Ardını oxu...
Gəncənin məhşur Xan arxı suvarma kanalı məişət tullantıları ilə çirkləndirilib.

DİA.AZ-ın məlumatına görə, sakinlər suvarma kanalının çirklənməsinin ərazidə zibil konteynerlərinin olmaması səbəbindən qaynaqlandığını deyirlər.

Xan arxına tökülən su Gəncəçaydan gəlir. Bu kanaldan Gəncə və Göygöl rayonun sakinləri əkinlərini suvarma məqsədi ilə istifadə edir.

Gəncə Suvarma Sistemləri İdarəsinin rəsmisi Vüsal Məmmədov: Problemin aradan qalxmasını istəyən sakinlər kanalı təmiz saxlamalı, Gəncə Mənzil Kommunal Təsərrüfat İdarəsi əraziyə zibil konteyneri qoymalıdır, deyir.

Gəncə şəhər MKTİ isə problemin səbəbkarının yalnız sakinlər olduğunu bildirib.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki,Bakı Baş Gömrük İdarəsi tərəfindən edilmiş qanunsuzluqla «ULDUZ-ELEKTRON» MMC-yə xüsusilə külli miqdarda zərər vurmuşdur. Beləki, Bakı Baş Gömrük İdarəsi tərəfindən malın kodu qəsdən aidiyyatı olmayan, lakin daha çox rüsum tətbiq edilən kod ilə dəyişdirilməklə «ULDUZ-ELEKTRON» MMC-dən qanunsuz olaraq xüsusilə külli miqdarda gömrük rüsum və vergilərini qanunsuz almışdır".

«ULDUZ-ELEKTRON» MMC-nin rəhbəri Mədət Quluzadə Bizimxeber.az-a daxil olan müraciətində bildirir: "Görəsən Bakı Baş Gömrük İdarəsi bu qanunsuz rüsum və vergiləri hansı ödənilməli olan və ödənilməmiş idxal vergilərini kompensasiya etmək üçün almışdır? Cavabı çox sadədir, monopolistlər tərəfindən ödənməli, lakin büdcədən yayındırılan vəsaitləri düzgün işləyən müəssisələrin üzərinə yükləməklə vəziyyəti idarə etmək, plan-proqnoza artıqlaması ilə əməl etdiklərini göstərmək, eyni zamanda düzgün işləyən müəssisələri sıradan çıxartmaq və monopolistlərə daha geniş imkanlar yaratmaq üçündür".

M,Quluzadə qeyd edir ki, gömrük orqanları indiyədək «ULDUZ-ELEKTRON» MMC-yə kifayət qədər məhkəmə prosesini uduzmuş, nəticədə «ULDUZ-ELEKTRON» MMC-yə təzminat ödəmiş, lakin eyni təzyiqləri yenə də, bu gün də davam etdirirlər. ULDUZ-ELEKTRON» MMC tərəfindən dəfələrlə bu barədə sabiq sədr Səfər Mehdiyevə bildirilsə də heç bir tədbir görmədi, eyni zamanda hazırkı sədr əvəzi Şahin Bağırova da müraciət edildi, lakin o da heç bir tədbir görmədi. Bu günədək gömrük orqanlarında düzələn heç bir şey yoxdur. «ULDUZ-ELEKTRON» MMC ona görə də sədr əvəzi Şahin Bağırova gömrükdə sədrdən başqa daha nə dəyişmişdir, sualını ünvanlamışdır. Sədr əvəzi Şahin Bağırov bu elementar sula belə cavab verə bilmədi.

Hazırda həmin suallara cavab verilməsi öhdəliyinin Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması üzrə məhkəmə prosesi icraata qəbul edilmişdir (uzun müddət Bakı İnzibati Məhkəməsi işi icraata götürməməkdə israr etsə də nəticədə Bakı Apellyasiysa Məhkəməsi MMC-nin bu barədə haqlı olduğuna qərar verib və işi icraata götürməsi üçün qərar qəbul edib). Bir daha sədr əvəzi Şahin Bağırova bir daha eyni sualı ünvanlamaq istərdim: Cənab sədr əvəzi Dövlət Gömrük Komitəsində sədrdən başqa nə dəyişmişdir?".
 
Ardını oxu...
Milli Məclisin (MM) 16 dekabr 2022-ci il tarixli iclasında olduqca maraqlı çıxışlar olub.

Deputatlar “Tərtər işi” ilə bağlı çıxışlar ediblər. MM üzvləri “Tərtər işi”ndə işgəncə əmri verən şəxsin adının açıqlanmasını istədiklərini bildiriblər.

Ən sensasion çıxışı isə Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc edib.

Z.Oruc “Tərtər işi”ndən danışarkən vacib və maraqlı məqamlara toxunub. Komitə sədrinin çıxışı konkret faktlar və personalar üzərində qurulub. İlk dəfə Milli Məclis kürsüsündən “Tərtər işi”nə görə hazırda və yaxın keçmişə kimi yüksək vəzifə tutan şəxslərin adı çəkilib.

Deputatın çıxışından sitat: “Hərbi prokuror 5 il işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırıb, sonda isə bəlli olub ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, Ordumuzdan və qurbanlardan üzr istəməlidir”.

