Füzuli Təhsil Sektorunda nələr baş verir?
Tehsilmedia.az saytının redaksiyasına daxil olan şikayətlərdən biri də Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədovadandır. Daha əvvəl də bu haqda paylaşım etmişik. Görünən odur ki, problem problem olaraq da qalır. Belə ki, Ramella Məmmədova öz haqqını tələb edən, sevilən və seçilən Füzuli rayon 39 nömrəli məktəbin müəllimlərdən olan Sifahanov Coşqunun haqqına girmiş və müxtəlif oyunlarla özbaşınalığa yol açmışdır. Sifahanov Coşqunun direktor müavini kimi fəaliyyət göstərməsinə mane olmaq üçün əlindən gələni edir və ədavət apararaq yeni oyunlara da əl atır.

Coşqun Sifahanov bildirir ki,

4 iyun 2025-ci il tarixdə təyinatla bağlı Füzuli və Xocavənd rayonları üzrə təhsil sektorunun binasına dəvət olunmuşam. İçəri daxil olan kimi müdir Ramella Məmmədova mənə qərəzli şəkildə Qayıdış qəsəbə 4 və 5 nömrəli məktəbləri şifahi şəkildə təqdim etdi. Digər vakansiyaları isə mənə bildirilmədi. “Sən də Qayıdış məktəbi uzaqdır, getmirsən, imtina yaz, vaxtımızı alma” – dedi, mən isə “Belə vakansiya təqdim edilmir, vakansiya siyahısı vətəndaşa təqdim olunur, şəxs özü seçir” – dedim. Etirazımı bildirdim. 146 çağrı mərkəzinə zəng vurdum, özbaşınalıqları barədə məlumat verdikdən sonra səhhətim pisləşdi, ondan sonra sanki təşvişə düşərək mənə digər vakansiyalardan biri olan Qarabağ kənd tam orta məktəbini təklif etdilər, düzdür, razılıqla qəbul etdim. Amma ilk öncə, dedim ki, bildiyim qədəri ilə həmin məktəbin təşkilati işlər üzrə müavini tədris işləri üzrə müavin keçməsi ilə bağlı məsələ var, əgər elə bir məsələ varsa, mən həmin məktəbə getməyim, dedilər ki, xeyr, elə söhbət yoxdur. Mən də bunların sözünə inanaraq ərizə yazdım, sevinə-sevinə getdim. Sən demə, oyun bundan sonra başlayırmış, deyilənlər düz imiş, həmin məktəbin müavinin yerini dəyişərək tədris işləri üzrə direktor müavini olması üçün təqdimatı lap fevral ayından gedib. Deməli, burada da məqsəd var imiş ki, mən gedim o məktəbə, istər-istəməz problemlə qarşılaşım, kiminsə işinə mənəvi problem yaradan şəxs kimi olum, yəni bu cür anlaşılım. Mən məktəbə direktor müavini təyin olunmaq istəyirəm, həmin məktəbə işlərində kömək olmağa gedirəm, problem yaratmağa, kiminsə arzularının qarşısına sədd çəkən şəxs olaraq getmirəm. Hər şeydən öncə insanlıq gəlir, mən kiməsə maneə ola bilmərəm, o mənə yaddır. Müdir həmin məktəbin direktoruna da, mənə də bildirir ki, sən get, sonra həll olunar, sən ikinci müavin olarsan, o da birinci müavin təyin olunar. Mən də onda dedim ki, elə isə mənə ən yaxın olan, maşınla 5-10 dəqiqəlik məsafədə olan qonşu məktəb-Füzuli rayonu 26 nömrəli tam orta ümumtəhsil məktəbinin təşkilati işlər üzrə direktor müavini yerini verin, gedib sakitcə işləyim. Yoxsa Qarabağ kənd tam orta ümumtəhsil məktəbinə birinci müavin gedib sonra ikinci olmaq mənə lazım deyil.
Mən lap əvvəldən dedim ki, Füzuli rayonu 26 nömrəli tam orta ümumtəhsil məktəbinin müavinliyini niyə təklif etmirsiniz? Axı cənab Nazirimiz brifinqdə də bildirirdi ki, rəhbər şəxslər yaxın ərazidən təyin olunmalıdır. Yaxın məktəbdir də. Həmçinin 26 nömrəli tam orta ümumtəhsil məktəbində 3 il pedaqoji fəaliyyətlə məşğul olmuşam, ona görə də pedaqoji heyətlə, valideynlərlə, şagirdlərlə də tanışam, yad deyiləm. Mənim həmin məktəbə təyin olunmağım daha doğru olar. Bunu dedikdə sektor əməkdaşı mənə bildirdi ki, oranı sizə təklif edə bilmərik. Müavinin artırma müqaviləsi bitməyib. Budur bunların gənclərə verdiyi önəm?
Belə etdikləri halda pilləkənlə enərkən halım pisləşdi, huşumu itirdim, təcili tibbi yardım gəlib müdaxilə etdikdən sonra özümə gəlmişəm.

Artıq ikinci dəfədir ki, mən sektora getdikdə məni əsəbləşdirərək bu vəziyyətə salırlar. Yəqin ki, mənim səhhətim onlara sərf edir.
Mənə Ramella Məmmədova deyir ki, “Sənin məqsədin bilinmir”.
Sual verirəm: Rahatlığını istəmək, problemdən uzaq qaçmaq, yaxın məktəbdə fəaliyyət göstərmək arzusu nə vaxtdan məqsədsizlik olub?
Amma onların məqsədi artıq bəllidir ki, mənim sağlamlığımla oynayaraq, məni öldürmək istəyir.

Coşqun Sifahanov isə əsl vakansiya siyahısına uyğun olaraq 26 nömrəli məktəb və ya 39 nömrəli məktəbə təyinat almaq istəyir. Məlum olub ki, 26 nömrəli məktəbin direktoru Coşqun Sifahanovu müavin kimi istəmədiyi üçün ora təyin edilmir. Coşqun müəllim isə haqlı olaraq bildirir ki, axı direktorun belə bir haqqı yoxdur. Məktəb dövlətindir və dövlətin imtahanı isə müavin olmuşam. İndi niyə məktəbə müavin təyin olunmayım?! Axı məktəb direktorun şəxsi mülkü deyil?!

Bir gənc müəllimi bu qədər incitmək, hüquqlarını tapdalamaq təhsil sektoruna yaraşan hərəkət deyil. Təəsüflər olsun ki, yersiz ədavət və prinsiplərin olması vəziyyəti bu hala gətirib.

Ümid edirik ki , aidiyyatı qurumlar məsələnin həlli ilə məşğul olar. Qeyd edək ki, Coşqun Sifahanov məsələ ilə bağlı cənab nazir Emin Əmrullayevin də qəbulunda olmuş və məsələnin mütləq həll ediləcəyi bildirilmişdir.

Bölmənin digər xəbərləri

12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video
11 İyun 2025 Sabunçu rayonunda qanunsuz tikinti xaosu: Adil Vəliyevin səssiz razılığı ilə qanunsuzluqlar dövlətə meydan oxuyur
11 İyun 2025 Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”: Zaur Mikayılova XATIRLATMA
11 İyun 2025 Özbəkistan Rusiyaya nota verdi
11 İyun 2025 Yol nişanı ÜZƏRİNDƏ ƏT KƏSİMİ REKLAMI: İcra başçısı AÇILIŞDA
11 İyun 2025 “Yasamal Hospital”dan şikayət:“Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar”
11 İyun 2025 Özünə "kraliça" ləqəbi qazandıran məktəb direktoru Gülnaz Kərimova nə etdiyini bilmir - VİDEO
11 İyun 2025 Adil Əliyevin əcaib-qəraib işləri... - ƏGƏR...
11 İyun 2025 Qazax Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsi ilə bağlı qalmaqal səngimir
11 İyun 2025 “Neptun”da müştərilər belə aldadılır- Fotofakt
10 İyun 2025 SOS şirkəti hələ də SOCAR-ı mühafizə edir? Milyonluq yeyinti, haqları tapdanan işçilər
10 İyun 2025 Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? - ETİRAZ VAR...
10 İyun 2025 "Sahil S-İnşaat" işi niyə çözülmür - arxasındakı "sehirli əllər" üzə çıxır
10 İyun 2025 "Mübariz milyarder, zəngin adam ola bilər, amma insani keyfiyyəti heç vaxt müsbət ola bilməz."
10 İyun 2025 Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR
10 İyun 2025 Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"

Dünyapress TV

Xəbər lenti