbirlər görülür. Belə şəxslər ilkin olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır, daha sonra fəaliyyətlərinin tibbi olub-olmamasının müəyyənləşdirilməsi üçün bizə müraciət daxil olur. Bundan sonra məsələ ətraflı araşdırılaraq, barələrində tədbir görülür və növbəti icraata göndərilir".

Mərkəzdən o da bildirilib ki, hər bir vətəndaşın tibbi xidmət göstərən müəssisənin lisenziyası barədə, həmçinin də praktiki tibbi fəaliyyət ilə məşğul olan ixtisaslı həkim mütəxəssisin sertifikasiyası barədə müəssisə rəhbərindən məlumat əldə etmək hüququna malikdir. Sənəd tələb edilmədikdə aidiyyəti orqanlara – Səhiyyə Nazirliyinin müvafiq qurumlarına və hüquq mühafizə orqanlarına rəsmi müraciət edə bilər. Qurumdan o da bildirilib ki, zərər çəkən şəxslər mütləq qaydada hüquq- mühafizə orqanlarına müraciət edərək, məhkəmə tibbi ekspertizanın rəyini əldə etsinlər.
AEM-dən Sputnik-ə verilən məlumata görə, 2024-cü il ərzində vətəndaş şikayətləri, dövlət və yerli özünüidarə orqanları tərəfindən müraciət və KİV-də yayılan məlumatlar əsasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən planlı və plandankənar yoxlamalar aparılıb. Bu müddət ərzində AEM tərəfindən ölkənin 44 regionunda 163 planlı yoxlama keçirilib, nəticədə müxtəlif qanun pozuntuları aşkarlanıb və 55 protokol tərtib edilərək, növbəti icraata göndərilib. Eyni müddətdə ölkənin 29 regionunda 151 plandankənar yoxlama keçirilib, müxtəlif qanun pozuntularına görə 67 protokol tərtib edilərək, növbəti icraata göndərilib.
Xatırladaq ki, bu günlərdə plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikat olmadan Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edildiyinə dair xəbərlər yayılıb.
 
Ardını oxu...
TEREF poçtuna daxil olan şikayət məktubunu təqdim edir:
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Vətən müharibəsi veteranı Hümbətov Bəhram Əzizağa oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Bildirmək istəyirəm ki, mən Hümbətov Bəhram Əzizağa oğlu Vətən müharibəsi veteranıyam. Ötən il işsizliklə əlaqədar Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinə müraciət etmişdim. ŞTB-nın sədri Murtuz Salahov da öz növbəsində məni "İttutan" vəzifəsi ilə şərəfləndirmişdi. Belə ki, mən şəhəri gəzib-dolaşırdım, camaatın gözü önündə rastlaşdığım sahibsiz küçə itlərini qovub tutaraq köhnə avtomobilimin baqajına salırdım, sonra da həmin itləri dağlıq ərazidə yerləşən it sığınacağına buraxırdım. 44 günlük Vətən müharibəsində silah əlimdə düşmənin arxasınca onları iti qovan kimi qovalayan döyüşçü, indi gəlib Göyçayda bir tikə çörək naminə əlimdə zəncir sahibsiz itləri qovmaqla məşğul idim. Mənə tutduğum itlərin sayına görə pul verirdilər. Demək olar ki, 6 ay müddətinə sözügedən birlikdə qeyri-rəsmi eyni vəzifəni yerinə yetirdim, lakin təkidlə tələb etməyimə baxmayaraq mənimlə əmək müqaviləsi bağlamadılar. Doğrusu çox çarəsizəm, maddi dururum heç də yaxşı deyil. Çünki, yenicə ailə həyatı qurmuşam. Veteranlığa görə 80 (səksən) manat təqaüd alıram. Əlacsız şəkildə, onların mənə həvalə etdiyi "İttutan" işində çalışırdım. Beləliklə 6 ay müddətində əmək müqaviləsi olmadan işlədim. Sonra it sığınacağı ləğv olundu, bütün itlər yenidən şəhərə qaçdılar. Göyçay Şəhər Təsərrüfatı Birliyi isə mənə 170 (yüz yetmiş) manat borclu qaldı. Hər dəfə haqqımı tələb edirəm, müxtəlif bəhanələr gətirirlər. Hansıki, veteranların incidilməməsi, onlara köməklik göstərilməsi istiqamətində cənab Prezidentin göstərişi var.
Nəzərinizə çatdırım ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, işəgötürən tərəf əmək müqaviləsi bağlamadan işlətdiyi şəxsi sağlam və təhlükəsiz əmək şəraitininin təmin olunmasından, o cümlədən onu digər haqq və hüquqlarından məhrum etmiş sayılır. Həmçinin bu hal Vergi Məcəlləsinin də tələblərinin pozulması hesab edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI-ci bəndini (Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.) rəhbər tutaraq xahiş edirəm, şikayətimin obyektiv araşdırılmasına, haqqım olan 170 (yüz yetmiş) manatın mənə verilməsinə və mənim Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyində rəsmi işlə təmin olunmağıma köməklik göstərəsiniz.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Azəri Gold” şirkətinin tabeliyində olan “Daşkəsən Dəmir Filiz” MMC geoloji kəşfiyyat və ərazilərin öyrnilməsində istifadə etdiyi dronlardan birini itirib. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Məlumatda deyilir ki, DJI Matrice 300 RTK markalı dron zədələnib və onu əvəz etmək üçün yenisi alınacaq. Lakin MMC dronun hansı şəraitdə və nə zaman sıradan çıxması barədə hər hansı açıqlama verməyib.

