Ardını oxu...
Gədəbəy rayonu, Kəlaman kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilərin növbəti dəfə saytımıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Gədəbəy rayonu, Kəlaman kəndinin ən vacib problemi mavi yanacaq və yol olsa da, başqa problemləri də çoxdur. Yəni yazılası dərdimiz yetərincədir.

Dəfələrlə Prezidentə, Birinci xanıma, SOCAR-a, Gədəbəy Regional Qaz İstimar İdarəsinə müraciət etsək də, heç bir faydası olmur.

2024-cü ilin sentyabr ayında regiondan gəlib, kənd sakinləri ilə görüş keçirdilər. Gələn işçinin biri havanın soyuqluğundan maşına mindi və “siz bu soyuqda necə dözürsünüz, burdan gedən kimi, bu ağır şəraiti sizin problemin həll olunması barədə aidiyyatı qurumlara bildirəcəm” dedi. Lakin yenə heç bir tədbir görülmədi.

Artıq vəziyyət o həddə çatıb ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri biz sakinləri qəbul etməyi özlərinə yaraşdırmırlar.

Qazı olmayan, yolu bərbad olan kəndlər bütün qurumların yadından çıxıb. Amma deputat və bələdiyyə seçkiləri zamanı kənd sakinləri yada düşür. Məcbur edirlər ki, gəlin bu adama səs verin. Həmin vaxt da namizədlər bildirirlər ki, sizin probleminiz bizim problemimizdir. “Daima sizin yanınızdayıq”, - deyib Məlikməmmədin nağılını danışırlar.

Arzu Nağıyev adında bir deputat var, bir dəfə də olsun sakinlərin problemi ilə maraqlanmayıb. Bir dəfə olsun kəndin problemini parlamentdə qaldırmayıb. Nə edirik biz belə deputatı?!

“Azəriqaz” isə deyir ki, səbrli olun, mərhələli şəkildə mavi yanacaq veriləcək. 16 ildir növbə gəlib çatmayıb. Odun da “od qiyməti”nədir. İmkanı olan, olmayan var. Qışı çıxarmaq üçün 2 maşın odun lazımdır. İndiki zamanda oduna 1800 manat pul vermək olar?

Kəndin 5 şəhidi var, amma həmin evlərdə qaz yoxdur. Biabrçılıq deyil, bəs nədir bu? Kəndimizin 70 nəfərə yaxın da müharibə iştirakçısı var. Amma heç bir rəsmi qurum bizimlə maraqlanmır.

Şəhidlərimiz İbrahimov Nüsrət Vəli oğlu, Cəfərov İrəddin Furdin oğlu, Həsənov Eldəniz Novruz oğlu, İsgəndərov Etibar İsmayıl oğlu və Paşayev Firdofsi Afiq oğludur. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərə işə şəfa versin.

Bu kəndi bu günə qoyan məmurlara isə insaf versin”.
 
Ardını oxu...
Suallar çoxdur, amma cavabları hərtərəfli araşdırmalardan sonra ortaya çıxacaq.
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. O,daha sonra qəza ilə bağlı bəzi suallar qoyur və əsasda bu suallar qəzanın profilini dəyişə bilər. Cavanşir bəyin suallarını təqdim edirik:
Qroznıda həmin saatlarda hava şəraiti həqiqətən əlverişsiz olubmu, təyyarə nədən Mahaçqalaya, yaxud geriyə - Bakıya yönlənməyib, Aktauya istiqamətlənib, şahidlərin partlayış səsinə bənzər səs-küy barədə söylədikləri hansı ərazidə üzərində uçarkən qeydə alınıb, təyyarə düşməzdən əvvəl videogörüntülərdən göründüyü kimi qanadındakı zədə nədən qaynaqlanıb, yerə düşdükdən sonra təyyarənin gövdəsində çoxsaylı dəlik-deşiklər hansı zərbədən əmələ gəlib, bütün bunlar cavabını tapmalı suallardır.
Ardını oxu...
P.S Hörmətli araşdırmaçı jurnalistimizin sualları və şəkildə gördüyümüz bu fyuzelyajdakı dəliklər heçdə ürək açan olmayan bir mənzərə açır.
Əcaba bu sui qəsd ola bilməzmi? Hər halda "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslərin dayandırılmasıda bəzi məqamlardan xəbər verir...
Hər halda təxmini çıxan nəticə belədir, Şimali Qafqaz səmasının uçuşlar üçün təhlükəli olması barədə ilkin şübhələr var.
TEREF
 
 
 
Ardını oxu...
“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən 360 dərəcə marketinq – Media yerləşdirilməsi xidmətlərinin satın alınması üzrə təşkil olunmuş açıq tenderə 23.11.2024-cü ildə yekun vurulmuşdur. Müsabiqənin qalibi “ELVİ.M.M. SERVİCES GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.844.192,5 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 16.12.2024-cü il tarixdə dərc edilib.

Bundan əlavə “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” Publik Hüquqi Şəxsi tədbirlərin təşkili xidmətlərinin satın alınması üzrə 21.08.2024-cü ildə başladığı açıq tenderə də 07.11.2024-cü ildə yekun vurmuşdur. Bu müsabiqənin də qalibi “ELVİ.M.M. SERVİCES GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 912.449,16 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 10.12.2024 -cü il tarixdə dərc edilib.
Qeyd edək ki, internet axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı “ELVİ.M.M. SERVİCES GROUP” MMC -nin işıqlandırma işlərinin satın alınması, avadanlıqların satınalınması, elektrik mallarının satın alınması, məişət tullantıları konteynerlərinin satın alınması, bərpa və təmir işlərinin satın alınması kimi satınalmaların qalibi olması məlum oldu. Bu da “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” Publik Hüquqi Şəxsin analoji işlərdə təcrübəsi olmayan bir MMC ilə satınalma müqaviləsi bağladığını üzə çıxardı.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELVİ.M.M. SERVİCES GROUP” (VÖEN: 1403580041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.11.2016-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 834127.00 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZADLIQ PR., ev 70, m. 168, qanuni təmsilçisi kimi isə İsgəndərov Coşqun Fəxrəddin oğlu qeyd olunub.

“Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin EL-575/2019 nomrəli, 25.10.2019-cu il tarixli qərarı ilə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat var.

Göründüyü kimi “ELVİ.M.M. SERVİCES GROUP” MMC bina və qurğuların tikinti-quraşdırma işləri üzrə ixtisalaşıb. Bəs satınalmaların təşkili zamanı satınalan təşkilat təchizatçını seçərkən nələrə əməl etməlidir?

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.-ci maddəsində təchizatçıların uyğunluq göstəriciləri təchizatçılara dair ümumi və xüsusi tələblərdən ibarət olduğu göstərilir. Təchizatçıların uyğunluq göstəricilərinə dair tələblər şərtlər toplusunda ətraflı izah olunur və bütün təchizatçılara eyni dərəcədə şamil edilir.