İntonasiya, aksent sizə nəsə deyirmi? Bu çıxışın sıradan bir məruzə olduğunu düşünmək mümkün deyil. Burada ciddi mətləblər var. Hörmətli Zahid Oruc ölkənin kifayət qədər məlumatlı şəxslərindən biridir. Onun Milli Məclisdə belə sərt, detallı və cəsarətli çıxışı, əslində, yaxın günlərdə Müdafiə Nazirliyi sistemində, hərbi strukturlarda baş verəcək nəhəng proseslərin anonsu sayıla bilər. Dövlət köhnə qvardiyanın cinayətlərindən, mafiya tərzindən, saymaz rəftarından boğaza yığılıb. Ona görə də özünün sərt üzünü “övladlarına” (yüksək çinli məmurlara) göstərməyə qərar verib.

“Tərtər işi” cinayəti Vətən müharibəsində qazanılmış nəhəng qələbəni ciddi şəkildə ləkələyə bilər. Bu ləkəni təmizləmək üçün Prezident bu ilin əvvəlində sözügedən cinayət işinin yenidən istintaq olunması ilə bağlı göstəriş verdi. İstintaq Komissiyası yaradıldı, məsələyə yenidən baxıldı və vətənə xəyanətdə suçlanan şəxslərin, demək olar, hamısı bəraət aldı.

Dövlət indi fərqindədir ki, prosesdə yanlış olub. Sən demə, cinayətdə suçlayanların özləri cinayətkar imiş…

Zahid Orucdan daha bir sitatla yazımıza davam edək:

“Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkilatçıları, müdafiəçiləri, hərbi hissələrdə “samosud” təşkil edənlər, qurbanları hospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır. Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir”.

Deputat çıxışında bir başqa məqama da toxunub. O, insanlara nahaqdan işgəncə verən müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna şübhə ilə yanaşıb. Bu o deməkdir ki, yüksək vəzifəli şəxslərlə yanaşı, bu işdə iştirak etmiş müstəntiq korpusu da ciddi cəzalandırılacaq.

Z.Oruc bildirib ki, zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir.

Son 1 ayda köhnə komandadan qalan şəxslərlə bağlı sensasion tədbirlər həyata keçirilir.

Dövlətə məxsus “Azərtac” İnformasiya Agentliyinin rəhbəri Aslan Aslanov korrupsiya ittihamları ilə işdən çıxarıldı. Bununla paralel olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ətrafında xüsusi əməliyyata start verildi. Naxçıvan Gömrük Komitəsində antikorrupsiya əməliyyatları 1 aydır davam etdirilir. Həbslər, işdən çıxarılmalar, cəzalandırmalar… bu gün də dayanmır.

İndi də Hərbi prokuror Xanlar Vəliyev hədəf kimi göstərilir. O, son 5 ildə baş verən ən ağır hərbi cinayətin qarşısını almamaqda ittiham edilir. Yəqin, Müdafiə Nazirliyində də yeni təmizləmələr olacaq. Türk general Bəxtiyar Ersayın Müdafiə Nazirliyində yüksək posta gətirilməsi bunun əlaməti sayıla bilər. Prezident İlham Əliyev Müdafiə Nazirliyini tam milliləşdirməyə start verib. Prosesə mane olanlar isə hələ də qalmaqdadır.

Ardını oxu...
Bəxtiyar Ersay (sağda) azərbaycanlı generallarla

Prezident Azərbaycanın gələcəyini Qərblə, NATO ilə əməkdaşlıqda görür. Regional güc mərkəzləri Türkiyə, İsrail, Pakistanla hərbi-siyasi müttəfiqlik yüksək səviyyəyə çatdırılıb. NATO ordusu Türkiyənin timsalında Azərbaycandadır. Demək, həm də Güney Qafqazdadır. Bu sürəcə əngəl yaradan güclər isə cəzasız qalmır. Rusiyaya, İrana, digər mərkəzlərə bağlı qüvvələr dövlətin pəncəsinin zərbəsi ilə darmadağın edilir. Azərbaycanda NATO-Rusiya-İran strateji maraqlarının savaşı gedir. Gələcəyimizi daha təhlükəsiz təmin etmək üçün Azərbaycanın dövlət başçısı ən doğru olanı – Qərbə, NATO-ya inteqrasiya xəttini seçib. Ordunu NATO standartlarına uyğunlaşdırır. Bu işdə qardaş Türkiyənin, dost İsrailin dəstəyindən maksimum istifadə olunur.

Yeri gəlmişkən, İsrailin Azərbaycandakı səfiri Corc Dik yerli mediaya müsahibəsində çox maraqlı, hətta sensasion sayılacaq fikirlər səsləndirib.

Sitat: “Biz dost kimi hər hansı qüvvələrdən tərəfdaşımız Azərbaycana yönələ biləcək təhlükənin qarşısını almaq üçün onu gücləndirmək istiqamətində hər şeyi edəcəyik. İki ölkə arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında deyə biləcəyim bu qədərdir”.

Əlavə şərhə ehtiyac varmı?