Qeyd edək ki, “Daşkəsən Dəmir Filiz” MMC bununla bağlı tender elan edib. Həmin tenderə əsasən zədələnmiş və sıradan çıxmış dornun yerinə “DJI Matrice 350 RTK” dronunun satın alacaq. Bununla bağlı MMC ilə “BUZ TECH” MMC arasında satınalma müqaviləsi də imzalanıb. Həmin anlaşmaya əsasən bir ədəd dorn “Daşkəsən Dəmir Filiz” MMC-yə 55.098,92 manata başa gələcək.

Tribunainfo.az “DJI Matrice 350 RTK” dornlarının texniki xüsusiyyəti və qiyməti ilə maralanıb. Açıq mənbələrdə qeyd edilir ki, “DJİ Matrice 350 RTK” dronları bir sıra texniki göstəricilərə malikdir və əllə idarə olunur. Dron 1080 piksel kamera ilə təchiz olunub və 20 km məsafədəki hədəfləri çəkmək imkanına malikdir. Bundan başqa, üzərindəki akkumliyatorlar sayəsində havada bir neçə saat qalır. Bir çox üstün texnoloji cəhətlərinə baxmayaraq, onun faktiki olaraq bazarda qiyməti 17951,57 manatdır. Həmin dornu asanlıqla, istənilən açıq mənbələrdəki elanlar üzərindən də almaq mümkündür. Bu dornun satışını təşkil edən xeyli sayda şirkətlər də var.

Maraqlı sual odur ki, “Daşkəsən Dəmir Filiz” MMC qiyməti 10 min manat olan dornu niyə 32 min dollara almaq istəyir?
 
Ardını oxu...
“Bu gün təkrarən və daha açıq şəkildə səsləndirilən fikirlər hər hansı yeniliyi özündə əks etdirmir”.

Bunu Yenicag.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Mütəxəssis elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin bəzilərinin yaxın gələcəkdə işdən azad ediləcəyi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.

“Elm və təhsil naziri Emin Əmirullayevin Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində səsləndirdiyi fikirlərdə yeni və qeyri-adi nə isə görmürəm. Hələ 4 il bundan əvvəl müəllimlərin sertifikatlaşdırılması müsabiqəsi başlayanda onun əsas məramı təhsil mühitində pedaqoji yararlılıq baxımından tələblərə tam cavab verə bilməyən, bu səbəbdən də məktəbin nüfuzuna xələl gətirən təhsilverənlərin tədris prosesindən uzaqlaşdırılması olub”.

Ekspertin sözlərinə görə, keyfiyyətin kəmiyyəti üstələməsi əsas tədris uğuru kimi dəyərləndirilir, amma, hər bir halda, nazirin qeydi xüsusi təşviş kimi qəbul olunmamalıdır:

“Müəllimlərin sertifikasiyası iki əsas missiyaya xidmət edir: ixtisas bilgiləri və pedaqoji yararlığına görə minimal hədd göstəricisini keçə bilməyən (həm də iki şansdan sonra) müəllimlərin tədrisdən uzaqlaşdırılması əsas məsələlərdəndir. İkinci vacib detal isə yüksək göstəricilərə sahiblənən və pedaqoji keyfiyyətinə görə seçilənlərin dərs saatları və bunun da müqabilində maaşlarının artırılmasıdır”.