Təchizatçılara dair xüsusi tələblər aşağıdakılardır: satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması; satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması; texniki imkanlarının və maddi-texniki bazasının olması; müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması.

23.5.2. bu Qanunun 23.4.1-ci maddəsində qeyd olunan tələblər (satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması) – açıq tender, ikimərhələli tender, qapalı tender və bir mənbədən satınalma metodlarına, habelə işlərin və xidmətlərin satınalınması ilə bağlı kotirovka sorğusu metoduna; 23.5.5. bu Qanunun 23.4.4-cü maddəsində qeyd olunan tələblər ( müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması ) – işlərin və xidmətlərin satınalınması ilə bağlı satınalmanın bütün metodlarına.

Göründüyü kimi qanunda satınalmalarda hansı hallarda təchizatçının müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması açıq aşkar göstərilir və tələb edilir. Belə olan halda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tədbirlərin təşkili xidmətlərinin satın alınmasını bina və qurğuların tikinti-quraşdırma işləri üzrə ixtisaslaşmış “ELVİ.M.M. SERVİCES GROUP” MMC necə icra edəcək sualı yaranır.

Agentliyin 1.844.192,5 manat məbləğində satınalma müqaviləsi bağladığı müsabiqənin şərtlərində təchizatşı Rəqəmsal hökumət fəaliyyəti çərçivəsində müxtəlif kommunikasiya kanallarında məlumatların yerləşdirilməsi; Rəqəmsal hökumət fəaliyyəti çərçivəsində məlumatlılığın təmin edilməsi məqsədilə video-çarxların yerləşdirilməsi; Bakı şəhərində avtobusların (Bakubus, Otokar, ISUZU, BMC) üzərində rəqəmsal hökumət həlləri ilə bağlı məlumatların ikitərəfli olaraq yerləşdirilməsi (çap, quraşdırılma daxil), Regionlarda, insan axınının yüksək olduğu yerlərdə məlumatların rəqəmsal bilbordlarda yerləşdirilməsi və s. kimi işləri yerinə yetirməlidir. Bəs təchizatşının bu işləri yerinə yetirmək üçün peşəkar dizaynerləri, video-çarxların hazırlanması üçün peşəkar mütəxəsisləri varmı?Yoxsa təchisatşı bu mütəxəsisləri kənardan cəlb edəcək?

O cümlədən Agentliyin 912.449,16 manat məbləğində satınalma müqaviləsi bağladığı müsabiqənin şərtlərində təchizatşı Bakı şəhərində 1-ci zonada 5 ulduzlu oteldə 300 nəfərlik (minumum 1000 kv) qapalı zalın icarəsi (tam günlük), 20 kv.m P3.9 tipli LED monitorun icarəsi. Agentlik daxili tədbirlər üçün (çatdırılma, quraşdırılma və idarəetmə daxil), Tədbir iştirakçıları üçün tədbir keçirilən məkanda şam yeməyi (seçim üçün 3-5 avropa və milli mətbəxə dair menu çeşidi) Tələb olunan bütün xidmət xərcləri, ofisiantlar, avadanlıqlar, ləvazimatlar və sairlər nəzərə alənmaqla – Qeyd: tədbir oteldən kənar məkanlarda da təşkil edilə bilər; Aparıcıya ödənilən xidmət haqqı – ingilis və türk dillərində, İKT sahəsinə aid əhəmiyyətli tədbirlərdə aparıcı qismində iştirak etmiş və dövlət tədbirlərinə dair portfolioya sahib olan- kimi işləri yerinə yetirməlidir. Təbii ki, təchizatşının bu işləri də yerinə yetirmək üçün mütəxəsisləri yoxdur və hamısını kənardan cəlb edəcək?

Bunlar isə dövlət vəsitlərinin israf olunmasına gətirib çıxaracaq. Amma qanun dövlət satınalmalarında maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsini tələb edir. Bu “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində də öz əksini tapıb.

Bunlardan əlavə “ELVİ.M.M. SERVİCES GROUP” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə 25.11.2024-cü ildən etibarsız təchizatçıların siyahısına daxil edilib.

Qeyd edək ki, media yerləşdirilməsi xidmətlərinin satın alınması üzrə keçirilmiş tender 23.11.2024-cü ildə, tədbirlərin təşkili xidmətlərinin satın alınması üzrə keçirilmiş tender isə 07.11.2024-cü ildə yekunlaşıb. Qanunun tələb etdiyi gözləmə müddətində isə “ELVİ.M.M. SERVİCES GROUP” MMC etibarsız təchizatçıların siyahısına salınıb. Bu zaman Agentliyin Satınalma Komissiyası Nəzarət Orqanının Qərarını nəzərə alıb satınalmanı ləgv edə və yaxud da yenidən təşkil olunması üçün Nəzarət Orqanını müraciət edə bilərdimi? Amma göründüyü kimi Agentliyin Satınalma Komissiyası bununla bağlı heç bir tədbir görməmiş, əksinə ümumi olaraq 2 756 641 manat dövlət vəsaitini dövlətin etibarsız hesab etdiyi təchizatçıya etibar etmişdir.

Qeyd edək ki, “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi”nin satınalmalarda yol verdiyi bu kimi şübhəli məqamlara aydınlıq gətirilməsi məqsədi ilə qurumun Satınalma Komissiyasına ünvanladığımız sorğu cavabsız qaldı. Belə ki, Agentliyin satınalmalar üzrə baş mütəxəssisi Rüstəm İsgəndərovla telefon əlaqəsi yaratdıq. O, sorğuya nə cavab, nə də şərh vermək istəmədiyini bildirdi. Qeyd olunanları böhtan adlandıran baş mütəxəssis bir az da qabağa gedərək məlumatlar dərc ediləcəyi təqdirdə cavab verməli olacağımızı da söylədi.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılmışdır. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin əmrinə əsasən 28 noyabr 2023-cü ildən Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsi İnarə Vəliyeva həvale edilib. O, 2021-ci ilin oktyabr ayından Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edirdi.

Aktualinfo.org
 
Ardını oxu...
Sumqayıtda 17 yaşlı oğlanın faciəli ölümünün bəzi detalları məlum olub.

Baku TV xəbər verir ki, hadisə Bakı-Quba yolunda yerləşən "Qızlar Bulağı" kafesində qeydə alınıb.

Masallı rayonunun Boradigah qəsəbəsindən buraya istirahətə gələn gəncin dəm qazından boğularaq öldüyü bildirilir.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, dünən hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyində əməliyyat keçirib və 6 nəfər vəzifəli şəxs saxlanılıb. Hələlik onlardan yalnız birinin kim olduğu bəllidir. Həmin şəxs adı son günlərdə saxta setifikat məsələsi ilə bağlı gündəmə gələn nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.

