Ardını oxu...
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.
Ardını oxu...
Referans.az xəbər verir ki, sosial şəbəkələrdən birində vətəndaş “Baku Elektronics” şirkətindən şikayətçi olduğu ilə bağlı paylaşım edib. Müştəri Cabir Turan Cəfərbəyli qeyd edib ki, “Baku Elektronics”-ə kombi almaq üçün sifariş verib. Hətta öncədən ödəniş də edib. Vətəndaş iddia edir ki, ünvana göndərilən məhsulun qiyməti həm aşağı olub həm də kombinin quraşdırılmasında da problem yaranıb.

Vətəndaşın şikayətini olduğu kimi təqdim edirik:

#BakuElektronics şirkəti 30 illiyi münasibətilə müştərilərə necə kələk gəlir? Şikayətim #BakuElektronics şirkətindəndir. Deməli, mən bunlardan "Belorad" kombisi sifariş etdim. Mənə dedilər ki,istədiyiniz məhsul Azadlıq filialından götürəcəksiniz. Getdim pulu ödədim, üstəlik VİP Zəmanət+quraşdırılma və "Pusk"-a görə əlavə 108 manat ödəniş etdim. Ödəniş vaxtı guya mənə 30 manat endirim etdiklərini dedilər.

3 gün sonra məhsulu onlardan təhvil aldıqdan sonra məlum oldu ki, onlar mənə istədiyim məhsulu yox, 30 manat ucuz məhsulu satıblar. Deməli, istədiyim məhsul stokda olmayıb və bunlar da başqa məhsulu mənə satıblar. O 30 manat endirim dedikləri elə bu imiş...

Bundan əlavə mənə bildirildi ki, yaşadığınız Ağsuya yaxın Göyçaydan gəlib kombiyə "pusk" verəcəklər. Evə gələndən sonra əlaqə saxlayanda məlum oldu ki, bunların servisi Mingəçevirdə imiş və Mingəçevirdən Ağsuya hər km-ə görə 50 qəpik pul ödəməliyəm. Halbu ki, mən quraşdırılma məbləğini ödəyəndə bu haqda mənə heç bir məlumat verilməmişdi. Və sonra, kombinin qutusunun içində heç bir təlimat kitabçası və kombinin yan tərəfində problemlərin səbəbi, həlli haqqında məlumatverici yazı yox idi.

Mən bilmirəm bu şirkət bu kombini padvalda istehsal edib ya nə? İndi mən kombini qaytaracam. Üstündə pul versəm belə qaytaracam. Çünki bu şirkətin müştərisi adını daşımaq istəmirəm. Ziyana düşsəm belə.
Ardını oxu...
12 dekabr – Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anım günüdür.
Hər bir xalqın tarixində, hər bir dövlətin qurulmasında, yaşamasında, inkişaf etməsində böyük şəxsiyyətlər mühüm əhəmiyyət kəsb edirlər. Onların dövlət quruculuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırması, öz arxalarınca apara bilmək qabiliyyəti və s. kimi siyasi və idarəçilik keyfiyyətləri bu cür şəxsiyyətlərin lider kimi qəbul olunmalarına əsas verir. XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir.
Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrdə də davam edən şanlı tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz bütün bu illərdə Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin mürəkkəb sınaqlarından uğurla çıxarmış, güclü, öz sözü olan demokratik, dünyəvi müasir Azərbaycan dövlətini yaratmışdır.
Ulu öndər Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətinin, strateji və siyasi xəttinin görkəmli şəxsiyyət, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır. Bugünkü müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin əsəridir və ölkəmizin qüdrətli dövlətə çevrilməsi üçün ölkədə yalnız Heydər Əliyevin siyasətinin davam etdirilməsi həyati zərurətdir.
Qədirbilən xalqımız vətənini və xalqını canından artıq sevən müdrik Heydər Əliyev şəxsiyyətini, onun işıqlı xatirəsini daim əziz tutur, ulu öndəri qəlbində yaşadır və onu böyük hörmətlə yad edir; bu tükənməz hörmət və sevgi əbədiyyətə qədər davam edəcəkdir!
TEREF

Ardını oxu...
Qanunsuz tikililərlə bağlı təftiş prosesi Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, bu qurumun qara yarası hesab edilən Taleh Bəşirovu bitirməkdədir. Buna səbəb paytaxt ərazisində Prezident Administrasiyası tərəfindən aparılan yoxlamalar zamanı aşkar edilən çoxsaylı qanunsuzluqlarınbir çoxunun bilavasitə Taleh Bəşirovla əlaqədar olmasıdır.
Mötəbər mənbənin gundemxeber.az-a verdiyi məlumata görə təftiş prosesi zamanı bəlli olub ki, qanunsuz tikililərin aparıldığı ərazilərin bir qismi heç bir hüquqi əsas olmadan Taleh Bəşirov tərəfindən tikinti sahiblərinin adına rəsmiləşdirilib. Ən tragekomik məqam isə ondan ibarətdir ki, bu ərazilərin çoxu SOCAR, ADDY və digər rəsmi qurumlara məxsusdur və bu ərazinin kiminsə adına rəsmiləşsirilməsi yolverilməzdir. Ancaq buna baxmayaraq dövlət torpaqlarının “köhnə qənimi” olan Taleh Bəşirov bu əraziləri müxtəlif məmurların adına rəsmiləşdirməklə “qaz vurub qazan doldurub”. Taleh Bəşirov müxtəlif qurumlara məxsus torpaqları, eləcə də uçqun ərazilərdəki torpaq sahələrini dədə-baba malı kimi satmaqla özünə və yaxınlarına “gün ağlayıb”. Amma görünən odur ki, illərdir ki, özünə gün ağlayan Taleh Bəşirovun özünün də ağlar günə qalacağı gün uzaqda deyil. Artıq məlum qanun pozuntuları ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğular təqdim edilib və işlə bağlı rəsmi araşdırmaya start verilib. Bu araşdırmanın sonunda Taleh Bəşirovun rahat kreslosunu həbsxana kamerasına dəyişmək məcburiyyətində qalması ehtimalı böyükdür.
Mövzu diqqətimizdədir.
Ardını oxu...
Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov məsuliyyətə cəlb edilə bilər.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə Rüstəm Xəlilovun məsuliyyətə cəlb edilməsi Hacıqabul rayonuna rəhbərlik etdiyi dövrdəki ciddi yeyinti faktoruna görədir.

Belə ki, 2023-cü il üzrə dövlət büdcəsindən Hacıqabul rayonuna abadlıq və yolların əsaslı təmiri işləri üçün ayrılan vəsaitlər səmərəli xərclənməyib.

Hacıqabul rayonunda abadlıq işlərinin formal, bəzi küçələrdə isə asfaltlama işlərinin standartlara uyğun aparılmadığı, şəhərin M.Cəfərov, A.Dadaşov, Ə.Əsədov, Ə.Həşimov, R.Baladov, S.Vurğun, P.Balabəyov, M.Şahbazov, N.Ağayev, N.Şirəliyev, Ə.Nağıyev, S.Qubadov, Şirvan və A.Bakıxanov küçələrində yenilənən asfalt örtüyünün mastikasının standartlara uyğun olmadığı, eyni zamanda yol aşırımlarının da təmir edilməyib.

Qeyd edək ki, bu küçələrdə asfaltlama işlərini görən təşkilatlardan biri - "MUĞAN-KİTT ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2023-cü ilin noyabr ayında dövlət büdcəsindən 392.822 manat xərclənib.

2023-cü ilin avqust ayında Hacıqabul şəhərinin yollarının təmiri üçün daha bir şirkətə - "Aztimont" ASC-yə 485.841 manat vəsait ayrılıb.

Hacıqabul şəhərinin küçələrində 2023-cü il ərzində ümumilikdə doqquz yüz min manata yaxın vəsaitin xərcləndiyi yol təmiri işlərinin keyfiyyətsiz aparılmasına səbəb kimi qırmadaş hazırlıq qatlarında standartların qorunmaması, coğrafi relyefin nəzərə alınmaması, yağış sularının ötürülməsi üçün drenaj sistemlərinin düzəldilməməsi göstərilir.

2023-cü ildə Hacıqabul rayonunun abadlıq işlərinə isə 142 min manat xərclənib. Dövlət büdcəsindən ayrılan bu vəsait "VİKTORY CONSTRUCTİON GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinə köçürülüb.

Qeyd edək ki, Rüstəm Xəlilov 2019-2024-cü illərdə Hacıqabul rayonuna rəhbərlik edib.

R.Xəlilov 2024-cü ildə Salyan rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

Məsələ ilə bağlı Salyan rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik.
 