E. Nurinin fikrincə, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından yüksək nəticə göstərməsinə baxmayaraq, vakant yerlərin azlığına görə illərdir namizəd kimi gözləyən gənc müəllimlər yol açmaq lazımdır:

“Biz təhsilin inkişafı adına sertifikasiyadan kəsilən müəllimlərə acımaqdansa, bu cür gənc kadrların məktəblərə yol açmasına daha maraqlı olmalıyıq. Birinci qrupa aid olan, yəni əmək müqaviləsinə xitam verən müəllimləri isə tədris prosesinə yox, məktəbdaxili texniki-təşkilati işlərə cəlb etmək olar”.
 

Ardını oxu...
Daha bir həkim əməliyyat zamanı "TikTok"da canlı yayım açıb.

Musavat.com bildirir ki, "Unikal"ın məlumatına görə, bu, "National Prime Hospital"da fəaliyyət göstərən ümumi cərrah Ruslan Ağayevdir.

Belə ki, bu gün R.Ağayevin "TikTok" sosial şəbəkəsindəki səhifəsində əməliyyat zamanı canlı yayım açılıb.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən bu kimi halların qanunsuz olduğu bildirilib. Əməliyyat zamanı canlı yayım açan bəzi həkimlər də daha əvvəl cəzalandırılıb.





 
 