Rəsmi açıqlama olmadığından daha hansı vəzifəli şəxsərin saxlanıldığı bəlli deyil. Ancaq nəzər alsaq ki, hazırkı həbslər bir müddət əvvəl Baş Prokurorluq və DİN-in saxta plastik cərrahlarla bağlı araşdırması çərçivəsində baş tutub, o zaman saxlanılanlar arasında nazirlikdə və ona tabeli qurumlarda məhz bu sahəyə cavabdeh olanların, eləcə də Sertifikasiya Komissiyasının üzvlərinin ola biləcəyini ehtimal etmək mümkündür.

Bu sırada ağıla gələn ilk isim Səhiyyə nazirinin müavini İlqar Qasımovdur. Səhiyyə Nazirliyi ilə bağlı yayılan əksər qalmaqallı məsələlərdə - mübahisəli kadr təyinatları, şübhəli tender əməliyyatları və nəhayət, sertifkasiya işlərinə onun rəhbərlik etdiyi bildirilir. Ona görə də aparılan əməliyyatlarda İlqar Qasımovun kənarda qalacağı inandırıcı deyil.

Məsələ burasındadır ki, Azərbaycanda son 14 ildə müxtəlif sahələrdən olan həkimlərə plastik cərrah sertifikatının verilməsi prosedurunun necə həyata keçirilməsi müəmmalarla doludur. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 18 mart 2010-cu ildə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edib (https://e-qanun.az/framework/19507). Bu qaydaların təsdiqindən sonra hansısa həkimin kurs bitirməklə plastik cərrah olmasına rəsmən qadağa qoyulub.

Ancaq buna baxmayaraq, həmin tarixdən sonra da plastik cərrahlara Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikatlar verilməkdə davam edib. Bəzi plastik cərrahların sosial şəbəkədə paylaşdıqları sertifikatlar da bunu təsdiq edir. Maraqlıdır, 2010-cu ildə Həkimləri Təkmilləşdirmə İnstitunda plastik cərrahlar üçün kursların qadağan edilməsindən sonra Sertifikasiya Komissiyası hansı əsasla müxtəlif sahə həkimlərinə plastik cərrah sertifikatı verib? İlqar Qasımov, eləcə də digər vəzifəli şəxslər bu sertifikatları imzalayarkən, qanunvericiliyin tələblərinə əməl ediblərmi? Həmin həkimlər doğrudan da rezidentura təhsili aldıqdan sonra sertifikat əldə ediblər, yoxsa bu məsələdə də ciddi saxtakarlığa yol verilib? Bu sualların cavabı hələ də açıq qalıb.

Ancaq faktiki olaraq, son 14 ildə yüzlərlə həkimə plastik cərrahiyə ilə məşğul olmaq icazəsi verilib. 2019 və 2020-ci illərdə plastik cərrahlara verilən sertifikatlardan isə aydın olur ki, hazırda saxlanılan Səidə Rüstəmova bu sənədləri Sertifikasiya Şurasının katibi kimi imzalayıb. Sədr kimi isə 2019-cu ildə həmin sertifikatları Səhiyyə nazirinin hazırkı müavini, o zaman isə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışan İlqar Qasımov imzalayıb. Halbuki belə səbnədlər nazir və ya nazir müavini səviyyəsində imzalanmalıdır. Ancaq İlqar Qasımov nazir müavini vəzifəsinə 2022-ci ilə təyin edilib.

Bəlkə düşünmək olardı ki, həmin vaxt, yəni 2019-cu ildə o, Sertifkasiya Şurasının sədri olub. Amma heç bir mənbədə onun bu komissiyanın sədri olması barədə məlumata rast gəlmək mümükün deyil.

Axar.az xəbər verir ki, Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun dosenti, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyev Bakupost.az-a açıqlamasında bildirib ki, İ.Qasımov heç vaxt bu komissiyanın sədri olmayıb:

"İlqar müəllin heç vaxt sertifikasiya komissiyasınən sədri olmayıb. O nazir müavinidir və sertikata nazir müavini kimi qol çəkir. Seftifikatları komissiya hazırlayır, verir Səhiyyə Naziliyinə, nazirlikdə isə ya nazir, ya da onun müavini imzalayır. Sertifikatları imzalamaq İlqar müəllimə həvalə olunub".

Göründüyü kimi, İlqar Qasımov nazir müavini olduqdan sonra sertifikatların hazırlanması və imzalanması birbaşa ona həvalə olunub. Amma o, nazir müavini təyin olunmazdan əvvəl də bu işlərlə məğul olub. Bu necə baş verib? Bəlli deyil. Bəlli olan isə odur ki, əgər bu istiqamətdə əməliyyatlar keçirilirsə, İlqar Qasımovun kənarda qalacağı az ehtimal olunandır.

Daha ziddiyətli bir məqam isə Komissiyanın adi ilə bağlıdır. Belə ki, Səhiyyə Nazirliyinin sayıtında sertifikasiyaya cavabdeh qurumun adı "Sertifikasiya Komissiyası" kimi gedir, verilən sertifikatlarda isə "Sertifikasiya Şurası" sözləri keçir.
 
Ardını oxu...
Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşları həbs edilib. Tutulanlar qanunsuz plastik cərrahiyyə əməliyyatlarının aparılması üçün saxta sertifikatlar təqdim etməkdə şübhəli bilinir.

Musavat.com xəbər verir ki, tutulan 6 şəxsdən biri saxta sertifikatlarla bağlı qalmaqallı yazılarda adı çəkilən Kadrlar, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.

Araşdırma yazılarında adı keçən digər şəxslərin də, o cümlədən səhiyyə nazirinin müavini İlqar Qasımovun həbs ediləcəyi iddia olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidməti “məsələ ilə bağlı bəyanat veriləcəyini” açıqlayıb.

Xatırladaq ki, dekabr 12-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti qanunsuz plastik əməliyyatlarla bağlı mətbuatda yayılan və 1 xəstənin ölümünə səbəb olan məlumatlara əsasən araşdırma başladığını açıqlayıb.

Bu ilin noyabrında isə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova yaxın qohumunun Bakıda fəaliyyət göstərən plastik cərrahların qurbanı olduğunu açıqlayıb. Jurnalist saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alanların adlı siyahısını “Azərbaycanın Estetik Cərrahiyyəsinin üzü - Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı” qeydi ilə yayımlayıb:

“2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır: bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?

Cavab sadədir, əziz oxucu. Səhiyyə Nazirliyinə bir “səmimi” rüşvət - düz 30 min manat! ödəyib “möcüzəvi şəkildə” ixtisas dəyişdirmək mümkündür. 30 min manata nazirlik dövlətin möhür və imzasını belə “hədiyyə” edir. Nə deyək, məbləğ o qədər “ucuzdur” ki, insanın az qala ürəyi ağrıyır. Bu möhtəşəm sertifikatın qiymətini niyə 500 min manat etməyiblər? Axı, peşəkar fırıldaqlar daha bahalı olmalıdır, elə deyilmi?

Əlbəttə, saxta cərrahlarımız da özlərini daha inandırıcı göstərmək üçün xaricdə qısamüddətli kurslara qatılırlar. Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “Beynəlxalq sertifikatlı estetik cərrah” olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni istəsəniz, siz də gedib orada oturub “beynəlxalq mütəxəssis” kimi özünüzü hiss edə bilərsiniz! Nə gözəl bir dünya, deyilmi?

Siyahını yaymaqda məqsədim heç kimi gözdən salmaq deyil. İstəyirəm, insanlarımız belə “müasir” və “asan” yolla estetik cərrah olan həkimlərə aldanmasın. Əgər əməliyyat etdirmək istəyirsinizsə, seçdiyiniz həkimin təhsilini və peşəkarlığını diqqətlə araşdırın. Axı, sağlamlığınız ucuz saxta sertifikatlardan daha qiymətlidir, elə deyil? Hə, sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”.

Qənirə Ataşovanın yaydığı siyahını təqdim edirik:

Saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alanların SİYAHISI

1. İsmayılova İnarə Azər qızı AH N039732 – Məlhəm Klinikası

2. Babayev Rövşən Vahid oğlu AH N039707 - Referans Estetik Mərkəz

3. Əmiraslan Əmiraslanov Rəsim oğlu AH N053249 - International Medical Center

4. Svetlana İbadullayevə Suleyman Q. Şahadətname No: 2491 Referans Estetik Mərkəz

5. Səkinə Xudiyeva Fərmayil qızı AH N045184 - Badam Medical Center Plastik Cərrah_Sakina_Xudiyeva

6. Vüsal Abdullayev - Badam Medical Center

7. Seymur Məmmədov İlqar Sertifikat AH N-052506 - Vımay Medical Center

8. Sevinc Heydərova Abısalam qızı - Respublika Diaqnostika Mərkəzi ATU 2003-2009 Dr.Sevinc.Heyderova

9. Elvira Rəhmanzadə Hüseyn qızı Sert: AH N047401 - National Prime Hospital Dr. Raxmanzade"

10. Hüseynzadə Əlif Hüseyn oğlu - National Prime Hospital Dr. Alifplast

11. Magamed Polukhov Xanlar oğlu AH N037747 - Funda Hospital Dr. Poluxov_m

12. Rabil Osmanov Üzeyir oğlu AH N045587 - Mercan Klinik Dr. Rabil_Osmanov

13. Elçin Ələsgərov Rəsim oğlu AH N047463 - Məlhəm Hospital

14. Mais Nəzərov Vaqif oğlu AH N044050 - Artromed Tibb Mərkəzi Dr_Nazarov_Mais

15. Pərviz Əhmədov Nizami oğlu - Badam Medical Center

16. Mirəzi Zaidov - HTC Cliniva Hospital, 08.04.1968

17. Taleh Huseynzade Azad oğlu 1992 DrTalehPlast

18. Günəş Piriyeva Abuzər qızı - Kəpəz Hospital İxtisası uzi həkimidir Dr GuneshPiriyeva

19. Hacı Kazımlı İlham oğlu - A Medical Hospital Dr.Hacı_Kazımlı

20. İbrahimov Famil Namiq oğlu 1991 - Laser Beauty Clinic VIP Dr Familİbrahimoff

21. Qüdrət Orucov Rəsim oğlu 1990 - laser Beauty Clinic Op Dr QudretOrucov

22. Əhmədova Asiman Yaşar qızı - LBC (Laser Beauty Clinic) Dr.Asiman.Ahmadova

23. Ulviyye Ağazadə Allahverən qızı 1993 Azər-Türk Med Klinika Dr.Ulviyya.Z.Agazada

24. Bağırova Sevinc Əziz qızı - Sonamed Klinikası; Dr.Sevinc.Bağırova

25. İsmayılova Xəyalə Uğur Estetik Mərkəz Ugur_Estetk_Merkezi777

26. İbrahimbəyli Bayram Vaqif oğlu - Dream Smile Diş Klinikası 30.05.1985; Dr.İbrahimbəyli

27. Əmiraslanlı Bəxtiyar Ramazan oğlu - Unikal Klinika Dr.Baxtiyar_Amiraslanlı

28. Elnur Mehrəli Khalid oğlu 1984 - Yasamal Hospital Dr.ElnurMehrali

29. Qarayev Erkin Əli oğlu - Medaura Klinika Erkin_Doctor Dr_Erkİn_Qarayev

30. İbrahimova Günel Vahid qızı

31. Könül Ağamirova Əlifərid qızı - Milan VIP Hospital DrKonulAgamirova

32. Billurə Məmmədova Medicare Klinikası

33. Natəvan Əmirova Süleyman qızı - Laser Beauty Clinic Neapol Dr.N.Amirova

34. Nazlı Babayeva Dr_.Nazli

35. Nurlan Həsənli Medaura Clinic Dr.Nurlan_Hesenli

36. Rəvan Cəfərli İsaq oğlu 09.01.1996 Medika Hospital

37. Rüstəm Nəsibov Süleyman oğlu 09.07.1990 - Referans Estetik Mərkəzi

38. Elnur Rzayev А-Medical Hospitalda (Azərtürk) Dr.Rzayev_E

39. Şahin Əsgərov Mediland Hospital Dr.Sahin_Esgerov

40. Samiq Qurbanov А-Medical Hospital Dr.Samiq_Qurbanov

41. Sövkət Əliyeva Rüstəmzal qızı - Azər-Türk Med Klinika Cərrah_Shovket.Aliyeva

42. Türkan Şəfiyeva Mehman qızı - Caspian Hospital Op.Dr.Turkan_Shafiyeva

43. Elnara Quliyeva Dr.Elnara.Khulieva

44. Dr. Siruz Qəzənfərov Rinoplastika.SiruzQezenferov

45. Gülnar Səfərəliyeva Rəsim qızı 16.04.1986 Kraton Klinik Op.Dr.Gulnar_Safaraliyeva

46. Firuzə Rəcəbisaq Elmed Klinikası 0552388810

47. Gündüz Bayram İlham oğlu 05.06.1984 Dr.GunduzBayram.Official (Diş Həkimi)

48. Şəbnəm Əliyeva Dr.Shebnem_Alieva

49. Vəfa Gündoğan Dr.Vefa.Gundogan

Musavat.com-un əməkdaşı siyahıdan ixtiyari bir ad seçməklə “Google” axtarış sisteminə daxil edib. Siyahıda adı olan Könül Ağamirovadan şikayətçi Nailə Əliyeva hələ 2020-ci ildə mətbuata üz tutaraq aldadıldığını açıqlayıb.

Onun şikayətini olduğu kimi təqdim edirik:

“Mən Əliyeva Nailə Zakir qızı estetik cərrah Könül Ağamirovanın instaqram səhifəsindəki reklamının qurbanı oldum. Reklamlarına aldanaraq “Milan Vip Hospital”a sinə kiçiltmə, liposaksiya əməliyyatı üçün müraciət etdim. Estetik cərrah Könül Ağamirova məndən 3700 AZN qarşılığında bu əməliyyatı yüksək səviyyədə keçirəcəyini bildirdi. 3700 AZN ödədikdən sonra 12 may 2020-ci ildə bu əməliyyata alındım. 8 saat cərrahi stolda narkoz altında əməliyyatda oldum. Lakin bir müddətdən sonra estetik əməliyyatımda heç bir dəyişiklik hiss etmədim, Könül Ağamirova ilə əlaqə saxlasam da, mənə müxtəlif bəhanələr gətirərək 2-3 ay müddətində effektini hiss edəcəyimi bildirdi. Aylar keçsə də, heç bir dəyişiklik hiss olunmadı. Ödənişimi geri istəsəm də, müxtəlif bəhanələr gətirərək mənə yenidən ikinci əməliyyatı keçirməyimi təklif etdi, “əgər alınmasa, ödənişini geri qaytaracam” dedi. Mən isə razı olmadım, pulumun geri qaytarılmasını tələb etsəm də, mənə süni bəhanələr, hədə-qorxular gəlinir, hətta “Milan Vip Hospital”ın baş həkimi də məni qəbul etməkdən imtina edir.

Bildirmək istəyirəm ki, vətəndaşlarımız bu cür qeyri-peşəkar estetik cərrah Könül Ağamirovanın qurbanına çevrilməsinlər. Əks halda mənim ödənişim geri qaytarılmasa, məhkəmə orqanlarına şikayət edib təzminat tələb edəcəm. Bildirmək istəyirəm ki, “Milan Vip Hospital”da mənə qəbz belə verməkdən imtina ediblər. Düşünürəm ki, bu da vergidən yayınmağın bir növüdür”.

Xatırladaq ki, sosial şəbəkələrdə Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva estetik cərrah Könül Ağamirovanı sərt tənqid edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam edir.

Musavat.com xəbər verir ki, cinayət işini araşdıran tərkibdə hakim Siyavuş Hacıyev qəfil vəfat etdiyindən tərkibə yeni hakim daxil edilib.

Bu səbəbdən məhkəmə araşdırmaları təzələnib. Hazırda iş üzrə zərərçəkənlərin yenidən dindirilməsi həyata keçirilir.

Tahir Qədəşov ötən iki prosesdə də şahid qismində dindirilib. Hakim qarşısına onun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları Tahir Qədəşova “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir.

Tahir Qədəşov məhkəmədə ifadə verərkən deyib ki, “Atlant” mənfəət gətirməyib, ziyanla işləyib. Lakin çıxışının davamında məlum olub ki, “Atlant”da illik 10 milyona yaxın gəlir əldə olunur. Tahir Qədəşov həmin gəlirlərin banklardan alınmış kreditlərə yönəldiyini bildirib. Nofəl Hacıyevin vəkili “Atlant”da müvəkkilinin 40 faiz payı ilə bağlı Tahir Qədəşova sual verib. Qədəşov suala ümumi cavab verib, bildirib ki, Nofəl Hacıyev ildə iki dəfə “Atlant”a gəlib-gedib. Deyib ki, Nofəl Hacıyev şərik olsaydı, “Atlant”a ildə iki dəfə deyil, daha çox gələrdi. Hakim Nofəl Hacıyevdən Tahir Qədəşovun sualına cavab veriməsini istəyib.

Nofəl Hacıyev bildirib ki, “Atlant”ın təməli qoyulandan o və komandası orada olub:

- Telekanallardan birinə müsahibəsində deyir ki, mən onunla qohum olana qədər imkansız olmuşam. Övladlarıma da demişəm, mən 88-ci ildə geyindiyim kostyumları, dublyonkanı, plaşı...

Hakim müdaxilə edərək bu məsələnin işə aidiyyəti olmadığını bildirib:

- Sizin nə geyindiyinizin bu işə nə dəxli var?

Müttəhim:

- Mən gecə-gündüz orada işləmişəm.

- 1 dəqiqə dayanın. Siz Bakıya 1 pencəklə gəlib milyoner olmusunuz.

Bunun məsələyə nə dəxli var? Konkret araşdırılan cinayət işi üzrə danışın! Sizə konkret ittiham irəli sürülüb ki, 2018-2022-ci illərdə aldığınız pulları dələduzluq yolu ilə ələ keçirmisiniz. 171 nəfərdən 115 nəfərindən pul almısınız.

- Həmin pulları hara yönləndirmisiniz?

- Mən “Atlant”da şərik olmuşam. Həm Bakıdakı, həm Sumqayıtdakı tikintidən aldığım pulları da ora yönləndirmişəm.

- Sumqayıtda hansı tikintidir?

- “Halal” MTK-da mənim 33 faiz payım var. Təsisçisi və 33 faiz payın sahibi Tahir müəllimdir, 33 faizi də Ağaşirinov Şamxalındır.

- Ötən prosesdə dediniz ki, bəzi şəxslərin pulunu qaytarmısınız. Kimlərdir həmin şəxslər?

- Qoy bunu Tahir müəllim desin. Əgər şəriklik yoxdursa, “Təbriz” MTK-dan ev alan vətəndaşlardan bir qisminin pulları qaytarılıb. Pulların bir qismini Tahir müəllim qaytarıb. Əgər şərik deyildiksə, niyə o pulları qaytarırdı? Tahir müəllim, əgər mən şərik olmamışamsa, “Atlant”da o kotlavanları kim qazdırıb? 3 manata kvadratı beton tökdürmüşəm. Orada 150 nəfər işçi işləyib. 2 nəfər dünyasını dəyişib o adamlardan. Qalanları sağdır axı.

- Hacıyev, dayandır. Konkret suala cavab ver - sizinlə bərabər 115 nəfərin aldadılmasında kimlər iştirak edib?

- Tahir müəllimlə ikimiz “Təbriz” MTK-da olmuşuq.

- Dayan, sualı başa düşdünüz? 115 nəfərin aldadılmasında sizinlə bərabər kimlər iştirak edib? Pulu kiminlə bölmüsünüz?

- Qədəşov Tahir. Başqa kim ola bilər? Bu kişi kooperativin sədri olub. Orada 3-cü şəxs iştirak etməyib.

Bundan sonra Tahir Qədəşova bir neçə zərərçəkənlər sual verib.

Zərərçəkənlərdən Məmmədəli İsmayılov Tahir Qədəşova sual verib.

Bildirib ki, iş üzrə ona 98 min manat zərər dəyib:

- Mən 2002-ci ildən dəyirmanın yanındakı 6 mərtəbəli binada oluram. Mən 10 dəfə Nofəl Hacıyevin yanına adam aparmışam. Rusiyadan gəlib mağaza, ev almaq istəyənlər olub. Orada sizi görməmişəm. Alıb-satan, bütün işləri görən kimi Nofəl Hacıyevi tanımışam. Siz orada yaxşı pullar qazanmısız. Oradakı binadan xoşunuza gələn xanımlara ev bağışlamısınız. Ailəsi olanları var, adlarını çəkmirəm.

Necə oldu ki, qazananda siz MTK sahibi olursuz, ziyana düşəndə Nofəl Hacıyevi qabağa verirsiz?

Tahir Qədəşov:

- Siz məni tanıyırsınız? Bir dəfə salam vermisiz?

Hakim:

- Konkret sualı olan zərərçəkən varmı?

Zaldan zərərçəkənlərdən biri deyir ki, Tahir Qədəşov suallara konkret cavab verməkdən yayınır.

Hakim konkret sualı olan zərərçəkənlərdən tribunaya yaxınlaşmasını istəyib.

Nofəl Hacıyev deyib ki, Tahir Qədəşov “Atlant”da qazanc olmadığını deyir, bir tərəfdən də orada tikinti aparılmasını inkar etmir. Belədirsə, qazanc yoxdursa, “Atlant”a 40 milyon manat hansı hesabdan qoyulub? Haradan ödənilib? Mənə özü şəxsən deyib ki, bankdan kredit götürürəm ki, kənardan baxanlar elə düşünsünlər ki, “Atlant”ı kreditlə tikirik. Mən 10 il susmuşam, danışmamışam, daha susmayacağam.

Bir neçə müqavilə araşdırılıb və zərərçəkənlərin fikirləri dinlənilib.

Müttəhim Nofəl Hacıyev də fikirlərini açıqlayıb:

- Ötən dəfə Tahir müəllimə 3 sual verdim. Birincisi alınan kreditlərlə əlaqəli idi. Kreditlər götürüləndə “Atlant”da vəziyyət başqa cür idi. Materiallara borclar vardı, özünün şəxsi borcları vardı. Tahir müəllim, siz həyətdə oturduğunuz ofisi, 2200 qeyri-yaşayış sahəsini 2 milyon 300 min manata satdınız.

Niyə “Accessbank”ın borcunu ödəmirdiz? Söhbət “Təbriz”, “Halal” və “Ruslan” MTK-lardan gedir. Qardaşı Mamed müəllim də orada MTK-da sədr olub. Onun 1 sənəddə imzası varsa, sorğu verin alın, mən də əlimi geri çəkirəm. Elşad baş mühasib olub orada. Ötən dəfə də tələb etdim. Qara mühasibatlığı gətirin bura. Bütün binalarda bloklar ayrı-ayrılıqda yazılıb, hər il dekabrın 31-də “otçot” eləmişik. Elşadı işdən çıxardız. 18-ci ildən 21-ci ilə qədər olan bütün “otçot”lar kameraya düşüb. Maşın-maşın sənədləri daşıyıb apardız. Niyə sənədləri itirmisiz? Burada yalandan deyir ki, guya mən “Atlant”da ildə iki dəfə olmuşam. Orada 5 sürücü olub. Onlar da şahiddirlər. Oradakı işçilərdən soruşun, öyrənin ki, onlara əməkhaqqını kim paylayıb? Dəfələrlə ən müxtəlif şəxslərdən pul almışam oraya görə.

Həyətdəki 2200 kvadratlıq qeyri-yaşayış sexini satıb gedib Sabunçu xəstəxanası yanında araq sexi almadın? Ayıb deyil? Mənim ailəmlə işin olmasın! Mənim uşaqlarımı şantaj edirsən. Müraciət edirəm ki, uşaqlarımın təhlükəsizliyi təmin olunsun. Mən bu adamdan hər şey gözləyirəm. “Təbriz” MTK-da 50 min kvadrat ev, qeyri-yaşayış sahəsinin müqaviləsinə kim qol çəkib? Təhvil-təslimi mən etmişəm. “Halal” MTK-da binanın 8-ci mərtəbəsində tikinti dayanmışdı. Mən canımı vermişəm bu işlərə. Bəzi şayiələrə, şeytan olub zəhər verənlərə inanırsız.

Hakim:

- Hacıyev, sizin işinizə baxırıq, Qədəşovun işinə baxmırıq.

- “Təbriz” MTK-ya, “Halal” MTK-ya sorğu göndərilməlidir. Qoy aydınlaşsın ki, sənədlərə kim imza atıb? Möhür kimdə olub? Pullar kimdə olub? Pullar kimə verilib? Mən qara mühasibatlığı tələb edirəm! Baş mühasib bura gəlsin. 5 blok, qeyri-yayış, yaşayış, yaşayış-mansard satılıb və 15 milyon 900 min manat xalis gəlir olub. Hələ mən ən aşağı qiymətlə hesablamışam. Məndə bütün hesabatlar var. Ötən dəfə dedim, adam var 2007-ci ildə 1 milyon manatlıq armatur verib, 2012-yə qədər pulunu ödəyə bilmədim.

Ona evlər verdim, evlər də gəlib bu vəziyyətə düşdü. Mənim armatur, beton əvəzi verdiyim evləri siz götürüb satmısınız! 3-cü blokda 1500 kvadrat qeyri-yaşayış saxlamışdım bu borc-xərci ödəmək üçün. Kimə satdız onu? İndi ora “Bravo” marketdir. Ora kimin imzası ilə məndən xəbərsiz satılıb? Suallarım çoxdur.

“Bərəkətli” MMC-nin 8 hektar torpağı var. Oranı kim və neçənci ildə özəlləşdirib? “Bərəkətli” MMC-nin direktoru mən ola-ola oranı 3 milyona kimin imzası ilə satmısan? 10 dəfə adam gətirdim, yalvardım ki, sataq, borcları bağlayaq. Dedin ki, ora mənim cavanlığımdır, oranı sata bilmərəm, ora qalacaq. Özəlləşdirəndən sona oradakı parnikləri, quş damlarını yerlə-bir etdilər. Ramanada yerləşirdi. “Aynur” MMC-nin 5 hektarını satdınız. Borcdan 1 manat ödədiz?

“Təbriz” MTK-da rəsmi şərik olmuşuq. Bütün işçilər, qonşular şahiddir, mən Nofəl gecə-gündüz orada işləmişəm, tikintidə olmuşam. Mən Allah qarşısında, bu camaatın qarşısında deyirəm, mənim “Təbriz”, “Halal” və “Ruslan” MTK-lardakı payıma düşən pulu verin, mən də bu camaatın evini tikim təhvil verim. Oranı hansı yuvaya döndərdiyinizi də qəşəng bilirsiniz! İnsan alveri idarəsinə sizə görə dəfələrlə getmişəm. Niyə görə? Hər ay 1 milyon, 1 milyon 300 min rəsmi gəliri olub bu adamın. Hər dəfə də başımın altına yastıq qoyub. Özünü də, qardaşını da Kürdəxanıya yanıma çağırdım, dedim ki, düşdüyümüz vəziyyətdən çıxış yolu var.

Camaatın pulunu da verərik, evi də tikib təhvil verərik, “Atlant” da qalacaq. Siz isə qərəzçiliyə keçdiz. Mənimsə sizlə düşmənçiliyim yoxdur. Siz bu pulları oraya çıxarın. “Təbriz”in, “Halal”ın pulları “Atlant”dadır. İbtidai istintaq zamanı da xahiş etdim ki, məni Tahir müəllimlə görüşdürsünlər. Dedilər ki, Tahir müəllim gəlmir. Mən ömür boyu bu adamın qulluğunda olmuşam. Məni bu cinayət bu adam sürükləyib. Qeyd edək ki, hazırda “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev həbsdədir.

O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər.

Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub.

İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər.

Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib.

Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.

“Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.

Xatırladaq ki, ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.

Proses yanvarın 16-da davam etdiriləcək.
 
Ardını oxu...
Bu gün, dekabrın 24-ü Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ali təhsil alıb.

1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini əldə edən İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkisi isə de-fakto Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilib. Seçkilərdə seçici fəallığı 76,43 faiz olub. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, İlham Əliyev Azərbaycan dövlətinin Prezidenti seçildikdən sonra Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək, ölkə qarşısında duran bir çox məsələlərin həllinə nail oldu: “Azərbaycan özünün müstəqil daxili və xarici siyasətini ortaya qoydu, dövlətimizin dünya birliyində layiqli yer tutmasına nail oldu. Eyni zamanda Ermənistanın Azərbaycanın topraqlarının işğalından irəli gələn problemlərin həlli ilə bağlı çox ciddi surətdə məşğul olmağa başladı, silahlı qüvvələrimiz gücləndirildi, müasir silahlarla təchiz edildi və Azərbaycanın hərbi qüdrəti keçmiş Dağlıq Qarabağ probleminin həllində əhəmiyyətli rol oynadı. Həm ordu quruculuğunda, həm iqtisadi sahədəki müsbət nəticələr, eyni zamanda beynəlxalq birlikdə Qarabağ həqiqətlərinin əsasən qəbul edilməsi 44 günlük Vətən müharibəsində, sonra isə bir günlük antiterror əməliyyatında suverenliyimizin bərpa edilməsinə gətirib çıxardı. İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi dəfələrlə artdı”.

A.Mirzəzadə vurğuladı ki, İlham Əliyev uzaqgörən siyasəti sayəsində beynəlxalq birlikdə eşidilən və fəaliyyəti izlənilən siyasi lider kimi qəbul edilib: “Cənab İlham Əliyevin ən böyük uğurlarından biri isə Azərbaycanda milli birliyin möhkəmləndirilməsi, xalq-iqtidar birliyinə nail olmasıdır. İlham Əliyev xalqın içindən çıxmış dəyərli vətəndaşdır. O, cəmiyyətin problemlərini bilir. Eyni zamanda bu problemlərin həllinə dair çox aydın proqramlara malikdir. Bunun sayəsində problemlər həllini tapır. Bu gün Azərbaycan vətəndaşı təhlükəsiz mühitdə yaşayır. Azərbaycan vətəndaşı bütün demokratik hüquq və azadlıqlara malikdir. Müasir tələblərə cavab verən təhsil, səhiyyə sistemi formalaşıb. Azərbaycan infrastrukturu yenidən qurulub. Azərbaycan mədəniyyət və incəsənətinin inkişafına çox böyük diqqət ayrılır. Azərbaycan bu gün beynəlxalq aləmdə çox fəal, konstruktiv rol oynayan aktorlardan biridir. Cənab Prezidentin fəaliyyəti nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri seçildi. Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına uğurla rəhbərlik etdi. Cənab Prezident Azərbaycanın D-8 kimi nüfuzlu beynəlxalq təşkilata üzv seçilməsinə nail oldu. Azərbaycan BRİCS-də gələcək üzv kimi çox hörmətlə qarşılanır. Və Azərbaycan vətəndaşı bu gün Cənab İlham Əliyevin timsalında özünün problemlərini həll edən, onu layiqincə təmsil edən, mənsub olduğu dövləti qüdrətləndirən lider görür. Ad günündə cənab İlham Əliyevi təbrik edir, böyük uğurlar arzu edirik, ona inandığımızı bildiririk. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq”.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, Milli Məclisin deputatı Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a şərhində Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərinə diqqət çəkdi: “Liderlik, sadəcə, pərdəarxası oyunlar, manevrlər, bir çox halda isə təsadüflər nəticəsində siyasi proseslərin ön cərgəsinə çıxmaq bacarığı, yaxud imkanı deyil, daha çox öz xalqının maraqlarını sonuna qədər, qətiyyətlə, bir addım geriyə çəkilmədən, dəmir məntiqə, iti zəkaya əsaslanaraq müdafiə etməkdir. Eyni zamanda istibdadın, zülmün, neokolonializmin məngənəsində sıxılan xalqların hüquq və azadlıqlarını qorumaq, başqalarına münasibətdə də ədalətli olmaq məharətidir. Siyasi liderlərin cılızlaşdığı və bir çox halda, nəinki yönəltdikləri dövlətlərin, hətta təmsil etdikləri siyasi qrupların "sərhədlərini qorumaq" potensialına malik olmadığı, gücün ədalətə, istibdadın istiqbala meydan oxuduğu müasir dünyada belə şəxsiyyələrin sayı çox azdır. Hətta bir əlin barmaqlarının sayı qədər də deyil...

Məhz bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə yanaşı, dünyanın ədalətsiz düzənindən əzab çəkən, bu və ya digər səbəblərdən hüquq və azadlıqlarını açıq, cəsarətli və qətiyyətli bir şəkildə müdafiə edə bilməyən xalqların yanında olması, hətta onların rəhbərlərinin deyə bilmədiklərini yüksək məntiq və prinsipiallıqla dilə gətirməsi XXI əsr üçün özündə klassik liderlik ənənələri ilə çağdaş düşüncəni birləşdirən fenomenal liderlik nümunəsi kimi dəyərləndirilə bilər. Bu xüsusda, əsərlərinə tez-tez müraciət etdiyim böyük rus filosofu Nikolay Berdyayevin insan azadlığı ilə bağlı məqaləsindən gətirəcəyim kiçik bir iqtibasla fikirlərimi əsaslandırmaq istəyirəm. Nikolay Berdyayev yazır: “Azadlıq, ən dərin qatlarda hüquq deyil, vəzifədir, insanın tələb etdiyi yox, əsl insan olmaq üçün ondan tələb olunandır”.

Bəli, yalnız haqqın keşiyində dayandıqlarına əmin olanlar azadlığı ilk növbədə öz vəzifələri hesab edir və başqalarının azadlığı, hüquqları uğrunda yorulmadan, hətta qeyri-bərabər şəraitdə belə mübarizə apara, qalib gələ, tarixin axarını belə dəyişməyi bacarırlar.
İlham Əliyev Azərbaycanın Prezidenti seçildiyi gündən ölkəmizə qarşı həyata keçirilən saysız-hesabsız yalan və böhtan kampaniyaları, sabotaj, təhdid və təzyiqlərlə, ölkəmizin inkişafdan saxlanılmasına, “buyruq quluna” çevrilməsinə xidmət edən çoxsaylı ssenarilərin müəllifləri və icraçıları ilə mücadilə aparıb və qalib gəlib".

E.Mirzəbəyli Prezident İlham Əliyevin bir azərbaycanlı və bir övlad olaraq atasının və ataların vəsiyyətinin yerinə yetirilməsi istiqamətində bu gün sözlə ifadə edilməyəcək qədər çətin bir vəzifəni addım-addım, səbirlə, inadla, xalqını kataklizmlərdən, məhrumiyyətlərdən qoruyaraq yerinə yetirməyi bacardığını vurğuladı: “Geridə qalan zaman kəsiyində diplomatiya, iqtisadiyyat, ordu quruculuğu, mədəniyyət, idman və digər istiqamətlərdə həyata keçirilən siyasətin ayrı-ayrı detallarını incələdikcə, sözügedən sahələrdə atılan addımın Zəfər yürüşümüzün tərkib hissəsi olduğunu görə bilərik. Prezident İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan deyil, bütün dünya azərbaycanlılarının milli birliyini təmin edən, onları vahid Vətən ideyası altında birləşdirən, böyük hədəflərə doğru aparan, mənəvi yükü yüzillərə sığmayan tarixi bir missiyanın lideri, Qələbəmizin memarıdır. Bu baxımdan, Prezident İlham Əliyev böyük bir coğrafiyada zülmə məruz qalan, haqqı tapdanan, öz tarixi vətəninə, ana südü kimi halal torpağına, tarixinə, mədəniyyətinə və gələcəyinə sahiblənmək istəyən bütün xalqlar üçün liderlik nümunəsidir.

Bu gün dünyada, xüsusilə də yaşadığımız bölgədə baş verən hadisələr Azərbaycan xalqının azad və müstəqil yaşamaq istəyini, istiqlal ideallarını, dağlarına, çaylarına, bütövlükdə hər qarışına ad verdiyi, uğrunda canını, ömrünü fəda etdiyi torpaqlarına sahiblənmək kimi müstəsna haqqını qəbul edə bilməyən gizli-aşkar, yaxud gizlindən aşkara çıxan düşmənlərimizin xəyanətkar simalarını daha aydın görə bilərik. Ədalət hissini itirmiş, hiyləgər, məkrli düşmənlərin bitib tükənməyən tələlərindən sıyrılaraq dünya hərb tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq salnaməsini yazmaq, sadəcə, iti zəka, strateji düşüncə deyil, Vətəninə və xalqına nəhayətsiz sevgi, ideallarına sonsuz sədaqət, milli iradəyə söykənən qətiyyət və xalqını bir yumruq kimi birləşdirmək, səfərbər etmək bacarığı tələb edir.

Bizi təslimçi sülhə sövq etmək, meydanda tək qoymaq, hər cür dəstəkdən məhrum etmək istəyənlərin oyunlarını, Azərbaycan xalqının və dövlətinin müqavimətinin qırılmasına xidmət edən “rəngli inqilab” ssenariləri, milli birliyimizin pozulmasını, milli-mənəvi dəyərlərimizin sıradan çıxarılmasını hədəfləyən layihələri, “beşinci kolon”un xəyanətlərini və daha nələri... unutmamışıq. Bu günün yol ayrıcından geriyə baxanda, bütün bu ədalətsizliklərin, haqsızlıqların və xəyanətlərin fonunda, yalnız İlham Əliyevin İkinci Qarabağ savaşında əldə etdiyimiz Zəfərlə işıqlanan qalib və aydın obrazını görmək mümkündür.

Bütün bu təzyiqlərin əsas hədəfi isə Azərbaycanı inkişafdan saxlamaq, ölkəmizdə dirijor çubuğu, yaxud “fit”lə idarə olunan marionet idarəçilik rejimi formalaşdırmağa, dövlətimizi, ordumuzu gücləndirməyə və təbii ki, Qarabağımızı azad etməyə imkan verməməkdən ibarət idi...

Amma Azərbaycan öz liderinin qətiyyəti və ölkəmizin gələcəyi ilə bağlı aydın təsəvvürlərə, strateji baxış bucağına, konseptual yol xəritəsinə malik olması səbəbindən, üzərinə dünyanın dörd bir yanından hücum çəkən şərə, qaranlığa, ədalətsizliyə sinə gərməyi və bu qeyri-bərabər mücadilədə müzəffər olmağı bacardı. İndi bizi heç kim mühakimə edə bilməz. Çünki həm güclü, həm də haqlıyıq!"
 
Ardını oxu...
Xəbər verildiyi kimi, ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə “Metropoliten”ə yeni sədr təyin edilib. Həmin posta Vüsal Aslanov gətirilib.
Bildirək ki, Aslanov bu vəzifəyə qədər “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb. ADDYİ-nin keçmiş sədri Cavid Qurbanovun ən yaxın adamlarından biri olan sözgedən şəxsin, elə onun sayəsində yeni vəzifəyə sahibləndiyi güman edilir.
Maraqlıdır ki, Vüsal Aslanovun adı təkcə dəmiryolçu və nəqliyyat işçisi kimi çəkilmir. Açıq mənbələrdə onun bir müəddət mərc oyunlarına nəzarət etdiyi və bu işləməşğul olduğuna dair məlumatlar var. Məsələn, AzEuroNews.com saytı bu barədə yazır ki, hələ bir müddət əvvəl “TOPAZ”-ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkəti “Azerinteltek”dəki payını satışa çıxarıbmış. Belə ki, “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında (təxminən 38 milyon manat) “Baltech Investment LLC”-yə satıb. Sonradan məlum olub ki, “Baltech Investment LLC” əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri, hazırda nəqliyyat və rabitə nazirnin müavinin Cavid Qurbanova məxsus imiş.
Həmin məlumatda iddia olunur ki, “TOPAZ” mərc oyunlarına qeyri-rəsmi olaraq ADDYİ sədri olan zaman Cavid Qurbanovun müavini işləmiş Vüsal Aslanov nəzarət edib. Açıq mənbələrdəki məlumatlarda vurğulanır ki, Aslanov bir müddət “Azərinteltek” QSC-nin İdarə heyyətinin üzvü olub. Onun TOPAZ-a nəzarət etməsi isə 2010-2014-cü illər əhatə edib.
Amma qeyd edilən mənbələrdə Aslanovun bu işləri təkbaşına deyil, həmçinin həmin dövrdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini kimi çalışan Vəsilə Abdulova ilə birlikdə reallaşdırdığı vurğulanır.
Əgər bu məlumatlar realdırsa, o zaman aydın olan budur ki, Cavid Qurbanov təkcə müavinini deyil, həm də öz biznesini idarə edən şəxsi belə mühüm posta gətirilməsinə yardımçı olub. Rəsmi mərc oyunu olan TOPAZ-ı 4 il idarə edən Vüsal Aslanovun Metropolitenə hansı şəkildə idarə edə biləcəyi bir qədər qəribə görünür. Ümid edək ki, yeni sədr metropoliteni də TOPAZ kimi idarə etməyəcək.

tribunainfo.az
 

Dünyapress TV

Xəbər lenti