Azərbaycan Hava Yolları (AZAL) Sentyabrın 1-dən Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə onlayn aviabilet bron edərkən “Economy Lite” tarifini təqdim edib. Qeyd edilmişdi ki, bu tarifə yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir, tarif qısamüddətli işgüzar səfərə yollananlar üçün mükəmməldir.

Bu tarifi təqdim etməklə AZAL-ın qiymət artırdığı müşahidə edilir. Əgər 2022-ci ilin iyul ayında ən aşağı qiymət olan “Economy Classic” tarifi ilə gediş-dönüş biletini 743 manata almaq mümkün idisə (şənbə günü 08:50-də uçuş, bazar ertəsi 23:25-də qayıdış ), bu gün eyni tarif üzrə gediş-dönüş biletini 776 manata almaq olur. Qısası, qiymət 33 manat artırılıb. Bu artımı ört-basdır etmək üçün yeni minimal tarif olan “Economy Lite” kəşf edilib. Bu gün “Economy Lite” tarifi üzrə gediş-dönüş biletini 725 manata almaq olar. Düzdür, bu minimal bilet qiyməti əvvəlki minimal bilet qiymətindən 18 manat aşağı olsa da, sərnişin 23 kq pulsuz əl yükü, aviabiletin qaytarılması və uçuş tarixinin dəyişdirilməsi imkanlarını itirib. Keçmiş minimal tarif olan “Economy Classic”ə 23 kq pulsuz əl yükü daxil idi, aviabiletin qaytarılmasına, uçuş tarixinin dəyişdirilməsinə cərimə ilə də olsa icazə verilirdi.

Qeyd edək ki, bilet qiymətləri öncədən alma müddətindən, uçuş gününüdən və saatından asılı olaraq fərqli ola bilər. Buna baxmayaraq, əksər variantlarda qiymətlərin artdığı müşahidə edilir.

Bu günlərdə AZAL-ın yeni “Economy Lite” tarifi bir sıra vətəndaşları ziyana salıb. Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və valideynləri AZAL-dan təxminən bir həftə öncə bilet alıblar. Lakin gözlənilməz şəkildə Türkiyənin bir neçə universiteti tədrisin başlama tarixini dəyişərək oktyabr ayının əvvəlinə keçirib. Bu səbəbdən bəzi tələbələr və valideynləri Türkiyəyə çox tez getməmək üçün uçuş tarixini dəyişmək məcburiyyətində qalıblar. Amma AZAL “Economy Lite” tarifində uçuş tarixinin dəyişdirilməsinə icazə vermədiyindən bu tarif üzrə bilet alanlar yenidən xərcə düşməli olublar.

“Economy Lite” tarifi üzrə bilet almış zərərçəkənlərdən biri bildirdi ki, bu tarifdə uçuş tarixinin dəyişdirilməsinə icazə verilməməsi kobud inhisarçılıqdır:

“Qiyməti “Economy Lite” tarifindən təxminən 20 manat yüksək olan “Economy Classic” tarifi üzrə uçuş tarixinin uçuşdan əvvəl 60 avro cərimə ilə dəyişdirilməsinə icazə verilir. “Economy Lite” tarifində isə bu imkan yoxdur. “Economy Lite” bileti üzrə 80 avro cərimə ilə də olsa uçuş tarixinin dəyişdirilməsinə icazə verilə bilərdi. Vətəndaşın tamamilə pulunu itirməsi nə deməkdir?! Başa düşdük, 18 manat ucuz bilet satmaq üçün 23 kq pulsuz baqaj imkanını vermirsiniz, amma cüzi qiymət fərqinə görə uçuş tarixinin dəyişdirilməsinə icazə verilməməsi ədalətsiz hərəkətdir, bu kobud inhisarçılıq əlamətidir. Bazara nəzarət edən qurumlar daha çox kiçik sexləri, marketləri, mağazaları cərimələməklə məşğuldurlar. İri şirkətlərin haqsız şərtlərinə göz yumurlar”.

AZAL bildirir ki, bilet alarkən “Lite” tarifində qaydalar qeyd olunur. Başqa sözlə, özünün ağır şərtini vətəndaşa diqtə edir. İstehlakçıların hüquqlarına cavabdeh olan dövlət qurumu, bir sıra dövlət şirkətinin, o cümlədən AZAL-ın tariflərini araşdırmalı, ədalətsiz, vətəndaşa ziyan vuran şərtlərin ləğvi üçün göstəriş verməlidir.

Marja.az

Ardını oxu...
DİA.AZ: - Bir müddət əvvəl Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vəzifəsindən istefa verdiyi xəbəri yayılsa da, təsdiqlənmədi.

DİA.AZ xatırladır ki, həmin məlumatlarda nazirin öz ərizəsi ilə tutduğu vəzifədən getdiyi qeyd olunurdu.

DİA.AZ-a daxil olan son məlumatlarda isə bildirilir ki, bu həftə Sahil Babayevlə bağlı yekun qərar veriləcək. Yenə də Şəhidlərimizin artdığı bir ərəfədə Sahil Babayevin məsələsi aktuallıq qazanıb...

Mənbə iddia edir ki, burada söhbət Sahil Babayevin vəzifədən alınmasından gedir və çox güman bu qərar bu həftə rəsmiləşəcək...

Məlumata görə, Sahil Babayev yarıtmaz bir kadr kimi artıq aşağıların antipatiyasını QAZANIB... Aşağıdan ayılan bu nifrət nəhayətdə "yuxarıların" da qəzəbinə çevrilə bilib...

Bizi izləməkdə davam edin. Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Teref.az yazır ki, Azərbaycan Tibb Universiteti (ATU) “Arash Medical Company” QSC ilə satınalma müqaviləsi imzalayıb.

Maliyyə dəyəri 33 184.58 AZN təşkil edən müqavilədə ATU-nun Onkoloji Klinikası üçün reaktivlərin satın alınması nəzərdə tutulur.

“Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Arash Medical Company” QSC-nin 2011-ci ildə qeydiyyata alındığı göstərilsə də, mediada dərc edilən informasiyalarda şirkətin 1994-cü ildən fəaliyyət göstərdiyi qeyd edilir. QSC-nin veb-səhifəsində isə şirkətin 25 ildir ki, fəaliyyət göstərdiyi bildirilir. Belə anlaşılır ki, “Arash Medical Company” QSC uzun müddət vergidə qeydiyyatda olmayıb. Başqa bir ehtimal isə ondan ibarətdir ki, şirkət 2011-ci ildə təşkilati-hüquqi formasını dəyişib.

Araşdırmalardan məlum olur ki, “Arash Medical Company” QSC daha çox Səhiyyə Nazirliyinin tenderlərinin qalibi olur. Bu barədə mediada gedən materiallarda QSC ilə nazirliyin işbirliyi barəsində şübhəli məqamların olduğu bildirilir.

Şirkətin rəsmi saytında bildirilir ki, “Arash Medical Company” fəaliyyət miqyasına görə Azərbaycanın ən qabaqcıl şirkətlərindən biri olaraq, tibbi avanlıqlar üzrə dünyanın 40-a yaxın aparıcı istehsalçıları ilə sıx əməkdaşlıq edir. Şirkət ABŞ-ın “Alcon”, “Armstrong Medical”, “Hill-Rom”; Almaniyanın “Hettich”, “Carl Storz”, “Lesiegang”, “Metrax”, “Riester”, “Trilux”, “Weinmann”; C. Koreyanın “Medison”, “Bionet”, İtaliyanın “Cardioline”, “FL Medical”, “Fazzini”, “Rimsa”; İsveçrənin “Belimed”; Türkiyənin “Hitas”, “Nüve”, “Varitex”; Yaponiyanın “Toshiba”, “Olympus”, “Fuji” və s. istehsalçılarını Azərbaycanda birbaşa təmsilçisidir.

Aydın olur ki, “Arash Medical Company” Azərbaycanın səhiyyə ocaqları ilə sıx əməkdaşlıq şəraitindədir, bir neçə xəstəxana və klnikalarını hər növ tibbi avadanlıqlar və ləvazimatlarla təchizatçısıdır.

Məlumatlara görə, şirkətin sahibi Kamran Məmmədov deyil. İddia edilir ki, QSC əslində Milli Məclisin keçmiş spikeri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədova məxsusdur. Məlumat bu günə qədər təkzib olunmayıb.aztoiday.az/
 

Ardını oxu...
Gəncənin Əziz Nəzərov küçəsində yerləşən 6 saylı yataqxana qəzalı vəziyyətdədir.

DİA.AZ xəbər verir ki, sakinlərin Belediyye.netə verdiyi məlumata görə, otaqların divarları çatlayıb, eyvanları uçma təhlükəsi ilə üz-üzədir.

Bu səbəbdən gecələr yuxuları ərşə çəkilib.

Dediklərinə görə, dəfələrlə aidiyatı qurumlara müraciət etsələr də, tədbir görən olmayıb.

Yerli İcra Hakimiyyətinin rəsmiləri ancaq boş vədlərlə kifayətlənib.

Qeyd edək ki, təxminən 40-a yaxın ailəsi, 200-dən çox sakini olan bina 1960-cı ildə tikilib.

Sözügedən bina Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Ümumilikdə qurumun tabeliyində 18 yataqxana binası var, bunlardan 13-ü tam qəzalı vəziyyətdədir.

Məsələ ilə bağlı Mənzil Kommunal Təsərrüfatı İdarəsinə üz tutduq. Rəsmi qurumdan bildirildi ki, binanın qəzalı vəziyyətdə olması ilə bağlı FHN-dən rəsmi rəy verilib. Ancaq İcra Hakimiyyətinin balansında pul olmadığı üçün, sakinlər biraz da gözləməlidirlər. Nə zaman vəsait ayrılsa, o zaman da bina tikiləcək.

Ardını oxu...
DİA.AZ: - DİA.AZ-a daxil olan növbəti müraciətdə "Azəriqaz"ın regional rəhbərliyinin daha bir yeyintisi və yaxu da mənimsəmə faktı ifşa olunur. Bəlkə də kimlər üçünsə bu fakt cüzi xarakterli təsiri bağışlaya bilər. Amma yeyinti yeyintidir.

Beləliklə... DİA.AZ-a yazan işçilər qeyd edirlər ki, "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran RQİİ və Ağsu RQİİ-nin Həmkərlar Təşkilatı sədrləri Azəriqaz İB-nin Həmkarlar Təşkilatları tərəfindən ayrılan geyim formalarını özləri götürüb paylama cədvəlində isə işçilərin əvəzinə özləri qol cəkiblər:

"Burada söhbət təkcə işçi formalarından yox, həm də əlavə formalardan gedir".

Qeyd: Belə başa düşmək olar ki adını qeyd etdiyimiz RQİİ-nin hər birinin 50 nəfərdən ibarət futbol komandası var, onların adına forma alınır... ancaq bu komandalar oynamır, formalar mənimsənilir.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.

Telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Ardını oxu...
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında mühasibatlıq işçilərinin və bu tibb müəssisəsində çalışmayan şəxslərin plastik kart hesablarına əsassız vəsaitlərin köçürülməsi, tibb işçilərinin tarif dərəcələrinin düzgün müəyyən olunmaması nəticəsində artıq əməkhaqı, habelə əməkhaqına qeyri-qanuni əlavələrin edilməsi kimi hallar müəyyən edilib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bundan əlavə, hərbi xidmət dövründəxəsarət alan hərbi qulluqçulara sığorta ödənişi üçün verilmiş arayışların bir qisminin sənədləşmələrində qanunvericiliyin tələblərinin pozulması halları da aşkarlanıb. Artıq ödənişlərin bərpası və təqsirkar şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədi ilə yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib.
Ardını oxu...
Meridian şadlıq evində bir stulun qiyməti 270 manat...

Bu gün qiymətlərin süni şişirdilməsinə baxanda adam istər-istəməz rəhmətlik dahi şairimiz Mirzə Ələkbər Sabirin “ Qiymətlər qalxdı, ay can, ay can” misrasını xatırlayır. Kimlərsə deyə bilər ki, Mirzə Ələkbər Sabir sabun bişirib satırdı, nə bilirdi bazar, azad, liberal iqtisadiyyat nədir. Vallah, Sabir bilməsə də “Azal”ın sahibi Cahangir Əsgərov bazar qiymətlərini əla bilir.
Bu gün ölkə mediasında yayılan xəbəri oxuyanda adam yayın istisində titrətmə tutur.
Xəbərdən bəlli olur ki, Türkiyəli qardaşımız İrəvandan süjet hazırlayıb. Ermənistanın paytaxtına Antalyadan gəldiyini qeyd edən aparıcı təyyarə biletinə cəmi 50 dollar ödəniş etdiyini qeyd edib. Qardaş Bakıdan isə Antalyaya təyyarə səfərinin qiyməti 274 dollardır, yəni 5-6 dəfə baha.
Sosial şəbəkədə soydaşlarımız soruşur ki, qardaş ölkə vətəndaşlarının Türkiyəyə, münasibətləri heç də xoş olmayan Ermənistan vətəndaşları ilə müqayisədə dəfələrlə baha getməsi sual doğurur. Nəzərə alsaq ki, ölkənin quru sərhədləri bağlıdır, artıq sentyabrdan ölkə xaricində təhsil almağa gedəcək tələbələrin vəziyyəti daha acınacaqlı olacaq.
Aviabiletlərin qiymətləri az qala tələbələrin xaricdə təhsil haqlarını da üstələyir.
Bəs təxminən eyni məsafəyə Azərbaycandan uçuşların 5-6 dəfə baha olması necə izah oluna bilər?
Məşğul əhalisinin əhəmiyyətli hissəsinin gəliri 300-400 manat olan bir ölkədə bizə bu qədər bahalı bilet lazımdırmı..?
Ən geridə qalmış Orta Asiya ölkələri, Türkmənistan, Özbəkistan, Qazaxstan, Qırğızıstan bu yanaşmadan imtina edib, qiymətlər əhalinin gəlirinə uyğundur.
Kimsə borc-xərc pul tapıb xaricdə müalicəyə getmək istəyir, amma müalicə xərcindən çox təyyarə biletinin qiymətidir.
Qiymətlərlə bağlı məsələ elə bilirsiniz təkcə AZAL-la bağlıdır..? Xeyir, əksər sahələrdə vəziyyət dözülməzdir.
Bu gün oxuyuram ki, özəl avtobus şirkətlərinin sahibləri deyib ki, sərnişin daşımağın 30 qəpik qiyməti bizə sərf etmir, qiymətlər qaldırılmalıdır.
Gördünüzmü, ictimai nəqliyyat da qiymətləri qaldırmaq istəyir. Bir mahnıda deyildiyi kimi elimizin toy adlı gözəl bir adəti var... Toylar isə ancaq şadlıq saraylarında baş tutur.
Belə şadlıq saraylarından biri də MERİDİAN şadlıq sarayıdır.
Təsəvvür edirsiniz, Meridian şadlıq sarayında bir yerin qiyməti 270 manatdır.
Birincisi, yuxarıda qeyd etdiyimiz kimi əhalisinin əhəmiyyətli hissəsinin gəliri 300-400 manat olan bir ölkədə 270 manata toya necə getmək olar..? Deməli, vətəndaş 1 ay işləməlidir ki, Meridianda toy məclisinə getsin.
İkincisi. Gəlin xırda bir hesablama aparaq. Və görək ki, bir insan 270 manata nə yeyə, nə içə bilər...?
Ətin, ərzaq məhsullarının, içkinin ən baha qiymətlərini götürsək belə, bir insan qarnını doyurmaq üçün, lap tısqırınca yesə də 100 manat eləməz. Bəs Meridian şadlıq evi 270 manat qiymətini haradan götürüb, bunu necə hesablayıb..?
Deməli, Bakıdan Türkiyəyə təyarə biletinin qiyməti 270 dollar, Meridianda bir stulun qiyməti 270 manat.
Bəli, Meridian şadlıq evində toy sahibi yığılan pulun böyük əksəriyyətini restorana verir. Toy sahibinin özünə isə qəpik-quruş qalır. Bu da azmış kimi, həmin şəxs toyuna gəlib pul yazdıran qonaqlar qarşısında borclu qalır. Və özünə çatmayan pula görə, hər dəfə toya çağırılanda mütləq gedib iştirak etməli və borcunu ödəməli olur. Bax, bizdə belə bir dəhşətli toy sistemi formalaşıb. Hələ bu harasıdır..? Məclis bitdikdən sonra toy sahibi qalan içkiləri və ərzaqları götürmək istəyir. Bütün ərzaqların pulunu ödədiyi üçün onun qanuni haqqıdır. Lakin Meridian şadlıq evi buna icazə vermir. Restoran administratoru bildirir ki, ağzı açılan içkiləri müştəri götürə bilər. Qalanları isə restoranındır. Halbuki müştəri bütün içkilərin pulunu artıqlaması ilə ödəyir.
Yaxşı, bütün bunların kiminsə, nəyinsə ayağın yazmaq olar. Bəs görəsən, bir stula 270 manat qiymət qoyan Merdian şadlıq evi dövlət büdcəsinə nə qədər vergi ödəyir..? Əgər ciddi bir yoxlama olarsa, külli miqdarda vergidən yayınma ortaya çıxar. Biz hələ toyda verilən ərzaq məhsullarının nə qədər keyfiyyət standartına uyğun olub-olmadığını demirik.
Bu artıq QİDA agentliyinin işidir.
Bir sözlə, rəhmətlik Sabir demişkən, qiymətlər qalxdı,ay can, ay can…
gundelik baki.com