“Beşinci kolon” deyilən o mənfur qüvvə artıq son dövrünü yaşamaqdadır. Azərbaycanı hər mənada Rusiyanın təsir zonasından azad etmək üçün illər öncə başladılan proses özünün ən pik, həlledici nöqtəsinə yaxınlaşır. Şuşa-Xankəndi yolunda dekabrın 12-də start verilən aksiya da bunun tərkib hissəsidir. Bu gedişatın sonunun qələbə ilə yekunlaşacağına əminik. Eynən 44 günlük Vətən müharibəsi kimi. Çünki onda da, indi də dövlətlə xalqın istəyi, birliyi, bütövlüyü var.
 

Ardını oxu...
Hə, əziz dostlar, sizə kimdən deyim, kimdən danışım: Naxçıvan MR-ın Baş naziri Səbuhi Məmmədovdan.
Yox, yox, onun hər iki nənəsinin etnik mənsubiyyətindən danışmayacağam. Artıq Azərbaycanda Laçın koridorunda göyə ağ göyərçinlər qaldırıldığına görə Səbuhi müəllimin nənələrinin kimliyinin məsələyə zərrə qədər dəxli yoxdur. Sizə nəql edəcəyim əhvalat onun xan həzrətlərinin gözündə niyə “tapılmaz tikə”, qəhət adam olması ilə əlaqədardır.
Gəlin, mətləbin püf nöqtəsinə girməmişdən əvvəl, Səbuhi Məmmədovun tərcümeyi-halındakı bəzi məqamlarla tanış olaq.
2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışan Səbuhi Məmmədov Vasif xanın 6 fevral 2017-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin olunur.
Üzərindən il yarım keçəndən sonra 2018-ci il 30 noyabr tarixində isə məşhur Türk reklamlarında deyildiyi kimi Səbuhi Məmmədovun vəzifəsi isə “2-si bir arada” olur. Həmin tarixdə Vasif xanın imzaladığı fərmanla o, həm Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini, həm də Maliyyə naziri vəzifəsini birdən idarə edir. Yəni məşhur ifadə ilə desək, Səbuhi müəllim bir ayağı Maliyyə Nazirliyində, digər ayağı Nazirlər Kabinetində olmaqla haça-paça qalır.
2020-ci il may ayının 23-də isə o, haça-paçalıqdan qurtulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatına əsasən, onu Naxçıvan Muxtar Respublikasının Baş Naziri vəzifəsinə qoyur. Sözsüz ki, Prezident İlham Əliyevə onu təqdim edən elə Vasif Talıbovun özü olur. Başqa sözlə, Prezident əslində Vasif xanın təqdimatı əsasında elə onun özünə təqdimat yollayır və beləcə Səbuhi Məmmədov Naxçıvan MR-ın Baş naziri olmaq səadətinə qovuşur.
Sual edə bilərsiniz: Səbuhi müəllim hansı uğuru ilə Naxçıvanın tapılmaz tikəsinə çevrilib ki, “xan” həzrətləri əvvəl onu 2 il haça-baça vəziyyətdə saxladıqdan sonra belə mürəkkəb kombinasiya ilə indiki vəzifəsinə gətirib?
Sən demə, Səbuhi müəllim paytaxtdan gələn komissiyaya yaxşı cavab verdiyi üçün “xan” həzrətlərinin gözünə girə bilib. Yaxşı gözə girmə vaqiəsi isə belə baş verib.
Azərbaycan Nazirlər Kabinetinin planlaşdırmasına uyğun olaraq, 2015-2016-ci illərdə Ordubadda su elektrik stansiyası tikiləcəkdi. Bunun üçün Culfada yaradılan su anbarına Arazdan beton kanallarla su çəkiləcəkdi. Uzunluğu 35-40 km. olması planlaşdırılan bu su anbarına toplanan su elekrtik istehsalından sonra yenidən Ordubada doğru axaraq, Araz çayına toküləcəkdi. Nəticədə Naxçıvan həm öz imkanları ilə elektrik istehsal edəcək, həm də kanal ətrafında yerləşən kənd sakinləri təsərrüfatlarını suvarmaq imkanı qazanacaqdı. Təbii ki, bu planın reallaşması üçün həmin su anbarın qarşısında elektrik turbini də qurulacaqdı. Qısası, böyük layihədən söhbət gedir və yəqin ki, Azərbaycan büdcəsindən bu işə külli miqdarda vəsait ayrılır.
Layihənin icrası Talıbovların ailə şirkəti “Gəmiqaya”ya tapşırılır. Şirkət isə Ordubadda 3-4 km. yol çəkdikdən sonra işi buraxır və layihə yarımçıq qalır. Səbəbi mərkəzi büdcədən ayrılan vəsaitin o zamanın MR maliyyə naziri Səbuhinin əmri ilə Naxçıvanın abadlaşdırılmasına xərclənməsi imiş.
“Azərbaycan mərkəz büdcədən ayrılan vəsaiti təyinatı üzrə xərcləməyib. Şəhərdə məhəllələrə 3-4 dəfə asfalt salaraq, divarları boyayaraq ayrılan vəsaiti həzmi-rabedən keçiriblər”, - mənbəmiz belə deyir.
Bildirildiyinə görə, bir neçə ildən sonra layihənin necə icra olunduğunu yoxlamaq üçün paytaxtdan Naxçıvana müfəttişlər gəlir. Azərbaycanın Maliyyə Nazirliyinin göndərdiyi müfəttişlər Culfada nə qədər axtarsalarda, su anbarını tapa bilmirlər. Həmkarları Səbuhi müəllimdən bunun səbəbini soruşurlar. O da təbii ki, pulu Naxçıvan şəhərinin abadlaşdırılmasına xərclədiklərini bildirir. Müfəttişlərin bəs “biz hesabatda nə yazaq” sualına isə Səbuhi Məmmədov maraqlı və həyatını dəyişdirdirən cavab verir: “Pulu bizə ayırmışdınız, biz də vacib bildiyimiz yerə xərcləmişik. Əcəb eləmişik. Gedin, nə yazırsınız, yazın”.
Qaynağımızın dediyinə görə, Səbuhi Məmmədovun paytaxtdan gələn qonaqlara bu cavabı “xan” həzrətlərinin o qədər xoşuna gəlir ki, Baş naziri işdən çıxarıb Səbuhi müəllimi onun yerinə qoyur.

Heydər Oğuz
Teref.az
 
 
 
Ardını oxu...
Dünən səhər tezdən Naxçıvan MR xəstəxanasının Baş həkimi Zəbur Bağırovun DTX-ya aparılması xəbərindən sonra “Nəqşicahan med” və “Nəqşicahan” firmalarının satınalma bölmələrinin müdürləri bir-birlərinə dəyiblər.

Ovqat.com-un “Nəqşicahan”dakı etibarlı mənbədən aldığı məlumata görə, adı çəkilən firmalarda bu narahatlığın yaranması səbəbsiz deyil:

“Nəqşicahana aid olan bu 2 şirkətin əsas işi Zəbur Bağırovdan və Naxçıvan MR Səhiyyə naziri Niyazi Novruzovdan keçir. Çünki Naxçıvanda dərman monopolyasına nəzarət “Nəqşicahan MED”in əlindədir. Muxtar Respublikada bütün nə qədər əczaxana varsa hamısı dərmanı məcburən onların təyin etdiyi qiymətdən almalı və onların təyin etdiyi qiymətdən də satmalıdır. Deməli, bu şirkətlərin alış-satış sistemində yoxlamalar başlasa, məlum olacaq ki, 2019-cu ildən bu yana heç bir gömrük rəsmiləşməsi olmadan və rüsum ödəmədən külli miqdarda (ildə milyonlarla manatdan söhbət gedir) istədikləri qədər dərmanı xarici ölkələrdən gətirib sataraq Naxçıvanda özləri üçün imperiya qurublar. İndi isə firma yetkililərinin hamısının canına vəlvələ düşüb ki, ay aman, birdən Zəbur bunlar haqqında nəsə pıçıldayar.

Nə təsadüfdürsə, Naxçıvanda nə qədər səhiyyə ocağı varsa bütün hamısının təchizatlarının alınmasında keçirilən tenderləri “Nəqşicahan satınalma” qazanır. Firma isə öz növbəsində 2019-cu ildən bu yana xaricdən ölkəyə gətirilən avadanlıqlara görə heç bir gömrük rüsumu ödəməyib (Söhbət ciddi məbləğlərdən gedir). “Nəqşicahan satınalma”nın fəaliyyətində ciddi vergi pozuntularına da rast gəlmək olar.

Bu vergi-gömrük qaçaqçılığı proseslərinin aparıcı şəxsləri holdinqin rəhbəri Rıfat Mahmudov ( Sədərək gömrüyündə məhşurlaşan Nicat Mahmudovun qardaşı), holdinqin baş mühasibi Mirziyəddin, onun köməkçisi Qafar, “Nəqşicahan MED”in sabiq müdiri Cəlal Kərimov (bu ilin dekabrın 1-dən Cəlal müəllim Samirə Süleymanova adlı birisi ilə əvəz olunsa da şirkətin idarəçiliyinə yenə özü baxır), onun mühasibi Zeynalabdin və Nəqşicahan satınalmanın müdiri Nazimdir. Onlar vergi və gömrük qaçaqçılığında, həmçinin Naxçıvanda dərman inhirsarçılığının qurulmasında birbaşa məsuliyyət daşıyır”, - qaynağımız bildirir.

Mənbəmizin sözlərinə görə, Naxçıvanda DTX əməliyyatlara başlayandan sonra bir çox sahələrdə ciddi dəyişikliklər nəzərə çarpsa da, dərman inhisarçılığına toxunulmayıb: “Nəqşicahan” holding rəhbərliyi hələ də öz saxtakar ampluasındadır. Hələ də müxtəlif yollarla Naxçıvana başqalarının xaricdən dərman pereparatları gətirmələrinin qarşısı alınır. Hələ də Naxçıvanda dərmanların qiyməti Azərbaycanın digər rayonlarından 2-3 dəfə fərqlənir. Üstəlik, dərmanlar da keyfiyyətli deyil”.

İddialara görə, Naxçıvanın dərman monopolistləri öz işçilərini də rəsmi qeydiyyata almayıblar: “Düzdür, yoxlamalar başlayandan tələm-tələsik holdinqdəki bütün işçilərin 40 faizini rəsmiləşdirib və onlara Naxçıvanbank kartı paylayıbla. Geri qalan 60 faizi isə əvvəlki qaydada sənətsiz-sübutsuz işlədirlər. Və işçilər haqlı olaraq bu vəziyyətdən narazıdırlar. Ama işdən qovulma təhlükəsini gözə alaraq ya “səbr deyib” həyatlarına davam edir və bu zülmün bir gün bitəcəyinə inanırlar. “Nəqşicahan”ın bütün işçiləri səbrsizliklə DTX-nın onların da qapısını döyəcəyi günü gözləyirlər”.

Qeyd edək ki, yazıda adı keçən “Nəqşicahan MED” MMC “Nəqşicahan” Holdinq Şirkətlər qrupuna daxildir. MMC təkcə Naxçıvanın dərman inhisarçılığına baxmır. O, bu ildən başlayaraq Muxtar Respublikanın bəzi səhiyyə ocaqlarını da alıb öz təsərrüfatına qatmağa çalışır. Muxtar Respublikada DTX əməliyyatları başlamamışdan əvvəl Naxçıvan Diaqnostika Mərkəzinin gizli tenderlə “Nəqşicahan MED”-yə satıldığı ilə bağlı iddialar yayılmışdır. Bildirilirdi ki, sentyabr ayında tibb müəssisəsinin təhvil-təslim işləri gizli şəkildə başa çatdırılmış və SOCAR tərəfindən on milyonlarla manata tikilən Diaqnostika mərkəzi cəmi 100 min manata “Nəqşicahan MED”-ın balansına keçmişdi.

Naxçıvan Diaqnostika Mərkəzinin Talıbovlaşdırılması prosesi 2018-ci ildə başlayıb, bu ilin sentyabr ayında tamamlanıb. Vasif Talıbovun 24 may 2018-ci il tarixli sərəncamı ilə sözügedən tibb mərkəzinin Nəqşicahan MED-ə ötürülməsi üçün hüquqi baza yaradılması məqsədilə qəbul olunduğu bildirilir.

Qeyd edək ki, Naxçıvan Diaqnostika Mərkəzi 2007-ci ildə dövlət büdcəsi hesabına tikilib. Müasir avadanlıqlarla təchiz olunmuş mərkəzin neçəyə başa gəlməsi ilə bağlı rəsmi məlumatlara rast gəlinməsi də, onun dəyəri on milyonlarla manat hesablanır.

Diaqnostika Mərkəzini alan “Nəqşicahan MED” MMC yerli hakim ailə Talıbovların nəzarətindədir. Maraqlıdır ki, Diaqnostika Mərkəzinin Talıbovlaşdırılması 2018-ci ildən başlasa da, bu proses 4 ildən sonra 2022-ci ilin sentyabrında tamamlanıb. Özü də tələm-tələsik. Təxminlərə görə, Diaqnostika Mərkəzinin özəlləşdirilməsinin bu qədər yubanması, rəsmiləşdirmənin qarşısında dayanan əngəllərlə bağlı olub. Görünür, dövlət maliyyəsi hesabına başa gələn mərkəzin mənimsənilməsinin hüquqi bazası tam hazır deyilmiş və bir neçə aydan sonra Naxçıvanda əməliyyatların keçiriləcəyindən duyuq düşən Talıbovlar onun necə gəldi özəlləşdirilməsinə qərar veriblər. Sözsüz ki, bu tələskənlik Diaqnostika Mərkəzinin maliyyə maxinasiyalarını dövlətin nəzarətindən çıxarmağa və özəl təşəbbüskarların daxili işinə çevirməyə hesablanmış ola bilər.

MR Diaqnostika Mərkəzinin yeni sahibi Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən “0200728171 “NƏXŞİCAHAN MED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ” adıyla AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18 ünvanında rəsmi qeydiyyata alınıb. Şirkətin maliyyə hesabatlarına bu zamana qədər Azərbaycan Vergilər Nazirliyinin nəzarət etmək imkanlarının olmadığı bildirilir. Çünki Naxçıvan hakimiyyəti özünün muxtar hüquqlarından istifadə edib iqtisadi fəaliyyətinə girişi Bakının üzünə bağlayıb. Ümidvarıq ki, DTX-nın Naxçıvan Muxtar Respublikasında başlatdığı əməliyyatlar bu qıfılları qırıb və yəqin ki, yaxın günlərdə “qaramaskalılar”ın “Nəqşicahan”a təşrif buyuracağı xəbərlərini alacağıq.
 
