Ardını oxu...
Naxçıvan Gömrük Komitəsinin bütün şöbə rəisləri Bakıya iclasa çağırılıblar. Onlar Bakıda 1 gün sorğuya çəkildikdən sonra geri qayıdıblar.

Ovqat.com-un etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, rəisləri əsasən Naxçıvan gömrüyündəki gizli keçiş qapılarından keçirilən malları araşdırmaq üçün paytaxta dəvət ediblər.

Bildirilir ki, həm Culfa, həm də Sədərək gömrüyündə yalnız Talıbovlara məxsus yükləri daşıyan TIR-ların keçdiyi xüsusi qapı fəaliyyət göstərirmiş. Həmin qapılar o qədər məxfi saxlanılırmış ki, hətta gömrük rəsmiləri belə həmin əraziyə daxil ola bilmirmiş. Təbii ki, gömrük rəsmiləri də Bakıda çəkildikləri sorğuda müfəssəl məlumat verə bilməyiblər. Məhz bu səbəbdən Naxçıvan sərhəd qoşunlarının birbaşa Bakıya tabe olunmasına qərar verilib və yəqin ki, onlar da sorğuya cəlb olunacaqlar.

İddialara inansaq, Azərbaycanın müvafiq orqanları Naxçıvan gömrüyündəki «xan qapısı»ndan Türkiyəyə və İrana keçirilən malların nədən ibarət olduğunu aydınlaşdırmaq üçün hər iki dövlətə sorğu göndərməyə hazırlaşır.
Ardını oxu...
Deyəsən, «Qara Pişik» kod adlı mənbəmizin 1 həftə əvvəl bizə verdiyi məlumatlar öz təsdiqini tapır: «Görünən budur ki, «xan»ın da, onun baş gömrükçüsü Səhət Həbibbəylinin də işi həqiqətən fırıqdır».

Xüsusilə Səhət Həbibbəylinin taleyi olduqca qaranlıq görünür. Qonşu dövlətlərə göndərilməsi planlaşdırılan sorğuların cavabı onun taleyini müəyyənləşdirəcək. Hətta o da mümkündür ki, atasının qızıl yumurtalayan qələmi belə Səhəti qoruya bilməsin.

Digər bir məlumata görə, «xan qapısı»ndan ən çox mal keçirən «Cahan» Holdinqin prezidenti Vüqar Abbasov dindirilmə prosesinə cəlb olunub.
Ardını oxu...
Azərbaycanda şam ağacları niyə quruyur? - Mütəxəssislər müzakirə etdi (FOTOLAR)Dövlət Ekoloji Ekspertiza Agentliyində son illərdə ölkə ərazisində şam ağaclarının qurumasının səbəbləri mövzusunda tədbir keçirilib. Agentliyin əməkdaşlarının, alimlərin, mütəxəssislərin, müstəqil ekoloqların iştirakı ilə keçirilən tədbirin məqsədi şam ağaclarının kütləvi qurumasını törədən amillərin, bu hallara qarşı mübarizə üsullarının, həmçinin aparılan tədqiqat və monitorinq işlərinin nəticələrinin müzakirəsi olub.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, dünya ölkələrində şam ağaclarında müşahidə edilən bu proses 30 ildən çoxdur ki, davam etməyinə baxmayaraq Qafqaz bölgəsində 3 il əvvəl qeydə alınıb və bu gün Respublika ərazisində bu xəstəliyə qarşı xüsusi mübarizə tədbirləri aparılır.

"Əvvəlki illərə nisbətən şam ağaclarının qurumasının kütləvi hal alması səbəbindən Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirlikləri, AQTA, Bakı şəhər İcra Hakimiyyəti və Yaşıllaşdırma İdarəsinin mütəxəssisləri, alimlərdən ibarət işçi qrup yaradılıb. İlkin araşdırmalardan sonra ağaclarda yaranan xəstəlik və parazitlərin yaranması səbəbindən onların bioloji inkişafdan qaldığı aydın olub”.

Mirsalam Qənbərovun sözlərinə görə, xəstəliyin torpağa, ətraf mühitə və digər ağaclara keçməsinin qarşısının alınması üçün xəstə, quru ağaclar yerindən çıxarılır, Yaşıllaşdırma İdarəsi tərəfindən müvafiq dərmanlama, sanitar işlər aparılır. Bu hal Gürcüstanda da baş verib.

Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev qeyd edib ki, bu sahədə yaradılmış işçi qrup əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə olunan xəstəliklərin aradan qaldırılması ilə bağlı tədqiqat və monitorinqlər aparır. Ümumilikdə isə payız mövsümündə xəstə ağacların müalicəsi ilə bağlı profilaktik tədbirlər görülür. Nümunə olaraq, təkcə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində aparılan monitorinqlər zamanı ziyanvericilərlə sirayətlənərək köküstə tam qurumuş vəziyyətdə aşkarlanan 69 ədəd ağac (67 ədəd Şam və 2 ədəd Sərv ağacı) digər ağaclara yoluxmanın qarşısının alınması məqsədilə və hər birinin əvəzinə yeni tinglərin əkilməsi şərtilə köklərinin torpaqdan çıxarılaraq götürülməsi barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy verilib.

Sözügedən monitoriqnlərdə iştirak edən Bilogiya elmlər doktoru Dilzarə Ağayeva qeyd edib ki, dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib, Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib. Bakı şəhərində şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədi ilə tədqiqat işləri üçün xüsusi olaraq İsraildən

paytaxta dəvət edilən bitkiçilik üzrə mütəxəssis, arqonom Qabriel Eliazz artıq paytaxtın bir çox yerlərində xəstə şam ağaclarının vəziyyəti ilə tanış olub, onların müxtəlif hissələrindən nümunələr götürərək analizlər aparıb, xəstə ağacların müalicəsi və profilaktikası, kütləvi qurumanın qarşısının alınması ilə bağlı tədbirlər planı hazırlayıb.

Bilogiya üzrə fəlsəfə doktoru İlhamə Kərimovanın sözlərinə görə, mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində şam ağaclarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub. Bu kimi hallar tək ölkəmizdə deyil, qonşu ölkələrdə də geniş yayılıb. Abşeronun iqlimi üçün əlverişli olan bu ağaclarda göbələk xəstəliyin fəsadlarının aradan qaldırılması, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinin mütəxəssislərinin rəyi əsasında xəstə, qurumuş ağaclar çıxarılaraq utilizasiya olunmalı və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilməlidir.

"Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi”nin sədri, ekoloq Telman Zeynalov bu problemlə əsas mübarizə vasitəsi kimi bioloji metodlardan - xüsusən ziyanverici həşəratlarla səmərəli mübarizədə geniş istifadə olunan feremonlar barədə söz açıb və kimyəvi mübarizəni tətbiq edilməli olan ən sonuncu üsul kimi qiymətləndirib. Həmçinin aqrotexniki qulluğa, xüsusən suvarmaya xüsusi diqqət ayrılmalı olduğunu xatırladıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə müdiri Şaiq Vəliyev bildirib ki, aidiyyatı qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bununla bağlı xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanır və mərhələli şəkildə bu işlər tərəfimizdən həyata keçirilir. Utilizasiya edilən ağacların yeri dezinfeksiya edildikdən sonra mövsüm ərzində burada yeni ağaclar əkiləcək. Bu günə kimi artıq Bakı şəhərində 3 min ədəd şam ağacı götürülərək utilizasiya edilib.

Çıxış edənlər vurğulayıblar ki, artıq bir müddətdir ki, Abşeron yarımadasında, həmçinin Gəncə, Şirvan, Naftalan, Mingəçevir və digər şəhərlərində də şam ağaclarının bir sıra növlərinin quruması hallarının qurması hallarının qarşısını almaq məqsədilə xüsusi mübarizə metodları hazırlanıb və birgə səylər, düzgün elmi yanaşma nəticəsində bu problemin qarşısının alınması mümkün olacaq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Telejurnalist, hazırda informasiya portallarından birinin əməkdaşı Elmir Muradovdan şikayət daxil olub.

DİA.AZ-ın məlumatına görə, KONKRET.az-a müraciət edən jurnalist bildirib ki, ölkə yenilənir, amma “Aztelekom” hələ də köhnə ənənələrlə işləyir:

“Şəhər telefonumuzun balansında 11 manat pul qalıb, internet xətti isə borca görə bağlanıb. ATS-ə zəng etmişəm ki, 11 manatı internetin balansına keçirin ki, 7 manat da ödəyim internet açılsın. ATS-dəki xanım işçi aparatın digər tərəfində nəsə yeyə-yeyə, marçıldada-marçıldada, kobud formada qayıdır ki, sistem bunu bu gün etməyə imkan vermir, yalnız 1-ci günə kimi etmək mümkün olacaq. Etiraz edirəm, səbəbini soruşuram, yenə kobud formada deyir ki, “a kişi bilirsən nə var, sözün varsa get müdiriyyətə denən”. Bir sözlə xidmət sıfır, işçilərin mədəniyyəti isə sıfırdan da aşağı”.

Lakin bu hələ son deyil. “Aztelekom”dan jurnalistə bildiriblər ki, 11 manat balansı internet xəttinə köçürmək üçün nömrə sahibi şəxsiyyət vəsiqəsi ilə aidiyyatı üzrə telefon qovşağına yaxınlaşmalıdır. Pul yalnız bu halda köçürülə bilər:

“Təsəvvür edin 11 manata görə abonent işini-gücünü atmalı, minimum 2 manat da nəqliyyat pulu xərcləməli və qovşağa getməlidir. Bu nə xidmətdir, bu nə vətəndaşa qulluqdur, avropalılar, amerikalılar Marsda yeni həyat qurur, su axtarır, yeni kəşflər edir, bizsə hələ də bürokratik əngəllərin burulğanında boğuluruq. Nə vaxt bitəcək belə bürokratik əngəllər, nə vaxt bizim dövlət qurumlarının xidmətindən ürəyimiz açılacaq, bitməyəcəkmi “qara günlərimiz?!”, – deyə jurnalist şikayətlənib.
Ardını oxu...
“Prokurorluq ki, bir çox media nümayəndələrinə xəbərdarlıq etmişdi, mən onda da öz fikrimi bildirdim. Bunun qəbuledilməz bir hal olduğunu dedim. Prokurorluq “Media haqqında” qanuna istinad edə bilməz. Çünki “Media haqqında” qanunda o xəbərdarlıqlar Media Agentliyinə həvalə olunub”.

