Ardını oxu...
 

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları arasında dava məhkəmədə yekunlaşıb.

 

Xalqxeber.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Agentliyin Xızı-Xaçmaz Regional Bölməsində rəhbər şəxslə əməkdaşı arasında mübahisə baş verib.

Mübahisə qurumun Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Məmmədbağır Hüseynovla sektorun əməkdaşı Sabir (şərti) adlı şəxs arasında olub.

Məmmədbağır Hüseynovun Sabirə “sən mənim üçün ölmüsən” deməsi tərəflər arasında gərginlik yaradıb. Bundan əsəbləşən Sabir həmin sektorun xidməti iş otağında Məmmədbağır Hüseynovun üzərinə hücum edib. O, Məmmədbağır Hüseynova cavab olaraq ucadan “sən öləsən, əzizlərin ölsün” ifadəsini işlədib.

Sonuncu “İşçilər arasında işgüzar nüfuzunun aşağı salınması” iddiası ilə polisə şikayət edib.

İşə məhkəmədə baxılıb.

Təqsirlənidirilən şəxs məhkəmə iclasında izahat verərək, Məmmədbağır Hüseynovu təhqir etmədiyini və sadəcə olaraq onun söyüşünə cavab verdiyini bildirib.

Xaçmaz Rayon Məhkəməsi içə 10 fevralda baxıb. Məhkəmə Sabiri İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilib və barəsində 100 manat cərimə edib.

 

XalqXeber.Az
Ardını oxu...
DİA.AZ: - "İzomax” ASC - yə idarəçilik qaydaları əleyhinə olan (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) inzibati xəta protokolu tərtib olunub.

DİA.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir

İşə Abşeron Rayon Məhkəməsində Şövkət Nəcəfova hakim təyin edilib.

Məlumat üçün qeyd edək ki, "İzomax" ASC (VÖEN: 3103679201) 06.01.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Xəqani Məmmədov Əli oğludur. Nizamnamə kapitalı 10 000 manatdır. Hüquqi ünvanı Az0100, Bakı Şəhəri Abşeron Rayonu, Xırdalan şəhəri 30-cu məhəllə, ev 23 H. Əliyev pr-də yerləşir.
Ardını oxu...
Bəzən qəbzdə bir məhsul iki dəfə vurulur, almadığın məhsul siyahıya əlavə olunur. Son vaxtlar ən çox yayılan variantlardan biri də “endirim” adı ilə edilən fırıldaqçılıqdır. Belə ki, malın qiyməti piştaxtada bir cür göstərilir, kassada isə daha baha qiymət hesablanır.

Ticarət sahəsində həm düşünülmüş, həm də illər ərzində işlənib hazırlanmış “fəndlər” var. Nağdsız ödənişlərin geniş yayıldığı 21-ci əsrdə belə, istehlakçı (alıcı) marketlərdə aldadılma halları ilə qarşılaşır.

TEREF.AZ yazır ki, “Kaspi” qəzeti sözügedən problemin səbəblərini araşdırıb:

Hamımızın rast gəldiyi köhnə və yeni hiylələr

Bəzən qəbzdə bir məhsul iki dəfə vurulur, almadığın məhsul siyahıya əlavə olunur, qəbzin qismən pozulması, məhsulun üzərində ştrix-kodların dəyişdirilməsi və ya təhrif edilməsi, qəbzin “ləğv edilməsi”, ƏDV almaq üçün fiskal İD-nin oxunmaması və s. kimi hallarla qarşılaşırıq. Ən çox yayılan variantlardan biri də “endirim” adı ilə edilən fırıldaqçılıqdır.

Üzləşdiyimiz “endirim” saxtakarlığı

Təbii ki, biz hamımız Alan Pinkerton kimi detektiv deyilik, mağazaya məhsul almaq üçün gedirik, hiyləgər aldatma sxemlərini araşdırmaq üçün yox. Amma aldadılma mütəmadi baş verəndə narazılıq bildirməyə, nəticəsi olmayanda əlaqədar qurumlara müraciət etməyə məcbur oluruq.

Elə bu günlərdə super market şəbəkələrindən birində qarşılaşdığmız hadisə kimi. Şəhərin mərkəzindəki marketlərin birində 39 qəpiyə təklif edilən yoqurta kassada 45 qəpik çıxıldı, həmkarımın aldığı vitrində 1 manat 95 qəpiyə təklif edilən içkiyə görə qəbzdə 2 manat 55 qəpik qeyd edildi. Hər iki halda kassa arxasındakı nəzarətçiyə və adminstratora edilən şikayət isə özlərinə sərf edən “əsaslandırma” ilə qarşılandı.

Faktla bağlı materiallar məhkəməyə göndərilib

Tez-tez qarşılaşdığımız problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ümumilikdə müştərilərin aldadılamsı ilə bağlı elektron müraciət etdik. Sübut üçün qiymət etiketinin şəkli və qəbz də təqdim edildi. Müraciətimizə belə bir cavab aldıq: “Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin18.5-ci maddəsinə əsasən, iş üzrə toplanmış materiallar baxılmaq üçün məhkəməyə göndərilib”. Xidmətin rəis müavini Elnur Bağırov cavab məktubunda “İstehlakçıların qiymətdə aldadılması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciətlərlə əlaqədar araşdırmalar aparılır. Müraciətlərə yetərli faktlar olduğu halda qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür”, – deyə qeyd edib.

Market rəhbərləri üzr istədilər, amma…

Hər iki marketin rəhbərliyi də öz növbəsində telefon açaraq vəziyyətlə bağlı hansısa anlaşılmazlığın olduğunu izah etməyə, daha doğrusu, özlərini təmizə çıxarmağa çalışdılar və sonda müştəri məmnuniyyətinə “loyallıq” nümunəsi olaraq üzr istədilər.

Təəssüf ki, nə Antiinhisar Xidmətinin cərimə tətbiqləri, nə də market rəhbərlərinin üzrxahlığı mənzərəni dəyişir. Müştərilər marketlərdə analoji vəziyyətlə demək olar ki, hər gün qarşılaşırlar. Elə isə, istehlakçılar “ağıllarından kənar” alış-verişdən, göz-gözə aldanmaqdan qorunmaları üçün marketoloqların hiylələrini necə müəyyənləşdirməlidirlər?

Müştəri həmişə haqlıdırmı?

Millət vəkili Vüqar Bayramov hesab edir ki, bu cür yanaşmalar bütövlükdə qanuna ziddir. Belə ki, “İstehlakçıların hüquqlarının qorunması” haqqında qanuna görə, istehlakçıya fərqli qiymətlər təklif oluna bilməz: “Qiymətin bir cür göstərilməsi, eyni zamanda fərqli qiymət çıxılması istehlakçının aldadılması anlamına gəlir. Bu o deməkdir ki, faktiki olaraq istehlakçı aldadılır”. Millət vəkili istehlakçıları xəbərdar etdi ki, vətəndaş belə vəziyyətlə üzləşəndə istehlakçıların hüquqlarının qorunması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında səlahiyyətli quruma müraciət edə bilər: “Qurumun vəzifəsi bu cür hallara birbaşa reaksiya verməkdir. Eyni zamanda, vətəndaşın belə halda məhkəməyə müraciət etmək və ona dəymiş ziyanı tələb etmək hüququ da var. Bütün hallarda biznes etikası baxımından belə halların olması arzulanan deyil. Vacibdir ki, supermarketlər etik prinsiplərə əməl etsin və istehlakçıları aldatmasınlar”.

Qəbzdəki qiymətlə piştaxtadakı qiymət fərqi

İqtisadçı-marketoloq Seymur M.Quliyev də oxşar problemlə qarşılaşdığını deyir: “Eyni hadisə mənim də başıma gəlib. Piştaxtada “endirimli” qiymət yazılan məhsula kassa qəbzində başqa qiymət yazılıb. Müraciət etdikdə “etiketdə qiymətdə səhv vurulub” deyə bildirildi”. Ekspert bildirir ki, əgər kassa qiyməti ilə piştaxtadakı qiymət arasında fərq varsa, müştərinin ən ucuz olan qiyməti ödəməyə haqqı var: “Bunları təsdiqləmək artıq marketin biznes səbətindən asılıdır. Amma bu, yazılı bir qanun deyil. Beynəlxalq şəkildə qəbul olunmuş müştərilərlə davranma etikasıdır. Yəni arada fərq varsa, müştərinin seçim etmək imkanı var. Müştəridən endirimli olmayan qiymət çıxılırsa və o, bundan gec xəbər tutursa, 14 gün ərzində məhsulu geri qaytara bilər. Market ödəməyəndə müştəri əlaqədar qurumlara şikayət edə bilər. Hər şey qanunvericilik çərçivəsində həll olur”. Ekspertin fikrincə, böyük marketlərdə problemin həllinə haradasa nail olmaq mümkündür. Bəzi kiçik, lokal marketlərdə isə belə məqamlarda çətinlik yaşanır: “Bir hadisə baş verirsə, onun üçün zəmin yaranır. Problemin aradan qaldırılması üçün Antiinhisar Xidməti mütəmadi monitorinq edə və aradakı fərqi üzə çıxara, müəyyən tədbirlər görə, cərimələr tətbiq edə bilər. Marketlər bəzi hallarda qanunvericilikdən sui-istifadə edirlər. Müvafiq icra orqanları nəzarəti daha da gücləndirə bilərlər”.
Ardını oxu...
Salyanda xəstələrin Birinci vitse-prezidenti Mehriban xanımdan və Xanım millət vəkili Jalə Əhmədovadan gözləntisi var
Bu gün Salyan rayonunda ən gərgin xidmət ocaqlarından biridə Rayon Mərkəzi Xəstəxanasdır.
İşin çətinliyindən aslı olmayaraq bu sahədə çalışan rəhbərliklə birgə kollektiv əhaliyə maksimum dərəcdə yüksək və qüsursuz xidmət təşkil ediblər.
Lakin onlardan aslı olmayan səbəblərdən bu gün RMX-ın doğum evində işin lazımı səviyyədə təşkilinə maniyyə yaranıb.
Beləki uzun müddət yarasız halda olan Doğum evi Qadın məsləhərxanası və s adiyəti üzrə şöbələr hal hazırda yüksək səviyyədə təmir olnub istifadəyə hazır olsada bir ilə yaxındır ki naməlum səbəblərdən açlışı xidmətə verilməsi hələki yubanır.
Nəticdə müvəqqəti başqa şöbələrdə yerləşən döğum evində sıxlıq narahatlıq yaranıb. Hetdə elə olur ki burda yer olmur doğuma gələnləri anbulansla başqa rayonlara doğuma göndərirlər.
Baş verənlərdən əhali ciddi narahat olmaqla yanaşı narazlıqlarda günbə gün artmaq üzrədir. Əhali RMX nın yeni təmirdən çıxan Döğum şöbəsinin bir an açlmasını səbirsizliklə gözləməklə yanaşı (Ana olduqları üçün) Birinci vitse-prezidenti Mehriban xanımla v millət vəkili Jalə xanımdan doğum evinin açılıb xidmətə verilməsi barədə köməklik gözləyir.
Elçin Əziz
Teref.az
Ardını oxu...
Ötən günlərdən birində əmlak dələduzluğu ilə bağlı istintaqı aparılan və əməkdaşları həbs edilən şirkətin elanı qarşıma çıxdı. Hansı ki, həmin şirkət rəhbərliyi 78 nəfərin 1.490.200 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməkdə ittiham edilir.

Son illər istər kirayə, istərsə də mənzil alqı-satqı bazarında kifayət qədər aldadılan vətəndaşlar görürük. Boğazından kəsərək ev almaq ümidi ilə çıxdıqları bu yolda həm pulları gedir, həm xəyalları puç olur, həm də məhkəmə çəkişmələri üçün illərlə yollarda qalırlar.

Bəs insanlar hansı vədlərlə aldadılır? Əmlak bazarında hansı fırıldaqlarla alıcıların pulları mənimsənilir? İnsanlar daşınmaz əmlakla bağlı əməliyyatlarda hansı məqamlara diqqət yetirməlidirlər?

TEREF.AZ yazır ki, məsələ ilə bağlı “Kaspi” qəzeti araşdırma hazırlayıb.

Əmlakçı Mülkədar Rüstəmov deyir ki, “makler”lər ümumiyyətlə, satışda olmayan evləri ucuz qiymətə təklif edir və müştərilərini tora salırlar: “Fırıldaqçı əmlakçıların saytlarda təqdim etdikləri evlər nə satışda, nə də kirayədə mövcuddur. Əvvəllər bazada olan məlumatları götürür, bu yolla insanları aldadırlar. Müştəri zəng edib evlə maraqlananda isə, evi göstərməmək üçün min cür bəhanələr uydururlar. Məsələn, o bəhanələrdən ən məşhuru belədir: “Hazırda rayondayam, 100 manat beh at, Bakıya gələn kimi evi ilk sənə göstərəcəm”. Adətən fırıldaqçılar müştərini cəlb etmək üçün mənzili dəyərindən aşağı qiymətə təklif edirlər. Təbii olaraq, müştəri də evi əlindən çıxarmaq istəmir və behini göndərir. “Makler” pulu əldə etdikdən sonra artıq onun nömrəsinə zəng çatmır, qeybə çəkilir. Son 2-3 ildir ki, bu müşahidə olunur”.

Ev alqı-satqı sahəsində problemlərə gəldikdə, həmsöhbətimiz bildirir ki, əksər hallarda əmlakçılarla bina sahibləri əlbir olurlar: “Adətən buna şərait yaradan da Mənzil Tikinti Kooperativlərinin (MTK) sahibləri olur. Çıxarışları olmadığı üçün bir evi müqavilə ilə bir neçə nəfərə sata bilirlər. Bu zaman da MTK-lar kənarda durur, əmlakçıların “başı ağrıyır”. Son illər bu yollardan çox istifadə olunur. Əmlakçılar var ki, nə yer-yurdu bilinir, nə ofisi var. Bunlardan tamamilə uzaq durmaq lazımdır. Bəzən də binanı şərikli tikirlər, ümumiyyətlə, ofisləri olmur. Belə “şirkətlər” bir çox hallarda müflis olur, tikintilər yarımçıq qalır. Pul qazanmaq üçün 1 evi müqavilə ilə 5-10 nəfərə verirlər və sonra məhkəmə çəkişmələri başlayır. Belə şirkətlərdə qiymətlər adətən digərlərindən ucuz olur. İnsanlar da qiymətə aldanıb fırıldaqçıların ağuşuna düşürlər”.

Mütəxəssis deyir ki, heç bir əmlak şirkətinə səlahiyyət verilməyib ki, hansısa evi öz adından satışa çıxarsın, ipoteka müqaviləsi bağlasın, daxili kredit versin: “Qanunvericilik onu göstərir ki, alqı-satqı notarial qaydada mümkündür. Yəni dövlət notarial qaydada bu sövdələşməni tanıyır. Lakin şirkətlər və əmlakçılar insanların etimadından sui-istifadə edərək onları aldadırlar”.

Müsahibimiz vurğulayır ki, əgər bir şəxs mənzil almaq, yaxud da kirayə götürmək istəyirsə, dəqiq araşdırmalıdır: “Məsələn, kirayə götürmək istəyən şəxs evə baxış keçirməmiş, evin sahibi ilə şəxsən tanış olmamış, evin kimə məxsus olduğunu araşdırmamış ödəniş etməməlidir. Bir çox “maklerlər” var ki, ev yiyəsi evin açarlarını kirayə məqsədilə verib, onlar da “satışa” çıxararaq, alıcıları aldadır, 5-10 min beh alırlar. Sənədləşməyə gəldikdə isə deyirlər ki, ev sahibi xaricdədir, etibarnamə verdikdə, sənədləşmə olacaq”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyir ki, bir çox “işbazlar” məhz bu sahədə boşluqlardan istifadə edərək varlandılar: “Uzun illər mənzil tikinti sahəsində nəzarətsizlik, boşluqlar və cəzasızlıqdan bəhrələnən “iş adamları” inşa etdikləri binalardakı mənzilləri fırıldaqçılıq yolu ilə bir neçə şəxsə satmaqla külli miqdarda varlandılar. Acınacaqlısı odur ki, bu, sanki dəb halını almışdı və insanlar mənzil almaqdan qorxurdular. Hətta mənim yaxınlarımdan da bu dələduzluğun qurbanı olanlar var idi”.

Mütəxəssis deyir ki, problemi həll etmək üçün tikilməkdə olan mənzillərin əvvəlcədən qeydiyyatı aparılmalıdır: “Mən o dövrdə parlamentdə problemin həlli üçün Rusiya təcrübəsini təklif etmişdim və bu məsələnin reallaşmasına da nail olduq. Tikilməkdə olan mənzillərin qabaqcadan qeydiyyatının tətbiqi vacibdir. Gələcəkdə bu mənzili dələduzluq yolu ilə satdıqda, vətəndaş qeydiyyat tələb edərkən, artıq bu mənzilin qeydiyyatda olması və satılması sistemdə çıxır. Belə olan halda dələduzlar da bunu ikinci dəfə satmağa cəhd etmirlər. Bu, artıq bizim qanunverciliyimizdə də əksini tapdı. İndi isə hüquqi savadsızlıqdan və təcrübəsizlikdən “sahibkarlar”ın qurbanları olanlar var”.

Mütəxəssis sonda vurğuladı ki, hər bir vətəndaş yeni tikilən mənzillərdən yaşayış və yaxud qeyri-yaşayış sahəsi alarkən, müqaviləni rəsmi dövlət orqanlarında bağlamalıdır: “İnsanlar bunu edərlərsə, “işbazlar”ın qurbanına çevrilmək ehtimalları sıfıra bərabərləşir. Yox, əgər olmayacaqsa, alqı-satqını ofislərdə edəcək, çayxanalarda beh verəcəklərsə, onda hələ də bu cür qurbanların olması ehtimalı var və bu, gələcəkdə də olacaq”.
 
Ardını oxu...
DİA.AZ: - "Şikayətim ABB bankdandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" aslı sosial qrupdakı paylaşımında Nərgiz Aşurbəyova giley edib.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Deməli, kredit götürürük 6000 manat məbləğində, kredit götürən zaman bizə 300 manatlıq "Tam kart" verildi (həm kredit kartı, həm də debet).
Kartı əldə etdik, 3 ay ərzində kartı mənə aktivləşdirməyə kömək etmirlər! Tətbiqdə xəta verir, bankomat xidmət göstərmədiyini bildirir!
Nəysə bunuda qoyaq kənara. Çağrı mərkəz ilə əlaqə saxlanılan zaman mənə məlumat verilir ki, kredit ödənişinizi emanat və ya milliÖn terminallarında edə bilərsiniz, bunun üçün sadəcə kart nömrənizi daxil etməyiniz yetərlidir və biz bu sözlərə əsasən ödənişi bu dəfə terminal ilə edirik vəsait gedir oturur kredit xəttində)) az imiş kimi gecikməyə düşürük) müraclət edirem çağrı mərkəziyə operatorlar kobud şəkildə və səs tonlarını qaldıraraq məni susdururlar! Deyirəm yaxşı kredit xətti 300deyil, 300də artıq ödədiyim şəxsi vəsaitimdi onuda köçün kredit borcuma görə, yenədə yox teklif elədikləri yalnız filiala yaxınlaşın kartı aktivləşdirin (sən demə kartda aktiv deyil, necə aktivləşdirmək lazımdır oda bəlli deyil) sadəcə avara olub dəqiqə başı filiala yaxınlaşın), deyirlər gəlin aktivləşdirin və sonra öz şəxsi vəsaitimi yalnız 50%nağdlaşdırılma edə bilərəm...) və əlavəəə 1,5% şəxsi vəsaitimi nağdlaşdırmaq üçün komissiya ödəməliyəm)))
Sizin iştahınız pis deyil amma...)
Keyfiyyət üzrə nəzarət - 0
Xİdmət -0
Güvənlik -0"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - "İşçilərinizin demək olar ki 80% ilə məcburi müvəqqəti Əmək Müqaviləsi bağlamısınız(bağlayırsınız). Bilmək istərdim bu məcburi( "könüllü") müvəqqəti Əmək Müqaviləsinə işçiyə qol çəkditdirərkən bu maddənin hansı bəndinə istinad edirsiniz?" DİA.AZ bildirir ki, bu sualla "Azneft" İB rəhbərliyinin qarşısında tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı çıxış edib.
M. Qəhrəmanlı daha sonra hüquqları tapdanan neftçilərə xitab edir: "Neftçilər! İdarənizin İR üzrə məsul şəxsi sizi müvəqqəti Əmək Müqaviləsinə qol çəkməyə məcbur edərkən, cənabdan aşağıda yazdığım hansı bəndləri əsas götürdüyünü xəbər alın. Yəqin ki,barmağını yuxarı tuşlayacaq: ☝️yuxarıdan tələb edirlər
ARƏM Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar
Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:
a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;
b)təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;
c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;
ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;
d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;
e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;
ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;
f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;
ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Ardını oxu...
Türkiyədə on minlərlə insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Azərbaycanda da inşa olunan yaşayış binalarının təhlükəsizliyi, zəlzələyə davamlılığı ilə bağlı müzakirələr açılıb.

Bir çox ekspertlər hesab edir ki, Bakı şəhərində inşa olunan yeni yaşayış binaları yoxlanılmalıdır.

DİA.AZ bildirir ki, uzun illər bina tikintisi ilə məşğul olan “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Gununsesi.info-ya açıqlamasında bu haqda danışıb.

İş adamı bildirib ki, onun şirkətləri tərəfindən inşa olunan binaların təhlükəsizliyinə zəmanət verir: “Allah bir daha yaşatmasın. Amma Türkiyədəki zəlzələ burada olarsa, insanlara deyərəm ki, evinizdə oturun, çayınızı için. Mən bunu məsuliyyətimlə deyirəm”.

Bakıda inşa olunan binaların ciddi nəzarətdən keçməməsi barədə iddialara gəlincə, İsfəndiyar Axunov bildirib ki, belə bir məsələ yoxdur: “İnşaat prosesinə başlamazdan xeyli əvvəl onun hər bir detalı araşdırılır, rəy verilir. Bu olaydan sonra mən Türkiyədəki binalarla maraqlandım. Mən sizə foto təqdim edirəm. Birinci fotodakı mənim tikdiyim binadır. İkinci isə Türkiyədə inşa olunan binanın təməlidir. Onlar bizimki qədər dərinlikdə betonlama etmirlər. Təmələ beton piltə atırlar, üstünə də bir az beton verilir. Belə olanda təbii ki, bu təhlükəli olacaq”.

Ardını oxu...
Göyçay rayon Ulaşılı Şıxlı kəndinin sakinləri etiraza qalxıb.

"DogruXeber.az" bildirir ki, bu barədə sakinlərin özləri tərəfindən lentə alınan görüntülər facebook sosial şəbəkədə yayımlanıb.

Etiraz edən sakinlərin narazılığı kəndin küçələrinin, xüsusilə də məktəb yolunun bərbad halda olmasındandır.

Onlar bildirirlər ki, "3 il əvvəl Vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev fondundan 1 milyon manat pul ayrıldı və kənddə bütün standartlara cavab verən, gözəl məktəb binası inşa edilib. Lakin, məktəbin yolları palçıqlı, çuxurlu olduğundan gediş-gəliş mümkünsüz hala gəlib. Avtomobillər çətinliklə hərəkət edirlər. Yollardakı çuxurlar avtomobillər üçün tez-tez problemlər yaradır."

Həmçinin, sakinlər dəfələrlə Göyçay rayon İcra Hakimiyyətinə və digər aidiyyatı qurumlara müraciət etsələr də, heç bir münasibət bildirilmədiyini deyirlər.



Görüntülərlə bağlı Göyçay rayon rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
 //"DogruXeber.az"//
Ardını oxu...
“Biz bilmirik ki, şəhərdə harada nə tikilir, necə olur” – AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Abzas Media-ya müsahibəsində deyib.

O əlavə edib ki, Bakıda müxtəlif seysmoloji balların olması şirkətlər üçün əlavə xərc deməkdir. Buna görə də onlar qurumdan rəy almaqda maraqlı deyillər.

Daha ətraflı aşağıdakı videoda:

 

Dünyapress TV

Xəbər lenti