Ardını oxu...
“Tarixən lotereyalar həmişə olub, hətta Sovet dövründə də onlar buraxılırdı. Təbii ki, bu cür oyunlar insanların maddi durumuna pis təsir edir. Çünki bəzi işbazlar insanları müəyyən yollarla şirnikləşdirərək bu küçə oyunlarına cəlb edirlər. Son illər ölkəmizdə “Azərlotereya” kimi oyunlar birmənalı şəkildə vətəndaşlarımızı mərc oyunlarına təşviq edir”. DİA.AZ xatırladır ki, bunu bir müddət əvvəl açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Qeyd edək ki, deputat bu cür oyunların dərindən araşdırılmasına ehtiyac olduğunu da vurğulamışdı:

“Əslində, bunu bir məşğuliyyət kimi xaraterizə edirlər. Ancaq bunlar dərindən araşdırılmalıdır. Yəni, bunlar rəsmi dövlət qurumlarının nəzarəti altında keçirilirmi? Bunlar nə dərəcədə də zərərlidir, xeyirlidir? Bunun dövlətə xeyiri varmı, yoxdurmu? Əgər fürsətcil iş adamları, şirkət rəhbərləri bundan özləri üçün mənfəət götürürsə və bəlaya salırlarsa bunlar araşdırılmalı və mütləq cəzası müəyyənləşdirilməlidir. Tək “Azərlotereya” oyunları deyil, ümumən götürəndə pulla oynanılan nə oyunlar varsa, bunların hamısı zərərli vərdişlər hesab olunmalıdır. Bunun qarşısı daha məqəsəduyğun şəkildə alınmalıdır”.

Deyəsən, neçə müddətdir çalınan bu həyəcan təbilləri nəhayətdə gərəkən qurumların da diqqətini çəkib. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mötəbər mənbədən verilən informasiyadan anlaşılır.

DİA.AZ-a danışan mənbə iddia edir ki, yaxın günlərdə “Azərlotereya”nın fəaliyyətinə hüquqi qiymət veriləcəyi gözlənilir: "Əslində Azərbaycanda bu kimi qumar oyunlarına qarşı bir qanuni qadğa var. Amma “Azərlotereya” bu vaxta qədər qanunların yanından keçə bilib. Hətta telekanallarda da bu gün “Azərlotereya”nın qumarı təşviq olunur ki, bu da yolverilməzdir.

Məhz bu kimi faktorlar nəhayətdə gərəkən addımların atılmasını vacib edib. Yaxın günlərdə məsələ daha da konkretləşəcək..."

İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
 
 

Ardını oxu...
Noyabrın 21-dən etibarən Mədəniyyət Nazirliyi Dövlət Kukla Teatrında yoxlama aparır. Yoxlama başa çatmasa da, mətbuatda yoxlamanın qərəzli aparıldığına dair iddialar var. Əlbəttə, bu barədə hər hansısa fikir bildirmək çətindir. Yoxlamanın nəticələri, onun mahiyyəti barədə rəsmi tərəflərin danışması daha uyğundur. Heç şübhəsiz, yoxlama tam başa çatdıqdan sonra veriləcək rəsmi məlumatlar əsasında gerçəyi öyrənmək mümkün olacaq.

Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Kukla Teatrında apardığı yoxlamalarla bağlı teatrın direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə “Bakı-xəbər”ə açıqlamasında deyib ki, 43 ildir “ölü can”(şişirdilmiş işçi sayı nəzərdə tutulur-red.) texnologiyasının nə olduğunu bilməyib: “Nə yoldaşıma, nə ailəmə bu günə qədər "ölü can" pulu yedirtməmişəm. Allah məni o günə salmasın ki, ailəmə “ölü can” pulu yedirim. Bu anlayışı Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsində Teatr sektorunun müdiri vəzifəsində oturub, dövlət qulluqçusu olmadığı halda qulluq maaşı alan Könül Cəfərova daha yaxşı bilir. Çünki 2018-ci ildə YUĞ Dövlət Teatrından “ölü can” kimi öz ərizəsi ilə mənim tərəfimdən işdən azad edilib. Uzun illər o teatrda dram artisti, rejissor köməkçisi kimi fəaliyyət göstərib. Amma bu günə qədər oynadığı bir rolunu görməmişik.

Əvvəl gündən demişəm ki, bu yoxlamanın aparılması prosesində ciddi qanun pozuntusu var. Qanun pozuntusu ondan ibarət idi ki, yoxlama anonim şikayət üzərinə aparılır. Əmrdə qeyd olunur ki, şikayətlər olduğu üçün yoxlama aparılır, amma şikayətin haradan, kimlər tərəfindən olunduğu məlum deyil. Çünki ortada bir şikayət faktı varsa, onun haradan və kimlər tərəfindən olunduğu mənə təqdim olunmalı idi. Əmrdə səbəb yazılmalı idi. Səbəb isə yox idi. Mən onlara iradımı bildirdim ki, əmrdə səbəb yazmamısınızsa, o zaman şifahi təqdim edin. Ancaq nazirliyin əməkdaşı bu məlumatı mənə verməkdən boyun qaçırtdı, hətta bildirdi ki, siz bizim tabeliyimizdə olan qurum olduğunuz üçün bu məlumatı verməyə də bilərik. Halbuki belə bir qanun yoxdur. Kiçik bir kollektivi olan teatrda bu qədər müddətdə axtarış aparılması artıq qəribə görünməyə başlayır. Bu da onu göstərir ki, teatrda aparılan yoxlamada qərəz var".

R.Əhmədzadənin sözlərinə görə, yoxlamalar teatra, əməkdaşlara, ümumi işə də xeyli əngəllər yaradıb.

Teatr direktoru qeyd edir ki, ümumən bu yoxlama qərəzlidir və ona görə nəticəsi də şübhə doğurur. “Bilirsiz niyə? Yoxlamaya əsas gətirirlər ki, guya korrupsiya faktı ola bilər. Ən gülməlisi də elə budur. 2021-ci ildə teatrın dövlət proqnoz planı 64 min idi. 64 minə 6 təzə tamaşa vermişik, bir neçə tamaşanı bərpa etmişik, bütün kommunal xərclərimizi ödəmişik. Burada hansı korrupsiyadan söhbət gedə bilər? Azərbaycanda fəaliyyət göstərən 26 teatrın 25-nin dövlət proqnoz planı aşağı salındı, mənim planım birdən-birə 50 faiz artırıldı. Sizcə, burada qərəz yoxdur?” - deyə teatr direktoru əlavə etdi.

Bəs Kukla Teatrında hansı korrupsiya faktları ola bilər?

DİA.AZ bildirir ki, Xalq artisti Rəhman Rəhmanov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Mən 50 ildir ki, Kukla Teatrında işləyirəm, bu günə qədər 5 direktor görmüşəm. Onların arasında ən yerində olan, əvəzsiz direktor Rəşad Əhmədzadədir. Bunu tam səmimiyyətlə bildirirəm. Çünki Rəşad Əhmədzadə həm aktyorun, rejissorun, həm də teatrın səhnə maşinistinin, fəhləsinin içini bilir. Hətta tamaşanın təhlilinə qədər bilir, bundan yaxşı nə ola bilər ki? Bir adam ki, Kukla Teatrının hər bir əməkdaşının dostudur, onların hər bir günündə arxa, dayaqdır, onu necə korrupsiyada ittiham etmək olar? Bu söhbət heç cürə nə Rəşad Əhmədzadəyə, nə də kollektivimizə yaraşmır. Necə bu cür ittiham irəli sürə bilərlər? Mən buna qəti etirazımı bildirirəm. Bu, bütün kollektivə vurulan damğadır. Bütün bunlar psixoloji olaraq kollektivə, aktyorlara öz pis təsirini göstərib. Bütün aktyorların qanı qaradır. Ona görə ki, biz gözləmədiyimizi gördük. Bütün bunlara ehtiyac yox idi. Kiminsə kiməsə nəsə sözü varsa, çağırsın yanına, açıq danışsın.

Kukla Teatrı Azərbaycanda yeganə teatrdır ki, sonsuz sayda qastrollara, festivallara gedib, ölkəmizi layiqincə təmsil edib və hər festivaldan uğurla qayıdıb. Bu qastrolların da ən çoxu Rəşad Əhmədzadənin dövründə olub. Bütün bunlar Rəşad Əhmədzadənin nailiyyəti, uğurudur. Xatırladım ki, 2011-ci ildə direktorun uğurlu fəaliyyəti nəticəsində teatrımız UNİMA kimi böyük beynəlxalq təşkilatın üzvü oldu. Bunun nəticəsidir ki, teatrımız bu günə qədər bir çox xarici ölkələrdə Azərbaycanı təmsil edə bilib. Əlbəttə ki, həm nazirə, həm də nazirliyin işçilərinə böyük hörmətimiz var. Amma bu zərbə bizim teatra haradan gəlib, onu anlaya bilmirik. Bu, təkcə Rəşad Əhmədzadəyə qarşı deyil, bütün teatrımıza zərbədir. Ona görə də bir qocaman sənətkar kimi xahiş edirəm, bizlərlə işləri olmasın, çox xahiş edirəm... Biz yalnız Azərbaycan balalarına mənəvi qida verməyə, klassiklərimizi, əfsanələrimizi, nağıllarımızı onlara göstərməyə, aşılamağa çalışırıq".

Tanınmış teatrşünas İlham Rəhimli də qeyd etdi ki, Kukla Teatrında hansısa korrupsiya faktlarının ola bilməsi qeyri-mümkündür: “Mədəniyyət Nazirliyində teatr işinə baxan idarənin rəisi nəinki bu sənətdən, ümumiyyətlə, incəsənətdən uzaq adamdır. Ola bilsin ki, həmin xanım işgüzardır, istedadlıdır, ancaq mədəniyyət və incəsənət sahəsində yoxdur. Ola bilsin ki, teatrın əməkdaşı mətbuatda nazirlik haqqında sərt fikirlərini bildirsin. İndi deyib, deyib də. Əgər səhv deyibsə, çağırıb desinlər ki, səhv danışırsan, cəzalandırsınlar, yox, əgər düz deyirsə, həmin problemi düzəltməyə çalışsınlar, burada nə var ki? Yoxsa ki, səlahiyyətlərindən istifadə edib, kimdənsə intiqam almaq nəyə lazımdır?”
Ardını oxu...
Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faizə çatdırılsa da, qaz olmayan ərzilərimizin sayı 982-dir. Onların arasında tibb müəssisləri və xəstəxanalar da var.

TEREF.AZ bildirir ki, bunu Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov açıqlayıb.

Qurum rəsmisinin sözlərinə görə qazlaşdırılmayan tibb müəssiələri, məntəqələri və xəstəxanalara hər il müvafiq olaraq odun tədarükü görürlər.

Maraqlıdır, ölkədə qaz olmayan xəstəxanaların sayı nə qədərdir və onlar hansılardır?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə müraciət etdik. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin əksəriyyəti istilik sistemi ilə təchiz olunub:

“Hazırda bir neçə ucqar rayon mərkəzi xəstəxanasının nəzdində olan kənd məntəqələrində istilik odun tədarükü hesabına təmin olunur. Bəzi kəndlərdə təbii qaz təchizatının olmaması da buna səbəblərdən biridir. Qeyd edək ki, TƏBİB tərəfindən istilik sistemi mövcud olmayan kənd tibb məntəqələrinin qeydiyyatı aparılıb. Hazırda istilik sisteminin quraşdırılması mümkün olan məntəqələrdə bu istiqamətdə iş aparılır”, - deyə TƏBİB-dən bildirilib.

Göründüyü kimi, TƏBİB qaz olmayan xəstəxana və ya tibb məntəqələrinin adlarını açıqlamayıb. Səbəb maraqlı qalsa da qurumdan bu barədə hər hansı reaksiya verilməyib.
 
Ardını oxu...
Ardını oxu...
Maraqlı məqamlardan biri də odur ki, “CEŞMƏ-MM” MMC dövlət qeydiyyatına alındıqdan cəmi 15 gün sonra “Bakı Şəhər Dezinfeksiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən elan olunan tender müsabiqəsində (Kotirovka sorğusu) qalib olub.

Dezinfeksiya Mərkəzi mətbəə xidmətlərinin alınması məqsədilə 08.02.2022-ci il tarixində tender elan edib. Tenderin qalibi olan “CEŞMƏ-MM” MMC isə 25.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 47 min 995 manat ödənilib.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.

Tender müsabiqəsindən cəmi 15 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Tenderlə bağlı diqqət çəkən digər bir məqam isə odur ki, bu ilin yanvar ayının 24-də “CEŞMƏ-MM” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda (Sahib Zeynalov, ev 16, m. 9) qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğlunun olduğu daha 4 şirkət yaradılıb. “CEŞMƏ-MM” MMC-nin qanuni təmsilçisi olan Məmmədov Xoşbəxt Mirzə oğlu eyni zamanda “BRANKO” MMC (VÖEN – 1405821351), “STERRATO” MMC (VÖEN – 1405820841), “ENRIKE” MMC (VÖEN – 1405820971) və “ALFONS” MMC-lərin (VÖEN -1405821071) də rəhbəri olub.

Bu şirkətlər qeydiyyatdan keçdikdən qısa müddət sonra çoxsaylı tenderlərin qalibi olub.
Artıq Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Gəncə Dövlət Universitetinin keçirdiyi tender müsabiqəsinin qalibi “CEŞMƏ-MM” MMC (VÖEN – 1405822961) olub.

Qeyd edək ki, Gəncə Dövlət Universiteti jurnalların və biletlərin satın alınması üçün “CEŞMƏ-MM” MMC-yə 22 min 940 manat ödəyəcək.
Hüquqi ünvanı Nəsimi rayonu, Sahib Zeynalov, ev 16, m. 9-da yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğludur.
 
 
 

Nəsimi rayonundakı Texniki-Humanitar liseydə valideynlərdən direktorun ad günü üçün pul yığılır.
TEREF.AZ bildirir ki, bu barədə Yeniavaz.com-a həmin valideynlərdən biri məlumat verib.
O bildirib ki, bu barədə valideynlərdən biri vatsap qrupuna elan mesajı göndərib. Mesajda bildirilib ki, liseydə bütün siniflər direktor Kamalə Mirzoyevanın ad günü üçün "tədbir görəcək":
“Sizinlə bir mövzunu müzakirə etmək istərdim. Bizim direktorumuzun ad günüdür. Bütün siniflər təbrik edəcək. Mən istərdim ki, bizim sinifdə də belə şey olsun. Biz qərar verdik ki, Nigar xanımla gül almaq üçün 5 manat pul yığaq. Siz bu məsələyə necə baxırsınız? Xahiş edirəm ki, bu məsələni birlikdə həll edək”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Müraciət edən valideyn qeyd edib ki, daha sonra qrupa bank kartı atılıb və ödənişlərin həmin karta köçürülməsi istənilib.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə rəsmi sorğu ünvanladıq. Sorğu əsasında araşdırma aparılacağı bildirildi.
Deyilənlərə münasibət öyrənmək üçün liseyin direktoru ilə əlaqə saxlamaq mümkün olmadı.
Qeyd edək ki, Texniki-Humanitar liseyin direktoru Mirzoyeva Kamalə Rəfayıl qızı 14 dekabr 1969-cu ildə anadan olub. 2021-ci ilin sentyabr ayından liseydə direktor vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
 
 
 
Ardını oxu...
Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Nərgiz Arif qızı Paşayeva “Şərəf” ordeni ilə təltif edilib.

"DogruXeber.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Ardını oxu...
Gundelik-baku.com-a daxil olan məlumata görə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov yaxın günlərdə vəzifəsindən azad olunacaq.Etibarlı mənbə onu da bildirir ki,Niyazi Bayramovun ölkələrin birinə səfir göndəriləcəyi gözlənilir.
Niyazi Bayramov 1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Xatırladaq ki,vəzifədə olduğu müddətdə Niyazi Bayramov hər zaman qınaq obyekti olub.Həyat yoldaşının milyonluq obyekt işlətməsi,oğlunun milyonluq avtomobil kolleksiyasının olması və şəhid ailələrinə etdiyi hörmətsizliklərkə mətbuatın gündəmini zəbt edib.
Onu da xatırladaq ki,Niyazi Bayramov mərhum Gənclər və İdman Naziri Azad Rəhimovla quda olub.Məhz elə icra başçısı postuna da onun köməkliyi sayəsində gəldiyi də deyilir

Gundelik-baku.com-a daxil olan digər məlumata görə, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Gəncə şəhərinə icra başçısı göndərilir.

Elxan Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. İxtisasca elektrik mühəndisi və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur.

2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir.
2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Xatırladaq ki,hal-hazırda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Elxan Usubov milyonluq villlaları,obyektləri və dəbdəbəli həyat tərzi keçirən məmur kimi mətbuatın gündəmində olub.

Gundelik-baku.com
 
 
 
Ardını oxu...
Hacıqabulun Talış kəndinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.

Son günlər yağan yağışlar nəticəsində yollarda böyük gölməçələr yaranıb ki, bu da avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib. Bu vəziyyət xüsusilə məktəblilər üçün problem yaradır.

Kəndin heç vaxt asfalt üzü görmədiyini deyən sakinlər qeyd edib ki, yolları öz vəsaitləri hesabına təmir edirlər.

Məsələ ilə bağlı kənd bələdiyyəsindən bildirilib ki, əhalidən vergi yığıldıqca, kəndin yollarının təmirinə kömək edilir.

“Sonuncu dəfə sentyabrda məscidin yanındakı yola çınqıl döşənib. Pul yoxdur, olanda kömək edəcəyik”, - deyə bələdiyyə sədri Adışırin Nəzərov qeyd edib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 
 
 
Ardını oxu...
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bir qədər əvvəl Bakıya yola düşüb.

Bu barədə "AzPolitika.info"-ya MR-dəki etibarlı mənbə məlumat verib.

V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki "fırtına" ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla bağlı qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq.

Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan olunacağı gözlənilir.
 
Ardını oxu...
Məktəbin bərbad vəziyyətindən gileylənəndə sosial şəbəkələrdə bəzi yaşlı təhsil işçiləri o dəqiqə başlayır uşaqlıq tarixçəsini danışmağa ki, "Heç biz oxuyan vaxtı indiki kimi gözəl şəraitli məktəblər yox idi. Amma, oxuyurduq. Min bir əziyyətlə oxumuşuq".

Bəli, ağsaqqallar doğru deyir. Onların böyüdüyü SSR dövründə, məktəblərin çox bərbad gündə olması, o dövr üçün başadüşüləndir.
O zamanlar nə başımız öz əlimizdə idi, nə dilimiz istədiyini tələb edə bilirdi. Çünki, müstəqil Azərbaycan deyildik. Həm də dünya, elm, texnologiya bu qədər inkişaf etməmişdi.

Bundan əlavə o zamanlar bilet 3-5 çəkilirdi, tam keçirilən dərslərdən hazırlanmış sual oxunurdu, cavabı verən, Ali məktəblərə qəbul olurdu.

İndi 120 suallıq qəbul imtahanlarına qədər - taa birinci sinifdən hər il, hətta ildə bir neçə dəfə imtahanlar verirlər. Bir sözlə dövrümüzün təhsilində ömrümüz imtahanlarla keçir. O qədər zülmlərin sonunda bari ona layiq bir işimiz olsa bəlkə də gileylənmərik ki, bu da ayrı bir mövzudur.

Əlqərəz, mövzudan çox uzaqlaşmayaq, dərslərdən danışırdıq.
Madam ki, ağsaqqal müəllimlər "çörəklərinin xatirinə" hazırkı Azərbaycan təhsilini güya inkişaf etdiyi fikrini ağlımıza sırımaq üçün, özlərinin sovet hakimiyyəti illərində aldıqları təhsil ilə müqayisə edirlər, elə biz də müqayisə edək, dedik.

O zamanlar min bir əziyyətlə qonşu kəndə məktəbə gedən uşaqların yükü bir dəftər idi, bir də qələm. Amma, indi valideynlər uşağın gücü çatmadığı üçün bir kitab dolu çantanı kürəyinə alır, çantaya yerləşməyən qalan kitabları da bir poketə yığıb, əlində götürür. Üstəlik də hər uşaq üçün ya kompüter, ya da planşet alınmalıdır, çünki müəllim çox zaman internetdən də tapşırıqlar verir.
Amma, yenə yetmir...
Valideyin əlavə müəllim - repetitor tutmaq məcburiyyətində qalır. Özü də bu müəllimlər də həmin məktəbin müəllimləri.

Nə fərq edir?

Dərsliklər desək, ibtidai sinif dərsliyindəki misalların, məsələlərin tez-tez sosial şəbəkələrdə paylaşılan nümunələrini də az görmədik.

Daha bir nümunəsi aşağıda fotolarda:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Yəni, bu da valideyinin yüklədiyi, övladlarımızın ağ vərəqi andıran beyninə yüklənən lazımsız bilgilər.

Qaldı ki, şəraitli məktəb binalarına, onun da pulunu çox məktəblərdə, əsasən də paytaxt məktəblərində valideyin az qala 11 il "fond pulu" adı ilə ödəyir.

Nə yazıq ki, 21-ci yüzillikdə - texnologiya əsrində də müstəmləkəsində olduğumuz və inkişaf etməyimizi ümumiyyətlə istəməyən sovet hakimiyyəti dövrünün məktəblərini andıran məktəblər də az deyil. Hansı ki, dəfələrlə "DogruXeber.az"da onların bir neçəsini cəmiyyətimizə təqdim etmişik.

Daha bir nümunəsini isə indi təqdim edirik.

Sabirabad rayonunun Şəhriyar kəndinin sakinləri tərəfindən göntərilən bu görüntülərdə çöldən ön tərəfi gözdən pərdə asmaq üçün ağardılan 630 şagirdlik bu məktəbin şəraitini özünüz gördünüz. Hətta, vətəndaş orda qeyd edir ki, "istilik sisteminin boruları kəsilib satılıb, akt zalının polu sökülüb satılıb". Akt zalının görüntülərini, həmçinin məktəbin tualetlərinin görüntülərini belə izlərkən, adamın özündən biixtiyar buruna üfunətli qoxu gəlir ki, bunu da beynimizdə yaradan həmin gördüyümüz anti-sanitar vəziyyətdir.

Üstəlik, bitlərin və digər həşəratların tüğyan etdiyi deyilən, eyni zamanda məktəb kimi nəzərdə tutulan binanın hər uçma təhlükəsi də aşkar görünür və valideyinləri haqlı olaraq, çox narahat edir.
Ardını oxu...

Məktəbin yolları desək, bəlgəsəl proqramlardan izlədiyimiz Afrikanın ucqar yerlərindəki məktəb yollarının birə-bir eynisi. Çaqqal-tülkü oylağı olan bu "cəngəllik" böyükləri belə vahiməyə salır, nəinki, azyaşlı məktəblilər.
Ardını oxu...
Ardını oxu...
Məlumdur ki, hər il dövlət büdcəsindən yüz minlərlə, milyonlarla pul vəsaiti ayrılan təhsil sahəsindən narazı camaatın da sayı artır. Sosial şəbəkələrdə və mətbuatda yayımlanan bu qədər narazılıqların olduğu bir vaxtda Təhsil nazirliyində - daha doğrusu adında dəyişiklik edildi. Qarşısına sadəcə "Elm" sözü artırılmaqla, yalnız adında dəyişiklik edilən nazirliyin fəaliyyəti hazırkı durumu ilə övladlarımıza elm verməkdən daha çox xəstəlik, valideynlərə əsəb, stress, həyəcan və sair verir. Çoxsaylı şikayətlərdən isə belə görünür ki, daha çox inkişaf edən sadəcə qeyri-qanuni yığılan pulların, alınan rüşvətin məbləğidir.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Dövlət başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Qeyd edək ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçir.
 

Dünyapress TV

Xəbər lenti