Paşinyan İrəvanda hücuma hazırlaşır – Bu dəfə qalib gələcək!
Ermənistan Baş naziri Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında mübarizə gərgin fazaya qədəm qoyub. Artıq bu problemlərin ölkə daxilində qarşıdurmaya yol açacağı iddia edilir.

Bu durum Ermənistanda vətəndaş müharibəsinə yol aça bilərmi? Proseslər necə davam edəcək?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimli deyib ki, Paşinyan apardığı siyasi xətti davam etdirməsi üçün ona mane olan bütün qüvvələri neytrallaşdırmaq məcburiyyətindədir:

“Siyasi müstəvidə rəqiblərini xeyli üstələsə də, xalqın inancından istifadə edərək onu təzyiq altında saxlaya bilirlər. Xüsusilə, bu işdə kilsənin köməyindən istifadə olunur. Paşinyan “Böyük Ermənistan” ideyasının iflasına xalqı inandıra bilib, lakin bu yetərli deyil. Sözügedən uydurma ideyanın ideoloji bazasını təşkil edən kilsə olduğu kimi qalır. Ona görə də Paşinyan üçün təhlükə tam sovuşmayıb.

Ötən müddət ərzində Paşinyan II Qareginlə dil tapa bilmədi. Kilsə rəhbərliyi onun rəqiblərinə dəstəyini kəsmədi və absurd ideyalarla yenə də ermənilərin beynini zəhərləməyə davam etdi. Ona görə də Paşinyanın kilsəyə hücumu gözlənilən idi. II Qareginə qarşı irəli sürdüyü ittihamlar isə kifayət qədər ciddidir. Görünür, dövlət təhlükəsizlik xidməti və ya onun hakimiyyətini müdafiə edən hansısa xarici qüvvələr bu məlumatı Paşinyana ötürüblər. Dini inanca görə II Qaregin heç vaxt evlənməməlidir və müqəddəsləşdirilir. Onun inanclara zidd addım atdığı sübut edilsə, indiyədək bütün ermənilərə verdiyi vədlər də şübhə altına düşəcək. Özü dini görüşlərdən tamamilə uzaq olan bir şəxs hansı haqla dini rəhbər ola bilər və onun moizələri nə qədər doğru olacaq – Paşinyan bunu ermənilərin düşüncəsinə hopdurmaq istəyir”.

Politoloq qeyd edib ki, Paşinyan dediklərini sübut edə bilsə, etirazçı din xadimlərinin səsini kəsəcək:

“Ortaya sübut qoya bilməsə, vəziyyəti ağır olacaq. Çünki dini düsüncə sahiblərinin birləşmək və etiraz etmək imkanları daha çoxdur. Çox güman ki, əlində sübutlar olmasaydı, belə ciddi ittiham səsləndirməzdi. Bu isə onun kilsə üzərində qələbəsini təmin edəcək. Bu isə ölkə daxilində vətəndaş qarşıdurmasını istinsa edir”.
 

Bölmənin digər xəbərləri

12 İyun 2025 Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
12 İyun 2025 Prezident: Los-Anceles sakinləri bəxtəvərdirlər ki, onlara kömək etdim
12 İyun 2025 Zaxarova erməni jurnalisti "yerinə otuzdurub" - GƏLİŞMƏ
12 İyun 2025 Azərbaycanlı iş adamının Xəzərlə bağlı təklifinə Qazaxıstandan reaksiya
12 İyun 2025 "ABŞ-da "İtaətsizlik günü": Trampa qarşı minlərlə şəhərdə eyni vaxtda etiraz aksiyaları gözlənilir" - "Axios"
12 İyun 2025 Zəngəzur və Dərələyəzin Ermənistana verilməsinin hüquqi qüvvəsi yoxdur - İLGİNC FAKT
12 İyun 2025 Rusiya niyə Odessanı işğal etmək istəyir? - Zelenski açıqladı
12 İyun 2025 "Zümrüd ada": Dünyanın ən mənzərəli ölkəsi seçildi (SİYAHI)
11 İyun 2025 Şoyqudan xəbərdarlıq: Rus dilini ləğv etmək istəyənlər...
11 İyun 2025 II Qaregin hər şeydən danışdı bir gizli uşaqlarından başqa
11 İyun 2025 Pentaqon: "Tramp Rusiya və Ukrayna arasında qan tökülməsinə son qoyulmasını istəyir"
11 İyun 2025 Moskva qorxusundan qaçıb Tokionun arxasında gizlənib.
11 İyun 2025 Tehranın imam cüməsinin oğlu və gəlini həbs edildi
11 İyun 2025 Keçmiş dostlar necə və niyə düşmən oldular? - AKTUAL
10 İyun 2025 Azərbaycandan Putinin köməkçisinə kəskin cavab -RƏSMİ
10 İyun 2025 Putinin köməkçisi: "Moskva "nəhəng Qarabağ"ın yaranmasını istəmir"
10 İyun 2025 İran Təhlükəsizlik Şurası mühüm bəyanat yaydı
10 İyun 2025 AB planlı müharibəyə hazırlaşır - Le Pen
10 İyun 2025 Bakıya təcili enən nəhəng təyyarə: əsl səbəb sərnişindirsə, niyə uçmadı?
10 İyun 2025 Şəhərdə it gəzdirmək qadağan olundu...

Dünyapress TV

Xəbər lenti