Ardını oxu...
Talassemiyalı uşaqlar üçün toplanmış 1 milyonu ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəmə araşdırması qaldığı yerdən davam edib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsindəki bugünkü iclasda xanımların əməlindən zərərçəkənlər dindirilib.

Zərərçəkmişlərdən biri bu cinayətə görə həyat yoldaşını itirdiyini deyən Kamil Əhmədovdur. Kamilin həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkib. Onu hazırda təqsirləndirilənlərlə Mərkəzi Gömrük Hospitalı​nın həkimi Mir Cəlal Kazımi tanış edib: “Mir Cəlal həkim ilk müayinədən sonra yoldaşımın sirrozdan əziyyət çəkdiyini dedi. Bir müddət sonra əlavə xəstəliklər ortaya çıxdı. İlk dəfə Mir Cəlal həkim həyat yoldaşımı bağırsaqdan əməliyyat etdi. Üstündən bir müddət keçəndən sonra zəng elədi ki, bəs, təcili qaraciyər köçürülməsi olmalıdır. Bunun üçün də donoru biz tapmaq şərti ilə 46 min manat lazımdır. Guya bizə köməklik üçün bir nəfər xeyriyyəçini təklif etdi. Aysel Məmmədovanın nömrəsini verdi. Aysellə ilk danışığımız çox ümidverici oldu. Dedi ki, 23 min manat siz verirsiniz, qalan 23 minini də biz qarşılayırıq. Mən də dərhal həmin pulu verdim”.

Ardını oxu...


Kamilin sözlərinə görə, pulu verəndən sonra iş uzanmağa başlayıb. Hər dəfə müxtəlif bəhanələrlə əməliyyat yubadılıb: “Bunlardan bir nəticə əldə edə bilmədiyimizi görüb evimi sataraq pulu düz-qoş elədim. Həmin pulla Mir Cəlal həkim həyat yoldaşımı əməliyyat elədi. Amma bir neçə gün sonra yoldaşım elə xəstəxanada vəfat etdi.

Artıq 23 min manatın 10 minini Ayselin atası ödəyib. Qalan 13 mini də ondan tələb edirəm”.

Zərərçəkmişin başına gətirilənlər cinayət işini araşdıran hakim Azad Məcidovu da hiddətləndirib. Hakim özünün də Mərkəzi Gömrük Hospitalı​nda müalicə edildiyi günləri xatırlayıb: “O vaxt mən koronavirusa yoluxmuşdum. Vəziyyətim pis idi. Belə qərara gəldik ki, Gömrük Hospitalında müalicə alım. Təsəvvür edirsiniz, hara addım atırsan, pul istəyirdilər. Pulsuz adama salam da vermirdilər. 41 dərəcə qızdırmada idim. Deyirəm ölürəm, yardım edin, baxmamış pul istəyirdilər. Yəni demək istəyirəm ki, pulsuz heç kim, heç nə etmədiyi halda təqsirləndirilən şəxslər 23 min manatı niyə ödəyəcəklərini deyiblər? Hansı yolla? Çox maraqlıdır.

Zərərçəkmişin başına gələnləri görürük. Bəlkə siz (təqsirləndirilən şəxslərə xitabən) işə qarışmasaydınız, bu kişinin həyat yoldaşı sağ qalacaqdı”.

Prosesin davamında zərərçəkmiş Faiq Nəcəfov ifadə verib. Onun övladı talassemiyadan əziyyət çəkir. Əməliyyat üçün təqsirləndirilənlərə 5 min 100 manat verib. Həmin pul da xanım müttəhimlər tərəfindən ələ keçirilib.

Xatırladaq ki, ittihama görə, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi N. Seyidova A. Bayramova və A. Məmmədova ilə cinayətkar əlaqəyə girib. Onlar 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər. Qadınların üçü də həbsdədir.
Ardını oxu...
Ötən həftə Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi və "qocalar evi"nə - baş nazirin müavini postuna göndərildi. 19 il maliyyə naziri işləmiş Samir Şərifov "köhnə qvardiya"nın vəzifədə qalan adda-budda üzvlərindən biri idi. Sabiq maliyyə naziri bir neçə məsələ ilə yadda qalmışdı. Onlardan ən qalmaqallısı Samir Şərifovun üç ölkənin" agenti" olması haqda iddialar idi. ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın o vaxtkı maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunmuşdu. Yuri Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia etmişdi.
Son illərdə isə Samir Şərifov kölgəyə çəkilmişdi və onun barəsində xüsusi məlumatlar yayılmırdı. Ümumiyyətlə, sabiq nazir gündəmə gəlmirdi. Sadəcə, vaxtaşırı proqnozlar səslənirdi ki, supernazirlik yaradıla, qurumlar bir-birinə birləşdirilə bilər. Bu xüsusda son günlər yenidən informasiyalar tirajlanır ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev maliyyə naziri vəzifəsinə gətiriləcək, quruma vergi və gömrük xidmətləri tabe etdiriləcək, daha bir supernazirlik yaradılacaq. Hərçənd, bu ssenari reallaşacağı təqdirdə, iqtisadiyyat naziri Mikayıl Cabbarovdan vergi kimi mühüm bir qol qoparılmış olacaq. Lakin istənilən halda, yeni idarəetmə komandasında Mikayıl Cabbarov və Sahil Babayev aparıcı fiqurlar sayılırlar, onlar üzərindən sosial-iqtisadi siyasət yürüdülür. Bizim üçün bu prosesdə maraqlı detal isə Samir Şərifovun vəzifədən azad edilməsi ilə keçmiş klanla demək olar ki, vidalaşma reallığıdır. Bundan sonra qalır fövqəladə hallar naziri Kəmaləddin Heydərov...
Anaxeber.info yazır ki, Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi kadr dəyişiklikləri "köhnə qvardiya"nın yola salınması ilə nəticələndi. PA rəhbəri Ramiz Mehdiyevdən ta sabiq nəqliyyat naziri Ziya Məmmədova qədər hamını əhatə edən bu yolasalmalar, ən son Samir Şərifovun nazir işindən azad edilməsi irəlidə "fövqəlnazir"in də postu ilə vidalaşacağı ehtimallarını gücləndirir. Buna qədər K. Heydərovun maliyyə bazarları silkələnib, biznes strukturları əlindən alınıb, dayaqları xeyli dərəcədə sarsılıb. Əvvəlki qüdrəti olmayan K. Heydərovun bir müddət sonra vəzifəsindən azad olunması, hətta FHN-nin bir quruma tabe etdirilməsi gözlənilir. Bununla da "pazl" tamamlanmış olacaq. Yəni "köhnə qvardiya" demək olar ki, tarixin arxivinə qovuşdu. K. Heydərov Mehdiyev klanından qalan sonuncu "miras"lardan biridir. Hakimiyyətin yeni siyasi elitası isə artıq bu komanda ilə bir yerdə idarəetmədə iştirak etmək istəmir. Bunun yaxşı, ya pis olduğunu siyasi rəhbərlik müəyyənləşdirir, analitiklər isə müşahidə edirlər ki, yeni siyasi komandada köhnələrə yer yoxdur. Odur ki, Heydərovun da "fövqəlnazir" erasına son qoyulacağı o qədər uzaqda görünmür. Əlbəttə, hələ də idarəçilikdə köhnənin elementləri və qalıqları mövcuddur. Eyni zamanda, vəzifəsindən alınmalı kadrlar yenə də qalıb. Amma əsas iri başlar, böyük gövdələr götürülüb. Həmçinin, parlamentdə bir daha "təmizləmə"lər olacağı istisna edilmir. Özünü hakimiyyətin siyasi-ideoloji dayağı hesab etmək, "dövlət də, qanun da mənəm" prinsipi həmin məmurların fəaliyyətinin əsasını təşkil edib. Onlar müraciət edən hər bir sadə vətəndaşla da belə davranıblar. Ona görə də bu gün qanun hamı üçün bərabərdir anlayışına siyasi kollaps kimi baxırlar. Ancaq Azərbaycanın dövlət aparatında fundamental dəyişikliklər onları keçmişə qovuşdurur. Lakin o demək deyil ki, yeni gələnlərin "ətəyində namaz qılmaq" olar. Yeni komandanın da əhalini narazı salan xeyli addımları var. Bu haqda daha sonra...

/Anaxeber.İnfo
 
 
 
Ardını oxu...
Son zamanlar sağlamlıq arayışlarının qanunsuz yollarla verilməsi halları ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. İşə düzəlmək, məktəbə qəbul olmaq və ya sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan bu sənədin bəzi poliklinikalarda rüşvət qarşılığında verilməsi narahatlıq doğurur.

Rəsmi prosedurlar üçün tələb olunan sağlamlıq arayışlarının bu cür qeyri-qanuni yollarla əldə edilməsi həm vətəndaşların hüquqlarını, həm də cəmiyyətin sağlamlığını təhlükə altına qoyur. İşə qəbul olanlar və ya təhsil müəssisələrinə qəbul edilənlər arasında hər hansı xəstəliyi olan şəxslərin vaxtında aşkarlanıb müvafiq tədbirlərin görülməsi əvəzinə, bu vəziyyət ciddi bir sistem böhranına işarə edir.

Xatırlatmalıyıq ki, Bakıda ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədovun ruhi xəstə olduğu halda sürücülük vəsiqəsi aldığı məlum olmuşdu. Bu, haqlı olaraq belə bir sualı gündəmə gətirir: Ruhi xəstə olduğu iddia edilən bir şəxs necə sağlamlıq kağızı alıb? Bu nümunə ölkədə sağlamlıq arayışlarının bəzən müvafiq qaydalara əməl edilmədən, rüşvət qarşılığında əldə edilməsinin acı nəticələrini bir daha ortaya qoyur.

Məsələ ilə bağlı Tibb sahəsi üzrə ekspert Rasif Bağırov Ajans.az-a açıqlamasında sağlamlıq arayışının dövlətin müəyyən etdiyi qaydada, bütün həkimlərin yoxlanışından keçərək 40 manat məbləğində ödəniş qarşılığında verildiyini bildirib:

“Sağlamlıq arayışı adi bir kağız deyil. Bu arayışın alınması üçün vətəndaş bütün müvafiq həkimlərin yoxlamasından keçməli və prosesin sonunda sığorta hesabına ödənişlər həyata keçirilməlidir. Əgər bu prosesə əməl edilmədən rüşvət qarşılığında arayış verilibsə, bu, qanun pozuntusudur və həmin həkimlərə qarşı tədbirlər görülməlidir.”

Ekspertin fikrincə, bəzi hallarda vətəndaşların öz hüquqlarını bilməməsi və ya tələskənlik səbəbindən bu cür qanunsuzluqlara yol açılır. Bu isə təkcə səhiyyə sisteminə deyil, həm də cəmiyyətin təhlükəsizliyinə mənfi təsir edir.

"Həmin həkimlərə nifrət edirəm!"

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov isə məsələyə daha sərt yanaşıb. O, sağlamlıq arayışının rüşvət qarşılığında verilməsini insanlığa zidd hərəkət kimi qiymətləndirərək belə deyib:

“Bu, doğru hərəkət deyil. Həmin həkimlərə nifrət edirəm. Onlar vicdanlarını itirmiş insanlardır. Sağlamlıq kağızı vermək bir məsuliyyətdir və bu sənədi rüşvət qarşılığında təqdim edənlərə ağır cəzalar tətbiq olunmalıdır.”

Dosent əlavə edib ki, sağlamlıq kağızı hər bir vətəndaşın real sağlamlıq vəziyyətini əks etdirməli və bu sənəd yalnız lazımi müayinələrdən sonra təqdim olunmalıdır. Əks halda, bu hallar ciddi təhlükələr yarada bilər.

Beləliklə rüşvət qarşılığında verilən sağlamlıq arayışları, təkcə səhiyyə sistemində deyil, həm də ictimai münasibətlərdə böyük problemlər yaradır. Məsələn, ruhi xəstə olduğu iddia edilən şəxsin sürücülük vəsiqəsi alması və ya məktəbə qəbul olunan şagirdlərin həqiqi sağlamlıq vəziyyətinin yoxlanılmaması təhlükəli nəticələrə yol aça bilər.

Bu cür qanunsuzluqların qarşısını almaq üçün dövlət nəzarətinin gücləndirilməsi və ictimai maarifləndirmənin artırılması vacibdir. Eyni zamanda, vətəndaşlar öz hüquqlarını bilməli və bu kimi hallarda müvafiq orqanlara müraciət etməlidirlər.
 
Ardını oxu...
“AzTelekom” MMC bir gündə iki tender keçirib.Həmin tenderlərdən biri ləğv edilib. Digəri isə reallaşıb.

Belə ki, MMC Balakən, Şəki Zaqatalanın inzibati binası üçün nəzərdə tutulmuş videomüşahidə sisteminin alınıb quraşdırılması üzrə satınalmanı reallaşdıra bilməyib. 48.187,05 manatlıq tenderin ləğviniə səbəb isə təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmaması olub.

“Aztelekom” MMC-nin udduğu tender isə yüklərin daşınması, evakuasiya, yükqaldırma, sərnişin daşıma və digər əlaqəli xidmətlərin satınalınmasını ehtiva edib. “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC ilə bağlanılmış bununla bağlı müqavilənin dəyəri isə 445.450 manat olub.Tribunainfo.az
 
Ardını oxu...
Bu yaxınlarda Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb.
TEREF Bakupost.az-a istinadən məlumat verir ki, İnstitut 2022-ci ilin dekabrında QAZ-3110 - "Volqa" markalı avtomobilin təmiri üçün tender elan edib. Tenderin nəticələrinə əsasən, növbəti ildə "Volqa" avtomobili əsaslı təmir edilib. Təmir İnstituta 9 min manata başa gəlib.
Ardını oxu...
Maraqlısı isə odur ki, təmirinə 9 min manat xərclənən avtomobil 2025-ci ildə əmlak.gov portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə - 3600 manata satışa çıxarılıb. Xatırladaq ki, sözügedən məhkəmə prosesində Şamil Şahbazov tenderin formal xarakter daşıdığı, həmin maşına 1 manat da olsun, pul qoyulmadığını iddia edib. Onun sözlərinə görə, "Volqa"ya ayrılan yanacaq İnstitutda digər rəhbər vəzifəli şəxslərin maşınlarına vurulub. "Volqa"dan sadəcə "benzin silmək" üçün istifadə olunub.

O da qeyd olunub ki, həmin avtomobil məhz bütün bu əməliyyatların izini itirmək üçün satışa çıxarılıb.
Ardını oxu...
Beləliklə, aydın olur ki, köhnə "Volqa"dan həm təmir, həm də yanacaq pullarının mənimsənilməsi üçün istifadə olunub. Onu da qeyd edək ki, Şamil Şahbazovun İnstitutun direktoru Rüstəm Talışinskiyə qarşı iddiası qanunsuz olaraq işdən azad olması ilə bağlı idi. İnstitutla bağlı bir sıra qanunazidd faktlar təqdim edən Ş.Şahbazov hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəmdə olan səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edirdi. Prosesin sonunda Ş.Şahbazovun işdən qanunsuz azad olunduğu sübut edildi və məhkəmə onun işinə bərpa olunması barədə qərar çıxardı.
 
Ardını oxu...
“Jurnalistlər binası” kimi tanınan yaşayış binasının birinci mərtəbəsində yerləşən və müsadirə olunan obyekt açıq hərrac vasitəsi ilə 1 milyon 213 min 657,5 manata satılıb.

Yeniavaz.com xəbər verir ki, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanında yerləşən bu obyekti kimin aldığı barədə məlumat verilmir.

Qeyd edək ki, obyekt ilk dəfə 29 noyabr 2023-cü il tarixində açıq hərraca çıxarılıb. İlk hərracda obyektin ilkin start qiyməti 2 milyon 427 min 315 manat olub. Lakin, 676 kv. metr sahəyə malik obyekt satılmadığı üçün 28 fevral 2024-cü il tarixində keçirilən 3-cü hərracda 10% endirimlə (2 milyon 184 min 583,5 manat) satışa çıxarılıb. 1 aprel tarixində 25% endirimlə (1 milyon 820 min 486,25 manat) 4-cü dəfə hərraca çıxarılıb. Obyekt yenə satılmadığı üçün 3 may tarixində 50%-lik endirimlə (1 milyon 213 min 657,5 manat) 5-ci dəfə satışa çıxarılıb. Bundan sonra obyekt daha 6 dəfə hərraca çıxarılıb və qiymətində heç bir dəyişiklik olmayıb.
10 yanvar tarixində 12-ci dəfə hərraca çıxarılan obyektin ilkin start qiyməti dəyişməyib və 1 milyon 213 min 657,5 manata da satılıb.
Ardını oxu...
Məlumat üçün bildirək ki, hərraca çıxarılan obyekt ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi çərçivəsində müsadirə olunub. Obyekt “Jurnalistlər binası”nı tikən “Portos” MMC-yə məxsus olub.
“Portos” MMC-nin hazırda həbsdə olan icraçı direktoru Nadir Məmmədov məhkəmədə verdiyi ifadəsində bildirib ki, şirkətin təsisçisi Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun baldızı (həyat yoldaşının bacısı) Gülər Vəliyeva olub.

Onu da bildirək ki, hərraca çıxarılan obyektin divarında yer alan yazıdan da açıq şəkildə görünür ki, burada Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsus “Kaspi Abituriyent” kursları fəaliyyət göstərib.
 
Ardını oxu...
“Nur-Klinika” MMC-nin dövlətə vergi borcunun olması üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən klinikanın dövlətə 30 min manata yaxın (28266.55 AZN) vergi borcu var.
Ardını oxu...
Bildirək ki, nizamnamə kapitalı 30 AZN olan “Nur-Klinika” MMC-ın qanuni təmsilçisi Müşfiq Hüseynov İsrafil Oğludur.

Lakin Tovuz rayonunun Qovlar şəhərində yerləşən “Nur-Klinika” MMC-nin sahibi isə Nuriyev Xanoğlan İsa oğludur.

Qeyd edək ki, sözügedən klinikanın sahibi Nuriyev Xanoğlan İsa oğlu Tovuz rayon Mərkəzi xəstəxananın tanınmış cərrahlarından biridir. O ötən ilin iyul ayında TƏBİB-in icraçı direktoru tərəfindən təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnamə Tovuz RMX-nin direktoru Paşa Muradov tərəfindən verilib.

Onu da qeyd edək kimi, sözügedən klinikanın 2013-cü ildə 2013-cü ildən fəaliyyətini dayandırıb. 2015-ci il dekabrın 16-da klinika fəaliyyətini bərpa edib.

Klinika ilə bağlı sosial şəbəkələrdə axtarış etdiyimiz zaman daha bir məqam diqqətimizi çəkdi. Belə ki, klinikada əməliyyat zamanı həkimlə "selfie" etməyi də unutmayıblar. İkrah hissi oyadacaq fotonu təqdim edirik.

 
Ardını oxu...
Hesablama Palatası 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.

Bu barədə Palata məlumat yayıb.

Məlumata görə, audit 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin I rübündə dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.

Auditin əhatə etdiyi dövrün əvvəlinə əsasən təhsil və büdcə illərinin üst-üstə düşməməsi səbəbindən UNEC-in 13 milyon 263 min manat qalıq vəsaiti mövcud olub. 2022-2023-cü illərdə və 2024-cü ilin I rübündə müxtəlif mənbələrdən ümumilikdə 119 milyon 221,2 min manat vəsait daxil olub və 125 milyon 86,4 min manat məxaric edilib. UNEC-in 2023-cü ildə 2022-ci illə müqayisədə gəlirlərində müşahidə edilən 7,8 %-lik artım dövlət sifarişi üzrə təhsilin maliyyələşməsinə ayrılan vəsaitin 10,2 %-i və digər gəlirlərin 2,3 dəfə artımı hesabına formalaşıb. Eyni zamanda, UNEC-in gəlirlərindən Elm və Təhsil Nazirliyinin müvafiq əmrləri ilə 2022-ci ildə 1 milyon 653 min manat, 2023-cü ildə 1 milyon 100 min manat vəsait təhsil işçilərinin və Nazirlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Təhsilin İnkişafı Fonduna ayrılıb. 2024-cü ildə isə yalnız Nazirlik işçilərinin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə 991 min manat vəsait həmin fonda köçürülüb.

Auditin əhatə etdiyi dövrün sonunda UNEC-də 1 646 nəfər əməkdaş çalışıb ki, onların 792 nəfərini inzibati heyət, 854 nəfərini isə professor-müəllim heyəti təşkil edib. Professor-müəllim heyətinin tərkibində əvəzçilərin sayı 185 nəfər olub. Mövcud dərs yükünün təmin edilməsi məqsədilə UNEC-də çalışan 109 əməkdaşla yanaşı kənardan 380 nəfər saathesabı əsaslarla cəlb edilib. 2023-cü ilin sonuna bakalavr, magistr, doktorant və dissertantların sayı müvafiq olaraq 15 060 nəfər, 4 863 nəfər, 191 nəfər və 7 nəfər təşkil edib.

Auditlə müəyyən edilib ki, UNEC-in Nizamnaməsində nəzərdə tutulmasına baxmayaraq, Elm və Təhsil Nazirliyi Himayəçilər Şurası yaratmayıb. Bu səbəbdən, Nizamnamə ilə Himayəçilər Şurasına aid edilən vəzifələri UNEC-in müxtəlif rəhbər və məsul əməkdaşları icra edib. Həmçinin Nizamnamənin tələbinə əsasən UNEC-in strukturu təsisçi tərəfindən təsdiq edilməli olsa da, bu fəaliyyət auditlə əhatə olunan illərdə həyata keçirilməyib. UNEC-in ştat cədvəlləri rektor tərəfindən təsdiq olunub. Himayəçilər Şurasının yaradılmaması “Elmi-Metodiki Şuranın Əsasnaməsi”nin də UNEC-in Elmi Şurası tərəfindən təsdiqlənməsi ilə nəticələnib, audit dövründə kənar auditor təyin edilməyib və daxili auditin fəaliyyətinə UNEC rəhbərliyi nəzarət edib.

Audit zamanı müəyyən edilib ki, UNEC-in sosial xərcləri böyük həcmdə olub və bu vəsaitlər hüquqi aktlara uyğun şəkildə istifadə edilsə də, icra prosesində bəzi nöqsanlara yol verilib. Bu nöqsanlar ümumi maliyyə fəaliyyətinə ciddi təsir göstərməyib. Lakin ödənişli təhsil üzrə bağlanmış müqavilələrlə müəyyən edilmiş öhdəliklərə tam nəzarət olunmaması və kredit haqlarının tam yığılmaması təhsil haqqı üzrə debitor borcların artımına səbəb olub. Dövlət sifarişi əsasında maliyyələşmə müvəqqəti dayandırılmalı olduğu halda akademik məzuniyyətdə olan tələbələrin təhsil xərcinə görə UNEC-in hesabında 52 halda cəmi 32,3 min manat vəsait qalıb. Auditlə müəyyən edilib ki, UNEC-dən xaric edilmiş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla tələbələr yerləşdirilməyib və nəticədə 2022-ci ildə 71 halda 49,9 min manat, 2023-cü ildə isə 75 halda 57,6 min manat, ümumilikdə 146 halda 107,5 min manat dövlət vəsaiti büdcəyə qaytarılmayıb.

Təqaüdlərin maliyyələşdirilməsi məqsədilə ümumilikdə 27 milyon 540,9 min manat vəsait icra edilib. Təqaüdlərin bəzi hallarda düzgün hesablanmaması və kiçik məbləğlərdə səhvlər edilməsinə baxmayaraq, bu hallar vəsaitlərin icrasına ciddi təsir göstərməyib. Audit zamanı həmçinin müəyyən edilib ki, UNEC-in voleybol komandasının oyunçuları və fizioterapevti ilə bağlanmış xidmət müqavilələri əsasında onlara aylıq haqq ödənilib, həmçinin idmançılara məşqlər və oyunlarda iştirak üçün bütün xərclərin qarşılandığı məlum olub. UNEC-in ərazisində fəaliyyət göstərən 3 nömrəli Tələbə Poliklinikasına UNEC-in strukturuna daxil olmadığı halda vəsait ayrıldığı da aşkarlanıb.

Təmir işlərinin icrası zamanı təşkil olunan nəzarətin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilməyən işlərə görə əlavə ödənişlər edilib. Quba tədris mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6 %-i, tədris binalarının əsaslı təmiri üzrə 1,6 %-i və cari təmir üzrə 8,8 %-i qədər artıq vəsait icra edilib. Satınalmalar zamanı bir mənbədən alınan xidmətlərin ümumi həcmi 2022-ci ildə 8,6 %, 2023-cü ildə isə 18,7 % təşkil edib ki, bu da beynəlxalq təcrübələrlə müqayisədə məqbul sayılmayan yüksək göstəricidir. Satınalmaların müsabiqəsiz aparılması və bəzi hallarda müqavilə şərtlərinin hüquqi tələblərə uyğun şəkildə dəyişdirilməsi də audit zamanı aşkarlanan nöqsanlardan olub.

Hesablama Palatasının Kollegiyası UNEC-ə aşkarlanan nöqsanların aradan qaldırılması məqsədilə dövlət büdcəsindən artıq ödənilmiş vəsaitin geri qaytarılması, təmir işlərində artıq icra edilmiş məbləğlərin bərpası və daxili nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələr verib.
 
 
 
Ardını oxu...
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin törəmə şirkəti olan “ASCO Logistics” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

“ASCO Logistics” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“ASCO Logistics” MMC ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 21 yanvar tarixində hakim Emin Mehdiyevin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin törəmə şirkəti olan “ASCO Logistics” MMC-nin rəhbəri İlham Məmmədovdur.

Tribunainfo.az
 
Ardını oxu...
Azərbaycana çayın idxalı artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabrında çay idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə həcmcə 3. 3 faiz artaraq 12 min 893 ton, dəyər baxımından isə 4.5 faiz yüksələrək 67 milyon 715 min ABŞ dolları təşkil edib.

Çay ixracı isə illik müqayisədə həcm baxımından 4.5 faiz artaraq 679.4 ton, dəyəri isə 1.6 faiz yüksələrək 5 milyon 998ş4 min ABŞ dolları olub. Beləliklə, həcm ifadəsində idxal ixracı 19 dəfə üstələyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2024-cü ilin yanvar-noyabrında 11 min 528 ton çay istehsal edilib. Bu da illik müqayisədə 8.9 faiz artım deməkdir. Amma mütəxəssislərin fikrincə, bunun hamısı ölkə daxilində yetişdirilən çay deyil, burada idxalın da payı var, sadəcə bəzi hallarda qablaşdırma həyata keçirilib.

Hələ 2018-ci ildə Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı qəbul edilmişdi. Proqrama əsasən, 2027-ci ilə qədər yaşıl çay yarpağı yığımının 8.5 min tona, əkin sahələrinin isə 3 min hektara çatdırılması planlaşdırılıb.

Hazırda çay yığımının həcminin qoyulan hədəfdən səkkiz dəfə az olduğu bildirilir.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin "Kənd Təsərrüfatı" Bülletenində vurğulanır ki, 2024-cü ilin 10 ayında plantasiyalardan 1 min 41 ton çay yığılıb. 2023-cü ildə bu rəqəm 1 min 102.4 ton olub. Yəni, çay yığımı 100 ton azalıb.

Astara rayonundakı fermer Səlim Həsənov (ad şərtidir) AzadlıqRadiosuna deyir ki, 2023-cü ildə 3 hektar torpaqda çay əkib: "Çay əkmək çox baha başa gəlir. Çay susevən məhsuldur. Su isə çox bahadır, özü də çatışmır. Təsərrüfatda suvarma sistemini özün qurmalısan, kömək edən yoxdur".

Fermerin sözlərinə görə, subsidiya üçün də müraciət edə bilmədiyindən əkdiyi çay kolları yanıb: "Çayı pay torpağında əkmişəm. Torpağa dövlət reyestrindən çıxarış olmadığına görə mənə subsidiya vermədilər. Ciddi ziyana düşmüşəm. Çayçılıqla məşğul olan başqa fermerlər də var. Onlar da ziyana düşür, çünki böyük şirkətlər çayı çox ucuz alırlar. Çay yarpağının kiloqramına 1 manat 80 qəpik verirlər".

Kənd Təsərrüfatı Nazirliyindən isə, əksinə, "Turan"a bildirilib ki, çayçılığa dövlət dəstəyi ildən-ilə genişləndirilir: "Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən bu il mayın 31-dək salınacaq, yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyalarına görə fermerə hər hektar üçün 12000 manat əkin subsidiyası ödəniləcək. Eyni zamanda, çay plantasiyalarında qurulacaq yağış yağdırma üsuluna əsaslanan suvarma sisteminin dəyərinin 40 faizi də dövlət tərəfindən subsidiyalaşdırılır".

Nazirlikdən vurğulanıb ki, əvvəlki illərdə salınmış çay plantasiyalar üçün də subsidiya ödənilir: "Son üç il ərzində salınmış plantasiyaların hər hektarına görə fermerə 800 manat subsidiya veriləcək. 2019-cu ildən əvvəl salınmış çay plantasiyalarının hər hektarına 250 manat subsidiya verilməsi nəzərdə tutulur".

AzadlıqRadiosuna ölkədə çay istehsalının ildən-ilə azaldığını deyən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov qeyd edib ki, bu sahə ilə bağlı dövlət proqramının qəbulundan altı il keçsə də, yaşıl çay istehsalı lazımi səviyyəyə çatmayıb: "Həmin dövlət proqramının icrası nəticəsində 2027-ci ildə çayın əkin sahələrinin 3 min hektara çatdırılması nəzərdə tutulsa da, sənədin qəbulundan altı il keçəndən sonra əkin sahəsi cəmi 1 min hektardır. Çox güman ki, bundan sonra da bu, artmayacaq, çünki bu istiqamətində hər hansı bir iş görülmür. Çayın istehsalı da ildə 1 min tondur. Yəni, proqramın qəbulundan əvvəl istehsal necə olubsa, elə də qalıb".

Onun fikrincə, iki il ərzində istehsalın səkkiz dəfə artacağı inandırıcı deyil: "Müqayisə üçün, 1988-ci ildə Lənkəran-Astara bölgəsində çay plantasiyalarının sahəsi 13.4 min hektar, yaşıl çay yarpağı istehsalı isə 34.5 min ton olub".

V.Məhərrəmov bunun səbəblərini bir neçə amillə izah edir: "Burada ciddi problemlər süni olaraq yaradılıb. Çayçılıqla məşğul olan fermerlər su təminatından şikayət edirlər. Belə olan halda, əlbəttə, istehsaldan söhbət gedə bilməz".

Ekspertin sözlərinə görə, digər tərəfdən, zərərvericilərin, xəstəliklərin yayılması tələb edir ki, keyfiyyətli pestisidlər ya ölkədə istehsal olunsun, ya da xaricdən gətirilsin: "Burada monopoliya aradan qaldırılmalıdır ki, nəticədə bu keyfiyyətli pestisid fermerlərə əlçatan olsun. Hələlik isə tam tərsinədir. Üstəlik də, gübrələr də keyfiyyətsizdir, qiyməti yüksəkdir. Nəticədə məhsuldarlıq artmır".

O, sözügedən sahədə peşəkar mütəxəssislərin çatışmazlığına da diqqət çəkir.

Pressklub.az
 

Dünyapress TV

Xəbər lenti