Ardını oxu...
Teref.az yazır ki, ovqat.com saytının baş redaktoru Heydər Oğuz sensasyon bir məlumatla çıxışç edib. Heydər bəyin məqaləsini olduğu kimi oxuculara təqdim edirik. Heydər bəy yazır:
"Ramil Usubov Seymur ibn Vasifə 90 milyonluq xərac verib – Niyə və necə?
Xəritədə gördüyünüz işarələnmiş villalardan biri Vasif xanın böyük oğlu Rzanın, digəri isə Seymurundur. Maraqlıdır ki, villaların sahəcə kiçiyi böyük xanzadəyə, böyüyü isə kiçik xanzadəyə məxsusdur. Villaların üz-üzə dayanmasının kiçik oğlun əmlakının böyük oğuldan böyük olmasının maraqlı bir tarixçəsi var.
Əldə etdiyimiz məlumata görə, “xan” ailəsindən “milyonerlər” məhəlləsində ilk azan Rza Talıbov (Rza ibn Vasif) olub. O, xəritənin sol tərəfində gördüyünüz xırda villanı alanda qardaşı Seymur ibn Vasif özünü qana qoyur ki, bəs niyə abimin “milyonerlər” məhəlləsində villası olmalıdır, onun yox? Xan həzrətləri də evin ərköyünün qəlbinə dəymir, onun arzusunu dövrün Daxili İşlər naziri Ramil Usubova çatdırır. Ramil Usubov da arif adamdır, bilir ki, “xan” həzrətləri ondan xərac istəyir.
Yeri gəlmişkən, qeyd edim ki, Bakıda hakimiyyətə gələn bütün naxçıvanlılar bir qayda olaraq “xan”a xərac veriblər. “Xeyir-dua şirinliyi” adlanan bu xəracı aldıqdan sonra “xan” həzrətləri ürəyi istədiyinə yaşıl işıq yandırır, ürəyi istəmədiyinə isə “stop” qoyurdu. Hətta bu gün Böyükdüz əsirxanasında yatan Naxçıvanın sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun da alınan xəracın xeyir-duasının verilməməsinə qurban getdiyi bildirilir. İddialara inansaq, Əhməd Əhmədov paytaxtda yüksək vəzifəyə gəlmək üçün xanın böyük oğlu Rza ibn Vasifə ümumi dəyəri 12 milyon dollar olan xərac verib. “Xan” həzrətləri isə xəracı qəbul etməsinə baxmayaraq, təbəəsindən xeyir-duanı əsirgəyib. Əhməd Əhmədov da Rza ibn Vasifə və onun pulyığanı, Cahan Holdinqin prezidenti Vüqar Abbasova zəng edərək verdiyi xəracı geri istəyib. Araya mübahisə düşüb və Əhməd Əhmədov xanzadə ilə ağır danışıb. Ardınca da Naxçıvana çağrılan sabiq nazir həbs olunub. Ona külli miqdarda dövlət vəsaitini mənimsəmə maddəsi ilə günahlandırıb ağır cəza veriblər. Halbuki, sabiq nazir həbsdən 4 il əvvəl işdən çıxarılmış və sərbəst gəzib dolaşırdı. Elə bu faktın özü Ə.Əhmədovun korrupsiya əməlinə görə yox, “xan” oğluna ağır söz dediyinə görə həbs olunduğunu təsdiqləyir.
Görünür, işarələrdən anlayan Ramil Usubov (Baxmayaraq ki, əslən Naxçıvandan yox, Qarabağdandır, amma Naxçıvan klanının sayəsində yüksək məqamlara yüksəlib) da “xan”ın sözünü yerə salmağın nə ilə nəticələnə biləcəyini yaxşı başa düşdüyündən səxavət boxçasının ağzını bacardığı qədər gen açmağa çalışıb, Seymura Rza ibn Vasifin villası qarşısında daha əzəmətli pay vermək fikrinə düşüb. Amma qarşısında bir problem dayanıb. Həmin ərazidə 7-ci polis bölməsinin binası varmış. Ramil Usubov çox düşünmədən çıxış yolunu tapıb: həmin polis idarəsinin binasını Binəqədiyə köçürüb, ərazisini xan sülaləsinin ərköyünü Seymur ibn Vasifə verib.
Xəritədən də göründüyü kimi, Ramil Usubovun hədiyyəsi həm özünün, həm də xanzadənin adına layiq olub. Villanın ümumi sahəsi 2 hektar 70 sotdur. Ərazi o qədər genişdir ki, Seymur ibn Vasif böyük qardaşının villasının təxminən eynisini inşa etdirdikdən sonra artıq qalan sahədə bağ salıb. Xəritədə də bu məqam aydın sezilir."
Teref.az yazır ki, Heydər bəy məqalədə irəli sürdüyü fikirlərini şərh edərək yazır:
"Talıbov qardaşlarının villalarının yerləşdiyi ərazi Bakının ən bahalı yeri sayılır. Əmlak satışı ilə məşğul olan saytları nəzərdən keçirsək görərik ki, bu ərazidə 4.5 sot torpaq 1.1 milyona, 7 sotluq ərazi isə 2.3 milyona satılır. Ramil Usubovun Seymur ibn Vasifə hədiyyə etdiyi villanın sahəsinin 2 hektar 70 sot olduğunu nəzərə alsaq və onu əmlak bazarında bu gün təklif olunan qiymətlərlə hesablasaq məlum olar ki, sabiq nazir “xan”ın ərköyün balasına 90 milyon manatlıq torpaq hədiyyə edib. Yəqin razılaşarsınız ki, bu qədər bahalı hədiyyədən yalnız kreslonu qorumaq üçün keçmək mümkündür. Necə deyərlər, “qaz gələn yerdən fərə əsirgənməz”."
Teref.az olaraq qarşı tərəfin mövqeyiniu dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Vasif "xan" tarixçidir. Buna baxmayaraq XX əsri “xı-xı əsr” kimi oxuyur. Öz sahəsində bu qədər böyük düha sahibidirsə, görün, indi onun iqtisadi savadı nə qədərdir?
Görünür, cənab “xan”ın coğrafi savadı qıjqırdığından o, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikasını qarışdırır. Azərbaycan Prezidentinin Naxçıvan MR-ə ayırdığı dotasiyalar yəqin bu səbəbdən Acarıstana axışıb. Binəva xan neyləsin, ikisi də enində-sonunda Muxtar Respublika deyilmi? Nə fərqi var, ya Naxçıvan, ya Acarıstan? Əsas odur ki, dotasiyalar Muxtar Respublikaya yatırılıb.
Şəkillərdə: Vasif Talıbovun böyük oğlu Rzanın Batumidə açdığı “Divan” oteli. Açılışında iştirak edən Rza Talıbov bu otelin ona məxsus olduğunu da gizlətməyib və paylaşdığı statusunda yazıb:
Ardını oxu...
Gəmiqaya Holdinq tərəfindən istifadəyə verilmiş "Divan Suites Batumi" otelinin açılışında Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri cənab Arçil Xabadze, Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Aftandil Beridze, Gəmiqaya Holdinqin rəhbəri cənab Rza Talıbov eləcə də digər rəsmi qonaqlar iştrak ediblər".
Ardını oxu...
“Divan” otelləri Bakıdan tutmuş İstanbula qədər dünyanın müxtəlif şəhərlərində fəaliyyət göstərir. Deyəsən, bircə elə Naxçıvanda bu otelin filialı yoxdur. Naxçıvan MR vətəndaşlarının oğurlanan puluyla tikilməsinə baxmayaraq.
Heydər Oğuz
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Naxçıvanda müşahidə olunan hadisələr fonunda bir-birinin ardınca həbs olunan məmurların kimliyi ilə yanaşı, onların "həzm etdiyi" büdcə milyonlarının məbləği də ictimaiyyət tərəfindən böyük heyrətlə qarşılanmaqdadır. Hər halda, bu vaxta qədər "məmur yeyintisi" deyərək alışmadığımız rəqəmlər elan olunur...

DİA.AZ bildirir ki, bu istiqamətdə redaksiyamıza da Naxçıvandakı yeyinti faktlarını ifşa edən materiallar ötürülməkdədir. Bu barədə dia.az-a yazan mənbə Naxçıvan Dövlət Nəqliyyat Xidməti rəhbərliyinin həzm-rabedən keçirdməkdə olduğu büdcə vəsaitlərindən bəhs edir.

Mənbə dia.az-a yazır:

"Vasif Talıbovun Nəqliyyat şirkətinin indiki rəhbəri Əli Hüseynəliyev 4 ildir ki bu idarəyə rəhbərlik edir.

Bundan öncə Sənani Seyidov necə idarə edirdisə, bu da qaydaları dəyişmədən icra edir. Miliyonları "Naxcıvan bank"dan götürərək "Cahan" şirkətinin hesabına köcürərək Çinin ucuz markalı olan avtobuslarını Avropa avtobusları qiymətinə alır...

Vasif Talıbova öz sadıqliyini göstərir..."

Onu da qeyd edək ki, barəsində məlumat verilən Əli Hüseynəliyev də Şərurun Siyaqut kəndindəndir... Hər halda, bu faktın özü də kifayət qədər informasiya xarakterlidir...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
 
 

 
AZƏRTAC-ın idarə heyətinin keçmiş sədri Aslan Aslanovun öz vəizfəsindən uzaqlaşdırılmasına səbəb onun korrupsiya əməllərinin olması barədə deyilənlər təsdiqini tapmaqdadır.

 

Xalqxeber.az bildirir ki, Gununsesi.info-ya daxil olan bir materialda Aslan Aslanovun fəaliyyəti zamanı həyata keçirdiyi bəzi korrupsiya faktlarından bəhs edilir.

Bildirilir ki, Aslan Aslanov bu əməlləri Konstitusiya Məhkəməsinin mətbuat xidmətində çalışan oğlu Tural Aslanov ilə birlikdə həyata keçirib.
Ardını oxu...

Belə ki, AZƏRTAC-ın jurnalistləri üçün Dübəndidə ayrılmış torpaq sahələri jurnalist olmayan və A.Aslanova yaxın 32 şəxsin adına rəsmiləşdirilərək, sonradan etibarnamə ilə Tural Aslanovun yaxın dostu və AZƏRTAC-da reklam şöbəsinin müdiri olan Əlişan Quluzadənin vasitəçiliyi ilə satılməşdır. Ayrı-ayrı vətəndaşlara ümumilildə 16 satış həyata keçirilib.
Həmçinin Tural Aslanovun şəxsi biznes məqsədilə açdığı idman zalı üçün nəzərdə tutulan avadanlıq sonradan AZƏRTAC tərəfindən saxta tenderlə satın alınmışdır.

Söhbət hər iki proses üzrə milyonlarla manatdan gedir.
Aslan Aslanovun qohumları bir yana, Şabran rayonunun Qalaltı kəndində tikdirdiyi villasının bütün tikinti xərci də AZƏRTAC balansından ödənilib.

