Ardını oxu...
Vasif “xan”ın oğlu Seymur Talıbovun Naxçıvanlı iş adamlarının əmlaklarını zorla ələ keçirdiyinə dair yeni dəlillər ortaya çıxır.
Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən sahibkar Xəyal Hüseynov Əlixan oğlunun iddiasına görə, 2013-cü ildə böyük əziyyət hesabına Naxçıvanın Əliabad kəndi yaxınlığında bir avtoservis ərsəyə gətirib. 4 il ərzində intensiv və keyfiyyətli çalışmalar nəticəsində avtoservis Naxçıvanda əməlli-başlı ün qazanıb. Hər kəs öz avtomobilini bu servisdə təmir etdirməyə çalışıb. Amma Xəyal Hüseynovun bu uğuru uzun sürməyib. 2017-ci ildə Seymur Talıbovun “şilləvuranı” və sürücüsü Həsən Əhmədov onun servisinə gəlib və “xanzadə”nin fərmayişini ona çatdırıb: “Servis Seymur müəllimin ixtiyarına verilməlidir”.
Təbii ki, fərmayiş yuxarı yerdən gəldiyindən Xəyal Hüseynovun buna qismi etirazlarının heç bir nəticəsi olmayıb. Tərəflər Naxçıvan şəhərindəki 1 saylı notariusa yollanıb və daşınmaz əmlakın bağışlanmasına dair müqavilə imzalayıblar. Avtoservis hədiyyə adı ilə “Nəqşi-cahan MED”in balansına keçirilib. “Hədiyyəni” qəbul edən tərəf isə şirkətin o zamankı müdiri Cəlal Kərimov olub.
Teref.az yazır ki, bunu jurnalist Heydər Oğuz deyir.Daha sonra jurnalist qeyd etdiyi faktlarla bağlı şərh verərək deyir:
Maraqlıdır, “Nəqşicahan” Holdinqin əczaçılıq üzrə ixtisaslaşmış şirkəti kimi fəaliyyət göstərən “Nəqşi-cahan MED” hansı məntiqlə avtoservisə yiyələnmək ehtiyacı hiss edib? Görünür, 11 illik orta məktəbi 8 ildə bitirdiyindən savadı qıjqıran Seymur əfəndi maşınların təmirini də tibb sahəsi hesab edirmiş. Yəqin onun fikrincə, təmir də elə bir növ avtomobillər müalicəsi kimi bir şeydir.
Qeyd edək ki, Naxçıvan sakinlərinin əmlaklarının zorla qəsb edilməsi Seymur Talıbovun “şilləvuranı” adı ilə ün qazanmış Həsən Əhmədovun ilk əl işi də deyil. Bundan əvvəl iş adamı Razi Orucovun əmlakları zorla ələ keçirilmişdi. Razi Orucov əmlaklarının qaytarılması tələbi ilə müvafiq orqanlara müraciət etsə də, Həsən Əhmədova verdiklərinin hamısını geri ala bilmir.
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dekabrın 22-də mədəniyyət naziri Anar Kərimov tutduğu vəzifədən azad olunub. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, Anar Kərimov Azərbaycan Prezidentinin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.
Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin edilib. Bununla yanaşı, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.

Adil Kərimli Bakı Dövlət Universitetində Hüquq fakültəsinin həm bakalavr, həm də magistr pillələrini bitirib. Daha sonra Bakı Dövlət Universitetində cinayət hüququ ixtisaslaşması üzrə doktorantura təhsili alaraq, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Daha sonra 4 il “Pro Bono” Vəkil Bürosunda vəkil işləyib. A.Kərimli 2010-cu ildə Azərbaycanın “Eurovision” yarışmasındakı nümayəndə heyətinin rəhbəri olub. Prezident İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.

Anar Kərimov 2020-ci ilin iyulunda mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti verilmiş, digər sərəncamla Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılmışdı.

Bir ay əvvəl-noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi bu nazirlikdə baş verənləri, daha doğrusu, ciddi korrupsiya hallarına yol verilməsi, eləcə də nazir Anar Kərimovun postuna adekvat olmayan fəaliyyətini gündəmə gətirmişdi. Yada salaq ki, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov, Protokol Şöbəsinin rəisi Kamil Rzayev və digər vəzifəli şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. Əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov barələrində olan korrupsiya əməllərinə görə həbs ediliblər.

Azər Rəcəbov Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə həbs olunmazdan cəmi 6 ay öncə təyinat almışdı. Onu da bu vəzifəyə mədəniyyət naziri Anar Kərimov təyin etmişdi.

DTX-nın keçirdiyi əməliyyatın bütün detalları açıqlanmasa da, nazirliyin yüksək vəzifəli əməkdaşlarının korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə saxlanıldığı bildirilirdi.

Mətbuatda yer alan məlumata görə, Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlama aparıb, Anar Kərimovun vəzifədə olduğu dövr təftiş edilib. Yoxlamaların nəticələrinə gəlincə, nazirlikdə külli miqdarda yeyinti faktının üzə çıxdığı iddia olunurdu.

Qəribə görünsə də, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş və həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı. Korrupsiya olayında adı hallanan Əbülfəs Qarayev 2020-ci il mayın 21-də vəzifəsindən azad edilmiş, bir müddət sonra onun yerinə Anar Kərimov gətirilmişdi. İlk baxışda yeni nazirdən gözləntilər müsbət olsa da, cəmi bir ildən sonra belə neqativ halların üzə çıxması onun karyerasına da nöqtə qoydu.

Anar Kərimov dövlət vəsaitlərini belə mənimsəyir: Şəhərin mərkəzində xanımına 3 milyonluq ofis alıb (FAKTLAR) - Busaat.az

Məlumata görə, dövlət büdcəsindən ayrılan milyonlarla vəsait Anar Kərimovun yaxın çevrəsinin adına təsis etdiyi və həyat yoldaşı Mehriban Kərimova tərəfindən idarə olunan “Cultural Network House” və digər şirkətlər üzərindən mənimsənilib. Media hələ bir müddət əvvəl yazmışdı ki, Anar Kərimov həyat yoldaşı Mehriban Kərimova üçün paytaxtın mərkəzi küçələrindən birində son bir ildə əldə etdiyi, ümumi sahəsi 400 kvadrat, dəyəri təqribən 3 milyondan çox olan ofis alıb.

Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən ayrılan milyonlara rəğmən, bölgələrin əksəriyyətində mədəniyyət evləri bərbad, baxımsız vəziyyətdədir.
“Yeni Müsavat”
 
Ardını oxu...
Sumqayıt Şəhər İcra Hakimiyyəti “Grant Dual” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 19 380 AZN olan müqavilədə bayram tədbirlərinin təşkilinin satın alınması nəzərdə tutulur.

Tenderin şərtlərindən məlum olur ki, İcra Hakimiyyəti şirkətdən 200 ədəd kiçik, 200 ədəd böyük ölçülü bayraqlar, 450 kvadratmetrlik plakat və transporantlar, 100 ədəd isə afişa alacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Grant Dual” MMC 1 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Bakı-2 küçəsi, ev 26, mənzil 33-də yerləşir. MMC-nin qanuni təsisçisi Məmmədova Lalə Vahid qızıdır.

Açıq mənbələrdə “Grant Dual” MMC və Lalə Məmmədov barəsində hər hansı məlumat yoxdur. Şirkətin nə veb-səhifəsi, nə də telefon nömrələri var. Görünür, bu, “Grant Dual” MMC-nin yeni yaranması ilə bağlıdır.

Bəs 3 ayın şirkəti satınalma müsabiqəsində necə iştirak edib? “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsində deyilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması gərəkdir. 3 aydır yaranan, adicə veb-səhifəsi belə, olmayan şirkətin bu kriteriyalara cavab verdiyi inandırıcı görünmür.

Maraqlıdır ki, “Grant Dual” MMC yeni yaranmasına baxmayaraq, artıq beş satınalma müsabiqəsinin qalibi olub. Bunlardan ikisi Sumqayıt Şəhər İcra Hakimiyyətinin, digər üçü isə Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin keçirdiyi müsabiqədir. Müqavilələrin hamısı dekabr ayında imzalanıb.

Müqavilələrdən o da aydın olur ki, “Grant Dual” MMC təkcə bayraq satmır. Şirkət eyni zamanda stol, stul, soyuducu, su qızdırıcısı, kompüter və s. bu kimi avadanlıqların satışı ilə məşğuldur. “Grant Dual” MMC eyni zamanda istehlakyönlü xidmətlər də göstərir. Bu xidmətlərə sənədlərin cildlənməsi, katriclərin və odsöndürən balonların doldurulması ilə məşğuldur.

Yeni yaranan şirkətin bir ayın içində Sumqayıtda beş satınalma müsabiqəsinin qalibi olması bir qədər şübhəli görünür.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib.

Teref.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu vəzifəyə təyin olunmasından heç iki il keçməmiş Anar Kərimovun işdən çıxarılması bir çox suallar yaradıb. Belə ki, adətən Azərbaycanda yüksək posta gətirilən məmurlara həmin sahədə özünü təsdiq etmək, lazımi işlər görmək üçün müəyyən zaman tanınır. A.Kərimovda isə belə olmadı və bu, açıq suallar yaratdı.

Məlum olduğu kimi, hələ bu qurumda Əbülfəs Qarayevin vəzifəsindən azad olunması ilə nəticələnən Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar A.Kərimovun vaxtında da davam etdi. Bu əməliyyatlar nəticədə onun birinci müavini Elnur Əliyevin bir neçə ay əvvəl işdən çıxarılması və digərlərinin həbsi ilə nazirlikdə baş verən oğurluq, yeyinti faktlarını obrazlı ifadə etsək, mədəniyyətsizliyi ortaya qoydu.

Bütün baş verənlər, həm də A.Kərimova bir siqnal idi. Lakin görünür, o, nə sələflərindən, nə də müasirlərindən dərs götürdü.

Bu arada, nazirin öz həddini aşması ilə bağlı daha bir fakt ortaya çıxıb.

“Qafqazinfo”ya daxil olan fotodan çox şey aydın olur. Belə ki, bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərdən birinə qatılan A.Kərimov, həmkarı, kənd təsərrüfatı naziri İnam Kərimov və onların xanımları sarayda adətən dövlət başçısının oturması üçün nəzərdə tutulan və protokol hesab edilən sıraya əyləşiblər.

Deyilənə görə, nazirə həmin yerin Prezident sırası olduğu haqda xəbərdarlıq edilsə də, o, məhəl qoymayaraq kresloların üstündəki örtüyü açdırıb və israrla orada oturub.

Vurğulayaq ki, A.Kərimovun yerini bilməməyi təkcə özünə aid olmayan yerdə oturması ilə bağlı deyil. O, qısa zaman kəsiyində nazir işləməsinə baxmayaraq, hərəkətləri ilə sənət adamlarının narazılığına səbəb olmuşdu. Belə ki, onun, hətta əsas yoxlanmalı yerləri qoyub Azərbaycan Dövlət Kukla Teatrı kimi bir mədəniyyət ocağında yeyinti axtarması gülüşlə qarşılanmışdı.

Sadaladıqlarımız məhz A.Kərimovun nazir ömrünün belə qısa bitməsi ilə nəticələndi. Zənnimizcə, bu tale bir daha yüksək etimad göstərilən məmurlar üçün örnək olmalıdır.
Ardını oxu...
 
Ardını oxu...
Təqdim edəcəyimiz bu fakt ölkəmizdə hətta rəsmi qumar biznesinin ("Azərlotoreya"nın fəaliyyətini başqa cür adlandırmaq olmaz -dia.az) belə sağlam əllərdə olmadığını sübutlayır. Yayılan məlumatlardan aydın olur ki, bir vaxtlar "Gəzi” olaylarına dəstək verən şəxsə "Azərlotereya" ASC-də vəzifə verilibmiş.
Ardını oxu...

TEREF.AZ bildirir ki, bu mühüm xəbəri 32gun.az postalı yayıb. Saytın əldə etdiyi məlumata görə, ASC-nin informasiya Texnologiyaları və Müəssisə Resurslarının idarə olunması üzrə Baş Rəhbəri Devrim Başkan Taksimdə "Gəzi Parkı" etirazlarına dəstək olub.

Ardını oxu...

ASC-nin indiki rəsmisi Ərdoğanın 2014-cü ildə mitinqdə, “Twitterin filanın, hamısının kökünü qazıyacağıq" deyib, bir neçə saat sonra mikrobloqa daxil olunmanın qarşısı alınmasını ələ salıb. Belə ki, o həbs olunmuş mavi quş şəklini "facebook"da profilşəkili edib.

Ardını oxu...

Həmçinin "Gəzi parkı" etirazlarının şüarı "#diren" ifadəsi işlədilmiş paylaşım edib.

Ardını oxu...

DİA.AZ-dan: Hər halda, yuxarıda açıqlanan faktların heç birinin küçümsənilməməsi mühümdür. Ən azından ona görə ki, bu faktlar əslində hər zaman və ələlxüsus da torpaqlarımızın işğaldan azad olunması iə yekunlaşan 44 günlük savaş boyunca Azərbaycanın yanında dayanan rəsmi Ankara üçün QIRMIZI CİZGİLƏR hesab olunur və bunu bilməyən yoxdur. Yuxarıda təqdim olunan faktlar FETÖ terror təşkilatının söykəndiyi ideyalardan doğan davranışlardır ki, bu məsələ Azərbaycanın da hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Bəlkə də Azərbaycanda rəsmi qumar biznesi kimi gəlirli bir sahə FETÖ-ya həvalə olunub?.. XƏBƏRİMİZ YOXDUR...

İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
İndiyə qədər Azərbaycan Daxili İşlər Nazirliyinin mediada və sosial şəbəkələ gedən şikayətlərə, ictimailəşən mövzulara operativ reaksiya verdiyinin şahidi olmuşam. Ancaq həmin qurumun daxilində az qala aftanom şəkildə fəaliyyət göstərən DYP sistemində baş alıb gedən səhlənkarlıq məni bu mövzunu ictimailəşdirməyə vadar etdi. Deməli, 30 noyabr, saat 16.50 radələrində içərisində ailə üzvlərim: həyat yoldaşım və iki az yaşlı uşağımın olduğu 90VM585 dövlət nişanlı şəxsi avtomobilimlə Bakı-Quba yolu ilə üzü şəhərə doğru hərəkət edərkən çox təhlükəli hadisə ilə rastlaşdıq. Şəkildə gördüyünüz 90UD998 markalı bu avtomobil, uzun bir məsafə boyu məni hərəkət istiqamətini sol tərəfinə sıxaraq, maşınımın beton “bardura” çırpılmasına çalışırdı. Əvvəl bunu sadə bir “avtoşluq” əməli kimi zənn etdim. Amma sükan arxasındakı adamım bu hərəkəti davamlı etməsi, məni bu fikirimdən yayındırdı. Çox gərgin anlar yaşandığı üçün , uşaqlar bərk qorxdular, qışqırıb ağlayırdılar.
Hətta həmin gündən sonra onlar mənim maşınıma minməkdən qorxurlar, bərk psixoloji sarsıntı keçiriblər. Ekologiya postunu keçəndən sonra, Avtovağzalın tuşuna kimi bu adam məni təqib etdi. Adamın xarici görünüşünü də görə bildim. İdmançı görkəmli, üzü saqqalı idi. Dərhal 102 xidmətinə zəng edib, hadisəni olduğu kimi danışdım və həmin avtomobilin nömrəsini təqdim etdim. Mənimlə özünü “Ekologiya postu”nun əməkdaşı kimi tıqdim edən DYP əməkdaşı əlaqə saxladı. Hadisəni ona da danışdım. Sonra Abşeron polisindən əlaqə saxladılar. Təzədən ona da hadisəni danışdım. Mən avtomobildə tək olsaydım həmin adamı sona qədər təqib edib, saxlatdırıb məsələni aydınlaşdırarmağa çalışardım.
Ardını oxu...
Maşında təşviş içində olan azyaşlı uşaqlar olduğu üçün, dərhal polisə müraciət etdim. Həm də inandım. Bir neçə gün gözlədim, heç bir səs çıxmadı. Yenidən 102-ni yığıb, şikayətimi bildirdim. Bundan sonra mənimlə Bakı Şəhər Baş Dövlət Yol Polisinin əməkdaşları əlaqə saxlamağa başladı. Sanki məndən “müsahibə” alırlar kimi, ancaq suallar veriib, cavab almaqla işlərini bitmiş saydılar. Vəssəlam! Düz 22 gündür ki, həmin avtomobili saxlayıb, tədbir görmürlər. Videogörüntülərə baxıb, araşdırmırlar ki, bu adam niyə ailə üzvlərimlə birlikdə məni öldürməyə çalışırdı? Məcbur qalıb özüm şəxsi kanallarımla həmin maşının kimə məxsus olduğunu araşdırdım. Həmin maşın Xırdakan şəhərində daimi qeydiyyatda olan Rüstəmov Elşən Eyyub oğlunun adındadı. Maşını etibarnamə ilə Sumqayır şəhəri, Koteç qəsəbəsində daimi qeydiyyatda olan Heydərov İldırım Heydər oğlu idarə edir. Etibarnamənin vaxtı isə 11.02.2021-ci ildə bitib.
Çox maraqlıdır, hörmətli DYP rəisi, general Ramiz Zeynalov öz ailəsi ilə birlikdə belə situasiya ilə rastlaşsaydı və bununla bağlı 22 gün ərzində heç bir tədbir görülməsəydi hansı hissləri keçirərdi?
Məhəmmədəli Qəribli
Teref.az
 

