Ardını oxu...
 
 

 
"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan 2 nömrəli Baza Tibb Kollecində islahatlar aparılmalı,orada uzun illərdən bəri kök salmış "idarəçilik" sistemi yenilənməlidir.Bu artıq yeni çağırışlar konteksində tələbdir. Kollecdə çoxları bunu açıq bildirməyə çəkinsələr də, dəhlizlərdə gizlin də olsa dilə gətirilir, təhsil müəissəsinin direktoru Dilarə Məmmədəliyevanın dəyişdirilməli olduğu danışırlar". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir...

 

Məqalədə daha sonra bildirilir: "Hesab edilir ki,68 yaşının tamamına rəğmən direktor hələ də əvəzlənmir,hər il onunla yanvar ayının 29-na təsadüf edən ad günündən 3 gün sonra əmək müqaviləsi bağlanır.Bu səbəbdən təqaüd yaşını arxada qoyan Dilarə Məmmədəliyeva özündən aslı olmayan şəkildə çətinliklərlə üzləşir,kolleci şöbə müdirləri primitiv qaydalarla idarə edirlər.

Sabiq Səhiyyə naziri Oktay Şirəliyevin aparat rəhbəri Nigar Əliyevanın ən yaxın adamı kimi həmişə müdafiə olunan Dilarə Məmmədəliyeva haqqında internetdə kifayət qədər tənqidi məqalələr mövcuddur.Xatırlatmağa ehtiyac bilmədiyimiz məqalələrin məzmununda orada təzahür etmiş neqativ hallardan,direktora bu işlərdə yardımçı olan şöbə müdirlərindən bəhs olunur.Yeniliyi inkar edən belə insanlarla işlənilməsi kollecin müəllim və tələbə heyəti tərəfindən də yaxşı qarşılanmır.

Ümumi mənzərə Səhiyyə Nazirliyinin yenilikçi heyət üzvülərinin imici üçün də xoş təsir bağışlamır.Çoxları düşünür ki,hansı məcburiyyətdən direktorla yenidən müqavilə bağlanır.Belə anlaşılır ki,2 nömrəli Baza Tibb Kollecini idarə edə biləcək gənc,yenilikçi kadrlar yoxdur".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...
Vəzifəli şəxs içkili halda avtoqəza törədib.

"DogruXeber.az" xəbər verir ki, bu barədə bu gün sosial mediyalarda məlumat yayımlanıb.

Məlumatda bildirilir ki, yanvar ayının 25-də Mingəçevir şəhərində yol qəzası baş verib. Və həmin qəzanı Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Şəhriyar Mustafayevin içkili halda idarə etdiyi 45-AA-085 dövlət nömrə nişanlı xidməti avtomobil ilə törətdiyi iddia olunur.
Qeyd edilən iddialarda Şəhriyar Mustafayevin sərxoş olduğu, qəza yerindən qaçdığı, həmçinin hadisənin cəmiyyətdən gizlədildiyi və ört-basdır edildiyi də əksini tapır.

Ardını oxu...

P.S: Yayılan məlumatla bağlı adı çəkilən şəxs Şəhriyar Mustafayevin də fikirlərini almaq məqsədilə telefon əlaqəsi saxladıq.

Şəhriyar Mustafayev, qəzanın baş verdiyini təsdiqlədi. Lakin, o həmin gün ümumiyyətlə o avtomobili idarə etmədiyini, hadisə baş verən zaman sükan arxasında idarənin sürücüsünün olduğunu qeyd etdi. Və bildirdi ki, qəzanın baş verməsində idarənin sürücüsü də günahsızdır. Qəzaya səbəb qarşıdan gələn avtomobil olub. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Şəhriyar Mustafayev haqqında yayılan məlumatları şər-böhtan adlandırıb və bununla bağlı artıq məhkəməyə müraciət etdiyini deyib.

DogruXeber.az
Ulduz Talıblı
Ardını oxu...
DİA.AZ6 - "Şikayətim "Azercell"dəndi". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Nərmin Həsənova adlı istifadəçi giley edir.

Ardını oxu...

Narazı vətəndaş daha sonra yazır: ""Hədiyyə çarxı" deyilən lahiyələri var proqramlarında.

Ardını oxu...

Nömrə faktiki olaraq sadə telefondadır. Proqram qeydiyyatı smarfondadır. Sadə telefona internet Gb verirlər. Neynirəm sadə telefonda onu? Sadə telefonda internet meqabaytı nəyimə lazımdır? Belə şey olar? Bu kimi məsələləri nəzərə alın da...."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
"Sizə yazan Bakı Baş Gömrük İdarəsinin nəzdində fəaliyyət göstərən məşhur "İpək Yolu" terminalının "Ramal Trans" şirkətindən zərər çəkən şirkətlərdən biridir..." Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra bildirir: "Bir sözlə, demək istəyirəm ki, məşhur gömrük sistemində AMBAR TƏLƏSİ hələ də fəaliyyətdədir! Bu gün, yəni 30.01.2023 tarixində... yəni gömrük işçilərinin PEŞƏ BAYRAMI GÜNÜNDƏ belə bizi rəsmən soyublar! Açıq-aşkar bazardır bura... İstədiyiniz zaman gəlib yoxlaya bilərsiz... Bunlar özlərinin illər boyu cəzasız qaldıqlarını görüb və bilib, bundan istifadə edirlər! İstəyir Səfər Mehiyevin xaxtı olsun, istər də Şahin Bağırovun dövrü olsun... Hətta 1-ci müavin İsmayılı bu idarəyə rəis gətirdilər də... o belə qıraqda durdu! Qısacası... sizə məlumat verim hal-hazırda "İpək Yolu" gömrük ambarına ödənişlər necə həyata keçirilir... siz də bilin..."

Material daha geniş formada növbəti yazımızda... Bizi izləməkdə DAVAM EDİN...

İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - "Milli Məclisin oliqarx deputatı Sabir Hacıyev və "Vətəndaş Birliyi" adlı təkadamlıq partiyası rəsmi olaraq parlamentdə və MSK-da 18 ildir "müxalifəti təmsil edir"". DİA.AZ bildirir ki, bu açıqlama ilə çıxış edən tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli eyni zamanda ilginc faktı da açıqlayıb.

C.Həsənli yazır: "Bu 18 ildə Milli Məclisdə bir dəfə danışmayıb, amma biznesinin sorağı Mərkəzi Amerikadan, Britaniyadan gəlir..."

Anlaşılan odur ki, araşdırmaçı jurnalistin növbəti "hədəfi" elə hörmətli Sabir Hacıyevdir...
Ardını oxu...
""Azəriqaz" İB tərəfindən Lənkəran RQİİ də kütləvi yoxlama kecirilib". Bu brədə DİA.AZ-a daxil olan məlumatda deyilir. Məlumatda daha sonra bildirilir ki, həyata keçirilən TƏFTİŞİN nəticəsinə əsasən işdən çıxarılma ehtimalı da var: "Yəni kadr islahatları qaçılmazdır".

Daha sonra DİA.AZ-a daxil olan informasiyada bildirilir: "Əsasən kran, boru, və FQT (fərdi qaz tənzimləyiciliri) quraşdırilmiş kimi aktlaşdırılsa da, yerində baxış keçirilərkən qeyd olunanlar yerində aşkar olunmamışdır.

Paralel olaraq Astara, Lənkəran, Cəlilabad, Yardımlı və Lerikdə də yoxlamalar təşkil olunub. Hal-hazırda ciddi yoxlamalar aparılır, "Azəriqaz" İB-nin Texniki Nəzarət şöbəsi tərəfindən 27.01.2023-cü il tarixində Lənkəran RQİİ də Xidmətlərdən:

- Qəza dispetçer xidmətinin rəisiləri,

- habelə, Sayğacların qəbulu və istismarı xidmətinin rəisləri

cağrılaraq iclas təşkil olunub.

İclasda yerində olmayan mal-materialların məsul şəxslərin hesabına təkrar vurulması və dəyərinin onlar tərəfindən ödənilməsi müzakirə olunub. Hal-hazırda 6200 manata yaxın mal-materailın Biləsuvar xidməti tərəfindən mənimsənildiyi aşkar olunub".

Mənbə dia.az-a açıqlamasında bildirir ki, digər xidmətlərdə də paraler yoxlamalar aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək...

Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəflərin mövqelərini dinləməyə hazırıq...
 
Ardını oxu...
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları ilə birlikdə vətənə dönənlərdən biri də səfirliyə silahlı hücum nəticəsində yaralanan Vasif Tağıyevdir.

Qəhrəmanlıq edərək terrorçunu zərərsizləşdirən və bu zaman yaralanan təhlükəsizlik xidmətinin əməkdaşının valideynləri övladları ilə fəxr etdiklərini və onun sağ-salamat vətənə döndüyü üçün çox şad olduqlarını bildiriblər.

Vasifin atası Natiq Tağıyev yoldaşlarını xilas etdiyi üçün oğlu ilə fəxr etdiyini qeyd edib. O, terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun ailəsinə isə başsağlığı verib.

 
Ardını oxu...
Təhsil Tələbə Kredit Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com bildirir ki, tender müsabiqəsinin qalibi “Proyekt” MMC (VÖEN- 1401949901) olub.

Təhsil Tələbə Kredit Fondu “Proyekt” MMC-dən ofis sahəsini icarəyə götürəcək. İcarəyə götürüləcək ofis üçün 90 min manat ödəniləcək.

Məlumat üçün bildirək ki, tender müsabiqəsiylə bağlı məlumatlar dövlət satınalmalar portalına yerləşdirilməyib.
Qeyd edək ki, “Proyekt” MMC 04.04.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun kürəkəni Cümə Əhmədzadə və Umarov Nadir Osman oğlu tərəfindın təsis olunub. Hazırda MMC-nin direktoru Nadir Umarovdur.

İcarəyə götürülən ofisin hansı ünvanda yerləşdiyi açıqlanmasa da, Təhsil Tələbə Kredit Fondu Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 16E ünvanında yerləşir. Bu ünvan isə “Time Business Centre” adlı plazanın ünvanıdır. “Time Business Centre”nin sahibinin kim olduğu bilinməsə də, bu biznes mərkəzinin rəsmi veb saytı “timetower.az” domen adının sahibi Cəlal Muxtarlı Kamal oğludur. Cəlal Muxtarlı eyni zamanda Cümə Əhmədzadənin 2011-ci ildə təsis etdiyi başqa bir şirkətin – “Advisors CO” MMC-nin (VÖEN – 2001846821) də əməkdaşıdır.
Cəlal Muxtarlının da Əhməd Əhmədzadə ilə eyni rayondan – Qax rayonundan olduğu bildirilir. Cəlal Muxtarlının atası Kamal Muxtarlının 1992-93-cü illərdə Qax rayon İcra Hakimiyyətinin başçısı olduğu deyilir. Kamal Muxtarlı 1995-98-ci illərdə AXCP-nin, 1998-2000-ci illərdə isə Müsavat Partiyasının üzvü olub. 2000-ci ildə bəyanat yayaraq Müsavat Partiyasından istefa verib.

Onu da qeyd edək ki, hazırda Qax rayon İcra Hakimiyyətinin başçısı Əhməd Əhmədzadənin xalası oğlu Musa Şəkiliyevdir.

Xatırladaq ki, Əhməd Əhmədzadənin yaxın ətrafı yüksək vəzifələrdə olmaqla bərabər geniş biznes şəbəkəsinə də sahibdirlər. Təhsil Tələbə Kredit Fonduna 90 min manata ofis icarəyə verən “Proyekt” MMC-nin təsisçisi olmuş Cümə Əhmədzadə həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı şirkətlər təsis edib.
Ardını oxu...
“Dövlət Sosial Müdafiə Fondu” (DSMF) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi Həsənova Qaze Həsən qızı (VÖEN- 1600110362) olub.

Yeniavaz.com bildirir ki, Həsənova Qaze Həsən qızı DSMF tərəfindən eyni tarixlərdə keçirilən 2 tender müsabiqəsinin qalibi olub. Bu tenderlərdən biri haqqında dünən – 26.01.2023-cü il tarixində məlumat vermişdik .

Həsənova Qaze Həsən qızı DSMF-nin Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün də ofis sahəsi icarəyə verəcək. İcarəyə götürüləcək ofisin ümumi sahəsi 3000 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya 9 aylıq icarə haqqı olaraq 417 min 150 manat ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 46 min 350 manat ödəyəcək.

Ötən il də DSMF eyni əmlakı Qaze Həsənovadan bir il müddətinə icarəyə götürmüşdü.

Qeyd edək ki, Qaze Həsənova Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovu bacısıdır.

Bundan başqa DSMF fərdi sahibkar Nurəddin Sovet oğlu Abbasov ilə də icarə müqaviləsi imzalayacaq. Nurəddin Abbasov ümumi sahəsi 500 kv. metr olan anbar sahəsini 9 ay müddətinə DSMF-yə icarəyə verəcək və qarşılığında 24 min 750 manat alacaq.
Ardını oxu...
DogruXeber.az - AMEA-ın işçilərinin maaşlarına uzun illərdir ki, artırılmır. AMEA-ın Rəyasət Heyətinin maaşları ilbəil artsa da, ailmlərin əmək haqları ilə bağlı artım yoxdur. İllərdir elm adamları maaş artımı ilə bağlı qərar gözləyirlər.

Bəs, ailmlərin maaşlarının artmamamasına səbəb nədir?

Dosent Zaur Əliyev Qaynarinfo-ya açıqlmasında bildirib ki, Azərbaycan elminin inkişafı yalnız alimlərin, tədqiqatçıların, elmi işçilərin peşəkar fəaliyyəti ilə bağlı ola bilməz, təbii ki, onların rifah halının yüksəldilməsi, maaşlarının artırılması çox vacib məsələlərdəndir:

"Elmi adı, titulu, elmi dərəcəsi olan insanlar arasında ciddi müzakirə edilən və narazılıqlar yaradan məqamlar var. Ən aktual məsələlərdən biri əməkhaqqı ilə bağlıdır. Elmlər Akademiyası sistemində akademik ən azı 2 min, müxbir üzv 1.500 manat, professor 100, fəlsəfə doktoru isə 60 manat maaş əlavəsi alır. Yəni akademikliyə 2 min manat, professorluğa 100 manat, fəlsəfə doktorluğuna isə 60 manat verilir. Bu gün də Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat oldu. Bu isə cəmi 15 faiz deməkdir. Bəziləri üçün bu sevindirici xəbərdir. Şəxsən mən bir alim olaraq 15 faizə sevinmirəm, öz dəyərimi bilib etiraz edirəm. İzah edim. 15 faiz mənim əmək haqqıma, elmi dərəcəsi və elmi adı olan hər kəsə 45-50 manat təsir edəcək. Yaxşı bu mənim elmi tədqiqatlar aparmağıma təsir edəcəkmi? Alimlər üçün tədqiqat aparmaq indi çox çətindir, söhbət əsl alimlərdən gedir. Mən tədqiqat aparıram və nəticəsini elmi jurnallarda dərc etməliyəm. İndi sanballı elmi jurnallarda məqalə çap etmək üçün ən azı 80-100 manat pul ödəməlisən. Bizdə sanballı jurnallar çox azdır, xüsusən ictimai və humanitar sahədə. Onlar da pul almasalar, çap edilə bilmirlər, çünki maliyyə ayırlmır. Ən azı ildə 6 məqalə çap etməliyəm, üstəgəl də xaricdə sanbalı jurnallarda məqalə dərc etməyi tələb edirlər. Orda da ödəniş ən azı 150 dollardan 1000 dollara qədər tələb edilir. Humanitar və ictimai elmlər üzrə nəşr edilən xarici jurnallarda bizim ölkə alimləri pulsuz dərc edə bilmirlər. Çünki mövzularımız dünya standartlarından uzaqdır. Xarici jurnallarda da sanballı məqaləni pulsuz çap edirlər, bizdə isə sanballı məqalələr çox azdır, ona görə də pul tələb edirlər.

Konfranslarda tezis və yazılarımız dərc edilməlidir. Bu da gedib iştirak etməsən, ən azı 50 manat edir. Bəzi nüfuzlu konfranslarda dərc edilmək 100 dollardan yuxarıdır. İkincisi, mən xaricdə arxivlərdən sənəd almalıyam, sənədin bir vərəqinin surəti 1 avrodan 10 avroya qədər dəyişir. Yaxşı kitablar almalıyam, yeni dərc edilən kitabların təkcə elektron variantı 26 dollardan üzü yuxarı gedir. Almalıyam ki, dünya alimlərinin əsərləri ilə tanış olub, onlardan yeni nəsə öyrənmək olsun. Almasan, oxumasan da, sən özünə savadlı alim deyə bilmərsən. Arxiv sənədləri istifadə etməsən, sənin tədqiqatın heç nədir. Sadəcə söz yığnağı olur. Fakt mühüm əhəmiyyət kəsb edir müasir elmdə. Dünya elmi faktlar yazdığına görə səni qəbul edir. Sonra mən bir alim olaraq kitab yazmalıyam, yazıram 100 kitab ən azı 500 manata çap edilir. Banka borca girib ayda o krediti ödəməliyəm ki, kitab dərc edilsin. Edilir, alan da az olur, əlində 100 kitabdan 60-ı qalır, üstündə yük kimi durur. Kitaba görə də qonorar verilmir ki, motivasiya olsun. Alim elmlə məşğul olmalıdır, elmi iş yazmalıdır, gedib ağır dərs yükü altına girməli deyil”.

Zaur Əliyev hesab edir ki, bu səbəbdən də dünya elmindən geri qalırıq:

"Dünya alimlərinin içərisində bizimkilərin sayı çox azdır. Dünya elm mərkəzləri bizim alimləri humanitar və ictimai elmlərdə qəbul etmirlər. Çünki araşdırmalarımızı aparmaq üçün qeyd etdiyim xərclər olmalıdır, o da yoxdursa, niyə qəbul etsinlər? Məsələn, elmi dərəcə alan fəlsəfə doktoru 60 manat əlavə alır, əziyyətlə müdafiə edib elmlər doktoru olanlara 100 manat verilir. Belə baxanda, cəmi 40 manat artıq alır. Yəni elmlər doktorluğuna və fəlsəfə doktorluğuna görə çox cüzi maaş əlavəsi verilir, amma akademiklər həm 2 min manat əlavə alırlar, həm də onların vəzifə maaşları və digər böyük gəlirləri olur. Onların çoxu müxbir üzvü və akademik olandan sonra, demək olar ki, elmlə məşğul olmurlar. Elmin piarının ən əsas yolu alimləri yaxşı yaşatmaqdan ibarətdir. Bu, elm üçün ən böyük piardır. Əgər alim yüksək maaş alarsa, o zaman elmə axın baş verəcək. Onda alim öz işinə daha bağlı olacaq”.

Zaur Əliyev əlavə edib ki, elmin piarına ən böyük zərbə vuran amil alimin nüfuzunun aşağı salınmasıdır:

"AMEA-nın Rəyasət Heyətinin maaşları yenə də qalxıb. Sual olunur, niyə Rəyasət Heyətinin maaşları artır, amma sıravi AMEA əməkdaşlarının yox? Bunun səbəbini hökümətdən, ya da elə Maliyyə Nazirliyindən bir nəfər qalxıb məntiqli şəkildə izah edə bilərmi? Axı baş verən qiymət artımı hamının büdcəsində çatışmazlıq yaratdığı kimi, alimlərin də ailə büdcəsində ciddi çatışmamazlıqlar yaradıb. Bəlkə hökumətdə elə hesab edirlər ki, alimlər hansısa "icad”ları ilə qiymət artımının fəsadlarından yayına biliblər? Bu gün alim deyil, süpürgəçi səviyyəsində yaşamağımıza səssiz qalanlar elmə və elm adamlarına belə münasibəti həm gənc alimlərə, həm də elmimizin gələcəyinə qarşı ədalətsizlik deyilmi?”

İqtisadçı ekspert Rəşad Həsənova görə, alimlərin maaşlarının artmaması elmə olan hörmətsizliyin göstəricisidir:

"Əslində, tədqiqat və araşdırmalar sahəsinə ayrılan vəsaitlərin ümumdaxili məhsulun həcminə görə ən aşağı göstəricilərdən biri Azərbaycandır. Dünya bankının qiymətləndirmələrinə görə, Türkiyə 1%-in üstündədir, Gürcüstan 0,4-05% ətrafında, Azərbaycanda isə 0,2%-ə çatmır. Bu baxımdan Azərbaycanda vəziyyət yaxşı deyil. Xüsusi ilə dövlət tərəfindən maliyyələşmədə problem var, eyni zamanda biznesdə rəqabətliyin zəif olması səbəbindən, özəl sektorda bu istiqamətə yönələn vəsaitlərin həcmi qənaətbəxs deyil”.

Rəşad Həsənov deyir ki, alimlərin maaşının artmaması düzgün deyil:

"Məsələ ondadır ki, elmə dəyər verilməlidir. Müstəqillik dövründə, xüsusi ilə də ölkədən beyin axınının əsas səbəblərindən biri dəyərvermənin aşağı olmasıdır. Bu da ciddi problemdir. Beyin kapitalı olmayan ölkədə uzunmüddətli inkişafdan danışmaq olmaz. Bunun nəticəsində də biz 2050-ci ildə baxacağıq ki, inkişaf səviyyəsinə görə digər Qafqaz və region ölkələri ilə müqayisədə 20-30 il geri qalırıq”.//siam.az

Dünyapress TV

Xəbər lenti