dieta_521.jpg

r il dünyada bir çox insanlar xərçəng xəstəliyindən əziyyət çəkirİstifadə etdiyiniz bəzi qidalar xərçəng riskinizi artıra bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dünyada hər il milyonlarla insana təsir edən xərçəng xəstəliyi təkcə genetik və ətraf mühit faktorları ilə deyil, həm də gündəlik qidalanma vərdişlərimizlə sıx bağlıdır.

Harvard Universitetinin məzunu qastroenteroloq Dr. Saurabh Sethi sosial mediada yayılan bir videoda elmi araşdırmalara əsaslanaraq xərçənglə əlaqəli olan altı qida qrupunu izah etdi. Sethinin fikrincə, bu qidaların azaldılması və ya tamamilə həyatımızdan çıxarılması uzunmüddətli perspektivdə sağlamlığımızın qorunmasında böyük rol oynaya bilər.

1. Emal edilmiş ət

Kolbasa, və sosiska kimi emal edilmiş ət məhsulları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “Qrup 1 kanserogenlər” kimi təsnif edilir. Yəni bu məhsulların xüsusilə bağırsaq xərçəngi ilə əlaqəsi elmi şəkildə sübuta yetirilib. Doktor Sethi bildirir ki, işlənmiş ətlərdə istifadə edilən nitratlar və konservantlar bağırsaq hüceyrələrinə zərər verə bilər. Bunun əvəzinə qril toyuq və mərcimək kimi evdə hazırlanmış və bitki mənşəli protein mənbələri tövsiyə olunur.

2. Şəkərli içkilər

Qazlı içkilər və şəkərlə şirinləşdirilmiş içkilər qanda şəkərin səviyyəsini artırmaqla yanaşı, piylənmə ilə bağlı xərçəng riskini də artırır. Döş, mədəaltı vəzi və bağırsaq xərçəngləri bu qrupa daxildir. Alternativ olaraq evdə hazırlanmış meyvə şirələri, bitki çayları və ya təzə kokos suyuna üstünlük verilə bilər

3. Qızarmış qidalar

Kartof qızartması və qızardılmış qəlyanaltılar, xüsusilə də dəfələrlə istifadə edilən yağlarda bişirildikdə, kanserogen birləşmə olan akrilamidin əmələ gəlməsinə səbəb ola bilər. Bu maddələr oksidləşdirici stress və iltihabı tətikləyərək xərçəng riskini artırır. Buxarda bişirmək alternativlər arasındadır.

4. Manqalda bişən qidalar

Manqalda yüksək temperaturda bişmiş və kömürlənmiş ətlər DNT-nin zədələnməsinə səbəb olan HCA və PAH adlı kimyəvi maddələr buraxa bilər. Doktor Sethi bu şəkildə bişirilmiş ətin tez-tez istehlak edilməsinin xərçəngin inkişafına təkan verə biləcəyinə diqqət çəkir. Yavaş bişirmə, buxarda bişirmə təhlükəsiz üsul kimi tövsiyə olunur. Bundan əlavə, ətin marinasiyası və ədviyyatlarla zənginləşdirilməsi riski azalda bilər.

5. Alkol istifadəsi

Bir stəkan şərab zərərsiz görünsə də, araşdırmalar göstərir ki, spirt xüsusilə döş və qaraciyər xərçəngi riskini artıra bilər. Doktor Sethi vurğulayır ki, spirt bədəndə estrogen səviyyəsini dəyişir və DNT təmirini çətinləşdirən qida maddələrinin udulmasına mane olur. Kombuça və nar suyu kimi fermentləşdirilmiş içkilər sağlam alternativlər arasındadır.

6. Hazır qidalar

Hazır şorbalar, qablaşdırılmış qəlyanaltılar və dondurulmuş yeməklər vaxta qənaət etsə də, emal edilmiş maddələr səbəbi ilə xroniki iltihaba səbəb ola bilər. Mütəxəssislər bu vəziyyətin xərçəngə yol açdığını bildirirlər. Bunun əvəzinə təzə tərəvəzlər, bütün taxıllar, qoz-fındıq və evdə hazırlanmış yeməklər tövsiyə olunur.

Sağlam bəslənmə nədir

Balanslaşdırılmış pəhriz bədənin inkişafı, təmiri və toxunulmazlığı üçün lazım olan zülalların, karbohidratların, yağların, vitaminlərin və mineralların düzgün nisbətlərini təmin edən qidalanma modelidir. Mütəxəssislər fərqli qida qruplarının balanslı şəkildə istehlak edilməsinin xərçəngdən qorunmaq üçün əhəmiyyətli bir addım olduğunu söyləyirlər.

İdman bir qalxandır

Elmi araşdırmalar göstərir ki, müntəzəm fiziki fəaliyyət döş, bağırsaq, ağciyər və mədə kimi bir çox xərçəng növlərinin riskini azaldır. Məşq bədən çəkisini tarazlayaraq hormon balansını təmin edir, immuniteti gücləndirir və iltihab səviyyəsini azaldır. O, həmçinin həzmi sürətləndirir və potensial kanserogenlərlə təmas müddətini azaldır.

Günel Həsənova

Gununsesi.info

Dünyapress TV

Xəbər lenti