Ardını oxu...
Sosial şəbəkədə Gəncə şəhər sakini akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasından şikayət edib.

Bizim.Media xəbər verir ki, sakin paylaşdığı videoda xəstəxanadakı gənc tibb personalının xəstələrə və xəstə yaxınlarına sayğısız, laqeyd yanaşdığını iddia edib:

“Mən yanvarın 13 və 14-ü Gəncədə Akademik Zülfüqarov adına 3 nömrəli xəstəxanaya iki gün ayaq döymüşəm.

Mənə ordakı tibb işçilərindən (yaşlı həkimlərdən başqa) heç biri düz-əməlli cavab vermədi. “Qan almağ”a yaxınlaşdım. Anamın damarını orda partlatdılar. Daha sonra USM-ə qeydiyyata düşmək istəyirik, qeydiyyatçı xanımın heç nədən başı çıxmır.

Təcili Tibbi Yardımın qarşısındakı qeydiyyata yaxınlaşırıq, ordakı xanım heç nəyi bilmir. Doğru, düzgün danışmağı bacarmır. Deyir “ya səbir”, ona ağız əyir, bu birinə göz süzdürür. Yəni işləmək istəmirlər. Məni ən çox təəccübləndirən o oldu ki, biz USM -də neçə saat növbə gözləmişik. Həkim bizi 1 dəqiqə çəkmədi USM-dən keçirdi. Amma sual veririk, bizə cavab vermək istəmir. Başını telefondan qaldırmır.

Əziz tibbi sığorta ilə çalışan həkimlərimiz, əgər dövlət xəstəxanalarındakı iş rejimindən razı deyilsinizsə, bu, bizim günahımız deyil. Çıxın, qoy sizin yerinizə düzgün işçilər gəlib orda çalışsınlar. Belə biabırçılıq olmaz! İnsanların həyatı sizin üçün nədir? Görünür, insanların həyatı sizin əlinizdə oyuncağa çevrilib. Həkimi dindirirsən, deyir, burdan mənə nə pul çatır ki... Tibb bacısını dindirirsən, sənə kömək etmək istəmir.

Xəstəxanada qeydiyyat şöbəsinin olduğu düzgün yazılmayıb. Tibb bacıları postunu qeydiyyat yerinə qoyublar. Camaat qarşısından keçir, heç kim bilmirr ki, bura qeydiyyat şöbəsidir. Ən önəmlisi də odur ki, xəstəyə, insana qarşı, ölüm ayağında gələn xəstəyə diqqət göstərmək istəmirlər”.

Şikayətçi TƏBİB-ə səslənərək xəstəxananın işçiləri ilə bağlı tədbir görülməsini istəyib:

“Mən şok yaşadım və bununla bağlı TƏBİB-in hər hansı tədbir görməsini çox istəyərdim. Çünki bu, belə olmaz”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumundan Bizim.Media-ya verilən açıqlama Gəncə Şəhər Birləşmiş Xəstəxanası nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxana ilə bağlı sosial şəbəkələrdə yayılan video barədə məlumatlı olduqları bildirilib:

“Orada səsləndirilən şikayətlər hazırda araşdırılır. Məlumatlar dəqiqləşdirildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, vətəndaşın özü ilə də əlaqə saxlanılacaq, işində nöqsana yol verən əməkdaşlar olarsa onlar haqqında müvafiq tədbir görüləcək”.
 
Ardını oxu...
Naftalanın sabiq icra başçısı Natiq Aslanov Bakıda və Abşeron rayonunda biznesini genişləndirib.

Bu barədə AzFakt.com saytının əldə etdiy özəl məlumatda bildirilir.

Məlumatda görə Natiq Aslanov Xırdalan şəhərində də daşınmaz əmlaka sərmayə yatırıb.

Qeyd edək ki, Natiq Aslanov 2010-2018-ci illərdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Natiq Aslanovun 8 il ərzində Naftalanda ciddi yeyintilər etdiyi, müxtəlif formalarda mənimsədiyi vəsaitləri əsasən daşınmaz əmlaka yatırdığı vurğulanır.

Onu da qeyd edək ki, N. Aslanov icra başçısı vəzifəsinə təyin edilməmişdən əvvəl tikinti sektorunda çalışıb.

Onun hazırda Bakı və Abşeronda, Xırdalan şəhərində olan proyektləri barədə növbəti yazımızda geniş məlumat verəcəyik.

Məsələ ilə bağlı N.Aslanovun mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsində 250 nəfər yüksəkrütbəli sabiq vəzifəli şəxsin təqaüdü ilə bağlı araşdırma aparılıb.

TEREF “Qaynarinfo”ya istinadən xəbər verir ki, araşdırma DGK sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə həyata keçirilib.

Bildirilir ki, araşdırma zamanı 250 nəfərə yaxın sabiq gömrük əməkdaşının artıq təqaüd aldıqları məlum olub. Onlar arasında təqaüddə olan sabiq sədr müavinləri (generallar), idarə rəsiləri (general, polkovnik və digər rütbəli) də var. Belə ki, həmin əməkdaşlardan bəziləri 30 il xidmət keçməyə görə təqaüd alıb. Araşdırma zamanı isə onların gömrük sistemində 20 il xidmət keçdiyi məlum olub. Həmin şəxslərin əmək fəaliyyətlərinin 10 ili isə başqa qurumlarda keçib.

Beləliklə, həmin şəxslər 20 illik xidmətə görə təqaüdə çıxmalı olduqları halda iş stajlarını başqa qurumlardakı fəaliyyətlərinin hesabına 10 il artırıblar.

Hazırda Dövlət Gömrük Komitəsi dövlət büdcəsindən kənar pensiya alan sabiq gömrük əməkdaşlarına sözügedən vəsaitləri geri qaytarmağı tələb edir. Həmin şəxslərin çox hissəsi sözügedən vəsaiti geri qaytarmadıqları üçün komitə tərəfindən məhkəməyə verilib.

Sabiq gömrük əməkdaşları da qarışılıqlı olaraq Dövlət Gömrük Komitəsini məhkəməyə verib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi hələlik açıqlama verməyib.
 
Ardını oxu...
Bakıda klinikalardan birində ölüm hadisəsi baş verib.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Süleymanov Ceyhun Akif oğlu yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə C.Süleymanov yanvarın 21-də ilk olaraq Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına hidrokolonoterapiya (bağırsaq yuyulması) üçün müraciət edib. Müraciətinin səbəbi mədə-bağırsağında olan problemlə bağlı olub.
Ardını oxu...
Mərhum Ceyhun Süleymanov

“Stimul” klinikasında narkoz həkimi olmadığı üçün onu “Medilife” klinikasına yönləndiriblər.

“Medilife” klinikasında həkim Ləman Xasıyeva tərəfindən bağırsağı yuyulan C.Süleymanov bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı ailəsinə dəqiq məlumat verilmir. İlkin məlumat olaraq bildirilib ki, mərhumun təzyiqi qalxıb. Mərhum ailəli olub, 2 övladı var idi.
Ardını oxu...
Həkim Ləman Xasıyeva

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.

Məsələ ilə bağlı klinika ilə əlaqə saxladıq. Klinikadan Musavat.com-a bildirildi ki, hazırda suallarımıza cavabverəcək məsul şəxs yoxdur.
 
Ardını oxu...
 

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın maraqlı videosu yayılıb. 

A.Əliyevanın rəqs edərkən görüntüsü marağa səbəb olub.

Videonu fiziki məhdudiyyətli rəqqasə Fatimə Əkbərli yayımlayıb. 

