Ardını oxu...
Ölkədə bələdiyyələrin fəaliyyəti elə də ürəkaçan deyil. Zaman-zaman bu orqanların təsir mexanizmlərinin sıfıra bərabər olduğu bildirilir, hətta ləğv edilməsi istiqamətində fikirlər səsləndirilir. Qeyd olunur ki, bu gün bələdiyyələr icra başçısının icazəsi olmadan heç nə etmirlər.

Digər tərəfdən dünən Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərar qəbul edib. Yeni dövrə ümid edənlər də var, vəziyyətin dəyişməyəcəyini düşünənlər də…

Bələdiyyələrlə bağlı hansı dəyişikliklər edilməlidir? Növbəti mərhələ necə olacaq?

Globalinfo.az-a danışan REAL partiyasının sədri Natiq Cəfərli deyib ki, yerli özünüidarəetmə oqranlarının, bələdiyyələrin səlahiyyətləri və məsuliyyəti artırılmalıdır:

“Bunun yeganə yolu icra hakimiyyəti institutunun ləğvi, bütün səaliyyətlərin bələdiyyələrə ötürülməsidir. Bu baş verməsə, bələdiyyə arabanın beşinci təkəri kimi qalacaq. Ona görə də ümid edirik ki, yaxın zamanlarda Konstitusiya dəyişiklikləri yolu ilə Azərbaycanda yerli özünüidarətmə orqanlarının güclənməsinin şahidi olacağıq”.

Deputat Naqif Həmzəyev isə bildirib ki, xarici dövlətlərlə müqayisədə ölkəmizdə bələdiyyələrin sayı çoxdur:

“Sonuncu seçkilərdə əldə edilmiş say onu deməyə imkan verir ki, növbəti dönəm üçün bələdiyyələrin fəaliyyətində böyük dönüşün şahidi olacağıq. Bilirsiniz, bələdiyyə üzvləri də təsdiqləndi, yəqin yaxın günlərdə sədr və müavinlərin seçimlərini, həm gənclərin, həm də xanımların rəhbər vəzifədə təmsil olunmasını görəcəyik. Bələdiyyələrin qarşısında duran bir çox problemli məsələlər var. Ümid edirəm, onların həllinə bu dönəmdə nail ola biləcəyik. Xüsusilə növbəti illərdə bələdiyyələrə verilən səlahiyyətlərin düzgün istifadəsi mümkün olacaq. Həmçinin inanırıq ki, mövcud boşluqların dolması, vətəndaşlar və bələdiyyələr arasında koordinasiyalı fəaliyyət mümkün olacaq. Bələdiyyə universitetləri, avtobusları kimi bir çox məsələlərin hələ də həyata keçirilmədiyini görürük. Bu sahədə yeni yanaşmalar vacibdir”.
 
Ardını oxu...
Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı “Medera Hospital” MMC, “Abbasoğlu İnşaat” MMC, “Yol Tikintiservis” MMC, “Dream Construction” MMC, “Lock Service” MMC və “Apaydın Tatil” MMC-nin vəzifəli şəxsləri, həmçinin fiziki şəxs T.F.Teymurov tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Bundan başqa, “İlkin-E” şirkəti, “Kerama Trade” MMC və “KNN-Construction LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində qanunvericiliklə nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildə pozulması müəyyən edilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.
 
Ardını oxu...
Agentlik əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Yaşıl bazarda fəaliyyət göstərən fiziki şəxslər − Səmədzadə Emina Sabir qızı, Novruzov İlkin Feyruz oğlu və Süleymanov Elçin Qənimət oğluna məxsus 3 balıq satışı məntəqəsində istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən olunub.

Ümumi çəkisi 73 kq olan müxtəlif çəkili böyük qablaşdırmalarda Çin və Rusiyadan idxal edilmiş kürülərin kustar üsulla 100-150 qramlıq qablarda qablaşdırılmaqla qanunazidd olaraq “Azerbaijan Caviar” adı ilə etiketlənib satışının həyata keçirildiyi məlum olub. Yoxlama zamanı 655 ədəd “Azerbaijan Caviar” yazılı qutular və etiketlər də aşkarlanıb.

Məhsullarda qida təhlükəsizliyi baxımından hər hansı uyğunsuzluq aşkarlanmasa da, mənşəyi barədə yanlış təsəvvür yaratmaqla istehlakçının aldadılması ilə bağlı sahibkarlar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülüb, saxtalaşdırma yolu ilə satışa çıxarılan məhsullar dövriyyədən çıxarılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.
 
Ardını oxu...
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu var.

Qaynarinfo-nun məlumatına görə, QSC-nin sədri Vüsal Aslanov Yusif oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1721212.03 manat vergi borcu yaranıb.

Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı "Bakı Metropoliteni" QSC barəsində 3985391.5 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, 20.12.2024-cü il tarixində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, yerinə Vüsal Yusif oğlu Aslanov təyin olunub. Yoxlamalar Zaur Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.
 

Ardını oxu...

Azərbaycanda turizmin inkişafı ilə bağlı bir sıra dövlət proqramları həyata keçirilir. Qeyri-neft sektorunun əsas sahələrindən biri olan turizmin inkişafına ölkə rəhbərliyi də xüsusi diqqət göstərir.

Ölkənin turizm potensialı yüksək olan rayonlarından biri də cənub mirvarisi adlandırılan Lənkərandır. Təsadüfi deyil ki, bu istiqamətdə son illər həm yerli, həm də xarici turistlərin böyük axını var. Qaynarinfo-nun verdiyi xəbərə görə, rayona gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri də Lənkəranın girişində - məşhur Ləvəngi küçəsində yer alan "Xan Lənkəran" hotel-muzeyidir.

Həm memarlığı, həm də mətbəxi etno çalarlarla zəngin olan "Xan Lənkəran" böyük zəhmət və vəsait hesabına toplanan tarixi eksponatları ilə də turistlərin böyük marağına səbəb olur.

Bəs rayonun turizm həyatında bu qədər vacib rol oynayan bir məkanın fəaliyyətinə Lənkəranın aidiyyatı qurumları necə dəstək verir?

Bu suala cavab tapmaq üçün aşağıdakı şəkilə diqqətlə baxmağınızı xahiş edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...


İlk baxışdan belə təəssürat yarana bilər ki, Lənkəran Şəhər Bələdiyyəsi və ya İcra Hakimiyyətinin tapşırığı ilə yaradılan xüsusi briqada "Xan Lənkəran"a doğru uzanan yolu abadlaşdırır, səliqəyə salır, gələn qonaqlara Lənkəranın tuzim imkanlarını təbliğ etmək üçün xüsusi löhvələr qurur...

Amma, yox, tələsməyin. Aydınlaşdıranda məlum oldu ki, həmişə olduğu kimi, yenə də gözəl şeylər cəzasız qalmayıb. Belə ki, kimsə günün günorta cağı, turizmə "dəstək verən" aidiyyatı qurumların "xeyir-duası" ilə "Xan Lənkəran” hotel-muzeyinin girişini kəsib obyekt tikir.

Araşdırmalarımız zamanı məlum oldu ki, həmin torpaq sahəsi 2021-ci ildə İsayev Arif Mahmud oğlunun adına xüsusi mülkiyyət formasında rəsmiləşdirilib, həm də yaşayış sahəsi kimi (!).

Bələdiyyə mülkiyyətində olan və xəritələrdə də yol kimi göstərilən, "Xan Lənkəran"ın və ərazidə yerləşən daha bir neçə obyektin girişini yaşayış sahəsi kimi satmaq nə qədər qanunidir?

Yəqin ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Lənkəran üzrə nümayəndələrinin bundan xəbəri yoxdur!

Sənədin verildiyi tarixə diqqət edək: 2021-ci il. Çıxarışın verildiyi tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri Elgün Abdullayev olub. O, 2022-ci ildə həbs edilib. Elgün Abdullayev məhz qanunsuz torpaq sahələri ayırmağa, qanunsuz tikintilərə icazə verməyə görə dəmir barmaqlıqlar arasına salınıb. 50 səhifədən artıq məhkəmə materialları ilə tanış olduqca, rayonda o vaxtlar "torpaq və tikinti alver"inin hansı səviyyədə getdiyini və kimlərin adlarının çəkildiyini görüb heyrətlənməmək mümkün deyil. Ona görə də, yaxşı olardı ki, aidiyyatı qurumlar haqqında bəhs etdiyimiz sənədi də diqqətlə araşdırsınlar.

Digər tərəfdən artıq tikintiyə start verilibsə, deməli, buna icazə verən və ya göz yuman aidiyyatı qurumlar bu suala da cavab verməlidir: sabah, Allah eləməsin, hansısa zərurət yaransa, "Xan Lənkəran"a hansısa yanğınsöndürən maşın necə yaxınlaşacaq? Bunun məsuliyyətini kimsə anlayırmı?

