Ardını oxu...
“Bakı Beynəlxalq Avtovağzal Kompleksi, ayıb olsun sizin kimi quruma. Siz işçi işə götürəndə onun tərbiyəsi, vətəndaşla danışıq qabiliyyətinin olub olmamasını yoxlamırsınız?”

Tribuna. Az xəbər verir ki, bu sözləri sosial şəbəkədə Novruz Əliyev adlı istifadəçi yazıb.
“Normal sual verirəm ki, niyə Astara rayonuna gün ərzində bircə gediş var, Lənkərana isə 4- dən çox. Astara bu ölkənin sonuncu rayonudur. Operatorunuz mənlə danışa- danışa yanındakı adamla da danışır, mənə deyir bizdə nə varsa odur. Bizdə belədir. Sual verirəm, deyir mən cavab vermirəm bu suala. Başa düşmürəm, siz qurum olaraq ümumiyyətlə vətəndaşa bu cür hörmət edirsiniz?! Necə yəni suala cavab vermirsiniz? Kimsiniz siz ? Dədənizin mülkü, nəslinizin pulu deyil, xalqın mülkü, dövlətin sərvətidir o pullar.

Ayrıca olaraq, ciddidən mənə maraqlıdır, Astara bu ölkədə sonuncu cənub şəhəridir. Niyə mən Lənkərana qədər gedib(7.40 AZN), Lənkərandan Astaraya, evimə də 15-20 AZN verib getməliyəm.Siz qurum olaraq hər rayona marşurut təşkil edə, avtobus şirkətləri ilə əməkdaşlıq edə bilmirsinizsə, o zaman niyə fəaliyyət göstərirsiniz ki ?!

Həm də, operator deyir biz dövlətdən və vətəndaşların büdcəsi ilə maliyyələşmirik. O zaman sual ortaya çıxır, siz haradan maliyyələşirsiniz ki ? Ya da, bu qədər etikasız, danışığını bilməyen adamı niyə işə götürürsünüz? Hansı özəlliyi var, və ya , nə dərəcədə işlərinizi görür ki, ona ehtiyac duyursunuz”.
 
 
Ardını oxu...
"Hər axşam 150 manat xərc çəkən üçün 20 manat cərimə nədir ki..."
Yasamal rayonu, 2-ci alatava küçəsində yaşayan sakinlər məhəllənin ortasından keçən ensiz yolda tez-tez tıxacların olduğundan, hərəkət imkanının məhdudlaşdığından və maşınların yol kənarlarında necəgəldi parklanmalarından şikayət edirlər. Eyni zamanda bölgədə yerləşən Vərəm dispanseri ilə yanbayan yerləşən ağaclıqların kəsilib, orada restoran-kafe açılması və “Şamaxinka” adlanan ərazidə “Azərsu”nun yolboyu qazıntılar aparıb, həmin yerləri torpaqla doldurduqdan sonra asfaltlamaması barədə redaksiyamıza müraciət daxil olub.
Müraciət əsasında həmin əraziyə getdim. Qeyd edim ki, bu, 2-ci Alatavaya elə ikinci gedişim idi. Birinci gedişimdə də bu məhəllədə yaşayan sakinlər tərəfindən eyni problemlərlə müraciət daxil olmuşdu. Ancaq bu dəfə Alatavada çox şey dəyişib: zibil qutuları səliqə ilə düzülüb, yollar əvvəlki görünüşünə nisbətən, indi daha yaxşı şəkildə asfaltlanıb və hər hansısa kanalizasiya axıntısına da rast gəlinmir. Ancaq ötən dəfə hazırladığımız videoreportajda vəziyyət belə deyildi. Müşahidələrim bu ərazidə nisbətən müsbətyönümlü işlərinin aparıldığını göstərsə də, məhəlləyə daxil olan yolun kənarlarında hələ də park edilmiş avtomobillər var və həmin avtomobillər əsasən, səhərlər və axşamlar sıx tıxacın yaranmasına səbəb olurlar. Burada avtomobillərin parklanması barədə bir yol nişanı yoxdur, ancaq park edilməsini qadağan edən nişan da yoxdur. Yolun qarşı tərəfinə keçmək burada olduqca təhlükəlidir, çünki yol keçidi yoxdur. Qarşı tərəfdə duran məhəllə sakinindən soruşuram ki, yolu necə keçə bilərəm, keçid haradadır? Gülür və cavab verir: “keçidi neynirsən, keç də, cavan oğlansan”.

Məhəllənin ortasına doğru irəlilədikcə, yol da ensizləşir və bir avtomobilin çətinliklə keçdiyi bu yoldan iki avtomobil bir-birinə əks istiqamətdə şütüyür. Məhəllənin ortasından keçən bu yolda piyadalar üçün səki yoxdur, onlar arxa məhəllələrdən dolanaraq yolu getməli olurlar. Həmin dar, ensiz yoldan irəliləyib, Vərəm dispanserinin yerləşdiyi yola çıxdım. Qeyd edildiyinə görə, burada ağaclar kəsilib və çoxlu restoran-kafelər açılıb. Açığı, bu mənzərə ilə rastlaşmadım. Bəli, burada kafelər var, ancaq onlar bu günün, dünənin kafelərinə yox, on ilin kafe-çayxanalarına bənzəyir, təzə tikililərə qətiyyən bənzəmir. Kəsilmiş ağaclara, qurumuş kötüklərə də rast gəlmədim. Elə məhz həmin kafelərin içi ağaclarla, xüsusilə zeytun ağacları ilə dolu idi. Ətrafı da həmin ağaclarla əhatə olunub. Yol örtüyü isə asfaltlanıb, kənarlarda bir neçə dəlik olsa da, bu, ötüşən avtomobillərə problem yaratmır və həmin dəliklərə Bakı yollarının bir çox hissəsində rast gəlmək olur.

Vərəm dispanserinin yanından üzü “Alov” zavoduna doğru irəliləyirəm. Asfalt örtüyünün yeni salındığı açıq-aşkar görünür. Zavodun yanında isə avtomobillər park edilib. Həmin avtomobillərin bir hissəsi üçün parklama yeri ayrılsa da, digərləri üçün belə bir yer yoxdur. Buna baxmayaraq, ərazidə salınmış parkın qarşı tərəfi avtomobillərlə doludur. Sakinlər müsahibə üçün yanaşmırlar. Hər kəs, “az aşım, ağrımaz başım” deyib, uzaqlaşır. Nəhayət, Nadir (əmək fəaliyyətinə problem yaradılmasın deyə, adını şərti olaraq qeyd edirəm - M.Ş) adlı parklama nəzarətçisi ilə ünsiyyət qura bilirəm. Nadir dayı deyir ki, burada tıxaca səbəb parklanma deyil və bu parklanmanı ümumiyyətlə, qanunsuz hesab etmək olmaz: “Burada parklanmanı qadağan edən yol nişanı görürsənmi? Yoxdur. Əgər qadağa nişanı yoxdursa, deməli, parklama qadağan hesab edilə bilməz. Yaxşı, tutaq ki, mən düz bilmirəm. Qarşıda taksilərin park edilməsi üçün nişan qoyulub, orda ayrı avtomobillər saxlaya bilməz, çünki yalnız taksilər nəzərdə tutulub. Əgər orda taksi yox, başqa avtomobil park edilsə, cərimələnəcək. Niyə? Çünki “znak” var – yalnız taksilər daxil ola bilər. İndi burda parklama nişanı yoxdur, amma qadağan edən nişan da yoxdur. Yol polisi gəlib, burda dayanan avtomobillərin şəklini çəkə bilməz. O zaman çəkə bilər ki, burada qadağanedici yol nişanı olsun.
Ardını oxu...
Qaldı ki, burada yaranan tıxaca,ona səbəb bu parklama yox, istirahət parkının yanında park edilmiş avtomobillərdir, hansı ki, orada saxlamaq qəti qadağandır və dəfələrlə cərimələnənləri görmüşəm. Axşam olanda, gəlib maşınlarını o üzdə park edirlər və istirahət parkında yerləşən restorana gedirlər. Bir neçəsinə də xəbərdarlıq etmişəm ki, burada saxlamasın, gəlib, cərimələyəcəklər. Deyiblər ki, problem deyil, qoy, nə yazırlar yazsınlar. Guya onların nə vecinədir? Hər axşam bu parkdakı restoranda yüz-yüz əlli manat xərc qoyub, istirahət edən üçün iyirmi-otuz manatlıq cərimə nə qədər çətindir ki? Yolun bu üzündə yox, o üzündə (parkın yanındakı yolu nəzərdə tutur – red) park edirlər, cərimələnməkdən də çəkinmirlər, çünki onlar üçün bu cərimə heçnədir. Əvəzində də yolda tıxac yaranır, axşamlar gediş-gəliş dayanır. Bir sözlə, burda tıxaca, gediş-gəlişə mane olan bu parklama yox, məhz həmin bu istirahət parkı, axşamlar bura avtomobilləri ilə dincəlməyə, əylənməyə gələn adamlardır. Onlar yolun qarşı tərəfində avtomobil park etməsə, nə tıxac olar, nə də başqa bir şey” – deyə, parklama nəzarətçisi bildirib.

Onu da qeyd edim ki, yolboyu qazılmış və asfaltlanmamış yola rast gəlmədim. 2-ci Alatavada "Vərəm" dispanserinin yanından “Alov” zavoduna qədər bütün yol yeni asfalt örtüyü ilə təmin olunub və nəzərə çarpmayan kiçik boşluqlardan başqa ciddi bir problem müşahidə edə bilmədim, nə də kəsilmiş və yerində restoran-kafelər açılmış ağacları...

Qeyd edim ki, bir neçə ay öncə bu küçədə yerləşən məhəllədə ciddi tıxac, asfalt problemi və anti-sanitar vəziyyət hökm sürürdü. Tıxac əvvəlki vəziyyətində qalsa da, digər problemlər aradan qaldırılıb.

Mətin Şükürlü, Bizimyol.info
 
Ardını oxu...
Sosial şəbəkələrdə açdığı bütün səhifələr bloklanan Azərlotereya indi də başqa səhifələrdə özünü reklam edir.

Tribuna.Az xəbər verir ki, Azərtotereya açdığı bütün səhifələrdə söyülür. Buna baxmayaraq, həyasızcasına yeni səhifələr yaradaraq özlərini reklam edirlər. Maraqlıdır, bəs niyə öz səhifələri ilə deyil başqa səhifələrlə reklama üstünlük verirlər?

Bunun əsas səbəbi Azərtotereyanın vətəndaşların etibarını tam itirməsidir. Onların hər paylaşımı vətəndaşlar tərəfindən söyüşlə qarşılanır. Onların məlumatlarını paylaşan fərqli adda olan səhifələr də vətəndaşlar tərəfindən şikayət edilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Əməliyyata ehtiyacının olduğunu deyən vətəndaş tibb müəssisələrində süründürməçiliklə üzləşdiyini deyir

Quba rayon sakini Elşən Müslümov 2018-ci ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra ayağında infeksiya yaranıb.

Onun sözlərinə görə, əməliyyat olunmalı olsa da, 4 ildir bu məsələyə baxan yoxdur.

“Əməliyyat olunmuşam, diz oynağımı götürüblər. Onun əvəzinə isə oynağıma dəmirlər qoyublar. Dəmirlər 3 aydan bir infeksiya verir və onları dəyişdirirəm. İnfeksiyaya görə mən yenidən əməliyyat olunmalıyam, ancaq süründürməçiliyə salırlar. Dəfələrlə Qusar Rayon Mərkəzi Xəstəxanasına getmişəm, ancaq orada da problemin tam həll olunması üçün heç nə etməyiblər” – deyə Elşən Müslümov bildirib.

Şikayətçi deyir ki, kömək istəmək üçün Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin də qəbulunda olub.

Onun sözlərinə görə, icra başçısı kömək edəcəyini bildirsə də, heç bir yardım göstərməyib: “Ziyəddin Əliyev baş həkimlə danışırmış kimi telefonla kiminləsə danışdı, mənə dedi get Diaqnostikaya, kömək edəcəklər. Ora getdim, ancaq oradan dedilər ki, bizimlə heç kim danışmayıb, səni tanımırıq. Kor-peşman 3 gün gedib-gəldim, baxan olmadı. Daha sonra, bu günlərdə Milli Məclisin önündə etiraz etdim və məni Travmatalogiya İnsitutuna göndərdirlər. İnstitutda dizimə biz qoyub, göndərdilər rayonumuza. Belə süründürməçiliyə salırlar. Guya icra başçısı, baş həkim bilmir mən nə vəziyyətdəyəm? 2 günə qanıma infeksiya keçsə, bax elə bu gün də ölə bilərəm” – deyə Elşən Müslümov bildirib.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, Elşən Müslümovla əlaqə saxlanılıb və noyabrın 3-ü Quba Rayon Xəstəxanasında qəbul ediləcək. Əgər müəyyən edilsə ki, o əməliyyat olunmalıdır və onun tibbi ehtiyacı icbari tibbi sığorta zərfinə daxildir, o, dövlət hesabına əməliyyat olunacaq. //Abzas.Media//
 
Ardını oxu...
İxtisaslı kadrlar kənarda qalır, dost-tanışlara yol açılır…

İki gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində apardığı xüsusi əməliyyat hələ də gündəmin başlıca mövzusudur. İnternetdə qısa araşdırma apardıqda Mədəniyyət Nazirliyinin, eləcə də bu gün Prezidentin sərəncamı ilə işdən çıxarılan birinci müavin Elnur Əliyevin niyə DTX-nın “qəzəbinə gəldiyini” aydınlaşdırmaq heç də çətin deyil.

Ardını oxu...
Elnur Əliyev
Tərəfimizdən aparılan araşdırma nəticəsində belə qənaətə gəlmək olur ki, cəmi 1 il əvvəl mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunan E.Əliyev qısa müddətdə nazirlikdə bütün strukturu ələ ala bilib. Belə ki, o, birinci müavin kreslosuna oturar-oturmaz Mədəniyyət Nazirliyində bir sıra önəmli vəzifələrə öz adamlarını yerləşdirib. Deyilənə görə, “arxası” möhkəm olan Elnur Əliyev bəzi hallarda nazir Anar Kərimova qarşı çıxmaqdan da çəkinməyib. Görünür, məhz bu səbəbdən də onu Mədəniyyət Nazirliyinin “Boz kardianal”ı adlandırıblar.

Lakin çox təəssüflə qeyd etməliyik ki, E.Əliyevin əksər kadrları qeyri-peşəkarlardan ibarət olduğundan, sırf qohumbazlıq prinsipi əsasında seçildiklərindən, onlar vəzifə başına keçən kimi rəhbərlik etdiyi qurumu söküb-talamağa başlayıblar. Buna misal kimi, 2021-ci ilin noyabr ayında Qlobal.az saytında dərc olunan bir materialı göstərə bilərik. Saytda dərc olunan “Gəncə Regional Mədəniyyət İdarəsində şübhəli satınalma – Borclu şirkət necə qalib edilib?” sərlövhəli yazıda bildirilir ki, Gəncə Regional Mədəniyyət İdarəsi 2021-ci ilin noyabr ayının 10-da “Abadlaşma xidmətlərinin satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub:

“Satınalmanın məbləği 12.800 manat, qalibi isə “VALLEY-LM” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

“VALLEY-LM” MMC cari ilin may ayının 20-də dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı isə Raana qəsəbəsi, ev 15, mənzil 6 ünvanıdır. “VALLEY-LM” MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müqavilə ilə çalışan işçilərinin sayı barədə heç bir məlumat yoxdur.

Gəncə Regional Mədəniyyət İdarəsinin sözügedən satınalmasında şübhəli, daha doğrusu kobud qanun pozuntusu olan məqam isə qalib elan edilən “VALLEY-LM” MMC-nin dövlətə külli miqdarda vergi borcunun olmasıdır. Hazırda “VALLEY-LM” MMC-nin dövlətə 4256 manat vergi borcu var.

Halbuki “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət satınalmalarında iştirak edən təşkilatlar tender komissiyalarına vergi borclarının olmaması barədə müvafiq arayış təqdim etməlidirlər”.
Ardını oxu...
Bacanağını idarə rəisi təyin etdirdi…

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov DTX tərəfindən həbs olunan birinci müavin Elnur Əliyevin kadrı hesab olunur. O, 2021-ci ilin yanvar ayının 26-da Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Gəncə Regional Mədəniyyət İdarəsinin rəis təyin edilib.

Vasif Cənnətov bundan əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində müdir vəzifəsində işləyib.

Mənbə deyir ki, V.Cənnətov Elnur Əliyevin bacanağı və ən yaxın kadrlarından biridir. Bu baxımdan, V.Cənnətovun bütün maliyyə maxinasiyalarında E.Əliyevin əlinin olduğu istisna edilmir.

Elnur Əliyevin daha bir uğursuz kadrı…

Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumata görə, Gəncə Dövlət Filarmoniyasının yeni direktoru Rəşad Rauf oğlu Yusifov da Elnur Əliyevin Mədəniyyət Nazirliyindəki “kadr bankı”nın parlaq simalarından biridir.

Xatırladaq ki, R.Yusifov 2022-ci ilin avqustunda mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilib. Avqustun 11-də yeni direktor kollektivə təqdim olunub və tədbirdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov (!) da iştirak ediblər.

Erməni qarışığı var…

Qeyd edək ki, Rəşad Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru postuna təyin olunanadək heç bir rəsmi vəzifəsi və əmək fəaliyyəti haqqında hər hansı məlumat yoxdur. Onun barəsində sadəcə o bəlli olub ki, anası Gəncə şəhər 16 saylı tam orta məktəbin direktorudur və kecmiş Baş prokurorun müavini Rüstəm Usubov anasının doğma dayısıdır.

Ardını oxu...
Rəşad Yusifov
Ən təəccüblüsü isə odur ki, Elnur Əliyevin önəmli mədəniyyət mərkəzimizə rəhbər təyin etdirdiyi şəxsin – Rəşad Yusifovun erməni qarışığı olduğu haqda iddialar var. Belə ki, onun nənəsinin – atasının anasının milliyətcə erməni olduğu bildirirlir. Deyilənə görə, həmin qadının əvvəlki adı Sonya olsa da, sonradan Sona adını götürüb.

Bunadan əlavə, yeni direktorun əmisi Yusufov Rasif Alı oğlu barəsində vaxtilə Sürət Hüseynov hadisələrinə görə cinayət işi açıldığı və bu səbəbdən də 10 il qaçıb Özbəkistanda gizləndiyi bildirilir.

Aqrar Universiteti bitirdi, Filarmoniya direktoru oldu

Bir daha Rəşad Yusifovun “əmək fəaliyyəti”nə qayıdaraq dəyərli oxucularımızı bilgiləndirək ki, Aqrar Universiteti bitirən yeni direktor bir müddət Gəncədə çayçı işlədib və bazarda tütün məmulatları alıb-satmaqla məşğul olub. Sonradan Elnur Əliyevin “sehirli çubuğu” işə salması ilə adam Gəncə Dövlət Filarmoniyasina direktor təyin olunub. İndi çoxlarına maraqlıdır ki, heç bir musiqi təhsili olmayan R.Yusifov belə bir önəmli idarəyə necə rəhbərlik edir?

Yeri gəlmişkən, Rəşad Yusifovun direktor təyin edilməsində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun da əməyinin olduğu danılmazdır. Məlumata əsasən, V.Cənnətov onunla qohumluq əlaqələri olan R.Yusifovun işlə təmin edilməsi üçün bacanağına xahiş edib, Elnur Əliyev də onu Gəncə Dövlət Filarmoniyasina direktor təyin etdirib.

İxtisaslı kadrlar kənarda qalır, dost-tanışlara yol açılır…

Təbii ki, Elnur Əliyev təkcə regionlarda deyil, Bakıda və digər iri şəhərlərdə də öz adamlarını mühüm vəzifələr gətirməyə nail olub. Əldə etdiyimiz məlumata əsasən, kadr seçimi zamanı işçilərin ixtisası, təcrübəsi, savadı nəzərə alınmayıb. Hər bir kadr qohumluq prinsipləri əsasında seçilib. Heç də təsadüfi deyil ki, məhz bu cür yanlış seçim nəticəsində müxtəlif post-sovet ölkələrində, məsələn, Rusiyada iki illik ixtisasartırma adı ilə sertifikat alan şəxslər çox asanlıqla teatrlarda rəhbər vəzifələrə təyin ediliblər. Butun bu məsələlərdə isə, əsasən Elnur Əliyevin və Mədəniyyət Nazirliyinin Teatr sektorunun rəhbəri Könül Cəfərovanın rolu böyük olub.

Ardını oxu...
Könül Cəfərova
Yeri gəlmişkən, Könül Cəfərovanın da qohumluq prinsipi əsasında belə bir önəmli vəzifəyə gətirildiyi haqda məlumatlar var. İddia olunur ki, o, mədəniyyət naziri Anar Kərimovun xalası, yaxud da bibisi qızıdır.

Mənbə deyir ki, Könül Cəfərova da, nazirlikdə yuxarıdan aşağı qurulan sistem üzrə, ancaq dost-tanışların vəzifələrə yerləşdirilməsinə imkan yaradır. Bu səbəbdən də, ixtisaslı kadrlar kənarda qalır, onların yerini ixtisasartırma, yaxud bir-iki illik natamam kurs keçənlər doldurur.

Haşiyə çıxaq ki, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkədə ixtisaslı kadrların hazırlanması prosesini həyata keçirən yeganə təhsil ocağıdır. Əgər mədəniyyə sahəsində olan mühüm vəzifələrə bu universitetin kadrları yaxın buraxılmayacaqsa, o zaman bu təhsil ocağının fəaliyyətinə nə ehtiyac var?!

Daha bir qeyri-ixtisas sahibi…

Ardını oxu...
Fərəh Acalova
Mədəniyyət Nazirliyində qeyri-ixtisas sahibi olaraq mühüm vəzifədə çalışan kadrlardan biri də İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Acalova Fərəh Fuad qızıdır.

Qeyd edək ki, Fərəh Acalova 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, 2002-ci ildə həmin ixtisas üzrə magistr pilləsini bitirib. Son təyinatadək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb. İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

Ümumiyyətlə, Fərəh Acalovanın təhsil kariyerası zəngin olsa da, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsini daşımaq üçün bu sahədə yetərli təcrübəyə malik olmayıb. Deyilənə görə, onun bu sahəyə heç bir adiyyatı olmadığı kimi, bu sahədən anlayışı da yoxdur. Lakin onu bu vəzifəyə təyin edənlər belə qərara gəliblər ki, “Abdulla Şaiqin kotucəsi olduğu üçün Fərəh xanım Mədəniyyət Nazirliyində də çalışa bilər”. Lakin bəzi iddialara görə, o, çalışdığı sahədən xəbərsiz olduğu üçün Teatr sektorunun müdiri Könül Cəfərovanın dediyi ilə oturub-durur. Yəni K.Cəfərova öz vəzifəsi ilə yanaşı, qeyri-rəsmi olaraq F.Acalovanın da səlahiyyətlərini icra edir.

Oxucularımıza aydın olsun deyə onu da bildirək ki, Mədəniyyət Nazirliyində teatr, tamaşa və konsert sahəsi birbaşa nazir müavini Elnur Əliyevin kurasiyasında olduğundan, Fərəh Acalova, Könül Cəfərova və Regional Mədəniyyət İdarələrinin rəisləri ancaq onunla işləyiblər. Bu səbəbdən, sözügedən idarələrdə üzə çıxan qanunsuz faktlar məhz E.Əliyevin adı ilə bağlıdır. Heç də təsadüf deyil ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi cəmi yeddi ay sonra Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olundu.

Maraqlıdır ki, bu həbsdən sonra Şəmkir Regional Mədəniyyət İdarəsinə hələ də rəis təyin edilməyib. Çünki Elnur Əliyev buna imkan verməyib, DTX tərəfindən saxlanıldığı günədək həmin vəzifəyə özünə yaxın kadr axtarışında olub.

Əlbəttə, yuxarıda qeyd oluna fatktlar sadəcə bizim əldə etdiklərimiz, bildiklərimiz olduğundan, Mədəniyyət Nazirliyində daha ciddi qanunsuzluqların baş alıb getdiyi istisna deyil. Deməli, birinci müavin Elnur Əliyevin qandallanması heç də səbəbsiz olmayıb.

Bütün proselər həm də onu deməyə əsas verir ki, nazir Anar Kərimov Elnur Əliyevin təqdimatı ilə bütün istiqamətlərdə uğursuz kadrlar təyin etməklə, bilərkdən, yaxud bilməyərəkdən Azərbaycan mədəniyyətinin qəbirini qazıb, qalır onu basdırmaq…(hurriyet.az)
 
Ardını oxu...
Azərbaycanda əhalinin, iş adamlarının, hətta xarici ölkə vətəndaşlarının narazı olduğu dövlət qurumlarının arasında Dövlət Gömrük Komitəsi ilk yerlərdən birində dayanır desək, yəqin səhv etmərik. Ötən illər ərzində Gömrük Komitəsinin rəhbərliyində bir neçə dəfə dəyişiklik olsa da gömrükdə baş verən qanunsuzluqlar, iş adamlarının, vətəndaşların incidilməsi halları azalmır.

Təsadüfü deyil ki, son bir neçə ayda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Gömrük Komitəsində həyata keçirilən silsilə əməliyyatlar çərçivəsində bir sıra yüksək vəzifəli gömrük generalları vəzifələrindən azad edilib və həbs olunublar.

Komitənin sədri dəyişdirilib, çoxsaylı kadr dəyişiklikləri aparılıb. Ancaq gömrüklə bağlı narazılıqlar, şikayətlər azalmır. Hətta keçmişdə baş verən qanunsuzluqların daha ifrat şəkildə davam etdirildiyini söyləməyə əsas verir.

Rusiya Federasiyasının vətəndaşı Cantemirova Mərcan Usmanovna tərəfindən Ölkə Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanan, surəti hüquq-mühafizə orqanlarını rəhbərlərinə, Gömrük Komitəsinin sədrinə və saytımıza da göndərilən şikayət məktubu da qurumun fəaliyyətində ciddi problemlərin qaldığını təsdiqləyir.

Mərcan Cantemirovanın etibarnamə üzrə nümayəndəsi Həmidova Sefiyat Həmidullayevna tərəfində redaksiyamıza təqdim olunan məktubda deyilir: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları və məhkəmə icraçılarının mənə qarşı qanunsuz əməlləri barədə Sizə məlumat verirəm.

Belə ki, 23 il ərzində mən ticarətlə məşqul olmuşam və Azərbaycana tranzit yolu ilə satış üçün mal gətirmişəm. 2014-cü ilin sentyabr ayında ümumi dəyəri 95.000 ABŞ dolları olan malları (təbii xəzdən istehsal olunmuş xəz palto) Azərbaycana gətirərək Dövlət Gömrük Komitəsinin saxlanc yerinə təhvil vermişəm (Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun saxlanc yeri).

Naməlum şəraitdə həmin mallar gömrük komitəsinin saxlanc yerindən oğurlanmış, hüquq mühafizə orqanlarına və Dövlət Gömrük Komitəsinə çoxsaylı müraciətlərim heç bir nəticə verməmişdir. Bununla bağlı məhkəmə orqanlarına müraciət etmişəm və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarı ilə iddia tələbim tam təmin edilərək, oğurlanan malların, həmin mallar olmadıqda onların dəyəri olan 95.000 ABŞ dolları pulun Dövlət Gömrük Komitəsindən alınaraq mənə verilməsi qət edilmişdir. Ali Məhkəmənin qərarı qüvvəyə minmiş və icra vərəqəsi icra edilməsi Yasamal rayon Məhkəmə İcraçılarına göndərilmiş və hal hazırda məhkəmə icraçısı Bəxtiyar Babayevin icraatındadır” .

Şikayət məktubunad daha sonra qeyd edilir ki, Bəxtiyar Babayevə və Dövlət Gömrük Komitəsinə çoxsaylı müraciətləri heç bir nəticə verməyib, Ali Məhkəmənin qərarı bu günə kimi icra edilməyib: “Gömrük Komitəsinin əməkdaşları və məhkəmə icraçısı Bəxtiyar Babayev məhkəmə qərarının icra edilməməsini onunla əsaslandırmışlar ki, mənə ödənilməli olan məbləğ Gömrük Komitəsinin 2022-ci il üçün ayrılan büdcəsində nəzərdə tutulmayıb.

Dövlət Gömrük Komitəsinə və Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinə rəsmi müraciətlərim və həmin təşkilatların rəhbərlərinin qəbuluna yazılmaq üçün müraciətlərim də heç bir nəticə verməyib.

Ona görə də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciətim əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə rəsmi nota göndərilib.

Yuxarıda adı çəkilən təşkilatların əməkdaşlarının qanunsuz və etinasız yanaşması nəticəsində mən müflis olmuşam, yeganə yaşayış yerim olan evimi sataraq gohumlarımın və tanışlarımın evində müvəqqəti yaşamaq məcburiyyətində qalmışam.

Artıq bu haqsızlığa dözməyə gücüm qalmayıb, Sizlərdən xahiş edirəm mənə kömək edəsiniz və pozulmuş hüquqlarımın bərpasında mənə köməklik göstərəsiniz”

Qeyd edək ki, saytımıza təqdim olunan sənədlərdən məlum olur ki, bürün məhkəmə instansiyalarında Mərcan Usmanovnanın iddiasının haqlı olduğu vurğulanıb, Dövlət Gömrük Komitəsinin (DGK) üzərinə ona dəymiş ziyanın ödənilməsi tələbi qoyulub.

Ancaq Gömrük Komitəsinin rəhbərliyi bu tələbi yerinə yetirməmək üçün işi Ali Məhkəməyə qədər daşıyıb, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2019-cu il tarixdə Mərcan Cantemirovanın xeyrinə çıxardığı qətnaməsindən kassasiya şikayəti verib.

Ali Məhkəmənin Mülki kollegiyası isə 2020-ci ilin iyun ayının 29-da çıxardığı qərarda BakıApellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi qüvvədə saxlanılıb, DGK-nin üzərinə Mərcan Cantemirovaya 95 min ödənilməsi öhdəliyi qoyulub.

Qeyd edək ki, Ali Məhkəmənin Mülki kollegiyasının qərarında Mərcan Cantemirovanın 95000 dollar dəyərində olan mallarının necə yoxa çıxdığı da aydın təsvir edilib: “Cantemirova Mərcan (Marjan) Usmanovna (bundan sonra – iddiaçı) içərisində qadın xəz şubaları olan üç ədəd çanta ilə 23 sentyabr 2014-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna daxil olmuş, həmin bağlamalar Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna müvəqqəti saxlanca verilmişdir. Qeyd edilən malların müvəqqəti saxlanca verilməsi ilə əlaqədar Samur gömrük postunun əməkdaşları tərəfindən 23 sentyabr 2014-cü il tarixli 216 saylı protokol tərtib edilməklə imzalanmışdır.

İddiaçı 29 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanladığı ərizəsində kommersiya fəaliyyəti ilə məşğul olduğundan, Çindən xəz şubaları gətirərək Azərbaycandan tranzit yolu ilə Dağıstana apardığını qeyd etmişdir. Gətirilən şubalardan 52 ədədi qüsurlu olduğundan həmin malların Çinə qaytarılması üçün Samur gömrük postunda saxlanca verildiyini, sonradan həmin malların qaytarılmadığını qeyd edərək, həmin malların qaytarılmasında köməklik olunmasını xahiş etmişdir...”

Ancaq məhkəmə raşdırması ilə də müəyyən edilir ki, həmin mallar məhz gömrükçülərin günahı üzündən yoxa çıxıb. Buna görə də Ali Məhkəmə DGK-nin üzərinə Mərcan Cantemirovaya 95 min ödənilməsi öhdəliyi qoyub.

Belə bir şəraitdə DGK-nin iki ildən artıqdır ki, müxtəlif bəhanələrlə məhkəmə qərarını yerinə yetirməkdən qaçması ən azı qanunlara hörmətsizlik, Azərbaycan dövlətinin imicinə zərbədir. Hər halda gömrük əməkdaşlarının məsuliyyətsizliyi, səhlənkarlığı və ya acgözlüyü üzündən baş vermiş bir hadisəni Rusiya səfirliyinin Azərbaycan XİN-ə nota verəcək səviyyə qədər davam etdirilməsini başqa cür izah etmək mümkün deyil.

Belə görünür ki, hətta bu nota belə DGK rəhbərliyini Ali Məhkəmənin Azərbaycan dövlətinin adından çıxardığı qərarı, qurunun üzərinə qoyduğu öhdəliyi yerinə yetirməyə vadar etməyib. Buna görə də Mərcan Cantemirova son ümid yeri kimi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək könmək istəyir.

Qeyd edək ki, Mərcan Cantemirovanın etibarnamə üzrə nümayəndəsi Sefiyat Həmidova bildirir ki, artıq onların nə gözləməyə səbrləri, nə də imkanları qalıb. Hətta intihar etməyi belə düşünüblər.

“Ancaq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə problemin tezliklə həll ediləcəyinə, Gömrük Komitəsinə nəhayət ki, məhkəmənin qərarını yerinə yetirəcəyinə ümid edirik” –deyə, Sefiyat Həmidova bildirib.

Gömrük Komitəsinin Ali Məhkəmənin qəratrını niyə yetirmədiyini öyrənməyə çalışsaq da, zəngələrimizi cavab ala bilmədik. Ancaq DGK-nin də mövqeyini dərc etməyə çalışacağıq.

“AzPolitika.info”
 
Ardını oxu...
Əhməd Qəşəmoğlu: “Günah alimlərimizdə deyil, akademiya bu sahəyə vəsait ayırmayıb”
“Son illərdə akademiyanın beynəlxalq əlaqələri genişlənib, amma etiraf etmək lazımdır ki, bu gün cənab Prezident İlham Əliyevin açdığı magistral istiqamətlərə tam cavab vermir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, AMEA bu gün Avropa və Avrasiyanın heç bir nüfuzlu beynəlxalq elmi təşkilatının, assosiasiyasının üzvü deyil: “Asiya Elmlər Akademiyasının üzvü olsaq da, heç bir layihələrində, qrant proqramlarında iştirak etmirik. Beynəlxalq elmi təşkilatlarla əlaqələrimizin genişlənməsi istiqamətində yeni imkanlar açmalıyıq”.

Bu, çox ilginc bir açıqlamadır. Təsəvvür belə etmək mümkün deyil ki, Azərbaycan AMEA-sı müstəqillik dövründə heç bir elm mərkəzi ilə əlaqə qura bilməyib! Hətta 10-15 illik fəaliyyət tarixçəsi, 3-5 üzvü olan bir çox QHT-lər Avropanın, Asiyanın müvafiq mərkəzləri ilə əlaqə qurub, amma AMEA kimi bir qurum dünya ilə hansısa ciddi əlaqələr qurmağa nazil ola bilməyib. Elm adamları bunun səbəbini nədə görür? Qeyri-peşəkar menecerlikdə, yoxsa Azərbaycan elm adamlarının dünyaya çıxarmağa bir əsəri olmamasında?

Qeyd edək ki, İ.Həbibbəyli doktorantura təhsili ilə bağlı problemlərə də toxunub. O qeyd edib ki, bu gün ölkəmizdəki doktorantura təhsili SSRİ-dən qalma modeldir. Yalnız doktorant və onun elmi rəhbəri ilə peşəkar kadr hazırlamaq mümkün deyil. Onun sözlərinə görə, doktorantların tədris planı, təhsil kreditləri, imtahanları olmalıdır və bu istiqamətdə əməli addımların atılması planlaşdırılır: “Eyni zamanda elmdə qocalmanın qarşısını almalıyıq. Akademiyada son 7 ildə elmlər doktorluğunu müdafiə edən və yaşı 40-dan aşağı olan yalnız 8 nəfər, yaşı 50-dən aşağı isə 20 nəfərə yaxın elmi işçi vardır. 10 il sonra necə olacaq? Belə getsə, elmlər doktoru məsələsi ciddi problemə çevriləcək. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Dissertantlara, doktorantlara tələbkarlıq da, qayğı da artırılmalıdır”.

