Ardını oxu...
“TƏBİB tabeliyində olan bir çox xəstəxana və poliklinikalarda qazilərə yardım adı ilə həkimlərdən pul yığılır”.

Bizim.Media xəbər verir ki, belə bir iddia ilə “Azərbaycan Həkimləri” İctimai Birliyinin sədr müavini Aydın Əliyev çıxış edib. O, özünün “Facebook” səhifəsində yazıb ki, bəzi xəstəxanalarda həkimlərdən müxtəlif adlarla aylıq pullar yığılır:

“Həkimlərə A4 kağızlar, EKQ və USM lentləri, əlcək və s. sərfiyyat materiallarını pulla aldırılır. Bir çox həkimlərin hələ də mart ayı üçün bonusları verilməyib. TƏBİB yığışdırın bu biabrçılıqları! Bütün bu və digər qeyd etmədiyim saysız hesabsız neqativ hallar səbəbindən gənc həkimlər sürətlə ölkəni tərk edir. Yaxın gələcəkdə tibb sahəsində mövcud olan çox ciddi kadr böhranı daha da dərinləşəcək”.

Səslənən fikirlərlə bağlı TƏBİB-in mövqeyini öyrəndik. Qurumdan Bizim.Media-ya bildirildi ki, pul yığmaq barədə fakt varsa təqdim edilsin araşdıraq:

“Hansı tibb müəssisəsində olub, hansı tarixdə olub və s. kimi məlumatlar varsa iddiaçı tərəf zəhmət olmasa təqdim etsin”.

Fakt tələbinə cavab olaraq Aydın Əliyev qeyd edib ki, bunu TƏBİB özü araşdırmalıdır:

“TƏBİB bilmir ki, mart ayının bonusları bir çox həkimlərə hələ də ödənilməyib?! May ayının bonuslarını isə həkimlərin 90 faizi almayıb. O ki, qaldı müxtəlif adlarla həkimlərdən pul yığmağa. Onu da dəqiqləşdirmək çətin deyil. Anonim şəkildə xəstə adı ilə həkimlə həmsöhbət zamanı onlar bütün nöqsanları sadalayacaqlar. Bundan artıq mən nə fakt verim?!”

Mövzunu diqqətdə saxlayacağıq.
 
Ardını oxu...
Son 9 ayda əmanətçilərinin önəmli hissəsini itirən “Rabitəbank” vəziyyətdən çıxmaq üçün müştərilərinin kart hesablarına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə son günlər bir neçə bank müştərisi məlumat verib.
Məsələ ondan ibarətdir ki, “Rabitəbank” kart-mane və debit kartı olan müştərilərinin ödənişlər etməsinə bəlli olmayan səbəbdən məhdudiyyətlər qoyur. Belə ki, bankın müştərisi ƏDV yükləyə bilmir, köçürmələrdə ciddi sıxıntılar çəkir, habelə digər ödənişlər məsələsində sıxıntılarla üzləşir. Şikayətçilər deyir ki, sentyabra qədər vəziyyət belə deyildi. Onlar qeyd edirlər ki, bankdan lazım olan açıqlamanı da ala bilmirlər. 133 Çağrı Mərkəzinə zəng etmək üçün bir ayrı əziyyətdir. Çünki cavab vermirlər.
Bankın öz müştərilərinə belə məhdudiyyətlər gətirməsinə dair şikayətlərin sayının çox olmasını demək çətin olsa da, bunun konkret nədən qaynaqlandığını ehtimal etmək mümkündür. Belə ki, son 9 ay ərzində əmanətçilər “Rabitəbank”a yerləşdirdikləri 77 milyon manat pullarını geri çəkiblər. Bu rəsmi hesabatlarda da yer alıb və gizlin məsələ deyil. Görünür, bank həmin pulların yaratdığı problemləri aradan qaldırmaq üçün müştərilərinin bank əməliyyatlarına məhdudiyyətlər qoymaqla vəziyyətdən çıxmağa çalışır.
 
