“Mən bu sənətlə qurtarmışam” deyən Rəvan Habiloğlu haradadır?
Bir vaxtlar səsi ilə könülləri fəth edən Rəvan Habiloğlundan uzun illərdir ki, xəbər yoxdur. Efirlərdən, səhnədən, sənətdən birdəfəlik uzaqlaşan sənətçinin harada olması, nə işlə məşğul olması bir çoxlarını maraqlandırır. Vaxtilə “Dərd əlindən”, “Sevənlər qovuşmadı”, “Anlamadın”, “Üşüdüm” kimi mahnıları ilə tanınan ifaçı artıq nə oxuyur, nə də görünür.

Onun sənətdən uzaqlaşması, bizneslə məşğul olması, hətta ölkədən köçməsi ilə bağlı yayılan xəbərlər də bu marağı daha da artırır. Musavat.com məsələni araşdırmaq üçün Rəvan Habiloğlunun ailə üzvü ilə əlaqə saxlayıb. Məlum olub ki, sənətçi hazırda Azərbaycandadır. Ailə üzvünün dediyinə görə, o, bir müddət xarici ölkədə istirahətdə olub və yenicə ölkəyə qayıdıb. Lakin hazırda nə işlə məşğul olduğu açıqlanmayıb.

Qeyd edək ki, Rəvan Habiloğlu Xalq artisti, kamança ifaçısı Habil Əliyevin oğludur. O, yaradıcılığında uzun fasilələrlə yadda qalıb. Müğənninin sənətdən getməsi də özü qədər maraqlı olub. Müsahibələrinin birində bu barədə belə deyirdi:

“Heç bir səbəb olmadan bir antikampaniya başladı mənə qarşı. Uğurlarım yadınızdadır. Amma birdən-birə televiziya və radioların qapısı üzümə bağlandı. Mən də məcbur çıxıb getdim”.

2016-cı ildə isə “Azərbaycanlı müğənni 16 il sonra səhnəyə qayıdır” başlıqlı xəbərlər dolaşırdı. O vaxt Rəvan deyirdi ki, illər onu dəyişsə də, şou-biznes heç dəyişməyib. Və bu dəfə sənətdən birdəfəlik ayrılmamaq şərti ilə qayıtdığını bəyan edirdi. Amma yenə də olmadı. Səssizliyə qapılan müğənni 2020-ci ildə son dəfə Zaur Kamalın aparıcısı olduğu verilişə telefonla bağlanaraq atası haqqında danışmış, daha sonra isə bir daha efirlərə çıxmayacağını demişdi:

“Mən bu sənətlə qurtarmışam. Yaşım da o yaş deyil”.

Əslində Rəvan Habiloğlu sənətə də qeyri-adi yolla gəlib. Daxili İşlər Nazirliyində və Gömrük Komitəsində müxtəlif strukturlarda işlədikdən sonra, atası onun sənətə meylini görərək musiqiyə yönləndirib. Sənətə 29-30 yaşında gəlməsini gec saymayan Rəvan bu yaşda səsin daha yetkin və sabit olduğunu deyirdi.

“Əgər o sahələri sevsəydim, qalardım. Amma sevə bilmədim. Atam da axırda gördü ki, evdə ancaq musiqi yazıram. Bir neçə mütəxəssisə qulaq asdırdı, onlar da dedilər ki, bu uşağı gizlətmək günahdır. Beləcə sənətə gəldim”.

Məlumata görə, hazırda 57 olan sənətçi 2015-ci ildə ikinci dəfə ailə həyatı qurub. O, hazırda nə musiqi ilə məşğuldur, nə də sənətə qayıtmaq fikrindədir. İndiki Rəvan bir vaxtların məşhur “Üşüdüm” ifaçısından tamamilə uzaq görünür...
 
 
 

Bölmənin digər xəbərləri

12 İyun 2025 Nura Suridən Alim Qasımovu tənqid edənlərə cavab
12 İyun 2025 "Alatavada həyətində sarımsaq, qatıq satırdı"
12 İyun 2025 Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı
11 İyun 2025 “Nigar, ildə bir dəfə sayəmdə gündəmə gəlirsən” – Şəbnəm
11 İyun 2025 Efirdə müğənniyə həyat yoldaşının başqa qadınla görüntüsü göstərildi - Audiovizual Şuradan AÇIQLAMA
11 İyun 2025 Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA ÇIXDI - Polisə apardılar
11 İyun 2025 Kamillə qızından əyləncəli FOTOLAR
11 İyun 2025 Aşıq Zülfiyyədən aparıcılara İRAD
10 İyun 2025 Səhnəyə alt paltarsız çıxdı
09 İyun 2025 Demet Akalının VİLLASI gündəm oldu - VİDEO
09 İyun 2025 Nura geyimi ilə diqqət çəkdi - VİDEO
08 İyun 2025 Burak Fahriyenin 39 yaşını belə təbrik etdi - FOTO
08 İyun 2025 Seda Sayanın oğlu görüntüsü ilə gündəm oldu - FOTO
08 İyun 2025 Məşhur aktrisa elə görüntülərini paylaşdı ki... - FOTO
07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”

Dünyapress TV

Xəbər lenti