Ardını oxu...
Şuşa şəhərinə növbəti köç karvanı yola düşüb.

Oxu.Az xəbər verir ki, 11 ailə Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Daha dörd ailə Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcək.
Ardını oxu...
Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir, Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir.

"DogruXeber.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalıda sakinlərlə görüşü zamanı deyib.

"Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın", - dövlət başçısı vurğulayıb.
Ardını oxu...
Rusiya Xankəndidə niyə konsulluq xidməti açmaq istəyir? Axı Xankəndidə Rusiya vətəndaşı yoxdur, hərbçiləri də bölgəni tərk edib.
Türkiyənin Şuşada konsulluq xidməti açılmadan Rusiyanın Qarabağda konsulluq xidmətinin açılması doğru deyil.
Görünür, Kreml konsulluq xidməti vasitəsilə yenidən Qarabağa qayıtmaq və itirdiyi mövqeləri bərpa etmək istəyir.
Bu isə Azərbaycanın maraqlarına cavab vermir.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...

Qarabağda məhv edilmiş qondarma rejimin terrorçularına məxsus bunker və silah-sursat anbarından yeni kadrlar yayılıb.

"DogruXeber.az" xəbər verir ki, sözügedən ərazidən AzTV-nin çəkiliş qrupu reportaj hazırlayıb.

Reрortajı təqdim edirik:

 

 
Ardını oxu...
Dövlət Şəhərsalma və Arxitertura Komitəsi “Xankəndi şəhərinin Baş planının hazırlanması” tenderinin nəticələrini elan edib.

Fed.az xəbər verir ki, tenderin qalibi “Chapman Taylor LLP” olub.

Qalib şirkətlə 2 874 187 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, Chapman Taylor LLP şirktəti Avropa , Asiya və Yaxın Şərqdə yerləşən, mükafata layiq görülmüş memarlar, planlaşdırıcılar və interyer dizaynerlərinin qlobal təcrübəsidir.

Şirkət 1959-cu ildə Birləşmiş Krallıqda yaradılmışdır və baş ofisi Londonda yerləşir. Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitertura Komitəsi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.
 
 
 

Ardını oxu...
“MİDA” MMC “Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahədaxili kommunikasiya (elektrik enerjisi, su-kanalizasiya və rabitə) şəbəkəsinin tikintisi işlərinin” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi “İntegras” MMC olub.

Qalib şirkətə 4 704 654 manat ödəniləcək.

Qeyd edək ki, “İntegras” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhsəti Həsənova Hüseynalı qızıdır. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq, ev 214, m. 99 ünvanında yerləşir.

Ardını oxu...
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti “Tərtər rayonu, Suqovuşan qəsəbəsi 5 ədəd 5 mərtəbəli yaşayış kompleksinin xarici kommunikasiya (xarici su-kanalizasiya şəbəkəsi və xarici qaz təchizatı) işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi “Real- İnşaat” MMC olub.

Qalib şirkətə 175 972 manat ödəniləcək.

Aşağıdakı cədvəldə qeyd olunmuş xidmətlər satın alınacaq :

Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin 3 825 milyon manatdan 4 855,8 milyon manata çatdırılması nəzərdə tutulub.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Beləliklə, işğaldan azad olunmuş ərazilərə xərcləmələr 1 milyard manatdan çox artırılır.
 
 
 
 
Ardını oxu...
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Laçın rayonunun Sus kəndinə yola salınıb.

Oxu.Az bildirir ki, bu mərhələdə daha 39 ailə (140 nəfər) öz doğma yurduna köçürülür.


06:44

Laçın rayonunun Sus kəndi bu gün əzəli sakinlərinin daha bir qrupunu qarşılamağa hazırlaşır.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.

Bu mərhələdə Laçın rayonunun Sus kəndinə 39 ailə, 140 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın rayon Sus kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın rayonunun Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.

Ardını oxu...
 

Latviya Seyminin sədrinin Şuşaya getməsi, ərazilərimizin bərpasında köməyə hazır olduğunu deməsi münasibətlərdə yeni səhifə açılmasını təmin edəcək

Latviya Seyminin sədri Dayqa Mierinanın  Azərbaycana gəlişi məlum hadisə səbəbindən bir az qarışıq dövrə təsadüf etsə də, xanım spikerin Füzuli və Şuşada olması diqqət çəkdi. 

Latviya parlamentinin sədri Bakıda Prezident İlham Əliyevlə görüşdükdən sonra Latviya iş adamlarının Şuşada quruculuq işlərinə cəlb olunması mövzusunda danışıqlar aparıldığını bildirdi. 

“Atlas” Araşdırmalar Mərkəzinin bu səfərlə bağlı təhlilində deyilir ki, Latviya Baltik ölkələri içərisində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən əsas ölkədir. Baxmayaraq ki, işğal dövründə Latviya parlamentinin ayrı-ayrı deputatları qanunsuz olaraq Qarabağda olublar. “Digər tərəfdən, Latviya parlamentinin 2021-ci ildə "erməni soyqırımını" tanıması Türkiyə ilə yanaşı Azərbaycanda da mənfi qarşılanıb. Buna baxmayaraq, Latviya Litva və Estoniyadan fərqli olaraq Ermənistanın işğalçılıq siyasətinə dəstək verməyib. Məsələn, iki il əvvəl Litva və Estoniya xarici işlər nazirlikləri Qarabağ separatçılarına dəstək verən açıqlama yayımladılar. Latviya bu iki qonşusuna qoşulmadı.

Latviyanın Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyi Litva və Estoniyanı anti-Azərbaycan mövqeyindən çəkindirməlidir. Latviya parlamentinin sədri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini dəstəkləyibsə, Estoniya və Litvanın fərqli siyasət yürütməsinin mənası yoxdur. Bu siyasət Litva və Estoniyanın Cənubi Qafqazdakı maraqlarına ziddir. Bu mənada Litva və Estoniya iki seçimdən birinə üstünlük verməlidir. Fransa yolu Estoniya və Litvanı Cənubi Qafqazdan uzaqlaşdıracaq, Latviya yolu isə Azərbaycanla tərəfdaşlıq üzərindən bölgənin geosiyasi imkanlarından faydalanmalarına imkan verəcək". 

Niyə məhz Latviya Azərbaycana münasibətdə fərqli mövqe sərgiləyir?

Ardını oxu...

Elçin Mirzəbəyli

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli son 5 ildə hər iki ölkədə Azərbaycana qarşı mənfi münasibətin artdığını müşahidə edir: “Baltikyanı ölkələrlə münasibətlərimiz tarixin bütün dövrlərində yüksək səviyyədə olub. Təxminən 2019-cu ildən başlayaraq, Litva və Estoniyadakı Avropa Parlamentinin anti-Azərbaycan qruplarının təsiri altında olan siyasi təşkilatların "səyləri" nəticəsində bu iki Baltikyanı respublikanın ölkəmizə münasibətində neqativ amillər artıb. Bu prosesdə iştirakçılar Litvadakı xristian-demokratlar və sosial-demokratlar, Estoniyadakı islahatçılardır. Maraqlıdır ki, bu siyasi təşkilatların yuxarı eşolonunu keçmiş kommunistlər təşkil edirlər.

Latviyaya gəldikdə isə bu ölkənin etnik tərkibi digər Baltikyanı respublikalardan fərqlidir. Belə ki, rus və Belarus əsilli Latviya vətəndaşları bu ölkənin əhalisinin təxminən 30%-ni təşkil edirlər və təbii ki, bu amil rəsmi Riqanın xarici siyasət kursunun daha balanslı olmasında böyük rol oynayır. 

Qeyd edim ki, Litva və Estoniyanın separatçılara dəstəyi özünü əsasən 44 günlük müharibədən sonra büruzə verib. 2019-cu ilədək bu ölkələr beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. Bu baxımdan, Litva və Estoniyanın mövqe dəyişikliyini Avropa İttifaqı çərçivəsində cərəyan edən proseslərlə əlaqələndirmək daha doğru olardı. Maraqlı məqamlardan biri Litva prezidenti Qiqanas Nausedanın siyasi karyerasının Emmanuel Makron kimi bank sektorundan başlaması və hər iki şəxsin çalışdıqları şəbəkənin arxasında eyni maliyyə qrupunun dayanmasıdır".

Ardını oxu...

Rəşad Bayramov 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Litva və Estoniyanın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olacağını düşünür:  “Qondarma ”erməni soyqırımını" tanıyan və parlament üzvləri işğal dövründə Qarabağa qanunsuz səfərlər edən bir dövlət olaraq Latviyanın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olması təbii ki, müsbət haldır. Düzdür, Latviya digər Pribaltika ölkələrindən fərqli olaraq erməni separatçılarına dəstək verən açıqlamalarla çıxış etməyib. Məsələn, Litva və Estoniyanın ekoloqlarımızın keçirdiyi dinc aksiyanı ermənilərə “humanitar böhran” yaşatmaq kimi təqdim etməsi və ya 44 günlük Vətən savaşı zamanı bu ölkələrdən olan siyasətçilər, politoloqlar və jurnalistlərin Azərbaycanı Qarabağı qaytarmaq üçün hərbi yol seçdiyinə görə tənqid etməsi kimi hallar olmayıb. Ancaq Latviya rəsmiləri də elə Estoniya və Litva kimi torpaqlarımız işğal altında olduğu vaxtlarda heç vaxt Ermənistanı günahlandıran bəyanatlarla çıxış etməyib və bununla bağlı fikir səsləndirməyiblər. Təbii ki, bunun əsas səbəblərindən biri Pribaltika ölkələrində erməni lobbisinin təsir imkanları ilə bağlıdır. Açıq etiraf etmək lazımdır ki, Baltikyanı ölkələrdəki erməni lobbisi kifayət qədər üstün mövqeyə malikdir. Digər vacib səbəb isə adıçəkilən ölkələrdə dini millətçiliyin üstünlük təşkil etməsi ilə bağlıdır. Başqa sözlə desək, bu ölkələrin erməni sevgisinin arxasında həm də xristian təəssübkeşliyi dayanır. Bu səbəbdəndir ki, həmin dövlətlərdə Azərbaycana qarşı milli və dini ayrı-seçkilik özünü qabarıq şəkildə büruzə verir. Lakin məsələ burasındadır ki, ölkəmizin təbii ehtiyatları, eləcə də Avropa ilə Asiyanın quru və hava yollarının kəsişməsində yerləşən strateji mövqeyi Avropa İttifaqının və ona üzv dövlətlərin ölkəmizlə əməkdaşlıq etməsini labüd edir. Litva da bu mənada Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Şübhəsiz ki, Latviya Seyminin sədri Dayqa Mierinanın ölkəmizə səfəri və səfər çərçivəsində işğaldan azad olunmuş Füzuli və Şuşaya getməsi, eləcə də ərazilərimizin bərpasında köməyə hazır olduğunu bəyan etməsi münasibətlərin inkişafında yeni səhifənin açılmasını təmin edəcək. Bu səfərin və səfər çərçivəsində əldə olunan razılaşmaların digər Pribaltika ölkələrinin mövqeyinə necə təsir edəcəyini təbii ki, zaman göstərəcək". 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 
 
 

Dünyapress TV

Xəbər lenti