Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
1 aprel 2025-ci il tarixinə olan rəsmi statistikaya görə, Azərbaycanda orta aylıq əməkhaqqı 1 084 manata çatıb.

Bu, ilk baxışdan müsbət göstəricidir.

Amma məsələ burasındadır ki, bu rəqəm bütün ölkəni əhatə etmir. Ölkədə elə rayonlar var ki, orada əməkhaqqı bu göstəricidən 50% aşağıdır.

Maraqlısı budur ki, həmin bölgələrdə də insanlar eyni iş rejimi ilə işləyir, oxşar vəzifələri yerinə yetirirlər. Bəs maaşlar niyə bu qədər fərqlidir?

Ən son rəqəmlərə nəzər yetirdikdə, ölkə üzrə əməkhaqqının ən yüksək olduğu şəhər Xankəndidir – 1 357 manat. Bakı eyni göstərici ilə liderliyini qoruyub saxlaya bilməyib. Amma diqqətçəkən odur ki, Daşkəsən, Ağdərə, Xocalı, Zəngilan, Şuşa kimi bölgələr də yüksək əməkhaqqı təqdim edən rayonlar sırasında yer alıb. Digər tərəfdə isə Qax, Ağstafa, Xızı, Ağdaş, Lerik kimi rayonlar var ki, bu bölgələrdə əməkhaqqı 570–650 manat aralığındadır.

Bu qədər fərq haradan yaranır?

"Cebheinfo.az"-a açıqlamasında millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, ölkə üzrə orta aylıq əməkhaqqı hesablanarkən, həm dövlət, həm də özəl sektordakı orta göstəricilər nəzərə alınır.

Onun sözlərinə görə, xüsusilə paytaxtda özəl sektorda daha yüksək əməkhaqqı təklif edildiyini, eyni zamanda dövlət idarələrinin, xüsusilə mərkəzi qurumların da Bakıda yerləşdiyini nəzərə alsaq, paytaxtla bölgələr arasında fərqin olması başadüşüləndir:

"Bu fərq həm özəl sektorun Bakıda daha çox vəsait ödəməsi, həm də mərkəzi idarəetmə strukturlarının burada cəmləşməsi ilə əlaqəlidir. İşğaldan azad olunmuş ərazilərdə orta aylıq əməkhaqqının yüksək olması isə ilk növbədə həmin bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlıdır.

Digər tərəfdən, bu ərazilərdə müəyyən müddətə, təxminən 10 ilə qədər bir sıra sosial və iqtisadi güzəştlər mövcuddur. Bu güzəştlər özəl sektora daha yüksək əməkhaqqı təklif etmək imkanı yaradır. Beləliklə, bu da həm sahibkarlar, həm də həmin bölgələrdə çalışan vətəndaşlar üçün stimullaşdırıcı amilə çevrilir”.

Bundan əlavə, həmin bölgələrdə yaşayan və işləyən şəxslərə bir dəfəlik 600 manatlıq müavinət ödənilir:

“İş yerinin rotasiya qaydasında dəyişdirilməsi halında isə əməkhaqqı məbləği 50 % artırılır. Eyni zamanda, işçilərin əməkhaqqı ilə bağlı sosial ödəniş haqları dövlət tərəfindən kompensasiya olunur. Bütün bu tədbirlər, təbii ki, işğaldan azad edilmiş ərazilərdə daha yüksək əməkhaqqının formalaşmasına şərait yaradır".

Bölmənin digər xəbərləri

12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
03 İyun 2025 Ümidlərini qumarda itirən insanlar - Azərlotoreyanın milli genefonda terroru
03 İyun 2025 “Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu — FOTOLAR
02 İyun 2025 Qaraçıların qeyri-adi həyat tərzi: Evdar kişilərdən etiraflar VİDEO
02 İyun 2025 Ekspert: “Bu gün kamera sındıran yeniyetmə, sabah ağır cinayət törədə bilər”
01 İyun 2025 "Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" - deputat

Dünyapress TV

Xəbər lenti