Ümid edirik ki, Lənkəran şəhər İcra Hakimiyyəti, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, habelə digər aidiyyatı qurumlar məsləni qısa zamanda nəzarətə götürəcək və lazımi addımlar atacaq.

Mövzunu diqqətdə saxlayacağıq.

Ardını oxu...
  

Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə lisey yaradılması xəbəri valideynlərin etirazına səbəb olub.

Musavat.com-un Baku TV-yə istinadla xəbərinə görə, onlar bildiriblər ki, övladları digər təhsil ocaqlarına köçürüləcəyi təqdirdə ciddi problemlə üz-üzə qalacaqlar.

"Şəhərin mərkəzində olan məktəbdir, mindən çox şagird təhsil alır. Buranı pullu məktəb etmək istəyirlər. Bəs kasıb-kusubun uşağı hara gedəcək?", - deyə valideynlərdən biri narazılığını dilə gətirib.

Məktəbin direktoru Vüqar Nəsirov bildirib ki, lisey layihəsi ilə bağlı müzakirələr aparılıb:

"Rayonumuz üçün vacib layihələrdən hesab olunur. Valideynləri də başa düşmək olar, yerdəyişmə ilə əlaqədar narahatdırlar. Ona görə də sözügedən layihə başqa bir yerdə həyata keçiriləcək. Artıq bu barədə Regional Təhsil İdarəsindən və Rayon Təhsil Sektorundan mənə məlumat verilib".

 
 
 

Ardını oxu...
Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən məktəbi bit basıb.

"Gundeminfo" xəbər verir ki, bu iddia ilə valideynlər "Xəzər Xəbər"ə müraciət ediblər.

Söhbət qəsəbənin 3 nömrəli tam orta məktəbindən gedir.

Yuxarı sinif şagirdlərinin sözlərinə görə, bitlə bağlı şikayət daha çox aşağı siniflərdəndir.

Lakin məktəbdən bu iddiaları təkzib ediblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Ardını oxu...
Çox uzaq yox, elə keçən ilin noyabr ayının 7-də açılışı baş tutan Çex Respublikasının paytaxtı Praqa şəhərindəki "Azərbaycan Evi" ilə bağlı ilginc iddialar səsləndirilib. "DİA-AZ" xəbər verir ki, səslənən iddialar oldquca ilginc mənzərəni ortaya çıxarır və eyni zamanda gərəkən dövlət qurumlarımızın təcili müdaxiləsini zəruri edir. İddialardan belə aydın olur ki, adı "Azərbaycan Evi" olan bu qurum əslində Rusiyanın xüsusi xidmət orqanlarına bağldır.

Amma fakt budur ki, sözügedən təsisat rəsmən Azərbaycan dövlətinə aiddir. Lakin iddialar belə zəmin yaradır ki, açılışı da köhnə Böyük Oktyabr Sosialist İnqilabının (BOSİ) ildönümünə (7 noyabr) təsadüf edən bu "Azəırbaycan Evi"ndə təsadüfi işlər yox, qaranlıq oyunlar həyata keçirlir.
Ardını oxu...
Qeyd edək ki, bu vaxta qədər Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dünyanın 17 ölkəsində Azərbaycan Evi açılıb və Praqdakı ünvan da onlardan biridir. Amma səslənən iddialardan belə aydın olur ki, sən demə, altında rəsmi Azərbaycan dövlətinin imzası olan və açılışnda Çexiyada yaşayan soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin nümayəndələri, diplomatik korpusların təmsilçilərinin də iştirak etdiyi və səfirimiz Adış Məmmədovla yanaşı Diasporla İş üzrə Dövlət Komitəsini sədri Fuad Muradovun da ağız dolusu tərif etdiyi Çexiyadakı "Azərbaycan Evi" hal hazırda qeyd olunan məram və məqsədə xidmət etmir.


"DİA-AZ" olaraq hazırda Çexiyada yaşayan Zamiq Məmmədli adlı ictimai fəalın iddialarını təqdim edir və eyni zamanda bu məsələ ilə bağlı aidiyyatı dairələrin gərəkən izahatı verəcəyinə ümid edirik.

Beləliklə, Z.Məmmədli bildirir:

"Praqada “Azərbaycan Evi” yoxsa Rusiya agentura şəbəkəsi?

Azərbaycan vergiödəyicilərinin pulu ilə Praqada “Azərbaycan Mədəniyyət Evi” (“Ázerbájdžánsky kulturní dům”) adlı, Çexiyada rəsmi qeydiyyatı olmayan qondarma propaganda mərkəzi açılıb. Lakin ora Çexiyada yaşayan rusların görüş yerinə çevrilib.

Leyla Begim (Cəfərova) adlı Çexiyada daşınmaz əmlak, maklerlik şirkətinin (Natavan Society LTD) rəsmi sahibi olan qadın da rəhbər təyin edilib.
Maliyyə birbaşa bu əmlak şirkəti vasitəsi ilə ötürülür.

Çexiyada yaşayan azərbaycanlılara bir faydası olmayan bu landromatda “rus gecələri” təşkil edilir.

Ministerstvo vnitra Národní bezpečnostní úřad Bezpečnostní informační služba (Çexiya Daxili İşlər Nazirliyi və Təhlükəsizlik İnformasiya Xidməti ) yəqin ki, yaxın vaxtlarda bu casus yuvasını araşdıracaq.

Azərbaycan hökuməti casusluqda ittiham edib bağladığı Bakıdakı “Rus Evi” Русский дом в Баку ilə praktiki olaraq, analoji mərkəzə çevrilməkdə olan Praqadakı “Ázerbájdžánsky kulturní dům” haqqında nə düşünür görəsən?

Azərbaycan dövlət büdcəsindən, vətəndaşların vergiləri, amansız cərimələri ilə xaricdə Kremlin casus şəbəbəkəsinimi maliyyələşdirir? Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edirəm: cavab verin! Suallar çoxdur…"

Məsələ diqqətimizdədir...
 
Ardını oxu...
Naxçıvanda ticarət obyektlərinin sahibləri bundan sonra “oğurluğun qarşısını almaq” xidməti üçün polisə aylıq ödəniş etməli olacaqlar. Sahibkarların bildirdiyinə görə, bu məcburi xidmət üçün onlardan aylıq 200 manat tələb olunur. Bundan əlavə, obyekt sahibləri öz hesablarına siqnalizasiya quraşdırmalıdırlar ki, oğurluq zamanı polis bundan xəbər tuta bilsin.
Sahibkarların “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, artıq bu barədə onlara rəsmi xəbərdarlıq olunub.
Bundan əvvəl isə sahibkarlar yanğından mühafizə adı altında quraşdırılmış siqnalizasiya üçün FHN-ə 500 manat ödəməyə məcbur olmuşdular.
Sahibkarlardan V. Mahmudov bildirir ki, bu xidmətdən imtina edənlər həbslə hədələnir:
"Deyirlər ki, hər hansı təhlükə və ya oğurluq baş verdikdə siqnalizasiya işə düşəcək və dərhal mərkəzə məlumat ötürüləcək. Bu zaman polis hadisəyə müdaxilə edəcək. Gözəl təşəbbüsdür, amma bu, onların vəzifə borcudur. Lakin bizdən bu xidmət üçün aylıq pul – nə az, nə çox, düz 200 manat tələb olunur. İmtina etmək mümkün deyil. Bir söz deyirsən, cavab verirlər ki, 'Aparıb basarıq içəri'. Onsuz da sahə müvəkkili və FHN əməkdaşları hər ay gəlib öz 'taslarını' yığıb gedirlər. Ara-sıra abadlaşdırmaya da pul veririk. Vergi də öz yerində. Vergini ödəməklə yanaşı, ildə bir-iki dəfə müxtəlif adlarla bizdən əlavə pul yığırlar. Belə olmaz! Biz nə qazanırıq ki, bu qədər də pul ödəyək? Dükana gələn gəlir sadəcə öz xərclərimizə və borclarımızın ödənilməsinə güclə çatır. Hamımızın banklara borcu var.”
Digər sahibkar C. Cabbarov da sahə müvəkkilinin onu hədələdiyini bildirir:
"Şəhərdə 40 kvadratmetrlik dükanım var. İmkan vermirlər işləyək. Hər gün yeni bir qayda çıxarıb sahibkarları soymaqla məşğuldurlar. Sahə müvəkkili gəlib xəbərdarlıq etdi ki, ‘Mütləq təhlükəsizlik üçün siqnalizasiya qoyulmalıdır. Polis mağazanın təhlükəsizliyini təmin edəcək və siz hər ay 200 manat ödəyəcəksiniz.’ Etiraz etdim, cavab verdi ki, 'Sonrası pis olar sənin üçün.' Razılaşmayanda sahibkarlara dərhal problem yaradılır. Ona görə də məcbur razılaşdım. Əvvəllər sahə müvəkkilinə 20-30 manat verib yola salırdıq. İndi siqnalizasiya quraşdırıldıqdan sonra hər ay əlavə 200 manat da verməli olacağam.”
 
Ardını oxu...
Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin ifşası ilə bağlı ötən gün yayımlanan qalmaqallı siyahıdan sonra Azərbaycan siyasi elitasının “boz kardinal”ı sayılan Ramiz Mehdiyevin ətrafındakı şəxslər haqqında da artıq “təmizləmə”nin başladığı qeyd olunur. Bu şəxslərdən biri də Abşeron rayonunun icra hakimi vəzifəsində çalışan Abdin Fərzəliyevdir.

“Yeni Çağ”ın əldə etdiyi məlumata görə, Abdin Fərzəliyev də yaxın zamanda istefaya göndəriləcək. Günü bu günə qədər Rusiyanın Həştərxan şəhərində geniş biznes şəbəkəsinə malik olan, böyük maliyyə imkanlarına sahib bu şəxs uzun illərdir ki, yüksək vəzifədə qalmağı bacarıb. Lakin son hadisələr göstərir ki, onun siyasi dayaqları artıq ciddi şəkildə sarsılıb.

A. Fərzəliyev uzun müddət Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş prezident köməkçisi Əli Həsənovun yaxın adamı kimi tanınıb. Yeni Azərbaycan Partiyasında (YAP) Əli Həsənovun müavini kimi fəaliyyət göstərməsi və Partiyalararası əlaqələr və dialoq komissiyasında sədr müavini olması da onun hakimiyyət daxilində mövqeyinin güclü olmasına işarə edirdi.

Bununla yanaşı, onun Həştərxanda müxtəlif biznes sahələrinə nəzarət etdiyi, 35 milyon manatlıq otel biznesinə malik olduğu iddia edilir. Uzun illər ərzində formalaşan bu əlaqələr və biznes maraqları Fərzəliyevin vəzifədə qalmasına kömək etsə də, indi vəziyyət tamamilə dəyişib. Son dövrlər Mehdiyev-Həsənov tandeminin siyasi arenadan tamamilə uzaqlaşdırılması, xüsusilə Ramiz Mehdiyevin artıq iqtidar komandasında “arzuedilməz şəxs” elan olunması Abdin Fərzəliyev üçün də ciddi təhlükələr yaradıb.

Məhz bu səbəbdən, Abdin Fərzəliyevin də vəzifəsini itirəcəyi qeyd olunur. Abdin Fərzəliyev haqqında yayılan ən ciddi iddialardan biri onun Avropada Azərbaycan əleyhinə fəaliyyət göstərən müxalif qruplara maliyyə dəstəyi verməsi ilə bağlıdır.

Qeyd edək ki, Abdin Fərzəliyev siyasi karyerası boyu müxtəlif qalmaqallarla gündəmə gəlib. Onun Heydər Əliyevin 90 illiyi münasibətilə salınmış parkın sonradan obyekt tikmək üçün sökülməsinə icazə verməsi geniş ictimaiyyət tərəfindən tənqid olunub. Bundan əlavə, Gülər Əhmədova – Ramiz Mehdiyev – Elşad Abdullayev qalmaqalı zamanı da adı müxtəlif hallarda çəkilib. Mətbuatın iddialarına görə, o dövrdə Ramiz Mehdiyev öz ailə kassası hesab edilən Fərzəliyevi qorumaq üçün ictimai rəyə münasibətlərin pozulması görüntüsünü yaratmaq istəyib. Lakin qalmaqal səngiyəndən sonra onların yenidən birlikdə hərəkət etdiyi üzə çıxıb.

Son hadisələr isə göstərir ki, Abdin Fərzəliyevin siyasi dayaqları tamamilə zəifləyib və onun vəzifədə qalması getdikcə çətinləşir. Ölkədə aparılan kadr islahatları fonunda onun da yaxın zamanda postunu tərk edəcəyi istisna edilmir. Bu prosesin necə nəticələnəcəyi isə qarşıdakı günlərdə daha da aydınlaşacaq.

Məsələni diqqətdə saxlayacağıq…

Dünyapress TV

Xəbər lenti