Ardını oxu...
“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi 1 ədəd xidməti yolsuzluq avtomobili alır.

XALQ.AZ-ın xəbərinə görə, qurum bu məqsədlə “Ramma” QSC ilə müqavilə bağlayaraq 275 min AZN köçürməyi planlaşdırır.

Alınacaq avtomobilin göstəriciləri bunlar olmalıdır: Buraxılış ili – 2024, ban növü – SUV, yanacaq növü- benzin, at gücü minimal – 425, start-stop, twin -turbo ilə təchiz olunmuş, oturacaqların sayı minimal – 8, qapı sayı – 5, dönmə anı minimal – 700 Nm, mühərrik minimal – 3.5 L, silindirlərin sayı minimal – 6, ən full komplektasiya ilə təchiz olunmalıdır, adaptasiya olunmuş hava asqıları, elektron düymə dəyişdiricisi, minimal 6 növ sürüş rejimi, ProPilot sistemi və ya ekvivalenti, avtomatik qəza əyləci, ön proqnoz toqquşma xəbərdarlığı, monolit ekran, head up displey, simvolik gölməçə lampası, masaj oturacağı+ 4 tərəfə bel hissəsinin oturacağının tənzimlənməsi, yaddaş funksiyası, çoxrəngli salon işıqları, biometrik soyutma, hava filtr + ionizatör, oturacaqların qızdırılması və ventilyasiyası, premium dəri örtüyü, premium audio sistem – klipsch və ya ekvivalenti,ağıllı kruiz kontrol, elektriklə tənzimlənən sükan çarxı, 3-cü sıra elektrikli oturacaqlar, arxa oturacaqların əyləncə sistemi, panoramik lyuk.Pravda.az

Qeyd edək ki, Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevdir.

Ardını oxu...
 

Həkim: “Elə situasiya yaratmalıyıq ki, sadəcə, buna imkan olmasın”

Yeni ilin əvvəlində Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib. Məlumatda deyilir ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib.

Əldə olunan məlumatlara əsasən, bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb: “Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdan sonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyətlə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər".

Qeyd edilib ki, mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Belə çıxır, hələ də qanunsuz fəaliyyət göstərən plastik cərrahlar var?

Ardını oxu...

Zülfüqar Yusifov

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Plastik cərrahlarla bağlı bu məsələ prosesini biz də izləyirik. Bu barədə, məlum olduğu kimi, həm hüquq-mühafizə orqanları, həm Səhiyyə Nazirliyi bu məsələ ilə aktiv və ciddi şəkildə məşğul olur, araşdırmalar aparır. Hər halda, hesab edirəm ki, bu tələblərin, o cümlədən notarial təsdiqlər, sertifikatların göstərilməsi bu araşdırımanın bir tərkib hissəsi hesab edərək, nəticələri gözləmək lazımdır. Çünki son vaxtlara qədər bu məsələ ictimaiyyətin müzakirəsində idisə, indi artıq bu rəsmi olaraq hüquq-mühafizə orqanlarının bir araşdırmasıdır.

Ardını oxu...

Adil Qeybulla 

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, bu məsələlər sistemli şəkildə aparılmalıdır: “İnsanla bağlı, sağlamlığa yönəlik, ümumiyyətlə, hər hansı tibbi fəaliyyətlə məşğul olan şəxsin baza tibb təhsili olmalıdır. Birinci tələb budur. Bundan sonra onun həmin ixtisas üzrə onun rezidentura təhsili olmalıdır, yəni tibb təhsilin yüksək mərhələsini keçməlidir. Daha sonra lisenziya alır, akkreditasiya olunur və 3-5 illik lisenziya müddətində bu işlə məşğul olur. Lisenziya müddəti bitdikdən sonra onun fəaliyyəti yoxlanılır və yenidən lisenziyası uzadılır və yaxud dayandırılır. Dünyada prosedur budur. Biz niyə bu yolla getməməliyik. Yoxsa ki, yeri gəldi gəlmədi, hərə bir qondarma sənədlə ağlına gələn işlə məşğul olacaq. Əlbəttə , buna imkan var və insanlarda da məşğuldur. Biz elə situasiya yaratmalıyıq ki, sadəcə, buna imkan olmasın”. 

Ardını oxu...

Elnur Mehrəli

Tanınmış plastik cərrah Elnur Mehrəli isə qeyd edib: “Pasiyentlər sağlamlıqlarını təhlükəyə atmamalı, "padvalaltı" şəraitdə edilən estetik əməliyyatlardan və qeyri-peşəkar şəxslərdən uzaq durmalıdırlar. Təəssüf ki, əvvəllər ingilis dili müəllimi, manikür ustası, saç ustası və ya taksi sürücüsü olmuş şəxslərin bu gün liposaksiya əməliyyatı apardığına dair məlumatlar eşidirik. Bu şəxslərin fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılması və onlara qarşı sərt tədbirlərin görülməsi vacibdir. Bu məsələ təkcə insan sağlamlığına deyil, həm də genefondumuza və həkimlik adına ciddi zərbə vurur.

İnsanlar düzgün həkim seçmək məsələsində diqqətli olmalıdırlar. Onlar araşdırma apararaq, uzun illər bu sahədə peşəkar fəaliyyət göstərən, peşəsinə vicdanla və savadla yanaşan həkimlərə müraciət etməlidirlər. Təkcə görüntüyə və ya fotoşopla düzəldilmiş fotolara, videolara aldanmaq olmaz. Lazım gəldikdə, müraciət etdikləri həkimin sertifikasiyasını, diplomunu və peşəkarlığını təsdiqləyən sənədləri tələb edə bilərlər. Bundan başqa, həkimin müayinə və yanaşma tərzi də onun peşəkarlığını müəyyənləşdirmək üçün önəmli göstəricidir.

Həkimlər müraciət edən pasiyentlərin keçirdikləri xəstəliklərə, ürək-damar sistemi problemlərinə, epileptik vəziyyətlərinə və hətta son illərdə dünyanın böyük bəlası olan koronavirusun təsirlərinə xüsusi diqqət yetirməlidirlər. Koronavirus keçirmiş və xəstəxana şəraitində müalicə almış, ağciyərlərində “buzlu şüşə” görüntüsü aşkar olunmuş pasiyentlərdə abdominoplastika əməliyyatı zamanı qarın əzələlərinin yığılması fonunda yaranan gərginlik ciddi fəsadlara yol aça bilər. Eyni zamanda çəki və yaşla bağlı problemlər də bu pasiyentlər üçün əlavə risk faktoru yarada bilər.

Bu kimi halları nəzərə almayan və özünü plastik cərrah kimi təqdim edərək əməliyyat icra edən şəxslərlə bağlı çoxsaylı şikayətlər eşidirik. Təəssüf ki, ümumi cərrah və ya ginekoloq olduqlarını iddia edərək bu cür əməliyyatlara girişən şəxslər var. Eyni zamanda kosmetoloji salonlarda, şəraitsiz mühitdə edilən liposaksiya və dolğu prosedurlarının çoxalması da ciddi problemə çevrilib. Bu halların nəticəsində müxtəlif patologiyalar və fəsadlarla bizə müraciət edən pasiyentlər az deyil. Müayinə zamanı texniki səhvlər, əməliyyatın düzgün planlaşdırılmaması və hər kəsə eyni yanaşmanın tətbiq edilməsi kimi problemlər ortaya çıxır. Halbuki hər bir pasiyent fərdi yanaşma tələb edir. Yaş qrupu, xüsusi vəziyyəti, keçirdiyi xəstəliklər, çəkisi və digər sağlamlıq problemləri nəzərə alınmalıdır".

E.Mehrəlinin sözlərinə görə nəticə olaraq, bu sahədə nəzarətin gücləndirilməsi və pasiyentlərin maarifləndirilməsi zəruridir.

“Hər kəs sağlamlığına dəyər verməli və əməliyyat üçün peşəkar həkimlərə müraciət etməlidir”, - deyə cərrah bildirib. 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Ardını oxu...
Xəbər verdiyimiz kimi, valyuta alqı-satqısı həyata keçirməklə yüksək gəlir əldə etmək istəyən üç nəfərin 4 milyon manatdan artıq pulu ələ keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, həmin iş üzrə bu gün məhkəmə prosesi başlayıb.

İttihama görə, 33 yaşlı Alışan Nizami Akif oğlu özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.

Onun əməlindən üç nəfər zərər çəkib. Babək Məmmədzadə 1 milyon 300 min, Zeynal Usubov 945 min, Yadigar İsrafilov isə 200 min dollarını itirib.
Ardını oxu...
Fotoda: Alışan Nizami Akif oğlu

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun hüquqlarını qorumaq üçün vəkil Samir İsayev yenicə işə qoşulub. Bu səbəbdən hələ ki, cinayət işinin məhkəmə baxışına verilməsi müzakirə edilməyib.

İş üzrə başqa bir dəqqətçəkən məqam da var. Bu cinayətdə ən çox pul itirən şəxs Babək Məmmədzadədir. Əldə etdiyimiz məlumata görə, Babək “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.

Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məmmədov şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.

Digər zərərçəkmiş Zeynal Usubov isə əvvəllər prokurorluq orqanlarında işləyib. O, Nərimanov rayon prokurorunun müavini olub.
Ardını oxu...
Fotoda: Zeynal Usubov
 
Ardını oxu...
Tez-tez məhkəməyə verilən “Atəşgah” Sığorta Şirkəti ilə bağlı daha iki MMC iş qaldırıb.

XALQ.AZ xəbər verir ki, sığorta şirkəti ilə bağlı iddianı bu dəfə “Go Live” MMC və “Pulsmed” MMC qaldırıb. heç bir işin mahiyyəti ilə bağlı məlumat verilmir.

Bakı Kommersiya Məhkəməsinə göndərilən işlərlə bağlı proses 3 fevral tarixində keçiriləcək. Hər iki iş hakim Kənan Hüseynovun icraatındadır.

Qeyd edək ki, müxtəlif şirkətlər tərəfindən məhkəməyə verilən “Atəşgah” sığorta şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyevdir. Şirkətin İdarə Heyətinin sədri isə Tahir Kazmovdur.Tribunainfo.az

Tərəfləri dinləməyə hazırıq.
 

Bir zamanlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri postunu tutmuş Cavid Qurbanovdan xəbər var. "DİA-AZ"a mötəbər mənbələrdən daxil olmuş məlumatda deyilir ki, hələ də yeni təyinat ümiudləri tükənməyən keçmiş QSC sədri son günlər daha da fəallaşıb.

Mənbənin söylədikləri: "Ola bilsin ki, Cavid Qurbanov yenidən görəvə gətirilsin. Ona təkrar etimad mümkündür.

Məlumdur ki, hazırda işğaldan azad olunmuş Qarabağda quruculuq işləri həyata keçirilir. Cavid Qurbanovun Qarabağ ərazisinin idarəçiliyində yenidən vəzifəyə gətirilməısi də mümkündür".

Mənbə bu arada onu da qeyd edib ki, Cavid Qurbanov eyni zamanda özünün vəzifədə olan adamnlarını - xüsusən də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti strukturlarında çalışan və onun dövründə təyin olunmuş kadrları da qorumaq kimi bir qayğını yaşamaqdadır: "Cavid Qurbanov öz komandasını maksimum qorumağa çalışır. Ona görə də hazırki sədr Rövşən Rüstəmov istədiyi kim9 kadr islahatı həyata keçirə bilməyib. Amma bu müavimət də davamlı ola bilməz..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...
 
Ardını oxu...
"Avrora" MMC-nin xeyli miqdarda vergi borcu var.

Pravda.az-ın xəbərinə görə, MMC-nin dövlətə 165 516 AZN borcu yaranıb.

Adətən, vergi borcu olan şirkətlərin direktorlarının ölkədən çıxışına "stop" qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.
Ardını oxu...
Qeyd: 2000-ci ildə yaradılan və nizamnamə kapitalı 4 100 000 AZN olan "Avrora" şirkətlər qrupunun qanuni təmsilçisi tanınmış iş adamı Ceyhun Həsən oğlu Abbasovdur. Şirkətin əsası 1993-cü ildə qoyulub. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki var. "Tam Store" mağazalar şəbəkəsi də "Avrora"ya daxildir.
 
 
 
          
Ardını oxu...
Bakı şəhər Səbail rayonu Nizami küçəsi 90 A ünvanında yerləşən 21 mərtəbəli “Landmark” Biznes Mərkəzi hərraca çıxarılıb. Dekabrın 22-də açıq auksion formatında elektron qaydada ilk hərrac keçirilib. Bu barədə herrac.gov.az saytında məlumat yerləşdirilib. 32654 kvadratmetr ərazisi olan qeyri-yaşayış binasının likvid qiyməti 120 milyon manat təyin edilib. İştirak üçün tələb olunan beh 6 milyon manatdır.
Məlumata görə ilk hərrac keçirildikdən sonra “Landmark” Biznes Mərkəzinin adından ölkə mətbuatında şikayət yayımlanıb. Şikayətçi “Libra” MMC -dən (xarici şirkət) bildirilib ki, binanın hərraca çıxarılmasında qərəzli mövqe, haqsızlıq olub.
Belə ki, “Landmark” Biznes Mərkəzi “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən satılması üçün hərraca çıxarılıb. Həmin Cəmiyyətin adı əvvəllər “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC olub, sonradan barəsində cinayət xarakterli araşdırmalar aparıldığı üçün adı dəyişdirilib.
“Libra” MMC-nin səlahiyyətli şəxsləri iddia edirlər ki, “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC barəsində vəzifəli şəxslərin saxtakarlığı, vergilərin ödənilməsindən yayınma kimi araşdırmalar aparılmasına baxmayaraq, belə bir təşkilat tərəfindən hərracın təşkil olunması heç bir halda obyektiv həyata keçirilə bilməz. Bundan başqa, adıçəkilən təşkilat uzun müddət fəaliyyət göstərməyib. Qanunvericiliyə əsasən isə hərracın təşkili ilə 5 (beş) il fəaliyyətdə olan ixtisaslaşmış təşkilat məşğul ola bilər.
Qeyd olunanlara əsasən, “Libra” MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən hərrac proseslərinin dayandırılmasını və barəsində cinayət və ya mülki xarakterli araşdırma aparılmayan başqa bir təşkilata ötürülməsini xahiş edir.
Ardını oxu...
Nərgiz Abdullayeva
“Landmark”-ın sahibi Nərgiz Abdullayeva 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır. N.Abdullayeva “Landrmark”-ın hərracını keçirın şirkətdən şikayətçi olan “Libra” MMC-nin qanuni təmsilçisi Eran Efruz Müdüroğlunun həyat yoldaşıdır. Onun hazırda xaricə getdiyi bildirilir.
Bəs 120 milyonluq hərracı keçirmək istəyən şirkət kimindir?
Bildirək ki, 120 milyonluq “Landmark” Biznes Mərkəzinin hərracını həyata keçirən “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin əvvəlki adı “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC olub. Bu şirkət 2006-cı ildə təsis edilib.
Şirkət təsis edilərkən hüquqi ünvanı Xətai rayonu, Firuz Qəmbərov ev 3, mənzil 49 ünvanı olub. Hazırda bu şirkətin hüquqi ünvanı Yasamal rayonu, Mirəli Seyidov ev 20, mənzil 22/23 ünvanıdır. Şirkətin qanuni təmsilçisi müxtəlif illər ərzində Ələkbərov Ziya Rahim oğlu, Ələsgərov Əliheydər Nadir oğlu, Məmmədov Elnur İntamiz oğlu, Süleymanova Gülnar Güloğlan qızı, Rəsulov Sabit Məhəmməd oğlu, Əliyev Səid Əliqismət oğlu olub.
Hazırda şirkətin qanuni təmsilçisi Ələkbərov Rahim Yəhya oğludur.
“Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC 2023-cü ilin aprel ayında adını dəyişərək “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC kimi fəaliyyətini davam etdirir.

“Landmark”-ın 50 faizini bağışlama yolu ilə kim alıb?
Hərracın keçirilməsinə etiraz edən şikayətçilər qeyd ediblər ki, “Aqrarkredit” QSC BOKT 2019-cu ildə “Libra” MMC-yə məxsus təsis payının 50 %-ni bağışlanma yolu ilə əldə etməsinə baxmayaraq, yenidən Cəmiyyətə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasının hərracda satılmasına nail olmağa çalışır.
“Aqrarkredit” QSC BOKT 2004-cü ildə təsis edilib.
Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Qədirli ev 125 ünvanıdır.
“Aqrarkredit” QSC BOKT-un qanuni təmsilçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Musayev Məmməd Qurban oğludur.
Ardını oxu...
Məmməd Musayev
Adları çəkilən şəxslər mövqe bildirə bilər.
 
Ardını oxu...
“Azərbaycan Hava Yolları” QSC (AZAL) təyyarələrinin baxımsız olması ilə bağlı video yayıldı

XALQ.AZ xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə aydın görünür ki, AZAL-ın təyyarələrinin şinləri istismar yararız olsada dəyişdirilməyib.

Sosial şəbəkə istifadəçiləri AZAL-ın rəhbərliyini belə məsələyə görə cavabdeh olduqlarını qeyd edərək onları belə halların sərnişinləri təhlükəyə atdıqlarını bildiriblər.

Videoda göründüyü kimi təyyarələrin şinləri yararsız olduği halda dəyişdirilməyib. Belə hal qış aylarında daha təhlükəli vəziyyət yaradır. Belə ki, təyyarənin eniş və üçüş zamanı qəza keçirməsi ilə nəticələnməsi qaçılmazdır.

Qeyd edək ki, bir müddət öncə məhkəmə qərarı ilə AZAL sərnişinlərin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələnmişdir

Məsələ ilə bağlı AZAL-dan heç bir açıqlama verilmədi. Qeyd edək ki, videonu çəkən qurumun texniki işçisi olduğu bildirilir. AZAL-ın mövqeylərini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
Ölkədə pirotexniki vasitələrin satışı ilə bağlı qadağa yoxdur.
Bu sahədə iki qurum söz sahibdir - icazə verən FHN, nəzarət edən Gömrük Komitəsi. Onların icazəsi və nəzarəti ilə gətirib satmaq olar. Burada problem məhsul yox, icazə məsələsidir. Çoxları elə bilir ki, ümumiyyətlə pirotexniki məhsulların satışı qadağandır. Hülbuki müvafiq icazə ilə leqal şəkildə satışına qadağa yoxdur.
Bəs, bu qanunsuz satışla məşğul olanlar kimlərdir?

DİA-AZ xəbər verir ki, dekabr ayı ərzində də xeyli qanunsuz satış edənlər saxlanıldı axı...
Belə çıxır ki, Gömrük Komitəsi nazarət-buraxılış məntəqəsini nəzarətsiz qoyub? Hesabat verirsiniz ki, kinoloji itlərimiz, yüksək texniki nəzarət vasitələrimiz, qabaqcıl texnologiyalarımız var, gözümüzdən heç nə qaça bilməz.

Hesabat verirsiniz ki, 3 il ərzində 1 milyondan çox pirotexniki vasitənin idxalının qarşısı alınıb.
Bəs, bu qədər məhsul ölkəyə necə daxil oldu? Yəni, gözdən necə yayınıblar? Bu, mümkündürmü? Gömrükdən nəsə gizlətmək bu qədər asandırmı? Yoxsa məqsədli şəkildə göz yumulur?

Hər halda, bu suallara cavab verilməlidir. Hörmətli DGK şefi Şahin Bağırov cənabları izahat verməlidir ki, ölkədəki bu partapart hardan qaynaqlanır... Onda bu malları ya Şahin Bağırovun özü gətirir, ya da qohumları, yaxınları... Başqa bir izahat yoxdur...

Əks halda inanmalıyıq ki, gömrükçülər rüşvət alır... Buna isə biz inana bilmərik...
 
Ardını oxu...
Ağcabədidə yeni yerüstü piyada keçidi tikilib.
AzPost xəbər verir ki, yeniu keçid sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, 10 metr eni olan yolda zebra mövcuddur.
Eyni zamanda 29 metr uzunluqda, 6 metr hündürlükdə yerüstü keçid tikilib.
Amma sual yaranır ki, insanlar niyə 30 saniyəyə keçə biləcəyi yolu, 3 dəqiqəyə, üstəlik də əziyyət çəkərək keçməlidir?
Eyni zamanda küçədə intensiv hərəkət varmı?
Bu keçidin tikilməsinə xərclənən vəsait Ağcabədidə piyada təhlükəsizliyi, yaxud da ictimai nəqliyyat üçün ciddi işə sərf oluna bilərdimi?
Yəqin ki, bu sualların cavabını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bilir.
 

Dünyapress TV

Xəbər lenti