 
 
Ardını oxu...
“Bakı-Şamaxı şosesinin 14-cü kilometrliyində yerləşən “Cənnət Park” yaşayış kompleksi 10 ilə yaxındır istifadəyə verilib. İlk başdan alıcıları özünə cəlb etmək məqsədilə sakinlər üçün hər cür şəraitin yaranacağını vəd edən yaşayış kompleksinin ərazisində hələ də nə məktəb, nə də bağça tikilib”.

Publika.az xəbər verir ki, bu sözləri yaşayış kompleksinin sakinləri saytımıza ünvanlandığı şikayətdə qeyd edib.

Sakinlərin sözlərinə görə, onlar övladlarının təhsil alması üçün əraziyə yaxın olan Güzdək qəsəbəsinin və yaxud digər qəsəbələrin məktəbinə göndərmək məcburiyyətində qalırlar. Bunun üçün də xüsusi taksi tutmalı olurlar ki, bu da həm maddi, həm də zaman baxımdan sakinlər üçün çətinlik yaradır. Halbuki, mənzil alarkən, onlara qısa zamanda ərazidə məktəb və bağçanın tikilib istifadəyə veriləcəyi söz verilmişdi.

Son illərdə Aşağı Güzdək qəsəbəsinin əhalisinin sayı yetərincə artdığından onsuz da məktəbdə, bağçada sıxlıq problemi yaşanır. Hazırda məktəbdə dərslər dördnövbəli şəkildə tədris olunur. Bu da valideynlərin narazılığına səbəb olub. Bu bərədə Güzdək qəsəbəsindən bir qrup valideyn redaksiyamıza şikayət məktubu ünvanlayıb. Bildiriblər ki, builki tədris ilində 3-cü, 4-cü sinif şagirdlərinin dərsi saat 15:30-da başlayıb, axşam saat 8-də bitir:

“Bu problemi işıqlandırmağınızı xahiş edirik. Hazırda məktəbimiz şəraitsiz vəziyyətdədir. Məktəbin təmirə və əlavə binanın tikilməsinə ehtiyac var. Qəsəbə böyüdüyündən siniflərin sayı çoxalıb. Dördnövbəli tədris planlaşdırılıb. Dördüncü növbə 15:30-da başlayıb, axşam 20:00-da bitir. Bununla da uşaqlar, müəllimlər gün batana qədər məktəbdə qalmaq məcburiyyətindədirlər. Günortadan sonra dərsə başlayan şagirdlərin bütün enerjisi bitmiş olur. Dərsləri mənimsəyə bilmir, evə gecə gəlib çıxırlar. Bütün bunlar şagirdlər üçün hər cəhətdən problem yaratmış olur. Ən azından “Cənnət Park”da məktəb tikilərsə, həmin şəhərciyin sakinləri və əraziyə yaxın yaşayan şagirdlər orada təhsil alarsa, bu problem qismən də olsa həllini tapar”.

Sakinlərin bu istəyini nəzərə alaraq, ilk öncə Abşeron-Xızı Regional Təhsil İdarəsinin fikirlərini öyrəndik.
 
Ardını oxu...
Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyəti üçün milyonlarla dotasiya ayrılır. Qurumun zərərlə işlədiyi məlumdur. Hələ “Azərsu” adlanan dönəmdə zərər hər il 100 milyon manatı keçirdi. Məsələn, 2022-ci ildə göstərici 180 milyon manatdan çox olmuşdu. Üstəlik, bərbad fəaliyyət cəmiyyətdə haqlı və ciddi narazılıq yaratmışdı. Bəlkə də, qurumun adını məhz buna görə dəyişdilər.
Bizimyol.info xəbər verir ki, agentlik dövləti ən çox borclandıran təşkilatlardandır. Xarici borclanmada xüsusi rol oynayır. Su təsərrüfatının idarə olunması da göz qabağındadır. Amma dotasiyanın ardı kəsilmir. Üstəlik, agentliyə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2 milyon manatlıq tender elan edib. Məlum tender baş verə biləcək qəzaların aradan qaldırılması üçün lazım olan avadanlıq və mal-materialların satın alınması ilə bağlıdır. Alınacaq materialların siyahısı qeyd olunub, məbləğin 2 milyon manatı aşması da. Halbuki çox böyük pullardan söhbət gedir. Həmin pullar şəhər su təsərrüfatını tam qaydasına salmalıdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sosial platforma səhifələrində yazılan rəylər isə indiyə qədər ayrılan vəsaitlərin bir işə yaramadığını göstərir.

