Ardını oxu...
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.

Konfransın beşinci gününün proqramını təqdim edirik:

Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.

Yaşıl Zona üzrə tədbirlər:

09:30 - 10:30. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Solar Project" layihəsinin imzalanma mərasimi

09:30 - 11:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout", COP29 yayım studiyası - "Yaşıl keçidin sütunları"

10:00 - 10:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Salamlama və açılış nitqləri

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Enerji - "Yaşıl enerjiyə keçidi gücləndirmək: Bu gün gələcəyin enerjisini maliyyələşdirmək"

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə sülh, torpaq və ekosistemlərin bərpası

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Yer - "Vizyondan reallığa: bərpaolunan enerji sahəsində regional və qlobal təsir"

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Yaşıl İnkişaf Portalı"nın istifadəyə verilməsi

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Su - "Yenilənəbilən enerji investisiyaları: Davamlı gələcəyə aparan Yollar"

10:00 - 11:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Hirkan - İqlim və sülh mövzusunda yüksəksəviyyəli panel: "Heç kimin arxada qalmaması üçün birgə fəaliyyətə şərait yaratmaq"

10:00 - 12:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Yaşıl şəhər və sahil ərazilərinə qlobal inkişaf yolları: Okean sağlamlığı, iqlim dayanıqlılığı və cəmiyyət ədaləti üçün bir baxış"

10:00 - 12:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" təlim otağı - "Gələcəyin səsləri: COP29 Bakıda şəhərlər, iqlim fəaliyyəti və tərəfdaşlıqlar"

10:30 - 10:45. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Əsas müzakirə

10:30 - 12:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Muğam - Yaşıl enerji, hidrogen və qlobal enerji ehtiyatı və şəbəkələrinə həsr olunmuş yüksəksəviyyəli dəyirmi masa

10:45 - 11:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Əsas müzakirə

11:00 - 12:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Panel sessiyası

11:00 - 12:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Yaşıl enerji qovşağı"

11:00 - 12:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Qalıq yanacaqlardan imtinanın çağırışları və iqlim fəaliyyəti üçün imkanlar"

11:00 - 12:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Nəsimi - "Gücləndirilmiş iqlim fəaliyyəti üçün hüquq-mühafizə orqanlarının səfərbər edilməsi

12:00 - 12:15. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Canin Kemplin

12:00 - 13:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Kainat - "SOCAR-da dekarbonizasiya üzrə tərəqqi: çətinliklər və nailiyyətlər"

12:00 - 13:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Enerji - "İrəli. Çevik. Ədalətli. Alternativ enerji mənbələrindən istifadəyə keçidin sürətləndirilməsi"

12:00 - 13:00​. Yaşıl zona tədbirləri, Konfrans otağı / Yer - "Xalis sıfır xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması"

12:00 - 13:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Su - "2030-cu ilə doğru enerji keçidi inkişafı: maliyyə, texnologiya və insanlar"

12:00 - 13:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Qlobal bərpaolunan enerji potensialının üçqat artırılması 2030 Məqsədinə nail olmaq üçün yeni həllər: Maliyyə, texnologiya, innovasiya və süni intellektin rolu

12:00 - 13:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Hirkan - Yüksəksəviyyəli dəyirmi masa: "İqlimə həssas şəraitdə sülh və dayanıqlığı gücləndirmək üçün şəbəkə quruculuğu"

12:00 - 15:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Praktikada neft və qazın apstrim əməliyyatlarında uğurla dekarbonizasiyası"

12:15 - 12:30. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - India Hicks: "Mükəmməl olmayan döyüşçü"

13:00 - 14:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Muğam - COP29-da Mədəniyyətəsaslı iqlim fəaliyyəti üzrə 2-ci yüksəksəviyyəli nazirlər dialoqu

13:00 - 15:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout", təlim otağı - "Xalis sıfır: öhdəliklərin gerçəkləşdirilməsi"

13:30 - 15:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" COP29 yayım studiyası - COP29 çərçivəsində "FT" sessiyaları: Sessiya 2 - "İqlim və münaqişə - Enerji keçidi enerji təhlükəsizliyi ilə eyni mənaya gəlirmi?"

14:00 - 15:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Aşağıkarbonlu yanacaqların gələcəyi: çətin dekarbonlaşdırılan sektorlarda dekarbonizasiyanın sürətləndirilməsi"

14:00 - 15:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "Gələcək üçün yaşıl bacarıqlar: niyə gənc nəsillər "xalis sıfır" keçidinin mərkəzində dururlar?"

14:00 - 15:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Su - "Humanitar təchizat zəncirində innovasiya və davamlılığın əlaqələndirilməsi"

14:00 - 15:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Enerji - "Xalis sıfır irəliləyişi üzrə qlobal perspektiv: 2024 dairəvi karbon iqtisadiyyatı əmsalı üzrə analitik nəticələri"

14:00 - 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Mavi səma yaxınlaşır: Ağıllı elektrik nəqliyyat vasitələrinin gələcəyinin formalaşdırılması"

14:00 - 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Yaşıl və ədalətli iqtisadiyyat üçün bacarıqlar"

14:00 - 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, İstirahət ərazisi - "Slow Food" Fondunun biomüxtəliflik dequstasiyası

14:00 - 17:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Yer - Afrika Dayanıqlı Ticarət Təşəbbüsü (STA)

15:00 - 15:15. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - Nott Thorberg: "Yaşıl innovasiyanın həyat keyfiyyətini və rifahını necə artırdığına dair İslandiya nümunəsi"

15:00 - 15:15. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Viktoria Alfredsdottir: "Yaşıl innovasiyaların həyat keyfiyyətini və rifahını necə artırdığına dair İslandiya modeli"

15:00 - 16:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Bakı Ağ Şəhər - iqlim fəaliyyətinə dair tövsiyələr - proqram dəyişə bilər"

15:00 - 16:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Muğam - "Uşaqlar, gənclər, sülh və iqlim təhlükəsizliyi üzrə qlobal çərçivə üzrə irəliləyişlərin artırılması"

15:00 - 16:30. Mavi Zona Sədrlik, Görüş otağı 22 - "2024-cü ili "təmiz" yemək bişirmə üçün əsas il etmək"

15:10 - 15:40. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "SOCAR-Uniper"in "Enerji səmərəliliyi: buxardan enerjiyə" layihəsinin açılış mərasimi

15:15 - 15:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Amanda Brok: "Bacım oğlunun müdrikliyi və xalasından aldığı dərslər"

15:30 - 16:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Uşaqların sağlamlığı naminə təmiz hava"

15:30 - 16:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - COP29 Yüksəksəviyyəli əlavə tədbir - "COP məkanında iqlim, sülh və təhlükəsizliyi irəliyə aparmaq: Öyrənilən dərslər və gələcək yollar"

16:00 - 17:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "Ədalətli keçiddə vergi siyasətinin rolu"

16:00 - 17:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Kainat - "İstehsaldan daha çoxu: enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması"

16:00 - 18:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Enerji - "Enerjinin 2030-cu il və sonrakı dövrdə transformasiyası. Baş icraçı direktorların liderliyi - "Xalis Sıfır Alyansı üçün Enerji Xidmətləri" (UNEZA)"

17:00 - 17:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Soba ətrafında söhbət

17:00 - 17:45. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Ümidin bərpası: Böyük Yaşıl Sədd və iqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin gücləndirilməsi"

17:00 - 18:00. Mavi Zona Sədrlik, Konfrans otağı / Muğam - "COP29 karbon idarəçiliyi" mövzusunda nazirlərin görüşü

17:00 - 18:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Ən az inkişaf etmiş ölkələrin dayanıqlı inkişafı üçün karbon bazarlarından istifadə"

17:00 - 18:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - BMT-nin Sənaye İnkişafı Təşkilatı - ECO-nun Təmiz Enerji Mərkəzinin ilkin tanıtım tədbiri

17:00 - 19:00. Mavi Zona Sədrlik, Konfrans otağı / Nəsimi - "Beynəlxalq iqlim təşəbbüslərinin tamamlayıcılığı və davamlılığı"

19:00 - 20:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "Biz mümkünlüyün rəhni - şölələnən işiğın qığılcımıyıq"
 
Ardını oxu...
Şaxtalı havaya baxmayaraq, Naxçıvanda hələ də istilik sistemləri işə salınmayıb. Bundan daha çox əziyyət çəkən isə, bağça və məktəblərdəki azyaşlı uşaqlardır. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər. Onlar deyirlər ki, problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticə yoxdur.
Naxçıvan şəhər sakini G. Məmmədova deyir ki, bağçalar və məktəbdəki sinif otaqları soyuq olduğundan, uşaqları evdə saxlamağa məcbur olurlar:
“Nəvəmin biri bağçaya gedir, biri də məktəbdə ikici sinifdə oxuyur. Bir neçə gündür Naxçıvanda havalar daha da soyuyub, gecələr mənfi 4 dərəcəyə kimi şaxta olur. Nə yaşayış binalarında istilik sistemi işləyir, nə də bağça və məktəblərdə. Evdə elektrik plitəsi ilə birtəhər ötüşürük. Bağça və məktəblərdə balaca uşaqlar soyuğa dözmürlər. Bir həftə bunda öncəyə kimi hava nisbətən isti idi. Hazırda soyuq olduğundan, nəvələrimin hər ikisini evdə saxlayırıq. Gedib, xəstələnəcəklərsə, evdə otursalar daha yaxşıdır. Bu nə qanundu, bilmirik. İcra hakimiyyətinə şikayət edirik, deyirlər ki, bir az da dözün, veriləcək”.
Digər şəhər sakini Vidadi Məhəmmədov da istilik sistemlərini işə salınmamasından narazıdır:
“Məcbur olub, elektrik plitəsi işlədirik. Havalar soyuyub deyə, bu da yetmir. Həm də, bu plitələr çoxlu enerji sərf edir ki, bu da büdcəyə əlavə yükdür. Naxçıvan qəribə qanunlarla işləyir. Çox zaman martın sonu və aprel ayının əvvəlində istilik sistemini var gücü ilə işlədirlər. İndi və qışın ortalarıdı, istilik ümumiyyətlə verilmir. Sanki insanların qəsdinə durublar. Bu il qış tez başlayıb, ancaq, nəzərə alan yoxdur”.
 

Hər nə qədər sülh müqaviləsindən danışılsa da, regionda silahlanma yarışı davam edir. Ermənistan ordusu müharibədən sonra məlum idi ki, itirdiklərinin yerini doldurmaq üçün silahlar alacaq. Ermənistanın silahlanmasına baxdıqda, açıq şəkildə görünür ki, həm İrəvan, həm də onun yanında olan dövlətlər müharibənin nəticələrini ciddi şəkildə analiz ediblər. Ermənistan ordusunun ən zəif yerlərin müəyyənləşdirib, ona uyğun olaraq da silahlar alırlar.
Ermənistanın xüsusilə hava hücumundan müdafiə, anti-dron sistemlərini alması ehtiyacdan irəli gəlirsə, “Caesar” haubitsasını alması isə effektiv olan artilleriyalarını daha da təkmilləşdirmək üçündür. Ermənistanın silahlanması təbii ki, regionu silahlanma yarışının içərisinə çəkib. Ermənistanın aldığı silahlara adekvat olaraq Azərbaycan tərəfi də silahlar alır. İstər Azərbaycanda, istərsə də, Ermənistanda bəzi şəxslər dövlətlərin aldığı silahlı nümayiş etdirməsini və yaxud bu məlumatların mətbuata sızdırılmasını tənqid edir. Əvvəla silahlanmanın heç bir sirr tərəfi yoxdur. Silah istehsalı ərzaq, avtomobil və digər məhsullar kimi qanunidir. Silah istehsalçısı olan şirkətlər satdığı silahın hesabatını verir. Dövlətlər aldığı silahlar barədə məlumat verməsə də, istehsalçı şirkətlər maraqlıdır ki, satışı barədə məlumat versin.
Misal üçün “Akash-1S” hava hücumundan müdafiə sistemlərinin Ermənistana təhvil verilməsini birinci Ermənistan yox, məhz istehsalçı şirkət elan etdi. Dövlətlər silahları qara bazardan yox, məhz şirkətlərdən alır. Yəni dövlətlər istəsə də, bunu gizlədə bilməz, yox, dövlətlər gizlətsə də, şirkətlər maraqlı olur ki, informasiya yayılsın. Bəzən şirkətlər bilərəkdən hansısa ölkəyə silah satdığını nəinki bəyan edir, hətta bunun müzakirələrə səbəb olması üçün müəyyən media qrupları ilə razılaşmalar da əldə edirlər. Bəzən heç silah satan tərəf yox, rəqib şirkət rəqib ölkənin hansı silah almasını ciddi şəkildə şişirdir. Beləcə də nəinki media resursları, hətta dövlətlər də tələyə düşmüş olur. Hər kəs istehsal etdiyi məhsulu satmaq istəyir və buna görə də, manipulyasiyalar edir.
Ermənistanın “Caesar” haubitsasını alması həddindən artıq qabardıldı. Daha sonra isə Qərb mediasında alternativ silahlar gündəmə gətirildi. Hətta Ermənistan “Caesar” haubitsasını alandan sonra bəzi haubitsa istehsalçısı olan şirkətlər Azərbaycanın qapısında yatdı. Nəticədə Azərbaycan DİTA haubitsalarını aldı. Azərbaycanın DİTA haubitsasını alacağını təxmin etmək o qədər də çətin deyildi. Silah şirkətləri pusquda yatır, məhsullarını satmaq üçün bütün variantlara gedirlər. Azərbaycan da silah istehsalçısıdır və bir neçə ölkəyə silah satışını təşkil edir. Azərbaycan tərəfi bunu gizli saxladığını düşünsə də, xarici şirkətlər və araçı şirkətlər hər şeyi bilir. Hətta “sizinkilər avtomatın qiymətini niyə qaldırıb?” sualını belə verirlər. Bəs məxfi idi?
Yalnız ağır müharibələr zamanı dövlətlər axtardığı silahı, mərmiləri istehsalçı şirkətlərdən ala bilmədikdə, qara bazara üz tutar. Bu da çox az hallarda baş verir. Ona görə də müharibələr vaxtı qanunsuz silahdan istifadə anlayışı yoxdur. Hər kəs əlində olan vasitələrdən maksimum istifadə etməyə çalışır. Yəni dövlətlərə mələk, yaxud şeytan donu geyindirməyin bir mənası yoxdur. Hər kəs hədəfə çatmaq üçün addımlar atır.
Ermənistanın silahlanması, bunun həddindən artıq qabardılması həm də Azərbaycan üçündür. Müdafiə sənayesi şirkətləri bitməyən bir münaqişədən maksimum yararlanmağa çalışır. Beləcə, dövlətləri soyub soğana çevirirlər. Məsələyə fərqli yöndən baxsaq, sülh müqaviləsi imzalana qədər Azərbaycan və Ermənistanın silahlanması davam edəcək. Azərbaycan mətbuatında Ermənistanın, Ermənistan mətbuatında isə Azərbaycanın yeni silahlar alması qabardılacaq. Azərbaycanın aviaparkını yeniləməyə ciddi ehtiyacı vardı. Ona görə də həm ehtiyacları qarışlamaq, həm də siyasi olaraq Pakistandan JF-17 hərbi təyyarələri aldı. Ardınca Ermənistan mediası bu məsələni ciddi qabartmağa başlayıb. Artıq Hindistanın “Hindustan Aeronautics Limited” şirkəti ilə danışıqlar da aparırlar. Bəzən deyirlər ki, böyük dövlətlər, əslində isə böyük silah şirkətləri də bu münaqişənin sülh müqaviləsi ilə bitməsində maraqlı deyillər.
Bunları yazarkən Ermənistanla Azərbaycan arasında siyasi gərginliyin olmasını inkar etmirəm. Əksinə, gərginlik var və bunun davam edəcəyi də gözləniləndir. Görünən odur ki, bu gərginlikdən qazanan Ermənistan və Azərbaycandan daha çox elə müdafiə sənayesi şirkətləri və ortadakı dəllallardır…
Səxavət Məmməd
TEREF
 
Ardını oxu...
"Neçə müddətdir ki, Babək rayonunda fəaliyyət göstərən Daş Məhsulları Sənaye Kompleksinin işçilərinin maaşları verilmir. Və bu da rəhbərliyi narahat etmir..." Bu barədə "DİA-AZ"a edilən müraciətdə deyilir.

Narazı işçilərin sözlərindən belə aydın olur ki, onlarla marəsizlikdən, iş yerini itirmək qorxusundan buna dözürlər: "Əvvəlki vaxtlar olsaydı, etiraza qalxardıq. İndi səsini çıxaranı işdən atırlar... Adi fəhlə işi tapmaq da çətindir. Buna görə də rəhbərlik maaşları neçə aydır vermir, amma səsin də çıxaran yoxdur.
Ardını oxu...
Bu adamları maraqlandırmır ki, kasıb işçi ailəsini nə ilə dolandırır..."

Qeyd edək ki, Daş Məhsulları Sənaye Kompleksi "Arkoz" Holdinqin tərkibində fəaliyyət göstərir. Bu holdinqin isə Gömrük Komiəsinin keçmiş sədri Səfər Mehdiyevə məxsus olduğu bildirilir...
 
Ardını oxu...
SOCAR , niyə ölkə başçısına və müvafiq dövlət qurumlarına şikayət edən Azəriqaz İB TTİ-nin işçilərinin ərizəsi araşdırılması üçün şikayət edilən quruma göndərilib. və nəticədə şikayət ərizəsinə qol çəkmiş 18 nəfər işçidən üzür ərizəsi alınıb?
Bununla da tərəfinizdən "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunun ✅maddə 7.13. (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.) pozulmuş olub.
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.

Konfransın dördüncü gününün proqramını təqdim edirik:

Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.

Yaşıl Zona üzrə tədbirlər:

09:00 - 10:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Hirkan - Transformativ iqlim fəaliyyəti: "Diqqəti maliyyə girişlərindən təsirə və ÇİB-lərin katalitik təsirinə çevirmək"

09:00 - 11:00. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - İqlim Maliyyə İnvestisiyaları və Ticarət Dialoqu üzrə Bakı Təşəbbüsü (BICFIT Dialoqu) çərçivəsində Nazirlərin Görüşü

09:00 - 11:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 1 - Yaşıl İdarəetmə (3G) üzrə Nazirlər Forumu

09:15 - 10:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - Jess ilə yoqa sessiyası

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / ENERJİ - "Azərbaycanda dayanıqlı KOB mənzərəsi"

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / KAİNAT - "Metan emissiyalarının azaldılması üçün iqlim maliyyəsi haqqında Maddə 6-dan faydalanmaq"

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / SU - "Azərbaycanda sement və beton sektoru üçün "Xalis sıfır yol xəritəsi"

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / YER - "ABB və tərəfdaşlarının Azərbaycanın yaşıl inkişafına potensial töhfələri"

10:00 - 11:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Better Cotton" ("Ən yaxşısı pambıqdır")

10:00 - 11:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Nəsimi - "Qlobal Maliyyə Sistemi: İqlim fəaliyyəti üçün maliyyələşdirmənin artırılması"

10:00 - 17:00. Mavi Zona Sədrlik, Plenar otaq 2 - Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması

10:30 - 10:45. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Salamlama və açılış nitqi

10:45 - 11:20. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - "Etibar katalizator rolunda: iqlim keçidini irəli sürmək"

11:00 - 11:50. Yaşıl zona tədbirləri, Yaşıl Zona pavilyonu - "Cənub elektrik stansiyasında dekarbonizasiya yolları"

11:00 - 12:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona pavilyonu - "Yaşıl investisiya və yaşıl istiqrazlar/IPO"

11:00 - 12:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - Dayanıqlı gələcəyin gücləndirilməsi çərçivəsində yüksəksəviyyəli tədbir: "Maliyyələşdirmə vasitəsilə yaşıl inkişafın irəlilədilməsi"

11:00 - 12:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Hirkan - "Enerji keçidinin maliyyələşdirilməsində suveren rifah fondlarının rolu"

11:30 - 12:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - "Daxili müzakirələrin idarə edilməsi: Dayanıqlılıq icraçıları çətinliklərlə necə mübarizə aparırlar?"

11:30 - 13:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Hökumətlərin iqlim fəaliyyətləri nə yerdədir? - "ClimateScanner" qiymətləndirməsinin ilk nəticələri"

12:00 - 13:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / KAİNAT - "Hər zamankı kimi maliyyədən kənar: Dayanıqlı gələcəyə keçid"

12:00 - 13:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / ENERJİ - "Vahid ekosistemlər və dəyər yaradılması yolu ilə yaşıl enerjiyə keçidin maliyyələşdirilməsinin sürətləndirilməsi imkanları"

12:05 - 12:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - "İqlim keçidinə rəhbərlik: Hesabatlı rəhbərliyin təminində rəhbərlər üçün üç əhəmiyyətli addım"

12:45 - 13:45. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - Türk Dövlətləri Təşkilatının İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət tərəfdaşlığı üzrə Nazirlər Toplantısı

13:00 - 14:00. Mavi Zona Sədrlik, Konfrans zalı / Hirkan - "Dayanıqlı islam maliyyələşməsindən istifadə: Keçid, tənzimləmə və beynəlxalq əməkdaşlıq"

14:00 - 15:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / KAİNAT - "Müəssisələr üçün dekarbonizasiya gündəliyi: problemlər və praktik həllər"

14:00 - 15:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: milli insan hüquqları institutlarının rolu"

14:00 - 15:00. Mavi Zona Azərbaycan pavilyonu, İstirahət sahəsi - "Slow Food" Fondunun biomüxtəliflik dequstasiyası

14:00 - 15:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - "Ədalətli keçid üçün investisiyaların artırılması" mövzusunda yüksəksəviyyəli dialoq

14:00 - 15:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Nəsimi - İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının Nazirlər Toplantısı

14:00 - 15:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Hirkan - Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq (CAREC): İqlim, innovasiya və ticarət tərəfdaşlığına həsr olunmuş Nazirlərin Görüşü

14:00 - 15:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Böyük debat: "Korporativ dekarbonizasiya - reallıq, yoxsa ritorika?"

14:00 - 15:30. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Qlobal dayanıqlı maliyyə: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı fəaliyyəti və müqayisəsi üzrə yol xəritəsi"

14:30 - 15:15. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - "Dəyişiklik yaradan güc: iqlim fəaliyyətində liderlik və texnologiya"

14:30 - 15:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - "İqlimə yatırımlar: gənclərin gələcəyimizin maliyyələşdirilməsi barədə düşüncələri"

15:00 - 16:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / SU - "İqlim investisiyaları: öhdəliklər, yanaşmalar və regionlara xas problemlər"

15:30 - 16:30. Yaşıl zona tədbirləri, Yaşıl Zona pavilyonu - "Fond birjaları və innovativ dayanıqlı maliyyə"

15:30 - 16:30. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "SOFAZ-ın investisiya portfelində ESG İnteqrasiyası"

16:00 - 17:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona pavilyonu - "Azərbaycanda və regionda dayanıqlı maliyyə"

16:00 - 17:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "İqlim maliyyəsi"

16:00 - 17:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Hirkan - "İqlim fəaliyyətinin inkişaf maliyyəsinə inteqrasiyası"

16:00 - 18:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / KAİNAT - "Yaşıl hidrogenin gələcəyi"

16:00 - 18:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - "Cəbhələrdən gələn səslər: iqlim dəyişmələri qurbanlarının təcrübə paylaşımı"

16:30 - 18:30. Yaşıl zona tədbirləri, Konfrans zalı / YER - Gənclərin Beynəlxalq Dayanıqlı İnnovasiya Sammiti

17:00 - 18:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "İqlim dəyişməsi üzrə fəaliyyət istiqamətində regional çağırış: Mərkəzi və Qərbi Asiyada buzlaqların əriməsi diqqət mərkəzində"

17:30 - 18:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Hirkan - Uyğunlaşma Fondunun Yüksəksəviyyəli Töhfə Dialoqu 2024

17:30 - 18:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA): Çoxtərəfdaşlı Etimad Fondu və SPECA İqlim və İnnovasiya Dialoqu mövzusunda Nazirlərin Görüşü

17:30 - 18:30. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi"

18:30 - 19:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Film nümayişi və soba ətrafında söhbət

18:30 - 19:30. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Özəl sektora güvənin təmin edilməsi"
 
 
 
Ardını oxu...
ABŞ-nin yenidən seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Ağ Evdə yaşamaq fikrində deyil.

Bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, birinci xanımın bu qərarı ailə şəraiti ilə bağlıdır.

Belə ki, o, Nyu-York Universitetində təhsilini davam etdirən oğlu Barronun yanında olmaq üçün vaxtının çox hissəsini Nyu-York və Palm-Beach arasında keçirmək istəyir.
 
Ardını oxu...
VI, VII çağırış deputatlığa namizəd İsmayılov Rahib Vəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:

“Mən, İsmayılov Rahib Vəli oğlu, ali təhsilliyəm, gənc yaşlardan müxtəlif vəzifələrdə işləmişəm. Milli Məclisə VI, VII çağırış deputatlığa namizəd olmuşam.

2015-ci ildə Kiçik və Orta Sahibkarlıq İşçilərininin Həmkarlar İttifaqı Birliyinin sədri işləyirdim. Lakin təşkilatım başqa bir təşkilatın tərkibində idi. İstədim ki, müstəqil Nizamnaməsi olsun və dövlət qeydiyyatına alınsın. Elə qara günlərim də o zamandan başladı.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə müraciət etdik. Bu 9 il ərzində başıma gələnləri yazsam 600 səhifəlik kitab alınar. Qısaca onu deyim ki, qanunvericiliyə uyğun olaraq sənədlərimi 2 ay saxlayaraq, şablon cümlələrlə heç bir nöqsanımız olmadan cavab verilirdi. Hər dəfə zəng edəndə telefon dəstəyini qaldıraraq icracılar deməyə söz tapmırdı, ən yaxşı halda “sənədləriniz icraatdadır, baxılır, cavab veriləcək”, - bildirirdilər.

Üç dəfə Toğrul Musayevin, ən azı sabiq idarə rəisi İlqar Məmmədovun qəbulunda olmuşam. Səhv etmirəmsə, bir dəfə indiki idarə rəisi Anar müəllimlə telefon danışığım olub. Bir dəfə də Fuad Ələsgərovun qəbulunda olmuşam. Bu “sehirli düyün” açılmadı ki, açılmadı.

Rahim Rəhimov işindən azad edildi, Səbinə Salmanova işindən azad edilib Prezident aparatına aparıldı, hal-hazırda da deputat oldu. Sonra özləri mənə zəng etdilər, “bu təşkilatı qeydiyyata almağa gücümüz çatmır, bir təşkilat adı de, bir həftəyə qeydiyyata alınacaq”, - dedilər. Mən başa düşdüm ki, Səttar Möhbalıyevin "bostanına" girə bilmirlər.

2 il bundan qabaq qərara gəldim ki, "Ekologiya və Ətraf Mühitin Mühafizəsinə Dəstək İctimai Birlik" adlı təşkilatı qeydiyyata aldırım. Beləcə, sənədləri təqdim etdim. 2021-2022-ci illərdə sənədlərim hansı quyunun dərinliyinə getdisə, bilən olmadı. Nəhayət, bir ildən sonra eynilə əsassız cavab verildi. Təkrar yenidən sənədlərimi verdim. Hardan gəldiyini bilmədiyim bir cavab oğlan məni qəbul etdi. Düşündüm ki, düyün açıldı, qeydiyyata alacaqlar. Lakin bu günə kimi qeydiyyata almayıblar.

Bir demokratik ölkədə vətəndaş cəmiyyətinə bu qədər qısqanclıqla yanaşmaq nədən irəli gəlir? Sonuncu dəfə “dövlət rüsumu ödəməmisən” deyib, sənədlərimi geri qaytardılar. Halbuki, sənədlər təsdiq olunandan sonra dövlət rüsumun ödəmək olardı. Digər tərəfdən, Həmkarlar Təşkilatına dövlət rüsumu ödəmişəm. Bəs bu vəsaitlə əvəzləşdirmək olmazdımı? Halbuki, hər iki təşkilatın dövlət qeydiyyatına alınması mənim konstitusion hüququmdur.

Sizdən köməklik etməyinizi rica edirəm. Ümid varam ki, işıqlandıracaqsınız və məsələ öz həllini tapacaq.

Məlumat üçün bildirim ki, AYB, AJB-nin üzviyəm, 16 kitab, 30 mahnı müəllifiyəm. Mahnılarım dövlət tədbirlərində böyük ruh yüksəkliyi ilə səsləndirilir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.

Konfransın üçüncü gününün proqramını təqdim edirik:

Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.

Yaşıl Zona üzrə tədbirlər:

09:15 - 10:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - Jess ilə yoqa sessiyası

10:00 - 10:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Salamlama və açılış nitqi

10:00 - 11:00. Mavi Zona Sədrlik, Plenar otaq 2 - "Five Past Midnight": Münhen Təhlükəsizlik Konfransı ilə birgə təşkil edilən "Daha təhlükəsiz gələcək naminə iqlim fəaliyyətinin sürətləndirilməsi"

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / ENERJİ - "Təkcə karbon deyil: Nəyə görə dünya aviakondensasiya izinə qarşı iqlim hərəkatına qoşulmalıdır?"

10:30 - 10:45. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Əsas müzakirə

10:30 - 12:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - "Okeandakı plastiklər və təmiz dizaynın gələcəyi"

10:45 - 11:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Əsas qeyd

10:45 - 12:15. Mavi Zona Sədrlik, MR23 - "İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri"

11:00 - 12:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - "Yuxarıda necədirsə, aşağıda da elədir"

11:00 - 12:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Dekarbonizasiya və dayanıqlılığa yol açan limanlar"

11:00 - 12:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - COP Sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: "Ortaq rifahın gələcəyinə doğru Missiya 1.5 üçün yol xəritəmiz"

12:00 - 12:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - "Buz əkə bilmərik! Niyə donmuş okean, xüsusən də Mərkəzi Şimal buzlu okeanın buz qalxanı qlobal müştərək sahə kimi yaradıcı, inklüziv və iqlimlə bağlı ədalətli idarəçilik üçün fürsət təqdim edir?"

12:00 - 12:40. Yaşıl zona tədbirləri, Yaşıl Zona pavilyonu - Mərkəzi Asiya və türk gənclərinin iqlim liderlərinin növbəti COP dialoqu

12:00 - 13:00. Mavi Zona Sədrlik, Konfrans zalı / Nəsimi - Yüksəksəviyyəli tədbir: "Nüvə enerjisini üçqat artırma səylərinin irəlilədilməsi"

12:00 - 13:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / SU - "Dəyişiklik yaradan güc: İqlimə dayanıqlı gələcək üçün genderəsaslı innovasiyaların təkmilləşdirilməsi"

12:00 - 14:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / KAİNAT - "Dekarbonizasiya strategiyası və çətin dekarbonizasiya olunan sənaye sahələri üçün yol xəritəsinin yaradılması"

12:20 - 13:50. Mavi Zona Sədrlik, Plenar otaq 2 - İnkişaf etməkdə olan kiçik adaların iqlim dəyişmələrinə həsr olunmuş Liderlər Sammiti

14:00 - 15:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Çarpma nöqtələrindən qaçınmaq: Gənc insanların okeanların qorunmasına təsiri

14:00 - 16:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - "İqlimə davamlı və dayanıqlı sahillər: Sahil icmaları üçün gənclərin irəli sürdüyü həll yolları"

14:15 - 15:45. Mavi Zona Sədrlik, MR21 - Ambisiyaları fəaliyyətə çevirmək üzrə yüksəksəviyyəli dəyirmi masa: "Qlobal adaptasiya məqsədinə nail olmaq üçün adaptasiya maliyyəsinin genişləndirilməsi"

14:40 - 16:10. Mavi Zona Sədrlik, Plenar otaq 2 - Dünya İqtisadi Forumu (WEF): "Əməkdaşlığın gücü: xalis sıfır naminə birləşdirici qüvvələr"

15:00 - 15:15. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Yusuf Kərimli: "Aerokosmik sənaye dayanıqlıdırmı?"

15:15 - 15:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Finn Ross: "İqlim dəyişmələrinin qarşısının alınmasında okeanların həlledici gücü"

15:30 - 16:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Soba ətrafında

15:30 - 16:30. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Yaşılı seç, insanlıq üçün çalış"

16:00 - 17:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - "Hamı üçün dayanıqlı aerokosmos"

16:00 - 17:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - "Həyat xəttimizə davam edirik: sabit hidroloji siklin saxlanmasına yönəlik gənclər fəaliyyəti"

17:00 - 17:15. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Əsas müzakirə

17:15 - 17:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Bodhi Patil: "Qədim müdrikliyə əsaslanan regenerativ mavi iqtisadiyyat"

18:00 - 18:45. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Axşam musiqisi

18:45 - 20:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Film nümayişi və soba ətrafında söhbət
 
Ardını oxu...
Zaqatala xəstəxanasında daha bir uşaq ölümü qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu gün rayonun Cobankol kənd sakini, 2022-ci il təvəllüdlü Bəxtiyar Maarif oğlu Əliyev Zaqatala xəstəxanasında dünyasını dəyişib.

Hazırda rayon hüquq-mühafizə orqanları ölüm faktı ilə baglı araşdırma aparır.

Qeyd edək ki, son iki həftə ərzində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində də üç yeni doğulan körpə ölümü qeydə alınıb.
 
Ardını oxu...
Paytaxt Bakı COP29 beynəlxalq sammitə hazırlaşdığı ildə Gəncənin Yaşıl Şəhər Fəaliyyət Planı qəbul edilib. Yaşıl Şəhər Fəaliyyət Planına (YŞFP) əsasən, respublikanın üçüncü böyük şəhərinin "yaşıl” keçidinə ən azı 2 milyard manatlıq investisiya müəyyən edilib.

2020-ci ildə Azərbaycanda pilot olaraq, Gəncə şəhərinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Yaşıl Şəhərlər” proqramına qoşulması ilə bağlı saziş imzalanıb. Ötən il isə hökumət və beynəlxalq bankın mütəxəssislərinin birgə iştirakı ilə Fəaliyyət Planı təqdim edilib.

2024-2028-ci illəri əhatə edəcək Planın icrasının ilkin qiymətləndirilməsi 2 milyard manat təşkil etsə də, layihələrdən asılı olaraq, sənəddə bu xərcin dəyişəcəyi qeyd edilib.

Gəncənin "yaşıl” dünyaya keçidi üçün bir neçə prioritet istiqamətlər müəyyənləşib: bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırılması sisteminin qurulması, su təsərrüfatının və ictimai nəqliyyatın yenilənməsi və s.

"Yaşıl şəhər”ə keçidlə bağlı investisiyaların istiqamətləri aşağıdakı cədvəldə göstərilib:
Ardını oxu...
YŞFP-nin əsas maliyyə mənbələri sırasında dövlət büdcəsi, dövlət zəmanətli kreditlər, beynəlxalq maliyyə institutları, iqlim fondları və özəl sektor göstərilir.

Gəncənin "yaşıl” keçidi ilə əlaqədar adıçəkilən beynəlxalq bank artıq bəzi istiqamətlərdə kredit ayırmağa başlayıb. Hətta bir sıra kreditlərlərin icrasına YŞFP təsdiq olunmamışdan öncə start verilib. Bu layihələr hansılardır?

Suyun həyat mənbəyi olan kreditlər

Belə ki, AYİB "Gəncə Su və Tullantı Suları” layihəsi çərçivəsində Su Ehtiyatları Agentliyinə 35 milyon avro dəyərində kredit ayıracaq. Bank Gəncə şəhərində su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması şəbəkəsinin yenidən qurulmasına dəstək verəcək. Bankın hesabatında qeyd edilir ki, sözügedən layihə Gəncə şəhərində su və tullantı suları sektorunun hərtərəfli reabilitasiyasını əhatə edən və ümumi dəyəri 410 milyon avro (750 milyon manat) olan daha geniş Prioritet İnvestisiya Proqramının birinci mərhələsidir. Fəaliyyət Planında növbəti illərdə bu istiqamətdə ayrılacaq vəsaitin həcmi 753,6 milyon manat göstərilir.

Gəncənin tullantılarla imtahanı

Avropa Bankı "Yaşıl şəhərlər” proqramındakı qiymətləndirməsində qeyd edir ki, hazırda Azərbaycanda Avropa İttifaqının tələblərinə cavab verən poliqonlar yoxdur: "Mövcud tullantıların utilizasiya sahələri heç bir sızma suyunun toplanmasına və ya poliqon qazının azaldılmasına nəzarət sistemi olmayan tullantı sahələridir”.
Ardını oxu...
Avropa Yenidənqurma və İnkişaf Bankı

Halbuki regionlarda bərk məişət tullantılarının idarə edilməsinin təşkili üçün "Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” qəbul olunub. Lakin bu istiqamətdə bölgələrdə əsaslı işlər aparılmayıb.

2022-ci ildə AYİB-nin Gəncə Şəhər İcra Hakimiyyəti tabeliyində Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi arasında imzalanan sazişə əsasən, Gəncədə bərk məişət tullantılarının idarə edilməsi üzrə poliqonun tikintisinə 10 milyon avro ayrılıb.

YŞFP-də Gəncənin bərk məişət tullantılarının idarə edilməsi üzrə investisiya xərcinin 156,19 milyon manat təşkil edəcəyi göstərilir. Adıçəkilən layihənin icrasına nəzərdə tutulan vəsaitdən daha çox investisiyanın yönələcəyi şübhəsizdir.

AYİB-nin maliyyə dəstəyi ilə Gəncə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi "bərk məişət tullantılarının toplanması infrastrukturunun və əməliyyatlarının təkmilləşdirilməsi” layihəsinə dəstək vermək üçün məsləhət xidməti ilə əlaqədar tender keçirib. Satınalmanı qazanan şirkət ən yüksək qiymət təklif edən "Tempo-Arpa” Birgə Müəssisəsi (BM) olub. Belə ki, digər şirkətlər –"IRD-Enviroplan” BM məsləhət xidməti üçün 1 milyon 95 min avro, "Eptisa Muhendislik Ltd. Və Eptisa Servicios de Ingenieria” BM 1 milyon 78 min avro təklif etdib. Lakin bunun üçün daha baha- 1 milyon 177 min 300 avroluq xidmət təklif verən "Tempo-Arpa” BM qazanıb.

"Yaşıl” işıqlandırma

Digər "Yaşıl şəhər” proqramı çərçivəsində AYİB-nin maliyyə dəstəyi ilə "Gəncə şəhərində küçələrin işıqlandırılması” layihəsi icra edilib. Bank və beynəlxalq donorlar tərəfindən bununla bağlı 2022-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti ilə 15 milyon avroluq saziş imzalayıb.

Layihədə Gəncə şəhərinin seçilmiş küçələrində işıq şəbəkələrinin modernləşdirilməsi, o cümlədən LED işıqlarının, avtomatlaşdırılmış idarəetmə və nəzarət sistemlərinin qurulması nəzərdə tutulub. Lakin layihənin icrası ilə bağlı heç bir hesabatlılıq yoxdur.

"Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində də şəhərin işıqlarının modernləşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Amma bu haqda da səhih məlumata rast gəlmək olmur.

YŞFP-də Gəncənin işıqlandırma sisteminin modernləşdirilməsi üçün əlavə olaraq, 90 milyon manata yaxın vəsaitin xərclənəcəyi müəyyən olunub. Beləliklə, respublikanın üçüncü böyük şəhəri olan Gəncə "yaşıl dünya” ailəsinə qoşulmaq üçün iqlim dəyişmələrinə qarşı mübarizə aparacaq. Bunun üçün də ayrıca Fəaliyyət Planının hazırlanmasına 250 min manatın yönəlməsi nəzərdə tutulub.
dia-az.site
 

Dünyapress TV

Xəbər lenti