 
 
 

Ardını oxu...
DİA.AZ: - Neft Daşlarında çalışan neftçilərimizin gündəlik qida rasionuna nəzər yetirdikdə onların həqiqətən də sağlam yeməklə təmin olunduğunu görmək mümkündür. DİA.AZ bildirir ki, bu ancaq maləsəf, kağız üzərində belədir...

Ardını oxu...

Reallıqda isə mənzərə tamam başqadır ki, bu barədə dəfələrlə yazmışıq.

Yuxarıda təqdim etdiyimiz siyahıya diqqətlə baxın. Menyüyə əsasən, neftçilərə də belə yeməklər verilməlidir. Verilmir! Dəfələrlə sübut edilib.

Ümid edirik ki, SOCAR rəhbərliyi bunu nəzərə alacaq...
Ardını oxu...
“15 sentyabr yaxınlaşır, amma mənim övladım məktəbə gedə bilməyəcək”. DİA.AZ xəbər verir ki, bu sözləri Qədimova Sevinc Abuzər qızı Bizimyol.info-ya ünvanladığı müraciətdə bildirib. Onun sözlərinə görə, Yasamal rayonunda yaşamalarına və qeydiyyatda olmalarına baxmayaraq, 9 yaşlı oğlu Qafarov Ömər Xəyyam oğlu həmin ərazidəki 20 nömrəli məktəbə qəbul edilmir. Səbəb isə məktəbdə yerlərin dolu olması göstərilir.
“Əvvəl Nizami rayonunda yaşayırdım və övladım da həmin rayon ərazisindəki 32 nömrəli məktəbdə təhsil alırdı. Sonra oğlumla birgə Yasamal rayonuna köçməli olduq. Aprel ayından bəri mən və oğlum Yasamal rayonuna qeydiyyata düşmüşük. Yaşadığımız yer 20 nömrəli məktəbin düz yanıdır.

Şagird yerdəyişməsi ilə bağlı aprel ayında elektron müraciət etdim, növbəyə düşdüm. Lakin yer yox idi. Bu səbəbdən də avqust ayına qədər gözləməli oldum. Avqust ayında yenidən müraciət etdim. Hazırda növbədə birinciyəm, amma 20 nömrəli məktəbdə yer yoxdur.

Bununla bağlı Təhsil İdarəsinə, İcra hakimiyyətinə, Təhsil Nazirliyinə müraciət etmişəm. İcra hakimiyyəti deyir ki, bu iş Təhsil İdarəsi və Təhsil Nazirliyi ilə bağlıdır. Təhsil İdarəsinə isə gedirik, lakin qəbula düşə bilmirik. Mehriban Vəliyevanın qəbuluna düşmək çox qəliz məsələdir. Təsəvvür edin ki, səhər tezdən gedirəm, 5-6 saat gözləyirəm. Bundan sonra məni orada işləyən şöbə müdiri Tural müəllimin növbəsinə yazırlar. Deyirlər ki, 2 həftədən sonra gəl. İki həftə sonra isə qəbul edib deyirlər ki, məktəbdə yer yoxdur.

Təhsil Nazirliyinə də müraciət etmişəm. Bildiriblər ki, başqa məktəbə müraciət edim”. Sevinc Qədimova bildirir ki, o, övladımı tək böyüdür və işləyir. Bu səbəbdən də övladının yaxınlıqda yerləşən 20 nömrəli məktəbdə oxumasında israrlıdır.

“Mənim maddi imkanım yoxdur ki, övladıma adam tutum və onu hər gün məktəbə aparıb-gətirsin. Hər dəfə işdən icazə almalı oluram və bu, mənə ciddi problemlər yaradır. Biz 20 nömrəli məktəbin ərazisində yaşayırıq. Bilirəm ki, övladım bu məktəbə getsə, özü yol keçmədən gedib-gələ biləcək. Hazırda çox çətin vəziyyətdə qalmışam. Ayın 15-i dərs başlayır və mən övladımı Nizami rayonunda yerləşən məktəbə apara bilməyəcəm”.

Sevinc xanımın bacısı Qədimova Xuraman Abuzər qızı isə bildirir ki, Bakı İnzibati məhkəməsinə müraciət ediblər. “Cavabdeh olaraq, Təhsil Nazirliyi, Bakı Baş Təhsil İdarəsi və 20 saylı məktəbi qoymuşuq. Neçə aydır ki, Yasamal rayon İcra hakiminə, ərazi üzrə millət vəkilinə, 20 nömrəli məktəbin direktoru Esmira xanıma, Bakı Baş Təhsil İdarəsinin müdiri Mehriban xanıma, Təhsil nazirinə həm elektron, həm də poçt vasitəsi ilə məktublar göndərmişik. Bundan əlavə qəbullara da getmişik”.

Xuraman xanımın sözlərinə görə, sözügedən 20 nömrəli məktəbdə təhsil alan şagirdlərin əksəriyyəti ərazi üzrə yaşamırlar və bu səbəbdən də məktəbdə yer yoxdur. “Bizə deyirlər ki, başqa məktəbə müraciət edin. Niyə bu ərazidə yaşamayan şagirdlər həmin məktəbdə təhsil almalıdır, amma məktəbin həyətindəki binada yaşayan sakin uşağını uzaqda yerləşən məktəbə aparmağa məcbur olmalıdır?

Bacım tək anadır. Onun ailəsində ikinci işləyən insan yoxdur. Övladını hər dəfə məktəbə aparıb-gətirmək üçün işdən icazə almalı olur. Bu səbəbdən də işində problemlər yaşanır”,-deyə şikayətçi bildirir.

Bizimyol.info olaraq, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. İdarədən bildirdilər ki, ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi ilə 2019-2020-ci tədris ilindən etibarən şagirdlərin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçirilir.

“Müraciət edən vətəndaşın sorğusu araşdırılıb və məlum olub ki, 32 nömrəli tam orta məktəbin 3e sinif şagirdi Ömər Qafarov şagirdlərin elektron yerdəyişmə sistemində qeydiyyatdan keçirilib, 20 nömrəli tam orta məktəb-liseyin 3g sinfi üçün növbəyə yazılıb. Lakin yay dövrü şagird hərəkəti zamanı həmin sinifdə yer yaranmadığı üçün (yəni həmin sinifdə təhsil alan şagirdlərdən çıxan olmadığından) şagirdin növbəsi sorğuya çevrilməyib.

Hazırda hesabat dövrü ilə əlaqədar şagird yerdəyişməsi sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi dayandırılıb. Qeyd edilənləri nəzərə alaraq, vətəndaşa oktyabr ayında yenidən saytında sorğu yerləşdirmək (yer olmadığı halda növbəyə yazılmaq) tövsiyə edilir”,- deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edək ki, müraciətlə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi də sorğu göndərilib.
 

Dünyapress TV

Xəbər lenti