Hövsandan Türkan Bayramova yazıb ki, uzun müddətdir evlərinin yaxınlığından keçən su xəttində sızma müşahidə edirlərmiş. Xidmətin qaynar xəttinə dəfələrlə zəng vurublar, maraqlanan olmayıb. Bu yerdə Türkan xanım “1248 dəfə” ifadəsini rişxəndlə yazıb. Yəni uzun müddətdir problemin həlli üçün çalışırlar. İki gün əvvəl boru partlayıb, evi su basıb. 955 qaynar xəttinə zəng zamanı yalnız laqeydlik görüblər.

Əbülfəz Babazadə yazır ki, Sahil qəsəbəsində tez-tez sular kəsilir. İri Şəhərlərin Birləşmiş Su Təchizatına müraciət edir. Gözlənildiyi kimi, heç bir reaksiya yoxdur.

Eltun Dövlətzadə Xırdalanda kanalizasiya problemi ilə üzləşdiklərini, amma əlaqədar qurumun işə vecsiz yanaşdığını qeyd edib. Onun da müraciəti havada qalıb.

Nə qədər belə problemlər var. Milyonlar nəyə sərf olunur, bilmək olmur. Nə xidmətdirsə, hər halda, əhaliyə xidmət etmir.

Aytən, Bizimyol.info
 
Ardını oxu...
Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, sənədə Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə noyabrın 5-də baxılacaq.

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Yazılan digər protokola isə (İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi: Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə noyabrın 4-də baxılacaq.
 
Ardını oxu...
Oktyabrın 26-da Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində “GreenFest”in açılışı olub.

Rəsmi çıxışlardan sonra “GreenFest” çərçivəsində keçirilən ekoloji startap layihələrinin qalibləri mükafatlandırılıb, sərgi ilə tanışlıq olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sərgi ətraf mühitin mühafizəsinə həsr olunub. Sərginin keçirilməsində məqsəd müasir ekoloji problemlərin elm, texnologiya, startap təqdimatları və müxtəlif stendlər vasitəsilə ictimaiyyətə çatdırılması idi.

Bu tədbirlə bağlı yayılmış rəsmi məlumatdan aydın olur ki, muxtar respublikada COP29 və “Yaşıl dünya naminə həmrəlik ilinə hazırlıq”la bağlı yaradılmış İşçi qrupunun rəhbəri Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərovdur.

Açığı bu məlumatla tanış olanda düşündük ki, yəqin, səhvə yol verilib. Çünki Ədliyyə Nazirliyinin COP29 tədbirinə nə aidiyyəti var? Naxçıvandakı mənbələrdən dəqiqləşdirmə apardıqdan sonra öyrəndik ki, heç bir səhv yoxdur. Muxtar respublikada COP29-la bağlı yaradılmış İşçi qrupunun rəhbəri ədliyyə nazirinin müavinidir.

Beləliklə, Naxçıvanda Vasif Talıbovun rəhbərliyi dövründə olduğu kimi, mərkəzi hakimiyyətdən fərqli, daha bir absurd qərar verilib.

Bəs Bakıda necədir?

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un müəyyən edilmiş Prezidentidir. Muxtar Babayev bu vəzifəyə 2024-cü ilin yanvarında təyin edilib və daha əvvəl keçirilmiş beş COP-da Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edib.

2024-cü il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Təşkilat Komitəsinin sədri təyin edilib.

Komitənin tərkibində inklüziv və geniş tərkibdə təmsilçiliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 19-da və fevralın 22-də Komitənin tərkibinin genişləndirilməsi ilə bağlı yeni sərəncamlar imzalayıb.

Göründüyü kimi, Azərbaycanda keçiriləcək COP29-un müəyyən edilmiş Prezidenti ekologiya və təbii sərvətlər naziri, Təşkilat Komitəsinin sədri isə Prezident Administrasiyasının rəhbəridir. Azərbaycanın ədliyyə naziri və müavinləri COP29-la bağlı yaradılmış Təşkilat Komitəsinin heç üzvü də deyil.

Ölkədə belə olduğu halda Naxçıvanda COP29-la bağlı yaradılmış İşçi qrupuna ədliyyə nazirinin müavininin rəhbər təyin edilməsi başadüşülən deyil. Axı Naxçıvanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi var. O zaman belə anlaşılır ki, ekologiya və təbii sərvətlər naziri bu işin öhdəsindən gələ bilməyəcəyinə görə, İşçi qrupunun rəhbəri təyin olunmayıb. Muxtar respublikanın ekologiya və təbii sərvətlər naziri Xanlar Muxtafayev bu işin öhdəsindən gələ bilməyəcəyi təqdirdə belə Hüseyn Səfərovun İşçi qrupunun rəhbəri olması yenə də absurddur. Naxçıvanda bu vəzifəni yerinə yetirə biləcək xeyli səlahiyyətli şəxs var.

Görünür, Naxçıvanda hansı vəzifəli şəxsin nə işlə məşğul ola biləcəyini hələ də müəyyənləşdirə bilməyiblər. Dövlətçilik təcrübəsi, idarəçilik bacarığı olmayanda belə mənzərələr ortaya çıxır. Bunun başqa izahı yoxdur. Yəqin ki, Naxçıvan rəhbərliyi Vasif Talıbov kimi Bakıya meydan oxumaq fikrinə düşməyib...

TNS
 
 
 
Ardını oxu...
Naxçıvan Sağlamlıq Mərkəzi "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 1 088 995,27 manat dəyərində satınalma müqaviləsi bağlayacaq.

Qaynarinfo-nun məlumatına görə, şirkət Mərkəzin tibbi avadanlıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

"Azəri Med" QSC tibb sektorunda fəaliyyət göstərən iri şirkətlərdən biridir. Şirkət əsasən tibbi avadanlıqların satışını həyata keçirir.

2004-cü ildə təsis edilən "Azəri Med" QSC-nin nizamnamə kapitalı 10 000 manatdır. Şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Lakin "Azəri Med" QSC-nin əsl sahibi kimi deputat Kəmaləddin Qafarovun adı çəkilir.

Şirkət haqqında yayılan və təkzib edilməyən məlumatlar bu iddianın əsassız olmadığı qənaətini yaradır.

"Azəri Med" QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Şəmsəddin oğlu Kəmaləddin Qafarovun yaxın qohumudur.
Bundan başqa, reyster məlumatlarında şirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir.

Kəmaləddin Qafarov deputat olmamışdan əvvəl Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini vəzifəsində çalışıb. "Azəri Med" QSC-nin MOM-un keçirdiyi tenderlərin dəyişməz qalibi olması da bununla əlaqələndirilir.

Azərbaycan qanunvericiliyi deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir.
 
Ardını oxu...
Şəmkir Rayon İcra Hakimiyyəti avtomobil yollarının təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi “Göygöl Tikinti” MMC seçilib.
Şirkət yolların təmiri üçün 1 339 546,41 manat təklif edib. Satınalma predmetinin ehtimal olunan qiyməti isə 1 350 253,74 manat müəyyənləşdirilib. Aydın olur ki, şirkət ehtimal olunan qiymətdən 10 707 manat aşağı qiymət təklif etməklə tenderi qazanıb.
“Göygöl Tikinti” MMC 10 manatlıq nizamnamə kapitalı yaradılıb. Şirkətin qanuni təmsilçisi Tağıyev Anar Əhməd oğludur. Şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Buna baxmayaraq, “Göygöl Tikinti” MMC dövlət satınalmalarında fəal iştirak edir və əsasən yerli icra hakimiyyətlərinin təmir-tikinti işləri ilə bağlı keçirdikləri iri məbləğli tenderlərin qalibi seçilir.
Bu arada qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti ötən il də avtomobil yollarının təmiri ilə bağlı tender keçirib. Bu tenderin qalibi “KRB Projects” şirkəti seçilib. Şirkətin qiymət təklifi 1 267 325,64 olub.
Bir il sonra Şəmkirdə yenidən avtomobil yollarının təmirinə zərurət yaranması anlaşılan deyil.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevdir. O, 2021-ci ildən rayona rəhbərlik edir.
 
Ardını oxu...
Azərbaycanda təəssüf ki, daha çox kampaniya təəssüratı yaradan “adda-budda” korrupsiya ilə mübarizə tədbirlərinin nəticəsi odur ki, bir çox sahələrdə bu bəla hələ də qalmaqda, hətta genişlənməkdədir. Bura rayon icra hakimiyyətləri, dövlət satınalmaları, tenderlər və digər sahələrdən tutmuş hüquq-mühafizə orqanlarına qədər bir çox strukturlar aid edilə bilər...

Ancaq hər halda, ötən illər ərzində bələdiyyə sədrlərindən, ayrı-ayrı gömrük və vergi əməkdaşlarından, icra başçılarından tutmuş nazir müavinlərinə və hətta nazirə qədər(Səlim Müslümov) korrupsiya və rüşvətə görə barəsində cinayət işi açılanlar, həbs edilənlər, əmlakı müsadirə olunanlar var.

Vaxtilə “MTN işi”, “Rabitə işi”, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyilə bağlı və digər hay-küylü korrupsiya işləri əsasında həbs olunan sabiq məmurların böyük əksəriyyəti artıq çoxdan azadlıqdadırlar. Bu qurumlarda baş verənlərə görə birbaşa cavabdehlik daşıyanlar isə, ümumiyyətlə, məsuliyyətə cəlb olunmadı.

Ancaq maraqlıdır ki, korrupsiya cinayətləri, dövlətdən, büdcədən oğurluqları sübut olunan, lakin 10-15 il iş alsa da 3-5 il sonra azadlığa buraxılan bu adamların demək olar hamısı həmin çapıb-taladıqları dövlət ilə əmlak, mal-mülk davasına qalxır. Baxmayaraq ki, məhkəmələrin müsadirə etdikləri əmlaklar çox vaxt onların real əmlakının, var-dövlətinin, mülklərinin cüzi hissəsi olub.

Ötən gün məlum olub ki, 2015-ci ildə məhşur "Rabitə işi" çərçivəsində həbs edilən Vidadi Zeynalov( Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri), Beytulla Hüseynov ("Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sədri), Məhəmməd Məmmədov ("Aztelekom" MMC-nin baş direktoru) dövlətdən məhkəmə tərəfindən haqlı olaraq müsadirə edilmiş əmlaklarını yenə geri tələb edirlər.

Belə ki, onların əvvəlki iddiaları ilkin məhkəmə instansiyaları tərəfindən rədd edildiyi üçün indi də Ali Məhkəməyə üz tutublar. Hər üç şəxs 2015-ci ildə "Rabitə işi" çərçivəsində korrupsiya cinayətlərində təqsirləndirilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd Məmmədova isə 5 il 7 ay 19 gün şərti cəza verilib. Hərəsi 3-4 il sonra məhkəmə hökmü ilə cəzadan azad ediliblər. Məhkəmənin qərarı ilə hər üç şəxsin əmlakları müsadirə edilib. İndi onların geri tələb etdikləri əmlakların dəyəri isə 10 milyonlarla dollarla hesablanır.

“MTN işi” ilə bağlı həbs edilən sabiq paqonlu cinayətkarlar da dövlətdən əmlaklarını geri istəyirlər. Həmin iş çərçivəsində həbs olunan polkovniklərdən tutmuş generallar Mövlam Şıxəliyevə və Akif Çovdarova qədər demək olar hamı müsadirə edilən əmlaklarını tələb ediblər. Təkcə Çovdarovun əmlakı 30 milyon dollardan çox qiymətləndirilir.

Bir müddət əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kəmalə Əliyeva da atasının yerinə dövlətlə əmlak davasına çıxıb. O, "Baku Steel Company" MMC Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun işi üzrə məhkəmədə Bakı Oksford Məktəbi binasının müsadirəsinə dair qərardan şikayət verib. Bakı Oksford Məktəbində 100 faizlik payın tən yarısının sahibi olan Mehdiyevin qızı məktəb binasının müsadirəsinə dair qərarın onun mülkiyyət hüququnu pozduğunu hesab edib və Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb.

