Ardını oxu...
Gəncə şəhərinin məişət tullantıları poliqonu on mindən çox sakini olan Cavadxan qəsəbəsinin tam yaxınlığında yerləşir. Yaşayış massivi ilə ərazini cəmi 100-150 metr məsafə ayırır. Qısa arayış verək ki, qəsəbə 1990-cı illərin sonunda salınıb. Məişət tullantıları poliqonu da həmin illərdə mövcud olub. İllər bir-birini əvəzlədikcə evlərin sayı da artıb. Paralel olaraq suni şəkildə məişət tullantıları poliqonunun da sahəsi genişləndirilib. Bu gün tullantıların daşındığı ərazi 100 hektardan çoxdur. Nəticədə Cavadxan qəsəbəsində evlər zibil poliqonunun bir addımlığındadır.

Sakinlərə poliqona girməmək üçün qadağa da qoyulub, yəni girişdə “Kənar şəxslərin girişi qadağandır” adlı lövhə vurulub.

Qəsəbənin içərisindən hər gün yüzlərlə məişət tullantıları daşıyan yük avtomobilləri keçir. Daşınan zibillərin əksəriyyəti isə küçələrə tökülür. Sakinlər üfunət iyindən qış aylarında belə qapı və pəncərələri bağlamaq məcbiriyyətində qalırlar.

Qəsəbə sakini Həsən Bayramov Teleqraf-ın yerli bürosuna bildirib ki, hazırkı vəziyyətdən qurtarmaq üçün əlacları evlərini satıb, ərazidən köçməkdir.

"Külək əsən zaman yandırılan tullantıların iyi gələndə, buradan köçüb getmək istəyirik. Çox dəhşətli mənzərədir. İcra Hakimiyyətinə müraciət etmişik. Baxan yoxdur. Sanki zibil poliqonunun heç kəsə aidiyyəti yoxdur, camaat bu zülmü çəkməlidir”.

Qəsəbənin digər sakini Rövşən İsmayılov mövcud durumdan narazılığını bildirir:

“Zibidaşıyan maşınlar qəsəbənin içərisi ilə hərərkət edirlər. Hər yer çox bərbad gündədir. Qapıları bağlayıb məcbur kondisioneri qoşuruq. Xəstəlikdir də. Uşağı çölə buraxa bilmirsən, nə edəcəyimizi də düşünə bilmirik".

Məişət tullantıları poliqonu Gəncə Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) balansındadır. Sakinlərin sözlərinə inansaq, aidiyyəti qurumlar da bu problemdən xəbərdardırlar.

Mövzu ilə bağlı MKTİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, indiki şərtlər altında qurumun görə biləcəyi heç bir tədbir yoxdur.

Sakinlər isə problemin tezliklə həll olunacağı ümidi ilə yaşayırlar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

 

Ardını oxu...

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən cari və perspektiv layihələrlə tanış olublar.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Prezidetin Mətb
Ardını oxu...
Zərdab rayon Mərkəzi Xəstəxanasında 90 min manatı aşan yeyinti olub. Xəstəxananın su borcunun ödənişiylə bağlı problem ortaya çıxarkən, bunun da üstü açılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) apardığı yoxlamaların nəticəsi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Beləcə, xəstəxananın Maliyyə şöbəsinin hesabatlılıq bölməsinin müdiri Natiq Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.

Bölmə müdiri 2021-ci ilin fevralından xəstəxanada həmin vəzifədə çalışıb. Öncə dərman ehtiyatlarının hesabatını aparıb, ardından işçilərin maaşlarını hesablamağa başlayıb. Araşdırmalar zamanı üzə çıxıb ki, o, 2023-2024-cü illərdə həm özünün, həm də xəstəxananın bir sıra işçilərinin maaş kartlarına əlavə pullar köçürüb. Sonra isə həmin adamlara köçürmənin səhv olduğunu deyərək yazılan məbləğlərin geri qaytarılmasını istəyib. Pulları ya nağd şəkildə geri alıb, ya da onun kartına köçürüblər.

Cinayət işində toplam 91 min manatdan çox mənimsəmədən söhbət gedir
N.Hüseynov ifadə verərkən, özünü təqsirli bildiyini deyib. Bu işləri daha çox xəstəxana direktorlarına məxsus “Asan imza” vasitəsiylə gördüyünü, direktorların yeyintidən xəbəri olmadıqlarını da bildirib. Onlara, sadəcə, sistemə daxil olaraq əməliyyat gerçəkləşdirəcəyini söyləyib: “Bu işləri görəndə nə vaxtsa üstünün açılacağını bilirdim. Ehtiyacım vardı, ona görə elədim”.

Təqsirləndirilən şəxs 91 min 270 manatlıq ziyandan 5 min 600 manatını istintaq dövründə ödəyib. O, əməlindən peşman olduğunu, ziyanın qalan bölümünü ödəməyə maddi imkanının yetmədiyini deyib.

Yeyintinin üstü belə açılıb
Yeyintinin üstünün necə açılmasına gəlincə, xəstəxana rəhbərliyinə zəng gəlib, suya görə borcun ödənilmədiyi deyilib. Direktor borcun ödənilməməsinin səbəbini araşdırarkən, yeyintilər üzə çıxıb.

Keçmiş bölmə müdiri həm istintaq, həm də məhkəmə dövründə azadlıqda olub. O, bugünlərdə Şəki Ağır Cinayətlər Məhkəməsində hökm oxunarkən, məhkəmə zalındaca həbs edilib. Hökmə əsasən, külli miqdarda mənimsəmədə təqsirli bilindiyindən ona 6 il həbs cəzası kəsilib.

/AzadlıqRadiosu
Ardını oxu...
 

İqtisadçı deyir ki, Hesablama Palatasının dövlət büdcəsindən daxil olan vəsaitləri bank depozitlərinə yönəldənlərlə bağlı hesabatını istintaq araşdırmalıdır

Hesablama Palatasının 2024-cü il fəaliyyəti haqqında hesabatına əsasən, Azərbaycanda bəzi publik hüquqi şəxslər dövlət büdcəsindən daxil olan vəsaitləri bank depozitlərinə yerləşdiriblər. Bu sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirəsinə təqdim edilib.

Auditlərlə müəyyən olunub ki, büdcə vəsaiti alanlar çox vaxt kifayət qədər planlaşdırma intizamı nümayiş etdirmirlər və öz maliyyə ehtiyaclarını düzgün qiymətləndirmirlər. Nəticədə il ərzində büdcənin maliyyələşdirilməsinin həcmlərinə dəfələrlə baxılıb, vahid büdcə uçotunun tələbləri pozulub. Çox vaxt ayrılmış büdcə vəsaitləri istifadə olunmadan hesablarda qalırdı. Konkret təyinatlı vəsaitlər ya büdcəyə gec qaytarılıb, ya da heç qaytarılmayıb. Dövlət satınalmalarının məzmununu müəyyən edən tələblərin düzgün tərtib edilməməsi də qeydə alınıb ki, bu da büdcədən artıq olan vəsaitin müxtəlif şərtlərlə bank depozitlərində yerləşdirilməsinə səbəb olub.

Büdcədənkənar daxilolmaların xüsusi çəkisinin artmasına baxmayaraq, publik hüquqi şəxslərin büdcədən maliyyələşmədən asılılığı qalmaqdadır. Xüsusən də əməkhaqqı, mükafat kimi xərclər bu gəlirlər hesabına ödənilməyib. Hazırda hesabat Hesablama Palatasının rəsmi saytında yerləşdirilmədiyindən qanun pozuntularına yol vermiş konkret qurumlar göstərilmir.

Qeyd etmək lazımdır ki, büdcə vəsaitlərinin əmanət şəklində banklarda yerləşdirilməsinə müstəsna olaraq Maliyyə Nazirliyinə icazə verilir. Belə ki, aprelin 11-də nazirlik tərəfindən ilk depozit hərracı keçirilib, onun çərçivəsində 1 milyard manat məbləğində vahid xəzinə hesabının sərbəst qalığı dörd sistem əhəmiyyətli bankda üç aylıq depozitə yerləşdirilib. Lakin yoxlamaların göstərdiyi kimi, bir sıra publik hüquqi şəxslər hələ rəsmi hərracdan əvvəl belə praktikaya əl atıblar. Qurum büdcədən ehtiyac duyduğundan çox vəsait alıb və faiz gəliri alaraq banklara yerləşdiriblər.

Qanuna görə, publik hüquqi şəxslərin pullu və ya pulsuz xidmət göstərmək, kommersiya fəaliyyəti ilə məşğul olmaq və gəlir əldə etmək hüququ var. Bu cür fəaliyyətlər xərclərin optimallaşdırılması strategiyasının elementi kimi qəbul edilir. Bununla belə, artıq vəsaitlərin depozitlərə yerləşdirilməsi praktikası mahiyyət etibarı ilə büdcə resurslarından məqsədyönlü istifadə edilmədən gəlir əldə etmək mexanizminə çevrilib.

Ardını oxu...

Yeri gəlmişkən, ötən il Hesablama Palatası Bakı Dövlət Universitetində həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsanlar aşkar etmişdi. Qurumdan bildirilmişdi ki, universitetin xərcləri əsasən sosial xarakterli olub. Bu xərclərin ödənilməsi zamanı bir neçə halda nöqsanlara yol verilib, bu, gəlir vergisinin düzgün hesablanaraq tutulmaması, habelə mükafatların məbləğinin, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinə görə artıq hesablanması hallarını əhatə edib və 13.3 min manat təşkil edib. Hesablama Palatası BDU-da xeyli başqa nöqsanları da aşkarlamışdı ki, biz hələ də o nöqsanların aradan qaldırıldığını görmürük.

Qeyd edək ki, dövlət vəsaitlərinin bank depozitlərinə yerləşdirilməsi məsələsinə dünya ölkələrində müxtəlif yanaşmalar mövcuddur. Əsas fərqləndirici cəhətlərdən biri dövlət vəsaitlərinin idarə olunmasında şəffaflıq, nəzarət mexanizmləri və hüquqi çərçivənin möhkəmliyidir. Misal üçün, Almaniyada dövlət vəsaitlərinin məqsədindən kənar istifadəsi cinayət məsuliyyəti daşıyır. Hesablama Palatası (Bundesrechnungshof) məsələni parlamentə bildirir, araşdırma başladılır. Məsul şəxslərə qarşı xidmətdən çıxarılma, maliyyə sanksiyası, qəsdən və ya səhlənkarlıqla pozuntu varsa, cinayət işi açılır. Böyük Britaniyada da National Audit Office (NAO) və Parliament Public Accounts Committee tərəfindən araşdırmalar aparılır.  Hər hansı publik qurum qanun pozuntusuna yol verərsə, parlament qarşısında izahat verməyə çağırılır, məsul şəxslər işdən uzaqlaşdırılır, cinayət halı varsa, prokurorluq orqanları işə qarışır, büdcə vəsaitləri dərhal geri tələb olunur.  Türkiyə Sayıştay (Hesablama Məhkəməsi) illik auditlər aparır. 5018 saylı qanunun pozulması hallarında qanunsuz hərəkət edən vəzifəli şəxslər barəsində inzibati araşdırma və cəzalandırma tədbirləri görülür, geri qaytarılmalı vəsaitlərin tam bərpası tələb olunur, zəruri hallarda cinayət işi açılır və məhkəməyə verilir.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?

Ardını oxu...

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ümumiyyətlə, Hesablama Palatasının aşkara çıxardığı qanunsuzluqlarla bağlı, büdcə vəsaitinin qeyri-rasional xərcləmələri ilə bağlı daha ciddi addımların atılmasına ehtiyac var. Təəssüf ki, Hesablama Palatası hər il müəyyən qanun pozuntularının tapılmasını aşkarlayır və elan edir, amma bununla bağlı addım ata bilmir. Bir çox ölkələrdə Hesablama Palatası kimi qurumlar mövcuddur, bir çox ölkələrdə də bu qurumun verdiyi rəy istintaq araşdırmalarının aparılması üçün mütləq əsas yaradır. Bizdə belə birbaşa bağlantı yoxdur. İstintaq orqanları əsas götürərək işə başlaya bilərlər. Amma qanunvericilikdə birbaşa belə bağlantı nəzərdə tutulmayıb. Ola bilər ki, yaxın zamanlarda bunun qanuna salınması mütləq hal alsın. Çünki istər büdcə xərcləmələri ilə bağlı yeyintilər olsun, korrupsiya əməlləri olsun, qeyri-məqsədli istifadə olsun, depozitə yatırmaqla əlavə vəsait olsun, fərqi yoxdur. Qanunda nəzərdə tutulmayan qaydalarla bağlı hansısa bir pozuntunu Hesablama Palatası aşkarlayırsa, qanunda belə bağlantı qurmaq, iki cümlə ilə bunu qanuna salmaq lazımdır ki, mütləq bu rəy istintaq orqanları üçün araşdırma başlamağa əsas yaratsın. İstintaq orqanlarının verdiyi qərara görə yox, Hesablama Palatasının artıq rəyi istintaq əməllərinin açılmasına bir göstəriş olmalıdır. Bu olsa, o zaman büdcə xərcləmələri ilə bağlı ortaya çıxan neqativ halların cəzalandırılması mexanizmi də yaranar. İndi təəssüf ki, cəzalandırma mexanizmi çox azdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 
 
 

       
Ardını oxu...
Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunmuş və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılmış və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib.

Tribunainfo.az xəbər verir ki, Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunub.

Qeyd olunan linkdə göstərilən Siyahı 17 aprel 2025-ci il tarixinə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək.

Ardını oxu...
İcazə verilən əməliyyatların Siyahısı
 
Ardını oxu...
Səhiyyə nazirinin sabiq müavini Elsevər Ağayev Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri olmaq istəyir.

Bu barədə qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Naxçıvanda səhiyyə kluarlarında gəzən məlumatlara görə Elsevər Ağayev bir neçə ildir ki, Naxçıvanda Səhiyyə naziri olmaq istəyir. Naxçıvanda da bir çox adam böyük təcrübəyə və kapitala malik E.Ağayevin nazir təyin ediləcəyi təqdirdə Naxçıvan səhiyyəsində müsbət dəyişiklik yaranacağını güman edirlər.

Məlumatın nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün E.Ağayevdən açıqlama ala bilmədik.

Qeyd edək ki, E.Ağayev 1999-2022-ci illərdə Səhiyyə nazirinin müavini vəzifəsində çalışıb.

Elsevər Ağayevin vəzifədə çalışdığı dövrlərdə böyük kapital topladığı, tibb sektorunda fəaliyyət göstərən müəssisələrinin, apteklər şəbəkəsinin, təchizatla məşğul olan şirkətlərinin olduğu barədə mətbuatda dəfələrlə yazılıb.

"Caspian International Hospital” və "BADAM MEDICAL CENTER” klinikalarının da Elsevər Ağayevə məxsus olduğu vurğulanır.
Ardını oxu...
"Məktəblərdən pul yığılması halı, təqribən 15 il bundan əvvəlki vəziyyətə, yəni, daha bərbad hala düşüb. Bir çox məktəblərdə, bizim çox peşəkar məktəb direktorlarımız var ki, maksimum dərəcədə bunun qarşısını almağa çalışırlar. Amma reallıq ondan ibarətdir ki, cəmiyyətdə təhsillə bağlı narazılıqlar o səviyyədədir ki, sanki, belə də olmalıdır".

Bu sözləri Sonxeber.az-a təhsil eksperti Elşən Qafarov danışıb.

O, açıqlamasında qeyd edib ki, 5 milyard təhsil büdcəmiz var və belə bir büdcəsi olan təhsil sistemində 2,5,20 manatdan pul toplanması faciəvi bir haldır:

"Ölkənin təhsil naziri də, açıq şəkildə brifinqdə deyir ki, "Olimpiyada niyə pulsuz olmalıdır?!". Ona görə də 100 min şagirddən hər il ən azı 20 manatadan pul yığırıq. Bu səbəbdən də biz 2 manatın söhbətini necə apara bilərik. Bu gün açıq şəkildə müəllim görür ki, direktor onu, reagional direktoru, təhsil nazirliyi regionalı məcbur edir ki, valideyinlərdən pul toplayın. Belə olan halda digər adlar altında da pul toplamaqlar realdır. Təhsil sisteminə pul toplmağa ehtiyac yoxdur. Təhsil sistemi dövlət tərəfindən ayrılan büdcənin miqdarına görə 3-cü yerdə dayanır. 5 milyard təhsil büdcəmiz var və belə bir büdcəsi olan təhsil sistemində 2,5,20 manatdan pul toplanması faciəvi bir haldır. Emin Əmrullayev dövrü Azərbaycan təhsilində qara bir ləkə kimi illər sonra da xatırlanacaq".
 

Ardını oxu...

Hesablama Palatası “Kliniki Tibbi Mərkəz” Publik Hüquqi Şəxsə ayrılmış dövlət vəsaitinin digər dövlət əmlakının idarə olunmasına dair audit keçirib.

Gundeminfo.az Hesablama Palatasına istinadən xəbər verir ki, audit 01.01.2022-ci il tarixdәn 01.01.2024-cü il tarixәdәk dövrü әhatә edib.

Qeyd edilib ki, dövlәt әmlakının uçotu vә istifadәsinin düzgün tәşkil edilmәmәsi bir sıra hallarda aktivlәrin әskik vә ya artıq gәlmәsi ilә nәticәlәnmiş, dövlәt әmlakının sәmәrәli vә funksional fәaliyyәtә uyğun idarә olunmaması 2457,1 min manat dәyәrindә maşın vә avadanlıqların uzunmüddәtli saxlanılması, elәcә dә 297,1 min manat dәyәrindә dәrman vasitәlәri vә tibbi lәvazimatların istifadә müddәti әrzindә istifadә olunmaması ilә dövlәt vәsaitlәrin sәmәrәli icrası tәmin olunmayıb. Elәcә dә, tibbi sәrfiyyatla bağlı normaların vә hesabatlılığın tәlәblәrinә әmәl olunmaması artıq vәsait icrasına sәbәb olmuş, hәmçinin hәkim tәyinatı olmadan dәrman vasitәlәrinin silinmәsi әmlakın istifadәsi vә әhalinin sağlamlığının qorunması istiqamәtindә risklәri formalaşıb.

Agentliklә Xәstәxana arasında bağlanmış müqavilәnin şәrtlәrindә әks olunmuş zaman tәnzimlәmәlәrinә әmәl edilmәmiş, xidmәtlәrin dәyәri gecikmәlәrlә ödәnilmişdir. Belә ki, 2022- ci ildә ekspertizadan keçmiş vә dәyәrinin ödәnilmәsi üçün qәbul olunmuş xidmәtlәrin 17356,5 min manat dәyәrinin 28,3%-i, 2023-cü ildә 29852,9 min manat dәyәrinin 40,1%-i növbәti ildә ödәnilmişdir. 2024-cü ilin yanvar-mart aylarında göstәrilmiş xidmәtlәr üzrә isә auditin başa çatdığı dövrәdәk hәr hansı ödәmә aparılmayıb.

Hesablama Palatasından bildirilib ki, toplanmış audit sübutları audit predmetinin bütün әhәmiyyәtli aspektlәr baxımından müәyyәn edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nәticә çıxarmaq üçün yetәrli vә müvafiq olmaqla kafi әminliyi formalaşdırmışdır. Fikrimizcә, Xәstәxana tәrәfindәn tibbi xidmәtlәrin tәşkili, gәlir әldә etmәk imkanlarından istifadә olunması, dövlәt satınalmalarının hәyata keçirilmәsi, tәmir xәrclәrinin icrası, hәmçinin mühasibat uçotunun tәşkili vә maliyyә hesabatlarının tәrtibi, elәcә dә daxili nәzarәt sisteminin qurulması vә tәmin edilmәsi istiqamәtindә fәaliyyәti qüvvәdә olan hüquqi aktlara uyğun deyil.

Ardını oxu...
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və tabeliyindəki qurumlarda dövlət büdcəsi vəsaitlərinin xərclənməsi və əmlakın idarə olunması zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.

Auditin nəticələrinə əsasən, İdarə dövlət sifarişi üzrə büdcə tələbatını “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın tələblərinə əməl etmədən hesablayıb. Belə ki, bölmәlәr üzrә müvafiq olaraq 1 735 336 manat vә 863 661 manat vәsait artıq proqnozlaşdırılaraq tәqdim edilib, bununla yanaşı, İdarәnin hesablaşma hesabında tәsәrrüfat gәlirlәri üzrә 2 il üzrә müvafiq olaraq 320 551 manat vә 1 405 448,02 manat qalıq vәsaitlәr dә büdcә vәsaitinә tәlabatın hesablanmasında nәzәrә alınmayıb.

Bundan başqa audit aşağıdakı pozuntuları da ortaya çıxarıb:

- 2022-ci ildə keçirilmiş 28 satınalma prosedurundan heç birinin ehtimal olunan qiymətləri təsdiqlənməyib, müqavilələr dövlət satınalmalarının vahid portalında yerləşdirilməyib;

- Xarici qonaqlar üçün aviabiletlərə 33 012 manat, otel xərclərinə isə 16 138 manat vəsait satınalma proseduru olmadan xərclənib;

- Ştatdankənar vəzifələr üçün əsas olmadan 13 645 manat əməkhaqqı ödənilib;

- Avadanlıqların texniki spesifikasiyalarında uyğunsuzluğa görə 42 174 manat artıq vəsait ödənilib;

- “Multani” və “Buxara” karvansaraylarının təmiri üçün ümumi müqavilə dəyəri 20 292 854 manat olan satınalmalar qanunsuz şəkildə həyata keçirilib, bu çərçivədə audit dövründə 13 498 516 manat xərclənib;

- Lisenziyaların uçotdan kənarda qalması nəticəsində 44 246 manat məbləğində qeyri-maddi aktivlər qeydiyyata alınmayıb.

- Hesabatda ümumilikdə 183 240 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpası tövsiyə edilir. Bununla yanaşı, müxtəlif hüquq pozuntuları üzrə aidiyyəti qurumlara məlumatların təqdim olunması və məsul şəxslərin cavabdehliyə cəlb edilməsi təklif olunur(Report).


Ardını oxu...
Ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti və aramsız yağışlar bir sıra fəsadlar törədib. Ötən gündən bəri davam edən intensiv yağış nəticəsində həyət evləri ilə yanaşı bəzi çoxmərtəbəli binalardakı mənzilləri də su basıb.
İqtisadiyyat.az xəbər verir, aramsız yağışların fəsadları yeni tikili binalardan da yan keçməyib.

Sosial şəbəkələrdə “Saray” MTK-ya məxsus binanın mənzillərindən birinə suyun axdığı ilə bağlı görüntülər yayılıb.

Videoda vətəndaşın MTK-dan yeni aldığı mənzilin tavanından suyun axdığı öz əksini tapıb.

Məlumat üçün bildirək ki, daha əvvəl isə “Bakixanov Residence” yaşayış kompleksində mənzillərdən birinə suyun axdığı ilə bağlı görüntülər yayılıb.

Daha ətraflı videonu təqdim edirik:

Dünyapress TV

Xəbər lenti