“Unikal” xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid “Amerikanın səsi”nə müsahibəsində deyib. R. Məcid bildirib ki, bununla yanaşı, hüquqi məsuliyyət yaradan hallar var: “Amma, müəyyən başqa qanunlarda, Azərbaycan qanunvericiliyində internet məkanında, digər məkanlarda hüquqi məsuliyyət yaradan hallar var. Bununla bağlı prokurorluq xəbərdarlıq edə bilər. Amma, “Media haqqında” qanuna istinadən hansısa jurnalistə xəbərdalıq etmək prokurorluğun səlahiyyətinə daxil deyil. Bunu Media Agentliyi etməlidir. Biz də Mətbuat Şurası olaraq etik prinsiplərin pozulduğu zaman öz münasibətimizi bildirəcəyik. Biz onun tərəfdarıyıq ki, Media Agentliyi və Mətbuat Şurası bu məsələlərdə əsas rol oynasın. Hüquq mühafizə təşkilatları bu məsələyə qarışmasınlar və medianın problemlərini media özü həll etsin”.
 
Ardını oxu...
Deputat Elnur Allahverdiyevə məxsus olduğu deyilən "Kontakt Home" mağazalar şəbəkəsi ilə bağlı davamlı olaraq şikayətlər eşidilsə də, tədbirsizlik müşahidə olunur ki, bu da haqlı olaraq sözügedən şəbəkənin arxasında dayanan MANDATIN GÜCÜ ilə əlaqələndirilməkdədir.

Bizlər isə DİA.AZ olaraq hətta tədbirsizliyə rəğmən vətəndaş gileylərini təqdimatını davam etdiririk ki, bəlkə nəhayətdə yatmış vicdanlar oyana... Aşağıda təqdim edəcəyimiz faktda isə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Leyli Əliyeva adlı istifadəçi başına gələn olayı yazmaqla bərabər, "Kontakt Home" şirkətini məhkəməyə verəcəyini də bəyan edir.

Ardını oxu...
Narazı vətəndaşın yazdıqlarını olduğu kimi - redaktə olunmadan və hərif səhvləri düzəlmədən təqdim edirik (QEYD: dəfələrlə olub ki, şikayətçilər redaktə olunmuş təqdimatlarımıza etiraz ediblər -red.):

"Sikayetim Kontakt Home -dandir.08.10.2022-ci il tarixde qaynanam magazadan paltaryuyan masin alib.Usta qurasdirmaga gelende masinin islenmis oldugunu gormusuk.Tebiiki qaytarmaq ucun magazaya yaxinlasib iradimizi bildirdikden,uzun ceken mubahiseden sonra qaytarilmaya razilasiblar.Magaza emekdaslari mehsulun outletden alindigini,qaynanamin bunun islenmis mehsul oldugunu bilmeli oldugunu deselerde men melumat verilmediyini bildirdim.İslenmis oldugunu bilse elbetki almazdi.İndi bu berbad magazalar sebekesinin emekdaslari evimizle magaza arasinda 1 km mesafeye mehsulu geri qaytarmaq ucun 40 azn odenis teleb edirler bizden eks halda mehsullarin goturmeyeceklerin deyiller.Ne dasinma ucun,ne de mehsulun qiymetini odemek fikrim yoxdu,mehkemede gorusecem onlarnan.Yaziramki bunlarin "outlet" firildaqlarindan melumatiniz olsun,aldanmayasiniz.Qaynanamin yasli insan olmagindan,gozunun zeif gorduyunden istifade edib islenmis mehsulu endirimde olan teze mehsul kimi satiblar.Basqalari aldanmasin..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DogruXeber.az: - Hər bir ölkənin təhsil sahəsində əldə etdiyi inkişafın göstəricisi, təlim-tərbiyə prosesində tətbiq olunan yeniliklərin varlığı və s. daim diqqət mərkəzində duran məsələlərdən biri olub. Unutmaq olmaz ki, təhsil sahəsi ölkələrin siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Belə bir səbəbdən də, daha çox suveren dövlətlərdə təhsilin inkişafına xüsusi önəm verilir. Ona görə də, ölkəmizin təhsil sahəsində əmələ gələn problemləri aradan qaldırmaq, daha uğurlu naliyyətlər əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 19 iyun 2009-cu il tarixdə “Təhsil haqqında” Qanunu təsdiq etmişdir. O halda sual oluna bilər ki, görəsən ölkəmizin təhsil sahəsində çalışan hər kəs, ələlxüsus vəzifə sahibi olan şəxslər ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Təhsil haqqında” Qanunun lazımi tələblərini yerinə yetirirlərmi? Yoxsa, həmin Qanunun əhəmiyyətinə heç bir halda məhəl qoymurlar? Adicə bir faktı qeyd edək ki, bu yöndə media üzərindən apardığımız araşdırmalardan, redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, vaxtilə Sumqayıt təhsilinə rəhbərlik etmiş, hal-hazırda isə Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhər sektorunun müdiri vəzifəsini daşıyan Arzu xanım Alızadə, məhz ötən illərdəki fəaliyyəti dövründə elə bir qanunsuzluqlara imza atır ki, baş verənləri görüb eşidən hər kəs ya “kar”, ya da ki, “kor” olub. Toxunacağımız mövzu da oxşar problemlərlə bağlı olduğundan, baş verənləri bu gün geniş ictimaiyyətin diqqətinə çatdırmağı, sanki özümüz üçün borc bildik.

Ardını oxu...

Məlumdur ki, hər bir şəhər və rayonda olduğu kimi, bir neçə gün bundan öncə Sumqayıt şəhərinin orta təhsil müəssisələrində də 1-ci sinif rus sektoruna şagirdlərin qəbulu zamanı, Sumqayıt şəhər sektorunun əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın iştirakı ilə müsabiqə-imtahanlar keçirilirdi. Qeyd edək ki, sektorun metodisti Günay xanım da təşkil olunmuş komissiyanın üzvü olur. Daxil olan məlumatlara görə keçirilən müsabiqə-imtahanlar zamanı ona digər metodistlər Nərmin və Ülviyyə xanım, həmçinin sabiq şöbə müdiri Arzu xanım Alızadə valideyinlərdən pul alıb şagird tapşırırlar. Sonra bəlli olur ki, sabiq şöbə müdiri valideyinlərdən aldığı pulları bir kimsəyə vermir və o, əldə etdiyi pulları təkbaşına mənimsəmək üçün, məhz ŞİH-nin məsul şəxslərinin, ələlxüsus Fəzail müəllimin adından sui-istifadə etmək qərarına gəlir. Elə ki, baş verən belə bir qanunsuzluq əməlləri araşdırılır, o zaman o, “Mən ŞİH-nin məsul şəxslərinin tapşırıqları əsasında xahişlər etmişəm” deyir. Yəni, Arzu xanım Alızadə bununla onu sübut etmək istəyir ki, guya o, hansısa valideyindən pul almayıb. Bu da “gopalogiya”dan başqa bir şey olmur. Metodistlər Nərmin və Ülviyyə xanım isə, valideyinlərdən əldə etdikləri pulları əvvəlcədən əldə olunmuş razılıq əsasında komissiyanın üzvü Günay xanımla bölürlər.

Xeberfakt.az xəbər portalına daxil olan digər məlumatlara görə, keçirilən müsabiqə-imtahanlar zamanı hər şagirdin valideyni 250 manat məbləğində “xərcə salınır”. Elə ki, qol qoyulan belə bir qanunsuzluq əməlləri ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəisi İlhamə xanım Abdullayeva lazımi məlumatları əldə edir, o halda o, bu işin araşdırılmasını müavini Coşqun müəllimə həvalə edir. Həngamələrlə bağlı komissiyanın üzvü Günay xanıma o, bir neçə sual verir. Az sonra o da bəlli olur ki, daxil olan məlumatların hər biri tamamilə düz, dəqiq məlumatlardır. Bundan sonra Sumqayıt şəhər sektorunun “əlçatmaz, ünyetməz” müdiri Arzu xanım Alızadənin başı üzərində “qara buludlar” dolaşmağa başlayır. Çünki, idarənin rəisi İlhamə xanım Abdullayeva baş verənlərlə bağlı şəhər sektorunun rəhbərindən yazılı izahat tələb edir. O halda Arzu xanım “Mənim belə bir işlərdən xəbərin olmayıb, komissiyanın üzvləri başımın üstündən iş görüblər. Mən cəmi onlara 5 nəfər şagird tapşırmışam ki, həmin şagirdləri müsabiqə-imtahanlardan keçirin” deyir. Şəhər sektoru rəhbərinin belə bir açıqlamasından sonra, Coşqun müəllimə ona “Günah birbaşa səndədir, çünki sən rəhbərsən” cavabını verir.

Baş verən belə bir qanunsuzluq olaylarından sonra o da bəlli olur ki, hələ də Sumqayıt şəhər sektorunun müdiri Arzu xanım Alızadənin dərrakəsindən, məhz köhnə idarəçiliyin, köhnə təfəkkürün, köhnə yanaşmaların elementləri heç də xilas ola bilməyib. Ona görə də o, bu kimi məsələlərlə bağlı mövqeyini belə bir formada ifadə edir. Adicə bir məqama da diqqət yetirək ki, 44 günlük Vətən savaşının davam etdiyi günlərdə və ondan sonrakı vaxtlarda cənab Nazir tərəfindən TŞ-nin bütün müdirlərinə vakant iş yerlərinin ilk növbədə şəhid ailələrinə, qazilərə, onların ailələrinə, veteranlara verilməsi ilə bağlı lazımi tapşırıqlar verilir. Arzu xanım isə Nazirin bu yöndə verdiyi tapşırıqlara əvəz etmək əvəzinə o, düşünüb-daşındığı addımlarını atır. Məsələn, o, vəzifəsinin səlahiyyətlərindən sui-istifadə edir və təkcə müharibə dövründə Sumqayıtdakı təhsil müəssisələrinə müəyyən məbləğ “haqq-hesab”ın qarşılığında 8 nəfər şəxsi “zavuç” təyin edir. Bundan əlavə o, 7 nəfər qeyri-ixtisas sahibi olan şəxsləri də müəyyən məbləğ “haqq-hesab”ın müqabilində ayrı-ayrı məktəblərə psixoloq təyin edir. Baxmayaraq ki, belə bir addımın atılması birbaşa “Təhsil haqqında” Qanunla qadağan olunur. Bu da onu sübut edir ki, Arzu xanım Alızadə üçün Qanunun istənilən tələbi o qədər də əhəmiyyətli deyil.

Sumqayıt şəhər sektorunun xanım müdirinin qol qoyduğu qanunsuzluqlardan biri də, məhz onun doğma qardaşının həyat yoldaşını 4 saylı məktəbə laborant vəzifəsinə, başqa bir qohumunu isə 2 saylı məktəbdə eyni vəzifəyə təyin etməsi olur. Düzdür, o, çox keçmir ki, qardaşının həyat yoldaşını 4 saylı məktəbdən 25 saylı məktəbə “transfer” etməyi bacarır. Daxil olan məlumatlarda o da bildirilir ki, Arzu xanım şöbə müdiri olan vaxtlarda daşıdığı vəzifəsinin imkanlarından daim sui-istifadə edir və özünə bağlı olan şəxsləri daha çox 1, 25, 24, 3, 17, 12, 32, 33 saylı məktəblərə, hətta “Təfəkkür” liseyinə də yerləşdirir. O, belə bir yolla, yəni həmin şəxslərin vasitəsilə “minbir oyun” qaydaları qurur, hətta hansı direktorla problemi əmələ gəlibsə, həmin şəxslərdən istifadə edib direktora qarşı şər-böhtan kompaniyası həyata keçirir, “torba tikdirir”, daha çox var-dövlət qazanmaq üçün yuxarı sinif şagirdlərinin dərsdən yayınmalarına şərait də yaradır. Bu gün Arzu xanım Alızadə lazımınca səlahiyyət sahibi olmasa da, o, yenə də dədə-baba idarəçiliyinin incəliklərindən əl çəkmək niyyətində deyil. Çünki, o, bu gün sektor müdiri olduğu üçün məktəb direktorları, bağça müdirələri arasında müəyyən şaiyə xarakterli məlumatlar yaydırır ki, guya o, yoxlamalar təşkil etdirəcək, sözə baxmayanlara cəza verdirəcək. Yəni, fakt ondan ibarətdir ki, bu cür idarəçiliyin tətbiqi Arzu xanımın məfkurəsinə o qədər hopub ki, bu gün də o, köhnə idarəçiliyinin tətbiqindən əl çəkmək niyyətində deyil. Yəni, bu xanımın başlıca məqsədi hansı yolla olursa-olsun pul qazanmaqdır, var-dövlət əldə etməkdir.

Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, görəsən Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəisi İlhamə xanım Abdullayeva, Sumqayıt şəhər sektorunun “əlçatmaz, ünyetməz” müdiri Arzu xanım Alızadənin əməllərinə göz yumacaq, yoxsa ona “dur, zaman çoxdan keçib” deməyi bacaraqcaq? İnanırıq ki, sektor müdirinin bugünə kimi qol qoyduğu əməllər lazımi səviyyədə araşdırılarsa, o halda hər kəs analoqu olmayan cinayət hadisələrinin də şahidi olacaq. Odur ki, həm gözləyək, həm də izləyək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Hörmətli oxucular! Bu yöndə araşdırmamız davam edəcək. Yəqin ki, çox yaxın günlərdə geniş ictimaiyyəti şoka salabiləcək yeni məlumatlarla da məlumatlandıracağıq. Bizi izləyin!
Xeberfakt.az
Ardını oxu...
Deyəsən, millətə quzu əti yeməməyi məsləhət görüb ətin bahalaşmasını əsaslandırmağa çalışan, ölkədə firavan həyatın varlığını sübutlamaq üçün vətəndaşın evindəki məişət texnikalarını nümunə kimi göstərən deputatlarımızın QAFA TƏRZİNƏ nazirlərimiz də ayaq uydurmağa başlayıb. DİA.AZ bildirir ki, hər halda, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun son paylaşımını başqa cür qəbul etmək olmaz...

Ardını oxu...
Göründüyü kimi, Qırğızıstanın səfər etdiyi 61-ci ölkə olduğunu qeyd edərək, kimin nə qədər ölkədə olduğunu soruşurmuş kimi sosial-sorğu keçirən nazirimiz də yəqin ölkə əhalisinin böyük əksəriyyətinin nəinki Biləcəridən o yana getməməsindən, hətta evinin qapısından çıxa bilməsi üçün cibində pulunun olmamasından xəbərsizdir. Hər halda, bunun başqa adı yoxdur...

Qeyd edək ki, faktı diqqətə çatdıran tanınmış jurnalist Cavanşir Həsənli özü nazirin məzəsinə aşağıdakı şərhi verib:

"Gənclər və idman nazirimiz Fərid Qayıbov bekarçılıqdan facebookda sorğu keçirir. Lütfən aktiv iştirak edin..."

P.S.....
 
Ardını oxu...
Payız-qış mövsümündə infeksion və xroniki xəstəliklərin artması dərmana olan tələbatı artırır. Ölkədə isə ciddi problemlərdən biri də dərman qıtlığı ilə bağlıdır. Fərqli dövrlərdə məsələnin həlli istiqamətində xarici şirkətlərin Azərbaycanda zavodlar açacağı, dərman bazarını zənginləşdirmək üçün müxtəlif ölkələrlə ticarət əlaqələrinin genişləndiriləcəyi barədə fikirlər səsləndirilsə də, belə görünür ki, ortada hələ də nəticə yoxdur.

Azərbaycana dərman ixrac edən Rusiya və Ukrayna arasında müharibənin uzun müddət davam etməsi isə əhali üçün vəziyyəti daha da qəlizləşdirib. Azərbaycana dərman idxalını həyata keçirən Ukraynanın əczaçılıq sənayesində infrastruktur problemləri var. Bu vəziyyətin ölkədə dərman defisitinə gətirib çıxarması gözlənilən idi, o səbəbdən alternativ bazarlar tapmalı idik. Çünki bu müharibənin nə vaxt bitəcəyi, Ukraynada bu infrastrukturun nə vaxt bərpa olunacağı, onun sonrakı statusunun necə olacağı bəlli deyil. Vəziyyət gündən-günə pisə doğru gedir. Ekspertlərə görə, dərman biznesi ayrı-ayrı qrupların monopoliyasında olduğundan vəziyyətin düzəldilməsi qəlizdir. İndiki vəziyyətdə dərman qıtlığı təkcə müharibə ilə əlaqədar deyil, problemin kökü daha dərindir. Ölkədə dərman monopoliyası var. Biznesmenlərə, imkanlı şəxslərə imkan verilmir ki, müstəqil şəkildə dərman preparatlarını Çin, Hindistan kimi ucuz istehsalçılardan alsınlar.

Parlamentin son iclasında bu məsələ müzakirə olunub. Rüfət Quliyev deyib ki, “Adrenalin” adında dərmanın olmaması səbəbindən cərrahiyyə əməliyyatı dayandırılıb. “Bu gün hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu problemin mövcudluğunu təsdiqləyib: “ Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Bir ay içərisində Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır”.

Səhiyyə Nazirliyindən bildirilib ki, istənilən şirkət dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: “Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı "niyə apteklərdə yoxdur və niyə gətirilmir" sualına cavab olaraq bildirildi ki, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir". Dərman monopoliyasına qarşı nə etməli? Azərbaycanda niyə dərman sənayesi inkişaf etmədi?

İqtisadçı ekspert Xalid Kərimli dedi ki, ötən il Azərbaycana 21 566 ton dərman gətirilib, bunun dəyəri 408 milyon 633 dollar olub: “Bu, 408 milyonluq dəyərdə Rusiyanın payı 6.9 faizdir. Ukraynanın payı isə 4.3 faizdir. Əsas dərmanı gətirdiyimiz ölkələr Rusiya, Ukraynadan başqa Türkiyədir. Azərbaycana təqribən 19.1 faiz dəyərində dərman Türkiyədən gətirilir. Belarus 2.3 faiz, Almaniya 9.3 faiz, Fransa 8 faizdir. Hindistan 6.6 faizdir. İtaliya 5.8 faizdir. Çin cəmi 1.5 faizdir. Amma dərmanların çəkisinə baxanda birinci yerdə Rusiya gəlir. Rusiyadan və Ukraynadan gələn dərmanlar daha ucuzdur. Bunun da əsas səbəbi odur ki, logistika baxımından dərmanlar Rusiyadan daha rahat gətirilir. Daha dəyərli dərmanları isə təyyarə ilə dünyanın bütün ölkələrindən gətirmək olur. Ukraynadakı vəziyyət ortadadır, artıq 8 aydan çoxdur bu vəziyyət davam edir. Amma Səhiyyə Nazirliyinin də bu sahədə tədbir görməməyi ortadadır. Dərman gətirmək o qədər də asan məsələ deyil. Düzdür, Səhiyyə Nazirliyi çox rahat şəkildə deyir ki, dərmanları özəl şirkətlər gətirir. Amma dərman kartof , ya da qarpız, avtomobil deyil ki, özəl sektor bunu rahat şəkildə götürüb gəlsin. Bunun üçün dərmanların təsdiq edilməsi lazımdır. Bu işlə məşğul olan şirkətlərin lisenziyalaşdırılmış olması lazımdır. Dərmanların hər birinin tərkibi, uyğunluğunu Səhiyyə Nazirliyinin müvafiq qurumları təsdiq etməlidir. Avtomatik olaraq Səhiyyə Nazirliyinin burada böyük səlahiyyətləri ortaya çıxır. Hansısa qruplar isə dərmanlar üzrə bazarı öz aralarında bölüşdürür. Monopoliya olma ehtimalı bu sahədə böyükdür. Burada da məmurların rolu daha artıqdır. Səhiyyə Nazirliyi nə etməlidir? Bir az operativ fəaliyyət göstərməli idi, baş verə biləcək bu problemləri qarşılamaq üçün gözləməməli idi ki, Ukraynadan dərman alan şirkətin dərmanı qurtarsın, o da buna reaksiya versin. İdarəetmənin əsas o ağıllılığı problemi qabaqcadan görüb həll etməsidir. Bunu cəmiyyət hiss etməsin. Problemi həll etmək üçün dərmanları əhaliyə baha qiymətə satmaq da çıxış yolu deyil. Təcili surətdə digər dərman şirkətlərinin nümayəndələri ilə görüşüb bu dərmanların alternativ bazarlardan sürətli gəlişi, yoxlanması, təsdiqi proseslərini operativ həll etmək lazımdır. İkincisi, ümumi bazarı tənzimləmək üçün dərman biznesində müəyyənləşdirilmiş qruplar arasında monopoliyanın aradan qaldırılması üçün yeni oyunçuları bura cəlb etmək lazımdır. İmkan vermək lazımdır ki, digər şəxslər də bununla məşğul ola bilsin. Bu bazarda həm dərman bolluğunu artıracaq, həm də qiymətlərin tənzimlənməsinə gətirib çıxaracaq. Burada məsələ ondan ibarətdir ki, qiymətləri tənzimləyən qurum Tarif Şurasıdır. 10 mindən çox dərman var ki, onların qiymətini Tarif Şurası müəyyənləşdirir. Bazara sərbəstlik, imkan verilməlidir ki, özü tənzimlənsin, bu zaman dərmanlar da ucuzlaşa bilər”.

Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının dosenti, professor Aydın Əliyev dedi ki, əsas məsələ dərmanların keyfiyyətidir: “Camaat deyir, həkimə getdim, müalicə olunmadım. Soruşan yoxdur ki, axı bu dərmanı həkim gətirməyib?! Təbii ki, mən də istəyirəm ki, həmin dərman zavodları tez açılsın. Çox sevinərdik ki, dərman sənayesi işə düşsün. Burada iki məsələyə diqqət edilməlidir. Birincisi, Azərbaycanın özündə hansı bitkilərdən təbii dərmanları ala bilərik. Dərman sənayesi üzrə yerli istehlakçıların yerli məhsul istehsal etməsi, həm də yeni iş yerlərinin açılması deməkdir. Dərman istehsalı böyük sənayedir. Burada alimlər, bioloqlar, mühəndis, baytar, aqronom, kimyaçı, bir sözlə, hamı iştirak edir. Görün nə qədər yeni iş yerləri deməkdir. Bu, dövlətin problemidir, təbii ki... Bunlar həll olunmalıdır. Rəqabət sistemi qurulmalıdır. Rəqabət olmayanda ayrı-ayrı işbazlar istənilən sahəni ələ alırlar. Yoxsa bir, ya da beş nəfərdən asılı vəziyyətə düşürük”.

Farmakoloq dərmanların keyfiyyəti məsələsinə də toxunub: “Mən dərmanlara canlı varlıq kimi baxıram. Dərmanın keyfiyyətsizi o deməkdir ki, o dərmanın vaxtı keçib, o dərmanın tərkibində olan ionlar, atomlar, ayrı-ayrı bioloji aktiv maddələr artıq insan bədənində enerjini dəyişdirə bilmir. Dərmanlar bədəndə enerjini artırır, ya azaldır. Bu enerjini dəyişdirə bilmirsə, deməli, keyfiyyətsizdir. Yəni cansız canlıya can verə bilməz. Amma dərman canlı olduğuna görə canlı orqanizmə, xəstəliklərə kömək edir. O cansız dərmanlar Azərbaycana niyə buraxılır?! Çıxış yolu ancaq yeni zavodların açılmağıdır”.
“Yeni Müsavat”
 
Ardını oxu...
Bir müddət öncə Aztelekom və Baktelecom yüksək internet sürətlərinə keçidlə bağlı GPON texnologiya əsasında fiber optik internetin tariflərini qaldırıb. Daha yüksək sürətlərə uyğun da nisbətən yüksək tariflər təsdiqlənib.
Biz son zamanlar RİNN tərəfindən yüksək sürətli, keyfiyyətli internetə keçidlə bağlı Bakı ətrafında və regionlarda sistemli olaraq aparılan işləri təqdir etsək də indiki anda bir müddət aşağı sürətlərin də əlçatan olmasını təklif etmişdik.
İndi, bu qiymətlərin necə fromalaşmasını araşdırdıqda qəribə situasiya ilə rastlaşdım.
Görünən odur ki, hər iki operator GPON istifadəçisi üçün bahalı, 110 manat civarında Nokia və ya Huawei fiber optik modemini təklif dir.
Bildiyim qədər operatorların özləri bu modemi daha baha qiymətə alırlar.
Bu texnologiya ilə internetə qoşulan istifadəçinin digər modemi seçmək imkanı yoxdur. Bu cür bahalı modemləri operatorlar özləri vətəndaşlara təqdim edir.
Nə üçün belə bir haqsız mühit var ?
Məlumdur ki, Aztelekom və Baktelecom əsasən Huawei və NOKİA texnologiyalarından istiafdə edir.
RİNN-in indiki rəhbərliyindən xeyli əvvəl bu şirkətlərin adı çəkilən operatorlarla müqavilələri var.
Həmin illərdə bu şirkətlərə milyonlarla vəsait ödənərək avadanlıq və texnologiyalar alınıb. Bu müqavilələrə görə operatorlar digər texnologiyalardan istifadə edə bilməzlər.
Yəni, nə operatorlar, nə də istifadəçi eyni xüsusiyyətli , 30-40 manat civarında olan fiber optik modemdən istifadə etsə bu şəbəkədən internet əldə edə bilməyəcək.
Düşünürəm ki, bu yolverilməzdir.
Belə çıxır ki, adı çəkilən şirkətlərlə bağlanan müqavilələr antiinhisar qanunvericiliyə ziddir. Maraqlıdır ki, yeni rəhbərlik də bu müqavilələri analiz etmədən, necə deyərlər “baş ağrıtmadan” elə onlar əsasında əməkdaşlığı davam etdirirlər.
Fikrimcə, bunlar yenidən nəzərdən keçirilməlidir.
Haqsız rəqabət mühiti, bahalı interneti yaradan bütün amillər Antiinhisar tərəfindən nəzərdə saxlanılmalıdır .
Antiinhisar Dövlət Xidmətinin "Bir bina bir provayderindir" məsələsinə dərhal reaksiya verməsi təqdirəlayiqdir. Bununla belə göründüyü kimi sektorda bir çox sahələrdə problemlər qalmaqdadır.
Yeri gəllmişkən, dünyanın hər yerində ölkə üzrə vahid bir telekommunikasiya qurumu var.
Yəni, dünyanın heç yerində “Ankara telecom”, “Tbilisi telecom” kimi qurumlar yoxdur.
Yalnız bizdə Aztelekom-la yanaşı Baktelekom da var.
Görünür ki, keçmişdə kimisə vəzifəyə qoymaq üçün, yaxud da daha gəlirli olanı ayırmaq üçün də vahid formada olan qurumu iki yerə parçalayıblar.
Əlbəttə, hər ikisi təbii inhisarçıdır.
Amma bunların vahid bir qurumda birləşdirilməsi, gücləndirilməsi və gələcəkdə özəlləşdirilməyə də vahid bir formada çıxarılması daha doğru addım olardı.
Fikrimcə, Antiinhisarın bu məsələləri də nəzərə alması doğru olardı.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
"Azərbaycann Reallığı"na vətəndaş Kərimov Əbdüləli tərəfindən şikayət ünvanlanıb.

Şikayətdə bildirilir:

Hörmətli media nümayəndələri!

28 oktyabr 2017 ci ildə, Bakı şəhəri N.Nərimanov rayonu, Firdovsi Məmmədov küç 11, mən 14; 15 də daimi ailəmizlə yaşadıqımı, evin pilot layihə əsasında sökülmüşdür.

"İnteks" rəhbərindən DAHA BİR ŞİKAYƏT...

Pilot layihəni icra edən yani evimizi söküb tikən şirkət "İnteks"MMC olub.

Bizə evimizin söküntüsü zamanı özünü şirkətin səlahiyyətli nümayəndəsi kimi təqdim edən, Fərid Şabanov adlı şəxs verdiyi vədləri, göstərdiyi formal avropa stilli, italyan oboylu yüksək keyfiyyətli təmirli şəkillərlə bizi evimizdən çıxarmaqa razı saldı.

Təəssüflər olsun ki, bu verilən vədlər elə vəd olaraqda qaldı.

Lakin bina 3 il müddətində rəsmi müqavilə ilə hazır olacaqı deyilsdə 3 ildən sonram illərlə gecikərək sonda tikintisi başa çatmaq üzrə olduqu halda bizim iştirakımız olmadan, bizə düşən iki mənzili verdilər. Biz bizə düşən mənzilə baxış keçirmək istəsəkdə, hər dəfəsində süni maneələr yaradaraq mənzilə baxmaq şansının hələ olmadıqını bildirdilər.

Lakin bir müddətdən sonra, guya bizə avropa standarlarına cavab verəcək mənzilimizi ortaya çıxardılar,

Vətəndaş iddia edir ki,mənzilə daxil olanda mənzildə avropa standarlarından başqa, italyan oboylarından, başqa mənzildə keçmiş SSR zamanındaki standartlara cavab verən bir mənzillə qarşılaşdıq.

Mən mənzili qəbul etmədim ona görə ki, mənim keçmiş mənzilimdə hər bir otaqda pəncərə var idi, eyvan var idi, və təmirim isə əla vəziyyətdə idi.

Şirkətdən tələb etdiyim haqlı haqqımnan mənə verilən vəd düşəcək mənzili istəsəmdə, onlar israrla bildirdilər ki, budur istəyirsən yaşa! İstəyirsən imtina et! Hara istəyirsən şikayətini bildir!

Vətəndaş iddia edir ki, bu şəxslərə bildirdikdə ki, Fövqalada hallar naziri Kəmaləddin Heydərova şikayət edəcəm,Baş prokuror Kamran Əliyevə şikayət edəcəm. İnteks MTK İcraçı direktoru Fərid Şabanovun cavabı isə arxayınlıqla belə olub:"Kəmaləddin Heydərov kimdi? Baş prokuror kimdi?" Elə eləmə ki səni məhkəmələrdə süründürüb sənə düşən payıda əlindən alım.

Etibarlı mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki, "İnteks"MTK iş adamı kimi tanınan Ruslan Məmmədova aiddir.Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə Ruslan Məmmədov bir vaxtlar bir iki dövlət məmurları ilə biznes ortaqlıqı olduquda bildirilir.

İş adamı Ruslan Məməmdov şirkəti "İnteks"MTK bir çox vətəndaşları şikayətlərə səbəb olacaq qədər incidir narazıçılıqlar yaradir, buna şahid olmaq elədə çətin deyil. İnternet resurslarında "İnteks"MTK yazıb axtarış verə bilərsiz və əldə etdiyiniz nəticələrdən edilən şikayətlərdən haraylardan agah ola bilərsiz. //"Azərbaycann Reallığı"//
 

Dünyapress TV

Xəbər lenti