Ardını oxu...
Xəbər verdiyimiz kimi, “AEF Group” şirkəti Ağdərə rayonunun Həsənriz kəndində 98 fərdi yaşayış evində təmir işləri aparacaq. Məlum olub ki, müqavilənin maliyyə dəyəri 5 347 341,38 manatdır. Bu isə o deməkdir ki, bir evin təmiri orta hesabla 54 564 manata başa gələcək. Bir evin qeyd olunan məbləğə təmir edilməsi məsələsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar deyirlər ki, o məbləğə yeni ev tikmək olar.

İşğaldan azad edilmiş ərazilərdə belə hallar barədə vaxtaşırı xəbərlər yayılır. Vəsaitin şişirdilməsi, tikilən evlərin keyfiyyətsiz olması barədə müzakirələr gedir.

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, adıçəkilən şirkət ərazidə daha öncə də bir neçə tenderin qalibi olub.

O deyib ki, 2024-cü ilin sonlarında da 90 evin təmiri ilə bağlı keçirilən tenderdə məhz “AEF Group” şirkəti qalib gəlib:

“Qeyd olunan rəqəmlərin nə dərəcə reallığı əks etdirməsi məsələsini tam şəkildə təhlil etmək üçün əlimizdə konkret rəqəmlər olmalıdır. 98 evin ölçülərini bilmədiyimizə görə, indiki halda hər ev üçün ayrılan 54 mindən artıq vəsaitin real olub-olmadığını söyləmək çətindir. Məsələn, Bakı şəhərində bazarda populyar olan o sahə üzrə ixtisaslaşmış şirkətlər var ki, onlar mənzil və fərdi yaşayış evlərində təmirlə bağlı müəyyən paketlər açıqlayırlar. Həmin paketlərə ekonom sinifdən başlayaraq premium və daha üst sinfə qədər paketlər daxildir. Orada 1 kv/m sahənin təmiri üçün tələb olunan rəqəmlər 300 manatdan 1000 manata qədər dəyişir. Amma indi nəzərə almaq lazımdır ki, burada söhbət regionda aparılan işlərdən gedir. Oradakı işlərin aparılması üçün tələb olunan material, logistika və hətta işçilik xərcləri Bakı şəhərindən fərqlənir. Bu mənada Qarabağda aparılan təmir səviyyəsini görmədən fikir söyləmək doğru olmaz”.

Ramil Osmanlı həmin şirkətə uğurlar arzu edib:

“Ümid edirəm ki, onlar ən azı bu gün Azərbaycan tarixini düşünürlər. Çünki o torpaqların hansı formada işğaldan azad olunduğunu yaxşı bilirik. Gələcəkdə tikinti şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərində iştirakı tarixə düşəcək. Bu səbəbdən də onlar tarixə yaxşı mənada düşməlidirlər”.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrlə bağlı narazılıq ilk belə hal deyil. Bundan öncə Cəbrayıl, Laçın, Zəngilan və Qubadlıda aparılan tikinti-təmir işləri də müzakirə və mübahisə yaratmışdı.

Ardını oxu...
Kür və Araz – daşqınlarla, yoxsa korrupsiya ilə mübarizə?

Azərbaycanın həyat damarı sayılan Kür və Araz çayları təkcə su mənbəyi deyil, həm də potensial təbii fəlakət mənbəyidir. Bu çayların daşqınlarının qarşısını almaq üçün illərdir fəaliyyət göstərən Kür və Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin fəaliyyəti isə son dövrlər ciddi suallar doğurur.

İdarəyə 2006-cı ildən Elman Nuriyev rəhbərlik edir. Sakinlər, ekspertlər və mətbuat nümayəndələri arasında idarənin iş prinsipləri, şəffaflıq və maliyyə xərclərinə dair narahatlıqlar artır.

Rəqəmlər danışır – amma kimə xidmət edir?
İdarənin balansında 1 491 km uzunluğunda mühafizə bəndi var. Bunların 936 km-i Kür, 134 km-i Araz, 421 km-i isə dağ çayları və göllər boyunca yerləşir. Hər il dövlət büdcəsindən bu bəndlərin təmiri, möhkəmləndirilməsi və texniki nəzarəti üçün milyonlarla manat vəsait ayrılır.

Amma sual budur: bu pullar hara gedir?

Zaman-zaman Zərdab, Sabirabad, Neftçala, İmişli kimi rayonlarda daşqınlar baş verir. Yerli sakinlərin dediyinə görə, bəndlər ya vaxtında təmir edilmir, ya da təmir yalnız “kağız üzərində” olur. Bu isə dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə istifadə olunmadığını düşündürür.

İdarə ailə biznesinə çevrilib?
İddialara görə, Elman Nuriyevin idarəyə rəhbər gətirilməsində əsas rol onun xalası oğlu, ASC sədr müavini Zakir Quliyevə məxsus olub. Beləliklə, Kür və Araz çaylarında bəndlərə nəzarət edən strukturun idarəçiliyi ailədaxili əlaqələr əsasında formalaşıb.

Tenderlərdə qalib gələn şirkətlərin isə idarəyə yaxın şəxslərə məxsus olduğu bildirilir. Rəqiblərin iştirak etmədiyi və ya “məğlub” olmaq üçün formal qoşulduğu tenderlər bu şübhələri gücləndirir.

Nəticələr və cavabsız qalan suallar
Bəzi ekspertlərə görə, mövcud vəziyyət təkcə maliyyə yeyintisi ilə bağlı deyil – həm də təbii təhlükənin idarə olunmaması ilə əlaqədardır. Yəni bu idarənin fəaliyyəti təkcə pulun yox, həm də insan həyatı və əmlakının təhlükəsizliyi ilə birbaşa bağlıdır.

Sual:

İdarəyə ayrılan vəsaitin konkret hansı işlərə xərcləndiyi ictimaiyyətə niyə açıqlanmır?

Tenderlər hansı şirkətlərə və hansı şərtlərlə verilir?

Bəndlərin texniki baxış aktları niyə ictimaiyyətə təqdim edilmir?

Nəticə: Su çaylarla deyil, etimadla da axır...
Kür və Araz çaylarında bəndlərin qorunması və mühafizəsi ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu sahədə şəffaflıq, cavabdehlik və vətəndaşlara hesabatlılıq əsas prinsip olmalıdır. Əks halda, təkcə torpaqlar yox, etimad da daşqına məruz qalacaq.

Məqalədə qeyd olunan şəxslərin və qurumların mövqeyini öyrənmək üçün sorğu göndərmişik. Cavab aldıqda əlavə dərc ediləcək.
Ardını oxu...
Bərdə Mal Bazarının müdiri Zülfi Tağıyevin Qurban Bayramı münasibətilə paylaşdığı video müzakirələrə səbəb olub

TEREF Ajans.az-a istinadən xəbər verir ki, Bərdə Mal Bazarının müdiri Zülfi Tağıyevin Qurban Bayramı münasibətilə paylaşdığı təbrik videosunda masa üzərində olan Azərbaycan Bayrağının tərs asılması diqqət çəkib. Video sosial şəbəkədə müzakirələrə səbəb olub.

 

Ardını oxu...
Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etməsi ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Görüntülərin rayonun Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbdə işləyən Günel adlı müəllimin təşkil etdiyi məclisdə çəkildiyi bildirilir. Videoda sıraya düzülən qadınlardan biri müəllimənin barmağına qızıl üzük taxır.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:




Ardını oxu...
“İndi bütün aidiyyatı qurumlar belə əməllər törədənlərin üstünə gəlirlər, amma nədənsə sirkdə baş verənlərə göz yumulur” — Şikayətçilər kömək istəyirlər.

DogruXeber.az: - Bir müddət bundan öncə əməkdaşlarımız Şərqdəki ilk sirk teatrı kimi tarixə düşən BakI Dövlət Sirkinin acınacaqlı durumda olmasıyla bağlı geniş araşdırma yazısı hazırladılar.

Həmin yazıda əsasən o qeyd olunurdu ki, artıq sirkdə sirklik nişanəsi qalmayıb.

Belə ki, Nahid Ağayev direktor əvəzi kimi rəhbəri vəzifəsini tutandan bəri, başına topladığı yaxınlarıyla sirkə pis günlər yaşadır və başına oyun açmaqdan çəkinmirlər.

Ardını oxu...

Həmin yazıda xüsusi olaraq onu qeyd etmişdik ki, çoxdandır işləyərək çörək pulu qazandıqları bu doğma iş yerlərinin təəssübünü çəkən sirk əməkdaşları burada törədilən qanunsuzluqlara görə çox narahatdırlar. Məcburiyyətdən dövlət başçısına, aidiyyatı qurumların və hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət xarakterli Müraciət də ünvanlayıblar.

Müraciət müəllifləri burada baş verən neqativ halların qarşısının alınmasında yalnız və yalnız Prezidentdən kömək umurlar. Çünki indiyədək onların şikayətlərinə heç bir dövlət qurumu tərəfindən ümidverici bir cavab verilməyib. Konkret desək, vəziyyətin bu kökə düşməsində əsas günahkarlardan biri olan hansısa vəzifə sahibi ilə bağlı lazımi ölçü götürülməyib.

Müraciətdə qeyd olunurdu ki, Nahid Ağayev rəhbəri olanadək sirkdə ciddi problem yox idi. Bunu təsdiq edən rəsmi sənədlər də var. Dəhşət ondadır ki, Fövqəladə Hallar Nazirliyi belə yanğın təhlükəsizliyi səbəbindən sirkin fəaliyyətini qadağan da edib.

Konkret olaraq onu deyək ki, onda həmin yazı ciddi fakt və sübutlar əsasında qələmə alındığından səs-küysüz də ötüşmədi. Nahid Ağayev dəfələrlə yazını saytdan silməyimizi tələb edərək, redaksiyanı hüquq-mühafizə, prokurorluq və məhkəmə orqanlarının adlarıyla təhdid etməkdən çəkinmədi. İstədiyi baş tutmadığından, Medianın İnkişafı Agentliyinə və Azərbaycan Mətbuat Şurasına müraciəti də oldu…

…Nəhayət, əlacsızlıqdan yazının davamını saxlamağa məcbur olduq. İndi isə məcburuq ki, kömək üçün ümid yeri kimi bir daha redaksiyamıza üz tutan naəlac sirk əməkdaşlarınıntəqdim etdikləri yeni şikayət məktubundakı şok yaradan faktlar əsasında yeni yazılar verək.

Ardını oxu...

Ardını oxu...

Bu yazımızda sirkin direktoru Nahid Ağayevin Rizvan və Akif adlı ortaqları ilə birgə, sözün həqiqi mənasında, indi də Bakı Dövlət Sirkinin binasını söküb-talamalarını əsas mövzu olaraq önə çıxardıq. İşçilərin iş davamiyyəti, onların məcburən 3 – 4 aylıq məzuniyyətə göndərilməsi ilə bağlı son anda əldə etdiyimiz məlumatları da yazıya əlavə etməyə qərar verdik.

Deyilənlərlə bağlı bildirmək istəyirik ki, bir vaxtlar yanğın təhlükəsi ilə üz-üzə qalan sirkin binasının indi də maneji uçmaq təhlükəsi ilə üz-üzədir. Bu — həqiqətdir və danılması qeyri-mümkündür. Çünki direktor sirkin inşasında istifadə olunan yığma metal-tikinti konstruksiyalarını və onların hissələrini sökdürərək, satdırmağa başlayıb. Bunu şikayətçilər tərəfindən bizə təqdim olunan və hal-hazırda əlimizdə olan fotolar da sübuta ehtiyacı olmayan faktlar kimi təsdiq edir.

Onların içində qara metaldan, poladdan, alüminiumdan, düralüminiumdan, çuqundan, misdən, latundan, nerjdən, sinkdən, nikeldən, qurğuşundan, qalaydan, armaturdan… hazırlanmış çox qiymətli və tapılmayan yığma konstruksiyalar, körpülər və onların seksiyaları, qüllələr, məhəccərli dirəklər, tavalar, profillər və yüksək keyfiyyətli birləşdiricilər daha çoxdur. Bu nadir elementlər xəlvətdən sökülür və əlaltından paytaxtın ayrı-ayrı yerlərindəki metallom alışı həyata keçirən məntəqələrə yüksək qiymətə satılır…

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Sonda onu qeyd edirik ki, bir vaxtlar işçilərinin sayına görə sirkin də böyük kollektivi vardı. İşçilərinin iş davamiyyəti böyük müəssisələrə nümunə olaraq göstərilirdi. Direktor Nahid Ağayev öz yaxınlarını bura işə götürdükdən sonra isə, sirkin bu sahədəki göstəricisi də heçə enib. Daha doğrusu, onun yaxınlarının işə getmək heç yadlarına da düşmür. Bunu əlimizdə olan və yalnız birinin sürətini dərc etdiyimiz işə davamiyyət cədvəlləri də sübut edir.

O ki qaldı məcburi məzuniyyət məsələsi, doğrudan da, maaşsız və məzuniyyət pulu olmadan işçilər zorla şirkdən uzaqlaşdırılırlar. Səbəb də budur ki, Nahid Ağayev və ətrafı burada pul naminə qurduqları gizli planlarını həyata keçirmək istəyindədirlər. Yəni istəmirlər ki, etdiklərini kimsə görsün. Səbəb kimi də o göstərilir ki, guya, kollektivi saxlamaq üçün sirkdə pul yoxdur, dövlət büdcəsindən sirki yaşatmaq üçün pul ayrılmayıb.

Deyilənlər barədə əlimizdə faktlar da var. Lakin dəqiqləşdirməyə ehtiyac yarandığı üçün, yazını burada saxlayıb, araşdırmalarımızı davam etdiririk.(arazpress.com)
Ardını oxu...
"Mənim şikayətim "QepiyeQepik"dən... - bu şirkətdəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə Eldəniz Məmmədli adlı sosial şəbəkə istifadəçisi gileylənir.Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:
"İlk dəfə idi özümə maşın alırdım, bunlar vasitəsilə xaricdən gətirdim. Emil adlı əməkdaşları ilə ofislərində görüşdük. Maşın seçimi edildi, maşının bütün xərcləri daxil 21.000 manata gömrüyə çatacağını bildirdi. Maşında heçbir problem olmadığını, "xodlanıb" sürülən maşın olduğunu da dedi, buna uyğun seçim edib sifariş etdik.
Başlanğıcdan məndən 2380 AZN beh aldılar.
Maşın bugünkü gündə 4-5 aya gəlib çatdı, 22.800 manata gəlib çatdı, (əlavə də 300-400 AZN xərclər də olub, nəzərə almamışam) maşının motorunda problem çıxdı, maşın heç işə düşmürdü. Maşını gətirmək üçün Emil bizə düzgün məlumat verməyib. Maşın sifariş veriləndən sonra, məndən pulu alandan sonra zənglərə cavab verməmək, nəsə soruşanda 1 həftəyə cavab vermək məsələləri də başladı.
Indi maşın gəlib çatıb, mənim başlanğıcda verdiyim 2380 AZN beh, olub xidmət haqqı, amma onu beh kimi vermişdim. Ilk dəfə olduğu üçün təcrübəsiz olduq. Bunlara aldandıq, həm maşın problemli çıxdı, həm də dediyindən 2000 artıq xərc çıxdı, 400-500 əlavə xərc olması başa düşüləndir... amma bunlar birbaşa adamı aldadırlar..."
Mən bu yolu keçib aldandım, siz aldanmayın və bu şirkətə etibar etməyin, çünki heçkim 2380 AZN xidmət haqqı almır və xarab maşını, kiməsə aldırtdırıb vicdansızlıq etmir.
 
Ardını oxu...
“Azərbaycan Dəmir Yolları” QSC-də sərnişin hüquqları tapdanır. "DİA-AZ" xəbər verir ki, bu barədə şikayətçi düşən Aynur Verdiyeva adlı sosial şəbəkə istifadəçisi başına gələnləri belə nəql edir:

"Şikayətim ADY'dandır. Günlər öncəsindən rəsmi saytından şərtləri maraqlanıb, əmin olub bilet almışam. Pişiyimin "perenoskası" var, passportu var. Bir az əvvəl ADY messengerdən də göndərdikləri cavab saytlarındakı ilə eynidir. Amma qaynar xəttə zəng etdikdə, pasportla icazə olmadığını bildirdilər. Həkimdən sağlamlıq kağızı alıb və o kağızı da hansısa qüruma aparıb təsdiqlədərək rüsum ödəyib sənəd almaq lazımdı dedilər.

Bu dediklərini rəsmi saytında və facebook səhifələrindən göndərdikləri cavabda niyə qeyd etməyib insanlarda çaşqınlıq yaradırlar. İndi mən 2 həftəlik getməliyəm, pişiyi bunların yalan yanlış məlumatları ucbatından evdə tək başına qoyum və mən gələnə qədər ac susuz və təklikdən sıxılıb ölsünmü???!!!
Müştəri hər zaman haqlıdır qaydasına və ictimaiyyətə verilən bu məlumata əsaslanaraq mən ev heyvanımı pasportu ilə də rayonlararası sürət qatarı ilə daşıma hüququna sahibəm..."
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İsmayıllı rayonunun Culyan kəndində bələdiyyə tərəfindən otlaq və yaşıllıq sahələrinin zəbt olunması kənd sakinlərinin narazılığına səbəb olub.

İddiaya görə, yeni təyin olunmuş bələdiyyə rəhbərliyi kəndin heyvan otarmaq üçün istifadə etdiyi ərazilərə turbalar yerləşdirib, o cümlədən torpağı qazaraq həmin hissəni hasarlayıb.

Söhbət yalnız otlaqdan getmir. Həmçinin, yerli sakinlər həmin dağlıq ərazilərdə bitkilər də toplayırlar. Əldə olunan video materiallarda Culyan kəndinin füsunkar yaşıllıqlarının texnika ilə şumlanması və qazılması aydın görünür.

Sakinlər vəziyyətdən narahatdır. Onların sözlərinə görə, bu ərazilər həm mal-qaranın əsas qida mənbəyidir, həm də kəndin əhalisi burada dərman və çay bitkiləri toplayaraq dolanışığını təmin edir.

Qeyd edək ki, kənd bələdiyyələri kənd təsərrüfatı və təbii sərvətlərin qorunmasında məsuliyyət daşıyır. Lakin Culyanda baş verənlər bu məsuliyyətin pozulduğunu göstərir. Sakinlər aidiyyəti qurumlara şikayət edərək, məsələnin nəzarətə götürülməsini xahiş edirlər.

Patrulaz.az

"DİA-AZ"-dan qeyd: Bildirək ki, İsmayılllı rayonunun icra başçısının adı daha çox şou-biznes aləmi ilə, müxtəlif qalmaqallarla, kef məclisləri ilə hallandığından rayonun hazırki halı normal qəbul olunmalıdır. Yəni necə olmalı idi ki?

 
 
 
Ardını oxu...
Kəbəcər rayonu, Qılınclı kənd sakini, hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan Nəcəfov Vüsal Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Elta Development QSC” şirkəti onun 8 min manat pulunu vermir:

“Mən, Nəcəfov Vüsal Əli oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2024-cü ildə Kəlbəcər rayonuna qaz xətti çəkilən zaman 22 BO 849 dövlət nömrə nişanlı “Zil 131" və 99 NF 159 nömrəli “Pikab” maşınlarını müqavilə ilə şirkətə icarəyə vedik. 5 aya 34 min manat pul almalı idik. Onun 26 min manatını dava-dalaşla aldıq, 8 min manatı qaldı.

5 aydan çoxdur ki, qalan pulumzu vermirlər. Vergidən 6200 manat borc gəlib. Pulumu vermirlər ki, mən də vergi borcunu ödəyim.

Məsələ ilə əlaqədar DİN-in 102 xidmətinə məlumat verilib. Oradan bizi Kəlbəcər Polis Şöbəsinə yönləndirdilər. Şöbədə isə bildirdilər ki, mülki işdir, bizlik deyil.

Bu qədər haqsızlıqla üz-üzə qalmışam. Əslində, bu dələduzluq halı kimi qiymətləndirilməlidir".

Məsələ ilə bağlı şirkətin Əsəd adlı rəhbər şəxslərindən biri ilə əlaqə saxlamağa çalışsaq daŞ telefon zənglərimiz cavabsız qaldı.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Son zamanlar “Rektor şagirdin arzusunu reallaşdırdı” kimi başlıqlı məqalələr tirajlanır. Görəsən rektor heç bir dəfə olsun rəhbərlik etdiyi universitetin nəinki tələbəsinin, həmçinin əməkdaşlarının arzusunu reallaşdırmaq istiqamətində hər-hansı bir addım atıbmı?

Bu iddia son günlər Bakı Slavyan Universitetitində (BSU) baş verənlərlə bağlı Yenixeber.org-un elektron poçtuna daxil olmuş məktubda yer alır. Məktubda daha sonra yazırlar ki, o,(BSU-nun rektoru Anar Nağıyev-red.) yalnız BSU-da (bakalavr diplomu belə etibarsız olan) bir zamanlar resepşn, hazırda isə maliyyə -təsərrüfat işləri üzrə prorektor Elçin Hüseynovun arzularını reallaşdırmaqla məşğuldur(?)

Universitetin digər prorektorlarının xidməti avtomobili olmadığı halda heç bir universitetdə struktur vəzifə kimi mövcud olmayan, “rektorun yoxdan konfet düzəltdiyi” “koşelyok” prorektoruna universitet büdcəsi hesabına xidməti sport avtomobil alması da diqqətlərdən yayınmır!

Maraqlıdır ki, universitetin tələbələri hələ də Axundovun dövründən qalma yamaqlı partalarda əyləşərək tədrisə cəlb olunur. Digər tərəfdən də büdcə pulları rektorun reklamlarına, otağındakı şəraitə və bu “resepşn”a xərclənir. Bu “resepşn”rəhbər qarşısında hər nə qədər məsum görünsə belə, digər tərəfdən əməllərindən geri qalmır. Əməkdaşlarla nəinki münasibət qurmaq, heç üzlərinə də baxmır.

Əməkdaşlar bildirir ki, 4 il ərzində BSU rektorunun fəaliyyətinə nəzər saldıqda Slavyan ölkələrinə aid bir dənə də olsun tədbir keçirilmədiyinin şahidi olarıq. Pul silmək xatirinə formal tədbirlər keçirməklə deyil -ANAR MÜƏLLİM,
BSU-nun gözü tərəzidir.

HƏR ŞEYDƏN MƏLUMATIMIZ VAR!

Belə mənasız xərclərdənsə arada bir baku.tv -nin də işıqlandırdığı yataqxanadakı vəziyyəti düzəldin. Qeyd edək ki, bir müddət əvvəl BSU-nun binalarının təmirinə 1.8 milyon vəsait ayrıldığı bildirilmişdir. Amma və lakin universitetin əsas korpusunun təmirə ehtiyacı yoxdur. Puldan başınızı qaldırıb, arada bir tələbələrin problemlərinə də vaxt ayırın.

Tələbələr bildirir ki, universitetdə tələbə həyatı qurulmayıb, onlar asudə vaxtlarının səmərəli təşkil olunmadığından, dərsdənkənar heç bir fəaliyyətin olmadığından şikayət edirlər və bu şikayətlər hərgün daha da artır.

Universitetin keçmiş əməkdaşı bildirir ki, Ötən gün RUR reytinglərində BSU-nun dünya üzrə 1098, ölkə üzrə 6-cı sırada yer alması ilə bağlı reklam xarakterli xəbərlər yaydırırsız. Bu uğur deyil! Bu biabrçılıqdır!

Ümumi olaraq qeyd edək ki, Anar Nağıyev BSU-ya rəhbər təyin olunduqdan sonra universitet hər gün tarixin arxivinə qovuşmağa doğru gedir. Hansı uğurdan danışırsız ki, hələ də pul qarşılığında vəzifələrə təyinat var, hələ də bəzilərini işdən çıxarmaq üçün məcburi ərizələr yazdırırsız.
Özü dediyi kimi, pul müqabilində vəzifəyə təyin etdiyiniz «оддел кадры» Fidan Piriyeva əməkdaşlarla təhqiramiz ifadələrlə danışır. Nəinki əmək məcəlləsi, hətta əmək etikasından bu adamın xəbəri yoxdur! Söz dedikdə isə “ mən əmrləri Elçin müəllimdən alıram, rektordan yox. Gələcəkdə birdə gördüz Elçin rektor oldu” - deyə cavablar verir.

Budurmu uğur?

Hansı uğurdan söhbət gedə bilər ki, hələ ölkə rəhbərləri bu formada qarşılanmadığı halda rektoru 6 adam qarşılayır. Rektoru- maliyyə prorektoru E. Hüseynov küçədə, çantasını isə şöbə müdirləri…. Bu azmış kimi rektor işə gələndə işçiləri koridordan təmizləyir, müəllimləri isə liftdə 2-ci mərtəbəyə doğru hərəkət etməyə icazə vermirlər.
Rektor universitetin büdcəsi ilə özü üçün 3 sürücü işlədir.
Beləliklə BSU- da hələ də SSRİ dövründən qalma diktatura rejimi saxlanılıb. Yəni Slavyan ölkələri spesifikasına uyğun olaraq yalnız anarxist rejim tüğyan edir, amma mövcud elm, tədris və beynəlxalq istiqamətlər üzrə 1 dəfə də olsun tədbir keçirilməyib.
BSU-da vəzifə tutmuş sabiq şəxslər bildirir ki, küllü miqdarda pul müqabilində vəzifəyə təyin edilən Fikrət Cahangirovu hamı tanıyır. ADU-dakı “fəaliyyəti” hələ unudulmaylb. Bunu ADU-da hər kəs yaxşı bilir. Fəaliyyətini BSU-da uğurla davam etmək niyyətindədir. İmtahanları mərkəzləşdirirək, akt zalına keçirməyiniz şəffaflığa yox, yeni korrupsiya yuvası yaratmağınıza hesablanıb…

Bunu da bilirik!
Sonda qeyd etmək istəyirik ki, ölkə elminin qaymaqları bu universitetdə cəmləşib, onları da buradan bezdirib qaçırtmayın! Daha hər kəs bezib! Diplomsuz, təhsilsiz şəxsləri vəzifələrə təyin edərək, söz sahibi etməyi dayandırın!
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış universitetin səviyyəsini bu qədər aşağı salmayın! Əməkdaşlar bildirir ki,“Rəsmi olaraq bu il BSU-nun 25 illiyi qeyd olunacaq. Amma işçilər arasında belə bir zarafat dolaşır: ‘Son 5 ildə universitet fəaliyyətsiz olduğuna görə biz sadəcə 20 illiyi qeyd edəcəyik’.”- deyə bildirirlər.
Qeyd edək ki, universitetin bir qrup müəllimi, əməkdaşı bir sıra problemlərinin həll edilmədiyinə və mövcud vəziyyətin nə vaxtsa Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban Xanım Əliyeva tərəfindən nəzarətə götürüləcəyinə və bütün baş verənlərin onun nəzərinə çatdırılacağına inanırlar.
Yazıda yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu...

Yenixeber.org
 

Dünyapress TV

Xəbər lenti