"Gördüyünüz, əlində mikrafon saxlayan şəxs Ilkin Ismayilovdur. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorudur... İşi-gücü ancaq Gəncədə səhiyyə adına bazarkomluq etməkdir". "DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yer alan müraciətdə deyilir və aşağıdakı foto təqdim olunur: Müraciətdə daha sonra bildirilir: "İlkin İsmayılov aşkar şəkildə Gəncə Şəhər Birləşmiş Xəstəxanasını özəlləşdirib. Xəstəxanada nizim-intizam yox vəziyyətindədir. Səliqə-səhmandan isə ümumiyyətlə, danışmaq lazım deyil. Rüşvətdə ayaq açıb yeriyir... "Perinatal doğum şöbəsində həkimlər çox qudurub, hər addımbaşı pul istəyirlər. Pulun yoxdursa, xidmət də yoxdur... Bu qədər harınlamaq, qudurmaq olmaz axı... Özünüzü bu millətə az söydürün..."