Ardını oxu...
Naxçıvan - Moskva təyyarə reysini işlədən “Utair” şirkətinin sahibi Andrey Martirosov erməni imiş.

Ovqat.com-a bu barədə məlumat verən etibarlı mənbənin iddiasına görə, Andreyin əvvəlki familiyası Martirosyan olub.

O, bir neçə il əvvəl soyadındakı "yan" şəkilçisini ovla əvəzləyən Andrey, görünür, erməniliyini də bu cür ört-basdır etməyə çalışıb.
Ardını oxu...
Bildirilir ki, Andrey Martiros(yan)ovun Azərbaycandakı rəsmi təmsilçi Zakif İsbatov adlı bir şəxdir. O, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Gülməmmədli Məşhur Abdulla oğlu ilə əlbir olub real qiyməti 280 manat olan təyyarə biletlərini müştəriyə 450 manata satır. Hər bilet satışından əldə olunan gəlirin cəmi 20-30 manatını (ayda 5000 manat rüşvət) Gülməmmədli Məşhura verən Zakif İsbatov yerdə qalan vəsaiti erməni patronuna göndərir və bunun müqabilində faiz alır.

İddiaya görə, Zakif İsbatovun bu işini Naxçıvanda Ədalət Abdullayev adlı şəxs həyata keçirir. O da təbii ki, öz xidmətləri sayəsində Zakif İsbatovda yaxşı maaş alır.
Ardını oxu...
Maraqlıdır ki, erməni ortaqları təkcə biletdən qazanmırlar. Yüklərin daşınması onlara daha çox pul qazandırır. Təsəvvür edin ki, erməni Andrey Martirosov belə, bu məsələdə azərbaycanlı ortaqlarından 5 dəfə insaflı davranır. Belə ki, Martirosov hər kq. yükə 1 dollar istədiyi halda, Məşhur Gülməmmədli zavallı Naxçıvan sakinlərindən 6 dollar alır. Təbii ki, bunun 1 manatı erməni patrona, 5 dolları isə yerli rəhbərliyin cibinə gedir.

Əlbəttə ki, Məşhur Gülməmmədli bu boyda hoqqanı təkbaşına çıxara bilməz. İddialara inansaq, onun arxasında Vasif “xan” həzrətlərinin böyük oğlu Rza Talıbov dayanır.

Düşünə bilərsiniz ki, binəva Məşhur Gülməmmədli nə etsin? Rusiyada Naxçıvanla işləmək istəyən tək aviaşirkət var, o da “Utair”dir. Məşhur Gülməmmədli də məcburən onunla işləyir.
Ardını oxu...
Mənbəmizin bizə təqdim etdiyi sənədlər isə ayrı mətləblərdən xəbər verir. Sənədlərdən aydın olur ki, 01 avqust 2021-ci ildə Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Məşhur Gülməmmədli ilə “ALFA-TRAVEL” MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Şirkətin müdiri Şükür Sailxan oğlu Şahmərdanovun imzaladığı bu müqaviləyə əsasən, o, Naxçıvan-Moskva reysi təşkil etməyi öhdəsinə götürüb. Özü də “Utair”dan xeyli ucuz qiymətə, cəmi 180 manata. Hətta bu xidməti yerinə yetirmək üçün biri Naxçıvan aeroportunda, digəri Ordubad rayonunda 2 ofis də götürüb. Hər ofisə ayda 400 manat kirayə haqqı ödəyib. Halbuki aeropot bu ofisləri ona müftə verməli imiş.
Ardını oxu...
Bütün bu razılaşmalara baxmayaraq, “ALFA-TRAVEL” MMC Naxçıvanda cəmi 2 ay işləyə bilib. Daha sonra nədənsə işini dayandırıb. Mənbəmizin bunu onunla izah edir ki, tərəflər arasında şifahi sövdələşmələr baş tutmayıb. Belə ki, Məşhur Gülməmmədli tərəf-müqabilindən ayda 5 min manat əlavə rüşvət istəyib. Şükür Şahmərdanovun isə bu tələbi yerinə yetirməyə gücü çatmayıb. Beləcə, anlaşma pozulub, Moskvaya uçmaq istəyən Naxçıvan sakinlərinin ümidi “Utair”ə bağlanıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbəmizin iddiasına görə, Naxçıvan sakinlərindən hər ay yüzminlərlə manat pul qazanan Andrey Martirosov erməni millətçisidir və Ermənistandakı daşnakları maliyyələşdirir. O da iddia olunur ki, Andrey əslən Bakı ermənisi imiş.

Bu iddialar doğrudursa, qəribə mənzərə ortaya çıxır. Sanki Rza Talıbovun himayəsi altında erməniyə məxsus bir rus aviaşirkətinə Naxçıvanda inhisarçılıq ortamı yaradılır. Və bu inhisardan Rza Talıbov da, Məşhur Gülməmmədli xeyli qazanc əldə edir. Bu isə elə ortaqlıq demək deyilmi?
Ovqat.com
 
Ardını oxu...
Baş redaktor kollektiv üzvlərini həmkarlarına qarşı çıxış etmək üçün kütləvi şəkildə məhkəməyə göndərib

10 noyabr 2022-ci il tarixində jurnalist Qaşqay Ziyəddinoğlunun (Qaşqay Ziyəddin oğlu Ramazanovun) Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə növbəti hazırlıq iclası keçirilib.

Qaşqay Ziyəddinoğlunun media orqanları üçün yaydığı açıqlamasında qeyd edilir ki, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev az qala kollektivin yarısını budəfəki hazırlıq iclasında yalançı şahidlik etmək üçün məhkəməyə göndərib. Hazırlıq iclasında A.Musayevin tutduğu vəkil əvvəlcə iddiaçıya hədə-qorxu gəlməyə başlayıb: “Hələ bu sənin yaxşı günlərindir”. Sonra A.Musayevin qəsdən göndərdiyi və gərginlik yaratmağa çalışan şahidlərin ifadələri dinlənilib, işlə bağlı sənədlər məhkəməyə təqdim edilib.

Daha sonra jurnalistin “Yeni Azərbaycan” qəzetinə qarşı iddiası əsasında məhkəmə prosesinin baxış iclası 30 noyabr 2022-ci il tarixinə təyin olunub.

Xatırladaq ki, məhkəmə iddiası Qaşqay Ziyəddinoğlunun qanunsuz olaraq işdən azad edilməsinə görə qaldırılıb və iddiaçı cavabdeh tərəfdən işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əməkhaqqının tam şəkildə ödənilməsini, habelə son 10 ay ərzində peşəkar fəaliyyətinə maneçilik törədildiyinə, işgüzar nüfuzuna xələl gətirildiyinə görə əlavə təzminat tələb edir.

Məlumat üçün onu da bildirək ki, tanınmış jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qaşqay Ziyəddinoğlu Milli Mətbuatın 145 illik yubileyi ilə əlaqədar olaraq 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
 
Ardını oxu...
Asif Mehman “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətçi olan yüzlərlə müştəridən biridir.

Teref.Az xəbər verir ki, Asif Mehman şirkətdən şikayətini belə dilə gətirir:

"“Kontakt Home”dan telefon alanda diqqətli olun, geri qaytarmaq mümkün olmayacaq. Deməli, 10 gün əvvəl “Kontakt Home”un “İnşaatçılar” filialından telefon aldıq, dostum üçün. Telefonda heç bir problem yox idi, sadəcə kamerası zəif idi. “Kontakt Home”da eyni qiymətə daha yüksək keyfiyyətli kamerası olan telefonla dəyişmək qərarına gəldik. Amma sağ olsunlar, başa saldılar ki, belə şey mümkün deyil. 14 gün ərzində məhsulun qaytarılması hüququ flan boş söhbətdir".

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

Asif deyir ki, filialın mağaza müdiri telefonun əmtəə görünüşünün pozulduğunu bildirib:

“Daha doğrusu, telefonun arxasında mikroskopla görünən bir cızıq tapdılar. Bunu da əsas gətirdilər ki, məhsulun əmtəə görünüşü pozulub . Bizimlə bərabər digər müştəriyə də eyni sözləri deyib yola saldılar. Yəni, uzun sözü qısası “Kontakt Home”dan mal alanda bilin ki, qaytarmaq və ya dəyişmək mümkün deyil”.

“Bizə “Kontakt Home”dan şikayətlər yağış kimi "yağır". Elə bu gün 3 telefon zəngindən şikayət gəldi və onları dövlət orqanlarına yönəltdim”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Birlik sədri etiraf edir ki, bu şirkətl bağlı həddindən artıq böyük problemlər yaşanır:

“Ümumiyyətlə, “Kontakt Home” qanunları ayağının altına alıb gedir. “Kontakt Home”dan gələn şikayətlərin bəzilərinin məzmununu deyə bilərəm. Məsələn, istehlakçı görür ki, “şeş qoşa” oyunu oynanılır. Deyir ki, bəxtimi yoxlayım. “Şeş qoşa“ oynayır, uda bilmir və gedir mal alır. Amma evə gedəndə aldığı mal xarab çıxır, istəyir onu dəyişdirsin. Lakin “Kontakt Home” üz tutanda, ona deyirlər ki, sən “Şeş qoşa” oynamısan, ona görə də aldığım mal qaytarılmır”.

E.Hüseynov iddia edir ki, şirkət istehlakçıları aldatmaqla məşğuldur:

“Bir sözlə, “Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”. Yəni, istehlakçıları aldatmaq üçün böyük yarış gedir. Bunun qarşsını almaq üçün ciddi işlər görmək lazımdır. Hətta, sonuncu ərizədə “Kontakt Home” sahibinin deputat olduğu göstərilir. Həmin deputatın köməkçisinə də zəng vurdum. Dedim, "qardaş, bu işləri həll edin". Heç o da əhəmiyyət vermədi. Axırda şikayəti İqtisadiyyat Nazirliyinə göndərdim. Yaxşı olar ki, bu deputat bir çarə qılsın buna. Bu, biabırçılıqdır. Bütün bunun da səbəbi odur ki, qanunlar zəifdir. İstehlakçıların hüquqların müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. Ondan bəri qanunda dəyişiliklər aparılıb və hamısı da istehlakçının zərərinədir. Dövlət qurumları, deputatlar buna əhəmiyyət vermir. Xüsusən, “Kontakt Home”dan böyük texniki mallardan şikayətlər gəlir. Şirkət bu şikayətlərə birmənalı şəkildə əhəmiyyət vermir”.\\AMİA.Az
 
Ardını oxu...
Azərbaycanda dövlət satınalmaları sahəsində daha bir «tender çempionu» aşkar edilib.

TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, bu - “Protean Construction” ASC-dir (VÖEN: 9900062801).

Sözügedən şirkət dövlət satınalmalarında 3 ildir ki, iştirak edir və bu dövrdə qalib gəldiyi 10 tenderlə 64,3 milyon manatlıq sifariş əldə etməyi bacarıb.

Xatırladaq ki, “Protean Construction” ASC 20 ilin şirkətidir, 7 yanvar 2001-ci ildə yaradılıb, reyestrdə sonuncu dəfə 2020-ci ilin 17 iyulunda çıxarış alınıb. Şirkətin hüquqi ünvanı AZ1026, Bakı Şəhəri Xətai Rayonu, Kazımağa Kərimov, ev 236-da yerləşir. Nizamnamə kapitalı 160 672 manat, Qanuni təmsilçisi isə Təhməzov Məhəmməd Ağca oğludur.

2019-cu ildə “Protean Construction” ASC «Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyi ilə işləyib – bu qurumdan ümumi məbləği 5,8 milyon manat olan 2 tenler qazanıb. 2021-ci ildən «Azərsu» ilə əlaqələr qurulub və şirkət ölkənin su xidmətləri operatorundan mütəmadi olaraq iri tenderlər udmağa başlayıb.

2021-ci və hələ başa çatmayan 2022-ci illər ərzində “Protean Construction” ASC «Azərsu» ASC-dən ümumilikdə 58,5 milyon manatlıq tenderlər qazanıb. “Protean Construction” ASC iri tenderlərlə işləyir, indiyədək onun ən kiçik tenderi 800 min manat olub, daha sonra isə bütün tenderlər milyonluq məbləğlə ölçülüb. Ən böyük tender də «Azərsu»dan udulub – 13,1 milyon manat.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Dövlət Başçıları Şurasının iclasını açaraq qonaqları salamladı və çıxış etdi.
Daha sonra Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.

Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli Şavkat Miromonoviç.
Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər edirəm. Aprel ayında Özbəkistanda dövlət səfərində olmuşam, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirak etmişəm. Bu gün yenidən Səmərqənd şəhərində olmaqdan çox məmnunam.

Bu səfərlər zamanı Özbəkistanda gedən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanım olmuşdur. Əldə edilmiş nailiyyətlər münasibətilə qardaşım, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və qardaş özbək xalqını təbrik edirəm. Səfərlər zamanı Prezident Şavkat Mirziyoyev ilə apardığım müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.

Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Şavkat Mirziyoyevə minnətdarlığımı bildirirəm.

Qardaş Türkiyəyə bir il ərzində təşkilatımızda uğurlu sədrlik münasibətilə təşəkkür edir, qardaş Özbəkistana sədrliyi dönəmində uğurlar arzulayıram.

Hörmətli həmkarlar, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir.

Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.

Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır.

Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.

Hörmətli həmkarlar, bu həftə Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.

Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub.

Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür.

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu.

Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.

Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı.

İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.

Əziz dostlar, biz Bağdad Amreyevin Türk Dövlətləri Təşkilatının Baş katibi kimi fəaliyyətini yüksək qiymətləndiririk. Türk dünyasının birliyinə verdiyi töhfə və xidmətləri nəzərə alınaraq, Bağdad Amreyev Azərbaycanın yüksək dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmiş və oktyabr ayının 21-də bu orden mənim tərəfimdən ona təqdim edilmişdir. Bir daha təbrik edirəm.

Çıxışımın sonunda bir daha qeyd etmək istəyirəm ki, biz Özbəkistanı bu Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik edirik, Türk dünyası xalqlarına sülh, rifah, xoşbəxtlik arzulayırıq. Sağ olun.
Sonra digər dövlət və hökumət başçıları çıxış etdilər.
 
Ardını oxu...

"Heç bir tədbirdə iştirak etməyib, vaxt itirməyib 20 manata beynəlxalq sertifikat aldım".
Bunu təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert "Facebook" hesabında aldığı sertifikatın fotosunu paylaşaraq bunları yazıb:

"Bax işin mahiyyəti budur, pul qazanmaq. Pul qazanmaq üçün bütün rəsmi qurumların adından istifadə edilir. Beynəlxalq sertifikatın əldə edilməsi bu qədər bəsit olmamalıdır.

Kimsə deməsin ki, iştirak könüllü idi, istəyən pul ödəyib sertifikat alırdı. Məsələ ondadır ki, dünyanın heç bir yerində beynəlxalq tədbirin sertifikatı iştirak etməyənə satılmır".
Ardını oxu...
 
 
Ardını oxu...
Payızda meyvə çeşidləri arasında ən bol olanları alma, nar, heyva, xurmadır. Paytaxtda da bu meyvələrə az qala hər addımbaşı rast gəlinir. Marketlərdə də bu meyvələr boldur, fərdi satış yerlərində də. Digəl ki, qiymət ucuz sayılmaz. Paytaxt marketlərində heyvanın qiyməti 1 manat 20 qəpiklə 1 manat 30 qəpik arası dəyişir. Halbuki, bölgələrdə fermerlər becərdikləri məhsulu ucuz qiymətə satır. Hələ sata bilsələr. Məsələn, Göyçayda ən çox becərilən meyvələr nar, xurma və heyvadır. Lakin fermerlər heyvanın bağlarda qaldığını deyir.

DİA.AZ xəbər verir ki, fermerlər əsasən heyvanın yerli sortları olan “Bağça”, “Bardaq”, “Beş ulduz” və “Kamil” növlərinə üstünlük verir. Bu il fermerlər aqrotexniki qulluğu vaxtlı-vaxtında göstərdiklərinə görə bağlarda məhsul ötənilkindən xeyli çoxdur. Amma onlar min bir əziyyətlə əkib becərdikləri məhsulu satmaqda çətinlik çəkirlər. Keçən il heyvanın qiyməti 30 qəpiklə 1 manat arasında dəyişirdisə, bu il 20-70 qəpiyə satılır. Amma qiymətin düşməsi də alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərə bilməyib.

Fermerləri narahat edən məsələ ilə bağlı Göyçay rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, istehsal artdığı üçün bu sahədə emal müəssisələrinin yaradılmasına ehtiyac var. Qeyd edək ki, Göyçayda 219 hektar heyva bağı var ki, onun da 192 hektarı bar verən bağlardır.

Becərilən məhsulun alıcıya çatmamasının səbəbləri barədə “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, burada əsas məsələ fermerlərə dəstək verilməməsidir:

- Kənd təsərrüfatının inkişafı planlamanın düzgün aparılmasından çox asılıdır. Birincisi, məhsulun alıcısı əvvəlcədən bəlli olmalıdır. Fermer məhsulu yetişdirərkən onu harada, hansı bazarda satacağını, hər hansı gözlənilməz, fövqəladə hal baş verməzsə, yetişdirdiyi məhsuldan nə qədər qazanc əldə edəcəyini, bu qazancı təkrar hansı sahəyə sərf edəcəyini, nə qədər xeyir götürəcəyini də bilməlidir.

Bu işdə fermerlərə kənd təsərrüfatı, bağçılıq üzrə mütəxəssislər yardım etməlidir. Dövlət isə fermerin əməyini qarşılamalıdır. Müəssisələr məhsulu fermerlərdən sərfəli qiymətə almalı, məhsulun satışına yardım etməlidir. Artıq bizim ölkədə məlum həqiqətdir ki, bölgələrdə becərilən məhsul şəhərə 2-3 qat baha qiymətə gəlib çıxır. Fermerin 20 qəpiyə satdığı məhsul paytaxtda marketdə niyə 1 manat 20 qəpiyə satılır? Bu qədər yol xərci olmaz axı. Ucuz alınan məhsulu işbazlar bacardıqca baha qiymətə satmağa çalışırlar.

Nəticədə məhsul kifayət qədər satılmır, xarab olur, məhv olub gedir. Fermerlərin əziyyəti də puç olur. Məhsulların kənddən şəhərə ucuz daşınması təmin edilməlidir ki, fermerlər ziyana düşməsin, əhaliyə də mövsümi meyvələri almaq əlçatan olsun.
Ardını oxu...
DİA.AZ: - DİA.AZ bildirir ki, "Azneft" İstehsalat Birliyinin 28 May NQÇİ-dən neftçilər şikayətçi düşüblər. Onlar bununla bağlı dia.az-a yazaraq mövcud problemin həllində müvafiq vəzifəli şəxslərdən(şəxsdən) köməklik gözləyirlər.

Neftçilərin dia.az-a yolladıqları müraciətlərində "Azneft" rəhbərliyinə xitab olunur: "Bir dəfə də futbol yarışını Çilov adasında təşkil edin. Və adaya 8 nəfərlik helikopterlə yox, neftçilərlə birlikdə, şikayətdə qeyd olunan gəmi ilə gedin.

Çilov adasına gedib gəlməyimiz çox çətinləşib. Vertolyotla Çilov adasına gediş-gəlişə rəhbərlik tərəfindən icazə verilmir. Düzdür bəzə hallarda küləkli hava şəraitindən asılı olaraq imkan yaranır. Gəmi gediş gəliş lap biyabırçı vəziyyətdədir. Deyirlər saat 8-də Zığ limanında toplaşın, amma saatlarla gölzəməli oluruq. 9-10 da çıxmalı gəmi 11-12-dən tez çıxmır. Bizə “Üfüq” gəmisi ayrılmışdır, o da 4 saata gedir, üstəlik saatlarla gözləməli oluruq. Hərdən “Neft Daşlarına” ayrılmış “Qara Qarayev” gəmisi bizə ayrılır, həftənin birinci günləri, o da hava şəraitindən asılıdır. Çox əziyyət çəkirik, şirkət tərəfindən bir normal gəmi ayırmırlar ki ,bizdə insan kimi evimizə işimizə rahat gedək.

Niyə "Azneft" İB?

Noyabr ayının birindən bütün işçiləri məcburi şəkildə yeməkxanada öz hesabımıza nağd pulla qidalanmağa məcbur edirlər.

Həm də keyfiyyətli yemək də vermirlər. Başa düşə bilmirik, kimin nə şəxsi marağı var? Niyə biz mütləq yeməkxanadan qidalanmalıyıq?"

Məsələ ilə bağlı dia.az olaraq qarşşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Azərbaycanda özünə işlədiyi dövür ərzində özünə 9224 manatdan 54301 manat əmək haqqı yazdırdığına görə işdən çıxarılan məmur 1,022,785 manat mükafatını geri istəyir.

32gun.az-ın məlumatına görə, bu şəxs 2020-ci ilin oktyabr ayınadək SOCAR AQŞ-nin Baş Direktoru vəzifəsində çalışmış Ramin İsayevdir.

Məlum olub ki, Baş Direktorun və onun müavinlərinin xidməti üçün ödəniş və ya mükafat planı təsdiq etmək cavabdehin Direktorlar Şurasının səlahiyyətinə aid olduğu təqdirdə Ramin İsayev əmək haqqını 9224 manatdan 54301 manata yüksəldib. O, buna görə nə Direktorlar Şurasının, nə də Ümumi Yığıncağın razılıq almayıb.

Belə ki, o, öz fəaliyyəti dövründə ona cavabdeh tərəfindən ayrılan və sonuncunun işgüzar fəaliyyəti məqsədilə istifadə edilməli olan korporativ plastik kartlardan şəxsi məqsədlər üçün istifadə etməklə cavabdehə 354,657.31 (üç yüz əlli dörd min altı yüz əlli yeddi tam yüzdə otuz bir) manat məbləğində maddi zərər vurmuşdur. O, bu pulları ilkin cavabdehin fəaliyyətinə heç bir aidiyyəti olmayan, sırf öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir.

Onun çalışdığı son 5 il ərzində cavabdehə məxsus və cavabdehin ezam xərclərinin ödənilməsi üçün nəzərdə tutulan 6 korporativ bank kartından 433,140.42 manat məbləğində vəsait xərcləndiyi və buna görə cavabdeh tərəfindən heç bir hesabat təqdim edilmədiyi aşkar edilmişdir.

Emitent olaraq Paşa Bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş və cavabdehə məxsus korporativ kartlar üzrə çıxarışlar araşdırılmış və onlar üzrə ezamiyyətə aid olmayan və şəxsi xarakter daşıyan 354,657.31 manat məbləğində xərcləmələrin aparıldığı aşkar edilmişdir.

Misal olaraq, bu xərcləmələrə lüks geyim markası olan “Brioni” mağazasından 8813.44 ABŞ dolları məbləğində pal-paltarın alınması, Türkiyədə 1072 ABŞ dolları məbləğində tibbi müayinə xərcləri, İstanbul otellərinin birində günlük 13785 ABŞ dolları məbləğində qonaqlama, “NLT telekom” mağazalar şəbəkəsindən və xaricdə “Apple” firmasının rəsmi mağazalarından saysız mobil telefon cihazlarının alınması, günlük otelə 15035 ABŞ dolları məbləğində qonaqlama və sair digər qeyri-ezam xərcləri daxildir.

Onu da qeyd etmək lazımdır ki, cavabdeh son 5 ildə aşağıdakı ezamiyyətlərdə olmuşdur. Ona ödənilməli olan ezamiyyə xərcləri toplam məbləğ 35,561.30 manat olduğu halda, onun sırf ezamiyyətlə bağlı xərclədiyi məbləğ 58,483.11 manat təşkil etmişdir.

16 oktyabr 2020-ci il tarixində keçirilən ümumi yığıncağında İddiaçı fəaliyyətində verdiyi nöqsanlara görə Baş direktor vəzifəsindən azad olması barədə qərar qəbul edilib. Onun 2020-ci il oktyabr tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. O da məlum olub ki, 1,022,785 manat mükafat ayrılsa da işdən çıxarıldığı üçün bu vəsait ona verilməyib.

Məhkəməyə müraciət edən sabiq məmur SOCAR-ın Direktorlar Şurasının qərarı ilə ləğv edilən bir milyon iyirmi iki min yeddi yüz səksən beş manat mükafatını geri istəyib. Onun tələbi isə təmin edilməyib.
 //32gun.az//

Dünyapress TV

Xəbər lenti