DİA.AZ: - Bakı şəhəri Binəqədi rayonu 7ci mikrorayon ev 28a mənzil 3 ünvanında yaşayan Əliyeva Aysel İlqar qızı tərəfindən ölkə başçısına müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
“Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, Milli Məclisin sabiq deputatı Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus olan “Vialon” MMC tikinti şirkəti bizim haqqımızı qəsb etməkdədir. Belə ki, anam Əliyeva Natiqə Məmmədağa qızı Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi dalan 2 ev 2 ünvanında xüsusi mülkiyyət olan daşınmaz əmlak üzərində 2/6 (40.7kv) paya sahibdir. Mərhum babam həmin mülkdə doğulub boya-başa çatmış və yaşamışdır. Lakin, bir neçə il öncə yaşayış olmadığına görə evin bir otağı uçub-dağıldı. Maddi imkanımız yox idi deyə xeyli müddət burada təmir-abadlıq işləri apara bilmədik. Nəhayət evin bərpası üçün gəldiyimiz zaman bizə məxsus olan otağın bir hissəsində qonşumuz tərəfindən tikinti işləri aparıldığını və təxminən 4-5 kv metr yeri qanunsuz şəkildə özününküləşdirməyə çalışdığının şahidi olduq. Qanunsuz tikinti ilə bağlı dərhal aidiyyəti qurumlara və o cümlədən də Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat verdik. Lakin, şikayətimiz təmin edilmədi. Həmin dövrdə pandemiya ilə əlaqədar olaraq ölkəmizdə müəyyən məhdudiyyətlər tətbiq olunurdu. Eyni zamanda böyük maddi sıxıntılar yaşayırdıq. Məhz ona görə də məhkəməyə müraciət etmək imkanımız olmadı. Ancaq bu cür qanunsuz tikili və ya otağımızın birinin sökülmüş olması bizim pay hüququmuzun olmağına təsir edəcək səbəb deyil. Cənab Prezident! Müraciətimin ilk cümləsində qeyd etdiyim kimi, sabiq deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus “Vialon” MMC tikinti şirkəti bizi haqq və hüquqlarımızdan məhrum etməyə çalışır. Mərhum babamdan miras qalmış evin ərazisi onların layihə planına düşdüyünü öyrəndim. Mən də öz növbəmdə dekabr ayında sözü gedən şirkətin nümayəndəliyinə yaxınlaşaraq lazımi sənədləri (çıxarış, texniki pasport) təqdim etdim. “Vialon” MMC-nin nümayəndəsi əvvəlcə bizimlə qanuni alqı-satqı edəcəklərini bildirdi. Daha sonra isə müxtəlif bəhanələr gətirməyə başladılar. Mən öz iradımı dilə gətirərək “Ölkə başçısına və aidiyyəti orqanlara sizdən şikayət edəcəyəm”, – dedim. Mənə “Mən qanuni çıxarışı saymıram, imkan edib otağı tikərdin. Sən istəsən də, istəməsən də, digər payçılarla razılaşaraq məqsədimizə nail olacağıq, kimə şikayət edə bilirsənsə, et, heç kimdən qorxan yerimiz yoxdur. Onsuzda bizə məğlub olacaqsan”, – dedilər. Bundan sonra tez-tez gedib evimizin hansı vəziyyətdə olduğunu nəzarətdə saxlayırdım. Mart ayında evin digər otağının da dağıdıldığını və dağıntıların isə təmizlənmiş olduğunu gördüm. Söküntü prosesinin kim (lər) tərəfindən həyata keçirildiyini bilmirəm. Araşdırılması üçün sahə müvəkkilinə müraciət etdim. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə bəzi yuxarı instansiyalara şikayətlər ünvanlamağa başladım.
Hazırda çarəsiz durumdayam. Bununla yanaşı, dövlətimin ədalətinə və haqqı bərqərar edəcəyinə inanıram. Hansı ki, bir tərəfdə mənim kimi məzlum, kimsəsiz, haqq səsi boğulma çalışılan sadə vətəndaş, digər tərəfdə isə sabiq deputat və onun şirkət (lər) sahibi olan qardaşı dayanıb. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində dövləti ali məqsədi, 25-ci maddəsində bərabərlik hüququ anlayışı var. Bu və digər qanunlarımızı rəhbər tutaraq Sizdən çox xahiş edirəm, “Vialon” MMC tikinti şirkətinin özbaşınalıqlarına son qoyasınız, mənim haqqımın bərpa edilməsi və təhlükəsizliyimin təmin edilməsi üçün tapşırıq verəsiniz. Ümidvaram ki, sayənizdə ədalət öz yerini tapacaqdır".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Şəkidən 35 km məsafədə yerləşən Aran kəndində bir neçə aydır ki, tibb məntəqəsinin qapısına qıfıl vurulub. O gün, bu gündür sakinlər necə deyərlər yollarda qalıb. İTV-nin əməkdaşları bu ucqar yaşayış məntəqəsi sakinlərinin harayına səs verib, onları dinləmək üçün kəndə yollanıb. 600-ə yaxın sakinin yaşadığı Aran kəndinin cəmi bir tibb məntəqəsi var ki, onun da qapısı bağlı, üstündə də qıfıl. 6 aydır ki, vəziyyət bu cürdür. Hələ bu azmış kimi, sən demə kənddə nə həkim var, nə də tibb bacısı. Sakinlər isə vəziyyətdən bu cür çıxmağa çalışır. Elçin Cəlilov: “Bir iynə lazım olanda gedirik qonşu kəndlərə. İndiki zamanda hamı çətin vəziyyətdə yaşayır, maşın tut, ora get. Doktoru çağırsan gəlmir. Bir iynədən ötrü biz gərək 3-5 km başqa yerə gedək”. Sarvan Ramazanov: “Axşam da təcili tibb maşını çağırdıq, 1-2 saata gəldi, xəstəmiz var idi. Yəni biz istəyəndə tapa bilmirik, mütləq kənar kəndlərə getməliyik”. Bahar Xanmədova: “Uşaqlar gecə-gündüz xəstələnir. İlkin tibbi yardım göstərməyə nə həkim, nə tibb bacısı yoxdur ki, köməklik etsin. Məcbur oluruq ayrı kəndə – Suşmaya, Dəhnəyə gedib uşağa sistem vurduraq”. Sakinlər deyir ki, mövcud problem bir neçə dəfə Şəki rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin diqqətinə çatdırıb. Lakin bir nəticəsi olmayıb. Qəzənfər Məmmədov: “Rayon Mərkəzi Xəstəxanasının baş həkimi idi, ya kimi idi bilmirəm, Arzu xanıma müraciət etdim ki, bizim kənddə tibb bacısı yoxdur. O da dedi ki, yaxınlarda tibb bacısı varsa, təşkil edin işləsin. Bizim əvvəlki tibb bacısı var idi, Sveta xanım, onu təklif elədim. O da dedi ki, yaşı çoxdur, biz onu götürə bilmərik. İndi qalmışıq çıxılmaz vəziyyətdə. Nə Svetaya razı olurlar, nə də tibb bacısı göndərmirlər. Bəs biz neyləyək? İTV-nin əməkdaşları vəziyyətə aydınlıq gətirmək üçün Şəki rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə əlaqə saxlayıb. Bildirilib ki, hazırda həmin kənddə yalnız bir tibb bacısı var. O da analıq məzuniyyətindədir. Sakinlərə isə yaxın kəndlərdəki tibb məntəqələrinə müraciət etmələri məsləhət olunuv. Məsələyə TƏBİB-dən də münasibət öyrənmək istənilsə də, suallara cavab verən olmayıb.
Azərbaycan Hava Yolları (AZAL) QSC A320neo və A321neo daxil olmaqla 12 təyyarə almaq üçün Airbus şirkətinə sifariş verib. Bununla bağlı müqavilə bu günlərdə Bakıda keçirilən mərasimdə imzalanıb. Airbusun açıqlamasına görə, son nəsil A320neo Ailəsi təyyarələri ən müasir və yanacaq sərfəli təyyarələri idarə etmək, əməliyyat səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq, eyni zamanda bütün donanmada sərnişinlərə əla rahatlıq təqdim etmək üçün şirkətin donanmasının yenilənməsi strategiyasının bir hissəsidir. Mühərrik seçimi aviaşirkət tərəfindən sonrakı mərhələdə elan ediləcək.
TEREF.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, AZAL birinci vitse-prezidenti Samir Rzayev bildirib ki, onlar təyyarə parkının modernləşdirilməsi proqramı üzrə Airbus ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməkdən məmnundur və ikitərəfli tərəfdaşlığı gücləndirmək niyyətindədir:
“İmzalanan müqavilə sərnişinlərimizi ən müasir və komfortlu təyyarələrlə təmin edəcək”.
İqtisadçı alim Qubad İbadoğlu isə Azərbaycanın aldığı yeni təyyarələrlə bağlı fikirlərini yazıb:
Airbusun A320neo təyyarələrinin qiyməti 110 milyon dollar, A321neo təyyarələrinin qiyməti isə 130 milyon dollardan çoxdur. Bu o deməkdir ki, alınan 12 təyyarəyə görə, 1,3-1,5 milyard dollar ödəniləcək. Təyyarələrin alınması lizinq əməliyyatları üzrə dövlət zəmanəti ilə aparılacaq. Bu o deməkdir ki, yenə də AZAL-a görə Azərbaycan höküməti üzərinə əlavə borc öhdəliyi götürəcək. Bütün bunlara baxmayaraq AZAL-ın nə xidmətinin qiymətində, nə də keyfiyyətində dəyişiklik gözlənilmir.
Onu da qeyd edim ki, Airbus şirkəti Fransa, Alman və İspaniya dövlətinə və digər səhmdarlara məxsusdur. Odur ki, Fransa ilə iqtisadi əməkdaşlığın inkişafı yalnız bu sahədə müşahidə olunmur. Belə ki, bu ilin 2 ayında Fransa idxalda Azərbaycanın Rusiya, Türkiyə və Çindən sonra əsas ticarət mütəffiqi olub. 2 ay ərzində Azərbaycan Fransadan 202 milyon 886 min dollardan çox məhsul idxal edib.
"Şikayətim "İydə Perfumery" parfumeriya firmasındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda qeyd olunur.
Daha sonra narazı vətəndaş yazır: "Daim "İydə Parfumeriya"dan ətir alıram. Hər səfərdə eyni ətiri almışm. Bu səfər ətiri dəyişmək qərarına gədim. İçəridə o qədər qarışıq iy vardı ki , seçim etməkdə çətinlik yarandı və satıcının tövsiyyəsi ilə biri 115 biri 135 manata 50ml ətir aldım. 135 manatlıq ətiri yerində hazırladılar, o birisi isə öncədən hazırlanmışdı. Hazırlanan ətirdən özləri şpirisin içində qalan hissəni test üçün üzərimə vurdular. 2 gün ərzində qoxu mənə çox pis təsir etdi və dükana yaxınlaşdımki istifadə etməmişəm və dəyişmək istəyirəm.
Daimi müştərisi olduğum hörmətə layiq olmayan "İydə parfüm"ün güya müdiri "gigiyenik səbəbdən dəyişə bilmərik" cavabını verdi. Bu üzqırxandır? Diş şotkasıdır? Yoxsa pudra falandırmi bunu gigiyenik əsaslandırır? 2 ətirin birini öncədən qablasdırmışdılar, dəyişmək istədiyim ətiri isə yanımda qablaşdırdılar. O ətir heç hədiyyə üçün də yararlı deyildi ki, kiməsə hədiyyə edəm.
Dükana qoyub geri qayıtdım və mərkəzlərinə zəng vurdum. İlk öncə dəyişərik daimi müştərimizsiniz dedilər. Sonradan imtina etdilər. Bununla bağlı istehlakçıların müdafiəsi üçün hasısa qurum varmı? Qeyd edim ki, məsələ artıq maddi deyil, mənəvi məsələdir".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə əlaqədar Gəndob-Xaçmaz-Yalama yolunun 121-ci km-də ağacəkmə aksiyası keçirilib.
Məlumata görə, aksiyada Şabran Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və könüllüləri, idarə, müəssisə, eləcə də rayon sakinləri iştirak ediblər.
Aksiya çərçivəsində Gəndob-Xaçmaz-Yalama magistralının Şabran şəhərinin ərazisindən keçən hissəsinə 350 ədəd şam ağacı əkilərək gübrələnib və suvarma işləri aparılıb.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.
"Ümumiyyətlə bizim mobil operatorlar insanlara ancaq mənasız məhdudiyyətlər qoyub insanların hüququn pozmaqla məşğuldurlar. məsələn Azercell-in reklamı ilə gözümüzü mazol etdiyi “İstəsən” tarifi haqda sizlərə məlumat vermək istəyirəm ki, mənim kimi aldanmayasız". DİA.AZ-ın məlumatına görə, bu barədə "Müştərinin səsi" sosial qrupundakı etiraz mesajında qeyd olunur.
Daha sonra narazı vətəndaş bildirir: "Məsələn, tarif çərçivəsində 10 GB internet almısız və və tarif çərçivəsində varsayılan olaraq hesablanan ölkədaxili 30 dəqiqəyə toplam 12.70 Azn hesablanıb. Təsəvvür edin ki, 25 gün sonra bu 10 Gb-ı xərcləyib bitirdiz. Məntiqli olan nədir? Siz, təzədən 12.70 ödəyib tarifi yeniləmək istəyirsiz. Amma dur, mənasız məhdudiyyətlər qoyan Azercell bilirsiz sizə nə deyəcək? Yox, yeniləyə bilməzsən. Get, çoxdan aktuallığını itirmiş 1 Gb= 5 Azn ya da 5gb=10 Azn əlavə internet paketi al. Təbii ki, “İstəsən”. İstəməsən, gözlə 1 ayın tamam olsun, orda burda wifi dilən. Bu tarifə keçmək istəyənlər bu faktı bilsin, ona görə qərar versin..."
Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Bakının Binəqədi rayonunda vəzifəli şəxs iş yerində baş verən bədbəxt hadisəni gizlətməkdə ittiham edilir.
DİA.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Binəqədi rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Zamanov Elmin Elbəyi oğlu barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsi ilə protokol tərtib olunub.
Sözügedən maddəyə görə, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Artıq Elmin Zamanov müfəttişliyin qərarından Binəqədi Rayon Məhkəməsində şikayət verib.
DİA.AZ: - Mərkəzi Bank dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı iki tenderin nəticələrini elan edib.
DİA.AZ xəbər verir ki, hər iki tenderin qalibi "Ofis Plus" MMC seçilib.
Qalib şirkətə dəftərxana malları üçün 56 000, təsərrüfat malları üçün 109 885 manat ödəniləcək.
İki tenderin birlikdə dəyəri 165 885 manatdır.
Qeyd edək ki, "Ofis Plus" MMC-nin adı tender bazarında heç də yad birisi deyil. Yad birisi nədir... ümumiyyətlə "Ofis Plus" MMC kifayət qədər məşhurdur.
Hələ bir müddət əvvəl "Azərbaycanda dövlət tenderlərindən say etibarilə böyük hissəsini əldə edən daha bir şirkət aşkar edildi" deyə məlumat paylaşıldı ki, bu zaman da «Ofis Plus» MMC-dən (VÖEN: 2005881591) bəhs edilirdi.
Məlumatlardan aydın olurdu ki, sözügedən şirkət 2021-ci ilin əvvəlindən indiyədək iştirak etdiyi dövlət tenderlərində 340 min manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 24 tenderlə əldə edib – bir tenderin orta qiyməti 14 min manatdır.
«Ofis Plus» MMC çoxsaylı təşkilatlarla çalışıb, «xüsusi» sifarişçisi yoxdur, ən böyük sifarişi Mərkəzi Bankdan alınıb – 37 min manat.
«Ofis Plus» MMC-nin qapdığı son 4 aya qədərki tenderlərin siyahısı isə aşağıdakı kimidir:
İndi isə aydın olur ki, Mərkəzi Bankın yeni rəhbərliyi də köhnə məmurlarsayağı davranaraq ÇEMPİONLARLA iş görür. Hər halda, müvafiq qurumlar üçün araşdırma mövzusu hesab oluna bilər...
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...