DOST görün, kimlərlə 'dostluq edir'... - İLGİNC
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (“DOST”) PHŞ-nin elan etdiyi tender yekunlaşıb.
Agentliyin elan etdiyi tenderin qalibi “B2B Group” MMC (VÖEN: 1005873041) olub və tərəflər arasında 3.374.723,3 AZN dəyərində müqavilə imzalanıb.

Məlumata əsasən, Agentlik MMC-dən, hökumət buludu layihəsi çərçivəsində müxtəlif növ texnoloji avadanlıqlar və lisenziyalar satın alacaq.

Bu tərəflər arasında imzalanan ilk milyonluq müqavilə deyil. Dövlət satın almaların vahid interent portalından əldə etdiyimiz məlumatlara əsasən tərəflər arasında daha öncə də dəfələrlə dəyəri milyon manatdan çox olan müxtəlif müavilələr imzalanıb.

Həmin müqavilələri təqdim edirik:

– 18 dekabr 2020-ci ildə DOST mərkəzlərində 7 istiqamət üzrə monitorinq sisteminin və monitorinq qruplarının yaradılması ilə əlaqədar lazımı texniki avadanlıqların satın alınması ilə bağlı 1.415.247,16 AZN,

– 20 sentyabr 2023-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən lisenziyaların satın alınması ilə bağlı 4.440.163,62 AZN,

– 19 fevral 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzi və Sumqayıt DOST Mərkəzində istifadə olunacaq İT və yardımçı avadanlıqların satın alınması ilə bağlı 5.389.546,16 AZN,

– 13 avqust 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Naxçıvan DOST Mərkəzi üçün texnoloji avadanlıqların satın alınması ilə bağlı 1.769.829,25 AZN,

– 24 oktyabr 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən proqram təminatı və zəmanətlərin satınalınması ilə bağlı 1.876.388,8 AZN və yuxarıda bəhs etdiyimiz 3.3 milyonluq müqavilə.

Bundan əlavə mediada şirkətin daha bir neçə böyük məbləğli tenderlərin qalibi olması barədə məlumat gedib.

Məlumata görə MMC təkcə 2023-cü ildə dövlət qurumları tərəfindən keçirilən 15 böyük məbləğli tenderin qalibi olub. 2023-cü ilin yalnız may ayında şirkət ümumi maliyyə dəyəri 56.811.186 manat olan 7 tenderin qalibi olub.

Bunlardan savayı MMC, Agentliyin yarım milyon manatdan çox bir neçə tenderinin də qalibi olub. Tərəflər arasında indiyə qədər 20 satın alma müqaviləsi imzalanıb.

Toplamda isə yaradıldığı gündən bəri MMC, 182 tenderin qalibi olub.

“B2B Group” MMC, “DOST”dan başqa bir neçə dəfə də digər qurumlar tərəfindən elan edilən və dəyəri milyon manatdan çox olan bir neçə tenderin qalibi olub.

Şirkət müxtəlif vaxtlarda

Dövlət Sosial Müdafiə Fondunun 1.151.945,97 AZN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1.348.576,81 AZN, 1.712.028,96 AZN, 1.730.674,58 AZN və 1.186.976,99 AZN, “Azərbaycan Dəmir Yolları” QSC-nin 1.127.075,11 AZN, Dövlət Gömrük Komitəsinin 12.037.630,71 AZN, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1.253.806,88 AZN, Müdafiə Nazirliyinin 1.898.940,96 AZN dəyərində tenderlərinin qalibi olub.

Qeyd edək ki, MMC, 19 aprel 2019-cu ildə dövlət qeydiyyatına alınıb. 10 AZN nizamnamə kapitalına malik şirkətin qanu təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.

Mediada gedən məlumatlara görə, Ramal Bəşirov əvvəllər 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olduğu iddia edilən “Caspel” şirkətində çalışıb.

“B2B Group” MMC-nin də sahibinin keçmiş məmur olduğu bildirilir. İddialara görə, şirkətin sahibi 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Səbail Rayon İdarəsinin keçmiş rəisi, daha sonra isə nazir müavini vəzifəsində çalışmış general-mayor Elçin Əliyevdir.

Elçin Əliyev də “MTN işi” çərçivəsində tutduğu vəzifədən azad edilib.

/Nocomment.az

Lakin “B2B Group” MMC-dən bu barədə mediaya verilən açıqlamada şirkətin Elçin Əliyevə məxsus olduğu barədə məlumat təkzib edilib.
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?

Dünyapress TV

Xəbər lenti