O, Arzu Əliyeva və digər rəqqasə ilə obyektiv qarşısına keçib, maraqlı video hazırladıqlarını vurğulayıb.   (Axşam.az)

 
 
 
Ardını oxu...
Ölkədə 29 yanvar bələdiyyə seçkiləri keçiriləcəyi ilə bağlı bir çox məmur əlinə fürsət düşüb. Bu fürsətdən səmərəli istifadə etmək istəyənlər arasında 13 ildir Lənkəranın icra başçısı olan Taleh Qaraşovda olmuşdur. Lakin bu fürsət ictimai qınaq obyekti olaraq pozuldu.
“Yeni Gundem” məlumat verir ki, Lənkəran rayon icra hakimiyyəti başçısının müavini olmuş 2023-cü ildə azyaşlı məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan Rəsilə Əliyevanın (Arifqızı) bələdiyyə seçkilərində namizəd olmuşdur.
Ardını oxu...
Belə ki, Rasilə Əliyeva Arif qızı Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilmişdi. Məhkəmənin hökmü ilə Rasilə Arifqızı 4 min manat cərimə olunmuşdu.
Məlumat üçün bildirək ki, sabiq müavin Rəsilə Əliyeva bələdiyyə seçkilərində iştirak etmək üçün soyadından imtina edərək “Arifqızı” olmuşdur.
Həmçinin seçkilərdə qalib olmaq və nəticədə sədr vəzifəsinə iddialı olan Əliyeva soyadından imtina etməsinin səbəbi adının internet resurslarında uşaq zorakılığında hallanması ilə bağlı olduğu bildirilir.
Ardını oxu...
Lakin bu plan baş tutmur, ictimayyət uşaq zorakılığı edən eks məmuru ifşa edərək Taleh Qaraşovun gizlin fəaliyyətini ölkə mətbuatında yayımlayaraq
aşkara çıxarır, və Rəsilə Arifqızı irəli sürülən namizədliyini 3 gün sonra səhhətində yaranan problem olduğu vurğulanaraq geri çəkir.
Bu məsələnin ört-basdır edilməsi və vəzifəsini qorumaq üçün Taleh Qaraşov hərəkətə keçib.
Ardını oxu...
Qeyd edək ki, 66 yaşlı icra başçısı Taleh Qaraşov 29 ildir ki icra başçısı vəzifəsindədir, Kürdəmir, Cəlilabad, Neftçala, və Astara rayonlarında çalışıb.
13 ildir ki, Lənkəran icra hakimiyyəti başçısı vəzifəsindədir.
Lənkəran rayon icra hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmadı,
Yazıda adları keçənlərin münasibətini dərc etməyə hazırırq.
Ardını oxu...
Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

"DogruXeber.az" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, Akademiyada üzgüçülük hovuzu fəaliyyət göstərməsə də, həmin sahədə çalışan işçilərə əməkhaqqı ödənilməsi davam etdirilib. Ödəniş 2022-2023-cü illəri əhatə edib və 55,7 min manat təşkil edib.

Akademiyanın maliyyə və idarəetmə sahəsində digər ciddi nöqsanlar da olub. Belə ki, Akademiyanın Nizamnaməsi 2019-cu ildə təsdiq edilmiş "Dövlət və bələdiyyə ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə uyğunlaşdırılmayıb, bu da maliyyə və funksional fəaliyyətə nəzarəti məhdudlaşdırıb.

Audit zamanı depozit hesablarında yerləşdirilən vəsaitlərdən düzgün istifadə edilmədiyi, yerləşdirmə müddətləri və faiz dərəcələrinin optimal seçilmədiyi üçün əlavə gəlir əldə etmək imkanlarının itirildiyi müəyyən olunub. Qeyri-rezidentlərlə bağlanan xidmət müqavilələrində qanun pozuntularına yol verildiyi və bunun nəticəsində 42,9 min manat məbləğində verginin dövlət büdcəsinə köçürülmədiyi də aşkar edilib.

Palata Akademiyaya tövsiyə edib ki, maliyyə idarəetməsi təkmilləşdirilsin, mövcud qanun pozuntuları aradan qaldırılsın və nəzarət mexanizmləri gücləndirilsin.

Aşkar edilən nöqsanlarla bağlı əlavə tədbirlərin görülməsi üçün Milli Məclisə məlumat təqdim olunub.
Ardını oxu...
2024-cü ildə xaricdən Azərbaycana 226 milyon 504 min dollar dəyərində 181 milyon 301 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

Bu barədə “Bakuinfo” Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.

2023-cü ildə Azərbaycana 183 milyon 676 min dollar dəyərində 147 milyon 287 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilmişdi.

Beləliklə, Azərbaycana bitki və heyvan mənşəli piylər və yağların idxalı 2024-cü ildə 2023-cü illə müqayisədə dəyər ifadəsilə 42 milyon 828 min dollar və ya 23,3%, miqdar ifadəsilə 34 min 14 ton və ya 23,1% artıb.

173,6 MİLYON DOLLARLIQ KƏRƏ YAĞI İDXALI

2024-cü ildə xaricdən Azərbaycana 173 milyon 604 min dollar dəyərində 29 min 611 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. 2023-cü ildə Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 596 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

Beləliklə, Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 2024-cü ildə 2023-cü illə müqayisədə dəyər ifadəsilə 81 milyon 188 min dollar və ya 87,6%, miqdar ifadəsilə 13 min 15 ton və ya 78,4% artıb.

Ötən il Azərbaycandan 400 milyon 108 min dollar valyuta bitki yağları, kərə yağı və süddən hazırlanmış digər yağların alışı ilə əlaqədar olaraq xaricə çıxıb.
Ardını oxu...
 
Ardını oxu...
Salyanda kanalizasiya xətlərinin yenidən qurulması işlərini həyata keçirən və hazırda fəaliyyətini dayandırmış şirkətin əməkdaşlarının bəzilərinin əməkhaqları ödənilməyib.

"Xəzər Xəbər"ə müraciət edən "YKT TİKİNTİ" MMC-nin keçmiş işçiləri deyirlər ki, ötən il Salyan rayonunda sözügedən şirkətdə fəhlə olaraq çalışıblar. Lakin avqust ayında əmək haqqının ödənilməsi gecikib. Bu gecikmə sentyabr ayında da davam edib.

Şikayətçilərin sözlərinə görə, dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, nəticəsi olmayıb.

Məsələ ilə bağlı "YKT TİKİNTİ" MMC-nin keçmiş texniki korpus mühəndisi Faiq Əli bildirib ki, şirkət 2024-cü ilin yanvar ayından Salyan rayonunda kanalizasiya xətlərinin yenidən qurulması işlərini həyata keçirib. Lakin ilin sonuna yaxın maliyyə böhranı ilə əlaqədar işlərin azalması səbəbindən şirkət fəaliyyətini dayandırıb. Bildirilib ki, dekabr ayında sözügedən əməkdaşlara əməkhaqlarının bir hissəsi qismən ödənilib.

Qalan əməkhaqları isə iki həftə ərzində tamamilə ödəniləcək.

 
Ardını oxu...
Müğənni Sevinc Musayeva “Tamstore” mağazasından şikayət edib.

Tribunainfo.az xəbər verir ki, sənətçi həyat yoldaşının alış-veriş zamanı kassada aldadıldığını bildirib. O qeyd edib ki, mağazada ondan almadığı məhsulun pulunu götürüblər:

“Həyat yoldaşım cəmi 4 məhsul alıb. Amma çekdə bahalı, almadığı məhsul da yazılıb. O da pulu ödədikdən sonra düşünüb ki, niyə bu qədər baha oldu? Qayıdıb soruşub və pulu qaytarıblar. Amma gün ərzində nə qədər belə hadisələr yaşanır. Tək “Tamstore”da yox, digər mağazalarda da edilir. Niyə insanların cibinə girirsiniz? Bu marketdən onsuz imkansız adamlar alış-veriş edir. Öz millətinizin cibinə girirsiniz. Mədəni oğurluq etməkdə məqsəd nədir? Məqsədi bilsəm, götürüb bu 6 manatı havayı verərəm. Səbəbi desəniz biz millət də bilərik ki, nə üçündür”.

 
 
 

Dünyapress TV

Xəbər lenti