Ağstafa rayonunun Həsənsu kəndində yol hərəkəti qaydalarının kobud şəkildə pozulduğu fakt qeydə alınıb. TEREF 32gun.az-a istinadən xəbər verir ki,32gun.az xəbər verir ki, kənd ərazisindəki yol nişanlarından birinin üzərinə reklam lövhəsi yapışdırılıb. Nəticədə nişanın funksiyası itib və bu da sürücülərin həyatını təhlükəyə atır.
Reklam lövhəsi kənddə yeni fəaliyyətə başlayan “Həsənsu Kəsim məntəqəsi” (heyvan kəsimi) üçün yerləşdirilib.
Araşdırmalarımız zamanı məlum olub ki, sözügedən heyvan kəsimi məntəqəsi bir neçə gün öncə – Qurban bayramı ərəfəsində fəaliyyətə başlayıb. Məntəqənin açılışında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov da iştirak edib. Hətta bu barədə İcra Hakimiyyətinin rəsmi “Facebook” səhifəsində də paylaşım edilib. Bildirilib ki, Seymur Orucov məntəqədəki şəraitlə tanış olub, xidmətlərin səviyyəsinin artırılması ilə bağlı göstərişlər verib. Baytarlıq nəzarəti və sanitar-gigiyenik qaydalara əməl olunması yüksək qiymətləndirilib.
32gun.az-ın əldə etdiyi məlumata görə, kəsim məntəqəsinin sahibi Hüseyn adlı sahibkardır.