![]() |
![]() ![]() ![]() |
|
Əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin evində toydur.
Musavat.com axşam.az-a istinadla xəbər verir ki, bəstəkarın qızı Banuçiçək Mehrac adlı bəylə ailə qurur.
Bakıdakı restoranlardan birində keçirilən toya sənət adamları da dəvət olunub. Gecədə şou-biznesin tanınmış simaları mahnılar səsləndirib. Onlar arasında Xalq artistləri Aygün Kazımova, Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Xəyyam Nisanov, Abbas Bağırov və başqaları yer alıblar.