Ardını oxu...
Son günlər həkim səhlənkarlığı ucbatından ölüm və xəsarət halları artıb. Maraqlıdır ki, tərkibində cinayət əməli daşıyan vəziyyət hələ də aktualdır. Bunun bir səbəbi də son günlər müxtəlif kurslarda oxuyub sertifikat və ya saxta diplom alan “həkim”lərlə bağlıdır. Dəfələrlə müşahidə edilib ki, həmin şəxslər heç bir ali tibbi təhsil almadan müxtəlif klinikalarda həkim kimi fəaliyyət göstərirlər. Sual yaranır ki, hər özünə “həkiməm” deyən şəxs klinikalarla necə əməkdaşlıq edir? Onların bu formada fəaliyyət göstərməsi nə qədər qanunidir? Həmçinin, bu kimi qanun pozuntularına yol verən neçə klinika və həkim cərimələnib?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Oxu.Az-a açıqlamasında bildirib ki, mülkiyyət formasından, yəni istər dövlət, istərsə də özəl sektor tabeçilik formasından asılı olmayaraq (ya Səhiyyə Nazirliyinə, ya da TƏBİB-ə tabe olan), tibb müəssisələrində işə qəbulun bir proseduru var:

“Bunun üçün şəxsin tibb sahəsində fəaliyyət göstərən mütəxəssis olduğunu və ixtisasını təsdiq edən diplomu olmalıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə biz artıq ikipilləli təhsil sisteminə keçdiyimizə görə ümumi tibbi praktikanı təsdiq edən diplom və rezidentura təhsilini təsdiq edən diplom olmalıdır. O da həkimin konkret hansı sahənin ixtisası ilə mütəxəssis olduğunu təsdiq edir.

Azərbaycanda özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün universiteti və rezidenturanı bitirdikdən sonrakı beş il ərzində yenidən həkimlər və orta tibb işçiləri imtahana cəlb olunurlar. Buna da sertifikasiya imtahanı deyilir və hər bir həkimə və tibb bacısına sertifikat verilir. Deməli, ümumiləşdirərək, tibbi fəaliyyətlə məşğul olan həkimlərin, birincisi, tibb fəaliyyəti ilə məşğul olmağı təsdiq edən diplomu, ikincisi, ixtisasını təsdiq edən diplomu, üçüncüsü isə praktiki fəaliyyətlə məşğul olmasına icazə verən sertifikatı olmalıdır. Bu üç sənədi olmayan tibb işçisi tibb müəssisəsində ixtisaslı həkim kimi fəaliyyət göstərə bilməz”.

Deputat əlavə edib ki, bu prosesdə qayda-qanuna nəzarət etmək üçün dövlət müəssisələrində ümumi reyestrdə həkimlərin elektron formada həm şəxsi kabinet şəklində sənədləri, həm də ümumi portalda əmək müqaviləsinin elektron forması olur:

“Əmək müfəttişliyi və digər yoxlayıcı qurumlar da asanlıqla elektron formada bu proseslə tanış ola bilərlər. Özəl sektorda isə dediyimiz kimi, həmin qaydada bu məsələlər öz həllini tapmalıdır. Əgər bu sahədə kənaraçıxmalar olarsa, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi bu proseslərə nəzarət edir”.

Qeyd edək ki, qanun pozuntularına yol verdiyi üçün cərimələnən klinika və həkimlərin statistikası ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və TƏBİB-ə sorğu ünvanlamışıq. Nəticəsi barədə məlumat verəcəyik.
Ardını oxu...
Bakıda 33 yaşlı birjaçı Alışan Nizaminin 3 sahibkarın 4 milyondan çox pulunu ələ keçirmə ittihamı ilə həbs edildiyi barədə məlumat vermişdik.

“Qafqazinfo” zərərçəkmişlərə milyonluq zərər vurmaqda təqsirləndirilən Nizaminin kimliyi haqda məlumat əldə edib.

Uşaqlıqdan birja fəaliyyəti ilə maraqlanan Nizami AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Ardını oxu...
Fotoda: Akif Alışanov

Tanınmış soyadın davamçısı Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib. Cütlüyün toyu mediadan gizli saxlanılsa da, sonradan fotoları yayılıb.
Ardını oxu...
Hazırda ağır cinayətə görə mühakimə edilən Alışan Nizami 2018-2019-cu illərdə elə əmisinin yanında-AzTV-nin İnformasiya və Texnologiya şöbəsinin müdir müavini işləyib.