Ardını oxu...
Sirr deyil ki, Naxçıvan həqiqətlərini işıqlandırmağa başladığım gündən MR-dən ən müxtəlif formalarda təhdidlər almışam. Amma bu təhdidlərin heç birinə əhəmiyyət verməmiş və onları ictimailəşdirməmişəm. Çünki mən bu yola qədəm qoyanda nə ilə üzləşə biləcəyimin fərqində olmuşam. “Çaqqaldan qorxan meşəyə girməz” məntiqinə əsaslanıb yoluma davam etmişəm. Yeganə istunad nöqtəm isə şeirlərimdən birində yazdığım kimi “Kəfəni əyninə geyməyən xalqın Vətəni əyninə kəfən geyinər” arqumenti olub.

Ardını oxu...

Mən uzun sürən bu savaşda yalnız bir təhdidi ictimailəşdirmişəm. Səbəbi isə həmin təhdidin mənim şəxsimə qarşı yox, dövlətimizin suverenliyinə qarşı yönəlməsi idi. Söhbət Naxçıvan MR DİN-nin 7-ci şöbəsinin əməkdaşı Asəm Kazımov adlı polis zabitinin paylaşdığım bir statusun altına yazdığı rəydən gedir. Asəm Kazımov sözügedən təhdid rəyində məni oğurlayıb Naxçıvana aparacaqlarını, MR DİN-in zirzəmisində şəxsən nazir Rəşad İsmayılov tərəfindən barmaqlarımın qırılacağını, müraciətlər ünvanladığım rəsmilərin belə, məni xilas edə bilməyəciklərini bildirirdi. Mən isə həmin vaxtlar Naxçıvanda baş verən özbaşınalıqların qarşısını almaq üçün Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciətlər edirdim. Dolayısıyla bu təhdid mesajında hədəf təkcə mən deyildim, həm də dövlətimizin ən ali iki vəzifəsini icra edən rəsmilər idi. Məhz bu səbəbdən mən həmin təhdidləri dövlətimizin siyasi iradəsinə qarşı üsyan kimi dəyərləndirib ölkə başçısına açıq məktub yazmışdım.
Maraqlıdır ki, Vasif Talıbov istefa ərizəsi yazıb öz separatçı fəaliyyətini dayandırdıqdan sonra batmaqda olan gəmini ilk tərk edən “siçovul” mənimlə yanaşı dövlət rəhbərlərinə qarşı barmaq silkələyən həmin Asəm Kazımov olub. Əldə etdiyim məlumata görə, Asəm Kazımov dünən Bakı şəhəri Baş Polis İdarəsinə Cinayət axtarış idarəsinə əməliyyat müvəkkili vəzifəsinə gətirilib. Məni bir sual maraqlandırır: Naxçıvan polislərinə illər uzunu qan udduran, MR DİN-də bir çox korrupsiya əməllərinin başında duran bu şəxsin hansı keyfiyyəti və xidmətləri əsas götürülüb sözügedən vəzifəyə təyin olunub?
Ümid edirəm ki, Azərbaycan Daxili İşlər naziri Vilayət Eyvazovun bu təyinatdan xəbəri yoxdur və bu addım ona qarşı təxribatdır. DİN-nin məni narahat edən bu suala aydınlıq gətirəcəyini gözləyirəm.

Heydor Oğuz
ovqat.com-un baş redaktoru - DİA.AZ


Ardını oxu...
Ardını oxu...
 

2.50 manatdan 3.50 manata qaldırılan abunə haqqına görə 3.85 manat tutulur
Naxçıvandan gələn xəbərlər içində telefon haqqının Bakıdan 35 qəpik baha olması haqqında informasiya yanlışdır. Nədən təkcə Naxçıvanda deyil, bütün ölkədə, baş şəhərimiz Bakı da içində olmaqla, telefon haqqı, Tarif Şurasının qərarında nəzərdə tutulduğu kimi noyabrdan 3.50 manat yox, 3.85 manat təşkil edir. Başqa sözlə, telefon xidməti inhisarçı hökmranlığından yararlanaraq, özbaşına yeni tarifə 10 faizlik -35 qəpik əlavə edib. Abonentin – istehlakçının həddi nədir ki, qanunvericiliyə uyğun olaraq 3.50 manat ödəsin, anında borc adına telefon xidmətindən məhrum olacaq. Yeri gəlib, bu sətirlərin yazarının telefonu 59 qəpik “qəbz borcu” adına noyabr ayında kəsilib, dekabrdakı bildirişdə borc məbləği 69 qəpik göstərilməklə “danışıq borcu” kimi sırınır. “Qəbz borcu”nun “danışıq borcu”na çevrildiyini anladıq, bəs telefon işləmədiyi halda 10 qəpiklik danışığın haradan qaynaqlandığını necə anlayaq? Belə bəlli olur ki, telefon xidməti dələduzluqla məşğuldur, Konstitusiyaya, istehlakçı hüquqlarına hörmətsizlik edir.
Bunu Teref.az saytınas göndərdiyi məqaləsində müəllif yazır. Fikirlərini şərh edən müəllif davam edərək yazır:
Konstitusiyanın 73-cü maddəsinin ll hissəsində heç kəsin qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və digər dövlət ödənişlərini ödəməyə məcbur ediləbilməzliyi doğrulanıb. Bəs niyə telefon xidməti qanunda nəzərdə tutulmadığı halda , qanunda göstərilən 3.50 manatdan 35 qəpik artıq ödəniş tələb edir və inhisarçı mövqeyindən yararlanaraq zorla alır? İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəs hara baxır? Tarif Şurasının heç bir sosial – iqtisadi əsaslandırma olmadan telefon abunə haqqını birdən- birə 40 faiz artırması bir yana, hələ üstəlik bu artıma telefon xidmətinin də 10 faiz -35 qəpik əlavə etməsi özbaşınalığına kim son qoymalıdır? Nə yazıq, Tarif Şurası da, inhisarçılıqla mübarizə aparan Xidmət də İqtisadiyyat Nazirliyinin başçılığı altında “döyüşür”. Həmişə də Şura qalib olur.
35 qəpik əlavənin nədən qaynaqlandığına hələ də aydınlıq gətirilmir. Daxil olan zəngləri müəyyən etməkdən yanadırsa, telefon xidməti bunu etməyə borcludur. Bəyəm xidmətin başqa adı var? Yoxsa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adi bir yaxmaya görə ən azı 40 manat test haqqı tutması kimi, bu xidmət də “xidmətlər zərfi”nə daxil edilməyib?
Ümidli olmasaq da, bağlantılı dövlət qurumlarının Konstitusiyanı, istehlakçı hüquqlarını kobud şəkildə pozan telefon xidmətinin qanunsuz xidmət haqqı tutmasına hüquqi qiymət verilməsini təmin edəcəyini güman edirik.
Məğrur Bədəlsoy
Teref.az olaraq ümid edirik ki, aidiyyatlı qurumlar müəllifin iddialarına cavab verəcək!
Teref.az
 
 

Ardını oxu...
Fariz Xəlilli: "Biz də başqaları kimi bir qurumuq, niyə icra başçısından asılı olmalıyıq?”
Ağsunun Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu, DTX-nın rayon şöbəsinin rəisi Fuad Təhməzovu və rayon prokuroru Elnur Cəfərovu məhkəməyə verib.

Bələdiyyə sədri Meydan TV-yə danışır ki, bu il oktyabrın 26-da Gədəliyə gələn icra başçısı vətəndaşlarla səyyar görüş keçirib.

O da Gəgəli Bələdiyyəsinin sədri kimi icra hakimiyyətinin dəvəti ilə görüşdə iştirak edib.

Bələdiyyə ilə bağlı suallara cavab verərkən icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, Ağsu rayon prokuroru Elnur Cəfərov sakinləri bələdiyyə sədri ilə üz-üzə qoyub, seçicilərinin qarşısında onunla aşağılayıcı tərzdə davranıblar.

Bələdiyyə sədri Meydan TV-yə həmin səyyar görüşdə baş verənlərdən danışıb.

Onun sözlərinə görə, rayon məmurlarının aşağılağıcı davranışları üzündən görüşü yarımçıq tərk etməli olub: "Sakinlərə deyirlər ki, guya mən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemini icad etmişəm, vətəndaşları aldadıram. Bildirmişəm ki, bu məlumat sistemi bütün bələdiyyələr üçün tətbiq edilir. Mənim belə bir sistemi icad etmək imkanım yoxdur. Guya hər gecikən gün üçün faizlər qanunsuzdur və yalnız Gəgəli Bələdiyyəsində tətbiq edilir. Bildirmişəm ki, bu, Vergi Məcəlləsi ilə tənzimlənir və BAMS tərəfindən hesablanır. Bildirişləri kəsib vergi ödəyicilərinə veririk. Guya borcluların İcra və Probasiya Şöbəsinə yönəldilməsi ölkədə yalnız Gəgəli Bələdiyyəsində tətbiq olunur və bu, mənim insafsızlığımdır. Bildirmişəm ki, bu, qanunvericiliklə tənzimlənir. Bələdiyyənin büdcəsi və hesabatlılığını isə lağlağıya çevirdilər. Hətta mənim elmi araşdırma üçün Avropaya bələdiyyənin büdcəsi hesabına səfər etdiyimi də dedilər. Halbuki, mən dövlət büdcəsi hesabına getmişdim, bələdiyyə büdcəsinin yox… Bir sözlə, məni seçicilərimlə üz-üzə qoymaq üçün hər yola, hər sözə əl atdılar”.

Fariz Xəlillinin sözlərinə görə, əvvəlki bələdiyyə sədri özünə və yaxın qohumlarına yüz hektarlarla örüş torpağı ayırıb. Sonradan Torpaq Komitəsində işləyəndə həmin torpaq sahələrinin təyinatını dəyişdirməyə və satmağa nail olub.

Hazırda isə Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri kimi qeyri-qanuni subsidiyalaşdırılma işləriylə məşğuldur.

Bələdiyyə sədri hələ də rayon məmurlarıyla ona qarşı birləşib: "Rayonun məmurları həmin keçmiş bələdiyyə sədriylə daha rahat dolanırdılar. Ancaq əvvəlki bələdiyyə sədrindən fərqli olaraq mən yeniliklər, dəyişikliklər etməyə can atıram, bələdiyyənin işinə qarışmaması üçün məmurlara müqavimət göstərirəm, bu, onların xoşuna gəlmir. Bələdiyyə sədrini idarə etməyə, qarşılarına qoyub uşaq kimi danlamağa öyrəşiblər. Mən bələdiyyənin büdcəsini formalaşdırmışam, hazırda özümüzə görə büdcəmiz var, biz də başqaları kimi bir qurumuq, niyə icra başçısından asılı olmalıyıq? Niyə başımızın üstündə dayanmalıdırlar?”.

Ağsu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, icra hakimiyyəti bələdiyyələrin işinə qarışmır, Gəgəli Kənd Bələdiyyəsi sədrinin danışdıqlarının heç bir əsası yoxdur: "Hazırda da məhkəməyə müraciət edib, son qərarı məhkəmə verəcək”.

Bələdiyyə sədri deyir, bəli, bu ilin noyabrında tənbəllik etməyib, hər üçünə qarşı Ağsu Rayon Məhkəməsində iddia qaldırıb.