Bundan başqa tikinti rəhbərinə əməkhaqqı ödənilməsin deyə onun iki övladı da agentliyə tərcüməçi kimi işə alınıb.

Məsələ ilə bağlı Aslan Aslanovun mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Bununla belə onun da mövqeyini işıqlandırmağa hazırıq.

 

XalqXeber.Az
Ardını oxu...
 
 

Bir neçə gün bundan öncə Vəsilə Abulovanın ölkəni tərk etməsi haqqında məlumat vermişdik. "Azərbaycan Reallığı" məsələ ilə bağlı Vəsilə xanımın özündən məlumat alıb olduğu kimi dərc etmişdi. Onun sözlərinə görə işi ilə bağlı ölkədən kənarda olduğunu, ancaq ölkədən çıxma səbəbini isə beynəlxalq tədbirdə olduğu ilə əsaslandırmışdır. Çox maraqldır bu kimi tədbirlər 2-3 gün, maksimum 5 gün təşkil edir. Vəsilə Abulova isə 1 aydan artıqdır ki, ölkədə deyil.

 

"Azərbaycan Reallığı"na məlumatlı mənbədən Vəsilə Abulova haqqında yeni informasıyalar daxil olub. Mənbə iddia edir ki, adı muxtəlif qaranlıq qalmaqallarda hallanan xanım təkcə 5-6 ilin içində sürətlə varlanmağa başlayıb. Onun Bakının muxtəlif yerlərində dəyəri yüzminlərlə olan mükləri, maşınları, regionlarda bağ evləri hətta dəyəri 1 millyondan yuxarı olan şəxsi villasının olmasıdır. Görünən budur ki, bir gün onun da növbəsi çatacaq və hüquq-mühafizə orqanlarının xanım milyonçunun qapsını döyəcəyi gözləniləndir.
Ardını oxu...

Vəsilə Abulova

Mənbə iddia edir ki, Vəsilə xanımın top dağıtmaz sərvəti təkcə ölkədə olmaqla kifayətlənmir. Onun ölkədən kənar Gürcüstanda, Türkiyədə də biznesiləri var. Mənbənin verdiyi ilginc məlumat budur ki, o hətta qızıl briliant alveri ilə məşğuldur. Yəni mütəmadi olaraq Dubaydan ölkəyə qızıl, briliant gətirir. Bir sözlə ölkəyə gətirilən bir sıra qızıl ziynət əşyalarının başında dayanır. Sözü gedən biznesə isə bu yaxınlarda adı xalqın millyardlarını talamaqla yerli KİV in gündəmindən düşməyən Naxçıvan xanı Vasif Talıbov və ona yaxın olan şəxslərlə ortaq iş qurmasında hallanır.

Yerli KİV Vəsilə Abulovanı bəzi məmurlara bağlasa da özü dəfələrlə deyib bu mənim xeyrimədir məni gözə görünməyən mələklər qoruyur. Maraqlısı budur ki, onu tələm-tələsik ölkədən çıxamasına kim və necə yardımçı olub? Bəlkə həqiqətən də onun gözə görünməyən qoruyucu mələkləri var? Bəs kimdir o gözə görünməz qüvvələr və ya mələklər?

"Azərbaycan Reallığı"na daxil olan iddialarla bağlı Vəsilə Abulova ilə əlaqə saxladıq. Onun şəxsi nömrəsinə zəng çatmadığı üçün facebook şəxsi messengerinə yazdıq, və yazmağımıza peşman olduq ki, Vəsilə xanım bizi özü göndərdiyi dostluqdan özü çixararaq bizi onun haqqında həqiqəti yazmamaqda suçladı. Halbuki biz bir jurnalist normativlərinə uyğun olaraq Vəsilə xanıma ölkəmizi hansı ölkədə, Beynəlxalq tədbirdə, hansı təşkilat olaraq təmsil etdiyini soruşmuşduq. Məqsədimiz isə Vəsilə xanımın ölkəmiz üçün gördüyü önəmli işləri qabartmaq və əsla ona qarşı qərəzimizin olmadığını sübut etmək idi. Görünən budur ki sözü gedən xanım yenə də bizi yanlış anladı və bizə ironiya ilə cavab verdi. Ən əsası da ona verilən əsas sualları cavablandırmadı.
Ardını oxu...

Vasif Talıbov

Siz məni tanımadan bu yazıları mənim haqqımda necə yaza bilirsiz axı? Həqiqətən bir insan kimi anlamıram sizi? Mən başqa söz deməyəcəm və işlərinizdə uğurlar arzu edirəm adınız kimi İnşallah bir gün Azerbaycan reallığını əks etdirərsiniz kimi ittihamlar səsləndirərək mesaja cavab verməkdən imtina edib.

Biz Vəsilə xanım kimilər barəsində hansısa sifarişli yazılar dərc etsəydik yüzminlərlə oxucusu olan xəbər saytı kimi onunla əlaqə saxlamağa cəhd etməzdik biz bir xanıma mədəniyyət və etika numayiş etdirib onun mövqeyini öyrənməyə çalışdıq.

"Azərbaycan Reallığı" olaraq biz bu yazıdakı iddialarla bağlı yenidən Vəsilə xanımın cavab haqqını tanıyırq. 

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti