Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevi tənqid edib.

Bu barədə professor "Feysbuk" hesabında yazıb.

"Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev sosial mikrofona güc verib şəffaflıqdan danışır, reallıqda isə dövlət qurumunda şəxsi istəklərinin diktəsi ilə hərəkət edir. Xeyir ola, bu, nə dostbazlıq, nə tanışbazlıqdır, Famil müəllim?! Yenə də adamı olanı xoş qarşılayır, qısa müddətdə dərəcələndirir, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək adamı olmayan faydalı Azərbaycan övladlarını sürünüdürür, "texniki qüsur” axtarır, təzyiq altında saxlamağa çalışırsınız?! Dəyişin davranışlarınızı və iş prinsipinizi!” - deyə o bildirib.

İdris Abbasov deyib ki, Azərbaycan dövlətinin elm potensialını möhkəmləndirmək naminə quruma dəvət olunan iddiaçı özünü düşmən əsirliyində hiss etməməlidir: "Unutmayın ki, oturduğunuz kürsü Azərbaycan dövlətinə məxsusdur. Orada yalana, iftiraya, bəhanəyə yer olmamalıdır! Famil müəllim, görün, AAK-da vəziyyət nə dərəcədə acınacaqlıdırsa, hazırda 2 ildir ki, sizi ifşa edən statuslarını sildirib (və ya onun vasitəsilə yüzə yaxın doktorant və dissertantın təcrübəsizliyini istismar edib), ekspert qismində yanınıza apardığınız ADU-nun əməkdaşı, elmlər doktoru, professor Həbib Zərbəliyev qurumun ləğvi üçün petisiya hazırlayıb, ölkə Prezidentinə ünvanlamağın zəruriliyi üzərində dayanıb".

"H.Zərbəliyev belə qənaətə gəlir ki, AAK kimi ləğv olunmalı bir qurum mənfi halların qarşısını ala bilməz. Sitat: "AAK lüzumsuz bir qurumdur... Kimsə bu orqanın guya mənfi halların qarşısını aldığını düşünürsə, yanlış düşünür...” H.Zərbəliyevin AAK haqqında "orqanın işgəncələrinə dözmək” ifadəsini işlətməsi dərhal erməni canilərinin günahsız övladlarımıza tutduqları divanı beynimizdə canlandırır. H.Zərbəliyev davam edir: "Əks halda alim olmaq, dərəcə almaq istəyənlər bu orqanın işgəncələrinə dözməli olacaqlar. Bu orqanın ləğv olunması tələbi ilə petisiya hazırlayıb, Prezidentə ünvanlamaq lazımdır” Sitatın sonu...” - İdris Abbasov qeyd edib.

O daha sonra əlavə edib: "H.Zərbəliyev 2021-ci ildə Famil Mustafayevlə görüş əsnasında AAK-da arzuladığı işə nail olduqdan sonra AAK-ı tənqid edən "zərərli vərdişləri"nə son qoyub…”
 
Ardını oxu...
Gəncə şəhərində YAP–nın sədirliyi uğrunda qızğın mübarizəyə başlayıblar. Bu mübarizədə Gəncə şəhərinin ləğv olunmuş Nizami rayon və Kəpəz rayon İH –lənin keçmiş başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev sədirlik uğrunda var güclərini səfərbər ediblər.

Bildirmək istəyirik ki, Prezident İlham Əliyev cənablarının "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyəndən sonra, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Dövlət reyestrindən çıxarılıb. Bu məqamda hər iki RİH-nin başçısı olmuş şəxslər yenidən vəzifəyə can atmaq uğrunda mübarizəyə başlayıblar. Onu da diqqətinizə çatdırırıq ki,vəzifədən kənarlaşdırılmış hər iki RİH-nin başçısı Elmar Vəliyevin sevimli kadrlarından sayılırlar və onların adları mütamadi korrupsiya gündəmində yer alıb. Nizami Hacıyev və Eldəniz Xudiyevin icra başçısı olduqları müddətdə çoxsaylı korrupsiya epizodları Baş Prakurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən hələ də araşdırılır.

Qeyd etməliyik ki, cari ilin mart ayının 15-dən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Gəncə şəhər təşkilatının sədri Ramil Orucov səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Dişlərinin dibində vəzifə şirəsi qalan Nizami Hacıyev və Eldəniz Xudiyev bu xəbərdən agah olan kimi hərə öz himayədarlarını önə verərək hədə-qorxu sayəsində yenidən vəzifəyə gəlmək üçün hücuma keçiblər. Daxil olan məlumatlara görə Eldəniz Xudiyevin namizədliyini, onun qaynanasının qardaşı, Milli Məclisin deputatı Musa Quliyev irəli sürüsə də. Nizami Hacıyevin namizədliyini isə DİN-inin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin rəisi Namiq Həsənov irəli sürübdür. Onu da qeyd edək ki, Namiq Həsənov Nizami Hacıyevin qaynıdır.

Mənbəmizin verdiyi məlumata görə, Eldəniz Xudiyev və Nizami Hacıyev başçı vəzifəsini icra etdikləri zaman Gəncə şəhər ərazisindəki müxtəlif kateqoriyalı, xüsusilə qeyd etmək istəyirik ki, dövlət fondunun torpaq sahələrinin kütləvi şəkildə vətəndaşlara, qanunsuz sərəncamlarla ev, obyekt tikintisi adı ilə satılması prosesi və üstə gəl uzun müddət şəhər sakinlərinin haqlı şikayyətlərinə baxılmamısı Gəncə şhərində əhalinin böyük narazılığına və etirazına səbəb olmuşdur.Bu barədə daxil olan çox saylı şikayətlərdən də aydın olur ki, adları qeyd olunan hər iki icra başçısı vəzifədə olduqları müddətdə xalq üçün deyiı, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəxsi karyeralarını və öz maliyyə imkanlarını genişkəndirməklə məşğul olublar.

Nizami Rayon və Kəpəz Rayon İH-lərinin sabiq başçılarının manapolyası və qanunazid sərəncamları Gəncə şəhərinin dörd bir yanını əhatə edir. Eldəniz Xudiyev və Nizami Hacıyev özlərinin saxta və qanuna zidd əməllərini Gəncə ŞİH-nin sabiq başçısı Elmar Vəliyevin tapşırıqları əsasında həyata keçirdiklərini bildirirlər. Lakin əldə etdiyimiz məlumata görə şəhər sakinləri arasında dövriyədə olan saxta sərəncamlar Nizami Hacıyev və Eldəniz Xudiyevin imzaları ilə təsdiq edilib. Hər iki siyasi vəzifə sahiblərinin ali savadlı olduğundan əminik. Sabiq icra başçıları öz vəzifə səlahiyyətlərini yaxşı bilsələr də ölkə qanunlarına zidd gediblər. Bu şəxslərin ölkəmizin 2-ci böyük şəhəri olan Gəncə vilayətində yenidən hər hansı bir vəzifəyə təyin olunması yolverilməzdir.

Maraqlısı isə budur ki, sabiq başçılar Eldəniz Xudiyev və Elmar Vəliyevin zamanından bu yana satdıqları sərəncamların - heç bir hüquqi əsası yoxdur. Belə ki, vətəndaşlara satılmış sərəncamlar, özündə "torpaq məcəlləsi"nin 4-cü bəndini, eləcə də Azərbaycan Respublikası prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş "yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 6.8-ci bəndinə istinad edir. Halbuki, nə "torpaq məcəlləsi"nin 4-cü bəndi, nə də prezidentin müvafiq fərmanı icra başçılarına dövlət fond torpaqları üzərində sərəncam vermək hüququnu ehtiva etmir, əksinə qadağan edir. "Torpaq Məcəlləsi"nin 57-ci maddəsinin 4-cü bəndi "Qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı üçün olan torpaq sahəsinin ayrılması tələbləri, yuxarıda qeyd etdiyimiz qanunun tələbləri ilə izah edilir. Buradan aydın olur ki, icra başçısının bu kateqoriyadan olan hansısa torpaq sahəsi üzərində özbaşına sərəncam verməsi hüquqları məhduddur.

Buna baxmayaraq, torpaqların qeyri-qanuni satışı ilə məşğul olan icra başçıları, Elmar Vəliyevin üsul-qaydalarını hələ də davam etdirərək öz saxta sərəncamlarının tarixini hansısa bir yaxın keçmişə - 2017-ci ilə yazmaqla qanunsuz niyyətlərini həyata keçirirlər. Ölkə qanunlarına zidd çıxan, prezidentin tapşırıqlarına və tövsiyyələrinə biganə yanaşan Nizami Hacıyev və Eldəniz Xudiyev kimilərinin timsalında sabotajlıq edənlər hələ de az deyildir.

Ümid edirik ki, prezidentin etimadını və tələblərini korrupsiyaya qurban edən bu iki sabiq başçılar dövlət qarşısında cavab verəcəklər...

Biz millitv olaraq, ona da inanırıq ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və YAP-nın sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edilən məlumatları araşdıracaqlar. Öncə, adlarını qeyd etdiyimiz bu şəxslərin Gəncə şəhər YAP nın sədirlik vəzifəsinə gətirilməsinə imkan verilməməlidir ki, sonrakı proseslər Gəncə şəhərində fəaliyyət göstərən minlərlə YAP-ın üzvlərinın böyük etiraz və narazılığına səbəb olmasın.

Millitv.az

Ardını oxu...
 
 

Salyan rayonunda məhkumun cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə bağlı cinayət işi açılıb.

 

Xalqxeber.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluq cinayətini törətməkdə təqsirli bilinərək bu ilin yanvar ayında məhkəmə hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilib. Fevral ayının əvvəlində o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb.

S.Ağayevin yaxınları tərəfindən sosial şəbəkədə yayılmış müraciətlərdə onun cəzaçəkmə müəssisəsində zorakılığa məruz qalması bildirilib.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, prokurorluq orqanları baş vermiş hadisə barədə məlumatlıdır: “Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam edir”.

 

XalqXeber.Az

Ardını oxu...
Azərbaycanın tanınmış iş adamı, «Günay Bank» və «Günay Sığorta»nın əsas sahibi olan Mahmud Məmmədov, həm də rəhbəri olduğu «Günay Sığorta» şirkətindən 350 min manat borc götürüb.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, «Günay Sığorta»nın Direktorlar Şurasının sədri olan M.Məmmədov 2022-ci il ərzində şirkətdən 3 dəfə borc götürüb, bunlar 100 min, 120 min və 130 min manatlıq tranşlarla verilib.

Bundan başqa, ötən il şirkət Mahmud Məmmədovun uzun illərdir istifadə etmədiyi əmək məzuniyyətlərinə görə də ona kompensasiya ödəyib.

Şirkətin hesabatından məlum olur ki, indiyədək Mahmud Məmmədov «Günay Sığorta»da məzuniyyətsiz işləyib və bu il həmin müddətlərin hamısına görə kompensasiya almaq qərarına gəlib. Ümumilikdə şirkətin rəhbəri 2016-2022-ci illər ərzində istifadə etmədiyi məzuniyyətə görə 216 günlük məzuniyyətə görə kompensasiya alıb.
Ardını oxu...
Sədərək gömrüyündə 5600 manat “köhnəlik və gecikmə rüsumu” tələb olunur
“Sədərək gömrük-buraxılış məntəqəsində maşınımı saxlayıb müsadirə ediblər. Səbəbini isə müxtəlif amillərlə əsaslandırırlar. Gah onun köhnə olduğunu, gah Türkiyədə çox qaldığımı əsas gətirir, gah da maşını Naxçıvana keçirmək üçün məndən 5600 manat “rüsum” istəyirlər”.
Redaksiyamıza məktub göndərən Eldəniz Mehdiyev adlı Naxçıvan sakini bildirib.
Onun iddiasına görə, 1990-cı il istehsalı olan maşınını təmir etdirmək üçün Türkiyəyə aparıb. Təmir uzun sürdüyündən yubanıb, vaxtında geri qayıda bilməyib.
Məktubun ən diqqətçəkən tərəfi vətəndaşdan istənilən “rüsum” və onun miqdarıdır. Sual oluna bilər: əgər Naxçıvana gətirilməsi düşünülən maşın köhnədir və qanunla sərhəddən keçirilməsi qadağandırsa, onda vətəndaşdan niyə 5600 manat “rüsum” istənilir?
İkinci sual: Qarabağ əlili olduğunu bildirən vətəndaşdan hansı maşına görə bu qədər “rüsum” tələb olunur?
Gəlin, vətəndaşın bizə göndərdiyi videonu izləyərək bu suala cavab axtaraq. Sizcə, bu maşın bazara çıxarılsa, Naxçıvan gömrükçülərinin tələb etdiyi “köhnəlik rüsum”una satıla bilərmi?
Video ilə bərabər paylaşdığımız şəkildə 5600 manat “köhnəlik və gecikmə rüsumu” tələb edilən maşının təmirdən əvvəlki halı əks olunub.
Heydər Oğuz

 
Ardını oxu...
Elm və Təhsil Nazirliyi valideynlərə çağırış edib: “Bağçada pul istəsələr, məlumat verin”“Uşaq bağçalarında valideynlərdən pul tələb edilməsi halları olarsa, aidiyyəti üzrə müraciət edilməsi xahiş olunur. Çünki bu kimi faktlarla qarşılaşdıqda ona dərhal reaksiya veririk”.

“Report”un xəbərinə görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, bu kimi hallarla bağlı nazirliyə müraciətlər olur və məsələ operativ şəkildə araşdırılır.
Ardını oxu...
Tərtər rayonunun Səhləbat kəndinin bir qrup sakini istifadə etmədikləri mavi yanacağa görə əlavə borcun yazıldığını iddia ediblər.

Onların sözlərinə görə, bununla bağlı “Azəriqaz” İB tərəfindən həmin abonentlərə bildiriş də göndərilib.

“Bütün abonentlərə əlavə borc yazılıb. Hər evə yazılan məbləği toplasaq 5-6 min manatdan artıq pul edir”, - deyə sakinlər qeyd ediblər.
Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Lənkəran Şəhər İcra Hakimiyyəti “All The Trifles” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 266.742,54 AZN təşkil edir.
Qurum bu məbləğə şirkətdən müxtəlif növ mallar alacaq. Müsabiqənin şərtlərindən məlum olur ki, İcra Hakimiyyətinin alacağı mallar aşağıdakılardır:
Mişar daşı (10 230 ədəd)
Sement 350m (200 ton)
Şifer (8400 ədəd)
Fanerka -1,5*1,5 1sm (200 ədəd)
Taxta çatı ayaqı – 150*50 mm (68m(3)
Taxta dirək -100*50 mm (50m(3)
Taxta reyka – 40*50 mm (50m(3)
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “All The Trifles” MMC 30 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Aşağı Puta, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Arif Aydın oğludur.
“All The Trifles” MMC və Arif Babayev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu da şirkətin əsasən “tender əməliyyatları” üçün yaradıldığını deməyə əsas verir.
Lənkəran Şəhər İcra Hakimiyyəti bu tenderlər qanunvericiliyi də pozub. “Dövlət satınalmaları haqqında” Qanunda qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması vacibdir. “All The Trifles” şirkəti isə 2 aydır fəaliyyət göstərir və bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür. Əgər şirkətin adicə veb-səhifəsi yoxdursa – indiki şərtlər daxilində bu ən vacib məsələlərdən biridir – onun maddi-texniki bazasının hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil.
Yeri gəlmişkən, mediada Lənkəran Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qeyri-şəffaflığı və qanun pozuntuları ilə müşayiət olunması barədə xeyli sayda materiala rast gəlinir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifədədir. Taleh Qaraşov ən çox tənqidə məruz qalan icra başçılarındandır.

Dünyapress TV

Xəbər lenti