Fariz Xəlilinin məhkəmə iddiası hər üç vəzifəlinin Cinayət Məcəlləsinin 148-ci maddəsinə və 308-ci maddəsinə əsasən cəzalandırılması, mənəvi zərərin ödənilməsidir.

O, zərər kimi icra başçısından 30 min manat, prokuror və DTX rayon şöbəsinin rəisinin hər birindən 15 min manat kompensasiya tələb edir.

Məhkəmənin keçirilmiş hazırlıq iclasında hakim cavabdehlərin ünvanlarının göstərilmədiyini əsas gətirərək iddia ərizəsini iddiaçıya qaytarıb. Fariz Xəlilli qərardan Şirvan Apelyasiya Məhkəməsinə şikayət edib.

Bələdiyyə sədri təkcə məhkəməyə yox, Prezident İlham Əliyevə də müraciət edib: "… Kənddə indiyə qədər büdcəmiz qanunvericiliyə uyğun olaraq 100 faiz nağdsız əməliyyatlarla formalaşıb və xərclənib. Bütün işlər hesabatlı, şəffaf olub və mümkün hər yerdə elan edilib. Ədliyyə Nazirliyindən və geniş ictimaiyyətdən Gəgəli Bələdiyyəsi haqqında məlumat ala bilərsiniz. Təəssüf ki, indiyə qədər işimizə mane olan bu qruplaşma haqqında bütün aidiyyəti qurumlara məlumat versək də, cavabsız qalıb”, – bələdiyyə sədri Prezidentə müraciətində bildirib.
 
Ardını oxu...
Naxçıvandakı yoxlamalar zamanı, vətəndaşların siyahıya alınması prosesində milyonlarla manat vəsaitin mənimsənilməsi üzə çıxıb. Məlumata görə, bu işdə Naxçıvan MR Statistika Komitəsi və Naxçıvan Bank əlbir olublar. Həmin bankın yerli hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir. Pulu mənimsəmək üçün, öncə siyahıya alma işlərini həyata keçirən şəxslərlə müqavilələr bağlanılıb. Daha sonra, adıçəkilən bankda onların adına kartlar açılıb. Lakin, həmin kartlar sahiblərinə yox, Naxçıvan Ali Məclisinə təqdim olunurmuş. Ali Məclis əməkdaşkarı bu pulları bankdan çəkib, mənimsəyirmişlər.
Bu faktı 2019-cu ildə əhalinin siyahıya alınmasında iştirak edən şəxslər də təstiq edirlər. Teref.az yazır ki, onlardan R. Muradov "Gündəlik Naxçıvan"a bildirir ki, gördükləri işə görə pullarını tələb edəndə, onları polislə hədələyiblər:
“Bizə dedilər ki, siyahıya alma üçün bir neçə aylıq işçi yığılır. İşsiz olduğum üçün mən də yazıldım. Sənədləri toplayıb, Naxçıvan şəhər Statistika İdarəsinə təqdim etdim. Siyahıya almada iştirak etdikdən sonra maaş kartımızı bizə vermədilər. Dəqiq bilirdik ki, kart sifariş verilib. Maaşlar yubandığı üçün gedib tələb etdik. Bizə polislə hədə-qorxu gəldilər. Dedilər ki, bu pullar abadlıq - quruculuq işlərinə xərclənir.”
Təhlükəsizlik üçün adını çəkmədiyimiz Naxçıvan Bankın əməkdaşı da deyilənləri təsdiqləyib. O deyir ki, 2019-cu ildə siyahıya alınmada iştirak edənlərin hamısına bankda kart çıxarılıbmış. Lakin, kartlardakl pul, bank rəhbərinin tapşırığı ilə, Ali Məclisə təqdim olunub:
“İki nəfər qara kostyumda adam gəldi. Bankda Ali Məclisdən gəldiklərini dedilər. Pulların hamısı çıxarıldı, sayılıb hazırlandı. Işçilərin 3 milyon manat maaşı həmin şəxslərə verildi.”
O deyir ki, bundan əlavə, siyahıya alınmaı üçün ayrılan 1 milyona yaxın pul isə statistika idarəlrinin hesabına keçirilib və oradan müxtəlif adlarla silinib.
 

Dünyapress TV

Xəbər lenti