Dövlətə qarşı əmlak davası qaldıran sabiq məmurların siyahısını uzatdıqca uzatmaq olar, belə işlərin sayı-hesabı yoxdur.

Marqlıdır ki, təkcə azadlığa buraxılan deyil, hələ həbsdə olan sabiq məmurlar da əmlaklarını geri tələb edirlər. Məsələn, İmişlinin həbsdə olan sabbiq icra başçısı Vilyam Hacıyevin ailə üzvləri ümumilikdə 6 milyon manata yaxın dəyəri olan əmlaklarının geri qaytarılması tələbilə məhkəməyə müraciət ediblər.

Bəli, sırf hüquqi baxımdan hər bir Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək və halal(!) haqqını geri almaq hüququ var. Ancaq məhz adını çəkdiyimiz və çəkmədiyimiz bu adamların əmlak tələbi Azərbaycandakı korrupsiyalaşmış, cinayətkar məmur tipinin həyasızlıq, abırsızlıq səviyyəsinin həddi-hüdudunun olamdığının sübutudur. Əlbəttə, Azərbaycan reallıqlarını nəzərə alsaq, bu əmlakların sonrakı taleyi, kimlərin əlinə, nəzarətinə keçdiyi barədə nəsə demək çətindir. Ancaq faktiki olaraq, onların zamanında sabiq məmurlar tərəfindən oğurluq pullarla alındığına çətin ki, şübhə ilə yanaşan tapıla.

Bəlkə də bu adamları əmlak davasına ümidləndirən, cəsarətləndirən nələrsə, kimlərsə var. Ancaq bu əmlakların geri verilməsi zatən heç də şəffaf reputasiyaya malik olmayan məhkəmələrimizin adına daha bir ləkə gətirər. Necə ki, Akif Çovdarovun əmlaklarının qaytarılması ilə bağlı məhkəmə qərarı çıxarılarkən bu baş verdi. Doğrudur, sonradan həmin qərar növbəti məhkəmə instansiyası tərəfindən ləğv olundu. Ancaq hər halda bu hadisə məhkəmə sistemimizin hansı vəziyyətdə olduğu barədə təsəvvürlərimizi bir daha “təzələmiş” oldu...

Ümumiyətlə, bu adamların əksəriyyəti ya elə həmin məhkəmələr tərəfindən vaxtından əvvəl azadlığa buraxılıblar, ya da əfv ediliblər. Belə görünür ki, onların azadlığa buraxılması həddindən artıq yumşaq, humanist, hətta bəzən səhv addım olub. Talançılığa, oğurluğa görə həbs edilən məmurun vaxtından əvvəl azadlıqda nə işi var ki, hələ dövlətlə xalqdan oğurladığı milyonlar hesabına aldığı əmlakların da davasını aparır, ona meydan oxuyur?

Elxan Qüdrətoğlu

“AzPoitika.info”
 
Ardını oxu...
"Araz Supermarket" MMC-nin sədri Rəşad İbrahimov məhkəməlik oldu - SƏBƏBİ...
23:48 2024-10-24
“Araz Supermarket MMC” nin İcraçı direktoru və İdarə Heyətinin rəhbəri Rəşad İbrahimov barəsində protokol hazılanıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə (Siyasi, Sosial və Əmək Hüquqları əleyhinə olan İnzibati Xətalar) protokol Nəsimi rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmə prosesi Hakim Anar İbadzadənin sədrliyi ilə baş tutacaq.
Ardını oxu...
"ARAZ SUPERMARKET" MMC 06.01.2011-ci ildə dövlət qeydiyyatına alınan şikrətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mərdanov Qardaşları, ev 137-dir.

Xatırladaq ki "Araz supermarketlər əbəkəsi Veysəloğlu Şirkətlər Qrupuna daxildir. "Veysəloğlu" distribütor şirkətinin qurucuları Aydın Veysəloğlu, İlqar Talıbov və Bəxtiyar Allahverdidir.

"Veysəloğlu" Şirkətlər Qrupunun prezidenti Aydın Veysəl oğlu Talıbovdur.
 
 
 

Dünyapress TV

Xəbər lenti