Qeyd edək ki, Alışan Nizami Akif oğlunun oyunlarına qoşulub milyonlar itirənlər “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə, Nərimanov Rayon Prokurorunun sabiq müavini Zeynal Usubov və başqa sahibkar Yadigar İsrafilovdur.

Dustaq birjaçı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiiham edilir. Amma ittihamı qəbul etmir. Bu cinayət məhkəmə hökmü ilə təsdiqini taparsa, Alışan Nizami ömrünün 10-14 ilini həbsdə keçirməli olacaq.

Xatırladaq ki, Arif Alışanov 2019-cu ilin yanvarında Prezidentin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF Park" yaşayış kompleksi yenə narazılıqlarla gündəmdədir.
Qeyd edək ki, ötən ilin sentyabrında tanınmış jurnalist Tural Museyibov "AAAF Park"da Ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin və onun yanında dövlət atributlarının təsvir olunduğu kompleksin söküntüsü ilə bağlı paylaşım etmişdi.

Sökülən kompleksin yerində nə inşa olunacağı ilə bağlı suallar ünvanlandıqdan sonra şirkət tərəfindən sözügedən guşənin yenilənəcəyi barədə məlumat paylaşılmışdı.

Lakin əldə etdiyimiz məlumata görə, həmin ərazidə söküntü işləri daha da genişlənirilib və mənzərə onu deməyə əsas verir ki, şirkət tərəfindən yeni tikinti layihəsi üçün məhz dövlət atributları ilə Ümummilli liderin fotosunun olduğu yer seçilib.

Vətəndaşlar da mövcud durumdan şikayətçidirlər. Sakinlərin sözlərinə görə, aparılan tikinti işləri binalara yaxındır və bu onların gündəlik yaşayışına mənfi təsir edir.

Maraqlıdır ki, yaşayış kompleksinin layihəsində həmin ərazidə başqa tikilinin yer alması nəzərdə tutulmayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də aparılan tikinti işlərindən xəbərsiz olduğu və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə razılaşdırılmadığı vurğulanr.

Həmin ərazinin sakinlərin parklanma yeri olduğu da qeyd olunmaqdadır. Kompleksdə yaşayan vətəndaşlar artıq 5 aydır, mövcud vəziyyət ucbatından avtomobillərini park etməklə bağlı çətinliklər yaşayırlar.

Bununla yanaşı, AAAF binalarında liftlərin olmadığı, lift şaxtalarının təhlükəli vəziyyətdə – açıq olduğunu qeyd edən sakinlər buna görə övladlarının təkbaşına çölə çıxmağa icazə vermədiklərini vurğulayıblar. Liftlərin işləməməsi və şaxtaların təhlükəli vəziyyətdə olması ilə bağlı şirkətə şikayət ünvanlayan sakinlər heç bir şikayətə münasibət bildirilmədiyini də əlavə ediblər.

Qısacası, "Mülk Allahındır" şüarı ilə bir aralar məşhur olan şirkətdən mənzil alanların yeganə çıxış yolları Allaha qalıb. Çünki ərazidə gördüyü ən kiçik ərazilərdə belə nəsə tikən, ən son Heydər Əliyev guşəsinin ərazisində belə obyekt tikən AAAF rəhbərliyinə Xırdalanda "gözün üstə qaşın var" deyən yoxdur.

Minlərlə sakinin AAAF Park binalarında yaşadıqları N sayda problem azmış kimi park yerlərinin işğal olması da əhalinin səbrini daşırmaqdadır.

Mövzuya qayıdacağıq.

Sonxeber.az
Ardını oxu...
"Mən Şıxaliyev Bəhlul Saleh oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul oluram Hacıqabul rayon Qarasu kəndində lakin DAİM-in müdürü Ariz Abuzərov və kəndimizdə yaşayan Abdullayev Qabil SİBİ-nin direktoru mənim əkdiyim taxıl sahəsinə qəsdən su verməyiblər ki, nəticədə də taxıl sahəm susuzluqdan yanaraq məhv olub". "DİA-AZ" xəbər verir ki, bu barədə narazılıq edən vətəndaş Prezidentə müraciət edərək ölkə rəhbərliyindən kömək istəyir.

Qeyd edək ki, Hacıqabulda icra başçısı dəyişikliyi baş versə də (hazırda rayona Sevindik Hətəmov başçılıq edir -red.), sahibkarın problemi hələ də həllini tapmayıb ki, bunu da o hələ də köhnə rəhbərliyin rayonda meydan sulaması, əlinin güclü olması ilə əlaqələndirir.

Şikayət dolu müraciətdə deyilir: "Nəticədə mənə külli miqdarda maddi ziyan dəyib. Aidiyyatı orqanlara müraciət etsəm də belə, bu günə qədər hələ ki bir nəticə olmayıb.

Çünki adlarını çəkdiyim bu şəxsləri rayon icra hakimiyyətinin başçısının köməkçisi müdafiə edib və bu günə qədər də müdafiə olunurlar.

Ona görə ki burda çox böyük yeyinti var və təbbi ki bunlar öz xeyrinə bütün problemləri həll edəcəklər. Bir sözlə... Hacıqabul rayonununda güclü maxinasiyalar var və mənim əlimdə subutum da var...

Amma maləsəf, məni heç kəs dinləmir ki, mən bütün bu olanları sübut edim..."

Qeyd edək ki, narazı vətəndaş əlavə ittihamlar da səsləndirib. Bu barədə növbəti yazıda. Hər halda gərəkən qurumlar ən azından narazıl tərəfi dinləməlidirlər ki, iddia olunan BÖYÜK YEYİNTİ ittihamlarında dövlətin maraqları təmin olunsun...

Məsələ diqqətimizdədir. Bizi izləməyə davam edin...
Ardını oxu...
   

30 yaşlı qadın burun çəpərinin aradan qaldırılması üçün əməliyyat etdirib. Lakin çirk beyninə yayılıb. Zərərçəkən Nəzrin Mansurovanın ailəsinin iddiasına görə, bu, əməliyyatdan sonra baş verib.

"Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib", - zərərçəkənin atası Aydın Abışzadə Baku TV-yə açıqlamasında deyib.

Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir. Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb:

"Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz".

 
 
 
Ardını oxu...
  
 
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib. 
 
Həmin görüş zalında sakinlərin oturduğu hissədə deyil, Əkbər Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması diqqət çəkib. 
 
Ardını oxu...
 
 
İcra başçısının keçirdiyi görüş zalında istilik olmaması və buna görə Əkbər Abbasov oturduğu masanın arxasına elektrik sobasının (peçka) qoyulması müzakirələrə səbəb olub. 
 
Qeyd edək ki, görüş 8 yanvar tarixində keçirilib. 
 
Qaynarinfo.az
 
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ehtiyatda olan baş leytenant, SOCAR nəzdində “Ekol Mühəndislik Xidməti” QSC-də 17 ildir, gənc ekoloq-alim kimi fəaliyyət göstərən Nazim Tahir oğlu Məmmədov işindən azad edilib.

Bu barədə Pravda.az-a danışan N.Məmmədov deyib ki, uzun müddətdir, əmək sərf etdiyi iş yerində əmək müqaviləsinə xitam verilib:

“17 ilə yaxın bir dövrdə Abşeron ərazisində neft-qaz sənayesində ekoloq alim və peşəkar bir mütəxəssis kimi çalışmağıma baxmayaraq, mənə qarşı haqsızlıq edilib. Məni 23 dekabr 2024-cü il tarixində işdən azad etdilər. Sözü gedən qurum SOCAR-ın nəzarəti altında fəaliyyət göstərən “Ekol Mühəndislik Xidmətləri” QSC-dir. İşdən çıxarmalarına səbəb kimi 6 aylıq bağlanmış müqavilənin müddətinin bitməsini gətirirlər. Bu nə deməkdir? Mən eyni sahədə, eyni bir müəssisədə və eyni vəzifədə 17 ilə yaxın bir müddətə şərəflə, vicdanla və düzgün qaydada çalışıram. Döyüş bölgəsinin zabiti olmuşam. Ehtiyyatda olan baş leytenantam. Bu haqsızlıqlar bir neçə işçiyə şamil edilib. Digərləri isə toxunulmaz olaraq əvvəlki işlərində çalışırlar. Bir sözlə, mənim peşakar nüfuzuma və karyerama zərbə vurdular. 3 azyaşlı övladıma tək valideyn özüməm. Onlar mənim himayəmdədirlər. 14 yaşlı böyük övladım ürək qüsurundan əziyyət çəkir. Övladlarımı ağır sosial duruma saldılar. Deməli, nə mənim gənc bir alim kimi elmi fəaliyyətim, nə peşəkar mütəxəssis olmağım və ən əsası isə 3 azyaşlı övladımın ağır sosial durumu nəzərə alınmadan mənə bu zərbəni vurdular. Bu Azərbaycan aliminə və övladlarıma qarşı edilən böyük bir faciədir. Mənim başqa qazanc yerim yoxdur. Bu haqsızlığıa görə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyinə dəfələrlə müraciətlər etsəm də, heç bir köməklik göstərilməyib. Əksinə mənə əmək fəaliyyətimdə maneə yaradılır və basqılar edilirdi. Eyni zamanda SOCAR-ın pezidenti cənab Rövşən Nəcəfə müraciət edərək, məni şəxsən qəbul etməsini xahiş etsəm də, təəssüf ki, hələ mümkün olmayıb. Əvvəlki müraciətlərimə görə 13 dekabr 2024-cü il tarixdə məni SOCAR-ın vitse-prezidentinin müavini qəbul etdi. Lakin görüş zamanı məlum oldu ki, SOCAR-ın vitse-prezidentinin müavini mənim problemimi həll etmək səlahiyyətində deyil. Hazırda çox pis vəziyyətdəyəm, haqsızlıqlarla barışa bilmirəm. Mənə qeyri-peşakar damğası vurularaq işdən azad etdilər. Bu, mənə qarşı böyük haqsızlıq və faciədir”.

Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanlanıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Ofis-A.M.” şirkəti 2024-cü ildə 331 satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo-nun məlumatına görə, şirkət əsasən kotirovka sorğularında qalib seçilib.

Nizamnamə kapitalı 1000 manat olan şirkətin hansı tarixdə dövlət qeydiyyatına alındığı bəlli deyil. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında bu barədə hər hansı qeyd yoxdur.

Yalnız o məlumdur ki, şirkət ötən ilin fevralında reyestr məlumatlarına dəyişiklik edib. Dəyişikliyin nədən ibarət olduğu barədə bilgi yoxdur.

Şirkət reyestr məlumatlarına dəyişiklik ediləndən sonra dövlət satınalmalarında fəal iştirak etməyə başlayıb və 331 kotirovka sorğusunun qalibi seçilib və bütün sorğular üzrə satınalma müqaviləsi imzalanıb.
2025-ci il başlar-başlamaz şirkət iki kotirovka sorğusunda iştirak edib və qalib seçilib. Kotirovka sorğularından birini “Su İdman Sarayı”, digərini isə Bakı Dövlət Universiteti keçirib.

“Ofis.A.M.” şirkətinin qalib gəldiyi kotriovka sorğuları əsasən dəftərxana məhsullarının satın alınması ilə olub.

Kotirovka kralı olan bu şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Şirkətin qanuni təmsilçisi Abdullayev Müşfiq Yavər oğlu barəsində də hər hansı məlumat yoxdur.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə “German Hospital”ın cərrahı, mama-ginekoloq Ləman Əliyevanın əməliyyat zamanı ad günü qeyd etməsinin əks olunduğu görüntülər yayılıb.
Qalmaqallı hadisənin baş verdiyi “German Hospital”a Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev rəhbərlik edib.
Məlumat üçün bildirək ki, İlham Əliyevin adı əvvəllər də qalmaqallı hadisələrdə hallanıb. 2020-ci ildə sabiq deputat karantin rejimi qaydalarını pozaraq övladına toy mərasimi keçirdiyi üçün 15 gün müddətinə həbs edilib.
Onu da qeyd edək ki, Azərbaycan Milli Məclisinin IV çağırış deputatı olan İlham Əlisəftər oğlu Əliyev 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib. İlham Əliyev 1967-ci ildə anadan olub. Yasamal rayonundakı 158 saylı orta məktəbdə oxuyub. İxtisasca iqtisadçı olan İlham Əliyevin adı mətbuatda biznes fəaliyyəti ilə bağlı hallanır. Mətbuatda yer alan məlumatlarda bildirilir ki, İlham Əliyev “Astoriya Tibb Mərkəzi” MMC-nin təsisçilərindən biridir. “Astoriya Tibb Mərkəzi” MMC-nin digər təsisçisinin Sadıqov Fərid Akif oğlu olduğu qeyd olunur. Sadıqov Fərid Akif oğlu eyni zamanda ölkənin aparıcı provayder şirkətlərindən olan “Kaspian Telekom”un qanuni təmsilçisi olub. 2017-ci ildən şirkətin qanuni təmsilçisi Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.

Yeniavaz.com
Ardını oxu...
Son illər Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli səhiyyə xidmətinə alçatanlığının təmin edilməsi istiqamətində, demək olar ki, heç bir iş görülməyib. Tibb müəssisələri əvvəlki dövrdən daha bərbad vəziyyətə salınıb, qeyri-ixtisas sahibləri səhiyyə sisteminin rəhbərliyinə gətirilib. Məsələn, Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) icraçı direktoru Vüsal Məmmədov iqtisadçıdır. Amma o, muxtar respublikanın səhiyyə sisteminə rəhbərlik edir. TMİB Bakıda fəaliyyət göstərən TƏBİB-in analoji qurumudur. Yəni, paytaxdakı TƏBİB Naxçıvanda TMİB olub. TƏBİB-in icraçı direkoru Vüqar Qurbanov Azərbaycan Tibb Universitetini bitirib, yüksək ixtisaslı həkimdir. TMİB-in icraçı direktoru Vüsal Məmmədov isə “yarımçıq” iqtisadçıdır. Belə bir şəxsin Naxçıvan səhiyyəsinə rəhbərlik etməsi qəbuledilməzdir, muxtar respublika əhalisinin sağlamlığını riskə atmaqdır.

Vüsal Məmmədovun idarəçilik bacarığı olsaydı, yenə dərd yarı idi. TNS-in redaksiyasına Naxçıvandan göndərilən çoxsaylı şikayət məktubları belə deməyə əsas verir ki, icraçı direktor öz işinin öhdəsindən gələ bilmir, muxtar respublikanın səhiyyə sistemini daha dərin böhrana doğru aparır. Bu barədə növbəti yazıda.

Bu gün TMİB-in icraçı direktorunun insanlara kobud rəftarından, qazilərə, şəhid ailələrinə göstərdiyi laqeyd münasibətdən bəhs edəcəyik.

Vətən müharibəsi qazisi Elvin Quliyev ailəsi ilə birlikdə anlizlər götürülməsii üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına gedib. Xəstəxanada ona bildirilib ki, artıq icbari tibbi sığortanın tətbiqi dayandırılıb. Analizlərin götürülməsi üçün ondan pul tələb olunub. Bundan sonra qazi problemin həlli üçün Tibb Müəssisələrinin İdarəetmə Birliyinin icraçı direktoru Vüsal Məmmədova müraciət edib. Deyir sən saydığını say, gör, cənab icraçı direktor nə sayır. İcraçı direktor Elvin Quliyevin şikayətinə çox “operativ” reaksiya verib, dərhal onun problemini “həll edib”, qazini kabinetdən qovub.

Elvin Quliyev deyir ki, Vüsal Məmmədov onlara qarşı kobudluq edib. Vüsal Məmmədovun danışığından belə anlaşılıb ki, qazinin harada döyüşməsi, sağlamlığını itirməsi ona maraqlı deyil.

Aydındır ki, Vüsal Məmmədov ixtisaslı kadr deyil. Əlbəttə ki, tibb sahəsindən anlayışı yoxdur. Bu şəxs vicdanını da itirib? O ki, oxumaqla, öyrənməklə əldə edilən deyil!

TNS-in əməkdaşı məsələni aydınlaşdırmaq üçün Vüsal Məmmədovla əlaqə saxlayıb. İcraçı direktor saytımızın və əməkdaşımızın adını eşidən kimi, telefonu söndürüb.

Heç bir uğuru olmayanlar, rəhbərlik etdikləri sahəni bərbad vəziyyətə salanlar suallara cavab verməkdən yayınırlar.
 

Dünyapress TV

Xəbər lenti