Aşıq Zülfiyyə İbadova "Rəngarəng" verilişində aparıcı Zaur Nəbioğluna irad bildirib.
Axşam.az xəbər verir ki, o, aparıcının Əməkdar artist Gülüstan Əliyeva ilə meyxanaçı Aqşin Fatehin arasında yaşanan qalmaqalı yenidən müzakirəyə çıxarmasını doğru hesab etmədiyini deyib:
"Siz aparıcılar qalmaqalı böyüdürsünüz. Sözü böyüdən kim olar, yiyəsi. Sən imkan yaratma. Niyə indi bu haqda söz salırsan? Gülüstan xanım gözəl xanımdır, pedaqoqdur. Ailəsində və sənətində mükəmməl bir xanımdır. Həmçinin Aqşin Fateh də sevilən sənət adamıdır.
Niyə birini pisləyək və digərini tərifləyək. Bəlkə bu söz-söhbətləri ümumiyyətlə aparcılar yığışdırsın? Hərə qoy öz sənətini nümayiş etdirsin. Başqasından niyə danışaq ki?".