TEREF.AZ yazır ki, mövzu ilə bağlı sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a dedi ki, hazırda bu məsələ olduqca aktualdır: “Çox şadam ki, İsa müəllim Elmlər Akademiyasının prezidentliyinə başladığı vaxtda ilk addımda bu məsələlərə diqqət yönəldib. Bu, olduqca aktual bir məsələdir. Ölkə üçün də, elə akademiya üçün də olduqca vacibdir. Beynəlxalq əlaqələr ölkənin tərəqqisində də mühüm rol oynayan bir məsələdir. Deyim ki, İsa müəllimin bu barədə danışmağı bir elə qanunauyğundur. Çünki İsa Həbibbəyli həmişə beynəlxalq əlaqələri qurmağa can atan adamdır. Öz səlahiyyəti daxilində bunu edib. Naxçıvan Universitetinin rektoru olanda da universitetin beynəlxalq əlaqələrini yaradırdı. Türkiyədən, İrandan, başqa ölkələrlə də əlaqələr yaradıb. Eləcə də Ədəbiyyat İnstitutunun direktoru olaraq, AMEA-nın direktoru olaraq da bu istiqamətdə həmişə fəaliyyət göstərib. Orta Asiya respublikaları ilə çox sıx əlaqə yaradıb. Ədəbiyyat İnstitutunda xüsusi şöbə də yaradıb. Ona görə düşünürəm ki, bu istiqamətdə yaxınlarda akademiyanın çox ciddi fəaliyyəti olacaq. O ki qaldı əlaqələrin olmamağının əsas səbəbinə, bu, təşkilatçılıqla bağlıdır. Əsas səbəb menecment məsələlərinə diqqətin zəifliyindədir və bu istiqamətdə işlər getməli idi və bu getməyib. Bu, faktdır. Akademiya alimlərinin əsərlərinə gələndə isə olduqca ciddi əsərlər yaranır, dünya üçün əhəmiyyətli olan əsərlər yaranır. Mənim riyaziyyat, fizika, kimya sahələrində görülən işlər barədə məlumatım var. Özünüreklam kimi olmasın, konkret olaraq elə mənim təqdim etdiyim "Ahəngyol" yeni bir elmi nəzəriyyədir, yeni bir elmi sistemdir. Azərbaycanın məşhur alimi Rafiq Əliyev seminarda bunu çox yüksək qiymətləndirdi və Lütfi Zadəyə göndərdi. Gözləmədiyimiz halda o da çox yüksək qiymətləndirdi. O, bu elm sahəsini 2011-ci ildə Kaliforniya Universitetində dünyanın ən nüfuzlu bir elmi jurnalında təqdim etdi. Bundan sonra dünyanın bir çox aparıcı jurnalları “Ahəngyol” barədə xeyli məqalələr verdi. Amma deyəndə ki, dünyanın başqa elm sahələrində də işləməliyəm, dəvətlər var, buna vəsait lazımdır. Dedilər ki, bu sahəyə pul ayrılmır. Halbuki həmin vaxt Polşa alimləri Krakovda beynəlxalq bir tədbir keçirmək istəyirdi. Onun üçün də mənə heç olmasa min, min beş yüz dollar lazım idi. O vaxt da o pul məndə yox idi, istədim də, akademiya vermədi. Dedilər, bizim bu sahə üçün pulumuz yoxdur, imkanımız yoxdur. Dəfələrlə Çindən, Yaponiyadan dəvət almışam. Çünki “Ahəngyol” harmoniya, ahənglə bağlı bir elm sahəsidir və o da elm adamlarının həmişə diqqət mərkəzində olub. Amma ora elmi ezamiyyətə getməyə akademiyada pul tapılmadı. Deməli, bu işlərin təşkilati, maliyyə, iqtisadi tərəfinə diqqət verilməyib. Mən tək deyiləm. Akademiyada tanıdığım xeyli adamların belə ciddi, beynəlxalq səviyyədə diqqət mərkəzində olan əsərləri var. Amma akademiya indiyə kimi buna pul ayırmayıb ki, bu sahədə alimlərə bir dəstək olsun. Ən azı bu alimlərin yazılarının, kitablarının xaricdə çap olunmasına kömək olsun. Bax, akademiyada bu istiqamətdə zəiflik olub. Yəni günah alimlərimizdə deyil, əksinə, bu şərait yaransaydı, alimlər stimullaşdırılsaydı, kitabları xaricdə çıxsaydı, başqaları da onlara qoşulacaqdı. Gənclər də maraqlanacaqdı. Ümid edirəm ki, İsa müəllim bu məsələyə hökmən diqqət verəcək və yaxın vaxtlarda bu sahədə nəticələrin olmağına inanıram".

Professor akademiya ətrafında gedən söz-söhbətlər barədə də fikir bildirib: “Bir də baxırsan ki, elmdən heç xəbəri olmayan adam gülməli səviyyədə durub deyir ki, akademiya bizim nəyimizə lazımdır, orada heç bir iş görülmür. Sənin nədən xəbərin var axı, sən elm adamı deyilsən, gəl bir maraqlan, bir gör nə necədir? Yaxud elə AMEA-ya prezident seçkisində aləm qarışdı bir-birinə. Niyə İsa Həbibbəyli bura seçildi? Əvvəla, indi akademiyada əsas cəmləşən institutların hamısı ictimai təmayüllü institutlardır. Bu akademiya bir il bundan qabaqkı akademiya deyil ki, içərisində fizika ilə, riyaziyyatla, texniki elmlər və başqa sahələrlə məşğul olan institutlar olsun. Burada ancaq 10-11 institut birləşib. Akademiyada da bu sahədə ən çox təcrübəsi olan, elmlə ciddi məşğul olan adam İsa Həbibbəylidir. Yaxşı, onda İsa Həbibbəyli kimi bu sahədə fəaliyyəti gözəçarpan, nəticəsi olan adam kim tanıyırsa, desin. Akademiyanın prezidenti həm də iş görən adam olmalıdır. Təkcə elmi kitab, məqalənin olması azdır. Bu vəzifədə iş görən adamlar olmalıdır”.

Afaq MİRAYİQ,
 
Ardını oxu...
TEREF.AZ yazır ki, noyabrın 2-də İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş ağacəkmə aksiyasında iştirak edib.
Yenilənmiş həyət Bakı şəhəri, Suraxani rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış massivi 13, 14, 14A, 15, 16, 17, 18 ünvanlarında 2232 nəfər sakinin yaşadığı 7 çoxmərtəbəli yaşayış binasını əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançaları, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə çoxsaylı söhbətgah və oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 2000-ə qədər müxtəlif cinsli ağaclar və 19000 ədəd kollar əkilib, 2600 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında 1400 ədəd adi daşsarmaşığı və digər sarmaşan birkilər əkməklə “yaşıl səddlər” (green barriers) yaradılıb.
Yaşıl səddlər adi daşsarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini effektiv şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir. Belə səddlərin əsasən ictimai yerlərin perimetrində, müvafiq olaraq hasarlar, söhbətgahlar və binaların üzərində əkilməsi nəzərdə tutulur ki, bunlar iynəyarpaqlı, həmişəyaşıl ağaclarla və digər bitkilərlə yanaşı hava çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verəcək.
“Bizim Həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
 
Ardını oxu...
“Cənab prezident, türk gəncliyi sizin mesajınızı alıbdır.
Azərbaycan dövləti öz dövlətimiz, Azərbaycan prezidenti öz prezidentimizdir.
Biz hər zaman güneyli gənclər olaraq, Azərbaycanın cəbhəsindəyik.
Vətənimizin o tayı, bu tayı yoxdur. Biz böyük Azərbaycanıq”, - posterlərdə yazılır.
Mollaların yuxusuna haram qatan görüntülərdir.
Asif Nərimanlı
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti