Ardını oxu...
Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.

"Report" xəbər verir ki, bununla əlaqədar faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşəcək.
Ətraflı

Fondun Türkiyəyə ezam edilən əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
 
Ardını oxu...
“Gündəm Xəbər” qəzetinin redaksiyasına bir qrup vətəndaşlar tərəfindən şikayət məktubu daxil olub. Belə ki, Bayramova Aytəkin, Bəylərova Türkanə, Babayeva Xalidə, Şabanov Kamil, Qəhrəmanova Mehriban və Bəylərov Rafiq yazmış olduqları müraciətlərində bildirirlər ki, “Dövlət Başçısı cənab İlham Əliyev hər zaman məmurların xalqın xidmətçisi olduğunu qeyd edərək, məmurlara sadə, təvazükar, xalqın yanında olmağı, xalqın onlara göstərdiyi etimadı tam doğrultmağı tövsiyyə edib. Eyni zamanda ölkə başçısı insanlara yuxarıdan aşağı baxan, düz işləməyən, əyri yolla gedən məmurlara qarşı sərt mübarizə aparılacağını və həmin məmurların cəzalanacağını vurğulamışdır.
Əfsuslar olsun ki, Azərbaycan Respublikasının Elm və Təhsil Naziri nəinki Cənab Prezidentin göstərdiyi yolla deyil, özünün doğru bildiyi yolla gedir. Belə ki, bütün mətbuatda nazir Emin Əmrullayevin 27 yanvar 2023-cü ildə Sumqayıt şəhərində, Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayonlarının sakinlərini qəbul edəcəyi xəbərlərinə inanaraq qəbula yazıldıq. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan qəbul vaxtı 9:00-dan 18:00-a kimi olmasına baxmayaraq əraziyə 11:00-da gələn nazir Emin Əmrullayev artıq saat 15:00-da ərazini tərk edib bir daha geri dönmədi. Aralarında şəhid ailəsi, qazi, məcburi köçkün olan çox sayda vətəndaşlar qəbula yazılsalar da qəbul edilmədi. Qəbula düşənlərin çoxunu isə nazir Emin Əmrullayevin yerinə Elm və Təhsil Nazirliyinin nümayəndələri dinləyib. Nazirin qəbuluna düşmək ümidi ilə uzaq bölgələrdən Sumqayıt şəhərinə üz tutanlar Heydər Əliyev Mərkəzinin özündə saatlarla gözlədikdən sonra, kor peşiman evlərinə döndülər.
Dövlət məmuru hər zaman öz mövqeyi dövlətçiliyə sədaqəti, vətəndaşların problemlərini dinləmək bacarığı ilə seçilən insandır. Biz bunu Emin Əmrullayevdə görmədik. Bu qədər insanı qəbula yazıb sonra vaxtından əvvəl məkanı tərk etmək, vətəndaşları saatlarla boşuna gözlətmək zənnimizcə insanların heysiyyatına toxunmaq, sadə vətəndaşları ələ salmaqdır.
Bütün bunlar azmış kimi bir çox xəbər saytlarında “Elm və Təhsil Naziri Emin Əmrullayev Sumqayıtda vətəndaşları qəbul edib” başlıqlı sərlövhələr dərc etdirməklə, Dövlət Başçımızı və cəmiyyəti aldatmağa yönəlmiş bir addım hesab edirik. Emin Əmrullayev vətəndaş qəbulunun necə və hansı qaydada həyata keçirildiyini bilmirdisə ondan əvvəl Sumqayıt şəhərində vətəndaşları yüksək səviyyədə qəbul edib, problemlərini dinləyən Hörmətli Daxili İşlər Nazirimiz cənab Vilayət Eyvazovdan öyrənərdi.
Xahiş edirik bizim şikayətimizin Ali Baş Komandan İlham Əliyev Cənablarına və xalqımıza çatdırılması üçün qəzetinizdə dərc olunmasını təmin edəsiniz.
Öncədən Sizlərə minnətdarıq.”

“Gündəm Xəbər”
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Məmmədova Mətanət Nəbi qızını Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin Reabilitasiya məsələləri sektorunun müdiri təyin edib.

Hurriyyet.Az xəbər verir ki, Mətanət Məmmədova Sahil Babayevin qohumudur. Sözügedən xanım nazirin əmisi gəlinidir.

Eyni zamanda M.Məmmədovanın atası Nəbi Muxtarov da uzun müddət yüksək vəzifələrdə çalışıb. N.Muxtarov bir müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kоmitəsinin sədr müavini işləyib. 1993-2011-ci illərdə Füzuli rayonunun icra başçısı olub.

Uzun müddət işsiz qalan Nəbi Muxtarov 2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün öz namizədliyini 84 saylı Füzuli seçki dairəsindən irəli sürdü. Lakin səs toplaya bilmədi. Həmin dairədən Vüqar Bayramov deputat seçildi.

Qeyd edək ki, Mənatət Məmmədova bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyəti sədrinin müavini olub.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ağcabədi rayon Şahsevən Təzəkənd kənd sakinləri susuzluqdan əziyyət çəkir.

DİA.AZ bildirir ki, kənddə yerləşən subartezian quyusu quruduğundan onlar uzaq məsafədən su daşımağa məcburdur.

Məsələ ilə bağlı Ağcabədi rayon Suvarma Sistemləri İdarəsindən bildirilib ki, kəndin içməli su problemindən xəbərdardırlar.

300-ə yaxın ailənin yaşadığı Şahsevən Təzəkənd kəndi isə bir ildir ki, içməli su probleminin həll edilməsini gözləyir.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
İctimai nəqliyyata bilet satışı üzrə operator "K Group” MMC-nin Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə məxsus olduğu aşkarlanıb. BNA bu barədə verdiyi açıqlamada Vüsal Kərimlinin quruma rəhbər təyin ediləndən sonra şirkətdə fəaliyyətini dayandırdığını bildirib. Lakin araşdırmaya görə, Vüsal Kərimli fəaliyyətini hələ də davam etdirir. Məlum olub ki, ictimai nəqliyyatda bilet satışı da Vüsal Kərimlinin biznes imperiyasına daxil olan şirkət tərəfindən həyata keçirilir. Bundan başqa, son dövrlər BNA-nın keçirdiyi tenderlərdə şübhəli məqamların olması da aktual məsələlərdən biridir. Belə ki, tenderlərin bir çox hallarda BNA rəhbərinə yaxın, yaxud da yeni yaradılan "proxy” şirkətlərə verildiyi iddia olunur.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bir çox dövlət qurumlarının rəhbərləri öz səlahiyyətlərindən istifadə edərək qanun pozuntularına yol versələr də, həmin şəxslərə qarşı ciddi tədbirlər görülmür:

"Təəssüf ki, Azərbaycanda bir çox hallarda dövlət qurumları sayılan və ya publik hüquqi şəxs hesab olunan təşkilatların rəhbərləri öz təşkilatlarına aid daxili tender və dövlət satınalamaları qaydalarını tez-tez pozurlar. Görünür, bu hal Bakı Nəqliyyat Agentliyindən də yan keçməyib. Qurum rəhbərliyi əllərində olan səlahiyyətlərdən istifadə edir, birbaşa özlərinə məxsus və ya çox yaxın adamlarına məxsus şirkətlər həmişə tenderlərin qalibi olurlar. Bu isə ölkədə tenderlər və dövlət satınalmaları ilə bağlı ciddi problemlərin olduğunu bir daha sübut edir. Çünki mediada onlarla, yüzlərlə bu cür araşdırmalar olub və son 20 il ərzində cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu vəziyyətlə bağlı ciddi irəliləyişə nail olunmaması təəssüf doğurur. Əslində, BNA ilə bağlı yayılan bu cür məlumatlar müvafiq dövlət orqanlarının yoxlama obyekti olmalıdır. Azərbaycan qanunvericiliyinə və məntiqə görə, mediada çıxan məlumatlar istənilən halda araşdırılmalıdır. Hətta məlumat düz olmasa da, tenderlərin keçirilmə qaydalarına ciddi nəzarət etməklə "proxy” şirkətləri asanlıqla tapmaq mümkündür. Bəzi hallarda açıq şəkildə qanun pozuntuları olur. Bəzən dövlət satınalmaları və tenderlərin qalibləri bir həftə və ya iki ay öncədən yaradılan şirkətlər olur. Halbuki qanunvericilikdə tender qalibi olan şirkətlərin ən azı ağlabatan təcrübəyə malik olması göstərilir”.

Nəqliyyat eksperti İlqar Hüseynov da, öz növbəsində, saytımıza açıqlamasında qeyd edib ki, bütün hallarda yayılan məlumat araşdırılmalıdır:

"BNA ətrafında yayılan neqativ məlumatlar doğrudursa, bu, dövlət büdcəsinin şəffaf idarə edilməsi qaydasının pozulması və korrupsiya faktının yaranmasıdır. Azərbaycanda çox qəribə bir tendensiya var. Belə ki, şirkət yaratmış şəxslər hansısa vəzifəyə təyin olunduqdan sonra həmin şirkəti yaxın adamlarının və ya şirkətə aidiyyəti olmayan birinin adına keçirirlər. Yəni məsul şəxs kimi təqdim olunur. Halbuki faktiki olaraq şirkətin sahibi rəhbər vəzifədə çalışan şəxs olur. Ümumiyyətlə, dövlət qulluğunda çalışan insanların, parlamentə seçilən deputatların, nazirliklər və komitələri idarə edən şəxslərin, BNA və icra hakimiyyəti strukturlarının bizneslə məşğul olması qanunla qadağandır. Buna baxmayaraq, rəhbər vəzifədə olan kifayət qədər şəxs qanun pozuntusuna görə həbs olunublar. Məlum olub ki, onların şirkətləri yaxın adamlarının və qohumlarının adına olub. Bunu Azərbaycanda hər kəs bilir.

Bu baxımdan, BNA rəhbəri Vüsal Kərimli yayılan məlumatı təkzib etsə də, onun istefa verdiyi şirkətin yenidən tenderlərdə qalib olması və bilet satışı həyata keçirməsi ortaya suallar çıxarır. Burada birbaşa korrupsiya var və dövlət maraqlarına zidd məqamlar özünü büruzə verir. Ona görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi məsələni araşdırmalıdır. Əgər fakt öz təsdiqini taparsa, qurum rəhbəri ciddi şəkildə cəzalandırılmalıdır”.
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasında (MR) aparılan yoxlamalardan sonra Ali Məclis sədri Vasif Talıbovun və mühüm post tutan məmurların görəvdən alınması digər vəzifəlilərin narahatlığına səbəb olub.
Qaynarinfo xəbər verir ki, Vasif Talıbovun dövründə Muxtar Respublikada özünə dəbdəbəli həyat quran həmin məmurlar Vasif Talıbovun aqibətini yaşayacaqlarından narahatdır. Onlardan biri də hazırda Ali Məclisin sədr əvəzi Azər Zeynalovdur.
Azər Zeynalov Vasif Talıbova yaxın şəxslərdən hesab edilir. O, 2005-ci ildən Naxçıvan MR Ali Məclisinin deputatıdır. O, elə həmin ildən Vasif Talıbovun birinci müavini vəzifəsini tutub.
Bildirilir ki, Azər Zeynalovun vəzifə kürsüsündə yüksəlməsinin səbəbi Vasif Talıbova yaxınlığı olub.
Əldə etdiyimiz məlumata görə, Azər Zeynalov Vasif Talıbov istefa verdikdən sonra Naxçıvandakı biznesini və obyektlərini gözdən yayındırmağa çalışır.
Həmçinin onun Naxçıvanda inşa etdiyi dəbdəbəli villasının tikintisi də yarımçıq qalıb. Naxçıvandakı mənbələr bildirir ki, tikilinin yarımçıq saxlanılması Naxçıvandakı proseslərlə əlaqəlidir. Həmin tikilinin fotosunu təqdim edirik.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Naxçıvan MR Ali Məclisi ildə 2 dəfə toplaşırdı. Cənab "xan"ın "xı" "xı" əsrdən qalma bayağı nitqini dinlədikdən sonra hər kəs mürəxxəs olub işinin-gücünün dalınca gedirdi.
Buna baxmayaraq, Ali Məclisin bir də Mətbuat Xidməti var. İşi-gücü ildə iki dəfə çağırılan sessiya və "xan"ın həftə səkkiz mən doqquz çıxardığı sərəncamlar, fərmanlar barədə məlumat paylaşmaqdır. Yəqin ki, bu "ağır" iş üçün yaxşı da maaş alır.
Təsəvvür edin ki, uzağı bir aydan bir əlinə qələm alan Ali Məclisin Mətbuat xidməti "xan" həzrətlərinin xalqın adından seçdiyi deputatların cinsiyyətini belə müəyyənləşdirə bilməyib.
12 saylı məktəbə direktor təyin olunan Turan Məmmədli qadın olduğu halda, rəsmi siyahıya kişi kimi düşüb. Bir çox media orqanları və jurnalistlər də, o cümlədən mən qalmaqalın qopduğu ilk günlərdə bu siyahıya etibar edib Turan xanımı kişi sanmışdıq. Hətta onun xadiməyə niyə "mən ərə gedəndə sən də gedərsən" dediyini ən azı bir gün anlaya bilməmişdim. Sonradan Turan xanımın qadın olduğu anlaşılandan sonra müəmmanın əsl səbəbini başa düşdüm.
Ardını oxu...
Heyder Oguz
 
Ardını oxu...
 
 

 
“Azercell” heç bir əndazəni gözləmədən Vətən üçün canını verən Qarabağ şəhidini məhkəməyə verib. Ölkənin ən böyük mobil operatorunun belə addım atması ikrah hissi oyadıb. Gün ərzində internet paketlərindən, danışıqdan, abunə və digər paketlərdən milyonlar qazanan “Azercell”in görünür gözü doymayıb. Böyük bir şirkət üçün “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” meddaları ilə təltif edilmiş, Vətən üçün canını fəda edən bir şəhiddən haqq ummaq sadəcə ayıbdır.

 

“Azercell” mobil operatoru Gəncə şəhidi Məmmədov Araz Adil oğlunu məhkəməyə verib. 27 yaşında canını Vətənə fəda edən bir gənci məhkəməyə verməkdən çəkinəyən “Azercell”in iddiasına hakim Xədicə Səfərli sədrlik edəcək.

İlk iclas 15 fevral tarixinə təyin edilib.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü şəhid Məmmədov Araz 4 noyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən borcunu canı ilə ödəyən şəhiddən ölkənin ən böyük mobil operatoru borcunu geri istəyir.Tribunainfo.az
Ardını oxu...


 

XalqXeber.Az

Ardını oxu...
BMT beynəlxalq orbit üçün vahid cəlbedici siyasi qərarların çıxarılmasında funksionallığını itirir. Çıxarılan qərarların icrası da kəsərli deyil.
Üçüncü Dünya Müharibəsinin "müjdəçisi" olan Rusiya-Ukrayna savaşının nəticələri BMT-nin sonunu gətirib alternativ beynəlxalq format yaranmasını zərurətə çevirə bilər.
Prezident İlham Əliyevin iki fikri:
1. Dünya Rusiya-Ukrayna müharibəsindən əvvəlki vəziyyətdə olmayacaq,
2. BMT-də islahatlar aparılmalıdır.
Bu iki bənd İlham Əliyevin Çinin episentrində dayana biləcəyi perspektiv nizamı qabartması fonunda diqqət çəkir.
Bundan əlavə:
- Azərbaycan ərəb coğrafiyasına açılır,
- Azərbaycan Afrika vizyonuna daxil olur.
Ən çox düşündürən sual: Azərbaycan nəhəng şahmat lövhəsində hansı damada dayanıb (üzdə görünənlərdən savayı) və hara qədər irəli gedəcək?...
Aqşin Kərimov
DİA.AZ
Ardını oxu...
12 saylı məktəbin müəllimləri dünən Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar.

TEREF.AZ yazır ki, üəllimlərin Ovqat.com-a verdiyi məlumata görə, Fuad Nəcəfli onları diqqətlə dinləyib və eşitdiklərinə təəccüblənib.

Direktor müəllimədən yarıçılpaq dərs keçməyi tələb edib

Fuad Nəcəflinin ən çox diqqətini cəlb edən məsələlərdən biri bütün müəllimlərin eyni cür geyinməsi olub. Bunun bir uniforma olub-olmadığı ilə maraqlanıb. Müəllimlər uzun illərdir bu uniforma ilə dərsə girdiklərini bildiriblər. Onlardan biri hətta deyib ki, kasıb olduğundan məktəb forması ala bilmir. Məcburən uniformadakı ağ köynək əvəzinə ağ sviter geyinir. 12 saylı məktəbə direktor təyin olunan Turan müəllimə işə başlayar-başlamaz onun dərs dediyi sinifə daxil olub və müəlliməyə geyimini irad tutub. Ondan dərhal, uşaqların yayında sviterini çıxarmağı və çılpaq dərs keçməyi tələb edib. Müəllim bu tələbi rədd edəndə isə onu işdən çıxarmaqla hədələyib.
Ardını oxu...
Fuad Nəcəflinin müəllim uniforması barədə düşüncələri

Fuad Nəcəfli bu şikayəti eşidəndə təəccübünü gizlədə bilməyib və Təhsil naziri Rəhman Məmmədovdan müəllimlərin niyə və nə zamandan uniforma geyindiklərini soruşub. Nazir isə bildirib ki, 15 ildir Naxçıvan müəllimləri uniforma geyinirlər. Xüsusi nümayəndə bu qərarın anormal olduğunu bildirib və müəllimlərə qul kimi davranmaq kimi xarakterizə edib. O deyib ki, əksinə müasir məktəb xalqın gələcəyi olan yeni nəslə azad vətəndaş kimi yetişməyi təlqin etməlidir. Bunu isə müəllimlər öz sərbəstliyi ilə şagirdlərinə nümayiş etdirməli və nümunə olmalıdırlar. Fuad Nəcəflinin fikrincə, şagirdlər üçün xüsusi uniformaların tələb edilməsi onlarda bir şəxsiyyət kimi intizamlı olmaq xüsusiyyəti yaratdığı üçün lazımdır. Müəllimlər isə artıq şəxsiyyətdirlər və onlar bəlli çərçivə daxilində istədikləri kimi geyinə bilərlər.

Turan Məmmədli necə xüsusi nümayəndənin adamıdır?

Müəllimlərin dediyinə görə, Turan Məmmədli onlara bu vəzifəyə Fuad Nəcəfli tərəfindən təyin edildiyini və heç kimi ona bata bilməyəcəklərini bildirib. Fuad Nəcəfli bu məlumata da təəccüblənib və Turan xanımın “onun necə adamı” olması barədə də danışıb. Deyib ki, 12 saylı məktəbin direktoru olmadığını eşidib və Naxçıvanın köhnə rəhbərliyindən ora uyğun bir namizəd verilməsini tələb edib. Rəhbərlik isə Turan Məmmədlini məsləhət biliblər. Namizədin şəxsi işi ilə tanış olan xüsusi nümayəndə onun elmlər namizədi olduğunu, uzun illər müxtəlif məktəblərdə işlədiyini, hətta Payız kənd məktəbində direktorluq etdiyini öyrənib və onun həqiqətən də uyğun namizəd ola biləcəyinə qərar verib. Əgər o, Turan Məmmədlinin direktorluğunun ilk günündə özünü kobud aparacağını bilsəydi, təbii ki, bu namizəd üzərində dayanmazdı. Müəllimlərlə söhbətində Fuad Nəcəfli məktəbin direkorunu onların özləri tərəfindən seçilməsini təklif edib. Bildirib ki, direktoru özünüz seçin, mən onu bu vəzifəyə təyin edim. Müəllimlər bazarertəsi günü direktoru seçəcəklərinə söz veriblər.
Ardını oxu...
Turan Məmmədlinin iş yükü

Mənbəmizin iddiasına görə, Turan Məmmədli heç də 12 saylı məktəbdə “ölü canlar” ovu ilə məşğul olmayıb. Əksinə, digər biologiya müəllimlərinin dərs yükünü azaltmaqla özünə dərs saatı toplamaq istəyib. Müəllimlər indi də onun bu “acgözlüyünü” anlaya bilmirlər. Bildirirlər ki, Turan Məmmədli həm deputatdır, həm Payız məktəbinin direktoru, həm Ali Məclisdə bir komissiyanın üzvü, həm Naxçıvan Dövlət Universitetində müəllim, həm də “Sevil” Qadınlar Cəmiyyətinin Muxtar Respublika üzrə nümayəndəsi. “Üstəlik, 12 saylı məktəbə də direktor təyin olunub. Bu da azmış kimi, bir də 12 saylı məktəbdə biologiya müəllimlərinin dərsinə göz dikib. Bir insan hətta əjdəha olsa bu qədər işi necə çatdıra bilər?”, - müəllimlər belə deyib.
Ardını oxu...
Sabiq Təhsil nazirinin münasibəti

Naxçıvanın sabiq Təhsil naziri Nazim Əkbərov paylaşımlarımızdan birinin altında yazdığı rəydə bu suala belə cavab verir:

“Heydər bəy, yayılan məlumatda hansı müəllimin nə qədər dərs yükü var və onun nə qədəri ondan alınır, bu barədə məlumat verilmir.

Qanuna görə, bir oklad dərs yükü bir məmurun həftədə 41 saat iş gününə bərabərdir. Yəni həftədə 18 saat dərs deyən bir muəllim hər gün 3-4 saat dərsdən əlavə sinif iclaslarinda, fənn birləşmə iclaslarinda, direktor yanında müşavirədə iştirak etməklə yanaşı şagirdlərlə fərdi və qrup işi aparmalı, valideynlərlə işləməli, şagirdlərin dərsi mənimsəmə faizini müəyyən etməli və qüsurları aradan qaldırmaq üçün tədbirlər görməlidir.

Bizdə müəllim tarixən o qədər boş buraxılıb ki, bu gün hansı müəllimə bunları desən, gözləri təpəsinə çıxar. Bizim müəllimlər obyektiv və subyektiv səbəblərdən dərs deyib evə getməyə vərdiş ediblər. Halbuki onlar dünyanın ən məsul vəzifəsini - yarım əsr sonra üçun adam yetişdirmək vəzifəsini yerinə yetirməlidirlər”.

Nazim müəllimin rəyini əlavə şərh etməyə ehtiyac duymuruq.

“Turan xanım “xanzadə” Seymurun 1 nömrəli adamıdır”

12 saylı məktəbin müəllimləri 2 günlük direktorunun onlara qarşı kobud davranışından da narazıdırlar. Dediklərinə görə, məktəbə gələr-gəlməz “fironluğa” başlayan Turan müəllimə onları qadın adına yaraşmaz sözlərlə təhqir edib.

O ki qaldı Turan müəlliməyə, Təhsil naziri Rəhman Məmmədov və Ali Məclisin sədr əvəzi Azər Zeynalov tərəfindən təxribat qurulmasına, həmsöhbətlərimiz bu iddia ilə razılaşmırlar. Müəllimlərin dediklərinə görə, əksinə, 12 saylı məktəbdə məlum insident çıxanda Təhsil naziri onları sakitləşdirməyə çalışırdı ki, hay-küy gedib Fuad Nəcəflinin qulağına çatmasın: “Turan xanım əslində Azər Zeynalovun və Rəhman Məmmədovun adamıdır. Bunu onun Ali Məclisin deputatı olması da təsdiqləyir. Sizcə, bu qadın “xan” rejiminin ən yaxın adamı olmasaydı, onu deputat seçərdilərmi? Naxçıvan Ali Məclisinin indiki tərkibi “xanzadə” Seymur Talıbov tərəfindən müəyyənləşdirilib. Onun ən aparıcı kadrlarından biri də Turan Məmmədli olub. Təsadüfi deyil ki, Turan Məmmədli eyni anda 4-5 yerdə işləyərək faktiki həmin həmin qurumlara nəzarət edib”.

Müəllimlər o fikirlə razılaşırlar ki, Turan Məmmədli üzərində həqiqətən də bir təxribat qurulub. Və bu təxribatı quran Naxçıvanın Təhsili naziri Rəhman Məmmədov və Azər Zeynalov ola bilər. Məqsəd təbii ki, Fuad Nəcəflinin ayağının altını qazmaq, onun fəaliyyətinə kölgə salmaq və Prezidentin Naxçıvanla bağlı islahatlarını sabotaj etməkdir. Həmsöhbətlərimiz bizim vasitəmizlə Fuad Nəcəfliyə də öz məsləhətlərini əsirgəmədilər: “Cənab Fuad müəllim, çalışın, bir yerə gedəndə Azər Zeynalovu öz yanınıza salıb aparmayasınız. Əmin olun ki, o, sizə dizgün informasiya vermir və sizi əks istiqamətlərə yönləndirir”.
 
 
 

Dünyapress TV

Xəbər lenti