Ardını oxu...
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup zabiti təxris olunmaq üçün öz hərbi hissə komandirlərinə raport yazıblar. Onlar, ordu komandanı general-polkovnik Kərəm Mustafayevin haqsızlıqlarına etiraz edərək, bu addımı atıblar. TEREF.AZ yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a zabitlərin özləri məlumat verib. Raport yazanlar hərbidə ən az 20 il xidmət edən zabitlərdir. Ordunun baş qəragahındakı mənbənin məlumatına görə, kütləvi etirazların qarşısını almaq üçün, Kərəm Mustafayev yanvarın 17-də təcili iclas keçirib:
“Kərəm Mustafayev əvvəllər belə etirazları ciddi qəbul eləmirdi, əksinə etiraz edənləri sərt cəzalandırırdı. Naxçıvanda hakimiyyət dəyişəndən sonra o da qorxuya düşüb. Dünən təcili iclas çağırıb, dedi ki, bu etiraz böyüyüməməlidir, Bakıdakılar xəbər tutmamalıdır. 5 saata yaxın sürən iclasın sonunda əvvəllər haqsızlığa uğrayaraq rütbəsi, vəzifəsi əlindən alınan bir neçə zabitin əvvəlki vəyifə və rübələrinə qaytarılması ilə bağlı göstəriş verdi. Hesab edir ki, bu yolla zabitləri sakitləşdirəcək. Ancaq, general indiyə kimi o qədər zabitin evini yıxıb ki, bu yolla etirazların qarşısını ala bilməyəcək”.
Təxris olunmaq üçün raport yazan zabitlərdən R. Tağıyev deyir ki, əslində o, Azərbaycan ordusunda qalıb, vətənə xidməti davam etdirmək istəyir. Lakin, Naxçıvan ordusunda uzun illərdir üzləşdiyi haqsızlıqlara görə, təxris olub, yaxasını qurtarmaq istəyir:
„Biz qalıb məmnuniyyətlə ordumuzda xidmət etmək istəyirik. 20 il xidmət etmiş zabitlər ən təcrübəli, orduya lazımlı zabitlərdir. Lakin, Kərəm Mustafayev başımıza elə oyunlar açıb ki, bezmişik xidmətdən. O, bizə özünün şəxsi nökəri kimi baxır, maaşımızı kəsir, rütbəmizi azaldır, eyiraz edənləri cəzalandırır, həbsə atdırır. Biz onun qardaşı, heç bir hərbi rütbəsi olmayan Nemət Mustafayevin qarşısında təzim etməliyik, onun tikintisində qul kimi işləməliyik. Ordudakı bu cür haqsızlara dözməyib, neçə zabit, MAXE intihar edib. Demək olar ki, hər ay bir intihar hadisəsi baş verir. Hamısı da Kərəm Mustafayevin haqsızlıqları ucbatından. Belə ordu olar? Naxçıvan Ordusu həm də korrupsiyanın, rüşvətin içində boğulur. Ümid edirik ki, Müdafiə Nazirliyi müdaxilə edib, vəziyyəti nizamlayacaq. Yoxsa, Naxçıvanda daha pisini yaşadacaqlar bizə “
 
Ardını oxu...
“Gənc Qazilər” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Hacı Vəliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla bağlı bəzi iddialar səsləndirib.

O, bu barədə sosial şəbəkə hesabında bir neçə paylaşım edib.

Qazi iddia edir ki, E.Həsənov hərbçilərlə könüllü şəkildə müharibəyə yollanmış şəxslər arasında ayrı-seçkilik edir.

Hacı Vəliyevin sözlərinə görə, icra başçısı hərbi qulluqçularla səfərbərliklə cəlb olunmuş könüllü döyüşçülər arasında ayrı-seçkilik edir, onları ev növbəsinə almır, süründürməçiliyə məruz qoyur:

"Yaralanmış, lakin əlillik ala bilməyən qazilərə kömək, yardım etmir, ƏƏSMN tərəfindən avadanlıqla təmin olunmuş qazilərə yer ayırmır, yeri başqalarına verir, onları küçə süpürməyə, zibil yığmağa layiq görür. Qəbuluna gələn əksər qaziləri binanın girişində günlərlə gözlədir”.

H.Vəliyevin sözlərinə görə, E.Həsənovla bağlı yazdığı statuslardan sonra ona təzyiqlər olub.

İB-nin sədri həmçinin qeyd edib ki, əgər tələbləri yerinə yetirilməsə, aclıq aksiyasına başlayacaq:

“Qazilərə qarşı süründürməçiliyi, özbaşınalığı, ən əsası özünü “Xan” kimi aparmağı dayandırmasa, şəxsən yaxın vaxtlarda Yasamal İH qarşısında, problem həllini tapmasa, mərkəzi icra hakimiyyəti orqanlarından birinin binalası qarşısında aclıq aksiya keçirəcəm”
"Şikayətim "leobank" adlanan bərbad bankçılıq sistemindəndir". DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında narazı vətəndaş giley edir.

Ardını oxu...
Narazı vətəndaşın müraciətində daha sonra bildirilir: "Səhər rayondan pul köçürüblər kartıma. 100 manat krediti köçurməli idim...
Pul köçməyib karta. Zəng etdim...
Çeki istədilər... "whatsap"dan göndərdim...
İndi də deyirlər ki, bu ayın 24-nə qədər baxılacaq. Deyirem, krediti köçürməliyəm... mənə yol göstərir... Başqa yolla köçürün deir... Köçürə bilsəydim, evdəkilərdən niyə istəyirəm pulu? Hara şikayət edə bilərəm bunlardan?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Şəhid ailəsi Sabunçu rayon icra hakimiyyətindən şikayətçidir.
DİA.AZ bildirir ki, bu rayonun Maştağa qəsəbəsi Savalan yaşayış massivi, Məhərrəm Dadaşov küçəsində yaşayan
Şəhid Feyziyev Sadiq Tahir oğlunun ailəsi "Sherg.az"a yollarının bərbad vəziyyətdə olmasından danışıb.
Ailə bildirib ki, 6 yaşlı şəhid yadigarı yolların pis halda olmasına görə məktəbə gedə bilmir.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə dəfələrlə Sabunçu rayonu icra hakimiyyətinə müraciət etsələr də, maraqlanan olmayıb.
Qeyd edək ki, məsələ ilə bağlı Sabunçu rayon İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakının mərkəzində magistral yol acınacaqlı durumdadır. Vaxtilə əl zəhməti ilə salınmış, qədimliyi, füsunkarlığı və gözəlliyi ilə yola fərqlilik qatan daş örtüklər dağılıb uçulur və yerindən qopur. Qopmuş daş örtüklərinin yerini isə yamaq asfalt hissələr əvəzləyir…

Söhbət Nəsimi rayonunun Füzuli küçəsindən gedir. Həmin küçədən üzü yuxarı başlayaraq xeyli hissədə daş örtüklər qopub, dağılıb və ətrafa səpələnib.

Qopmuş daş döşəmələrinin yerinə isə yamaq asfalt döşənib. Aidiyyəti qurumun sözdə təmir etdiyi bu yolun tarixiliyi və qədimiliy də məhv edilib. Dağılan daş döşəmələrinin yerinə hissə-hissə asfalt örtük vurulması hərəkət iştirakçları, həmçiniin əcnəbilər tərəfindən xoş qarşılanmır.

Şəhərin ən sıx və işlək ərazisi sayılan bu yolda hər gün yüzlərlə avtomobil və piyada hərəkət edir. Yerindən qopan, dağılan və uçan daş örtükləri də getdikcə sıradan çıxır.
Əslində damlı və uzunömürlülüyünə görə daş döşəmələrin daha çox piyadaların hərəkət etdiyi küçələrdə salınması məqsədəuyğun hesab edilir. Mütəxəssislərin dediyinə görə daş döşəmələrin hamarlanması avtomobillərin hərəkəti üçün müvafiq deyil.

Qeyd edək ki, sözügedən ərazidəki yol vaxtilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən daşla döşənib. Qopmuş hissələrin asfaltlanması işlərini isə Azərbaycan Avtomobil Yolları Dövlt Agentliyi həyata keçirir.

Bəs, bundan sonra acınacaqlı yolun taleyi nə olacaq?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirib ki, sözügedən ərazinin əsaslı şəkildə təmiri nəzərdə tutulur:

“Amma yolun daşla, yoxsa asfaltla təmir olunacağı çıxarılacaq qərardan asılı olacaq. Məsələ ilə bağlı necə qərar veriləcəksə işlər də o şəkildə icra olunacaq”, – deyə qurum rəsmisi əlavə edib.bizim media/

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

“Mənim ilk nömrəm “Azercell” nömrəsi olub. O zamanlar “Azercell”lə münaqişəmiz yaranmışdı. Çünki istifadə etmədiyim halda, balansımdan 10 manat məbləğində vəsait mənimsənilmişdi. Mən bununla bağlı onlara iradımı bildirdim. Onlar isə məni hədələdilər və məhkəməyə verəcəklərini bildirdilər. O zaman dedim ki, məhkəməyə verin, orada görüşək və sübut edim ki, oğurluq etmisiniz”.

Bu fikirləri demokrat.az-a açıqlamasında tanınmış jurnalist Azər Həsrət deyib. Daha sonra bunları əlavə edib:

“Mən ilk fürsətdə “Azercell”dən imtina edəcəyimi də dedim. Belə ki, nömrə daşınma xidməti aktivləşdi və aktivləşən kimi də ilk işim “Azercell”dən nömrəmi daşımaq oldu. Mən odur-budur “Azercell”dən uzaqlaşmışam. Hətta, mənə dəfələrlə “Azercell” operatorları zəng vurublar və maraqlı təkliflərlə çıxış ediblər ki, nömrənizi qaytarsanız hansısa xidmətlərimiz faydalı ola bilər, yaxud da bizdən nömrə alsanız sizin üçün əlverişli xidmət təklif edərik. Mən də həmişə onlara cavab vermişəm ki, “Azercell” bir dəfə mənim pulumu oğurlayıb, ona görə də heç vaxtı o xidmətdən istifadə etmək fikrində deyiləm.

Əlbəttə ki, pulumu qaytarsınlar, ondan sonra danışa bilərik. Düzdür, eşitmişəm ki, “Azercell” daha keyfiyyətlidir, özəlliklə də əhatə dairəsi çox genişdir. İndi o problem də artıq arxa planda qalıb. Bu saat internet var, kəndlərdə belə faktiki olaraq mobil operatorların xidmətinə o qədər ehtiyac qalmır. Artıq illərdir ki, “Azercell”dən imtina etmişəm. Əgər nəsə dəyişibsə, buyursunlar. Göstərsinlər ki, artıq pulun əsassız yerə silinməsinə və s. kimi hallara yol verilmir. Onda biz nəsə düşünə bilərik”.

Ardını oxu...
Naxçıvanda "xan" rejiminin qəzəbinə gələn Sədrəddin Qəhrəmanlı MR-in sabiq İqtisadiyyat naziri Famil Seyidovun yaxın qohumu imiş. İddialara görə, Sədrədddin bəy Naxçıvan iş adamlarının qəniminə çevrilən Famil Seyidovun xalasının əridir.
Qaynağımızın bildirdiyinə görə, Famil Seyidov öz qohumuna "düzəltdiyi" kredit üçün külli miqdarda "şapka" alıb, sonra isə ondan ümumi istehsaldan gələn gəlirin 20%-ni də istəyib. İş adamının qazancı də elə ümumi gəlirin 20%-i imiş. Yəni faktiki olaraq Famil Seyidov ondan müftə işləməyi tələb edirmiş. İş adamı da bu tələblə razılaşmadığına görə, məhkəmənin hökmü ilə onun müəssisələri bağlanıb.
Öz qohumuna belə acımayan bu leşyeyən hələ də azadlıqdadır və Naxçıvanın ən gəlirli sahəsinə - "Taxıl Fondu"na rəhbərlik edir.
Naxçıvan leşyeyənləri öz dağıdıcı fəaliyyətlərinin bədəli ödəməyənədək Muxtar Respublikada aparılan islahatlar həqiqi möhtəvasına qovuşa bilməyəcək. Naxçıvanı ağlar günə qoyan hər kəs layiqli cəzasını almalıdır. ""Xan" buyurdu, mən də etdim" bəhanəsi bu cinayətlərə bəraət qazandıra bilməz.
Heydər OĞUZ
 //ovqat.com//
Ardını oxu...
"Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa rayon bölməsinin bağlanmış müqaviləsinə xitam verilmiş mütəxəssisi İsgəndərov Qədir İsgəndər oğlu Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevə müraciət edib.
Bir nüsxəsi də Faktinfo.az saytına göndərilən və ictimailəşdirilməsi istənilən müraciətdə deyilir:

Hörmətli cənab Prezident!

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mexanizasiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Rayonun Nəriman Nərimanov sovxozunda maşın və mexanizmlər qarajında çilingər, birqadir, mexanik və mühəndis vəzifəsində çalışmışam. Sovxozda bir neçə rəhbər vəzifələrə irəli çəkilmişəm.2017-ci il fevral ayının 17-dən "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsində mühəndis-mexanik vəzifəsinə işə qəbul olmuşam.Həmin ilin oktyabr ayından Ağstafa bölməsinin müdiri vəzifəsini icra etmişəm. 2021-ci ilin dekabr ayında "Aqroservis" ASC-nin sədri kənd təsərrüfatı mütəxəssisi olmağıma baxmayaraq, məni tutduğum vəzifədən azad etdi.2022-ci ilin fevral ayından təkrar mühəndis-mexannik vəzifəsinə keçdim.

İşlədiyim,bölmədə ən ağır iş mənim sahəmə aid olub. İşimdə heç bir nöqsan, geriləmə və s. hallar olmadığı təqdirdə, gözlənilmədən 21 dekabr 2022-ci il tarixindən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verildi. 41 ilə yaxın kənd təsərrüfatı sahəsində çalışmış mütəxəssisi təqaüd yaşına 3 il qalmış işdən çıxardılar. Mən razıyam, bu günün özündə belə "Aqroservis" ASC-nin əməkdaşları ilə fikir mübadiləmiz olsun.Əlimi vicdanımın üzərinə qoyub söz verirəm ki,ixtisasımı onlardan az bilərəmsə, bütün ölkə mətbuatından, narahat etdiyim şəxslərdən üzr istəyib,vəziyyətlə barışacam.

Hörmətli cənab Prezident!

Məruz qaldığım haqsızlıqla bağlı məlumat və araşdırılma aparılması məqsədilə 22.12.2022-ci il tarixində kənd təsərrüfatı naziri İnam Kərimova teleqram vurdum. Heç bir nəticəsi olmadı. 27.12.2022-ci ildə Sizə, (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəzərdə tutulur) 10.01.2023-cü ildə Azərbaycan Respublikasının vitse prezidenti Mehriban xanım Əliyevaya teleqram vurmaq məcburiyyəti yarandı.

Əminəm şikayətim aidiyyatı qurumlar tərəfindən araşdırılacaq, nə səbəbdən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verildiyinə aydınlıq gətiriləcəkdir.

Hörmətlə,İsgəndərov Qədir İsgəndər oğlu

Qeyd: Şikayətçinin saytlara ünvanladığı digər müraciətdə "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsinin anbardarı Elmin Əliyev,işə gecikmə halları,idarədə baş vermiş hadisə və bir sıra məsələlərdən bəhs olunur. Bu barədə hazırlanacaq növbəti yazıda məlumat veriləcək.

FAKTİNFO.AZ
 
Ardını oxu...
Yanvarın 12-dən başlayan külək, media və sosial şəbəkələrdən hamının bildiyi kimi Xaçmaz rayonunun onsuz da qənaətbəxş olmayan işıq sisteminə xeyli zərbə vurub. Beləki, güclü küləyin nəticəsi olaraq bu sahədə ard-arda, zəncirvari formada baş verən qəzalar rayonun böyük bir hissəsini, 100-dən artıq yaşayış məntəqəsini işıqsız qoyub.
İnsafən desək, Azərişığın yerli qurumunun əməkdaşları durmadan çalışsalar da, təbii ki, həm fiziki baxımdan, həm də zaman baxımından bu problemləri yoluna qoymağı çatdıra bilməyiblər və bizdə olan məlumata görə, hələ də rayonda işıqsız qalan kəndlər var, hətta Xaçmaz şəhərinin özündə də bəzi küçələr elektrik enerjisindən məhrum olduğunu söyləyirlər.
Dövrümüzdə bütün sosial həyatın bir növ əsasını təşkil edən elektrik enerjisinin verilməsində yaranan məhdudiyyətlər isə camaata olduqca ağır başa gəlib.
Çünki, işığın sönməsi bir çox yerlərdə istiliyin və suyun da olmamasına gətirib çıxarıb.
Bu gün Xaçmazda baş verən qəzaların birini, qeyd etdiyim kimi, Xaçmaz şəhəri, Atatürk küçəsindəki transformatorunda baş verən yanğını müzakirə edəcəyik.
Təbii ki, yanğından sonra Azərişığın əməkdaşları da olay yerinə gəlib, gecə ilə hadisənin nəticələrini aradan qaldırmağa çalışıblar.
İnsafən onu da qeyd etmək vacibdir ki, 3-4 gün silsilə qəzalarla 24 saat işləyən bu azsaylı qrupun belə davranışları təqdirəlayiqdir.
Amma...
Bu məsələnin amması ondan ibarətdir ki, Atatürk küçəsindəki transformator, həm də Nazim Qəniyevinn həyətində, bəli, evinin 5 metrliyində yerləşir.
Transformator digər evlərə də olduqca yaxın məsafədədir, ancaq Qəniyevlər ailəsi isə demək olar ki, birbaşa odun-alovun, təhlükənin içində yaşayırlar.
Ailə uzun illərdir ki, bir çox səlahiyyətli orqanlara müraciət etsə də, aldıqları ən son və qəti cavab bu olub ki, transformatorun yerini yalnız öz hesabına dəyişə bilərsən.
Xaçmazda Azərişığın yerli idarəsinin əməkdaşları bütün günü qəzalarla məşğul olduqlarından, həm də biz onlara mane olmamaq üçün suallarımıza qeyri-rəsmi cavablar almağa çalışdıq.
Maraqlı bir situasiya yaranıb. Hökümət, yəni Azərişıq iddia edir ki, bu ərazidə əvvəl transformator olub, sonra isə ev tikilib. Qəniyevlər ailəsi isə deyir ki, hələ uzun illər bundan öncə, o dövrün şəhər sovetinin təkidi ilə, özlərinə məxsus həyətdə transformator qoyulub.
Burda kimin haqlı olub olmamasını birbaşa deyə bilmirik.
Əlbəttə ki, məntiqlə Azərişıq yəqin ki, bir yerə transformator qurarşdırırsa, əlbəttə ki, bu quraşdırmanın özünəməxsus, təlimata uyğun qaydaları və şərtləri olmamış deyil.
Ancaq sakinlərin şikayəti də əsasıs və ya boşuna deyil.
Adi bir yanğın hadisəsində bütün ətrafdakı qonşuların hansı əsəb və stressi yaşadıqlarını təsəvvür etmək çətin deyil.
Yəqin ki, obyektiv şəkildə işıqlandırdığımız bu geniş reportaj Azərişığın əmədaşlarının çəkdikləri əziyyətə kölgə salmamaqla həm də bu qurumun rəhbərliyinin məsələyə həssas yanaşmasına çağırış kimi nəticəsiz qalmayacaq.
Necə deyərlər, daha gözəl nəticələr üçün, daha dürüst addımlar atmağa, məsələn biri elə bu transformatoru burdan başqa yerə köçürməklə həm küçənin sakinlərinin, həm də özlərinin qayğı və stressindən qurtula bilərlər.
Nəticəni DÖVLƏTin yanaşması göstərəcək, biz də bu yanaşmanı çəkib göstərəcəyik...
C'mil Məmmədli
Teref.az

 
 
 

Dünyapress TV

Xəbər lenti