Ardını oxu...
Sual: Cənab polis, əgər xanım günahkar olsa idi, sizə zəng edib kömək istəyərdimi? Məntiq???
Vüsal Həsənov (Mərkəzdə tutduğu vəzifəsi , səlahiyyətləri məlum olmayan) adlı bir şəxs, dünən Müasir Psixologiya Mərkəzinin qadın işçisini ən ağır söyüşlərlə təhqir edib ona hədə qorxu gəlmişdi. Olunan təhqirlərdən qadının halı pisləşib və kömək üçün 102 vasitəsilə polisə müraciət edir. Polis gəlincə kameradakı səslər silindi. Polis,gəldi, Vüsalın kabinetində onunla görüşdükdən sonra xanıma da kiçik bir izahat yazdırdı və qeyd etdi ki,Vüsalı birinci siz təhqir etmisiniz(polis də otaqda idi ki?) .Axşam isə Mərkəzin rəhbəri Aida Sübhan (Nəbiyeva) və əmisi(deyəsən əsil sahib odur) Azər müəllim mənə zəng edib bildirirlər ki,heç demə 10 ildən yuxarı bu Mərkəzdə işləyən işçi qadın neçə ildir onlara zülüm edir,hədə qorxu gəlir və onlar polisə yazdıqları izahatda da bunu bildiriblər , Və Vüsalı da təhqir edən xanım olub ???!, Vüsal isə yalnız astaca,həzin həzin deyib ki, “özünsən”. Xanım hətta əlində stəkan Vüsalın üstünə də“cumubmuş”.Bu hayasızlığın son həddi deyilmi xanım psixoloq? Bəs insaf, vicdan, Allah qorxusu? 10 ildən yuxarı bir yerdə işlədiyin, birlikdə TV verilişində iştirak etdiyin,həmişə təriflədiyin işçi birdən birə monstra çevrildi? Vusalın və psixoloq xanımın sayəsində nazik papka ilə Mərkəzə gələn polisin papkası böyüdü ,”kağızlar” çoxaldı və axşam 70 yaşlı,Azər kişi(?) xanıma yazdı ki,sabah işə gəlmə. Biz ( Vüsal,Aidə və ağsaqqal )Akt tərtib etmişik, Aktı polisə vermişik və bu AKT-a əsasən səni işdən azad edirik? Akta qol çəkənlər isə həmin 70 yaşlı “ağsaqqal”, Aidə Sübhan , katibə və Vüsal Həsənov olub . Mərkəzdə başqa işçilər , ora xəstə uşaq gətirən valideyinlər yox idi ki? Bəs qanun? Əmək Məcəlləsi, qadına qarşı edilən zorakılıq,təhqir, hədə qorxu? İnsan necə hayasız olmalıdır ki, təhqirə ,hədə qorxuya məruz qalan qadının at kimi üzünə dirənsin 37-ci ildəki kimi.
Sonda
Müasir Psixologiya Mərkəzində qadına qarşı şiddət göstərilib və Mərkəz rəhbərliyi* (qadın!!) tərəfindən (polisə düzgün olmayan məlumat,kamerada səslərin silinməsi, və.s) ört basdır edilir.
Vüsal Həsənov kimdir, Mərkəz rəhbərinin ondan çəkinməyinin , səbəbi? Müamma?!
Düşünürəm ki, qadın hüquq müdafiəçiləri də, baş verən hadisəyə qarşı biganə qalmayacaq .
Zorakılığa,təhqirə,şiddətə məruz qalan xanım isə mənim qızımdır
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
"Orbita" MTK-nın rəsmi internet səhifəsi istifadəçilərinin üzünə bağlanıb.
Kommersant.az xəbər verir ki, sözügedən MTK-nın rəsmi internet saytı istifadəsini 278 günlük bağlayıb. Buna görə də binadan mənzil alan və ya almaq istəyən şəxslər binalar haqqında məlumat əldə edə bilmirlər.

"Orbita" MTK tikinti şirkətinin rəsmi internet saytının bağlanması şirkətin fəaliyyətində müəyyən problemlərin mövcudluğuna işarə edir. Sözügedən MTK, həm də şirkətin rəhbəri Famil Bağıyevin adı mətbuatda qalmaqallarla yadda qalıb.

Rəsmi saytın fəaliyyətinin dayandırılması potensial müştərilər və hazırkı sakinlər üçün məlumat əldə etmə imkanlarını məhdudlaşdırır. Bu, şirkətin etibarlılığına və şəffaflığına dair suallar yarada bilər. Müştərilər layihələrin gedişatı, mənzil qiymətləri və digər vacib məlumatları əldə etməkdə çətinlik çəkir.

Bundan əvvəl isə sözügedən MTK rəsmi internet saytında "0 % zəmanət və 0 bal zəlzələyə davamlı" paylaşımı etmişdi.

Qeyd edək ki, tikinti şirkətlərinin rəsmi saytlarının fəaliyyəti onların şəffaflığı və müştərilərlə əlaqəsi baxımından vacibdir. Saytın bağlanması şirkətin imicinə mənfi təsir göstərə bilər və müştərilərin etimadını sarsıda bilər. Bu səbəbdən, "Orbita" MTK-nın rəsmi saytının yenidən fəaliyyətə başlaması və müştərilərə lazımi məlumatların təqdim edilməsi vacibdir.

Bundan başqa şirkətin "Facebook" hesabı da ən son 10 aprel 2024-cü ildə paylaşım edərək qeyri-aktiv olduğunu göstərir. Ümumiyyətlə şirkətin sosial media hesabı MTK tərəfindən inşa olunan və ya olunacaq binalar haqqında demək olar ki, məlumat vermir. Paylaşımlar daha çox bayram təbriklərindən ibarətdir. İnşaat haqqında ən son paylaşım isə 2022-ci ilin aprel ayında olubki, bu da sadəcə təməlatma videosundan ibarətdir.
 
 
 
Ardını oxu...
Bu məhkəmə prosesi xalqımız üçün tarixi hadisədir.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çoxsaylı hərbi cinayətlərdə ittiham olunan keçmiş və qondarma “dqr rəhbərliyi”nin 17 yanvarda başlayan məhkəmə prosesi haqda danışarkən deyib.

Millət vəkili bildirib ki, bu, Azərbaycan torpaqlarının qəsb edilməsi ideologiyasını və onun icraçılarını 100 ildir mühakimə edə, cəzalandıra bilməyən dövlətimiz üçün böyük tarixi olaydır:

“Bu məhkəmə, bu mühakimə prosesi Zəfər hərəkatımızın, müqəddəs müharibəmizin nəticəsidir. Bunu təmin edən Prezidentimiz İlham Əliyevdir. Ona görə də bu hadisəni kiminsə “Əsrin məhkəməsi” adlandırması mübaliğə deyil, gerçək qiymətləndirmədir.

35 il ərzində Zori Balayanlar, İgidyanlar və başqa şəxslər separatizmi və Qarabağda soyqırımları, etnik təmizləmələri, işğalı alovlandırıblar. 1987-1989-cu illərdə yüzminlərlə azərbaycanlı dədə-baba torpaqlarından çıxarıldı, zorakılığa məruz qaldı, Qərbi Azərbaycanda etnik təmizləmə aparıldı. İndi o məşəqqətləri yaşayan insanlardan sağ qalanların hamısının gözü, ürəyi, beyni, düşüncəsi bu məhkəməyə dikilib. Bu, torpaqlarımızın bütövlüyü uğrunda həyatını qurban verən insanların doğmalarının, qazilərimizin, veteranlarımızın, şahidlərin, bütövlükdə xalqımızın onillərdir görmək istədiyi ədalət mühakiməsidir.

Düşünürəm ki, burada həm prokurorluq, həm də məhkəmə orqanlarımızın üzərinə tarixi missiya düşür. Onlar burada hansısa emosiya və ya nifrət duyğularını deyil, hüququn aliliyini əsas götürməlidirlər. Çünki hazırda qanun da, hüquq da, fakt da bizim tərəfimizdədir, ədalət də.

Ona görə burada söz artıq hüququndur – insanların kütləvi qətlə yetirilməsi, soyqırım və bəşəri cinayətlər, həmçinin insanların mülkünün ələ keçirilməsi və s.

Uzun illər ərzində qeyd edilən cinayətlərin təşkilatçıları və əsas icraçıları kimi bu mühakimə edilən insanların adı keçir. Əlbəttə ki, bu nöqtədə siyasətçilərimizə, dövlət adamlarımıza, media nümayəndələrimizə çağırış ondan ibarətdir ki, məhz burada qalib dövlət və qalib xalq duruşunu və ədasını nümayiş etdirək, məhkəməni qabaqlamayaq, vaxtından əvvəl hökm çıxarmayaq.

Diqqətinizə çatdırım ki, Almaniyada Tələt Paşanı qətlə yetirən Soğomon Teqliryan erməni düşüncəsində, əməllərində, kitablarında qəhrəmanlaşdırılırdı. Təəssüf ki, onların qəhrəmanlaşdırdığı əksər erməni xalqımızın qanı üzərində heykəlləşənlərdir.

İndi isə bizim missiyamız bu məsələlərə elə qiymət verməkdir ki, ədalətinə kimsənin şübhəsi olmasın. Doğrudur, xalqımızın içində emosional reaksiyalar başadüşüləndir. Çünki, məsələn, müharibə zonasından 100 km uzaqlıqdakı Gəncə şəhərində mülki insanları gecə yarısı, daha çox insanın ölməsini təmin etmək üçün yatdığı yerdə raket zərbələrinə məruz qoyan, sonra da efirə çıxıb, “əmri mən verdim” deyən bir şəxsin indi məhkəmədə söylədiklərinə insanlarımızın dərin emosional reaksiyasının qarşısını almaq çətindir. O qətliamlarda valideynini, körpə övladını itirənlər var və Araik Arutyunyanın mülki insanların qətliamından sonra o cür ifadələrini unutmaq çətindir. Axı hadisənin də üstündən cəmi 4 ildən bir qədər çox vaxt keçib, yaralar təzədir, dərindir”.

Millət vəkili bütün bunlara baxmayaraq, düşmənin və onların havadarlarının beynəlxalq hüququn arxasında gizlənərək, hiyləgər oyun qurduğunu bir daha xatırladıb:

“Görürsünüz, onların ətrafında nə qədər “beynəlxalq müdafiə istehkamı” düzəldilib. Bu qüvvələrin ətrafında çətir quran, hətta onları “siyasi məhbus” adlandırmağa və bunu elə bu cür də qələmə verməyə çalışanlar xırda hüquqi boşluqlar tapmağa, hansısa prosedurun pozulduğunu dərhal qeydə almağa, o cümlədən “təqsirsizlik prezumpsiyası” anlayışını istismar etməyə çalışırlar. Qeyd edim ki, ittiham olunanlardan biri – Ruben Vardaryanın milyardı aşan sərvəti var və o, milyonlarla dollar müqabilində dünyaca məşhur hüquqşünası vəkil tutub, o cümlədən beynəlxalq mediada piarını aparacaq komanda müəyyənləşdirib. Diqqət edirsinizsə, məhkəməsi başlayanlar içərisində dünya mediasında, o cümlədən erməni saytlarında ən çox adı hallanan, müdafiəsi təşkil edilən də Vardanyandır. Bu “müdafiə şəbəkəsi” kütləvi formada müxtəlif platformalarda çıxışlar edirlər, Azərbaycana təzyiq etməyə cəhd göstərirlər. Bir neçə gündür məhkəmədə iştirak etmək üçün ölkəmizə viza müraciətləri daxil olur. Bu müraciətlər təsadüfi deyil – onlar gəlib, burda hansısa “hüquqi boşluq” tapmağa çalışırlar”.

Zahid Oruc heç bir təşəbbüsün onların ədalətli mühakiməsinə mane olmayacağına əminliyini vurğulayıb.

“Heç bir təxribata uymadan, qanunun aliliyini əsas götürərək, ədalətli bir qərar çıxarılacağına inanıram. Xalqımızdan da xahişim odur ki, güdükdə duranlara, sabah bu ədalətli mühakiməyə kölgə salmaq üçün nəsə tapmağa çalışanlara fürsət verməsinlər”.
 
Ardını oxu...
“Bakı Abadlıq Xidməti” MMC ilə bağlı cərimə protokolu imzalanıb. MMC növbəti dəfə ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

“Bakı Abadlıq Xidməti” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

MMC ilə bağlı işə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 22 yanvar tarixində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. Əgər mal ölkəyə gətirilmirsə sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Bünyad Qasımovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

/Tribunainfo.az
Ardını oxu...
Məlum olduğu kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində "Urmedhelp" və "My Doc Tour" şirkətlərinin sahibi Nuridə Seyidova və digər iki şəxsin - Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İttihama görə, bu şəxslər qan xərçəngi və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların valideynlərinin etibarından sui-istifadə edərək, müalicə üçün vəsaiti mənimsəyiblər.

Zərərçəkmişlərin ifadələrinə görə, ümumilikdə söhbət 1 milyon manatdan çox müalicə pulundan gedir. Pulların mənimsənilməsi nəticəsində müalicəsizlikdən ölən körpələrin olduğu da bildirilir.

Zərərçəkmişlərin ifadələrində tanınmış həkim Mircəlal Kazıminin də adı keçir. Belə ki, zərərçəkmiş Kamil Əhmədov məhz onun tövsiyəsi ilə adıçəkilən qadınlarla əlaqə saxladığını, lakin ödənişi geri ala bilmədiyini bildirib. Əhmədovun sözlərinə görə, həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkir. Zaur Baxşəliyevin verilişinə çıxandan sonra müalicə olunub:
““Gömrük” hospitalda Mircəlal Kazımi həkimlə görüşdük. Yoxladıqdan sonra dedi ki, qaraciyərin transplantasiyası lazımdır, 46 min manat xərci var. Buna pulumuz çatmadı. Bir qədər sonra Mircəlal həkim mənə dedi ki, bir xanım var, bu işlərin xeyriyyəçiliyilə məşğul olur. Telefonu alıb Aysel xanımla danışdım. Dedi ki, xərcin yarısını, 23 min manatını ödəməlisiz. Mən də razılaşdım, pulu düzəltdim, apardım. Bu proseslərə gedən zaman yoldaşımın səhhəti pisləşdi. Tez-tez komaya düşürdü. Hər dəfə 1500 manat xərcim çıxırdı. Gördüm ki, bir iş görmürlər, pulumu istədim. Dedilər ki, pulu bir aya qaytara bilərlər. Həmin vaxtdan pulu "bu gün, sabaha verəcəm" dedilər. Aysel xanım məni Nuridə ilə əlaqələndirdi. O da dedi ki, bunların rəisi mənəm, pulu qaytaracam. Amma yenə qaytarmadılar. Sonradan eşitdim ki, həbs olunublar. Ayselin dayısı pulun 10 min manatını ödəyib, qalan pulu da tələb edirəm. Mən Ayseli tanıyıram, pulu da ondan tələb edirəm”.

Təqsirləndirilən Aysel Məmmədova deyib ki, zərərçəkmişdən aldığı 23 min manatı Nuridə Seyidovaya çatdırmaq üçün həmin gün axşam onun sürücüsü Füzuliyə verib.

Lakin Nuridə Seyidova bu məbləğin ona çatmadığını deyib.

Zərərçəkmiş Kamil Əhmədov Mircəlal Kazımin qadınları ona xeyriyyəçi kimi təqdim etdiyini də vurğulayıb:

“Mən sonradan Mircəlal həkimə dedim ki, doktor, bu şəxslər pulu kassaya ödəmədilər. O da dedi ki, proses belədir, onlar pulu hospitalın hesabına ödəyəcək”.

Məsələ ilə bağlı Mircəlal Kazimi ilə əlaqə saxladıq. O Bakupost.az-ın sualına cavab olaraq, bu mövzudan xəbərsiz olduğunu bildirdi:

“Mənim məlumatım yoxdur, bu barədə nəsə deyə bilmərəm".
 
Ardını oxu...
Daha bir cərrah əməliyyat zamanı canlı yayın açdı - VİDEO

Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.

Məlumatına görə, son zamanlarda cərrahların əslində sterilliyi daim qorunmalı olan və heç bir yad cismin daxil olmadığı əməliyyat otağından paylaşımlarının ard-arası kəsilmir.

Sosial şəbəkələrdə "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı TikTok platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, bədən şəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edir. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı əməliyyatda iştirak edən cərrah Təbəssüm Qurbanova ilə əlaqə saxladıq.

O, lent.az-a açıqlamasında bu fikirləri səsləndirib:

"Başa düşürəm, hazırda plastik cərrahların işi gündəmə açıq bir mövzudur. İnsanlar bilmədən qınayırlar, amma mən qanunazidd heç bir addım atmamışam. Canlı yayımlarda nə əlcəksiz, nə maskasız, nə da saçı açıq bir tibb işçisi görə bilməzsiniz. Çünki bizim əməliyyatlarda bütün sterillik qorunur. Biz əksər əməliyyatlarımız zamanı sosial şəbəkələrdə canlı yayım açırıq. Bu, bizim işimizin düzgün şəkildə təbliği üçün yararlıdır. Xüsusilə də bədən şəkilləndirmə əməliyyatı bugünkü gündə diqqət çəkən mövzudur. Mənim pasiyentlərim elə canlılarıma baxaraq müraciət edirlər".

“Xəstənin icazəsi məsələsinə gəldikdə isə mənim əməliyyat masama uzanan hər bir pasiyent canlı yayım açacağım ehtimalının olduğunu bilir. Əvvəlcədən biz bütün xəstələrin buna razılığını alırıq”, - deyə cərrah əlavə edib.

Onu da əlavə edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.

Qeyd edək ki, yaxın günlərdə də oxşar bir hadisə baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.

Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2000 manat cərimələnib.
 
 
Ardını oxu...
“Rabitəbank” Acıq Səhmdar Cəmiyyətinin (ASC) müştərilərindən biri iddia edir ki, onun hesabındakı vəsaitlər silinərək, Türkiyədə obyektin hesabına köçürülüb. Müştəri baş verənlərə görə bankı günahlandırır. İddia edir ki, onun hesab kartının nömrəsini özündən və bankdan başqa kimsə bilməyib. Əgər özü Türkiyədə oteldə olmayıb və ödəniş etməyibsə, hesab edir ki, baş verənlər bankın günahı üzündən yaşanıb.
Bizimyol.info xəbər verir ki, “Rabitəbank”ın müştərisi Maksim Sandurskiy başına gələnlərə görə bankı məhkəməyə verib. İddia ərizəsində ona dəymiş həm maddi, həm də mənəvi ziyanın ödənilməsini tələb edib.

Şikayətçi bildirib ki, bir neçə ildir bu bankın müştərisidir. Günlərin birində kartına dörd dəfə müdaxil edilib və hissə-hissə olmaqla, 240 manat pul çıxılıb. Araşdıranda görüb ki, çıxılan pul Türkiyənin Çorum şəhərindəki bir otelin hesabına köçürülüb: “Halbuki, nə mən orada olmuşam, nə də mənim kart hesabımı bankdan başqası bilir. Bank haqqnda qaydalara görə, mənim kartıma müdaxilənin qarşısı alınmalı idi. Amma bunu etməyiblər”.

Şikayətçini narazı salan həm də bu olub ki, baş verənlərdən sonra o, banka zəng edib, məsələnin araşdırılmasını, günahkarların cəzalandırılmasını, kartından çıxan vəsaitin geri qaytarılmasını, bu işləri görən şəxslər haqqında hüquq-mühafizə orqanlarına məlumat çatdırılmasını istəyib: “Lakin bank əməkdaşları cinayət yolu ilə mənim bank kartımdan çıxarılmış pulun kim tərəfindən çıxarılması barədə araşdırma aparılmasını xahiş edəndə məndən xidmət haqqı adı ilə əlavə 30 manat pul tələb elədilər”. Onun sözlərinə görə, bankın səhlənkarlığı nəticəsində ziyan çəkməsinə, dəfələrlə müxtəlif instansiyalara, o cümlədən polis idarəsinə və banka gedib pulunun geri qaytarılmasını tələb etməsinə baxmayaraq, “Rabitəbank” dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməyib:

“Sonradan dedilər ki, iş üzrə araşdırma aparılması üçün əlavə vəsait ödəməliyəm. Əks halda, mənə vurulmuş zərəri qaytarmayacaqlar. Mən də etiraz elədim. “Rabitəbank” rəhbərliyi və əməkdaşlarının səhlənkarlığı nəticəsində sarsıntı keçirmişəm”. O, məhkəmədə bankdan maddi ziyana görə 240 manat, mənəvi ziyan üçün 1000 manat təzminat istəyib.

“Rabitəbank” ASC müştərinin iddiası ilə razılaşmır. Bankın nümayəndəsi ehtimal edir ki, müştəri əvvəllər hansısa ödəniş əməliyyatları zamanı kart nömrəsini xarici saytda yazıb və beləliklə, üçüncü şəxs tərəfindən ələ keçirilib. Kartın nömrəsi əl ilə POS terminalda yazılıb və vəsait silinib:

“Müştəri bu dələduzluq əməliyyatlarını vaxtında aşkar edəndə dərhal tədbir görməliydi. Ən azı, Mobile Арр / Bank / Azericard vasitəsi ilə bloklanmalı idi. Müştəri Chargeback (etiraz) sorğusu ilə banka müraciət etməli idi. Heç birini eləməyib. Müştəriyə 30 manat komissiya qarşılığında sözügedən əməliyyatların geri qaytarılma cəhdi üçün banka hansı şəkildə müraciət edilməli olduğu bildirilsə də, kartını blok etməyib, etiraz sorğusu ilə banka müraciət etməyib”.

Nümayəndə əlavə edib ki, artıq uzun müddət keçdiyinə görə vəsaitin geri qaytarılması ilə bağlı bank heç bir tədbir görə bilməz.

“Rabitəbank”ın nümayəndəsi müştərinin nə maddi, nə də mənəvi ziyanla bağlı hissədə iddiasının təmin olunmamasını xahiş edib.

Lakin məhkəmə belə nəticəyə gəlib ki, Maksim Sandurskiy ondan xəbərsiz kartından çıxılan pulu tələb etməkdə haqlıdır. Ona görə də maddi ziyanla bağlı hissədə iddianın təmin edilməsi və 240 manatın karta geri qaytarılması barədə qərar çıxarılıb. Lakin 1000 manatlıq mənəvi ziyan tələbi təmin olunmayıb. Buna baxmayaraq, hakim müştərinin məhkəməyə müraciətə görə ödədiyi 30 manat rüsumu da bankın üzərinə qoyub.
 
Ardını oxu...
Memarlıq və dizayn şirkəti kimi təsis edilmiş “Gemini Group” şirkəti ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

XALQ.AZ xəbər verir ki, “Gemini Group” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Gemini Group”la bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 24 yanvar tarixində hakim Hafiz Kamranovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Tribunainfo.az
 
 
 
Ardını oxu...
Abşeron rayonunun Masazır qəsəbəsində bir neçə ildir ki, sabiq bələdiyyə üzvləri Niyaz, Əsəd və Maşallah adlı “üç muşketyor” at oynadır. Vaxtiylə Masazır bələdiyyəsində tutduqları vəzifədən istifadə edərək on hektarlarla nəhəng torpaq sahələrini ələ keçirən bu şəxslər, bu gün də qanunsuz vəsaitlər hesabına böyük layihələr həyata keçirməkdədir.

Niyaz adlı keçmiş bələdiyyə üzvünün Masazırdakı “Rahat Nəfəs” yaşayış kompleksinin yanında bir hektar, Əsədin isə qəsəbədəki Ulu öndərə məxsus plakatın yaxınlığında bir neçə hektar torpaq sahəsi mövcuddur.

Maşallah olsun ki, digər bələdiyyə üzvü Maşallah da dostlarından geri qalmır. Maşallah adlı bu şəxs Masazırda ələ keçirdiyi dövlət torpaqları hesabına sadəcə özünə deyil, bütün yaxın ətrafına “gün ağlayıb”, onları ev-eşik, mal-mülk sahibi edib.

Sabiq bələdiyyə sədri Siyanfər Əliyevin zamanında qəsəbədəki magistral yolların hər iki tərəfindəki torpaq sahələri də “üç muşketyor” tərəfindən qanunsuz olaraq ələ keçirilib. Bu gün yol kənarlarıdna fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin, dükan və kafelərin böyük əksəriyyəti məhz bu üç şəxsə məxsusdur.

Müftə puldan harınlayan bu şəxslərin yalnız özləri deyil, yaxın qohumları da qəsəbədə özlərini toxunulmaz şəxslər kimi aparamqdadır. İş o yerə çatıb ki, Niyazın yaxın qohumları ərazidə xidmət aparan dövlət qurumlarının nümayəndələri ilə mübahisələr edir, qanunun deyil, öz tələblərinin icrasına çalışırlar.

Ümid edirik ki, əlaqədar qurumlar özlərini qəsəbənin sahibi hesab edən “üç muşketyor”un əməllərini araşdıracaq və bu əməllərə hüquqi qiymət verəcək.

Gələn sayımızda bu şəxslərin qanunsuz əməlləri haqqında daha geniş məlumatlar təqdim edəcəyik.
bakunews.az
https://bakunews.az/arasdirma/19548-masazirda-at-oynadan-uc-muskotyor-kimdir.html
 

Ardını oxu...
Milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov dünyasını dəyişib.
Gundeminfo.az musavat.com-a istinadən xəbər verir ki, Kamil Binnətov avtomobil qəzasında aldığı xəsarətlərdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Bildirilir ki, qəza Ağdaşda baş verib:
“Kamil Binnətov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı onun səhhətində ciddi problem olmadığı bildirilib. Kamil Binnətov da özünü yaxşı hiss etdiyini bildirib. Lakin onun daxili qanaxma keçirdiyinə baxmayaraq, diaqnoz müəyyən edilməyib.
Kamil Binnətov yerləşdirildiyi xəstəxanada bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun nəşi Sabunçuda yaşadığı evinə gətirilib”.
Qeyd edilir ki, Kamil Binnətov uzun müddət Bakı Bulvar İdarəsində, “Park Bulvar Mall” ticarət mərkəzində mühafizə xidmətinin rəisi işləyib. O, həmçinin milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olub.

Dünyapress TV

Xəbər lenti