 


 
Ardını oxu...
Səkkiz il əvvəl fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin 10 il həbs cəzasına məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2.5 milyon funt-sterlinq (5,4 milyon AZN) pul olduğu müəyyən edilib.
TEREF“Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanın Maliyyə Monitorinqi Mərkəzi belə bir hesabın olduğunu öyrənib və aidiyyəti üzrə məlumat verib. Xətai rayonu icra şöbəsi isə həmin hesaba həbs qoyulması üçün məhkəməyə təqdimat verib.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. N.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Bu səbəbdən onun Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilmişdi.
 
Ardını oxu...
Bakı şəhər sakini Xəlilov Elçin Hüseynağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət ünvanlayıb. Onun müraciətini olduğu kimi dərc edirik:

“Yazıb bildirmək istəyirəm ki, iki əkiz qız övladım var. Uşaqları hərarətlə M.Ə adına Uşaq Kliniki Təcili Xəstəxanasına apardıq. Uşaqlar həm də diş çıxarırdı.

Xəstəxanadan bizə bildirdilər ki, uşaqlar xəstəxanada yatmalıdır. 10 gün sonra isə uşağı evə buraxdılar.

Axşam gördüm ki, uşağın vəziyyəti yenə pisdir. Səhəri yenə uşağı həmin xəstəxanaya apardıq. 2023-cü ilin 13 mart tarixində, təxminən saat 14:00 radələrində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Ziyafət Əsgərovun qardaşı qızı, həkim Əsgərli Pərvanə və Əsgərli Pərvanənin əmisi Hüseyn Əsgərovun həyat yoldaşı, qeyd olunan klinikanın 3-cü korpusunun şöbə müdiri Güllü Əsgərova tərəfindən azyaşlı Məryəm balamıza səhv diaqnoz qoyularaq və yalnış müalicələr aparılması səbəbindən vəfat etmişdir. Daha dəqiq desək, mərhum balamız həkim Pərvanə Əsgərli və onun əmisinin həyat yoldaşı Güllü Əsgərova tərəfindən öldürülmüşdür.

Mən hər gün uşaqlarıma baş çəkmək üçün xəstəxanaya gedirdim. Nə antibiotik vururdularsa, uşağımın halı olmurdu. Müalicəni səhv edirdilər. Həkim səhlənkarlığından uşağım öldü.

O biri uşağımı da ordan götürüb, “Qarayev Xəstəxanası”na apardım. Orada qızımı sağaltdılar.

Qeyd edim ki, bununla bağlı Baş prokuro Kamran Əliyevə, İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyevaya və digər qurumlara şikayətlər etsək və mərhum balamız Məryəmin həkim Pərvanə Əsgərli və onun əmisinin həyat yoldaşı Güllü Əsgərova tərəfindən öldürülməsi haqda hər bir faktları, sübutları təqdim etsək də, bu vaxta kimi mərhum balamız Məryəm Xəlilovanın ölüm işi bağlı qalmışdır”.

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
Ardını oxu...
Ötən gün Səhiyyə Nazirliyinin yaydığı məlumat ictimaiyyətdə böyük maraq doğurub. Belə ki, plastik cərrahların rüşvət qarşılığında ixtisaslarının dəyişdirilməsi və onlara sertifikatların verilməsi ilə bağlı nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar apardığını bildirib.

Bu nəyi dəyişdirəcək? Belə “həkimləri” hansı cəzalar gözləyir? Saxta plastik cərrahlar yığışdırılacaqmı?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, yoxlamaların başlaması cəmiyyətdə həkim səhvləri səbəbindən fəsadlarla qarşılaşan insanların çoxluq təşkil etməsindən qaynaqlanır:

“Həkimlər tərəfindən onun ixtisasına aid oldu- olmadı, yaxud da tibb məntəqəsinin lisenziyada göstərilən fəaliyyətlə məşğul olmağa icazəsi var, ya yox, fərq etmədən ortaya qoyulan işlərdə zərərçəkənlər çox olur. Nəticədə dövlət hərəkətə keçdi.

Aparılan istintaq hərəkətləri və araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bəzi tibbi təhsili olan şəxslər müəyyən rüşvət qarşılığında ixtisaslarını dəyişməklə faktiki olaraq estetik cərrahlıqla məşğul olurlar. Bununla bağlı AR Cinayət Məcəlləsinin 314-cü maddəsinə uyğun olaraq zərər vurulduqda, müvafiq araşdırma başlanılır. Rüşvət nəticəsində şəxsin qanunları pozduğu məlum olarsa, Cinayət Məcəlləsinin 311, 312-ci maddələrinə əsasən araşdırma aparılıb qərar verilir.

Səhiyyə Nazirliyi tərəfindən bu tip yoxlamaların keçirilməsi çox doğru qərardır. Bununla bağlı mütəmadi işlər görülməlidir”.
 
Ardını oxu...
Məhkəmələrin məhkəmə müdafiəsi hüququna “ərazi aidiyyatı” qadağası

Səbinə Nuriyeva VKRH-nın Nərimanov məhkəməsinə, Rəna Qafarova AZAL-ın Səbailə aid olmadığına qərar verib (?)

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 15.11.2024 tarixli, 2(103)-3974/24 saylı qərardadla üzərinə qoyulan 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılması öhdəliyini 18 gündür icra etməməsindən aidiyyatı üzrə Nərimanov məhkəməsinə verilən iddia qəfildən geri qaytarılıb.

Hakim Səbinə Nuriyeva 5 günlük müddət bitəndən sonra (ərizə 27.11.2024-cü ildə kabinetdən daxil olub, dekabrın 2-də geri qaytarılması haqqında bilgi verilib.) birdən-birə necə belə absurda imza atıb? Axı 8internet resurslarında açıq göstərilir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin hüquqi ünvanı Ceyhun Hacıbəyli, 100 Nərimanov rayonundadır! Hansı əsasla iş ərazi aidiyyatının pozulmasına görə geri qaytarılıb? Bəlkə Bakı Apellyasiya Məhkəməsinin qərardadının icrası VK-nın Rəyasət Heyətinə tapşırılmayıb? Yox, 15.11.2024-cü il tarixli, 2(103)-3974/24 saylı qərardadda imperativ formada yazılıb:” Qərardadın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə həvalə edilsin”.

18 gündür qüvvəyə minən və icrasından imtina edildiyinə görə məhkəmə qaydasında tələb edilən vəkil ayrılmasına cavabdeh-borclu VKRH məhkəməyə basqı yapmaqla da qadağa qoyur? Yəqin Ədliyyə Nazirliyi VKRH-nın, Məhkəmə Hüquq Şurası məhkəmənin (hakim Səbinə Nuriyeva) qeyri-prosessual özbaşınalığına qiymət verməkdə çətinlik çəkməz. Hələliksə şəxsi kabinetdən hakimə etiraz təqdim edilib. Absurddur, VKRH hüquqi ünvanını Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 100 kimi göstərir, məhkəmə “e-məhkəmə” sistemindən ünvanın başqa olduğunu müəyyən edir? Axı mülki işlərdə məhkəmənin sübut toplamaq hüququ yoxdur! Di gəl, Səbail məhkəməsinin hakimi Mədinə Bağırova şəbəkə cinayəti ilə bağlantıya qadağa qoyan mobil operatorun ünvanını Dövlət Vergi Xidmətinin reyestrindən müəyyən etmişdi..

Səbaildən söz düşmüşkən, Soçi- Bakı reysinə dələduzluqla buraxılmayan 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin təyinat yeri üzrə daşıyıcıya ( AZAL QSC) iddiasını Səbail məhkəməsinin hakimi Rəna Qafarova geri qaytarıb ki, cavabdeh AZAL QSC-nin hüquqi ünvanı Səbail rayonu deyil. Hələ hakim geriqaytarma qərardadını kabinetdə yerləşdirmədiyindən ünvanı necə “müəyyən etməsi” bilinmir. Amma “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Prezidentin 16.04.2008 tarixli, 2761 N:-li Sərəncamı ilə yaradılıb və NK-nın 30.04.2008 tarixli, 105 N:-li Qərarı ilə təsdiq olunan nizamnaməsinin 1.5 bəndində aktlaşdırılıb: “Cəmiyyətin hüquqi ünvanı: AZƏRBAYCAN RESPUBLİKASI, BAKI ŞƏHƏRİ, AZADLIQ PROSPEKTİ, 11” Bu ünvanın Nizami küçəsi ilə kəsişmədə olması və Səbail rayonuna aid olması isə internet resurslarından (da!) bəllidir.

Məhkəmələrin əsas insan hüquq və azadlıqlarından olan məhkəmə təminatı hüququna “ərazi aidiyyatı” qadağası qoyması üzə çıxır. Bu isə yolverilməzdir. Ölkənin baş qanununda- Konstitusiyada belə yazılıb. Görək, şikayət edilən Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası məhkəmənin hüquqa qadağa qoyan yox, hüquq qoruyan orqan olduğunu məhkəmələrə anlada biləcək?

Məğrur BƏDƏLSOY
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti