Ardını oxu...
Öncə əlinə steril əlcək taxır ,sonra həmin əlcəyə öskürüb işinə davam edir…
XALQ məlumat verir ki, həkim Günel Qənbərova haqqında jurnalist Arifə Əliyeva sosial hesabında tənqidi paylaşım edib.
Ardını oxu...
Videodakı “Məlhəm” Beynəlxaq Hospitalının həkim mammoloq-radioloq Gunel Qənbərovadır.
Görüntülərdə həkim Günel Qənbərova rəqs edərək pasiyentinə müayinə edib, inyeksiya edir,və steril əlcək əlində olsada gigiyenik qaydaları riayət etmədiyi görünür.
Məsələ ilə bağlı Günel Qənbərovadan münasibət öyrənmək mümkün olmadı.
Ardını oxu...
Qeyd edək ki, ötən həftə “Məlhəm” Beynəlxaq Hospitalı”da ölüm faktı qeydə alınmışdır.
Qarşı tərəfində fikirlərini dərc etməyə hazırıq.
 
 

 
Ardını oxu...


İddiaya görə, Bakıda yerləşən “MayoMed” klinikasında özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanov adlı həkim çalışır, amma onun tibb sahəsi üzrə heç bir təhsili yoxdur.

Bununla bağlı Baku TV-yə vətəndaş müraciət edib.

Təxminən iki ay əvvəl Analitik Ekspertiza Mərkəzi tərəfindən klinikada yoxlama aparılıb və Nihad Aslanovun işinə son verildiyi iddia olunur. Amma son vaxtlar həmin şəxs yenidən “MayoMed” klinikasında pasiyent qəbul edir. O, yeni sosial media hesabı açaraq fəaliyyətini davam etdirir.

Klinikanın əməkdaşı isə şikayətin həqiqəti əks etdirmədiyini və Nihad Aslanovun klinikada çalışmadığını deyib:

“Nihad bəy artıq 4-5 ay əvvəl klinikadakı işindən ayrılıb. Hazırda Nihad bəy adlı əməkdaşımız yoxdur”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkimlərin arasında Nihad Aslanovun adı yoxdur:

“2023-cü ildə “MayoMed” klinikası üzrə planlı yoxlama keçirilib və klinika inzibati məsuliyyətə cəlb edilib, həkimin fəaliyyəti dayandırılıb. Bundan sonra həkimin fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzinə hər hansı məlumat daxil olmayıb”.

Daha ətraflı süjetdə:

PAYLAŞ:
Ardını oxu...
“Hazırda ağrılarım var. Ona görə də hələ xəstəxana şəraitində müalicə alıram. Nə zaman çıxacağım haqqında məlumat yoxdur. Məni vurduran adamın cəzalandırılacağına inanıram”.
TEREF xəbər verir ki, bu sözləri Globalinfo.az-a bir neçə gün öncə Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən deyib.

O, anidən biçaqla vurulduğunu bildirib:

“Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub. Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb. Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur. Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım killer tutmaq oldu”.

Araz Musayev ona qarşı sui-qəsd cəhdini idman ictimaiyyəti üçün biabırçılıq adlandırıb:

“Baş verənlər doğrudan da biabırçı haldır. Bura 100 fərqli ölkədən idmançılar gəlib. Bu ölkələr də hadisədən xəbərdar oldular. Hamı bizə gülür ki, öz millətimiz özümüzə qarşı belə addım atıb. Bir iyrənc hərəkəti ilə nüfuzumuza xələl gətirdi”.
Ardını oxu...

İdmançı başına gələn hadisələrdən öncədən məlumatlı olduğunu deyib:

“Türkiyəyə gəlməmişdən əvvəl bilirdim ki, Adil Əliyevin əli ilə mənə nəsə edəcəklər. Bu barədə hətta paylaşım da etmişdim. Çünki özləri açıq şəkildə demişdilər ki, səni öldürəcəyik. Mən görücü deyiləm ki, başıma gələnləri öncədən dəqiqliyi ilə bilim. Onlar ayın 19-dan məni izləyirdilər. Qəribədir, qardaş ölkə Türkiyədə polis xəstəxana qapısında məni qoruyur, digəri isə öz ölkəmdən məni öldürməyi tapşırır. Məsələnin ən yüksək səviyyədə nəzarətə götürüləcəyinə inanıram”.

Muay-Tay Federasiyasının sədri Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu da ittiham edib:

“Elnurla da danışmışdım bu haqda. Onlar hər şeyi bilirlər. Hər şey adlarını çəkdiyim şəxslərin əli ilə baş tutub. Hətta Elnur Məmmədov mənim üzərimə bir qrup şəxs yollamışdı”.

Xatırladaq ki, mayın 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında baş verən insident zamanı Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Şəmkir şəhər sakini Səfərova Ramiyyə Nofəl qızı tərəfindən Hurriyyet.az saytına şikayət daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova müraciət edir:

"Cənab Prezident!

Cənab Nazir!

Mən, Səfərova Ramiyyə Nofəl qızı, yazaraq sizlərdən kömək istəyirəm. Qardaşım Səfərov Radif Tovuz rayonunda, N saylı hərbi hissədə "Maxe" işləyir. Qardaşımın iş yoldaşı Emin axşam saatlarında onu yeməyə dəvət edib. Yeməyə oturan zaman 2 nəfər də gəlib. Qardaşım kim olduqlarını soruşub. Emin deyib ki, mən çağırmışam, dostlarımdır.

Masada içki də olub. Qardaşım 100 qram içib, deyib ki, daha içmirəm, yorğunam. Bu zaman Emin adlı şəxs əsəbləşib və onun sinəsinə yumruqla vurub. O, dostları ilə birgə qardaşımı döyüb.

Qardaşım onların əlindən qaçıb, hərbi hissəyə gedib. Emin dostları ilə birgə hərbi hissəyə daxil olub, qardaşımı bir daha ölümcül döyüblər.

Radifi Şəmkir rayonunda yerləşən hərbi hospitala aparıblar. Orada həkimlər yaxın durmayıblar. Gəncə şəhər hərbi hospitalında isə 1 gün komada qalıb, səhəri gün yenidən Şəmkirdəki hərbi hospitala qaytarıblar. O, 10 gün həkim nəzarəti altında xəstəxanada yatıb...

Şəmkir Hərbi Prokurorluğu 4 aydır işimizə baxmır. Qardaşma hədə-qorxu gəlirlər ki, “Eminin adın çəkmə, onun adını çəksən səni həbs edəcəyik”. Emin isə "əmim sağ olsun, onun sayəsində heç nə edə bilməyəcəksiniz, pulunu verib, işimizi görmüşük", - deyir.

Qardaşımın vəziyyəti heç yaxşı deyil. Hərbi Prokurorluq şikayətimizi təmin etmir. Qardaşım özünü öldürsə, kim cavab verəcək?! Belə çıxır ki, kimin pulu var, nə istəsə edə bilər?!"

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Naxçıvan xəstəxanalarında verilən pulsuz yeməklərin keyfiyyəti xeyli aşağı salınıb. Bunun əvəzinə isə, pullu xidmət göstərən daxili yeməkxanalarda baha qiymətə ləziz yeməklər təklif olunur. Bu yeməkxanaların isə, yerli səhiyyə nazirliyindəki yüksək vəzifəlilərin nəzarətində olduğu bildirilir. Pullu yeməkxanalarda çeşidlər çox olduğundan, yerli sakinlər buranı xəstəxana restoranı adlandırırlar.
Bu haqda ”Gündəlik Naxçıvan”a xəstəxanalarda bir müddət müalicə almış sakinlər məlumat veriblər. Onlar deyirlər ki, pulsuz verilən yeməklər bilərəkdən keyfiyyətsiz hazırlanır ki, xəstələr məcbur qalıb, pulllu yemək alsınlar.
Evdən gətirilən yeməklərə qadağa qoyulduğundan, xəstələr ya təklif olunan dadsız və keyfiyyətsiz yeməkləri yeməli, ya da daxildəki yeməkxanalara gündəlik 30-50 manat xərcləməlidirlər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında müalicə almış B. Səfərov deyir ki, imkanı olmadığından, yatdığı müddətdə ac qalıb:
“Bu xəstəxanada 6 gün yatdım. Evdən yemək gətirməyə icazə vermirdilər. Güya ki, pəhriz yeməkləri yeməliyəm, ona görə. Sığorta ilə müalicə alırdım. Yeməkləri itə tökəsən yeməz. O qədər bərbad idi. Səhər mannı verirdilər, iyindən baş çatlayırdı. Suplarının da nə olduğu bəlli deyildi. Palçığa bənzər qırmızı rəngdəidi. Bircə yumurta boyda verdikləri almanın alma olduğu bilinirdi. Ancaq, yuxarı mərtəbədəki restoranda nə istəsən tapmaq mümkündür. Ancaq, od qiymətinə. Dedilər ki, restoranı nariz Samiq Sadıqovun adamları işlədir. Evdən yemək gətirməyə də ona görə icazə vermirlər ki, onlardan baha qiymətə almağa məcbur olaq. Şəxsən mənim imkanım çatmadı orda yemək yeməyə. Ona görə də yatdığım 6 gündə demək olar ki, ac qaldım. Təsəvvür edin ki, restorandan gələn dadlı yemək iyi mənə necə təsir edirdi.“
Digər sakin sakini Q. Məmmədov yatdığı xəstəxana verilən yeməklərdən şikayətlənib:
“Əvvəllərdə bir həftə xəstəxanada yatmışdım. O zaman sığorta yox idi deyə, münasibət nisbətən yaxşı idi. İndi sığorta var deyə münasibət tam fərqlidir. Daha çox pul silinsin deyə, xəstələri xəstəxanada daha çox saxlayırlar. Yeməklər bərbaddır, nə verdikləri bəlli deyil. Yemək olmur. Bir həftə xəstəxanada yatırdılar. Görüş saatlarında evdən yemək gətirirdilər, buraxmırdılar. Bəzən birtəhər gizlincə keçirib, onları yeyirdim.”
Sakinlər deyirlər ki, problemlə bağlı Ali Məclisə şikayət etsələr də nəticəsi olmayıb.
TEREF
 
 
 
Ardını oxu...
"Azərsu" rəhbərliyi, Kəlbəcər İcra Hakimiyyəti və Eren Mollaoglu: tenderlər, pullar və təhlükəli əlaqələr...
Qarabağda quruculuq adı altında yeni şəbəkə qurulur: adı “qardaşlıq”, içi isə korrupsiya və təhlükə ilə doludur. Bu barədə "DİA-AZ" olaraq diqqətinizə olduqca ilginc faktları təqdim edirik və ümid edirik ki, əlaqədar qurum və təşkilatlar çox ciddi əhəmiyyət daşıyan bu faktları ciddiyə alaraq, konkret qərarlar verəcək. Beləliklə...
Son aylarda Kəlbəcər rayonu və Azərsu ASC ətrafında baş verənlər cəmiyyət üçün narahatedici siqnallardır. İddialara görə, Azərsu ASC-nin hazırkı rəhbəri Zaur Mikayılov və Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, xarici və təhlükəli əlaqələri olan bir şəxslə — Eren Mollaoglu ilə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq artıq ictimai sərhədi keçərək milli təhlükəsizlik səviyyəsinə çatmaqdadır.
Eren Mollaoğlu – kimdir və niyə bu qədər önəmli fiqura çevrilib?
Əldə olunan məlumata görə, Eren Mollaoglu Türkiyə vətəndaşı, kürd əsillidir və Türkiyədə PKK-nın siyasi qanadı sayılan HDP-yə səs verib. O, özünü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi kimi təqdim edir, amma bu tamamilə yalan və saxta imicdir. Həqiqətdə, Erin nə Ərdoğanın, nə də Türkiyə dövlətinin rəsmisidir. O, FETÖ və PKK ilə əlaqəli dairələrlə təmasdadır.
"Azərsu" tenderləri kimə və necə verilir?
İddialara əsasən, Erin Mollaoglu, Azərsun-un keçmiş rəhbərləri – Qorxmaz və Elman vasitəsilə Azərbaycanda illərlə böyük pullar qazanıb. Bu gün isə Azərsu-nun hazırkı rəhbəri Zaur Mikayılov ilə yaxınlıq quraraq, müxtəlif tenderlərə “xod” tapıb. Tenderlərin birbaşa Erin Mollaoglu-nun şirkətlərinə verildiyi bildirilir. Bu, dövlət büdcəsinin ciddi şəkildə istismar edildiyini göstərir.
Kəlbəcərdə baş verənlər daha da ağırdır
Erin Mollaoglu hazırda Kəlbəcər rayonunda restoran, market, aptek və digər obyektlər tikdirib. Bildirilir ki, bu obyektlər İcra başçısı Azər Qocayevlə razılaşdırılmış şəkildə tikilib. Hətta Erin açıq şəkildə deyir:
“Azərin marketini, aptekini, restoranını mən tikmişəm. Məni rahat buraxın.”
İddialara əsasən, bu işlər qarşılığında Azər Qocayev bir dəfə 50 min manat, bir dəfə isə 100 min manat pul alıb.
Çağırış: Dövlət orqanları bu məsələyə dərhal müdaxilə etməlidir!
Biz "DİA-AZ" olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikasının Prezidenti yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırış edirik:
• Azərsu ASC-nin rəhbərliyi tərəfindən Erin Mollaoglu’na verilən tenderlər araşdırılsın!
• Kəlbəcər rayon İcra Hakimiyyətinin Erinlə əlaqələri və tikinti razılaşmaları yoxlanılsın!
• Erin Mollaoglu-nun ölkəmizdəki fəaliyyəti, əlaqələri və arxasında duran güclər tam ifşa olunsun!
Azərbaycan dövləti təmizlənməlidir. Dövlət adına işləyən, amma şəxsi maraqlar güdən məmurlar və onların xarici əlaltıları ifşa olunmalıdır.
Bu artıq məsələ deyil. Bu, milli təhlükəsizlik məsələsidir.
MÖVZUYA QAYIDACAĞIQ...
 
Ardını oxu...
Siyəzən sakini, sahibkar Rəhim Süleyman oğlu Hüseynov Ağdaş Yem Fabrikindən aldığı yem səbəbindən quşçuluq təsərrüfatının məhv olmasından şikayətçidir.

Yenicag.az xəbər verir ki, şikayətçi, məsələnin daha öncə də müxtəlif media orqanlarında işıqlandırılmasına baxmayaraq hələ də öz həllini tapmadığını bildirib.

Sahibkarın sözlərinə görə o, Ağdaş Yem Fabrikinin rəhbərliyi ilə şifahi razılaşma əsasında qurumdan yem alaraq, quşçuluq təsərrüfatı ilə məşğul olub. Lakin 2023-cü ilin yayında bəslədiyi quşların adıçəkilən fabrikin yemindən zəhərlənməsi faktının aşkarlandığını vurğulayıb.

Şikayətçi bildirib ki, toyuqların kütləvi şəkildə öldüyünü görəndən sonra sözügedən fabrikin rəhbər şəxslərindən olan Maşallah Tağıyev, həkim Nuran Ağayev və digərlərinin təsərrüfatına gəlməsini tələb edib. Ancaq həkim Nuran Ağayev baxış keçirdikdən sonra əvvəlcə toyuqların cuma xəstəliyinə yoluxduğunu iddia edib.

Sahibkar diqqətə çatdırıb ki, araşdırdıqdan və düzgün diaqnoz qoyulmasını tələb etdikdən sonra 20 ölü toyuq müayinəyə göndərilib və həqiqətən də toyuqların zəhərlənmə nəticəsində öldüyü öz təsdiqini tapıb. Yalnız Maşallah Tağıyev də yemdən zəhərlənmənin təsdiqini gördükdən sonra dəymiş ziyanın qarşılanacağını bildirib. Həmçinin zərərçəkən sahibkardan məsələ ilə bağlı hər hansı yerə şikayət olunmamasını xahiş edib.

Eyni zamanda R. Hüseynov iddia edib ki, zərərçəkən yalnız o deyil, Siyəzən rayonunda Seymur, Elçin və Vahab adlı 3 sahibkar da yemin keyfiyyətsizliyi səbəbindən külli miqdarda ziyana düşüb.

Sahibkar zəhərlənmə öz təsdiqini tapdığı üçün ona dəyən ziyanın ödənildiyini bildirib. Bu hadisədən sonra isə uzun müddət Ağdaş Yem Fabrikindən yem almayıb. Əlavə olaraq 2024-cü ilin sentyabrında Ceyranbatan quşçuluq fabrikindən 36 min cücə aldığını, bu ərəfədə isə Ağdaş Yem Fabrikinin işçilərinin onu Maşallah Tağıyevin köhnə işçiləri çıxardığına və yeni komanda gətirdiyinə, nəticədə isə daha keyfiyyətli yem istehsal edildiyinə inandırdığını deyib.

Şikayətçi bildirib ki, noyabr ayında alınan yemlər 3 ayrı fermada toyuqların hamısının zəhərlənməsinə səbəb olub. Qısa müddətdə 19.190 toyuğun tələf olduğunu, 100 min manata yaxın zərərin dəydiyini diqqətə çatdırıb.
R. Hüseynovun sözlərinə görə elə əsas həllini tapmayan məsələ də buradan başlayıb. Belə ki, kütləvi ölümün yenə yemdən qaynaqlandığını müəyyənləşdirən sahibkar Maşallah Tağıyevi təsərrüfata dəvət edib. Lakin sözügedən şəxs olan Nuran həkim yemi almağa inandıran Ədalət və Elnurla birgə təsərrüfata gəlsələr də, fərqli bəhanələr səsləndiriblər.

Şikayətçi iddia edib ki, uzun təkidlərdən sonra toyuqlardan qan alınıb və analizə göndərilib. Ancaq 2024-cü il 28 noyabr tarixində Maşallah Tağıyev külli miqdarda pul ödədiyi saxta analiz cavablarını ona təqdim edib. Həmin sənəddə isə guya toyuqlarda quş qripi və cuma xəstəliyi aşkarlandığı qeyd olunub.

Zərərçəkən sahibkar bildirib ki, sözügedən analiz sənədində nə möhür, nə də imza olmayıb. Həmçinin toyuqların da cinsi və növü səhv göstərilib. Həmin sənədin etibarlılığını yoxlamaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib və agentliyin 17 mart 2025-ci ildə göndərdiyi cavabda həmin sənəddə əsas məlumatların heç biri olmadığı üçün onun etibarlılığını yoxlamağın qeyri-mümkün olduğu qeyd edilib.

Həmçinin Rəhim Hüseynov AQTA-ya toyuqların əsl ölüm səbəbinin müəyyənləşdirilməsi üçün müraciət etdiyini, cavabda isə toyuqların quş qripi və cuma xəstəliyinə tutulmadığını, qaydalara uyğun olaraq vaksin olduqlarını, lakin yemin məhz Maşallah Tağıyevdən alındığını öyrənəndən sonra toyuqların əsl ölüm səbəbini deməkdən boyun qaçırdıqlarını, dəfələrlə müraciət edilməsinə baxmayaraq agentlik tərəfindən müxtəlif bəhanələrlə yola verildiyini deyib.
Eyni zamanda o, Ağdaş Yem Fabrikinin vergidən yayınaraq kassa, mədaxil, qəbz və yaxud məhsulun alındığını göstərən heç bir sənəd olmadan fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Şikayətçi olan zərərçəkən məsələnin həlli və düzgün araşdırılması ilə bağlı Baş Prokurorluğa müraciət edib, həmçinin Prezident İlham Əliyevdən kömək istəyib.

Daha ətraflı videomaterialda:
 

Ardını oxu...
  

Mammoloq-radioloq Günel Qəmbərovanın qeyri-steril şəraitdə işlədiyi məkanda pasiyentinin çılpaq görüntüsünü sosial media hesabında paylaşması birmənalı qarşılanmayıb.

Musavt.com oxu.az-a istinadən xəbər verir ki, videoda həkimin maskasız, mahnı sədası altında oynayaraq, arada əlcəyinə öskürdüyü, pasiyentdən bu şəkildə biopsiya nümunəsi götürdüyü, həmin anlarda pasiyentinin intim əzalarının üzərinin bağlanmadığı əks olunub.

Bu görüntülər sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bir qisim istifadəçi peşə etikası cəhətdən pasiyentin əzalarının açıq şəkildə paylaşılmasını doğru hesab etməyib, eyni zamanda, prosesin qeyri-steril mühitdə aparıldığına diqqət çəkilib. 

 

 

 
 
 
 
 

 

Məsələ ilə bağlı Oxu.Az-a danışan həkim, professor Adil Qeybulla qeyd edib ki, həkim pasiyentin fərdi məlumatlarını gizli saxlamağı bacarmalıdır:

"Helsinki Bəyannaməsinin müddəalarına görə, tibb sahəsində insanların bütün fərdi məlumatlarını həkim özündə saxlamağı bacarmalıdır və insanın şəxsiyyətinə hörmət etməlidir. Xəstə huşsuz, narkoz altında və s. hallarda ola bilər. Buna baxmayaraq, bütün hallarda onun şəxsiyyətinə hörmət tibb işçisinin əsas vəzifəsindən biridir".

Professor vurğulayıb ki, sterillik haqqında anlayış olmayan yerdə tibdən söhbət gedə bilməz:

"Bütün tibb işçilərinin sterillik haqqında düzgün təsəvvürü olmalıdır. Əks halda, onlar sterilliyi pozub, çox ciddi təhlükələr yarada bilərlər.

Əməliyyat aparılan sahədə hər şey steril olmalıdır. Əməliyyata girən istər həkim, istər pasiyent, istərsə də tibb bacısı - hər birinin başında papaq, ağzında maska, əlində də steril əlcək olmalıdır.

İynə ilə biopsiya nümunəsi götürülən zaman da başa papaq, ağıza maska mütləq taxılmalıdır. Şəraitin steril olub-olmamasını isə kənardan demək olmur. Xəstənin və həkimin başında papağın, ağzında maskanın olmaması ilə orada sterilliyə biganə yanaşıldığı görünür. Prosedur otağına keçən həkim başına papaq, ağzına maska, əlinə də steril əlcək taxmalıdır".

O, həmçinin qeyd edib ki, Azərbaycan mentalitetini nəzərə alıb, xanımlara qarşı daha diqqətli olmaq lazımdır:

"Heç bir xəstənin sirrini açmaq olmaz. Bu demonstrativ situasiyada tibbi prosedurların aparılması bir qayda olaraq qadağan edilməlidir. Yalnız elmi konfranslar üçün mümkün oluna bilər, o da xəstənin şəxsiyyəti identifikasiya olunmamaq şərti ilə.

Bu məsələlər son dərəcə diqqət tələb edir. Hazırda hüquqi boşluqlar olduğundan bu məsələlər keçərlidir. Amma belə hallar zaman gəldikdə hüquqi məsuliyyət yarada bilər. O baxımdan da hər bir tibb işçisi bu prosesdə diqqətli olmalıdır. Şəxsiyyətə hörməti nəzərə almalıdırlar. Xəstənin etibarına hörmətlə yanaşılmalıdır. Bu, bir peşə əqidəsidir".

Ardını oxu...
Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın və qeyri-neft sektorunun inkişafına böyük dəstək verdiyi, dövlətimiz tərəfindən sahibkarlara hər zaman qayğı ilə yanaşıldığı məlum reallıqlardan biridir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə sahibkarlıq sürətlə inkişaf etməkdə, habelə, qeyri-neft sektorunun ümumi iqtisadiyyatdakı payı dinamik şəkildə artmaqdadır. Lakin təəssüflər olsun ki, ölkəmizdə dövlətimizin sahibkarlara yaratdığı bu imkandan sui-istifadə edən, sahibkar adına yaraşmayan qanunsuz əməllərə yol verənlərdə mövcuddur ki, bunlardan da biri Oqtay Əliyevdir.

Oqtay Əliyev qaragüruhçu kütlədən öz məqsədləri üçün necə istifadə edir? – Gədəbəy nümunəsi!

Oqtay Əliyevə məxsus qazanc üsullarından biri də onu ifşa edən, törətdiyi qanunsuzluqları gün işığına çıxaran və ya ona mane olan şəxsləri ətrafındakı qaragüruhçu kütlə, “şəhid ailəsi”, “qazi” adı altında gözdən salmaq, özünün haqlı olması ilə bağlı ictimai rəy formalaşdırmaq cəhdididr. Bu, Oqtay Əliyevlə Gədəbəy Rayon İcra Hakimiyyəti arasında yaşanan gərginlikdə özünü bir daha göstərdi. İnşa etdiyi qanunsuz tikintinin məhkəmə qərarı əsasında sökülməsinə etiraz edən Oqtay “mətbuat konfransları” təşkil edərək bura “hüquqları pozulan sahibkarlar” qismində yaxın adamlarını dəvət edib, icra hakimiyyətini gözdən salmağa çalışırdılar. Həmin vaxt Oqtay Əliyevlə bağlı məlumat yayan Gədəbəy Rayon İcra Hakimiyyəti onun qanunsuz əməllərini aşağıdakı açıqlama ilə ifşa etmişdir: “İndiyədək bəzi KİV-lərin səhifələrində rayon rəhbərliyi barədə dəfələrlə əsassız, böhtan və təxribat xarakterli iddialar irəli sürən Oqtay Əliyev oktyabrın 28-də öz iddialarını Bakıda keçirdiyi mətbuat konfransında bir daha səsləndirib. Guya ona məxsus obyektin qanunsuz olaraq sökülməsini və icra hakimiyyətinin məsul şəxslərinin ondan rüşvət tələb etdiyini iddia edib.

Bakı şəhər sakini, özünü sahibkar kimi təqdim edən Əliyev Oqtay İbrahim oğlu Gədəbəy rayon Meşə Mühafizə və Bərpası Müəssisəsinin Qalakənd meşəçiliyinin 21 və 22-ci kvartallarında ərazi icarəyə götürüb. Həmin icarə müqaviləsində ancaq yüngül konstruksiyalardan müvəqqəti obyektin tikintisinə icazə verildiyi halda bu şəxs heç bir rəsmi icazə olmadan, Nazirlər Kabinetinin 30 oktyabr, 1998-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrində elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatlarının ehtiyacları üçün istifadə qaydaları”nın 3-cü bəndinin tələblərini kobud şəkildə pozaraq və ərazinin flora-faunasını məhv edərək əsaslı tikinti işləri aparıb”. (https://teref.az/hadise/11414-gedebey-rayon-cra-hakimiyyeti-oqtay-eliyev-bohtan-atir.html )

Qondarma sahibkar Oqtay Əliyevə “iş adamı” adı niyə lazımdır və o, bu adla necə pul qazanır?

Oqtay Əliyevin “sahibkar” qılafı altında gizlənməsində məqsəd bu ad altında pərdələnmək, özünü cəmiyyətə, eləcə də dövlət qurumları və sahibkarlara daha ciddi bir şəxs kimi təqdim etməkdir. Məhz bu cür təqdimat Oqtay Əliyevə digər sahibkarlar və ya dövlət qurumları ilə etibarlı şəxs qismində münasibət qurmağa imkan verir. Bu yolla özünü qarşı tərəfə ciddi iş adamı kimi sırıyan Oqtay Əliyev, həmin qurum və ya şəxslərlə əməkdaşlıq haqqında müqavilələ imzalayır, üzərinə konkret öhdəliklər götürür. Əsl tamaşa da bundan sonra başlayır. Müqavilə əsasında hansısa müəssisə və ya obyekti icarəyə götürən Oqtay Əliyev həmin müəssisə və obyektdən pul qazansa da, üzərinə götürdüyü vacib mübahisəsiz hüquqi öhdəlikləri icra etmir, icarə pulunu ödəməkdən, habelə digər hüquqi öhdəliklərini yerinə yetirməkdən imtina edir. Belə olan halda iş məhkəməyə düşür ki, bu da Oqtay Əliyevə prosesi mümkün qədər uzatmağa, aylarla, bəzi hallarda isə illərlə davam edən məhkəmə çəkişmələri hesabına vaxt qazanmağa imkan verir. Bu müddət ərzində isə “iş adamı” icarəyə götürdüyü müəssisədən qeyri-qanuni külli miqdarda qanunsuz qazanc əldə edir, vergidən yayınır, həqiqi sahibkarların hüquqlarını pozur.

Sahibkar büdcəsi ilə yanaşı, dövlət büdcəsinə vurulan zərbə…

Oqtay Əliyevin müxtəlif sahibkarlara məxsus hazır obyektlərə icarədar adı ilə əl qoyması və sonrakı mərhələdə onları aldatması həqiqi sahibkarları müflis etməklə yanaşı, dövlət büdcəsinə də zərbə vurur. Belə ki, Oqtay Əliyev əldə etdiyi qazancdan dövlət bücəsinə ya ümumiyyətlə heç bir vəsait ödəmir, ya da bu vəsaitin miqdarı əslində olması gərəkəndən bir neçə dəfə az olur. Başqa sözlə desək, qondarma “iş adamı” əsl sahibkarlarla yanaşı, dövlət büdcəsinə də “atır”, dövlətin qanuni vergisini verməkdən həmişə yayınır. Bununla da, dövlət qanunlarını saymadan, “reketlik” yolu ilə dövlət büdcəsinə məqsədli şəkildə ziyan vurur.

Məlumat üçün qeyd edək ki, hazırda Oqtay Əliyevin bir sıra sahibkar və dövlət qurumları ilə məhkəmə çəkişmələri mövcud olsa da, qondarma sahibkar hələ də öz layiqli cəzasını almayıb və cəzasızlığından istifadə edərək yeni sahibkarlar “ovlamaqda” davam edir. Onu da qeyd edək ki, Oqtay Əliyevin qardaşı cari ilin fevral ayında Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələrində təqsirli bilinərək 7 il altı ay müddətinə azadlıqdan məhrum edilib. Görünən odur ki, hazırda onun bütün bu işlərini azadlıqdakı qardaşı Oqtay Əliyev davam etdirir.

Növbəti yazılarımızda:

Oqtay Əliyevin son bir ildə qanunsuz olaraq ələ keçirdiyi obyektlər hansılardır?

Oqtay Əliyev öz qurbanlarını ovsulamaq üçün hansı üsulalrdan və kimlərin adından istifadə edir?
Ardını oxu...
Azərbaycan təhsil sistemini çürük alma kimi qurd içindən yeməkdə davam edir. Elm və təhsil naziri Emin Əmirullayevin “üstü bəzək, altı təzək” siyasəti təhsilin tamamilə repetitorluğa çevrilməsi ilə nəticələnib. İndi məktəb formal xarakter daşıyır. Elə bir abituriyent ola bilməz ki, oxuduğu məktəbin hesabına tələbə adını qazana bilsin. Bu da məhz məktəblərdə təhsil verilməməsinin göstəricisidir.
Artıq təhsil ocaqlarına da ehtiyac yoxdur. 9 ay ərzində bir yandan bayramlar, tətillər, digər tərəfdən isə müəllimlərin yaxşı təhsil verməməsi bu acınacaqlı mənzərəni yaradıb. Həmçinin dərs vəsaitləri olduqca mürəkkəbdir. Məsələn, 3-cü sinif şagirdinə yaşına uyğun olmayan, hələ anlaması çətin olan, təxminən 5-ci sinif şagirdinin başa düşəcəyi dərs keçirilir.
Bundan əlavə, məktəblərdə keçirilən proqramla Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün hazırladığı test vəsaitləri arasında böyük uçurum var. Bu da DİM-lə ETN arasında koordinasiyasız iş görməyin bədəlidir ki, əziyyətini məktəblilər çəkir. Bu, bəlkə də təhsil siyasətində hiylədir. Yəni valideynlər uşaqlarını repetitor yanına göndərməyə məcbur olsunlar. Axı necə ola bilər ki, məktəb dərsliklərində olan sual və ya tapşırıqların əksəriyyətinə qəbul imtahanlarında rast gəlmək olmur? Absurddur!
Deməli, tələdir, təxribatdır, təhsili və uşaqları şikəst etməkdir. Bu da azmış kimi, son günlər DİM rəhbəri Məleykə Abbaszadə təhsil ekspertlərini ittiham edir. Halbuki təhsil mütəxəssisləri də sübutlar ortaya qoyurlar ki, suallar düzgün hazırlanmayıb, yaxud kifayət qədər çətindir və abituriyentin taleyi ilə oynamaqdır.
Anxeber.com yazır ki, bir sözlə, M.Abbaszadə-E.Əmirullayev tandemi Azərbaycan təhsilində ciddi problemlər yaratmaqdadır.
Misal üçün l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müvafiq sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək. Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək.
Valideynlər və ekspertlər isə buna etiraz ediblər. Qeyd ediblər ki, DİM bu sualın cavabını şagirdlərin xeyrinə hesablasa belə, abituriyentlərin zaman itkisi, psixoloji vəziyyəti və bunun digər sual tapşırıqlarının yazılmasına təsiri nəzərə alınmır.
Təhsil eksperti Kamran Əsədovun mövzu ilə bağlı fikri diqqət çəkir: "DİM deyir ki 8 min ekspertimiz var. Bəli, biz də gördük o “ekspertləri”. 5 günə 1 sual düz yaza bilməyən, amma minlərlə abituriyentin taleyini testin içinə basdıran “ekspertlər”.
Ötən gün I ixtisas qrupu üzrə riyaziyyatda buraxılan texniki səhvə görə uşaq 5-10 dəqiqə vaxt itirib, təşvişə düşüb, zamanını planlaya bilməyib. DİM-sə deyir, “Sual düzgün cavablandırılmış sayılacaq”.
DİM məsələni balla ölçür, bizsə ədalətlə. Bəs itirilən inam? Bəs pozulan psixoloji tarazlıq? Bəs 1 sualda ilişib qalan 1 illik zəhmət? 16 yaşlı uşaqdan mükəmməllik tələb edirsiniz, amma 30-40 yaşlı “ekspertləriniz” bir səhifəlik testi bacarıqsızlıqla hazırlayır”.
Beləliklə, nazir Əmirullayevin fəaliyyəti nəticəsində məktəblər bərbad vəziyyətdədir, normal təhsil yoxdur, bu səbəbdən əksəriyyət repetitor yanına qaçır, illərlə valideyn pullar xərcləməli olur, sonda ən həyəcanlı gün gəlir – abituriyent imtahana girir, burada isə məlum olur ki, indi də M.Abbaszadənin “ekspert”ləri sualı səhv hazırlayıblar. O baxımdan nazirlə DİM sədrinin birgə “külüng vurduğu”, daha dəqiq desək, baltaladığı Azərbaycan təhsilinin nə qolu, nə budağı, nə kötüyü qalıb.
Üstəgəl bura məktəb direktorlarının il ərzində ənənəvi pul yığımını da əlavə etmək lazımdır. Məktəblərdə olmayan təhsilin üzərinə hələ bir rüşvət də istənilir. Bu da dəyişməz reallıqdır. Keçmiş nazir Misir Mərdanovun dövründən qalma, az qala ehramlar, qədim Misir tarixindən gəlib çıxan bir yığımdır ki, E.Əmirullayevin dönəmində də davam edir.
Bura daxildir – gah fond pulu, gah bayram xonçaları, 8 Mart, Müəllimlər Günü, ən nəhayət, tədris ilinin sonuna yaxın nəfəsini dərmək istəyəndə “Son zəng” pulu. Elə son həftələrdə bir neçə məktəb direktorunun səsyazıları yayılıb, qalmaqala səbəb olub, bəziləri işdən azad edilib, amma nəticə dəyişməyib. Çünki direktoru vəzifəsindən azad etmək çıxış yolu deyil. Bütövlükdə təhsil sistemi və yanaşması dəyişməlidir. Bir dünyaya açılmaq, inteqrasiya etmək lazımdır. Baxaq Çin, Sinqapur təhsil sistemlərinə, Finlandiya, Belçika kimi ölkələrin təhsil proqramlarına, bir də işə yaramaz dərsliklərimizə nəzər yetirək, hansı ki test suallarında rast gəlmək olmur. Beləliklə, Azərbaycan təhsili həm neqativ halları – yeyinti, maliyyə pozuntuları, pul yığılması, həm də bərbad dərsliyi ilə uçurumun kandarındadır...

AnXeber.az
 

Dünyapress TV

Xəbər lenti