Ardını oxu... Ardını oxu... Myspace Stumbleupon 
Ardını oxu...
Prezident 2025-ci ili Konstitusia və suverenlik ili elan edib. Ən azı, bu il ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun Konstitusiyanın qüvvədə olacağına böyük ümidlər var. Bəlkə onlarla illərdir icra olunmayan məhkəmə qərarlarının icrası təmin olunar, dövlətin ali məqsədinin insan və vətəndaş hüquqlarını qorumaq, vətəndaşa layiqli həyat səviyyəsinin təmin edilməsi yada düşər, məmurlar vicdansız davranışdan, özbaşınalıqdan əl çəkər. Di gəl, hələ də qanunun , Konstitusiyanın şahlığı yerinə, məmurların şahlığı ilə üz-üzəyik.
Bu sətirlərin yazarının pensiyasına 1BİİM-in (hazırda Bakı İnzibati Məhkəməsi) 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/2017 N-li Qərarı (h. Elçin Məmmədov) ilə əlavə olunan 110 manatın verilməsini 6 il sonra 01.04.2023-cü ildən borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) özbaşına dayandırıb. 22 aydır bu yekəlikdə özbaşınalığa , dövlətə, Konstitusiyaya hörmətsizliyə icra, qanunverici, məhkəmə hakimiyyəti , prokurorluq, Ombudsman , Hesablama Palatası ... son qoymaq istəmir, hərəsi “sosial rüşvət paketini” alıb susur.
Bakı İnzibati Məhkəməsində “İnzibati mübahisə üzrə 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı Qərarın icrasının dayandırılmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə borclu cavabdeh XŞTMF-yə qarşı (ötən ilin sonlarında) iddia qaldırılıb. İş üzrə 10.02.2025-ci ilə hazırlıq iclası təyin olunub. Elektron kabinetdə isə tələbkar qazinin iddia tələbinə borclu cavabdehin adından DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının (departament müdiri Yeganə Məmmədova və baş mütəxəssis Gülnar Həzizadə) 06.02.2025-ci il tarixli 7 vərəqlik iddiaya aid olmayan etirazı yerləşdirilib. Bu etiraz bir daha borclu DSMF-in pensiya filialının özbaşınalığını, vicdansız davranışını ortaya qoyur. Birincisi, cavabdeh-borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır, Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı- 39 saylı vəkil bürosu yox! İkincisi, tələbkar qazinin iddia tələbi “məhkəmə qərarının icrasının özbaşına dayandırılmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi” haqqındadır, borclu bu tələbi saxtalaşdırıb “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” edib. (?) Bəyəm cavabdehin özbaşınalıqla iddiaçının tələbini dəyişdirmək, cibinə uyğunlaşdırmaq hüququ var? Vətəndaş əlil-qazi Konstitusiyanın 129-cu maddəsi ilə təminat verilən dövlətin adından çıxarılan məhkəmə qərarının məcburi icrasını tələb edir, 60, 68-ci maddə ilə təminat verilən məhkəmə müdafiəsi, özbaşınalığı istisna edən vicdanlı davranış hüququnu istəyir, məhkəmədə də özbaşınalıqla, dələduzluqla üzləşir.
ƏƏSMN-in, tabeliyindəki DSMF-in, Sosial Xidmətlər Agentliyinin hüquq doktorlarının hüquqa, məhkəməyə, dövlətə, Konstitusiyaya hörmətsizliyinə Konstitusiya və suverenlik ilində son qoyulacaqmı? Yoxsa “suveren məmurların öz cib konstitusiyaları” qüvvəsini saxlayacaq? Yaşaya bilsək, görərik...
Məğrur Bədəlsoy
Bloqumuz qarşı tərəfində mövqeyini dərc etməyə hazırdır!
TEREF
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Sovet vaxtında raykom təlimatçıları planı yerinə yetirə bilməyən kolxozlara, müəssisələrə göndərilirdi. Və sonra həmin qurumun rəhbərinə çevrilirdilər.
"Neftqazelmitədqiqatlayihə”institutunun direktoru İsmayılov Fəxrəddin, 21.10.2024 tarixində tutduğu vəzifəsindən azad olunub. Neftin nəqli üzrə direktor muavini,Mubariz Quliyev oktyabrdan üc aylıq müvəqqəti direktorun vəzifəsini icra edirdi, 3 ayı bitib ancaq yenədə hec bir əmr olmadan direktoru əvəz edir.
Oktyabr ayından direktorun kabinetində , onun kreslosunda isə hələlik heç bir rəsmi göndəriş olmadan SOCAR vitse prezidenti Babək Hüseynovun müavini Anar Əliyev əyləşməkdə davam edir. Direktorun qəbul otağındakı katibə və köməkci Anar Əliyevin birbsşa xidmətindədilər. Anar Əliyev həm Ümid Babək ƏŞ direktor müavini, həm vitse prezident Babək Hüseynovun müavinidir və həm də NİPİ MMC qeyri rəsmi rəhbərlik edir.( bu vaxta qədər F.İsmayılovun vaxtında oranın direktoru Ramazan Məmmədov idi) NİPİ MMC Neftqazelmitəhqiqatlayihə institutun nəznində fəaliyyət göstərir, fəaliyyət sahəsi bəlli deyil ( mənfəət verməyən müəsissə)
Deyilənə görə hal hazırda Anar Əliyev marketinq firması ilə birlikdə həm də caterinq şirkətlərin seçilməsi, işçilərin iş vaxtı çay,kofe ilə təmin edilməsi ilə də məşğuldur. İşçilər isə düşünür və narahatdırlar ki, İnstitut onlara ödənilən gündəlik 5 azn yemək pulunu kəsib, katerinq şirkətin hesabına keçirtsin ki, işci həmin şirkətin yeməyini yesin. Halbuki hal hazırda neçə illərdi yeməkxanaya nahar yeməyi verilir( işçilər özləri ödəməklə)
İnstitutun hal hazırda bir sıra müəssisələrə külli miqdarda borcu var!
SOCAR adət ənənələrinə görə (daha doğrusu SOCAR Müşahidə Şurasının sədri çox vəzifəli cənab Mikayıl Cabbarov sayağı ) o daha hansı vəzifələri tutur bilən kimi əlavə edəcəm.
Bilmək istərdim SOCAR-da iki, bəzən də üç vəzifə tutan vəzifə sahibləri hər vəzifəyə görə əmək haqqı və həm də peşəkarlıq ödənişi alır ?
Deyilənə görə Anar Əliyev İnstitut direktoru olmaq istəyir.Bu halda cənab Anar Əliyev neçənci vəzifə sahibi olacaq?
Mirvari Gahramanli
TEREF
Ardını oxu...
Gəncə şəhərinin Nizami Gəncəvi prospekti və Fətullah Həsənov küçəsindən keçən avtomobil yolunun bəzi hissələrində asfalt örtüyü dağılıb, çökmələr baş verib.

TEREF Teleqraf-a istinadən xəbər verir ki, problem ötən il Gəncəçayın daşması və sel sularının yolu basmasından sonra yaranıb.

Lakin indiyədək yol bərpa olunmayıb, vaxt ötüşdükcə çökmələrin miqyası daha da böyüyür.

Sözügedən məkanda müşahidə olunan vəziyyət sakinlərin haqlı narazılığına səbəb olur. Ərazinin tam yaxınlığında isə yaşayış massivi yerləşir. Gəncə şəhər sakini Saleh Səlimov əməkdaşımızla söhbətində məlumat verib ki, aidiyyəti üzrə müraciətlər edilsə də, problem hələki həllini tapmayıb.

"Selin çaydan keçməsi nəticəsində yol tamamilə yuyulub və yol örtüyü müəyyən qədər yararsız vəziyyətə düşüb. Ərazidə yaranmış fəsadlar səbəbindən insanlar çətinliklə üzləşiblər. Dəfələrlə müraciətlər olunsa da, şikayətimizi dinləyən yoxdur. Bəlkə də nə vaxtsa əraziyə gəlib baxıblar, amma biz görməmişik. Yolda olan çatlar da nəzərəçarpacaq dərəcədə genişlənib. Yəni əvvəllər 1-sm idisə, indi 15 sm və daha artıq olub. Buradan şəhərin su və kanalizasiya xətti keçir. Növbəti dəfə, yəni bu il də sel gəlsə, ərazidəki yol infrastrukturu tamamilə sıradan çıxacaq", - deyə şəhər sakini bildirib.

Saleh Səlimovun sözügedən ərazidə yaranmış problemlə bağlı verdiyi məlumatlara münasibət öyrənməyə çalışdıq. Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən söyləyiblər ki, Fətulla Həsənov küçəsindən Nizami Gəncəvi prospektinə qədər olan 2,4 kilometrlik hissənin sol sahilindəki bəndlər şəhərə yağan aramsız yağışlar səbəbi ilə çayda sululuğun artması nəticəsində yuyulub.

"Bəndin uçma təhlükəsi yarandığına görə həmin ərazidəki asfalt örtüyündə çatlar əmələ gəlib. Yaranmış problemin aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti dövlət qurumlarına rəsmi müraciət ünvanlanıb", - deyə qurumdan bildirilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Buzovna qayalıqlarında təmizlik aksiyası yerli sakinlər tərəfindən davam etdirilir. "DİA-AZ" xəbər verir ki, amma buna rəğmən əlaqədar qrumlar isə hələ də ortalıqda görünmür. Görünür, Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov cənabları möhkəmcə qış yuxusuna gedib. Əgər belə olmasaydı, sakinlər başçının görməli olduğu işi, vəzifəni üstlənməzdilər...
2022-ci ilin iyun ayında Prezidentin sərəncamına əsasən, qayalıqların üzərində tikilmiş qeyri-qanuni tikililər sökülməli idi, ancaq yalnız onun bir hissəsi söküldü. Hətta o tullantılar belə əlaqədar qurumlar tərəfindən təmizlənmədi.
O vaxtan etibarən həmin inşaat tullantıları yerli camaat və digər bölgələrdən gələn iştirakçılar tərəfindən təmizlənilir.
Buzovna sakinlərinin səyi nəticəsində, ETSN-nin 2 may 2024-cü il sərəncamı ilə əraziyə bölgə əhəmiyyətli tarixi abidə statusu verilib.
Lakin ərazinin xüsusi mühafizə olunan ərazi statusu almasına baxmayaraq, bu yaxınlarda orada qeyri-qanuni məskunlaşmış şəxslər tərəfindən yeni tikililərin tikilməsinə cəhd edilib. Buna baxmayaraq yerli sakinlərinin vaxtında reaksiyası nəticəsində bunun qarşısı alınıb.
Ərazinin mühafizəsi, tullantılardan təmizlənməsi və bərpa edilməsi ETSN və yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti ilə baş tutmalıdır, ancaq 9 aydan çoxdur ki, heç bir dəyişiklik yoxdur.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti